Cəlilabad meşələrində görünməmiş ekoloji cinayət hadisəsi qeydə alınıb. AzToday.az xəbər verir ki, Cəlilabad və Göytəpə meşəbəyliklərinin ərazisində qanunsuz yüzlərlə ağac məhv edilib.

Məlumata görə, Cəlilabad və Göytəpə meşəbəyliklərinin meşəbəyisi Elman Əliyev kütləvi qırıntıların izini itirmək üçün “179” nömrəli xidməti damğa ilə kəsilən ağacları damğalayıb.

Bildirilir ki, Elman Əliyev sözügedən xidməti damğasıyla bir ay öncə Göytəpə meşəbəyliyinin 12 saylı dolayında təhvil- qəbul zamanı qanunsuz olaraq ağacları damğalayıb. Və bundan əlavə 14 saylı meşə dolayında da həmçinin. 2 dolayda 200-dən çox kəsilmiş ağaclara vurulan damğaların heç birinin aktı yoxdur.

Maraqlıdır ki, bir neçə il öncə Əmək Məcəlləsinin 70-ci maddəsini “ç” bəndi ilə meşə qırıntısına görə işdən çıxan Salayev Xaləddin Faiq oğlu bir ay öncə 12 saylı meşə dolayına yenidən gözətçi təyin edilib.

Ümid edirik, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların kütləvi şəkildə məhv edilməsi faktları ilə bağlı adekvat tədbirlər görəcək.

Cəlilabad və Göytəpə meşəbəyliklərinin meşəbəyisinin izi itirmək üçün qanunsuz vurduğu damğaların bir hissəsinin görüntülərini təqdim edirik:

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

 
Ardını oxu...
DİA.AZ: - Göyçay rayon sakinləri tərəfindən DİA.AZ-a müraciət ünvanlanıb. Müraciət müəllifləri yazır:

"Göyçay Suvarma Sistemləri İdarəsində dövlət əmlakı talan edilir. Hər birinin dəyəri 300 min manatdan çox olan ekskavatorlar sıradan çıxarılır. Yanacaq oğurlanaraq açıq-aşkar satılır. Bu gedişlə Orxan Mahmudovun özbaşınalıqları nəticəsində idarə tamamilə məhv olacaq. O, icra başçısı Natiq Ağayevin yaxın adamı və şəxsən özünün vəzifəyə təyin elədiyi kadr olduğuna görə kürəyini möhkəm dağa söykəyirmiş kimi, heç bir haqlı şikayətdən qorxmur. İndidən bu cür, mənəm-mənəm deyirsə, gələcəkdə onun qanunsuzlarının qarşısı almaq əsla mümkün olmayacaq.

Biz Göyçay rayon sakinləri olaraq mətbuat vasitəsilə ölkə başçısı cənab İlham Əliyevdən çox xahiş edirik, icra başçısına arxalanan Orxan Mahmudov barəsində ciddi tədbir görülsün. Ümidvarıq ki, indiyədək müdir sarıdan bəxti gətirməyən Göyçay rayon Suvarma Sistemləri İdarəsinə tezliklə layiqli, vicdanlı, vətənpərvər rəhbər təyin olunacaqdır".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Neçə vaxtdır ki, ölkə mətbuatı İstanbul NS klinikasında “bezpredel idarəçilik”lə bağlı həyacan təbili çalmaqdadır. Buna baxmayaraq, bu gün də səhiyyə ocağında yaşanan acınacaqlı durum aradan qaldırılmır ki, qaldırılmır. Belə bir səbəblər üzündən də, səhiyyə müəssisəsinə müayinə və müalicə olunmaq, eyni zamanda digər məqsədlər üçün üz tutan insanların narazılıqları “pik nöqtə”yə çatıb və sanki insanlar arasında İstanbul NS klinikasına qarşı inamsızlıq hissi də formalaşıb. Hələ bunlar azmış kimi, əldə etdiyimiz məlumatlara görə klinikada baş verən ara-sıra ölüm faktlarının varlığı da, artıq vəziyyətin dözülməz olmasından xəbər verir. Qeyd etdiyimiz belə bir faktların varlığına baxmayaraq, bugünə kimi bir kimsə eşitməyib ki, baş verən hadisələrlə bağlı bir kimsə cəzalandırılsın. Sanki, süstlük, yenə də süstlük!
Ardını oxu...
Xüsusilə bir faktı qeyd etmək istəyirik ki, son dövrlər özünün reklamına küllü miqdarda pul tökən Neyrocərrah Zaur Ramixanov, bir qadının ölümünə səbəb olub. DİA.AZ-a daxil olan məlumata görə, ictimaət arasında böyük nüfuza sahib olan Saleh Aqşinin anasını əməliyyat edən Neyrocərrah Zaur Ramixanov, ciddi yalnışlığa yol verərək, xəstənin ölümünə səbəb olub. Saleh Aqşinin sözlərinə görə, həkim anasını əməliyyata götürməzdən əvvəl ailə üzvlərinə bildirib ki, keyyitmə ilə baş tutacaq cərrahi prosedur. Lakin həkim Zaur Ramixanov verdiyi sözə əməl etməyərək, yaşlı qadına narkoz verərək, əməliyyata alıb. Əməliyyat zamanı xəstənin halı pisləşib və vəfat edib. Mərhumənin ailə üzvləri həkimi ittiham edərək, səhlənkarlıq səbəbindən xəstənin ölümünə səbəb olduğunu bildiriblər. Ölüm faktı və həkim səhlənkarlığı ilə bağlı mərhumənin ailə üzvləri hüquq mühafizə orqanlarına və ölkə rəhbərliyinə müraciət ediblər. Vəfat edən qadının ailə üzvləri həkim Zaur Ramixanovun qanun qarşısında cavab verməsini və qanunvericilik çərçivəsində həkimlik fəaliyyətinə xitam verilməsini tələb edirlər.
P.S. Xüsusilə qeyd edək ki, ötən il adı qeyd olunan həkim ilə bağlı fakt dolu məlumatlar ölkə mətbuatının gündəmini zəbt etmişdi. Belə ki, Zaur Ramixanov əməliyyat zamanı həkim səhlənkarlığına yol verərək, bir nəfər şəxsin kor qalmasına səbəb olmuşdu. Həmin hadisə “Yeni Gəncə” Tibb Mərkəzində baş vermişdi. Zaur Ramixanov həmin hadisənin ört-basdır olunmasına nail olmuşdu və məsuliyyətə cəlb olunmaqdan son vaxtda qurtulmuşdu. Amma bu səfər görünür çətin olacaq. Çünki ortada ölüm faktı var. İnsanların ölümünə səbəb olan həkimlər layiqli cəzalarını almalıdır ki, digərlərinə də dərs olsun.
Teref.az olaraq, məsələ diqqətimizdədir.
Ardını oxu...
Göyçay rayonu ərazisində zibillik uzun müddətdir ki, təmizlənmir.

