DİA.AZ: - Sumqayıt Kimya Sənaye Parkında açılışı həyata keçirilən “Azmonbat” MMC-nin bu törəninə Prezident İlham Əliyev də qatılmışdı. Təbii ki, dövlət başçısı sözügedən müəssisənin ölkkə vətəndaşı üçün normal iş yeri olacağına ümid etmişdi. DİA.AZ bildirir ki, amma görünəni odur, "Azmonbat" MMC-ni çalışdıranların niyyəti tamam fərqlidir. Bu barədə redaksiyamıza daxil olan şikayətdən anlaşılır.
100 nəfərin daimi işlə təmin olunduğu müəssisədə vəziyyət hem də ürəkaçab deyil və artıq rəhbərliklə işçilər arasında ÇAT YARANIB və iş hətta məhkəməyə qədər gedib çıxıb.
“Dünyanı, yeri, göyü, o biri ölkələri su aparır, burada su yoxdur. Çətindir, bax bir belə yer üçün insan bir qaşıq su tapmır”. Xaçmazın kəndlərində suvarma üçün qazılan arxlar tez-tez quruyur. Çörəyi bağ-bostandan çıxan camaat yağışın ümidinə qalıb. Qadaşoba kəndinin sakinləri deyir, bağlarını sulamaq üçün su növbəsinə dayanmalı olurlar. İçməli su tapmaq da ayrı dərddir. Sakinlər suyu yerdən motorla çıxarırlar. “Su gəlir, növbə ilə sulayırıq bağları. Bundan qabaq bir az çətin idi, yağış yağandan sonra sular yaxşıdı. Məsələn, bir cərgə ilə camaat sulayır, 1-2 gündən bir, baxır da, camaatın sahəsinə. Tez qutarsa, qonşu sulayır, sonra o biri qonşu sulayır. Əsas sudur da, su həyatdır, su olan yerdə hər şey olur. Su olmayanda həyat da olmur. Bax, adi motorla su çıxartmışam, bu olmasa həyat yoxdur”. “Su gec-gec gəlir, camaat bağlarını sulaya bilmir. Bir ara gəlir, bir ara gəlmir. Biri sulaya bilir bağını, biri sulaya bilmir. Yarısına çatır, yarısına çatmır. Suda problemlər yaşayırıq. Camaat da ümidini dikib bağlara, gilas bağlarıdı hamısı, camaatın ruzisidir. Su olmadı, yanıb gedir hamısı. Ona görə, biz də istəyirik ki, vaxtlı-vaxtında sular gəlsin”. Xaçmazın Əhmədoba kəndinin camaatı isə deyir, çaylardan gələn su yuxarı kəndlərdən onlara çatana qədər quruyur. Sakinlər bağlarını sulaya bilməməsindən giley-güzar edir. Ağacların quruması kənd əhlini ziyana salır. Əhmədoba kəndində bircə içməli su kranı var, o da kəndin girişindədir. “Çayın qabağını kəsirlər yuxarıdan. O sulayır, bu sulayır, mən sulaya bilmirəm. Kənddən gətizdirirəm də. Sənə, ona, buna, hansına desəm, etiraz eləmirlər, gətirirlər. Mən gedə bilmirəm axı. Budur, quruyur ağaclar. Orada iki dənə Bəhrə ağacı var idi. Onlar ikisi də qurudular. Su yoxdur”. “Su növbəsinə yazılırıq. Amma onda da su tapmırıq. Bağlar hələ sulanmayıb. Su yoxdur, baxırıq, qayıdıb gəlirik. Deyəndə deyirlər ki, heç yerdə su yoxdur. İldə bir dəfə də olsa, bağları sulamışıq. Amma artıq may ayı çıxır, bu il hələ bağa bir qaşıq su dəyməyib. Allahdan yağan yağışın, təbiətin öz qüvvəsi ilə nə əmələ gəlir odur”. Əhmədoba kənd sakini Nəbi Qəribov deyir, aidiyyatı qurumlara müraciət etsələr də, nəticəsi yoxdur. Olmayan suyun pulunu yığmaqları da ayrı dərddir. “Qış çıxandan bu günə qədər bir qram su görmürük biz. Su yerindən gəlmir, vermirlər. Nə qədər şikayət etsək, xeyri yoxdur. Bax, görürsən, bunlar susuzluqdandır. Ağaclara nasosla su çıxarıb veririk. O da effektiv deyil də. Təbii su effektiv olur. Gəlir ki, supulu ver. Mən bu suyu işlətmirəmsə, sənə pulu haradan verim? Həyətlərimiz qupquru, su yoxdur”. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti müraciətimizdən sonra suyun limitini qaldırdıqlarını dedilər. Bugünə qədər suyun limiti niyə az idi sualına isə hələ də cavab yoxdur.
