Ardını oxu...
Qadınlar həkimin onları dəhşətli görkəmə saldığını deyirlər. “Bu işlə məşğul olan mütəxəssislər peşəkar olmalıdırlar, Səhiyyə Nazirliyindən müvafiq sertifikat almalıdırlar. Çünki istənilən halda tibbi prosedur həyata keçirilir” Son zamanlar kosmetoloqlara müraciət edənlərin və bu cür xidmət təklif edənlərin sayı çoxalıb.

Dodaqları böyütmək, burnu kiçiltmək, qaşları qaldırmaq, qalınlaşdırmaq, üzdəki səpkiləri aradan qaldırmaq, ət xallarının götürülməsi, hətta əyri ayaqların düzəldilməsi belə mümkündür. Ancaq heç də hər kəs bu prosedurlardan razı qalmır. Çünki sadəcə, 2-3 aylıq kurs keçməklə kosmetoloq kimi çalışanlar var, üstəlik, məhəlləarası kiçik gözəllik salonlarında belə epilyasiya aparatını idarə edə bilənlər özlərini kosmetoloq adlandırır. 3-5 aya kosmetoloq olmaq şansı...

Hər addımbaşı bir gözəllik salonu ilə qarşılaşırıq. Əslində bu heç də pis deyil, üz-gözünə, saçlarına düzən vermək istəyən xanımlar bunun üçün uzaq məsafə qət etməli olmurlar. Pis olan odur ki, 3-5 ay ya hardasa kosmetoloq kursunu bitirən, hansısa kosmetoloqun yanında bu sənətin sirlərini öyrənən, ya da bu sahə ilə heç bir əlaqəsi olmayanlar salonlarda müxtəlif prosedurlar həyata keçirirlər.

Məsələn, plazma liftinq, lazer epilyasiya, ləkələrin ağardılması, botoks, dodaqların təbii və süni gel ilə korreksiyası və s. Bu prosedurları düzgün həyata keçirmək üçün tibbi biliyin olması, bundan əlavə gigiyenik qaydalara əməl edilməsi vacibdir. Ancaq etiraf edək ki, bu gün salonların əksəriyyətində bu şərait və tibbi personal yoxdur. "Azərbaycan Reallığı" xəbər verir ki, son günlər isə kosmetoloqlardan biri Lamiyə Mustafayevanın adı uğursuz prosedurda hallanır.

Səslənən ittihamlara görə, heç bir kosmetoloq təhsili və təcrübəsi olmayan Lamiyə Mustafayeva yüzlərlə pasiyenti dəhşətli görkəmə salır, 500-1000 manata iynə vurmaqla onların dodaqlarını və digər bədən nahiyələrini pis günə salır. Məlumata görə, Lamiyə Mustafayevanın müxtəlif sertifikatları olsa da, o, başqa sahə üzrə təhsil alıb.

Kosmetoloqlar nazirlikdən sertifikat almalıdır Mütəxəssislər bildirir ki, gözəllik salonlarında virus infeksiyalarının, xüsusilə hepatitlərin yayılması sirr deyil: "Təəssüflər olsun ki, bunu sübuta yetirmək çətindir. Nəzərə almalıyıq ki, 3 aylıq kurs qurtaran "kosmetoloq”un qanla işlədikdə, yanında hepatit əleyhinə məhlulların olması ilə bağlı anlayışı yoxdur. İnanmıram ki, hansısa gözəllik salonunda hepatit əleyhinə məhlul olsun.

Buna görə də hesab edirəm ki, istənilən ambulator qaydada prosedur aparılan yerlərdə ilk növbədə müasir sterilizasiya qaydalarına əməl edilməlidir. Çünki adi qaynama vasitələri ilə virus infeksiyalarını məhv etmək mümkün deyil, amma salonlarda bu, nəzərə alınmır”. İlk növbədə qanla bağlı prosedurlarda infeksiyaların məhv edilməsi, ikinci növbədə isə peşəkarlıq məsələsinə diqqət etmək lazımdır:

"Bu işlə məşğul olan mütəxəssislər peşəkar olmalıdırlar, Səhiyyə Nazirliyindən müvafiq sertifikat almalıdırlar. Çünki istənilən halda tibbi prosedur həyata keçirilir. Səhiyyə Nazirliyi sertifikat verərkən yoxlamalıdır ki, həmin adamın tibbdən baza təhsili var, ya yox. Bundan başqa, həmin sahə üzrə müvafiq kurs keçməsi ilə bağlı da sənədi yoxlanılmalıdır. Bunların əsasında da həmin şəxsə kosmetoloq kimi işləməsi, prosedurları gerçəkləşdirməsi üçün lisenziya verməlidir”.