TEREF.AZ bildirir ki, bu barədə Axar.az-a ərazidə yaşayan sakinlər məlumat verib.

Göyçay Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, qısa müddətdə ərazi təmizlənəcək.
Ardını oxu...
Yəqin ki, Abşeron rayonu, Masazır yaşayış məntəqəsi ərazisondə fəaliyyət göstərən “Tri Palma” hotel adı ilə tanınan (əslində bura hotel deyil, ən böyük əxlaqsızlıq ünvanlarından biridir) bu ünvanın qanunsuzluğa söykənən fəaliyyəti haqda məlumatlı olan hər kəs bilir ki, hal-hazırda adı çəkilən bu obyekt hotel kimi deyil, açıq-aşkar əxlaqsızlıq ünvanı olaraq fəaliyyət göstərməkdədir.

"Azərbaycan Reallığı"na daxil olan məlumata görə buna səbəb olan amillərdən ən əsası ondan ibarətdir ki, hotelin inşası həyata keçirilən zaman obyekt sahibi “Tri Palma”nı elə bir “proyekt” əsasında inşa etdirib ki, bu obyektə məxsus otaqlarda yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarını həyata keçirmək mümkün olur. Məsələn, təqribən 10-15 otaqdan ibarət olan “Tri Palma” hoteldə cütlüklər üçün lazım olan hər cür şərait yaradılıb.

Onu da bildirək ki, qeyd olunan ünvana cütlüklərin daha çox üz tutmasının özəl səbəbi var. O da hotel adı ilə məşhur olan bu əxlaqsızlıq ünvanının, bir qədər xəlvəti ərazidə fəaliyyət göstərməsidir. Belə bir halın varlığı hər kəsin müəyyən söz-söhbətlərdən, qınaq obyektinə tuş gəlməsindən və s. kənarda qalmasına imkan yaradır.

Tutaq ki, bir kimsə “istirahət etmək” üçün ünvan axtarır, o halda həmin şəxs “Tri Palma”nı seçməyə qərar verir. Buna da əsas səbəb, yuxarıda qeyd etdiyimiz kimi adı çəkilən bu ünvanın xəlvəti bir ərazidə fəaliyyət göstərməsidir. Təəssüflər olsun ki, bu əxlaqsızlıq ünvanı “Tri Palma” hotel adını daşıyır. Axı, bu gün hər kəsin düşüncə tərzində hotel adını daşıyan ünvanlarla bağlı istirahət etmək, digər xoşməramlı tədbirləri düzənləmək məqsədilə fikir formalaşıb.

Əslində “Tri Palma”ya hotel adının verilməsi və bu ünvanın Abşeron rayonu ərazisində ən “xod” gedən əxlaqsızlıq ünvanlarından birinə çevrilməsi, sözsüz ki, hər kəsdə hotel adıyla bağlı müəyyən tərəddüdlərin, bəzi şübhələrin və s. əmələ gəlməsinə səbəb olur. Görəsən “Tri Palma” hotelin yuxarı üst hissəsinə hotel sözü deyil, birbaşa üç ulduzlu “Tri Palma” əxlaqsızlıq ünvanı sözlərinin yazılması daha məqsədəuyğun hal olmazmı?