Ucar rayon, "DOST" İş mərkəzinin işçiləri Cəfərova Kəmalə Qədir qızı, Hacıyeva Zərinə Eyvaz qızı, Əhmədova Sevinc İsmayıl qızı, Əlizadə Elnarə Məhərrəm qızı, Qurbanova Mətanət Şahin qızı və Cəfərov Həsən Cəmşid oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, "DOST" iş mərkəzi onların haqqını vermir:
“Məlumat üçün bildirək ki, biz 2019-cu ildən “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında (“Komxoz”da) işə qəbul olunmuşuq. Hər gün bizə verilən tapşırıq əsasında küçələri süpürüb, təmizləmişik. Hətta aylıq pul verib işə gəlməyənlərin yerinə də küçələri bizə süpürtdürüblər. Bu dediklərimizi süpürdüyümüz küçələrdəki obyektlərin müşahidə kameralarını açıb baxmaqla görmək olar.
2022 və 2023-cü ildə 3 dəfə “DOST” İş Mərkəzi tərəfindən Ucarda video çəklişlə yoxlama keçirilib. Həmin gün biz artıq verilən tapşırığı yerinə yetirib evimizə getmişdik. Təmizlik işləri səhər saat 6-00 radələrindən təxminən saat 11-00 radələrinə kimi davam edir və həmin müddətdə bizə verilən tapşırıları yerinə yetirib, evimizə gedirik.
DOST İş Mərkəzindən yoxlama saat 12-00 da gəlib, monitorinq aparılıb. Həmin vaxt "Komxoz"un rəhbərliyi aylıq pul verib işə gəlməyənlərə tez zəng etdirib çağırıblar işə. Bizə isə xəbər verilməyib. Yoxlama zaman aylıq haqq verənlərin 80 % işə gəlmədiyi halda, həmin vaxt onlar işdə olublar. Ancaq yoxlamaya pul və siyahı verilib deyə onlara gözün üstə qaşın var deyən olmadı. Biz isə gündəlik işə çıxıb, aylıq haqq vermədiyimiz üçün hədəfə tuş gəldik. Bizim əmək müqaviləmizə qanunsuz xitam verildi.
Tələbimiz odur ki, 3 dəfə aparılan yoxlama zamanı çəkilən videoya bizim iştirakımızla baxış keçirilsin. Həmin videoda aylıq haqq verib işə gəlməyənlərin çoxu yoxdur. Belə olan təqdirdə gələn yoxlamanın korrupsiyaya qurşanması subut olunacaq.
Bizim hər birimizin evində azyaşlı uşaqlarımız və xəstələrimiz var, heç bir yerdən gəlirimiz yoxdur.
“DOST” İş Mərkəzi Ucarda "Komxozun" rəhbərliyi ilə əlbir olub, korrupsiya şəbəkəsi yaradıb. Həmin yoxlamalar zaman aparılmış video çəklişə baxılarsa, bu, tam subut olunacaq.
Prezident cənab İlham Əliyev “DOST” İş Mərkəzini yaratdı ki, kasıb ailələr işlə təmin olunub, ailələrini dolandırsın. Ancaq Ucarda “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə "Komxoza" əksəriyyəti imkanı olan adamlar götürüldü. Buna isə icra başçısı Mənsur Məmmədov şəxsən şəraiti yaratdı. İcra başçısı 50 000 manat pulun müqabilində Asəm Kərimov kimi korrupsioneri "Komxoza" müdir vəzifəsinə təyin etdi və sonda da guya etdiyi səhvi düzəldirmiş kimi onu öz ərizəsi ilə işdən çıxardı.
İndi biz bir qrup korrupsionerin qanunsuz əməllərinə görə işimizdən olmuşuq.
