Ardını oxu...
Blogumuzun poçtuna daxil olan şəhid ailəsinin şikayət məktubunu dərc edirik. Ümid edirik ki, əlaqədar təşkilatlar bu məsələ ilə bağlı ölçü götürərlər!
Əsli- AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİNƏ,

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ cənab Ə,ƏSƏDOVA,

AZƏRBAYCAN RESPUBLİKASI PA-nın rəhbəri cənab S.NURİYEVƏ,

Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab F.Ələsgərova,

Azərbaycan Respublikasının Baş Prokuroru cənab K.Əliyevə,

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin müdirinə,

Daxili İşlər naziri cənab V.Eyvazova,

Baş Prokurorluğun Korrupsiya İdarəsinin rəisi cənab N.Rəcəbova,

AZƏRBAYCAN RESPUBLİKASININ Ədliyyə nzirinə,

AZƏRBAYCAN RESPUBLİKASININ İqtisadiyyat naziri cənab M.Cabbarova,

Dövlət Əmlak Komitəsinin Reyestr Xidmətinə,

DÖVLƏT TƏHLÜKƏSİZLİK XİDMƏTİ rəisi cənab ƏLİ NAĞIYEVƏ,

ABŞERON RAYON ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI CƏNAB A.Fərzəliyevə,

OMBUDSMAN APARATININ SƏDRİNƏ,

AİLƏ, UŞAQ və QADIN PROBLEMLƏRİ üzrə DÖVLƏT KOMİTƏSİ sədrinə,

KONSTİTUSİYA MƏHKƏMƏNİN SƏDRİNƏ

AZƏRBAYCAN RESPUBLİKASININ MƏTBUAT ORQANLARINA.

Abşeron rayonun Aşağı Güzdək qəsəbəsi, İntiqam Dadaşov küçəsində yaşayan Dadaşova Aida Zakir qızı tərəfindən

“Abşeron rayon Aşağı Güzdək bələdiyyə sədrlərinin son 15 ildə biz şəhid ailəsinə qarşı törətdikləri sənəd saxtakarlıqlarına hüquqi qiymətin verilməsi”barədə

Ş İ K A Y Ə T

Hörmətli cənab Prezident, bildirmək istəyirəm ki, biz şəhid ailəsi olaraq həmişə Abşeron rayonun Aşağı Güzdək qəsəbəsində yaşamışıq. Hazırda yaşadığımız küçənin adını daşıyan Şəhid İntiqam Dadaşovun oğlu ilə ailə həyatı qurduqdan sonra yerli bələdiyyəyə 2008-ci ilin əvvəlində 4 sot torpaq ayrılması barədə rəsmi müraciət etdik. O vaxtkı bələdiyyə sədri Abbasov Bəyağa bildirdi ki, gedin 4 sot bələdiyyə torpağı üçün 960 manat banka, hesabımıza pul ödənişi edin gəlin. Biz də 18 aprel 2008-ci il tarixdə ödəniş etdik.Bundan sonra 15 aprel 2008-ci il tarixində yerli bələdiyyənin Aktı, torpağın alqı-satqısı barədə qərarı, və digər sənədlər bizə təqdim edildi.Özlərinə də hər sənədin səhifəsi üçün pullar ödədik. Biz də elə həmin ili evimizi tikib bu günədək yaşayırıq. Sonradan bələdiyyə sədri Mahuzər Şirəliyeva təyin olundu. Bu sədr də bizə bildirdi ki, sənədlərinizin düzgün olması və bələdiyyənin ayırdığı yerə çıxarış almaq üçün gərək bu 4 sotun hərrac vasitəsilə satışını təşkil edib sənədləşdirək. Əvvəlki sənədləri də alıb 5 il özlərində saxladılar. Budur, 2019-cu ildən Seymur adlı yeni bələdiyyə sədri bu vəzifəyə gələndən sonra bizə bildirdi, bəs sizə əvvəl yerli bələdiyyə sədrlərinin verdikləri sənədlər hamısı saxta olub. Çünki, 2007-ci ildən yerli bələdiyyələrə torpaq satışı qadağan olunsa da, siz 2008-ci ildə köhnə qayda və sənədlərlə 4 sot torpaq sahəsi almısınız. Ki, bu sənədlərin də bu gün heç bir hüquqi əsası yoxdur. Gərək mən yenidən sizin ev tikib yaşadığınız bu torpağı sənədləşdirmək üçün hərrac keçirəm. Yalnız ondan sonra bu yerin sənədləşməsi mümükün ola bilər. Yəni biz torpağın alqı-satqısı üçün yenidən yerli bələdiyyəyə müraciət etməliyik. Doğrudur, müraciət etmək olar. Amma hərracdan keçmək üçün biz əvvəl 960 manat ödəsək də, qalan pulları ödəməyə imkanımız yoxdur.