Qeyd edək ki, çörəyini daş-torpaq daşımaqla, digər ağır fiziki işləri görüb alın təri axıtmaqla deyil, məhz yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaratmaqla qazanan hotel rəhbərinin idarə etdiyi obyektin adı, bu gün də dillər əzbəridir. Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, bu şəxs hotel üzərində nəzarəti heç bir halda başqa bir şəxsə etibar etmir.

Başqa bir halı da vurğulayaq ki, əksər ünvanlardan fərqli olaraq müştərilərə gün ərzində lazımi səviyyədə xidmət göstərilsə də, bəzi “müəmmalar”ın baş verdiyi hallar da olur. Bir sözlə, hotel ən böyük əxlaqsızlıq ünvanlarından biridir ki, adı çəkilən bu ünvanda nəinki qadınların cinsi istismarına şərait yaradılır, hətta ara-sıra neqativ hadisələr də baş verir. Məsələnin maraqlı tərəfi o olur ki, baş verən hadisələrdən sonra hotel sahiblərindən bir kimsə məsuliyyətə cəlb olunmurlar.

Əldə etdiyimiz səhih məlumatlara görə istər yemək-içmək süfrələrinin hazırlanmasında, istər yataq dəstlərinin dəyişdirilməsində, istərsə də digər xidmətlərin göstərilməsində və s. “Hotel” rəhbərliyi tərəfindən hər bir əməkdaşa lazımi tapşırıqlar verilir. Məsələn, adicə kənar bir şəxs hotelin həyətinə daxil olarkən, dərhal əməkdaşlar müştərilərin hüzurunda “sərasər” dayanıb ilk sualı verirlər: “Sizə hansı qiymətə otaq lazımdır?” Həmin an bəlli olur ki, hoteldə hər bir otağın öz qiyməti var.

Diqqəti cəlb edən hal odur ki, gün ərzində dövriyyəsi təqribən bir neçə min manatlarla hesablanan hoteldə bir ədəd olsun kassa aparatı olmadığından, həmin ünvana üz tutan müştərilərə heç bir halda ödəniş qəbzi verilmir. Yəni, obyekt sahibi vergi məsələsini qarşı tərəflə razılığa gəldikləri formada qaydaya salır. Belə bir halın varlığı, məhz obyekt sahibinin əldə etdiyi gəlirlərin daha çox hissəsinin vergidən gizlədilməsinə imkanlar açır.

Bu həm əmək intizamının tələblərinin pozulması, həm də vergi cinayətinin baş verməsi demək olur. Əsas məqamlardan biri də, cütlüklər qiyməti razılaşdırılmış otaqlara daxil olarkən onların nigahda olub-olmadıqları araşdırılmır, hoteldə əmək fəaliyyəti ilə məşğul olan əməkdaşlarla əmək müqaviləsi bağlanmır, bağlansa da formal xarakter daşıyır.

Hoteldə atılan addımlarla bağlı bu günədək ayrı-ayrı media qurumlarında dəfələrlə tənqidi məqalələr işıq üzü görüb, yaşanan problemlər qabardılıb və o da vurğulanıb ki, bu ünvanda yaş həddindən asılı olmayaraq qadınların cinsi istismara məruz qalmaları üçün şəraitin yaradılması ilə bərabər, çoxsaylı qanunsuzluqlara da imza atılmaqdadır. Müştərilərin bəzən olmazın aqibətlərlə üz-üzə qalmalarına səbəb, məhz ünvan sahibinin yaratmış olduğu şəraitin varlığıdır.

Düşündürücü hal odur ki, hotellə bağlı tənqidi məqalələr işıq üzü görərkən, hələlik adının çəkilməsini istəmədiyimiz bəzi “media nümayəndələri yuyulmamış çömçə” kimi meydana çıxıb, qeyd olunan ünvanı müdafiə edirlər. O halda sual oluna bilər ki, görəsən yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaradan hotel rəhbərinin atdığı addımları müdafiə etmək, özünü media nümayəndəsi hesab edən şəxsə və ya şəxslərə necə yaraşır? Əgər yaraşdırılırsa, deməli həmin şəxs də…

Bu gün hoteli idarə edən şəxsin əməllərini, eyni zamanda ona kənardan “krışalıq” edən və hələlik adını tam dəqiqləşdirə bilmədiyimiz şəxs(lər)in atdığı addımların varlığını eşitdikcə təəssüf hissi keçiririk. Hətta, Abşeronun hüquq-mühafizə orqanı əməkdaşlarının, bu cür iyrənc əməllərin baş verməsinə birbaşa cavabdehlik daşıyan vəzifə sahiblərinin fəaliyyətlərini tənqid etməkdən də çəkinmirik.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Büdcə vəsaiti “QHT Nəşriyyatı” adı ilə göyə necə sovruldu?

Təqribən 10 il öncə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təmtəraqlı şəkildə “QHT Nəşriyyatı” yaradıldı. Bu məqsədlə dövlət büdcəsindən 1 milyon manat vəsait ayrıldı.