Təhlükəsizlik baxımından nəzarət sistemi olmalıdır Orqanizmə müxtəlif yad maddələrin yeridilməsi zamanı bu, anaflaktik şok verə bilər: "Ümumiyyətlə, ambulator prosedur həyata keçirilərkən həmin yerdə anaflaktik şok əleyhinə xüsusi şkaf olmalıdır. Çünki ambulator prosedurlar zamanı şoka düşən adamı şokdan çıxarmaq mümkün olmayanda, ölüm halı baş verir.

Estetik əməliyyatların beynəlxalq standartları var. Hazırda dünyada qəbul edilmiş standartlarla aparılan əməliyyatlar sınaqlardan keçib və qəbul olunub. Amma biopolimerin toxuma daxilinə vurulması beynəlxalq standartlarda qəbul edilməyib. Ona görə də ayrı-ayrı adamlar kosmetoloq adı altında bunları edirlər, sonra isə problemlər yaşanır”.

Sözügedən məsələlərə Səhiyyə Nazirliyi nəzarət funksiyasını həyata keçirməlidir: "Səhiyyə Nazirliyi məsləhətverici orqan olmalı, dövlət proqramının həyata keçirilməsinə nəzarət etməlidir. Nazirliyin müvafiq qurumları istər diaqnostik vasitələr, istərsə də Azərbaycan ərazisində istifadə olunan müalicə vasitələrinin düzgün tətbiqinə nəzarət etməlidir.

Yəni bu, administrativ nəzarət olmamalı, ölkənin milli təhlükəsizlik baxımından nəzarət sistemi olmalıdir. Sözügedən nəzarət sistemi kosmetoloqlarla yanaşı, digər tibbi personala da aid olmalıdır. Kosmetoloji prosedurlarla bağlı neqativ halların aradan qaldırılması üçün bütün proseslər qanunauyğun şəkildə yerinə yetirilməlidir. Uğursuz nəticənin əldə olunması pasiyentlərin həm sağlamlığına, həm də psixoloji durumlarına mənfi təsir göstərir”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

AZƏRBAYCANREALLIĞI.COM
 

         

Ardını oxu...
Sabirabad rayonunda şəhid, qazi və əsgər ailələri rayonda yaradılın sünü manelərlə bağlı kütləvi olaraq etiraz aksiyası keçirmək və Dövlət Başçısına müraciət edərək Sirqaəddin Cabbarovun istefasını tələbi ilə çıxış ediblər.

Onların narazı olmasına səbəbi icra hakimiyyətinin onların problemlərini dinləməməsi, rayonun vətən savaşı dönəmində və sonrakı illərdə şəhid ailəsinə, qazilərə verilməli olan maddi yardımların mənimsənildiyi, hələ də sosial problemlərinin həll edilməməsidir.
İcra hakimiyyətinə şikayətə gedən şəhid, qazi,əsgər ailələrini heç kim qəbul etmir, başçı müxtəlif bəhanələrlə onlarla görüşməkdən imtina edir.

Qalaqayın kənd sakinləri deyib ki, yerli məmurlar tərəfindən insanlarımıza olan nifrət müqayisə edilməzdir. Kənd sakini dediyinə görə” sonuncu dəfə icra hakimiyyətinə getdik, başçının müavini H.Həsənov mənə nalayiq sözlər deyərək bas bayıra söylədi, bu özbaşınalığa dözməliyik bizlər…”

Ətraflı videoda:

 

Ardını oxu...


HÜQUQ mühafizə orqanları insanların taleyi ilə oynayan bu şəxs haqqında hüquqi qiymət versinlər.

