Ardını oxu...
"Dövlət Neft Şirkətinin keçmiş vitse-prezidenti Bədəl Bədəlov Suraxanı rayonunun Yeni Suraxanı ərazisində - “Araz” market yaxınlığında vətəndaşların xeyir-şər yeri üçün nəzərdə tutulan ərazini zəbt edib, burada qanunsuz tikinti işləri həyata keçirir. Sözügedən ərazidə özü üçün nəhəng ticarət mərkəzi inşa edən Bədəl Bədəlov nəinki vətəndaşların etirazına məhl qoymur, özünü külli-ixtiyar sahibi kimi aparır". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir.

"Bədəl Bədəlov nümayişkəranə şəkildə bildirir ki, o, heç kimdən və heç nədən çəkinmir" deyə iddia olunan müraciətdə daha sonra qeyd olunur:

"Yeni Surxanı ərazisində xeyir-şər yeri ilə bağlı ciddi problem mövcuddur. Əhalinin sıx məskunlaşdığı rayonumuzda xeyir-şər yeri tapmaq sözün həqiqi mənasında müşkülə dönüb. Bu səbəbdən də rayon sakinləri hazırda Bədəl Bədəlovun böyük inşaat işi apardığı məkanda müvafiq dövlət qurumlarının dəstəyi ilə xeyir-şər yeri tikmək niyyətində idi. Vətəndaşlar bununla bağlı istək və tələblərini Suraxanı Rayon İcra Hakimiyyətinin də nəzərinə çatdırmışdı. Lakin bir neçə gün öncə məlum olub ki, Bədəl Bədəlov bu ərazini də zəbt edib və burada qeyri-yaşayış obyekti ucaldır. Görünür Bədəl Bədəlov hesab edir ki, gəliri bir qədər də artsın deyə, minlərlə vətəndaşı xeyir-şər yerisiz qoymaq olar.

Sizdən xahiş edirik ki, problemin işıqlandırılmasına, əlaqədar qurumalrın diqətinə çatdırılmasına köməklik göstərəsiniz. Tələbimiz tikintinin sökülməsi, həmin ərazidə xeyir-şər yerinin inşa edilməsidir. Əraziyə baxış keçirsəniz, Bədəl Bədəlovun “işğal faktı” ilə tanış ola bilərsiniz".
Ardını oxu...
Məsələ ilə bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Ardını oxu...