Bəli, biz son 15 ildə bu sənədlər üçün əvvəlki sədrlərə tələb olunan pulları vermişdik. İndi yeni sədr təzədən sənədləşmənin aparılmasını deyir. Axı bizim yenidən pul verməyə imkanımız yoxdur ki, torpağımızı və evimizin sənədlərini düzəldək. 15 ildir ki, süründürməçiliyə düşmüşük. Bir tərəfə çıxa bilmirik. Yerli bələdiyyə sədrlərinin biz şəhid ailəsinin başına açdıqları oyunlardan bezərək cənab Prezident Sizə şəxsən müraciət etmək zorunda qalmışıq. Çox xahiş edirik ki, aidiyyatı üzrə Ədliyyə nazirinə, Bələdiyyələrlə İş mərkəzinə şəxsi nəzarətiniz altında göstəriş verəsiniz ki, bizi sənəd süründürməçiliyindən birdəfəlik qurtarsınlar, 15 ildir ki, yaşadığımız torpağın üzərində tikdiyimiz evin sənədləşməsi sona yetsin. Əvvəlcədən minnətdarlığımızı bildiririk.

Qoşmalar: 12 vərəqdə Bələdiyyə sənədləri.

Hörmətlə, A.Z.Dadaşova

09 noyabr 2023-cü il.
Teref:Xocanın Blogu
Səhivəmiz hamının üzünə açıqdır..
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
"Sikayetim Baku Medical Plaza dandir. Bele ki, sheherde olan zaman yoldasimin ayagi burxuldu, topuq nahiyesinde sis emele geldi, yere basdiqda eziyyet cekir deye hekim kimi calisan xalasina zeng etdik, tecili yardim kimi ne ede bilerik deye. Maz ve derhal rentgen olunmagini istedi ki ozu baxsin, is gunune qeder gozlemeyek. Derhal yaxinliqda olan (bize en yaxini bu oldu deye) Baku Medical Plaza Merkez filialina (28 May m.st. teref) yaxinlasdiq, oyrendik ki, rentgen sobesi 24 saat fealiyyet gosterir. Sevindik ki ne yaxsi, cunki sheherde bayram gunleri rentgeni isleyen xestexana sayi cox azdir.
Bizi yonlendirdiler Tecili tibbi yardim Qeydiyyat sobesine, yaxinlasmisiq, emekdas bize bu veziyyetde xestexanin daxili qanunlarindan danismaga basladi. Ki bes "sirf bizim xestexananin travmotoloqu baxmadan, teyinat (gosteris) vermeden biz sizi rentgen ede bilmerik"... Yeni qisacasi, yaxsi gelmisiz, pasient azligindan eziyyet ceken travmotoloqumuzu ziyaret edin, ordan da 5den 3den nese qazanaq... Mecbur cixdiq geldik. Rentgen 30 ve 35 AZN, elave Travmotoloq qebulu ise 50-60 manat arasidir.. Ayaq ozu pesman oldu burxulmagina.
Sozum odur ki, Hormetli Baku Medical Plaza ve sizin kimi oz qanunlarini ireli surmeye calisan xestexanalar, insanlar sizin hansisa yalniz birce dene xidmetinizden istifade etmek istedikde, o hengamede caninin hayinda olarken ustelik, siz oz hekimlerinize de "mecburi bas cekdirmeye" (medeni dilde yalniz bu cur ifade ede bildim) calismayin. Icaze verin, 24 saat aktiv sekilde fealiyyet gostermeyini emr etdiyiniz xidmetlerinizden (bunun ucun minnetdar deyilem, cunki mene yene de yararsiz xidmet oldu) ve en esasi, yalniz oz konlumuzden kecen xidmetlerinizden istifade edek, ozumuz istediyimiz hekimlerin muayinesinden yararlanaq ve muessisenizden razi halda evimize qayidaq. Qisacasi, sizin muessiseniz olsa da, biz - pasientlerin sayesinde fealiyyet gostere bilirsiniz, icaze verin, "qaydalari" da biz teyin edek. Cunki neticede bizlerin memnunlugu olmasa, qapinizi acan olmaz ve tezlikle suquta ugrayarsiniz".

