Ardını oxu...
Qafar Sadıxov: "Oğurluğun və təhlükənin qarşısını almaq məqsədiylə oradakı mənzərini çəkib "Hürriyyət TV"yə göndərdiyimə görə Sərnişin Daşımaları Departamentinin İstismar Xidmətinin rəisi İlham Hüseynov oğurluqda əli olan bəzi rəhbər işçilərin tapşırığı ilə məni işə buraxmır"

"QSC sədri Rövşən Rüstəmova, o cümlədən Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyevə müraciət edir, onlardan səbəbsiz yerə işdən çıxarıldığım üçün yenidən tutduğum vəzifəyə qaytarılmağımda köməklik göstərmələrini xahiş edirəm"

Bu gün Hurriyyet.az-a müraciət edən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi ünvanında yaşayan Qafar Əsgər oğlu Sadıxov "Azərbaycan Dəmir Yolları" QSC Yeni Ələt stansiyasında yaşanan özbaşınalığı, yeyinti, dövlət əmlakını talama hallarını videolentə alıb "Hürriyyət TV" kanalına göndərdiyi üçün rəhbərlik tərəfindən təzyiqlərə məruz qaldığını bildirib.

Şikayətçi iddia edir ki, "Azərbaycan Dəmir Yolları" QSC Yeni Ələt stansiyasında hökm sürən oğurluğun, o cümlədən gələcəkdə yaşana biləcək təhlükənin qarşısını almaq məqsədiylə atdığı addım sonda ona baha başa gəlib, heç bir səbəb olmadan işdən azad edilib: "Təxminən, 2 ili yaxındır ki, "Azərbaycan Dəmir Yolları" QSC Yeni Ələt stansiyasında 100 ədəddən çox refrigerator vaqonların soyuducu hissələrini, 200 ədəd ağır dəmir qapılarını, 200 ədəd vaqonların bir-birinə qoşulması üçün avtoqoşquları, buksları, resorları və altından təkər cütlərini çıxardaraq vaqonları təhlükəli vəziyyətdə saxlayıblar. Bu səbəbdən də mən həm oğurluğun, həm də təhlükənin qarşısını almaq məqsədiylə oradakı mənzərini mobil telefonla çəkərək, "Hürriyyət TV" kanalının "WhatsApp" nömrəsinə göndərdim ki, həqiqəti üzə çıxarmaq üçün efir vasitəsiylə ictimaiyyətə çatdırılsın. Məhz bundan sonra "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin Daşımaları Departamentinin İstismar Xidmətinin rəisi İlham Hüseynov oğurluqda əli olan bəzi rəhbər işçilərin tapşırığı ilə məni işə buraxmır".

Elektrik qatarında 20 il 2-ci dərəcəli maşinist vəzifəsində çalışdığını qeyd edən Qafar Sadıxovun sözlərinə görə, 28.01.2021-ci tarixdə "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin Daşımaları Departamentinin İstismar Xidmətinin rəisi İlham Hüseynovun şər-böhtanıyla maşinist vəzifəsindən çıxarılaraq, maşinist köməkçisi vəzifəsinə təyin olunub: "Lakin həmin gündən indiyə kimi oğurluqda əli olan "Azərbaycan Dəmir Yolları" QSC-nin bəzi rəhbər işçilərinin tapşırığı ilə İlham Hüseynov məni işə buraxmır. Bu haqda 06.06.2023-cü il tarixdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov cənablarına ərizə ilə rəsmi qaydada müraciət etmişəm və ondan işimə qaytarılmağıma köməklik göstərməsini xahiş etmişəm. Lakin bunun da heç bir faydası olmayıb. Odur ki, sizin vasitənizlə yenidən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmova, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyevə müraciət edir, onlardan üzləşdiyim problemin həllində yardımçı olmalarını, səbəbsiz yerə işdən çıxarıldığım üçün yenidən tutduğum vəzifəyə qaytarılmağımda köməklik göstərmələrini xahiş edirəm".

Hurriyyet.az
 
 
 

Ardını oxu...
Mingəçevir şəhər sakini Məmmədova İlahə Seyfəl qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət daxil olub. O, bacısı Məmmədova Mətanət Seyfəl qızının pensiyasının kəsilməsinə etiraz edir:

"Mən, Məmmədova İlahə Seyfəl qızı, yazaraq sizdən xahiş edirəm ki, bizim problemimizi işıqlandırasınız.

Bacım Məmmədova Mətanət 1984-cü ildə anadan olub. 5 il Maştağa ruhi əsəb dispanserində, daha sonra Şəki ruhi və əsəb dispanserində yatıb. Hal-hazırda Mingəçevir şəhəri Ruhi əsəb dispanserində qeydiyyatdadır.

2003-cü ildən pensiya alırdı. 2020-ci ilin fevral ayından bacımın pensiyası kəsildi. Bununla yanaşı, dərmanlarını da vermədilər.

Mingəçevir şəhər ruhi dispanserin həkimi Rafael Zeynalovun yanına getdim, bacımın vəziyyətinin necə olacağını soruşdum. Mənə “bacınızın pensiyası kəsilibsə, dərmanları da verə bilməyəcək”, - dedi.