İki həftə əvvəl internet informasiya məkanında Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu təhsil sektorunun müdiri Əlmirzə Məmmədovun məktəbli geyimini biznesə çevirməsinə dəlalət edən səs yazısı yayıldı. Həmkarlarının “votsapp” qrupuna səsli mesaj atan Əlmirzə Məmmədov məktəb direktorlarına müraciət edərək onları valideynləri “yalnız İqbal müəllimə məxsus “Ağsu-Mall” paltar mağasına” yönləndirməyi tapşırıb. Sözlərindən məlum olur ki, məktəbli formaları ilə bağlı sifarişləri qəbul etməyə və yerinə yetirməyə iddialı başqa mağazalar da var, amma hansısa maraqlara uyğun olaraq, valideynlər məhz onun göstərdiyi mağazaya istiqamətləndirilir. Geyim monopoliyasına belə ad qoyurlar ki, guya həmin dükanda olan məktəbli geyimlərində hər məktəbin özünün nömrəsi olacaq. Halbuki, Dağlıq Şirvan Regional Təhsil İdarəsi özünün “feyzbuk” səhifəsində avqustun 17-də etdiyi paylaşımda valideynlərə vahid məktəbli formasını özünün istədiyi satış məntəqəsindən almağa və ya tikdirməyə ixtiyar verildiyi qeyd olunub.
Əlbəttə ki, bu, Ağsu rayon təhsilində sadalana biləsi çoxsaylı qanunsuzluqlıardan yalnız biridir. Rayonda təkcə məktəbli formalarının satışı deyil, elə məktəblərin özü də monopoliya altına alınıb, sülalələrin, ailələrin inhisarına verilib. Necə ki, Nüydü kənd orta məktəbi Əzizovların ixtiyarına təslim edilib. Məktəbi 2012-ci ilədək Nüydü kınd bələdiyyəsinin hazırki sədri Əzizov Zabit Əziz oğlu idarə edib, həmin ildən isə direktor vəzifəsini arvadı Əzizova Qənirə Rasim qızına ötürüb. Redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, Ağsu Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Füzuli müəllim Əzizovlarla birləşərək dövlət büdcəsinə qənim çıxıblar, güdaza gedən isə təhsil, onun keyfiyyəti olub. Məktəbdə uşaq olmadığı halda başqa uşaq adları yazıblar. Bundan əlavə, məktəbdə müəllim və texniki işçilərin biri Əzizovun gəlini olmaqla digər qohumları işləyib.
O da bildirilir ki, hətta bundan əvvəlki bələdiyyə sədri Fəxrəddin Osmanov Zabit Əzizov ilə yeznə-qayındılar. 10 il əvvəl Fəxrəddin Osmanov bələdiyyə ərazisində olan ağacların kəsilib-satılmasına rəvac verdiyinə görə hüquqi şəxs qismində 40 min manat cərimələnmişdi. Sanki Nüydü kəndini Füzuli Kərimlinin vasitəsilə bunlar özəlləşdiriblər. Sual olunur ki, bələdiyyə sədri Füzuli müəllimin əıli olmasa, öz yerinə qaynını təyin edə bilər, ya yox?
Xeyli müddətdir Muğanlı İsmayıllı yolunun tikintisi həyata keçirilir. Əvvəllər bu yolda tez-tez sürüşmə prosesləri nəticəsində yol bəzən aylarla bağlı qalırdı. Mütəxəssislərin fikrinə görə yeni yolun tikintisi zamanı quraşdırılan keçid və körpülər sürüşmə zonalrından yan keçməklə problemi həll edəcək. Yol tikintisini Evrascon (“Azərkörpü” ASC), və “Körpü Bina Tikinti” MMC şirkətləri həyata keçirir.
Ağsu Rayonu Qırlar və Quzey kənd sakinləri adından KİV-ə ünvanlanan müraciətdə xoş niyyətlə görülən işin içində də yeyinti və əhalinin təhlükəyə sürüklənməsi ilə bağlı həyacan notları qeyd olunub.
Kənd sakinlərinin bildirdiyinə görə Nüydü bələdiyyəsinin sədri Zabit Əzizov və Ağsu rayon icra hakimiyyətinin başçısının birinci müavini Füzuli Kərimli yol tikintisini həyata keçirən şirkətlərlə əlaqəyə girərək uzaq məsafəyə daşınmalı olan torpağı Qırlar, Sanqalan və Quzey kəndləri ərazinə böşaldılr. Buradan Tikinti şirkətləri iş həcminin çox göstərilməsi, realda isə daha az iş görməklə qazanır. Kənd sakinlərinin bildirməsinə görə bu haqq hesabdan Bələdiyyə sədri və İcra hakimiyyəti başçısının müavini də öz paylarını alırlar.
Bəs kənd sakinlərini narahat edən nədir? Torpaq tökülən ərazilər adı çəkilən kəndlərin heyvanlarının otlaq sahələridir. Yeni torpaq üzərində isə ot bitməsi illər sonra əmələ gələ bilər. Eləcə də, tökülən torpaq ərazinin florasını məhv etməklə yanaşı təhlükə mənbəyi kimi dəyərləndirilir. Uzunmüddətli yağışlardan sonra həmin tökülən torpaqlar sürüşə bilər, bu isə Ağsu çayının qarşısını kəsməklə real təhlükəyə çevrilər.
Nüydü Bələdiyyəsinin sədri Zabit Əzizov mediaya bildirib ki, məsələ guya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları ilə razılaşdırılıb. Tökülən torpaq kütlələri qarşısında bərkitmə işləri görüləcək, onun çaya axmasının qarşısı alınacaq. Tikinti şirkətindən hansısa maddi məbləğin alınmasını birmənalı rədd edən bələdiyyə sədri qeyd edib ki, yol tikintisini həyata keçirən şirkət adı çəkilən kəndlərin yollarını yüksək səviyyədə təmir edəcəklərini öhdəsinə götürüb.
İbrahim Hümbətov
Ardını oxu...
Neftçala Suvarma Sistemləri İdarəsinin “Suvarma kanallarının mexanizmlərlə lildən təmizlənməsi işlərinin” satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb.