Xahiş və tələbimiz “DOST” İş Mərkəzinin apardığı yoxlama zamanı çəkilmiş videoya bizim iştirakımızla baxılsın, korrupsiyaya qurşanmış şəxslərin barəsində ciddi tədbirlər görülsün, qanunsuz çıxarıldığımız üçün bizi yenidən işimizə bərpa etsinlər”.
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Yay fəsili gəldi insanların istirahət edəcəyi bəzi məkanları işlədən iş bazlar loru dildə desək "QULDURLAR" yenidən iş başına keçdi. Bazar iqdisadiyyatı ilə satılan qidaların 20-30 faizi, bəzən 50-60 faiz baha qiymətə satmağa başladılar İnsan üz tutub istirahət etmək istədikdə peşman olur, bütün arzularını burnundan gətirirlər, çox təəssüflər olsun ki, bəzi aidiyyəti qurumlar bunu görsələrdə, nədənsə özlərini görməməzliyə vurub bu şəxslər haqqında hansısa ölçü götürməkdən, imtina edilər.
Bu tip məkanlardan biri də,paytaxtın Xəzər rayonu ərazisində yerləşən "Dalga Beach" adlanan istirahət mərkəzidir. Zamanla bu məkan haqqında dəfələrlə tənqidlər yazılsada nəticə çıxarmağ əvəzinə sanki, xalqa qarşı dahada qəzəbli halda son qəpiyinə kimi əlindən almaq bir növ hədəfə çevrilib Maraqlısu odur ki, bu formatnan istirahət məkanı işlədənlərə dur deyən yoxdur.
Görünən tərəfi budur ki arxalarında dayanan məmur sipəri daha iribuynuzludur. Anews.az xəbər saytının baş redaktoru tanınmış jurnalist Gülnar Nazımqızı sözü gedən məkanda başına gələnləri özünün facebook hesabında belə şərh edib.
"Azərbaycan Reallığı" sözü gedən şərhi oxucularmıza təqdim edir
Sizə "Dalğa Beach" Aquapark Resort-dan danışım. İlk dəfə olurdum. Girişi bazar, 21 əsrdə içəri girmək üçün uzun bir növbədə gözləməlisən. Adam başına 25 manat+10 manat dolaba pul aldıqdan sonra, giridik içəri. (saat 1-dən sonra 30 manat alınır) (Ordan dənizə keçmək üçün də ayrı pul ödəməlisən) İndi isə oturmaq problemli. Boş yer yoxdur. Deməli hər kəsi qəbul edirlər içəri limit nəzərə alınmır. Deyir xoşundurda budur, deyilsə də budur. Hələ qapıda sumkaların içini yoxlayanlar bir ayrı aləmdir, açıb başını soxur baxsın nəsə gətirmişəmmi...
Nəhayət zorla bir yer tapdıq. Şəkildə 2 dənə yarım litr su və 3 marojnaya 28.60 qəpik aldılar...
Digər fotodakı isə toyuq pizzasıdır guya. Fotoda toyuq ətini görsəniz mənə də göstərin lütfən )))
Aquparkı isə uzun növbələrlə sıraya düzülməlisən. Ya o qədər istirahətə getmirəm deyə mənə ağır gəldi,ya da həqiqətən çox bərbad idi... Getməyi tövsüyə etmirəm. Hovuzda belə hamı bir-birinin belində çimirdi... Bilmirəm bura hansı məmurundur, əsl basdırıq və biabırçılıq idi. Kişilərdən çox qadınlar siqaret çəkirdi. Paltar dəyişən yer isə sidik iyindən boğulurdu.. Bu məkanda anladım ki, biz çoxdan qərbə çatmışıq ))
"Azərbaycan Reallığı" qarşı tərəfində mövqeyini dinləməyə hazırdır AZƏRBAYCANREALLIĞI.COM