Agentliyin müşahidə şurasının sədri Azay Quliyev bəyan etdi ki, nəşriyyat qazandığı vəsaiti QHT-lərə ayrılan qrant fonduna əlavə edəcək, bundan sonra maliyyə asılılığı azalacaq. Amma tam əksinə oldu, şura nəşriyyatın saxlanması üçün əlavə vəsaitlər ayırmağa başladı. Üstəlik, bütün qalib QHT-lər məcbur edildi ki, çap işlərini “QHT Nəşriyyatı”nda həyata keçirsinlər.

Məsələ ilə bağlı bir qədər araşdırma apardıq. İlkin əldə etdiyimiz məlumat o oldu ki, 1 milyon manat vəsaitin nəşriyyatın yaradılması üçün ayrılmasına Maliyyə Nazirliyi etiraz edib. Uzun müddət danışıqlar aparıldıqdan sonra QHT Şurası vəsaitin ayrılmasına nail olub. Sənədlər üzərində həmin vəsaitin konkret hansı şirkətə və ya quruma ayrılması, habelə tender keçirilməsi ilə bağlı ictimaiyyətə heç bir məlumat açıq olmayıb. Çünki “QHT Nəşriyyatı” yeni yaradılmamışdı, sadəcə mövcud olan nəşriyyatın adı dəyişdirilmişdi. Azay Quliyevin ailə dostu Rafiq Hüseynova məxsus “Əbdüloğlu Nəşriyyatı”nın adı dəyişdirilərək “QHT Nəşriyyatı” olub. Beləliklə, dövlət büdcəsindən ayrılmış 1 milyon manata bir neçə dəmir parçası alınaraq, külli miqdarda vəsait sənədlər üzərində silinib.

Əməkdaşlarımızın uzun axtarışından sonra “QHT Nəşriyyatı”nın əvvəllər yerləşdiyi məkanı tapdıq. Orada qarşılaşdığımız mənzərə çox acınacaqlı idi. Dövlət büdcəsi hesabına qurulduğu deyilən nəşriyyatın avadanlıqları həyətə tullanılıb, açıq havada saxlanaraq məhv edilib, onların daxilindəki bütün detallar çıxarılıb. Sadəcə metal parçası halına salınaraq dövlət büdcəsinə külli miqdarda ziyan vurulub. Yəqin ki, aidiyyəti qurumlar, maliyyə nəzarətini həyata keçirən təşkilatlar buna hüquqi qiymət verəcəklər.

Azay Quliyevin pafoslu şəkildə “QHT Nəşriyyatı”nın əhəmiyyəti barədə dediyi sözlər əslində QHT Şurasının fəaliyyətinin bütövlükdə nədən ibarət olduğunu ortaya qoyur.

Sual edirik: Binəqədi sakinlərinin seçimi əsasında parlament üzvü olan Azay Quliyev dövlətin ona etibar etdiyi vəsaiti belə qoruyurdumu? Bu məsələdə ona kim və ya kimlər havadarlıq edir?

Ümid edirik ki, bu sualların cavablarını aidiyyəti qurumlar araşdırmaqla verəcəklər.

KONKRET.az
 
Ardını oxu...
Ehtiyatda olan polkovnik-leytenant Coşqun Məmmədov gördüyü hörmətsizliyə görə işini itirdiyini deyir.

“27 il Silahlı Qüvvələrdə xidmət etmişəm. Ehtiyatda olan polkovnik-leytenantam. Bir il “Yeni Klinika”da çalışdım, amma əvvəlki rəhbərliyin dövründə heç vaxt belə münasibətlə qarşılaşmamışam. Buna görə də öz ərizəmlə işdən çıxmağa məcbur oldum”, – Coşqun Məmmədov deyir.

O, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının azad edilməsində iştirak edib. Deyir ki, 2022-ci ilin fevral ayında xəstəliyi ilə əlaqədar ehtiyata buraxılıb.

“2022-ci ilin avqustun 22-dən “Yeni Klinika”da təhlükəsizlik xidməti şöbəsinin müdiri kimi işə başladım. Klinikanın yeni rəhbəri Barat Yusubov TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun xidməti maşınının qapısını açmağımı təkidlər tələb etdi. Onun bu istəyi ilə razılaşmadığımdan aramızda narazılıq yarandı. Buna Vüqar Qurbanov da şahiddir”,- şikayətçi deyib.

C.Məmmədov bildirib ki, daha əvvəl də Qurbanov klinikaya tədbirlərə gəlib, lakin heç vaxt ona icraçı direktorun avtomobildən düşməsi üçün qapının açılmasını əmr etməyib. Çünki qapı açmaq təhlükəsilik xidmətinin vəzifə səlahiyyətlərinə aid deyil.