Anam Rafael Zeynalovun qəbulunda oldu, 1000 manat pul verdi və xahiş etdi ki, sənədi düzgün yaz, sən bunun necə xəstə olduğunu bilirsən. 1000 manatı götürdü, amma sənədi düzgün yazmadı. Belə bir xəstəni dərmansız mən necə saxlayım?!

Bacımı Bərpa Mərkəzinə apardım, orada da sənədlərimizə baxmadılar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub yazdım. Cavab gəldi ki, xanıma kömək edilsin. Rafael həkim buna məhəl qoymayaraq, “Mehriban xanım mənə nə edə bilər?”,- dedi. Xahiş etdim, yalvardım ki, Mehriban xanımdan yox, Allahdan qorx, bu sənədi olduğu kimi yaz. Çünki xəstənin vəziyyətini o, yaxşı bilir. Dərmanları kəsilib, hər yerdən almaq olmur. Aptek icazə olmadan satmır, satanlar da baha satır, almağa imkan yoxdur.

10 ildən sonra ömürlük olmalı idi, kəsdilər. Biz kimə hara müraciət edəcəyimizi bilmirik”.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
DİA.AZ: - Şəki regional təhsil idarəsinin müdiri Bəhruz Mehdiyevə ağılr ittihamlar var. DİA.AZ bildirir ki, RTİ rəhbəri konkret olaraq müəllimənin xəstəlik pulunu mənimsəməkdə suçlu bilinir.

Bu barədə şikayətçi düşən Zaqatala rayon sakini Musayev İbrahim Osman oğlu bildirir ki, həyat yoldaşı 30 ildir orta məktəbdə dil-ədəbiyyat dərsi deyir. DİA.AZ onun açıqlamasını təqdim edir:

"Yoldaşım Musayeva Mətanət Qarakişi qızı ağır xəstədir. Amma ona ayrılan dövlət tərəfindən ödənişləri ala bilməyib..."

Daha ətraflı aşağıdakı videoda:



İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Ardını oxu...
Tovuz Rayon İcra Hakimiyyətinin 2022-2023-cü illərdə keçirdiyi tenderlər araşdırma yazısını təqdim etmişdik. Həmin yazıda qeyd edilirdi ki, 2022-2023-cü illərdə Tovuzun yollarına 2 milyon manata yaxın vəsait xərclənsə də, reallıq bunun əksini göstərir. Tovuz sakinləri yolların bərbad olduğunu, heç bir təmir işlərinin aparılmadığını bildirmişdi.

Reportyor.info bu dəfə Tovuz Rayon İcra Hakimiyyətinin 2021-ci ildə keçirdiyi tenderləri araşdırıb. Araşdırma nəticəsində aydın olub ki, qurumun müqavilə imzaladığı şirkətlər tender oyunlarında ad çıxarmış biznes subyektləridir. Məsələn, icra hakimiyyəti rayonda abadlıq işlərinin görülməsi ilə bağlı 2021-ci “Raul-2014” MMC ilə maliyyə dəyəri 169 336, 48 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb.

“Raul-2014” MMC 12 oktyabr 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. Şirkətin hüquqi ünvanı Tovuz rayonu, Qovlar şəhəri, Ş.Qurbanov küçəsi, ev 42-də yerləşir. MMC-nin qanuni təmsilçisi Axundov Məhəmmədəli Fərhad oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumata rast gəlinmir.
Dövlət satınalmalarının elektron portalında yerləşən məlumatlardan aydın olur ki, bu şirkət əsasən Tovuz Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların keçirdiyi tenderlərin qalibi olur. Yeri gəlmişkən, “Raul-2014” MMC ilə satınalma müqaviləsi imzalayanda şirkətin yaranmasında 1 il ötüb.
“Dövlət satınalmaları haqqında” Qanunda satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. 1 ilin şirkətinin bu kriteriyalara cavab verəcəyi inandırıcı görünmür.

Tovuz Rayon İcra Hakimiyyətinin sevimli şirkətlərindən biri də “Günay-88” MMC-dir. Qurum Əsrik Cırdaxan, Yanıqlı, Qəribli və İbrahimhacılı kəndlərində yağan leysan yağışların, dolu və sel sularının sakinlərin kəndli təsərrüfatlarına və məişət əşyalarına vurduğu ziyanın aradan qaldırılması işlərinin satın alınması ilə bağlı şirkətlə 41.092 manatlıq müqavilə imzalayıb. Bu şirkət 13 aprel 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Tovuz rayonu Qovlar şəhəri, vağzal, ev 26-da yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Rasim Əhməd oğludur. Göründüyü kimi 2021-ci ildə yaranan şirkət elə həmin ildə də Tovuz Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olub. Bu arada qeyd edək ki, icra hakimiyyəti bu şirkətlər Şəhidlər Xiyabanında təmir işləri ilə bağlı da satınalma müqaviləsi imzalayıb. Müqavilədən aydın olur ki, təmir işlərinə 106.227,28 AZN xərclənib. Tovuz sakinləri isə iddia edir ki. təmir işləri icra nümayəndələrinin hesabına həyata keçirilib. Özü də vəsait xeyli şişirdilib.