Ardını oxu...

Mənbə: "Şikayətim Var" Sosial Qrupu - Müəllif: Günel Aylim
Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...


QEYD: Şikayətçinin müraciəti redaktə olunmadan təqdim olunub...
 
Ardını oxu...
Redaksiyaya gözdən birinci qrup əlil olan Rüstəm Əhmədov növbəti dəfə müraciət edib.

Ncədən onu da qeyd edək ki, Rüstəm həm də peşəkar müsiqiçidir. Bəstəkarlar mərhum Tofiq Quliyev, Oktay Rəcəbov və Mərhum sənətkarımız Mirzə Babayevin xeyir duasını alaraq müsiqi sənəti ilə məşğul olur.

Rüstəm Əhmədov bildirir ki, uzun illərdir 6 nəfər ailə üzvü ilə kirayədə qalıram. Kirayədə qalmağımın səbəbi isə gözdən əlil olduğum çun 2005-ci ildən Nərimanov Rayonunda mənzil növbəsindəyəm.

Bu 18 ildə mənzilnən təmin olunmadığıma görə əsas müqəssir gözdən əlillər cəmiyyətinin sədri Semyar Abdullayevdir.

Bu barədə biz əvvəlki video materallarımızda da məlumat vermişdirk.

Rüstəm Əhmədov deyir ki, 2017-ci ildə Mehdiyev Qadir adlı şəxs özünü gözdən əlillər cəmiyyətinin sədri Semyar Abdullayevin yaxın tanışı, və gözdən əlillər cəmiyyətinin ictimai birliyinin nümayəndəsi kimi təqdim edərək məni məcbur edib evimi satdırıb, bu yolda Semyar Abdullayevə pul verməsən səni mənzilnən təmin etməyəcək deyib ümumilikdə məndən 17 min 900 manat pul alıb.

Çox təəssüf ki Qadir Mehdiyev verdiyi vədlərə sadiq qalmadığı üçün məni aldatdığlarına görə 2022-ci ildə Semyar Abdullayev və Mehdiyev Qadir haqqında dövlətimizin müvafiq orqanlarına şikayət etdim. Hal hazırda Səbail rayon məhkəməsində hakim Ağamalı Qafarovun sədrliyi ilə 27 oktyabrda birinci 6 noyabrda isə ikinci məhkəmə iclası keçirilib

Amma Semyar Abdullayevin və diqər şəxs olan Yoməddin Şixəliyev məhkəməyə şahid qismində cəlb olunub. 6 noyabrda keçirilən 2-ci məhkəmə iclasına şahidlər dəvət olunub amma şahidlərin məhkəmədə iştirak etmədi.

Əhmədov Rüstəm bir vətəndaş olaraq ölkə başçısı cənab İlham Əliyevdən və baş prokuror cənab Kəmran Əliyevdən kömək istəyir.