Məmmədov deyir ki, “Vətənə xidmətə görə” 3-cü dərəcəli orden, “Füzulinin azad edilməsi”, “Cəbrayılın azad edilməsi”, “Xocavəndin azad edilməsi”, “Vətən müharibəsi iştirakçısı”, “Silahlı Qüvvələr veteran”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, “Silahlı Qüvvələrin yaranmasının 90 illiyi”, “Silahlı Qüvvələrin yaranmasının 95 illiyi”, “Silahlı Qüvvələrin yaranmasının 100 illiyi” medalları ilə təltif edilib.

“Ehtiyatda olan hərbiçi kimi təqaüd alıram. Öz ərizəmlə işdən çıxmağa məcbur qaldım. Maddi və ən əsası mənəvi zərərlə üzləşmişəm”,-C.Məmmədov qeyd edib.

C.Məmmədov söyləyib ki, qısa müddət ərzində mühafizə xidmətinin 10 əməkdaşı öz ərizəsi ilə işdən kənarlaşdırılıb:

“Mənə ağrılıdır ki, TƏBİB bununla bağlı heç bir açıqlama vermədi, hətta maraqlanmadı. Halbuki hansısa bir tanınmışın qəzası ilə bağlı 4 dəfə açıqlama verirlər. Yalnız mənə zəng vurub narazılığımın icraçı direktor, yaxud Barat Yusubovla bağlı olduğunu dəqiqləşdirdilər. Heç vəziyyətimlə də maraqlanmadılar”.

Yeni Klinikadan suallara cavab vermək istəməyiblər. Klinikadan bildiriblər ki, sualları TƏBİB cavablandıra bilər: “Bizim mətbuatın suallarını cavablandırmaq kimi səlahiyyətimiz yoxdur”.

Şikayətlə bağlı TƏBİB-ə sorğu ünvanlandırılıb, hələ cavab yoxdur. //meydanTV//
 
Ardını oxu...
Ölkənin ictimai-siyasi həyatında baş verən dəyişiklikləri və həmin dəyişiklikləri şərh edən kütləvi informasiyaları izləyən vətəndaşlar yaxşı başa düşürlər ki, uzun illər Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Gülağa İslamov 2019-cu ilin fevralında öz kreslosunu birinci müavini Elşən Salahova təhvil verəndə daha əvvəl Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi sədri vəzifəsinə gətirdiyi qardaşı Böyükağa İslamovu sələfinə “bərk-bərk” tapşırmış, Şüvəlanda bələdiyyə sədri işləyən oğlu İlham İslamova da “toxunulmçazlıq statusu” qazandırmışdı. Sadiq oxucularımız xatırlayarlar, bu mövzuda əvvəllər qələmə aldığımız “Böyükağa İslamov zibili “Seyid Məhəmməd əli ilə” pula çevirir” sərlövhəli məqaləmizdə yada salmışdıq ki, hazırki icra başçısı Elşən Salahovla Böyükağa İslamovun işbirliyi çoxdan var və bu gün də davam edir: “Əvvəllər bu birlik rayon ərazisində boş torpaq sahələrinin satılmasına və qanunsuz tikililərin rəsmiləşdirilməsinə nəzarət edirdilər. İndi isə Xəzər rayonu ərazisində satılası torpaq sahəsi qalmadığından, onlar dövlət vəsaitlərinin çıxdaş edilməsi ilə məşğuldurlar. Böyükağa İslamovun rəhbəri olduğu Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi hər il satınalmalar yolu ilə Xəzər rayonunda asfalt örtüyünün təmir işlərinə, maşın və mexanizmlərin, xüsusi texnikaların, avadanlıqların, təsərrüfat mallarının satınalınmasına və abadlaşdırma işlərinin görülməsinə külli miqdarda dövlət vəsaiti ayırır”.

Ötən məqalədə hətta 2020-2021-ci illərdə baş tutmuş bəzi satınalma sövdələşmələrini sadalayıb Böyükağa İslamovun tender qutularından qalib çıxarılan işbaz ortaqları sırasında keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, hazırda oliqarx Füzuli Ələkbərovun “İmprotex” Şirkətlər Qrupuna aid olan firmaların çoxluq təşkil etməsinin altı cızılmışdı.