“Günay-88” MMC-nin şübhəli şirkət olduğuna dair daha bir fakt onun qanuni təmsilçisi Rasim Əliyev başqa bir MMC-nin də qanuni təmsilçisi olması ilə bağlıdır.
Söhbət “Taleh-RT” Un Sənayesi Birgə Müəssisəsindən gedir. Bu şirkət 1998-ci ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı barədə bəlumat yoxdur.
“Taleh-RT” MMC “Günay-88” MMC ilə eyni ünvanda qeydiyyatdadır. Bu şirkət də Tovuz Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olub. Qurum Bozalqanlı, Düz Qırıqlı, Abulbəyli və Aşağı Quşçu kəndlərində tikintisi nəzərdə tutulan uşaq bağçası-körpələr evinin layihə-smeta sənədlərinin hazırlanması işlərini “Taleh-RT” MMC-yə sifariş edib. Satınalma müqaviləsinin maliyyə dəyəri isə 61.065,24 AZN-dir.
Beləliklə, göründüyü kimi “Raul-2014” MMC, “Günay-88” MMC və “Taleh-RT” MMC-nin hüquqi ünvanı Tovuzun Qovlar şəhərində yerləşir.
Bu şirkətlərin yerli məmurlara, yaxud icra başçısı Məmməd Məmmədova yaxın şəxslərə məxsus olması barədə şübhələr var.
 //Reportyor.info//
Ardını oxu...
"RAYON İCRA BAŞÇISININ RƏHBƏRİ OLDUĞU ŞƏHƏRDƏN XƏBƏRİ YOXDUR..
2 ildən artıqdır Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Bağırov Rövşən Elmidar oğlu rəhbər seçildiyi gündən əvvəldə indidə şəhərdə heç bir abadlığın izinə rast gəlmək mümkün deyil desək yanılmarıq. Şəhərin ortasında gözə batan bir ictimayyətə açıq ərazinin bərbad halda olması məhs bu şəhərin rəhbərinin heç otağından çölə çıxmadığı məlum olur.

Dünya şöhrətli və Ulu öndər Heydər Əliyevin həyat yoldaşı Azərbaycanın oftalmoloqu, Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın adına Ağsu rayonunda Park salınmışdır. Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi. Yüksək elmi nailiyyətlərinə görə 1980-ci ildə Azərbaycan əməkdar elm xadimi, 1981-ci ildə isə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadındır.

Ağsu rayon sakinlər Bakunews.az xəbər portalının rəhbərindən "Zərifə Əliyeva" adına parkın hazırkı vəziyyəti ilə tanış olmağımızı və məsələ ilə bağlı yuxarı instansiyaları məlumatlandırmağımızı istəyiblər. İlk öncə rayona səfərimiz gərəkli olsada regional müxbirimizin ərazidən çəkiliş etməsi tərəfimizdən təmin edilmişdir. Şilanba adlanan ərazidə yerləşən "Zərifə Əliyeva" adına Parkın baxımsız qalması yuxarıda sadaladığımız xidmətinə və Ulu Öndərin həyat yoldaşına qarşı hörmətsilik hesab edilən məsələdi. Bir mənalı olaraq Ulu Öndərin xidmətlərinin qarşılığında bu gün Prezidentin kim olmasindan asılı olmayaraq onun ailə üzvlərinə qarşı hörmətlə yanaşmalıyıq. İcra başçısı sanki hazırda Zərifə Əliyevanın oğlu İlham Əliyevin ölkədə Prezident olaraq görmədiyini nümayiş etdirir...? Onun rayona təyinatı Belə İlham Əliyevin imzası ilə öz təsdiqin tapıb.
Ardını oxu...

Bu atılan addımlara hansı adı vermək mümkündür...? Əhali israrlı tələblərinə baxmayaraq parkın abadlaşmasına cəhd etməyən Icra başçısı Rövşən Bağırov israrla parkın bərbad halda qalmasında maraqlı tərəf kimi görünən əsas simadır. Axı bu rayonda Prezidentin siyasi iradəsini və onun maraqlarının təmsil edən şəxs Rayon İcra başçısı hesab edilir. Bəs o zaman Prezidentin ailə üzvlərinə məxsus Parkın birinin abad digərinin viran qalmasına biganəliyin səbəbinin bəhanələri nədən ibarət olacaqdır. .

Azərbaycan tarixinə adını qızıl həriflərlə İkinci Vətən Müharibəsində yazan Prezident İlham Əliyevin anasının Ulu Öndər Heydər Əliyevin həyat yoldaşının adına Ağsu əhalisi üçün salınmış parkın bərbad və baxımsız olması ilə yanaşı anti sanitariyanın bu məkanda tüğyan etməsi əhali tərəfindən qəbul edilməməkdədir.

Millətin qeyrətini qaytaran 30 ildir alınmaz qalanı alan Liderin ailə üzvünə qarşı laqeyd yanaşan Ağsu rayon rəhbər şəxslərin məsələyə yanaşması və baxışı bizədə maraqlıdır. Odur ki, Yuxarıda qeyd etdiyimiz məsələ ilə bağlı adı keçən şəxslərin mövqeyn dinləməyə hazırıq.