TEREF.AZ-ın 32gun.az-a istinadən məlumatına görə, tenderin qalibi Neftçala Melioservis İdarəsi olub. Tərəflər arasında 98 min 998 manat 39 qəpik dəyərində müqavilə imzalanıb.

Əldə etdiyimiz məlumata görə, tenderin qalibi olan Neftçala Melioservis İdarəsinin dövlətə 57 min 554 manat 91 qəpik vergi borcu var.

Bildirək ki, nizamanamə kapitalı 209 manat 20 qqəpik olan Neftçala Melioservis İdarəsinin İdarənin rəisi Nəsirov Nizami Ağarəzi oğludur.

Xatırladaq ki, "Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderdə iştirakını qadağan edir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri isə Zaur Mikayılovdur. Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi isə Elçin Ataş oğlu Əsədovdur.
 
Ardını oxu...
“Dilənçi” ləqəbli Elgiz 200 minlik avtomobili necə aldı..? Doğrudan da, analoqu olmayan bir cəmiyyətdə yaşayırıq. Nə qədər yazmaq olar, demək olar ki, ölkədə təkcə radikal din altında deyil, digər istiqamətlərdə də çox təhlükəli qüvvələr var. Həqiqətən də, təhlükəli, az qala, Dövlətə meydan oxuyan qüvvələr yaranıb. Dövlətə meydan oxumağın buynuzu-zadı olmur ki...
Təsəvvür edə bilməzsiniz ki, “Həyat üçün Şans” Reabilitasiya Mərkəzində nələr baş verir... Fikir verdinizmi, ən humanist adı seçiblər özlərinə...guya, narkotik asılılığı olan insanlarımızı yenidən həyata, düzgün yola qaytaracaqlar, onları müalicə edəcəklər... Amma əslində, bu murdarxanada nələr baş verir...
Təsəvvür edirsiniz, kimlərinsə “zakazı” ilə hansısa imkanlı adamların nakoman yaxınlarını müalicə adı ilə maşına basıb Reabilitasiya Mərkəzinə gətirirlər. Təəccüblənməyin. Bəli, Reabilitasiya Mərkəzinin sahibi Elgiz Alxanovun (Şirinov) özünün “əməliyyat qrupu” var, “polis maşını” var, nə bilim, idmançı dəstəsi var... Axı Elgiz Alixanov (Şirinov) kimdir, nəçidir ki, dövlətin içində əməliyyat keçirir, kimisə həbs edir, kimisə ayaqlarından asır, kimisə suda boğur, kimisə karsa salır... Heç Afrikanın cəngəlliklərində belə qaydalar yoxdur...
Təsəvvür edirsinizmi, belələrinə bir az səlahiyyət verilsə, ölkədə nələr baş verər..? Heç Ali Məhkəmə sədrinin, Baş prokurorun bu qədər səlahiyyəti yoxdur... Bəs belə olan halda Elgiz Alxanovun (Şirinovun) arxasında kim(lər) dayanır, onu kimlər müdafiə edir..? Elgiz hər yerdə çox yüksək vəzifəli şəxslərin adını çəkir və deyir ki, Reabilitasiya Mərkəzinin sahibləri onlardır. Elgiz hətta sponsorlarının da adlarını çəkir, amma özü hər narkomanın valideynlərindən 1500 manat alır... Bu adam başına 2500 narkomanı toplayıb, özünü muzdlu dəstənin başçısı kimi aparır.