Bir halda ki, yazılanlar, deyilənlər əsasında hüquq-mühafizə, cinayət təqibi orqanları tərəfindən heç bir tədbir görülmədiyindən, Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən xidmət olunan ərazilərdən yığılaraq daşınan məişət tullantılarının və çirkab mayenin həcminin “şişirdilməsi”, zibil meydançalarıın ətrafının mişar daşı ilə hörülməsi, əhəng məhlulu ilə ağardılması, konteynerlərin təmiri işlərinə artıq pul silinməsi davam etdirilir. Küçələrdəki yaşıllıq zolağının ərazisində bulaqların ventilləri istismar müddəti bitmədən sıradan çıxmış kimi göstərilərək kağız üzərində tez-tez yenisi ilə “dəyişdirilir”. MKTB-nin işçilərinə alınmış kimi göstərilən və toplam dəyəri iri məbləğlərlə ölçülən müxtəlif ləvazimatlar, avadanlıqlar və xüsusi geyimlər heç də onların hamısına paylanılmır. Birliyin su maşınları ilə хidməti ərazilərin, məcburi köçkünlərin, idarə və təşkilatların on minlərlə ton içməli su ilə təmin edildiyi göstərilsə də, yayda aparılan müşahidələrdən bəlli olub ki, çox vaxt su maşınlarla satılır. Birliyin balansında olan çoxmənzilli hündürmərtəbəli yaşayış binalarının dam örtüklərinin “əsaslı təmiri”, binaların girişlərində “təmir-bərpa işləri”, binaların fasadının, girişlərinin və pilləkən qəfəslərinin “emulsiya ilə rənglənməsi”, hər birinin giriş qapılarının və pilləkən qəfəslərindəki pəncərələrin “yenisi ilə əvəz olunması”, pillələrin “aqlay daşı ilə üzlənməsi”, “alaq otlarının təmizlənməsi”, “ağacların gövdələrinin ağardılması”, “mənzillərin tüstü bacalarının və havadəyişmə kanallarının təmizlənməsi” adı altında xeyli vəsait “xırıd edilir”. Qeyri-qanuni bağ-bağçaların, kiçik torpaq sahələrinin, inşa edilmiş qaraj və kiçik ölçülü tikililər sökülməsində də vətəndaşlara münasibətdə ayrı-seçkilik edilir, rüşvət aldıqları şəxslərin qanunsuz tikililərinə əl vurmurlar.

Böyükağa İslamovun bu müstəvidə işlərinin rəvan getməsi üçün “əldən – ayaqdan gedən” əsas əlaltısı isə MKTB-nin sanitar-təmizlik sahəsinin rəisi Mirzə Məhəmməddir. Yeri gəlmişkən, hər iki vəzifəli şəxsin binada kabinetləri üz-üzədir. Bu sadaladığımız və digər məsələlərlə bağlı suallara aydınlıq gətirmək üçün hər ikisinin qəbuluna düşüb münasibətlərini öyrənməyə çalışmışıq. Sahə rəisi faktlara izahat verməkdənsə, gileylənməyə, daha əvvəlki kimi qazancın omadığından şikayətləndi: “Mən kiməm ki, pul da yeyəm? Mənə düşən qəpik-quruşdu” dedi və sonra da Böyükağa İslamovun qərar tutduğu üzbəüz kabinetin qapısını göstərdi. Qəbuluna düşdüyümüz Böyükağa İslamov özündənrazı halda kreslosunu yerində sağa-sola fırlatmaqla bir daha ədalı tərzdə nümayiş etdirmiş oldu ki, vəzifə ona qardaşından, qardaşına isə sanki atalarından miras qalıb. Bununla belə o da “ay keçən əyyam, olasan indilər” əhvalı ilə əvvəlki daha gəlirli dövranı nostalji hisslərlə xatırlayıb daha böyük tikələri həzm edən “yuxarıdakıların” qarasına deyindi.

Mövzuya qayıdacağıq.

Deryaz.az
 
Ardını oxu...
“Deryaz.az” saytının sadiq oxucuları, eləcə də Ağstafa rayon təhsil ictimaiyyəti yaxşı xatırlayarlar ki, bir ara Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Mədət Zeynalovun korruptiv siyasətini tənqid edirdik və bu yarıtmaz siyasətə ortaq etdiyi işçilərindən Afaq Mustafayeva və əri Bayram Bayramov cütlüyünü də qınamışdıq. Bundan sonra fakt qarşısında qalaraq özü ortaya çıxmayan Mədət Zeynalov, cütlüyü qabağa verərək üstümüzə yeritdi və bir ara Afaq Mustafayeva tərəfindən Dövlət Təhlükəsizlik Xiudməti adından təhdid olunduq. Telefonda özünü Dövlət Təhlükəsizlik Xidmətinin işçisi kimi təqdim edən Afaq Mustafayevanın yalanının üstü açılıb. Redaksiya olaraq bununla əlaqədar yaxın günlərdə məhkəməyə müraciət etmək qərarına gəlmişik.

Ardını oxu...

Nə isə, bu günlərdə redaksiyamıza daxil olan məlumata görə, Afaq Mustafayevanı var-dövlətə sahib edən başqa müstəsna qabiliyyətləri də varmış. Zira o, təhsil idarəsində operator, yaxud, katibə işləməklə o qədər pulu qazana bilməzdi. Nə özü, nə də Qaçaq Kərəm adına orta məktəbdə təsərrüfat müdiri işləyən əri Bayram Bayramov maaşlarını neçə ay üst-üstə yığsalar belə sürdükləri 20 min dollarlıq 77-FB- 970 nömrəli, “Hunday Santafe” markalı avtomobili, bir evləri ola-ola, digərini də Ağstafa şəhərinin mərkəzində halal pulla ala bilməzdilər.