Məslə ilə bağlı araşdırmamız davam edir. Görüləcək işlərlə bağlı mütəmaddi məlumat verəciyik.
 
Ardını oxu...
Ucar rayonu, Qazyan kənd sakini Seyidov Sadiq Əhməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə kənd təsərrüfatı naziri Məcnun Məmmədova müraciət edir. Məktubu olduğu kimi dərc edirik:

“Cənab nazir!

Məlumunuz olsun ki, Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tabeçiliyində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsinin direktoru Zamin Məmmədovun yol verdiyi qanunsuzluq nəticəsində Ucar rayonunda ölüm hadisəsi baş vermişdir.

“Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tabeçiliyində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsinin direktoru Zamin Məmmədov kənd təsərrüfatı sahəsinə aidiyyəti olmayan saxta diplolmlu qohumu Cavid İsmayılovu (soyad ayrı olsa da doğmaca qardaşı oğludur) Ucar rayon Texniki Nəzarətin Təşkili Sektoruna müdir vəzifəsinə təyin etdirmişdir.

Həmin vaxt İnam Kərimov kənd təsərrüfatı naziri vəzifəsindən çıxmış, Məcnun Məmmədov hələ nazir təyin olunmamışdı. Yaranmış boşluqdan sui-istifadə edən Zamin Məmmədov öz maraqlarını qanunsuzluqla həyata keçirə bilmişdi. Nəticədə də Ucar rayon Texniki Nəzarətin Təşkili Sektoruna müdir vəzifəsinə təyin edilmiş saxta diplomlu Cavid İsmayılov taxıl biçən kombayının texniki baxışdan keçmədən işləməsinə göz yumduğu üçün 05 iyun 2023-cü il tarixdə təkər partlaması nəticəsində sürücü, Yuxarı Şilyan kənd sakini Əhmədov Hakim Hətəm oğlu ölmüşdür. Demək olar ki, Ucar rayon ərazisində bütün kənd təsərrüfatı texnikaları texniki baxışdan keçirilmədən işə cəlb edilib.

Hörmətli Prezident Respublikada kənd təsərrüfatının inkişafı üçün mütərəqqi sərəncamlar imzalayıb. Çox təəssüf olsun ki, Ucar rayonunda həmin sərəncamların əlehinə olaraq yararsız kadr siyasəti aparılır.

Zamin Məmmədov özü kənd təsərrüfatından çox uzaq olan adamdır. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qohumudur. Zamin Məmmədov işinin öhdəsindən gələ bilmədiyi kimi, onun qardaşı oğlu Cavid Ismayılov da öz işinin öhdəsindən gələ bilmir. Hətta onun saxta diplomunda qeyd edilən ixtisası da bu sahəyə aid deyil.

Bir neçə il əvvəl Cavid İsmayılov DSMF-nin Ucar filialına müdir vəzifəsinə təyin olunmaq üçün sənəd təqdim etmiş, ancaq diplomunun saxta olması aşkar edildiyi üçün təyinat baş tutmamışdır.

Ancaq nazir təyinatının olmamasından sui-istifadə edən Zamin Məmmədov saxta diplomlu qardaşı oğlu Cavid İsmayılovu Ucar rayon Texniki Nəzarətin Təşkili Sektorunun müdiri vəzifəsinə təyin etdirə bilmişdir.

Cənab nazir!

Sizdən xahiş edirəm, müraciətimdə qeyd etdiyim faktları tam, hərtərəfli və obyektiv araşdırıb vəzifəsindən sui-istifadə edib qanunsuzluğa yol vermiş Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Zamin Məmmədovun barəsində ciddi tədbirlər görəsiniz və Ucar rayon Texniki Nəzarətin Təşkili Sektorunun müdiri vəzifəsinə ixtisaslı kadr təyin edəsiniz”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
“16 yaşlı oğlum Ümüd keçən ilin noyabrında avtomobillə vurulub. “Medera Hospital”da həkim səhlənkarlığından uşağımı ölümcül vəziyyətə salıblar. Nəfəs borusu və qida borusunun arası yırtılıb, 7 aydır ki, boğazından bir qurtum su da keçmir. Uşaq 90 kq çəkidən 20 kq-a düşüb. İndi də heç nə etmirlər, deyirlər, apar evə nə qədər ömrü var yaşasın...”

Teref.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya 16 yaşlı Ümüdün anası Qızılgül Quliyeva müraciət edib.

Onun sözlərinə görə, övladı ötən il noyabrın 24-də yol qəzasına düşüb. Uşağı Kliniki Tibbi Mərkəzə (Semaşkoya) çatdırıblar. Sonra isə özəl klinikaya yerləşdirilib:

“Mənə zəng elədilər, tez özümü Kliniki Tibbi Mərkəzə çatdırdım. Dedilər ki, uşağı özəl xəstəxanaya apar, həyatı qurtarsın. Bütün xəstəxanalara zəng vurdum, “Medera Hospital”dan cavab verdilər. Bildirdilər ki, adam göndəririk, xəstənin vəziyyətinə baxılsın, çox ağır olmasa, stabil olsa, xəstəxanaya qəbul edərik. 3 min manat depozitlə oğlumu ora yerləşdirdilər.