Xahiş edirəm ki, təqsirləndirilən Mehdiyev Qadir Saftar oğlu ilə paralel olaraq cəmiyyət sədri Semyar Abdullayev və özünü Yoməddin kimi təqdim edərək əsil adı Şixəliyev Niyaməddin Malik oğlunu cinayət məcəlləsini 178-ci maddəsi ilə yəni qulluq mövqeyinin istifadə edilməyində törədilmiş dələduzluq əməli ilə cinayət məhsuliyətinə cəlb olunsun. 1-ci və 2-ci məhkəmə iclasına yaxın günlərdə təksirləndirilən şəxs olan Mehdiyev Qadir Saftar oğlunun mənə göndərdiyi whatsapp səsləri yazılarını redaksiyanıza təqdim edirəm.

Rüstəm Əhmədov redaksiyamıza ona qarşı haqsızlıq edən şəxslərin səs yazıların ıda təqdim edib.

Həmin video materialı təqdim edirik:

Mənbə:GUNDEMİNFO
Teref: Xocanın Blogu
 
Ardını oxu...
Mingəçevir şəhər 4 nömrəli orta məktəbdə Coğrafiya fənnini tədris edən Həbibə Rəhimova Yoldaşı qızına məxsus sosil şəbəkələrdə yayılan səs yazısında bildirir ki, adı çəkilən məktəbin direktoru Azər Qazıyev Arif oğlu məktəbdə qanunsuzluqlarla məşğuldu. Yayılan səs yazısında direktorun qanunsuzluqlarından hüquqmühafizə orqanlarına və Azərbaycan Respubıikasının 161 qaynar xəttinə müraciət ediyi bildirilir.
24xeber.az olaraq şikayətçiyə məxsus səs yazını təqdim edirik..

Teref: Xocanın Blogu
Səhifəmiz hamıya açıqdır...
 
Ardını oxu...
Bakının Nizami rayonunda bəzi tikinti şirkətlərinin ağacların qırılması ilə bağlı məlumatlar ilk dəfə deyil ki, mətbuatın diqqətini cəlb edir...

Nizami rayonunda yenidən ağacların qanunsiz məhv edilməsi və sonradan həmin ərazilərin satılması ilə bağlı qalmaqal gündəmə gəlib.

Poliqon xəbər verir ki, bir neçə gün əvvəl jurnalist Pərvin Abışova Nizami rayonu Çoban Bəkirzadə küçəsindəki meşə zolağının daxilində qanunsuz tikinti üçün hazırlıq işlərinin başladığını və təməl qazıldığını təsdiqləyən videomaterial paylaşıb.

Videomaterialda qeyd olunur ki, bəhs edilən ərazidə bir müddət əvvəl baş verən yanğından sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən görülən “tədbir və cərimələmələr”dən vəziyyəti düzəlmək əvəzinə, daha da pisləşib.

Jurnalist qeyd edib ki, oradakı ağacların məhvinin və hazırlıq görülən tikinti işlərinin gözdən uzaq qalması üçün rayon rəhbərliyi ərazidən keçən yolu da bağlayıb.

Həmin videomaterialı təqdim edirik:

Videoda diqqət çəkən görüntülərdən biri isə ərazidəki Eldar şamlarının çoxlarının artıq quruması olub. Qeyd edək ki, belə bir hadisə ilk dəfədir ki. baş vermir. Son illər Bakının bir neçə rayonunda analoji hadisələr baş verib. Onlardan biri də bu gün Nizami rayonuda baş verib.

Bəs necə olur ki. bu cavan şam ağacları birdən birə quruyur?

Əslində bunun səbəbi çox sadədir və bu ağaclar bir başa insan müdaxiləsi ilə qurudulur və sonradan kəsilmələri qaçılmaz hala gətirilir. Bunun üçün, ya bir neçə dəfə davamlı olaraq ağacların kökünə dizel yanacağı tökülür, ya da ağacların qabığı dairəvi şəkildə soyulur ki. bununla da ağacların kökləri ilə budaqları arasında əlaqə kəsilir. Təbii olaraq budaqlar qidalana bilmədikdə quruyurlar.