Təsəvvür edirsiniz, belə bir qüvvə sabah kimlərdənsə əmr-göstəriş alarsa, nələr baş verər..? Bəs bu ölkənin Hüquq-Mühafizə Orqanları hara baxır..? Bu boyda təhlükəni görmürlər...? Elgiz Alxanov ( Şirinov) ölkədə tanınan, nüfuzlu və imkanlı şəxslərin uşaqlarının siyahısını tutub, onları tora salmağın, mala otuzdurmağın, valideynlərindən külli miqdarda pul almağın planlarını cızıb və tapıb...
“Dilənçi” ləqəbi ilə tanınan, qonşularından, dost-tanışlarından narkoman olduğu dövrdə uşaqlarına 5 manat çörək pulu alan Elgiz indi narkotiklərin hesabına Yasamal rayonu, Nazim Hikmət küçəsindəki evini 100 min manata təmir etdirir, 200 min manata maşın alır və s.
Yuxarıda qeyd etdiyimiz kimi Elgiz Alxanovun həyat yoldaşı da Abşeronda Reabilitasiya Mərkəzi yaradıb və imkanlı, vəzifəli şəxslərin qız-gəlinlərini orada, guya, müalicə edir...
O da vaxtilə 5 manat çörək pulu üçün dilənirdi, amma indi böyük imkanlara sahibdir.. Yəni bu ər-arvadın yaratdığı böyük cinayətkar şəbəkədir... Bu adam özü üçün instaqram səhifəsi açıb, yəqin birazdan sayt-zad açacaq, media təsis edəcək, TV-zad və daha nələr... Ümumiyyətlə, maraqlıdır ki, müstəqil Reabilitasiya Mərkəzi açmaq üçün mütləq ölkənin Səhiyyə Nazirliyi icazə verməlidir. Bu adamın heç bir tibbi təhsili yoxdur, özü də narkomanın biri olub... Bütün bunlar azmış kimi Elgiz Alxanov (Şirinov) Azərbaycan Dövlətinə də şər-böhtan atır, hər yerdə deyir ki, polis rəislərinin aylığını verirəm...hətta tez-tez bəzilərinin adlarını da hallandırır...
Elgiz (Alxanov) Şirinovun bir qardaşı da Rusiyada yaşayır və o da orada, guya, Reabilitasiya Mərkəzi açaraq narkomanları müalicə edir... Amma əslində, Elgiz və onun dəstəsi narkotacirlərlə sıx əlaqədə işləyirlər, Elgiz, guya, aşağı doza narkotiklə xəstələri müalicə edir... Elgiz (Alxanov) Şirinov bir xəstənin, guya, müalicəsi üçün hər ay 1500 manat pul alaraq 6 ay müddətinə dozanı tədricən aşağı salmaqla müalicə metodu yaradıb...Yəni xəstələri özündən asılı vəziyyətə salır...Burada müalicə alan xəstələrin heç biri heç vaxt sağalmır.