Əvvəlcə uşaq yaxşıdır desələr də, səhəri gün əməliyyat olunmalı olduğunu açıqladılar. Həkimlər Tural Hacımirzəyev və Kahraman Seyfi tərəfindən başından əməliyyat olundu, beyin qapağını qarnına tikdilər. Sonradan o qapaq da orada irinlədi. Daha sonra dedilər ki, uşaq özü nəfəs alır, amma birdən tibb bacılarının başı qarışar, uşaqda boğulma ola bilər. Ona görə də qabaqlayıcı tədbir kimi bir həftəlik nəfəs borusunu deşirik. Tural həkim necə zərbə ilə açıbsa, uşağın nəfəs borusu və qida borusunun arasını yırtıb və uşağı ölümcül vəziyyətə çatdırıb. Ağzından bir qurtum su keçmir, yoqurtu dilinə sürtürəm, onu belə uda bilmir”.

Fotoda: Ana Qızılgül Quliyeva
Ardını oxu...
Q. Quliyeva iddia edir ki, klinikadan övladının əməliyyat olunaraq sağalacağına söz versələr də, sonradan əməliyyatdan imtina olunub:

“Paltarıma qədər satıb 180 min manat xəstəxanaya verdim, iki ay uşaqla orada yatdım. Günə 3-5 min min manat pul ödəyirdim. Sonra evə buraxdılar, dedilər evdə müalicə et, gələrsən. Mənə xəstəxanadan söz verdilər ki, biz bu uşağı sağaldacağıq, lazım olsa, Türkiyəyə aparacağıq. Bildirdilər, uşağı başqa xəstəxanada çalışan Arif Ağayev əməliyyat edə bilər. Hətta həkim deyib ki, çox asan əməliyyatdır. 20 gün əvvəl o həkimin yanına getdim, mənə dedi 3 gündən bir 40 min manat pul ödəməlisən. Öncədən də 40 min AZN depozit qoymalısan ki, əməliyyat edək. Əməliyyata da zəmanət vermirəm, yaşamaya da bilər. Sonra isə dedi ki, mən imtina edirəm, əməliyyat etmirəm. Bizi başından elədi.Xəstəxanadan indi də deyirlər ki, qoy nə qədər ömrü var yaşasın, biz uşağı əməliyyat etsək, öləcək...”

Ananın sözlərinə görə, artıq onu xəstəxananın həndəvərinə yaxınlaşmağa qoymurlar:

“Təxminən 15 gün əvvəl yenə getdim, dedilər ki, qoy həkimlərlə danışaq, sabah gələrsən. Səhəri gün gedəndə polislər tərəfindən yaxınlıqdakı polis bölməsinə aparıldım, adımdan izahat aldılar ki, bir də bu xəstəxanaya yaxınlaşmayım, yoxsa həbs olunacağam. Xəstəxanadan deyirlər ki, bizə heç bir şey edə bilməzsən.

...Oğlum idmanla məşğul olurdu, güləşçi idi, 11 yaşında çempion olmuşdu. O cür övladım indi bu vəziyyətdədir. Bu dünyada iki balamdan başqa heç kimim yoxdur. Onun da birini o günə qoydular...”
Ardını oxu...
Problemlə bağlı “Medera Hospital”ın hüquqşünası Xeyransa Babayeva bildirdi ki, keçirilən avtoqəzadan sonra Ümüd xəstəxanaya ağır vəziyyətdə daxil olub:

“Xəstə Əhmədov Ümüd kəllə beyin travması, koma (glaskow 3-4,) süni tənəffüs cihazına bağlı vəziyyətdə “Medera Hospital”ın reanimasiya şöbəsinə ağır vəziyyətdə daxil olmuşdu. Ailəyə bütün yarana biləcək ağırlıq və həyati risk haqqında məlumat verilib və anası Qızılgül xanım ərizə yazaraq bildirib ki, 1% həyatda qalma şansı olduğunu qəbul edirik və lazım olan son tibbi tədbirlərin həyata keçirilməsinə razılığı ailə olaraq veririk. 40 gün klinikada müalicə aldıqdan sonra xəstə kafi vəziyyətdə evə yola salındı”.

Tibb müəssisəsinin nümayəndəsi həmçinin iddia edib ki, Ü. Əhmədovun ailəsi personalı təhdid etdiyi üçün polisə şikayət olunub:

“Dəfələrlə ailənin klinikaya basqını, bıçaqla personalın təhdid edilməsi, ictimai asayişi pozması hospital tərəfindən polisə verilmə və cinayət işinin açılmasına vadar etdi. Hazırda polis tərəfindən araşdırılma aparılır və ictimaiyyətdən əsaslandırılmamış, həqiqəti əks etdirməyən məlumatları yayan şəxslər və mətbuat orqanları barədə gələcəkdə məhkəməyə müraciət etməyimiz üçün əsas olacaq. Ona görə də həqiqətə uyğun olmayan məlumatlar yayımlayarkən və bu barədə fikir bildirərkən diqqətli olmalarını xahiş edirik”.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Yataqxananın həyətində ev tikilir.