Abşeron rayonunun qəsəbələrində zibil problemi artıq dözülməz həddə çatıb. Teref.az xəbər verir ki, Qaynarinfo ötən dəfə Ceyranbatan qəsəbəsində bu problemlə bağlı material dərc etmişdi. Bundan sonra digər qəsəbələrdən də redaksiyamıza eyni problemlə bağlı şikayətlər daxil olub. Ən acınacaqlı vəziyyət Masazır qəsəbəsindədir. Qəsəbə sakinləri deyir ki, Akim Abbasov küçəsi əməlli-başlı zibil deposunu xatırladır. Zibil qutuları aşıb-daşır, üfunət iyindən ərazidən küçədən keçmək deyil. Buna baxmayaraq, müvafiq qurumlar, xüsusilə, Masazır bələdiyyəsi heç tədbir görmür. "Küçə zibilxananı xatırladır. Dəfələrlə müraciət etməyimizə baxmayaraq ərazi təmizlənmir”, deyə sakinlər bildirib. Onların sözlərinə görə, bir ildən çoxdur ki, bu problemlə üzləşiblər: "Əvvəllər bir-iki gündən bir ərazi təmizlənirdi. Amma bir ildən artıqdır ki, ərazi ən tezi 10 gündən bir təmzilənir. Bu müddət ərzində isə Akim Abbasov vəziyyət dözülməz olur. Üfunət iyindən evdə belə, otura bilmirik". Maraqlıdır ki, Ceyranbatan qəsəbəsinin sakinləri də zibil problemi ilə bir ildən artıqdır ki, üzləşiblər. Onlar problemin Abdin Fərzəliyevin Abşerona icra başçısı təyin edilməsindən sonra yarandığını deyiblər. Masazır qəsəbəsinin sakinləri bu məslədə bələdiyyə sədrini də ittiham edirlər.
Masazır bələdiyyəsinin sədri Azər Quliyevdir. O, may ayından sədr kimi fəaliyyətə başlayıb. Azər Quliyevdən əvvəl isə bələdiyyə sədri Rüfət Fətullayev idi. İddialara görə, Rüfət Fətullayevin Azər Quliyevlə əvəzlənməsi Abdin Fərzəliyevin təşəbbüsüdür. Onun keçmiş bələdiyyə sədri ilə hansı probleminin olduğu bəlli deyil. Məlum olan odur ki, Abdin Fərzəliyev Rüfət Fətullayevlə işləmək istəməyib və onu özünə yaxın olan Azər Quliyevlə əvəzlənməsini həyata keçirib.
DİA.AZ - "Mənzərəyə baxaraq aldanıb getdiyimiz növbəti məkan... Qubada yerləşən "Panoramic Guba" restoranı ilə 15 gün öncə 50 nəfərlik məktəb kollektivimizdən ibarət yer, menyu, vaxt və saat danışıldı..." DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Mədinə Məmmədli adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra bildirib: "Hətta ora gedildi, dəqiqləşdirildi..
Dünən qarşılaşdığımız mənzərə bizi dəhşətə gətirdi.
Bizim kollektivimizi əvvəlcə dar-düdük bir "besetka"ya 40 nəfəri yerləşdirməyə çalışan , ayaqüstə yer axtarmağa məcbur qoyan həmin məkan saat 9-da bizə səhər yeməyini hazır etməli idi, ancaq saat 11:30-a qədər bizi ac saxladı. Əvvəlcə "pesok", yarım saatdan sonra yağ-pendir, yarım saatdan sonra çiy yumurta (mağaza yumurtası), yarım saat sonra çörək... yarım saat sonra isə buz kimi çay gətirdilər.
Digər "besetka"ya isə çay getmədi.
Bu nə xidmət idi, bu nə idi hələ də anlamadıq. Biz oturmağa yer tapdıqdan sonra başqa 40 nəfərlik kollektiv gəldi, qaldı ayaqüstə. Həftələr öncə yer danış, hər gün əlaqə saxla... axırda da ortada heç bir hazırlıq görmə. Hamısı əsəbiləşib getdilər...
İŞLƏDƏ BİLMİRSİNİZ, İŞLƏTMƏYİN! HEÇ KİMƏ MƏSLƏHƏT GÖRMÜRƏM, PULUNUZA VƏ ƏSƏBLƏRİNİZƏ HEYFİNİZ GƏLSİN!!!"