Ardını oxu...
Yeni evdə yeni avtomobil. Xeyirli olsun

Deyilənə görə acığınıza birini də təzəlikcə Bakıdan alıblarr. Ağlınıza başqa şey gəlməsin, Afaq Mustafayevanın sələmçiliklə məşğul olmasına dair əsaslı şübhələr müəyyən olunub. Belə ki, redaksiyamıza zəng vuran Eyyubova Siranuş Cəbrayıl qızı deyir ki, özü Böyük Vətən müharibəsi əlilinin qızıdır. Ailəsi Qarabağ savaşında iki şəhid verib. Onun sözlərinə görə, Afaq Mustafayeva Qazax bazarında şirniyyat satan anası Fazilə xanım ilə birgə sələmçiliklə məşğuldur, faizlə borc verir. Afaqın anası Fazilədən qızıl girovu qarşılığında 800 (səkkiz yüz) manat borc pul götürüb. Fazilə xanım deyib ki, pul Afaqındır. Sonrakı iki il yarım müddət ərzində hər ay 10 faiz olmaqla, aylıq 80 (səksən) manat pul ödəyib. Sonra ödənişində çətinlik yaranıb. Bunu görən Fazilə xanım Siranuşdan borcun əsas məbləğini geri istəyib, deyib ki, qızı ev almaq istəyir. Siranuş xanım borcu birdəfəyə deyil, hissə-hissə qaytara biləcəyini deyib. Çünki həmin ərəfədə şəhid xəbərini eşidən həyat yoldaşı infarkt keçiribmiş, xəstəxanaya düşübmüş. Sonra hər ay əsas borcdan 100 (bir yüz) manat qaytarmağa başlayıb. Axırıncı yüz manatı verəndə qızılını geri istəyib. Bu vaxt Fazilə ona qızılı yaddan çıxarıb evdə qoyduğunu deyib. Halbuki, təkcə brilyant qaşlı saatın qiyməti 3500 (üç min beş yüz) manat edirmiş. Aralarında mübahisə yaranıb, Fazilə və həyat yoldaşı onu küçə söyüşləri ilə təhqir etməyə, gah Afaqın qardaşı ilə, gah da qaynı ilə hədələməyə başlayıblar, atın quyruğuna bağlayıb sürütdürəcəklərini deyiblər. Ən nəhayət, qızılı girov götürdüklərini danıblar. Bundan sonra Siranuş xanım onları polisə şikayət edəcəyini deyib. Cavabında polisi saymadıqlarını (yumşaq ifadədir) bildiriblər. Görünən odur ki, polis də Afaq Mustafayevanın və yaxın qohumlarının əlində girinc qalıb. Çünki Siranuş Eyyubovanın zinət əşyaları geri qaytarılmayıb.



Kim zəmanət verə bilər ki, Afaq Mustafayevanın anası vasitəsilə sələmə verdiyi pullar Regional Təhsil İdarəsi tərəfindən dəfələrlə töhmət verilən müdiri Mədəd Zeynalovun pulları deyil?!

Siranuş xanım redaksiyamız vasitəsilə hüquq — mühafizə orqanlarına müraciət edərək qızıllarının geri qaytarılması üçün aidiyyatı qurumlardan imdad diləyir.

P.S. Bayram Bayramovun 2011-ci ildə avtoqəzada dünyasını dəyişən mərhum qardaşı Nəsib Bayramovun seyfində olan qızıllarının və pulların aqibəti necə oldu? — Növbəti məqaləmizdə…

Mövzuya qayıdacağıq.

Deryaz.az
 
Ardını oxu...
Ölkəmizdə dövlət uşaq müəssisələrində tərbiyə alan və 18 yaşı tamam olduqdan sonra bu müəssisələri tərk edən valideyn himayəsindən məhrum, kimsəsiz gənclərin yaşayış sahəsi ilə təmin olunması işlərinə Azərbaycan Prezidenti cənab İlham Əliyevin həmin gənclərə xüsusi diqqət və qayğısı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında başlanılıb.

Bu məqsədlə Nazirlər Kabinetinin müvafiq sərəncamı əsasında dövlət büdcəsindən vəsait ayrılmaqla, dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları üçün Abşeron rayonunun Masazır qəsəbəsində ilkin mərhələdə 13 mərtəbəli, 120 mənzilli yaşayış binası və infrastruktur obyektləri inşa olundu. Sonrakı mərhələlərdə isə əlavə olaraq hər biri 120 mənzilli daha 2 yaşayış binası tikildi.

Sözügedən aşayış binaları Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün «Məzun evi» Sosial Müəssisəsi kimi fəaliyyət göstərir və Abşeron rayonu, Masazır kəndi, “Duz zavodu” yolu, 2-ci massiv, ev 1 ünvanda yerləşir. 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarla müəssisənin Nizamnaməsi təsdiq edilib. Nizamnaməyə uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunları barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan siyahı əsasında həmin məzunlar öz istəkləri nəzərə alınmaqla «Məzun evi»nə yerləşdirilirlər. Bununla əlaqədar onların hər biri ilə Dövlət Sosial Təminat Xidməti arasında müddət göstərilmədən yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi bağlanılır.