Xezerxeber.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi Teymur Yaqubov küçəsi 8 ünvanında yerləşən dəmir yolu yataqxanasının həyətində qeydə alınıb.

Belə ki, ərazidə aparılan tikinti işləri yataqxana sakinlərinin qəzəbinə səbəb olub.

Yataqxanada məskulaşan məcburi köçkünlər iddia edirlər ki, bir neçə gündür inşasına başlanan yarımtikili həyətin bir hissəsini zəbt edir. Tikinti işlərinə isə elə həmin yataqxanada yaşayan şəxslərdən biri rəhbərlik edir.

Məsələ ilə bağlı tikintini aparan İsa adlı şəxs bildirib ki, tikintini aparmaq üçün heç bir dövlət orqanından icazə almayıb. Onu da əlavə edib ki, həyət evi tikirmiş, yaxın günlərdə sökəcək.
Çəkiliş apardığımız zaman əraziyə Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbə nümayəndəsi də gəlib.

O, da sakinlərin narazılığına səbəb olan tikinti işlərinin qanunsuz icra olunduğunu təsdiqləyib.

Qurumun əməkdaşı bildirib ki, yarımtikilinin sökülməsi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinə də məlumat veriləcək.

Daha ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Bir ara mediada Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Mədət Zeynalovun qohumbazlığı barədə də davamlı məlumatlar yayıldı. Bildirilirdi ki, Mədət Zeynalov 5 oktyabr – Müəllimlər Günü münasibətilə rayonun təhsil işçilərini təbrik etmə kampaniyasına humanitar liseydə işləyən həyat yoldaşı Təhminə Zeynalovadan başlayıb və onun “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunması üçün təqdimat yazıb. Amma bu hədiyyə yerli tərəqqipərvər pedaqoji işçiləri narazı salıb. Çünki hədsiz imtiyazlara malik həmin xanımla müqayisədə fəxri ad və mükafatlara daha çox layiq olan təhsil işçiləri də vardı ki, gözləri önündə baş verən bu haqsızlıqla barışmaq məcburiyyətində qalıb mənəvi iztirab keçiriblər.

Lakin bugünkü yazıda ehtiva olunan məsələ belə düşünməyə əsas verir ki, Mədət Zeynalovun arvadı o hədiyyəni haqq etməsə belə, yenə də qane olası əhvalda deyil. Həyat yoldaşının pozulmuş ovqatını düzəltmək üçün bəlkə hələlik “əməkdar müəllim” fəxri adı yetərli ola, ya olmaya.

“Deryaz.az” saytının sadiq oxucuları, eləcə də Ağstafa rayon təhsil ictimaiyyəti yaxşı xatırlayarlar ki, bir ara Mədət Zeynalovun öz katibəsi Afaq Mustafayevanın əri Bayram Mustafayevə 8000 manat rüşvət müqabilində Qaçaq Kərəm kənd orta məktəbində təsərrüfat müdiri vəzifəsini satdığı barədə məlumat dolaşdı. Bax, yəqin elə Mədət Zeynalovun öz katibəsinə bunca dərin (!) diqqət və qayğı göstərməsi Təhminə xanımın qəlbində şübhə toxumu səpmişdi.

Etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə, bu günlərdə Təhminə Zeynalova qısqanclıq zəminində ərinin katibəsi ilə telefon mübahisəsi edib, bir-birinin ünvanına nalayiq ifadələr işlədiblər. Təhqirlərə məruz qalan Afaq idarədə səsini başına atıb. Səs küyə qonşu otaqlardan əməkdaşlar katibənin başına yığılıblar. Bunu eşidən Afaqın əri Bayram Mustafayev də məsələni ayırd etmək üçün Mədət Zeynalovun üstünə yeriyib və şöbə müdirinin and-amanından sonra təklif edib ki, katibənin otağını müdir kabinetindən aralıda yerləşdirsin. Deyilənə görə, qalmaqal hətta icra başçısının da qulağına çatıb.

Təbii ki, Mədət Zeynalov bu məsələdə həddindən artıq ehtiyatlı olmalıdır; çünki Afaq Mustafayeva katibə olaraq onun demək olar ki, bütün maxinasiyalarından, ümumtəhsil müəssisələri və kolleclərdə çevirdiyi korruptiv əməllərindən xəbərdardır. Odur ki, müdir həmişə katibəsinə müstəsna səlahiyyətlər verib; məsələn, birinci siniflərə qeydiyyat məsələsində valideynlərdən təmənna ummasına göz yumub.

Ümumiyyətlə, Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Mədət Zeynalovun korruptiv siyasəti, vəzifələri və dərs bölgüsünü, dərs saatlarını alver predmetinə çevirməsi, qohumbazlığı barədə dəfələrlə KİV-də, o cümlədən “Deryaz.az” saytında tənqidi yazılar dərc olunub, hətta şöbə müdirinin korruptiv şərtlərinə boyun əyməyən məktəb direktorlarını, Yenigün, Qacaq Kərəm, Həsən su kənd orta məktəblərinin və yeni təyin olunan məktəb direktorlarını müəllimlərin əli ilə “ifşaedici” səs yazıları yaydıraraq “zərərsizləşdirməsinə” dair məlumatlar yayılıb. Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən kənd orta məktəbinin direktoru Mətanət Məmmədova (M.Məmmədova M.Zeynalovun özünə də dərs deyib) ilə məktəbin müəlliməsi (deyilənə görə iki illik kurs bitirib) Vüsalə Məmmədova arasında məlum səs yazısı qalmaqalını buna əyani misal göstərmək olar.