Ağacların qurudulmasının bir başqa you isə ərazidə yanğın şıxarmaqdır və yanğından sonra isə ağacların çoxusu quruyur. Bütün üç halda ağacların kəsilməsi qaçılmaz hala gəlir və bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məcburi qaydada həmin ağacların kəsilməsinə icazə verir. Qəribə olan və məntiqə sığmayan isə isə odur ki, qurumuş ağaclar qanuni qaydada kəsildikdən sonra həmin ərazilərdə yeni ağaclar əkilmir. Bir qayda olaraq həmin ərazilər icra hakimiyyətləri tərəfindən kimlərəsə, fiziki, ya da hüquqi şəxslərə satılr və tezliklə həmin ərazilərdə tikinti işləri başlayır.

Son olaraq Nizami rayonunda meşə zolağının məcburi qurudulması ilə bağlı əldə etdiyimiz məlumata görə bu “əməliyyat” əvvəlcədən planşaldırılıb və yaxın zamanlarda icra hakimiyyətinin həmin ərazini kimə, ya da kimlərə satdığı məlum olacaq.

Qeyd edək ki, bayram günləri ilə əlaqədar olaraq Nizami rayon İcra Hakimiyyətinin mövqeyini öyrənə bilmədik. Hesab edirik ki, Nizami rayon İcra hakimiyyəti bu məsələ ilə bağlı açıqlama verəcək. Arzu edərdik ki, icra hakimiyyəti ərazidə yenidən ağaclarınəkiləcəyi ilə bağlı ictimaiyyətə söz versin.

Mənbə: Poliqon.info
Teref: Xocanin Blogu
 
 
 

Ardını oxu...
Cəlilabad meşələri açıq şəkildə talan olunur.

Bu barədə sosiaal şəbəkələrdə məlumat paylaşılıb.

Daha ətraflı aşağıdakı videoda:



Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 

Ardını oxu...
RegionXəbərləricom.az-ın elektron poçtuna Şəki rayon Çələbixan qəsəbəsi, ev 42 ünvanında yaşayan Məmmədov Qaçay Mürşüd oğlu tərəfindən məktub daxil olub. Şəki sakini mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevə müraciət ünvanlayır.

"Cənab Nazir Şəki Rayon Meşə İdarəsinin işçisi özünü nazirliyin işçisi kimi tanıdan Mustafa Fikrət oğlu “Camışçılıq” meşəsini qırdırıb, satıbdır. Tamamilə meşə pis gündədir, meşəni siyirtdirib Namiq Azandan korrupsiya və rüşvətxorluq əməlləri ilə 8000 manat pul alıb tütün əkdiribdir. Ekologiyadan bu yaxınlarda Mustafanın bir kamaz odununu metrəsini tutublar. Təxminən 7 gün bundan əvvəl özü icazə verib rüşvətxorluq yolu ilə Cavanşir və Ayaz adlı şəxslərdən 5000 manat da pul alıb. Cavanşir Şəki rayonunun Birinci Biləcikdən, Ayaz Aşağı Göynük kəndindəndir. Onlara və digərlərinə 30 kamaz palıd odunu satıbdır. Sonradan Cavanşir Ayazgili şərləyib ki, guya özbaşına meşəni qırıblar. Həmin cinayətkar, dələduz, rüşvətxor əməllərini davam etdirən Mustafa Arazı öz yanına çağırıb deyib ki, adam tap odun sataq, lakin Araz onunla razılaşmayıb. Ona görə Arazı bir neçə dəfə şərləyib.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Onu da bildirim ki, Öyrət fermasında yaşayanlardan pul alıb, qeyri-qanuni olaraq heyvanlarına meşəni otarmaq üçün icazə verib. Atçılıq fermasının müdiri Əmirxandan pul alıb meşədə heyvanlarını otartdırır, özü qeyri-qanuni meşədə fermada tikdirib, 200 baş qoyun saxlayır, onları da meşədə otarır. Fermadan əlavə qeyri-qanuni əxlaqsız yuvası yaratdığı evin içində seyfdə bildiyimə görə 3 ədəd sənədsiz ov tüfəngi saxlayır, həmçinin qeyri-qanuni çoban saxlayır. Beləliklə, Mustafa meşədə qanunsuz, icazəsiz dairəvi kanal qazdırıb, orada minlərlə ağacı məhv etdirib, şlaqbanlar qoydurub.