Hörmətli “Hedeftv.info” saytının oxucuları 30 avqust 2023-cü il tarixində bizim ünvanımıza Bakı şəhər sakini Mirmahmud Kazımov küçəsi 31, mənzil 28-də yaşayan Emin Paşayev adlı şəxsdən şikayət məktubu daxil olmuşdur. Bizim əməkdaşlar həmin şəxslə telefon əlaqəsi saxladılar. Emin bəy çox böyük bir təlaşla bizi sözügedən ünvana dəvət edərək çəkiliş etmək üçün xahiş etdi. Bizim çəkiliş qrupumuz şikayət ərizəsini əlimizdə əsas tutaraq bir neçə media nümayəndəsi ilə birlikdə həmin ünvana getdik. Ərizədə yazılanlar öz haqlı yerini tapdı. Çəkiliş qrupu bütün gedişatı çəkdi və şikayətçinin video müsahibəsi götürüldü. Ölkə Prezidenti öz çıxışında və xalqa müraciətində bütün media işçilərinə təkidlə müraciət edərək xalqı incidənlərə, eləcə də bütün vəzifəsindən sui-istifadə edən vəzifə rəhbərlərinin özbaşınalığını qərəzsiz şəkildə çatdırılmasını tələb etmişdir. Biz də media olaraq vəzifə borcumuzu ləyaqətlə yerinə yetirməyi həmişə hazırıq. Şikayətçi Emin Paşayev ərizəsində qeyd edirki, biz ailəlikcə məzuniyyətdə idik. Sözügedən binanın 1-ci mərtəbəsində yaşayırıq. Evə daxil olarkən evimizin vəziyyəti bizi şoka saldı. Evin divarlarında çatlar əmələ gəlmişdir. Sonra gələn səslərdən bildik ki, binanın zirsəmisindən həmin səslər gəlir. Gördüyümüz mənzərə qarşısında bütün bina sakinləri heyrətə gəldi. Zirzəmi dağıdılmış söküntü işləri aparılmışdır. Bina az qala havadan asılı və orada yaşayan sakinlərin həyatı təhlükə gözlənilir. Bunu edən cinayətkar kimdir soruşduqda özünü Bəhmən Tağıyev kimi təqdim edən bir nəfər yaxınlaşaraq mən bu binada kirayənişin yaşayıram və bu zirzəmini səlahiyyətli orqanlardan razılaşdırılmış şəkildə satın aldığını və özü üçün obyekt tikdirdiyini söylədi. Qalan hadisələri şikayətçidən eşidək: Videonu sizlərə təqdim edirik. Biz də media olaraq araşdırmanın nəticəsini rəsmi olaraq həm saytımız, həm də məktub şəklində ölkə Prezidentinə, Birinci Vitse-Prezidentə, eyni zamanda bütün hüquq mühafizə orqanlarına çatdırmağı özümüzə borc bilirik. Çünki bu binada yaşayan insanların taleyi ilə oynamaq olmaz. Tezliklə bu barbarlığın qarşısı alınmalıdır. Yəqinki, hüquq-mühafizə orqanları Bəhmən bəyin özbaşına məsuliyyətsiz hərəkətlərinə qarşı öz hüquqi qiymətlərini verəcəklər.
Ərizəni və video müsahibəni sizlərə təqdim edirik.

Qarşı tərəfi də dinləməyə hazırıq.
“Hedeftv.info”