Elə indi də aktualdır ki, Mədət Zeynalov məktəb direktorlarına “haqq” qoyub, Regional Təhsil İdarəsi rəhbərliyinə çatdırdığını deyir. “İpə-sapa yatmayan” məktəb direktorlarının barəsində isə Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucova yalan məlumatlar ötürür. Təbiət etibarilə mərdimazar adam olmayan cənab Seymur Orucov bəlkə də Mədət Zeynalovun ötürdüyü hər donosa inanmazdı. Amma Mədətə bu məsələlərdə İcra Hakimiyyətinin məsul işçisi, başçının çox inandığı vəzifəli şəxslərdən başçının müavini Lalə Eyyubova kömək edir, təhsil müdirinin sözünə qüvvət verir, tələ qurduqları məktəb direktorunu quyuya salmaq üçün yoxlama komissiyasının təşkil edilməsinə nail olur.

Məqalədə qeyd olunan faktlara aydınlıq gətirmək üçün Mədəd müəllimə zəng vurub səsləndirilən ittihamlara mövqeyini bildirməsini xahiş etdik. Cənəb Zeynalov qol qoyduğu bu qədər nöqsanları görməzlikdən gələrək yazdığımız mesajda bir hərfin səhvini kişi göydə tutub bizi bizdə nöqsan tapdı. Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Mövzuya qayıdacağıq.