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
“Bizim Ev” MTK-nın qanunsuz əməlləri, hətta şirkətin idman stadionunun ərazisini zəbt etməsi barədə biz və digər media qurumları uzun müddətdir ki, yazırıq. Qısa məlumat üçün qeyd edək ki, vaxtilə adı “Məhsul” olan stadion indi Yasamal rayonu İdman-Sağlamlıq Kompleksi adlanır. İkinci vacib məqam isə bu kompleksin kimə məxsus olmasıdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ( sədri, millət vəkili Səttar Möhbalıyedir ) “Məhsul” stadionu ilə bağlı yaydığı RƏSMİ açıqlamada qeyd olunur: “Yasamal” İdman Sağlamlıq Klubunun istifadəsində olan keçmiş “Məhsul” stadionu adlanan ərazi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bəyan edir ki, Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən “Məhsul” stadionunun ərazisinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇIXARIŞ verilib və həmin ÇIXARIŞ indi də qüvvədədir. Bildiririk ki, adı çəkilən stadionun ərazisi ilə bağlı heç bir alqı-satqı prosesləri həyata keçirilməyib. Çünki stadion və ərazisi AHİK-in MÜLKİYYƏTİNDƏDİR”. Bizə elə gəlir ki, ərazinin hansı quruma, kimə məxsus olması barədə mübahisələrə bununla son qoyulur. Yəni “Məhsul” idman stadionu AHİK-in mülkiyyətidir. Bəs görəsən, “Bizim Ev” MTK bu stadionun ərazisini zəbt edəndə AHİK-in niyə səsi çıxmayıb və niyə bu gün də susmaqda davam edir..? Təsəvvür edirsiniz, Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 69D ünvanında hündürmərtəbəli bina tikən “Bizim Ev” MTK nəinki stadionun ərazisini, hətta idmançıların soyunub-geyinmə otağını da zəbt edib. Bu hələ harasıdır..? Bu MTK ətrafdakı yaşıllıqları, ağacları məhv edib. Ətraf binalardakı sakinlərin istirahət hüququnu pozur. Görəsən yaşıllıqların məhv edilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyi ( nazir Muxtar Babayev ) görmür..? Axı, mənzil tikintisi haqqında qanunda məhəllədaxili tikintlərə qadağan qoyulub..? Bəs Arxitektura Komitəsi, Yasamal İcra Hakimiyyəti, FHN hara baxır..? Bu qədər dövlət qurumu necə susa bilər..? Ətrafda yaşayan sakinlər dərdini kimə desin..? Bəlkə kimlərsə bilərəkdən Yasamalda da Gədəbəydə baş verən hadisəyə oxşar ssenari hazırlayır..? Sabah bezmiş, cana doymuş sakinlər etiraz aksiyası keçirsə, kim məsuliyyət daşıyacaq..? Təsəvvür edirsiniz, binanın tikintisində istifadə olunan zəhərli fenol maddə qatılmış beton palçıq, qum-çınqıl, sement tozu gecə-gündüz ətrafda yaşayan sakinlərin başına tökülür. Ətrafda yaşayan sakinlərin avtomobilləri “Bizim Ev” MTK-nın palçığından, toz-torpağından məhv olub gedir. Tikintiyə beton daşıyan ağır maşınların ucbatından məhəllədaxili yollar dözülməz vəziyyətə düşüb. Yaxud sabah iraq olsun beton qırıntıları həyətdə oynayan uşaqların başına düşüb öldürsə, buna kim cavab verəcək..? Hazırda “Bizim Ev” MTK ikinci bir stadionu da zəbt eləyir. Adi bir müşahidə nəticəsində görmək olur ki, tikintidə köhnə, yerdən qazılıb çıxardılmış paslı armaturlardan istifadə edilir. Görəsən, tikintiyə məsul dövlət qurumları qardaş Türkiyədə baş verən o boyda faciəni nə tez unutdular..? Biz bir media olaraq dəfələrlə özümüzə əziyyət verib Mənzil tikintisi haqqında Qanunun