Onu da bildirim ki, mənə və digərlərinə şər-böhtan atdırır. Bir neçə dəfə də mənə qarşı olan insanlara da zəng vurub ki, Qaçaydan şikayət et, mən özüm Nazirliyin işçisiyəm, Nazirlikdə də mənim adamlarım var, Qaçayı ilişdirəcəm. Mən başa düşə bilmirəm ki, bu cinayətkar, narkotiklə məşğul olan, özü dələduzluq edib, ondan-bundan pul alıb, meşəni qırdırıb tütün əkdirən, qaynatasını və qaynını böhtan ataraq şərlədiyinə görə 3 il 6 ay həbs olunan bir cinayətkar necə ola bilər ki, dövlət işində işləsin? Mən 06 noyabr 2023-cü il tarixdə Meşə İdarəsinin müdirinin qəbulunda olmuşam, Mustafanın meşədə tütün əkdirdiyindən xəbəri olmadığını bildirdi.

Onu da qeyd edim ki, mənim həyatım Mustafa Fikrət oğlu tərəfindən təhlükə altındadır. Onun bu cinayətlərinin üstünü açdığıma görə məni hər an öldürtdürə bilər, cibimə nəşə qoydurar.

Cənab Nazir, Sizdən xahiş edirəm ki, mənim təhlükəsizliyimi təmin edəsiniz. Bütün bu yazdıqlarımın hamısı aşkar edilməsi üçün beynəlxalq ekspertlər cəlb olunsun, cinayətkar və onu himayə edənlər cinayət məsuliyyətinə cəlb edilsinlər".


Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Ardını oxu...
"Azerinfo.info" xəbər saytına daxil olan məlumata görə, Göytəpə meşəbəyliyinin 11 saylı dolayında olan çay yataqları vəhşicəsinə qazılaraq qrabil və qumu daşınır.

Yerli sakinlərin verdiyi məlumat görə, son bir neçə gün ərzində həmin ərazidən 200-ə yaxın "kamaz" markalı maşın qazıntı daşınıb.

Bu işin başında 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsini rəisi Ceyhun Hüseynovla İdarənin müfəttişi Talıb Kərimovun durduğu bildirilir.

Ardını oxu...

Hətta sözügedən ərazidə olan qazıntı ilə bağlı vətəndaşların müraciətindən sonra, 2023-cü ilin 07 noyabr Talıb Kərimov bir saxta aktda yazıb ki, qoy onlardan çıxsın.

1 saylı Idərinin sabiq rəisi Şakir Quliyevin vaxtında belə biabırçılıqlar çox az idi, nəyin ki indi.
Çünki Şakir Quliyevdən çəkinirdilər və o, öz vəzifə səlahiyyətlərin yerinə yetirməyə çalışırdı.


Təqdim etdi: DİA.AZ (Ərsoyun Blog'u)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
“Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən muxtar respublika ərazisində tikilən hər hansı bir obyektdə tikinti işləri qanunsuz olaraq dayandırılmayıb. Həmçinin nazirlik tərəfindən hər hansısa bir obyektin söküntüsü həyata keçirilməyib”.

Bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən TNS-in sorğusuna cavab olaraq bildirilib.

Məlumatda qeyd olunub ki, tikinti və yenidənqurma işlərinə 2022-ci ildə başlanılan Naxçıvan Dövlət Universitetinin Rektorluq korpusu (əvvəlki hərbi hospital) binasında tikinti və yenidənqurma işlərinin planlaşdırılması zamanı tikintinin subyektləri tərəfindən qüvvədə olan normativ sənədlərin tələblərinə əməl olunmayıb.