Əslində, Elgiz (Alxanov) Şirinov ətrafına 2500-dən çox narkoman toplayaraq özü üçün bir “ordu” yaradıb, müxtəlif imkanlı şəxslərin evlərinə, mülklərinə basqın edərək qarət edirlər... Və onu da qeyd edək ki, Elgiz (Alxanov) Şirinovun Reabilitasiya Mərkəzləri Abşeronda, Novxanıda, Binəqədidə, Sumqayıtda özəl obyektlərdə, şəxsi evlərdə fəaliyyət göstərir. Hələ bu harasıdır..? Bəli, şəxsi evlərdə...həm də pəncərələr dəmir barmaqlıqlarla bağlanır, dəstəyi çıxarılır...sözün həqiqi mənasında ZİNDAN... Və içəridə qumarxana, meyxana və s. məclislər...təşkil edilir. Və onu da qeyd edək ki, Elgizin yanında, guya, müalicə olunan narkomanlar bayırdakı narkomanlara imkanlı adamların evlərinin, mülklərinin ünvanlarını ötürüb evləri qarət edirlər...
Elgizin ətrafında xeyli sayda imkanlı, vəzifəli şəxslərin övladları...zerkalni nömrəli bahalı avtomobillər...boyunlarda 1 kq qızıl zəncirlər... Elgiz hazırda özünə dəyəri 1 milyon olan bağ evi axtarır... Valideynlər isə ağızlarındakı protezi satıb Elgizə pul gətirirlər...
Elgiz o qədər həddini aşıb ki, dövlətin hesabına Reabilitasiya Mərkəzi açmaq istəyənləri şantaj edir, deyir ki, mənim icazəm olmadan onlar heç nə aça bilməzlər...onlar mütləq mənimlə razılaşmalıdırlar...
Bu günlərdə Elgiz (Alxanov) Şirinovun dəstəsi Qarabağ veteranı olan bir şəxsin evinə basqın edərək qarət ediblər. Bir sözlə, Elgizin cinayətkar şəbəkəsi əməllərini davam etdirir...
Bundan əlavə, onu da qeyd edək ki, Elgiz Alxanov (Şirinov) həyat yoldaşı ilə birləşərək başına cinayətkar dəstə toplayıb heç bir lisenziyası olmayan evlərdə gizlin fəaliyyət göstərirlər. 2500 adamdan hər ay 1500 manatdan pul alınırsa, görəsən, Elgiz Alxanov (Şirinov) hər ay nə qədər vergi ödəməlidir və nə qədər ödəyir? Atalar deyib ki, heç vaxt narkomanın andına, heç bir sözünə inanmayın... Elgiz Alxanov (Şirinov) hər addımbaşı deyir ki, mənim metodum mənə məxsusdur... heç kim bu işləri mənsiz apara bilməz... Amma Elgiz adlı "konçinni" narkoman başa düşmür ki, o, vətəndaşları aldadaraq əldə etdiyi külli miqdarda gəlirə görə Korrupsiya İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunacaq və bütün valideynlər övladları üçün verdikləri külli miqdarda pulları geri istəyəcəklər... Bundan əlavə, Elgiz Alxanola (Şirinov) bərabər onun həyat yoldaşı da cinayət məsuliyyətinə cəlb oluna bilər, onu da dəmir barmaqlıqlar arxasında cəza çəkmək gözləyə bilər... Bu işdə biz bir media olaraq Elgiz Alxanovun və həyat yoldaşının törətdikləri cinayətləri anbaan izləyərək ictimaiyyəti məlumatlandıracağıq...
P. S. Kimlərinsə bu işdə təzyiqlərinə rast gəlsək, Cənab Prezidentə açıq məktubla müraciət edəcəyik... Bizi izləyin.
gundelik baki.com