maddələri lap sadə dildə vətəndaşlara yazıb çatdırmışıq ki, öz hüquqlarını qoruya bilsinlər. Bəs bu işi öhdəsinə götürən dövlət qurumları nə edir..? İnsanlar gecə-gündüz tikintinin səs-küyündən nevroz vəziyyətinə düşüblər. Buna son qoyulmalıdır. Və təcili olaraq AHİK səsini qaldırmalı, FHN tikinti ərazisinə gəlib tədbir görməli, cənab ekonazir bura təşrif buyurmalıdır. Artıq ətrafda yaşayan sakinlərin səbr kasası DAŞMAQ ÜZRƏDİR, CƏNABLAR. Başa düşdünüzmü..? Əgər dövlət “Bizim Ev” MTK-nın sahibi, Mürşüdün öhdəsindən gələ bilmirsə... Gerisi bizlik deyil. Bir media olaraq bizim işimiz yazmaqdır.. //gundelik-baku.com//
“Şabran” istirahət mərkəzini tikəndə bax bura kimi, hansı ki, prezident gedirdi, ora kimi asfalt elədilər. Gözə görünən yeri də asfaltladılar, buraları asfaltlamadılar”. Şabranın Pirəbədil kəndində salınan “Şabran” İstirahət Kompleksi tikiləndə kəndlərin yolları hələ dağıdılmamışdı. Kənd camaatı deyir, otelin açılışına prezident gələcəkdi deyə otelə qədər olan yol bərpa olunub, asfaltlandı. Yəni prezidentin ayağının dəydiyi yollar asfaltlı, kəndlilərin ayağının dəydiyi yol isə dağıdılmış vəziyyətdə qalıb. “O tərəfdən çəkdilər Xəlifələr yolunu ki, prezident gələcək, prezident gələndə onlara yaxşı yol göstərəsən. 50-60 metr də guya çəkdilər Zeybə kəndinə ki, görsünlər, yol yaxşıdır. Amma Əhməd bulağından, sanatoriyadan bura və Quba-Bakı trasına qədər yollar bərbad gündədir”. Kənd camaatının dediyinə görə, otelin tikilməsi bahasına yaxın kəndlərin yolları dağıdılıb. İndi əvvəlki asfalt yoldan əsər əlamət yoxdur. “Yolumuz 4 il bundan qabaq dümdüz, asfalt yol idi. Sonra bu tikinti ilə bağlı yük maşınları gəldi, getdi, bizim yol pis günə qaldı”. “Ağır yüklü maşınlar, kubik, sement, çınqılından tutmuş bu Şabran çay yolu ilə çəkdilər gəldilər. Yollarımız əvvəldən yaxşı idi. Onlar gəldilər, burada tikinti haradasa 2-3 il davam etdi. Yolu təmiz dağıtdılar, tökdülər”. Rza Həsənov hər gün mərkəzdən kəndə gəlib çörək paylayır. Çörəyi bu işdən çıxdığından hər gün kəndə gəlməyə məcburdur. Amma bu, ona baha-başa gəlir. “Mən kəndə gəlib çörək paylayıram. Bizim kənddə çörək sexi yoxdur. Demək olar, gündə gəlib-gedirəm. Kəndə hər gələndə gedib “plafaktoriya”da maşını təmir edirik. Bizə kəndə gəlmək üçün 30 km yol 70 manata başa gəlir. Xarici maşınlar ondan da çox. Maşın altını dəydisə 150 manatdı, elə mənim maşınım da. Ən ucuz maşın məndədir. O da sıradan çıxdı, 4 ay istəmirsən bu kəndə gələsən”. “Maşınları, de, bizdə əsas minik maşınlarını bərbad günə qoyur. Yük maşınlarına nə var ki, onlar hər yerdə gedir də - daşda, kəsəkdə”. Kənd camaatı yolların dağıdılmasıyla bağlı rayon icra hakimiyyətindən prezidentə qədər bütün qurumlara şikayət ünvanlasalar da, bir nəticəsi olmayıb. Onlara verilən sözlər tutulmayıb. “Bizə çox yerdən söz verdilər ki, yolumuz tikinti qurtaran kimi düzələcək. Sonra tikinti qurtardı, “Şabran” istirahət mərkəzi tikildi. Ora qədər yollar, maşallah, asfalt, şüşə kimidir. Müraciətimiz, ərizələrimiz gedib mərkəzə. Hələ baxan yoxdur. Prezident Aparatınacan göndərilib. Hələ baxan yoxdu şikayətimizə. Söz veriblər guya ki, düzələcək. Haçanı bəlli deyil”.