Ardını oxu...
“Qayalı”da erməni dilində markalanmış məhsullar satılır… Sözün düzü, biz azad ticarətin, ticarət obyektlərinin, o cümlədən marketlər şəbəkəsinin fəaliyyətinin nəinki əleyhinə deyilik, əksinə təqdir edirik. Amma... Ölkədə cənab Prezidentin dediyi kimi istehsal sektoru inkişaf etməli, yeni zavodlar, fabriklər açılmalı, insanlar işlə təmin edilməlidir. Ancaq və ancaq supermarketlər açmaqla biz heç nəyə nail ola bilmərik. Obrazlı desək, ölkədə nə qədər SATAN olar, bəs İSTEHSALÇI..? Gedib hansısa ölkədən hazır məhsul gətirib baha qiymətə vətəndaşlara satmaqla məsələ həll olunmur.
Nə isə, sözün qısası, ölkəmizdə, o cümlədən Sumqayıt şəhərində marketlərin sayı durmadan artır. Media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, 2 il öncə, yəni 2021-ci ilin avqust ayında Sumqayıt şəhərində yeni bir marketin, daha doğrusu, Sumqayıt Bulvarında “Qayalı” Ticarət Mərkəzinin açılış mərasimi keçirilib. Hətta videolara baxanda adam məəttəl qalır, qırmızı lent kəsilir, şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri tədbirdə çıxış edib gözəl sözlər deyirlər, yüzlərlə yeni iş yerlərinin açılması barədə danışırlar və s. və i. Yeri gəlmişkən, bu ticarət mərkəzinin adı göründüyü kimi, “GOLD QAYALI”dır, yəni QIZIL QAYALI...
İndi gəlin görək, 2 il öncə təmtəraqla, bəh-bəhlə əhaliyə təqdim olunan “Qayalı” Ticarət Mərkəzində vəziyyət necədir..? Sumqayıt sakinləri yazır ki, “Qayalı” Ticarət Mərkəzi məhsullarında ENDİRİM etdiklərini aləmə car çəkirlər. Müştərilər də buna aldanaraq saxta endirimli dükanlara üz tuturlar. Və “Qayalı”da alış-veriş edən Sumqayıt sakinləri deyir ki, piştaxtaya əvvəlki qiymət və endirimli qiymətin olduğunu özündə əks etdirən lövhələr qoyulub. Sən demə, həmin məhsullar əvvəllər də elə əhaliyə "endirim" adı ilə sırıdıqları qiymətə satılırmış. Yəni müştəriləri endirim adı altında cəlb edirlər.
Başqa bir alıcı mediaya şikayətində qeyd edir ki, “Gold Qayalı” marketi müştəri hüquqlarını pozur. Belə ki, alıcı üzərinə diqqət etmədən iki adda: “Zefir Sloyka” və “Elekber Paxlava” çəki ilə satılan şirniyyat məmulatı əldə edib. Müştəri məhsulları istifadə edəndə spesifik köhnə tam hiss edib. Alıcı ərzaqların üzərində məhsul haqqında məlumat axtardıqda isə nə istehsal, nə bitmə tarixi, nə də ki istehsalçı haqqında məlumat aşkar edə bilib. Həmçinin mağazanın təqdim etdiyi satış çekinin üzərində QR-kod və fiskal ID də əks olunmayıb.
Fikir verdinizmi,QAYALI sakinlərə üzərində istehsal və bitmə tarixi olmayan kiflənmiş, iy verən ərzaq və qida məhsulları satır. Bəs görəsən, o boyda Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyi ( AQTA ), qurumun sədri cənab Qoşqar Təhməzli hara baxır..? Bu hələ harasıdır..?
Sən demə, “Qayalı” Ticarət Mərkəzində erməni dilində markalanmış məhsul satışa çıxarılıb. Ancaq bununla bağlı xəbər yayılan kimi həmin məhsulu satışdan yığışdırıblar. Əslində, Azərbaycana gətirilən bütün məhsullar dövlət dilimizdə, yəni Azərbaycan dilində markalanmalıdır. Biz hələ “Qayalı” Ticarət Mərkəzinin vergidən yayınmasından danışmırıq. Görəsən, Vergilər Departamenti nə üçün bu məsələyə göz yumur..?
Biz “Qayalı” Ticarət Mərkəzində işə düzələn vətəndaşların qanuni əmək müqaviləsi olmadan gündə 10 saat çalışmasından danışmırıq.. Sadəcə, bilmək istəyirik ki, Dövlət Əmək Müfəttişliyi niyə bircə dəfə yolunu “Qayalı”dan salmır… Axı, dəqiq bilirik ki, “Qayalı” Ticarət Mərkəzində alıcılara bonus və ƏDV-lər verilmir. Və ƏDV-ləri almaq istəyən müştərilərlə elə bir növbə yardılır ki, sakinlər bezib ƏDV almasınlar. Bunu da Vergi Xidməti görmür..?
Bütün bu suallara növbəti yazılarda aydınlıq gətirməyə çalışacağıq. Bizi izləyin.
P. S. "Gold Qayalı"nın heç bir təhsili olmayan keçmiş "lafqa" sürücüsü İdrisin kimliyi haqqında növbəti sayımızda...
 //gundelik-baku.com//
 