Deryyaz.az
 
Ardını oxu...
İcra başçısı son zamanlar kriminal jarqonla danışır, böyük-kiçik söhbəti edir…
Əziz Əzizovun həbsi qaçılmazdır…
Suraxanının icra başçısı Əziz Əzizov haqqında yazmaq istəyərkən, xeyli fikirlər yada düşdü. Dünyanın tanınmış alimi Lütfizadə deyirdi: “Əgər əlində tutduğun yeganə alət çəkicdirsə, hər şey sənə mismar kimi görünəcək”. Birini də biz deyək: “Arpa, noxud satanın 100-150 minlik rayonun icra başçısı olması, rəngsazın, “malyar”ın Rəssamlar İttifaqına rəhbərlik etməsi kimidir... Ümumiyyətlə, alverçinin icra başçısı olması, o rayonun sakinləri üçün fəlakətdir...
Gəlin konkret olaraq Əziz Əzizovun həyat yoluna nəzər salaq. Əziz İmran oğlu Əzizov 1963-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur. M. Əzizbəyov adına Neft və Kimya Akademiyasının bitirmişdir. Və 1985–1986-cı illərdə Tramvay parkında xətt sahəsi təmiri ustası, 1986–1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta işləmişdir... 1996–2006-cı illərdə Sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2006–2018-ci illərdə isə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. 2018–2019-cu illərdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Cənab Prezidentin 2019-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Birincisi, Əziz Əzizov yazır ki, 10 il ( 1996-2006) sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Görəsən Əziz Əzizov 10 il hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olub ? Tanıyanlar bilir ki, bu adam 10 il buğda, arpa, hətta noxud satmaqla məşğul olub.
Bəli, bu adam xeyli müddət rayonlardan pivəxanalara NOXUD satıb. İndi özünüz təsəvvür edin ki, arpa, noxud satan günün birində Cəlilabad boyda rayonun icra başçısı olur. Biz əbəs yerə yazmadıq ki, əgər əlindəki yeganə cihaz çəkicdirsə... Bu adam üçün ancaq CİBİ var, onun üçün inanmırıq ki, başqa nəsə haqqında düşünsün.
Təsəvvür edin ki, bu adam bacısıoğlu olan sürücüsünü, özünə hüquqi məsələlər üsrə müşavir təyin edir. Atalar demişkən, kor atın kar nalbəndi, yaxud arpa satan icra başçısının da şofer-hüquqşünas müşaviri olar...
Sözün qısası, arpa-noxud satan Əziz Əzizov 12 il Cəlilabad boyda rayonun icra başçısı oldu. Və rayonda daşı-daş üstə qoymadı. Əlinə nə keçdi satdı, taladı. Rayonda yüz hektarlarla üzüm sahələrini Əziz Əzizov özününküləşdirdi. Cənab başçının rayonda restoranları, otelləri, marketləri fəaliyyətə başladı. Cəlilabadla kifayətlənməyən Əziz Əzizov biznesinin bir hissəsini Neftçala rayonuna köçürdü. Neftçalada Əziz Əzizovun qoyun sürüləri, heyvandarlıq fermaları, araq dükanları və daha nələri. Neftçalanın o zamankı icra başçısı, hazırda məhkum həyatı yaşayan İsmayıl Vəliyev az qala özü Əziz Əzizova çobanlıq edirdi.
Bəli, çox qısa olaraq qeyd edək ki, Əziz Əzizov bir zamanlar Fərhad Əliyevə mənsub olan üzüm bağlarını ələ keçirdi, mini şərab zavodlarını işə saldı. Biz hələ Əziz Əziovun İranla kartof biznesindən, Rusiyaya vaqonlarla nar ixrac etməsindən danışmırıq.
Sözün qısası, Cəlilabaddan Yasamala gələn Əziz Əzizov pilot layihə adı altında Sovetksidə minlərlə ailənin evini uçurdu və milyonlar qazandı. Adi JEK müdirlərini dəyişməyin qiymətini qaldırdı. Nəhayət Əziz Əzizov Surxanıya icra başçısı gəldi. Və bundan sonra Suraxanının qara günləri başladı. Əziz Əzizov Hövsanda hər kv. metr torpağa görə 50 manat rüşvət alırdı. 1 kv.m ee....
Bütün bunlar azmış kimi, sakinlər Əziz Əzizovu iş yerində tapa bilmirlər.
Sakinlər deyir ki, dəfələrlə icra başçısının qəbuluna getsələr də, onları müavin və ya köməkçi dinləyir, icra başçısı ilə görüşə bilmirlər: “Hər dəfə deyirlər ki, icra başçısı tədbirdədir, əraziyə gedib, gözləyin, gələcək. Gözləyirik, başçı gəlib işə dəyir və tez də çıxıb gedir”. İcra başçısı Əziz Əzizov rayon sakinlərinin problemlərini həll etmək əvəzinə küçə ticarətini gücləndirir və hər ay yüz minlər qazanır.
Biz hələ Əziz Əzizovun Ağcabədinin icra başçısı Rafil Hüseynovla qudalığından, kürəkəni Şəhriyar Hüseynzadənin polis orqanlarından qovulmasından, Xırdalandakı mərmər sexində baş verənlərdən, Yasamaldakı Dövlət parklnda etdiyi qanunsuz əməllərdən danışmırıq.
İndi isə keçək Əziz Əzizovla bağlı son xəbərlərə. Bu adam qazandığı milyonlardan o qədər havalanıb ki, bütün xətləri tapdalayıb keçir, öz “razmer”inə uyğun olmayan sözlər danışır. Və məclislərdə deyir ki, Kərəm Həsənov mənim kiçiyimdir. Deyəsən Əziz Əzizov qohum-əqrəbasının ona BOSS deməsindən həvəsə düşüb, böyük-kiçiyin yerini səhv salır haa... Bu adam anlamır ki, Kərəm Həsənov kimilər danışan yerdə Əziz Əzizov kimilər ağzına ..su alıb susmalıdır. Yeri gəlmişkən, Əziz Əzizovun dayısı da kriminal olduğu üçün icra başçısı da kriminal jarqonlarla danışır.
Yeri gəlmişkən, Əziz Əzizov dostlarına deyir ki, Hacıbala Abutalıbov da Suraxanıdan Bakıya Mer gəlmişdi, mən də yaxın zamanda Bakının Meri olacam. Bəli, Əziz Əzizov sinif yoldaşı, ən yaxın dostu rəhmətlik Kamil müəllimlə aralarında olan münasibətdən sonra gərək idi ki, qohumlarına salam verməsin. Adam da dostunun...
Avazın yaxşı gəlir, Əziz Əzizov, amma yaxın zamanda səni də dostlarının yanına aparacaqlar. Bir sözlə, Əziz Əzizovun həbsi qaçılmazdır.
Növbəti yazımızda oxuyacaqsınız. Əziz Əzizov Nəsimi rayonunda olan bağça müdirəsinə böyük diqqət və qayğı göstərərək, nələr edir.
Əliyev Eldəniz Əliqulu oğluna Prezident Yanında Akademiyaya göndəriş necə verildi?
Şöbə müdiri, Hüseynov Elman Mehman oğlu Suraxanıda yerləşən şadlıq evini və son model, ağ rəngli "Volvo" avtomobilini 700 manat məvaciblə necə aldı?
Əziz Əzizovun "Qismət" şadlıq evinin qarşısındakı dövlət parkında özünə tikdirdiyi 3 ədəd restoranı 2 milyon 400 minə hansı məqsədlə satır.
Nə üçün qohumları Əziz Əzizova "BOSS" deyərək müraciət edir?
3-cü sinifdə oxuyarkən Əziz Əzizov nə üçün uzun müddət xəstəxanada müalicə alıb? Bu hadisədən sonra sinif yoldaşları ilə nə üçün incik olub?
Əziz Əzizovun qudası, Agcabədi rayonunun icra başçısı Rafil Hüseynovla nə üçün münasibətləri pozulub?
P.S. Əziz Əzizov, sənin orta məktəb qiymətlərini və ali məktəbdə təhsil aldığın zaman, aldığın qiymətlərə nəzər salaraq, belə qənaətə gələrək öz fikrimi bildirirəm. Mənim 10 dənə qoyunum olsa, sənə etibar etmərəm, aparıb hamısını itirərsən.
gundelik baki.com
 

Dünyapress TV

Xəbər lenti