Bir media olaraq təhsil sahəsindəki problemləri zaman-zaman gündəmə gətiririk. Təhsil sistemindəki rüşvətxorluq, korrupsiya halları barədə mediada geniş araşdırma yazıları dərc olunur. Neçə illərdir ki, orta məktəblərdə süpürgə pulu, fond pulu, qayıb-qiymət pulu medianın gündəmindən düşmür. Bütün bunlar azmış kimi, məktəblərdə “ölü canlar”, adı olub özü olmayan işçilər də ciddi mövzudur. Təsəvvür edirsiniz, məktəb direktoru mühafizəçi, bağban, xadimə və s adı altında xeyli sayda işçinin əmək haqqı kartını cibində gəzdirir və hər ay xeyli miqdarda dövlət vəsaitini mənimsəyir. Bütün bunlar azmış kimi məktəb direktorları təmir-tikinti adı altında dövlətin ayırdığı xeyli vəsaiti müxtəlif şirkətlərə tender yolu ilə verərək, onlardan “otkat” alır. Bir sözlə, vaxtıilə MƏBƏD hesab etdiyimiz orta məktəblər rüşvət və korrupsiya məkanına çevrilir. Biz hələ orta məktəb direktorlarının repetitorlar üçün müəllimlərə ayırdığı sinif otaqlarından, gəlirləri 50-50 faizlə bölüşdürməsindən danışmırıq. Məktəblərin yeməkxanalarına verilən ərazq və qida məhsulları da başqa bir yazının mövzusudur. Sözün qısası uşaqlarımızın gələcəyi olan məktəblər əməlli-başlı biznes və rüşvət məkanına çevrilib. Məktəb direktorlarının necə təyin olunması, bu təyinatın qiymətləri lap dəhşətlidir. Bütün bunlardan əlavə ən dəhşətlisi odur ki, pedoqoji təhsili olmayan, pedoqoji təcrübəsi olmayan şəxslər məktəblərə direktor təyin olunur. Yeri gəlmişkən, bir müddət əvvəl məktəblərdən birinə aqronom olan bir şəxs direktor təyin olunmuşdu. Müzakirə zamanı sabiq deputatlardan biri demişdi ki, məktəb direktoru pedoqoq olmaya bilər. Guya Allah qoymasa məktəb direktorunun işi pedoqoji deyil, menecer işidir, yəni məktəb direktoru biznesmen olmalıdır. Bax, bu günümüzün reallığıdır. Bəli, məktəb direktoru menecer, biznesmen olmalıdır. Sözün qısası, məktəblərimizdə vəziyyət dözülməz həddə çatıb. Bu yazıda konkret olaraq Bakı şəhərindəki Eldar Əliyev adına 93 saylı orta məktəbdən bəhs etmək istəyirik. Məktəbin direktoru Xalidə Səfər qızı İbrahimova barəsində qısaca bu qədər: Xalidə Səfər qızı İbrahimova 1976-cı ildə anadan olub. Tərcümeyi-halında Azərbaycan Texniki Universiteti bitirdiyi yazılıb. İstər-istəməz ortaya sual çıxır ki, Texniki Universiteti bitirən bir şəxs necə orta məktəbdə direktor ola bilər..? Amma düşünürük ki, əgər AQRONOM məktəb direktoru olursa, niyə Texniki Universitetin məzunu məktəb direktoru olmasın..? Xalidə İbrahimova 3 ildir ki, bu məktəbə rəhbərlik edir. Xalidə İbrahimova texniki təhsili ilə Təhsil Nazirliyində baş məsləhətçi işləyib, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ümum təhsil sektorunun məsləhətçisi olub və hazırda 93 nömrəli tam orta məktəbin direktorudur. Onu da qeyd edək ki, məktəb burada təhsil almış şəhid Əliyev Eldar Hacırza oğlunun adını daşıyır. Məktəbdə şagirdlərdən yığılan pullar, sinifdə qalmamaq üçün valideynlərin verdiyi rüşvət, repetitor müəllimlərdən alınan aylıq, hətta “arenda pulu” və s hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmalıdır. Sonda Elm və Təhsil Naziri cənab Emin Əmrullayevdən soruşuruq ki, məktəb direktoru Xalidə İbrahimovanın bu əməllərini görmürsünüz..? //gundelik-baku.com//