Son illər Lənkəran şəhərində səkilərin zəbt edilməsi halları adi bir hala çevrilib.

Şəhər sakinlərinin AzToday.az-a verdiyi məlumata görə, şəhərin mərkəzində səkidə iki mərtəbəli ev tikilib.

Daha doğrusu ev Qala xiyabanında tikilib. Yolun bir tərəfi tamamilə bağlanıb. Tikilən evin yerində əvvəl market olub, sonra üstündə ikinci mərtəbə tikilib və sol tərəf səki tamamilə tutulub, qarşı tərəf isə azı 3 metrə zəbt olunub. Obyektin qarşısında Həzi Aslanovun heykəli və parkı yerləşir.
Ardını oxu...

Ardını oxu...

Ardını oxu...
Paylaşacağımız videoda gördüyünüz bu mənzərə Sumqayıt istiqamətindən paytaxta gələndə – “Ekologiya Postu” kimi tanınan DYP binasının düz yanındakı , yolun sağ tərəfində olan yaşıllıq massivindən çəkilib. Məlumdur ki, paytaxtın çox az ərazilərində belə yaşıllıq massivləri qalıb. Onların hamısı işbazlar tərəfindən məhv edilərək, yerində çoxmərtəbəli binalar və ya gəlir gətirən bahalı “obyektlər” tikilib. Görünür, hələ SSRİ vaxtından salınan və paytaxtın girişinə xüsusi bir gözəllik, təbiətimizə isə bənzərsiz fayda verən bu meşə massivinə də kiminsə gözü düşüb. Azinforum.az-ın apardığı araşdırmadan sonra məlum olub ki, bu ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansındadır.

Onda isə sual olunur: hörmətli nazir Muxtar Babayev Bakının düz girişindəki bu yaşıllığın bilə-bilə məhv edilməsinə niyə göz yumur? Başa düşdük, o, Gədəbəyin Söyüdlü kəndində əcnəbilərin ekologiyamıza qarşı törətdiyi terroru görmürdü və buna görə də ölkə başçısının sərt danlağına tuş gəldi. Bu ərazi ki, düz onun qulağının dibindədir. Ortadakı acı mənzərə onu deməyə əsas verir ki, Muxtar Babayev Prezidentin tənqidlərindən lazımi nəticəni çıxarmayıb. Əks halda, biz bu acı mənzərənin şahidi olmazdıq. Bu ərazidəki təbiət terrorunun qarşısı alınmasa, tez bir zamanda biz burada yaşıllıq deyil, boz binalar görəcəyik. DİA.AZ Azinforum.az-a istinadla həmin acınacaqlı mənzərənin əks olunduğu videogörüntüləri təqdim edir:

 
Ardını oxu...
İsmayıllı meşələrində "yaşıl soyqırımı"n həyata keçirilməsi, qiymətli ağacların kəsilərək sexlərə göndərilməsi ilə bağlı dəfələrlə ölkə mediasında dəfələrlə yazılar dərc olunub.

Təsəvvür edirsiniz, AĞACIN BİR BUDAĞINI KƏSƏNİ kəsəni cərimələyirlər, hətta cinayət işi açırlar, amma meşəni qırıb yerində restoran, istirahət mərkəzi, şadlıq evi açanlara gözün üstə qaşın var deyən yoxdur.

Bu gün İsmayıllıda fəaliyyət göstərən ORMAN, TOPÇU, MANQAL, ÇİNAR, DƏRYA, OCAQ və s. kimi restoran, istirahət mərkəzlərinin çoxu məhv edilmiş yaşıllıqların, meşə sahələrinin üzərində tikilib. Hətta ORMAN restoranı biraz irəli gedərək şadlıq evi də tikib. Bunlar hamısı məhv edilən meşələrin hesabınadır.

DƏRYA restoranı isə ətrafdakı Aşıqbayram gölünü özəlləşdirib. Az qala gölə baxmaqdan da pul almaq istəyirlər.

TOPÇU restoranı isə ağacları kəsə-kəsə kabinetlərin sayını artırır.

Sözün qısası, İsmayıllıda meşələr seyrəlir, restoranların sayı artır.

Bəs görəsən bu fəlakəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi, cənab nazir Muxtar Babayev görmür.

Sözün açığı, Ekologiya Nazirliyinin icazəsi olmadan bu qədər meşə sahəsini məhv etmək olmazdı. Hər bir qurum külli miqdarda “aylığını” alıb bu boyda cinayətə göz yumurlar.

Bəs görəsən, İsmayıllıda cənab Prezidenti TƏMSİL edən, rayonun icra başçısı Bağırov Nahid Rza oğlu nə düşünür..?