Ardını oxu...
İki həftə əvvəl internet informasiya məkanında Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu təhsil sektorunun müdiri Əlmirzə Məmmədovun məktəbli geyimini biznesə çevirməsinə dəlalət edən səs yazısı yayıldı. Həmkarlarının “votsapp” qrupuna səsli mesaj atan Əlmirzə Məmmədov məktəb direktorlarına müraciət edərək onları valideynləri “yalnız İqbal müəllimə məxsus “Ağsu-Mall” paltar mağasına” yönləndirməyi tapşırıb. Sözlərindən məlum olur ki, məktəbli formaları ilə bağlı sifarişləri qəbul etməyə və yerinə yetirməyə iddialı başqa mağazalar da var, amma hansısa maraqlara uyğun olaraq, valideynlər məhz onun göstərdiyi mağazaya istiqamətləndirilir. Geyim monopoliyasına belə ad qoyurlar ki, guya həmin dükanda olan məktəbli geyimlərində hər məktəbin özünün nömrəsi olacaq. Halbuki, Dağlıq Şirvan Regional Təhsil İdarəsi özünün “feyzbuk” səhifəsində avqustun 17-də etdiyi paylaşımda valideynlərə vahid məktəbli formasını özünün istədiyi satış məntəqəsindən almağa və ya tikdirməyə ixtiyar verildiyi qeyd olunub.
Əlbəttə ki, bu, Ağsu rayon təhsilində sadalana biləsi çoxsaylı qanunsuzluqlıardan yalnız biridir. Rayonda təkcə məktəbli formalarının satışı deyil, elə məktəblərin özü də monopoliya altına alınıb, sülalələrin, ailələrin inhisarına verilib. Necə ki, Nüydü kənd orta məktəbi Əzizovların ixtiyarına təslim edilib. Məktəbi 2012-ci ilədək Nüydü kınd bələdiyyəsinin hazırki sədri Əzizov Zabit Əziz oğlu idarə edib, həmin ildən isə direktor vəzifəsini arvadı Əzizova Qənirə Rasim qızına ötürüb. Redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, Ağsu Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Füzuli müəllim Əzizovlarla birləşərək dövlət büdcəsinə qənim çıxıblar, güdaza gedən isə təhsil, onun keyfiyyəti olub. Məktəbdə uşaq olmadığı halda başqa uşaq adları yazıblar. Bundan əlavə, məktəbdə müəllim və texniki işçilərin biri Əzizovun gəlini olmaqla digər qohumları işləyib.
O da bildirilir ki, hətta bundan əvvəlki bələdiyyə sədri Fəxrəddin Osmanov Zabit Əzizov ilə yeznə-qayındılar. 10 il əvvəl Fəxrəddin Osmanov bələdiyyə ərazisində olan ağacların kəsilib-satılmasına rəvac verdiyinə görə hüquqi şəxs qismində 40 min manat cərimələnmişdi. Sanki Nüydü kəndini Füzuli Kərimlinin vasitəsilə bunlar özəlləşdiriblər. Sual olunur ki, bələdiyyə sədri Füzuli müəllimin əıli olmasa, öz yerinə qaynını təyin edə bilər, ya yox?