«Məzun evi»ndə hər bir məzuna bir mənzil təqdim olunur. Onların kommunal xərcləri ilk 6 ay müddətində dövlət büdcəsi hesabına ödənilir. Binada məskunlaşan və dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin kommunal xərclərinin isə onların təhsil aldığı müddətdə dövlət büdcəsi hesabına ödənilməsi təmin olunur. Məzunlar onlara əvəzsiz olaraq istifadəyə verilmiş yaşayış sahəsini dəyişmək, özgəninkiləşdirmək, kirayəyə və ya digər şəxsin istifadəsinə vermək hüquqlarına malik deyillər.

Bütün mənzillər lazımi mebel, inventar və avadanlıqla, mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilmiş, normal yaşayış üçün müasir şərait yaradılmışdı. Amma indi…

Məzunun mənzildən istifadə hüququnu itirməsi “gözlə qaş arasındadır”. Belə ki, mənzil müqavilənin şərtlərini pozmaqla istifadə edildikdə, məzunun səhlənkarlığı və ya məsuliyyətsizliyi səbəbindən mənzil mühüm təhlükəyə məruz qaldıqda, mənzil üçüncü şəxslərin istifadəsinə verildikdə, mənzili əvəzsiz istifadəyə götürmüş subay məzun vəfat etdikdə, müəssisənin direktoru tərəfindən edilən xəbərdarlığa baxmayaraq, müəssisənin daxili intizam qaydalarını ay ərzində təkrar pozduqda müqaviləyə xitam verilir. Misal üçün, sakin binanın liftini səhlən karlıq səbəbndən xarab edərsə, mənzildən qovula bilər. .

Bəs elə isə Müəssisə rəhbərliyinin məsuliyyəti nələrdən ibarətdir və ondan məsuliyyət soran varmı? İndi faktiki olaraq, 13 mərtəbəli bu binaların liftləri işləmir.

Dəryaz qəzetinin redaksiyasına müraciət edən sakinlər problemləri ilə bağlı məqalə hazırlamaq üçün bizi məzun evinə dəvət etdi. Masazır qəsəbəsinə, həmin ünvana gedib sakinlərlə həmsöhbət olduq. Sakinlərdən Qəniyev İlqar Yusif oğlu deyir ki, binaların birində hər iki blokun liftləri, ikincisində iki blokun birinin liftləri, üçüncüdə isə blokların ya sərnişin lifti, ya da yük lifti işləmir: “Bəzisinin kart sistemi, bəzisinin əyləc qurğusu nasazdır, ya da avtomatı yanıb. Xəstəmiz, şikəstimiz var. Düşürüb-çıxara bilmirik. Xəstənin üstünə təcili yardım çağırırıq, həkimlər yuxarı mərtəbəyə qalxmaqdan imtina edirlər. Sabah bir fövqəladə hadisə olsa, bunanı necə tez tərk edə biləcəyik?”

Sakinlər deyirlər ki, Müəssisə rəhbərliyinə, Sosial Xidmətlər Agentliyinə, Fövqəladə Hallar Nazirliyinə müraciətlər etsələr də , problem həll olunmur. Bildirilr ki, liftlərə servis xidməti göstərəcək şirkət artıq tender əsasında müəyyənləşib. Ancaq Sosial Xidmətlər Agentliyi həmin şirkətə pul köçürməlidir ki, işçiləri gəlib liftləri təmir eləsinlər.

Əlil arabasında gəzən sakin Anar İbayev bildirir ki, ondan savayı binada Bahar, Gülbəniz, Fazil adlı hətta şəhid anası olan əlil qonşuları da var ki, başqa şəxslərin köməyi olmadan lifti düşüb-çıxa bilmirlər.

Ardını oxu...

Təsəvvür edin, liftin işləməməsi bizim üçün nə deməkdir? Aptekə, dükana getmək üçün biz kimə ağız açaq? Ya lifti düzəltsinlər, ya da bizə əl tutacaq sağlam sosial işçilər ayırsınlar. Sosial Xidmətlər Agentliyinə müreaciət edəndə də boynumuza minnət qoyurlar ki, bəs, Allahınıza şükür edin, başqaları evsiz-eşiksiz, küçədə qalıblar”.

Sosil Xidmətlər Agentliyinə isə Vüqar Behbudov rəhbərlik edir. Hələ “Məzun evi” layihəsi başlayanda onun adı məzunlar arasında ayrtı-seçkilik etməkdə, korrupsiyada hallanırdı. Amma necə oldusa, nazir Sahil Babayev Vüqar Behbudovu Agentlik direktoru vəzifəsinə irəli çəkdi.



Müşahidə etdik ki, binanın həndəvərində əlil arabaları ilə bloklara giriş-çıxış üçün nəzərdə tutulan xüsusi piyada yolların döşəməsi sökülmüş, məhəccərləri “yoxa çıxmışdır”. Binanın ətrafında zibillər daşınmır, antisanitariya hökm sürür.

Binanın ətrafını basan zibil qoxusundan baş çatlayır.

Mövzunu davam etdirəcəyik

Ardını oxu...
Ardını oxu...

Deryaz.az
 

Dünyapress TV

Xəbər lenti