2020-ci ildən İsmayıllını icra başçısı işləyən Nahid Bağırovun tərcümeyi-halına nəzər salanda hər şey aydın olur:

4 Aprel, 1979-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri 242 və 151 saylı məktəblərdə alıb.

Neçənci ildə orta məktəbi bitirmisən, Rza kişinin oğlu Nahid..?

Bu adam nə qədər savadsız olubsa, 20 yaşında ( 1999-1979 = 20 ) güc-bəla ilə Elşad Abdullayevin ABU-sunu bitirib.

Neçənci ildə ABU-ya daxil olub. Yazmır,çünki...

Amma necə girib, testdən keçibmi..?

2006-cı ildə Nahid Bağırova VƏHY gəlib və bu dəfə Abel Məhərrəmovun BDU-sunu bitirib.

Bəs neçənci ildə BDU-ya daxil olub..? Bunu da yazmır...

2020-ci ildən isə İsmayıllı rayonuna icra başçısı təyin olunub.

Belə tərcümeyi-halı olan adamın icra başçısı olduğu rayonda nəinki meşələri başını kəsərlər, hətta dağların dalını dağıdarlar.

Dağlar amanatı...meşələrimizi qoruya bilmədik, barı daağlarımızı qoruyaq.
Nuh.az
 
Ardını oxu...
Teref.az yazır ki, İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli daha bir ittihamla çıxış edib.
İSBAM sədri Samir Adıgözəlli Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin sədri Azay Quliyevlə bağölkı yeni bir faktla sosial şəbəkələrdə çıxış edib. Samir bəy yazır:
"QHT Agentliyi nə qədər səxavətli imiş.
Cəmil Həsənlinin vəkilinə də qrant ayırıb. Ölkə rəhbərliyini söyən adamları ( onların ətrafını) maliyyələşdirmək siyasi dönüklük deyilmi hörmətli Azay Quliyev ?
Ardını oxu...
Hər kəsin siyasi fikrinə hörmətlə yanaşıram.
Amma Agentlik rəhbərliyinin ucuz üsulla məni ittiham etdirib, bu kimi dövlətçiliyə qarşı prinsipsizliklərini anlamaq olmur.
Samir Adigozelli"
Teref.az