Xeyli müddətdir Muğanlı İsmayıllı yolunun tikintisi həyata keçirilir. Əvvəllər bu yolda tez-tez sürüşmə prosesləri nəticəsində yol bəzən aylarla bağlı qalırdı. Mütəxəssislərin fikrinə görə yeni yolun tikintisi zamanı quraşdırılan keçid və körpülər sürüşmə zonalrından yan keçməklə problemi həll edəcək. Yol tikintisini Evrascon (“Azərkörpü” ASC), və “Körpü Bina Tikinti” MMC şirkətləri həyata keçirir.
Ağsu Rayonu Qırlar və Quzey kənd sakinləri adından KİV-ə ünvanlanan müraciətdə xoş niyyətlə görülən işin içində də yeyinti və əhalinin təhlükəyə sürüklənməsi ilə bağlı həyacan notları qeyd olunub.
Kənd sakinlərinin bildirdiyinə görə Nüydü bələdiyyəsinin sədri Zabit Əzizov və Ağsu rayon icra hakimiyyətinin başçısının birinci müavini Füzuli Kərimli yol tikintisini həyata keçirən şirkətlərlə əlaqəyə girərək uzaq məsafəyə daşınmalı olan torpağı Qırlar, Sanqalan və Quzey kəndləri ərazinə böşaldılr. Buradan Tikinti şirkətləri iş həcminin çox göstərilməsi, realda isə daha az iş görməklə qazanır. Kənd sakinlərinin bildirməsinə görə bu haqq hesabdan Bələdiyyə sədri və İcra hakimiyyəti başçısının müavini də öz paylarını alırlar.
Bəs kənd sakinlərini narahat edən nədir? Torpaq tökülən ərazilər adı çəkilən kəndlərin heyvanlarının otlaq sahələridir. Yeni torpaq üzərində isə ot bitməsi illər sonra əmələ gələ bilər. Eləcə də, tökülən torpaq ərazinin florasını məhv etməklə yanaşı təhlükə mənbəyi kimi dəyərləndirilir. Uzunmüddətli yağışlardan sonra həmin tökülən torpaqlar sürüşə bilər, bu isə Ağsu çayının qarşısını kəsməklə real təhlükəyə çevrilər.
Nüydü Bələdiyyəsinin sədri Zabit Əzizov mediaya bildirib ki, məsələ guya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları ilə razılaşdırılıb. Tökülən torpaq kütlələri qarşısında bərkitmə işləri görüləcək, onun çaya axmasının qarşısı alınacaq. Tikinti şirkətindən hansısa maddi məbləğin alınmasını birmənalı rədd edən bələdiyyə sədri qeyd edib ki, yol tikintisini həyata keçirən şirkət adı çəkilən kəndlərin yollarını yüksək səviyyədə təmir edəcəklərini öhdəsinə götürüb.
İbrahim Hümbətov
 //azerinfo.info//
Ardını oxu...
"Araz Supermarket -in müştərilərlə növbəti zarafatı: “Endirmirəm, əl çəkin”"
Teref.az yazır ki, bunu sosial şəbəkədə sosial şəbəkə fəali Nermine Veliyeva yazır. Daha sonra Nərmin xanım yazır:
"Hələ 1.99 qoyduqları Tablerone-nu kassada 4.49-a vurdular, onu heç bəyənmədim, elə gözəl izahat verdilər ki, işçi gəlməyib ki, qiyməti düzəltsin, anektod kimi marketə..."
Nərmin xanımın statusuna daha bir sosial şəbəkə fəlı Aynur Baxşəliyeva əsavə edir:
Aynur Baxşalıyeva
Nermine Veliyeva guya endirimlə 3.19-a olan qabyuyanı kassada 4.89-a vurdular