 
Ardını oxu...
Milli Arxiv İdarəsi rəqəmsallaşma səviyyəsi ən aşağı olanlardandır, amma uzun müddətdir ki, bu sahəyə milyonlar ayrılır
SİNAM Milli Arxivin rəqəmsallaşması üçün yenidən tenderin qalibi olub, 2 milyon manat alıb və artıq müqavilə imzalanıb.
Ötən il də bu şirkət eyni məqsəd üçün 0.5 milyon manat dövlət vəsaiti almışdı.
2021-ci ilin dekabrında isə SİNAM yenə həmin məqsəd üçün, rəqəmsallaşma və Elektron Arxiv Sisteminin yaradılması üçün 2 milyon manat almışdı.
Ümumiyyətlə isə, 2013-cü ildən etibarən Milli Arxiv İdarəsinin elektronlaşmasına yalnız SİNAM rəhbərlik edir, heç bir digər İT şirkət bura yaxın buraxılmır.
SİNAM arxiv sisteminin rəqəmsallaşması üçün toplam olaraq on milyonlarla dövlət vəsait alıb.
Nəticə varmı?
Real nəticələri indiyədək görməmişəm, rəqəmsallaşma səviyyəsi ən aşağı olanlardandır, hər hansı təqdimatlar və hesabatlar olmayıb, heç bir dövlət və özəl qurum bu sistemə inteqrasiya olunmayıb. Vətəndaşlar üçün də rəqəmsal xidmətlərinin şahidi olmamışıq.
İndi görəsən eyni məzmunlu layihələrə yenidən ayrılan milyonlar üçün eGov sahəsində səlahiyyətli qurum olan RİNN, İRİA rəy veribmi?
Əvvəlki işlərin dəyərləndirməsi, monitorinqi olubmu?
Xatırlayıram ki, SİNAM uzun illər pensiya sahəsində, ƏƏMN sistemində də tenderləri udur, müxtəlif İT layihələr icra edirdi. Rəqəmsal həllərin isə çoxusu işləmirdi, problemlər çox olurdu. Qurum rəqəmsallaşa , inteqrasiya oluna bilmədi.
Nəticəsi isə ondan ibarət oldu ki, ƏƏMN sistemində yeni nazir gələndən sonra yenidən bu sahəyə dövlət vəsaitləri ayrıldı, SİNAM-ın qurduğu bütün köhnə İT layihələr, köhnə sistemlər isə "alt sistemlər" adı ilə yenidən quruldu.
Görəsən indi necə olacaq, arxiv rəqəmsallaşacaq, yoxsa burada da rəhbərlik dəyişəndə yenidən vəsaitlər ayrılmaqla hər şey başqa şirkətlə, başqa adla yenidən təkrarlanacaq?
Osman Gunduz
Teref.az
Ardını oxu...
Iranla həmsərhəd Culfa sərhəd-keçid məntəqəsində 3 kilodan artıq ərzağın keçirilməsinə qadağa qoyulub. Teref.az yazır kji, bu haqda „Gündəlik Naxçıvan“a yerli sakinlər məlumat verib. Onlar deyir ki, bundan əlavə, gətirdiklər məişət avadanlıqlarına görə də onlardan qanunsuz pul alınır. Keçid məntəqəsindən şikayət edənlər əsasən, İran ərazisindən keçməklə Naxçıvan – Bakı – Naxçıvan avtobus reyslərinin sərnişinləridir. Bu reyslər hər gün 4 dəfə həyata keçirilir.
Ordubad rayon sakini M. Əsgərov deyir ki, Naxçıvan tərəfindən fərqli olaraq, Biləsuvardakı sərhəd-keçid məntəqəsindən Bakıya istənilən qədər ərzaq keçirmək mümkündür :
„Əslində, Naxçıvan blokadadır deyə, ərzağa məhdudiyyət qoyulmamalıdır. Təəssüf ki, tam əksinədir. Necə olur ki, Biləsuvar tərəfdən istədiyin qədər məhsul keçirmək olur, Naxçıvana isə yox? Məgər, Naxçıvanda Azərbaycan qanunları işləmir. Avtobusla Bakıya gedərkən, oradakı qohumlar üçün İrandan xeli ərzaq almışdım, keçid məntəqəsindən rahatlıqla keçirdim. Naxçıvana qayıdarkən düşündüm ki, eyni qanunlar bu Culfada da işləyir. 10-15 kilo ərzaq aldım ki, evə aparım. Çünki, İranda Naxçıvana nisbətən 3-4 dəfə ucuzluqdur. Lakin, bizimkilər buraxmadı. Dedilər ki, 3 kilodan artıq olmaz. Gömrk işçiləri əlimdəki ərzaqları alıb, müsadirə etdilər“.
Şahbuz rayon sakini B. Quliyev isə deyir ki, 200 manatlıq məişət avadanlığını Naxçıvana buraxmaq üçün ondan 50 manat rüsum tələb ediblər:
„Qanunla min manatdan yuxarı dəyəri olan məişət avadanlıqlarına müəyyən faiz rüsum alınmalıdır. İrandan alıb, Biləsuvar vasitəsi ilə Azərbaycana keçirəndə, bu qanun nəzərə alınır. Naxçıvan isə, sanki başqa ölkədir. 50 manatlıq əşyaya da rüsum alırlar. Bu yaxınlarda İrandan 200 manatlıq məişət ləavazimatı alıb, Naxçıvana keçirdim. Dedilər ki, 50 manat rüsum ödəməlisən, yaxud da geri qaytar. Başıma az qala hava gələcəkdi. Məcbur olub, dediklərini ödədim. Əvəzində qəbz istədim, güldülər mənə. Dedilər ki, biz qəbz vermirik“.

Dünyapress TV

Xəbər lenti