Ardını oxu...
Teref.az
 
Ardını oxu...
"Məni narahat edən ölkənin bu günkü vəziyyətində QHT sektorunun acınacaqlı vəziyyətdə olmasıdır"

Bu sözləri Kanal 13-ə müsahibəsi zamanı İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adgözəlli söyləyib.

"Biz düşmənlə döyüşürük, düşmənin qarşısında ideoloji müharibədə qalib gəlmək üçün QHT və media birləşib dirəniş göstərməlidir"-deyə, o əlavə edib.

 
 
 
Ardını oxu...
Hörmətli media və ictimaiyyət nümayəndələri,
QHT Agentliyinin 2023 il qrant müsabiqəsi ətrafında apardığım araşdırmaları davam etdirirəm.
Bugün təqdim etdiyim tək bir faktla , keçirilən müsabiqədə boşluqlar, uyğunsuz qərarlar göz önündədir .
"Qaçqın və Deportasiya olunmuşlara" dayaq ictimai birliyi.
Bu təşkilatın həyata keçirəcəyi lahiyənin adı Narkomaniya ilə mübarizə istiqamətində tədbirlərin təşkilidir. Ayrılan qrant vəsaiti isə 7000 manat.
Gəlin diqqət edək qrant ayrılmış təşkilatın adına və həyata keçirəcəyi lahiyəyə...
Göründüyü kimi ictimai birliyin adından da məlum oldugu qədər birliyin fəaliyyət istiqamətləri ilə təqdim etdiyi lahiyə arasinda böyük uyğunsuzluq mövcuddur. Təkcə bu fakt kifayət edirki, QHT agentliyinin lahiyələrin qiymətləndirilməsi istiqamətində hansı nöqsanlara yol verdiyinin şahidi olaq.
Ardını oxu...
Agentlik rəhbərliyi bildirir ki, xüsusi ekspertlər tərəfindən lahiyələr analiz olunaraq, şəffaf qiymətləndirmə həyata kecirilib.
İndi mənə agentlik rəhbərliyi izah etsin görək ki, yuxarida qeyd etdiyim təşkilata hansı meyarlar çərçivəsində qrant ayırıbdir .
QHT agentliyi konkret olaraq 2023 cü il qrant müsabiqəsi ilə bağlı (Heydər Əliyev, Qərbi Azərbaycan və kicik) lahiyələrin ekspertlər tərəfindən qiymətləndirilməsi , müşahidə şurasının üzvləri tərəfindən verilən balları şəffaf şəkildə butun ictimaiyyətə aciqlasinlar .
Müsabiqədə iştirak edən hər bir təşkilat lahiyələrinə verilən rəylər haqqında açıq şəkildə tanış olsunlar.
Vətəndaş cəmiyyətində hər bir fəaliyyət şəffaf və açıq olmalidir.
QHT agentliyi bu şəffaflığı təmin etməkdə bilavasitə borcludur.
Yuxarda adını qeyd etdiyim təskilati yaxından vəya uzaqdan tanımıram. Ola bilər ki, deportasiya və qaçqın məsələlərində bəlli bir təcrübəsi olsun.
Lakin agentlik tərəfindən dəstəklənən, ictimai birliyin fəaliyyət istiqamətlərilə uygunsuzluq təşkil edən lahiyənin ugurla həyata keçirilməsi sual altındadır. Bu məsələdə də yenə məsuliyyət ünvanı QHT Agentliyidir.
Bu günkü təqdim etdiyim araşdırmanın sonunda QHT Agentliyi müşahidə şurasının üzvlərinə müraciət edirəm.
Şuranın sədri Azay Quliyev və icraçı direktor Aygün Əliyeva dönə-dönə bəyan edirlər ki, müsabiqə ilə bagli qərarlar, istiqamətlər üzrə siz müşahidə şurasının üzvləri tərəfindən verilib. Bu məsələyə sizin münasibət bildirməməyiniz ictimaiyyətdə haqlı narahatçılıq yaratmaqdadır.
Samir Adıgözəlli,
İSBAM sədri
Teref.az

    
Ardını oxu...
Milli Elmlər akademiyasının Genetik Ehtiyatlar İnstitutunun Saray qəsəbəsindəki *seleksiya sahəsindən danışanda adamın ürəyi ağrıyır.Bəli, bura* əslində seleksiya sahəsi deməyin özü məncə günah sayılardı .Sarayı yaxşı tanıyanlar yəqin ki, yolun kənarındakı köhnə,solgun rəngli primitiv dəmir qapılı ərazidən söhbət getdiyini əsla anlamamış deyillər.Həmin ərazinin, yəni seleksiya sahəsinin 2003-cü ildə yaradılmış akademiyanın Genetikanın əsasları adlı institunun təcrübə sahəsi olduğu kimsəyə sirr deyil.
Amma gəlin görək həmin əraziyə seleksiya sahəsi demək olarmı?Çox az hissəsindən istifadə olunan ərazinin böyük bir hissəsinin kol -kos basmış vəziyyətdə olması buradakı xoşagəlməz vəziyyətin ilk xəbərvericisidir.Seksiya sahəsi deyəndə adamın gözləri önündə qeyri -adiliyi ilə seçilən zövq oxşayan gözəl , əsrarəngiz bir bağ canlanır.
Amma görünən “dağa “nə bələdçi?Bunu adı var, özü yox da adlandırmaq olar.Ötən illər ərzində buranın əslində kimlər üçünsə baş qarışdırıcı bir vasitə olduğunu kənardan sezməmək mümkün deyil. Buranın institut rəhbərliyinin gözündən -könlündən uzaq düşən baxımsız bir əraziyə çevrilməsi adamda təəccüb dogrurur .Gözdən pərdə asmaqdan ötrü adda -budda soya , müxtəlif agac , bitki, tərəvəz növləri, məsələn,yemiş,qarpız daha nə bilim nələrin bu məkanda sınaq əkinləri həyata vəsiqə qazanır.Qarpız dedim, yadıma bu il oradakı bir hektar ərazidə əkilmiş yemiş -qarpızın fəna aqibəti düşdü .80 ton qarpız-yemiş götürülməsi nəzərdə tutulan sahə çoxsaylı kimyəvi dərman və kübrələrin təsirindən necə deyərlər,aglar günə qaldı.”Eksperimentlər”yüzdən çox qarışımın təsirindən üç gün sonra məhsulun iç hissəsinun ağarması ilə yekunlaşır.Üz qarası olan ağarma,bax, buna deyərlər. Məhsulun zay olması, təcrübənin hədərə getməsi, xeyli vəsaitin boş yerə xərclənməsi heç kimsəni maraqlandırmadı rəhbərlikdə, sanki elə belə də olmalı imiş.Kimsədən məsuliyyət tələb olunmadı, cəzalandırılmadı da . Belə bədxərcliklər burada adət halını alıb axı.
Bir yeni bugda sortu almaq üçün ömrunün 17 ilini həsr edib heç bir uğur qazana bilməyən professorumuz da olub,elə seleksiya sahlsində təcrübələr apara -apara dünyasını dəyişib.
Əslində seleksiya sahəsində ən müxtəlif təcrübələr səbəbindən boş ver tapılmamalıdır . Təcrübə aparmaq üçün əlavə sahəyə ehtiyac olmalıdır.
Bəli, institutun seleksiya işi üzrə Saray bölməsində reallıq bundan ibarətdir.
İnstitutun başlıca fəaliyyət istiqamətlərindən biri mədəni bitkilərin , onların yabanı əcdadlarının nadir, qiyməti, itməkdə olan nəslinin inventarlaşdırması, bərpa edilib qorunub saxlanılmasından ibarətdir .
Amma elmi məsələlər burada arxa plana keçib.Daha böyük mənfəət əldə etmək başlıca məqsədə çevrilib.
Təsəvvür edin ki, seleksiya sahəsində akademiya işçiləri üçün seleksiya sahəsində”Alimlər şəhərciyi”yaşayış kompleksi tikmək ideyası digər məsələləri arxa plana keçirib.
2017-ci ildə Saray seleksiya sahəsində akademiyanın işçiləri üçün hündürmərtəbəli binaların tikilməsi,şəhərcik salınması üçün hərəkətə keçilib, artıq bir bina sakinlərini qəbul edib,”Alimlər şəhərciyi”nin ikinci binasının tikintisi davam etməkdədir.
Əlbəttə, alimlərin sosial problemlərinin həll edilməsinə diqqət və qayğı göstərilməsi alqışa layiq hadisədir.
Amma iş burasındadır ki, belə sosial layihələri boş, əkin üçün istifadıyə yararsız ərazilərdə tikmək daha münasibdir . Üstəlik tikiləcək yer kollektivlə razılaşdırılmalıdır.Eşitdiyimizə görə alimlərin əksəriyyəti kompleksin tikildiyi yerin şəhərdən uzaq olması səbəbindən orada mənzil almaq istəmir.Bəzilərinə də elə bu lazımdı olmaya?
Axı aləmlərə mənzillər daha ucuz qiymətə satılır, kənar şəxslərin ödənişinin isə daha yüksək olacağı şəksizdir.
Kompleksin tikintisi Saraydakı seleksiya sahəsini tamam yaddan çıxarıb.
Deyilənə görə bu yaxınlarda başıbəlalı seleksiya sahəsinin Elm və Təhsil nazirliyinin tabeliyinə veriləcəyi gözlənilir… //aktualxeber.az//
 

Dünyapress TV

Xəbər lenti