“Belə ki, mövcud binanın şəhərsalma və tikintiyə dair normativ sənədlərlə nəzərdə tutulan qaydada tədqiqinin aparılması, tikinti layihəsinin normativ sənədlərin tələblərinə uyğun hazırlanması və binanın gələcəkdə təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə binada kompleks instrumental müayinə işləri aparılmayıb, binanın tikinti layihələrinin, texniki-iqtisadi əsaslandırması və smeta sənədlərinin ekspertizadan keçirilməsi, eləcə də tikintiyə icazənin alınması obyektin sifarişçisi olan Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təmin edilməyib. Binada kompleks instrumental müayinə işləri aparılmadan, binanın mühəndisi-müayinəsi və texniki vəziyyəti haqqında rəy olmadan, obyektin layihəçisi olan Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Layihə Smeta Qrupu tərəfindən şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olmayan mövcud 2 mərtəbəli köhnə binanın üzərinə 1 mərtəbə əlavə olunmaqla layihələndirilib (baxmayaraq ki, buna görə layihəçi cavabdehlik daşıyır) və ekspertiza rəyi olmadan obyektin podratçısı olan Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən tikinti işləri aparılıb. Naxçıvan Dövlət Universitetinin Rektorluq korpusunun yenidən qurulmasında tikintinin subyektləri tərəfindən yol verilən pozuntuların və tikintinin aparılmasına əsas verən sənədlərin olmadığını nəzərə alaraq, nazirliyin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4-cü maddəsi ilə 14 mart 2023-cü il tarixdə tikinti işlərinin dayandırılması barədə qərar qəbul edilib. Binanın mövcud vəziyyətininin və yükdaşıyıcı konstruksiyalarının müayinə olunması məqsədilə 2023-cü ilin may ayında “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu və S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun mütəxəssisləri tərəfindən binaya kompleks baxış keçirilib və instrumental müayinə işləri aparılaraq binanın texniki vəziyyəti haqqında rəy tərtib olunub. Tərtib olunan texniki rəyə əsasən binanın texniki cəhətdən yolverilməz vəziyyətdə olduğu məlum olub. Hətta Naxçıvan Dövlət Universitetinin Rektorluq korpusu üçün yenidən qurulan köhnə binanın mövcud yükdaşıyıcı konstruksiyalarında instrumental müayinə işlərinin aparılması və nəticəsi barədə ictimaiyyətə məlumat verilib”, - nazirlikdən bildirilib.

Göründüyü kimi, binanın sökülməsindən söhbət getmir. Qüsurlar aradan qaldırıla, bina təhvilə hazırlana bilər. Bundan başqa, binanın sökülməsinə zərurət olsa belə, bu iş dövlət orqanları tərəfindən icra edilməlidir. Naxçıvanda fəaliyyət göstərən “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin bu binanın sökülməsi ilə bağlı qəbul etdiyi qərar tamamilə qanunsuz və absurddur.

Əldə etdiyimiz məlumatlara görə, binada təkcə möhkəmləndirmə işlərinə 2 milyon manata yaxın vəsait sərf edilib. Burada daha geniş araşdırma və yoxlama işlərinin aparılmasına ehtiyac var.

Başqa bir məsələ isə ondan ibarətdir ki, bina söküləcəyi təqdirdə dövlətə vurulucaq ziyan ödənilməlidir. Faktlar təsdiqini taparsa, bu işin günahkarları müəyyənləşdirilməli və məsuliyyətə cəlb edilməlidir.

Nazirlikdən bildirilib ki, tikintisi 2021-ci ildə başlayan Naxçıvan Dövlət Universitetinin Texnologiyalar Parkının tikintiyə icazə sənədinin olmadığı, həmçinin layihə sənədlərinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 83-cü maddəsində tələb olunan tərkibdə, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı ilə təsdiq olunan “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın 4-cü bəndinə (ekspertiza müəssisəsinə təqdim edilən sənədlərin tərkibi və tikinti layihələrinin ekspertizadan keçirilməsi qaydasına) uyğun hazırlanmadığı üçün Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4-cü maddəsi ilə 12 oktyabr 2023-cü il tarixdə tikinti işlərinin dayandırılması barədə qərar qəbul edilib.

“Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq olunan “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.20-ci bəndinə əsasən icra edilməsi üçün tikinti işlərinin dayandırılması haqqında qərar Naxçıvan Dövlət Universitetinə (sifarişçiyə), eləcə də tikinti ərazisinə nəzarətin təmin edilməsi üçün qərarın surəti Naxçıvan Şəhər İcra Hakimiyyətinə və Naxçıvan Şəhər Polis İdarəsinə göndərilib”, - qurumdan qeyd olunub.

Maraqlıdır ki, 2021-ci ilin iyun ayında obyektə baxış keçirilib və akt tərtib olunub. Həmin aktda tikinti işlərinə başlamaq üçün tam şərait yaradıldığı bildirilib və heç bir qüsur qeyd olunmayıb. İndi sual yaranır? Əgər Fövqəladə Hallar Nazirliyinin bu gün əsas gətirdiyi nöqsanlar var idisə, o zaman tərtib olunan aktda niyə öz əksini tapmayıb? Yaxud nazirlik indiyə qədər nəyə görə bu qüsurları aşkarlayıb tikintini dayandırmırdı?
Ardını oxu...
Məlumdur ki, Naxçıvanda uzun illər bütün tikintilər bu qaydada aparılıb. Bu məntiqlə yanaşsaq, o zaman bütün tikintilər dayandırılmalı, bütün tikilənlər də sökülməlidir. Bu tikintinin dayandırılması qərarını verənlər bilməlidirlər ki, 50 nəfərə yaxın naxçıvanlını işsiz qoyublar, 50 ailə bu gün narazıdır. Və bu, muxtar rerspublika rəhbərliyinə heç də başucalığı gətirmir. Mövcud nöqsanları qısa müddətdə aradan qaldırmaq mümkündür. Amma məqsəd başqadır. Bu tikinti layihəsini kimlərsə indiki şirkətdən alıb öz yaxın adamlarına vermək istəyirlər. Və təəssüf ki, bu işin də arxasından İsmayıl Məmmədov çıxır.

Yenə o fikrə qayıdırıq. FHN qanuna əsaslanıb tikintini dayandırıb. Bəs “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri İsmayıl Məmmədovun Texnologiyalar Parkında nə işi var? Bu şəxs tikintinin dayandırlması məsələsinə niyə qarışır? Ona bu xüsusi səlahiyyəti kim verib? Bu suallar hələ ki açıq qalıb.

Fövqəladə Hallar Nazirliyindən o da bildirilib ki, Naxçıvan Dövlət Universitetinin futbol stadionunun Naxçıvan Muxtar Respublikasının Fövqələdə Hallar Nazirliyi tərəfindən sökülməsi və yaxud dayandırılması ilə bağlı iddialar həqiqəti əks etdirmir. Bu istiqamətdə heç bir tədbir həyata keçirilməyib.

O zaman başqa bir sual. Stadionu kim söküb və bu qanunsuz işə görə niyə heç kim məsuliyyətə cəlb edilməyib? Hesab edirik ki, muxtar respublikanın hüquq-mühafizə orqanları bu işi araşdırmalıdır.

Məlumatda qeyd edilib ki, “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə heç bir bağlılığı yoxdur.

Sonuncu sual. O zaman Fövqəladə Hallar Nazirliyinin rəsmiləri bu MMC-nin rəhbərliyi ilə niyə tikinti obyektlərinə baxış keçirir? Və bu MMC istənilən tikinti obyektinin tikintisinin dayandırlmasına və tikililərin sökülməsinə necə nail olur?

Bu MMC Naxçıvanda əməlli başlı özbaşınalıq edir. Əgər muxtar respublikada bu özbaşınalığın qarşını alacaq qüvvə yoxdursa, paytaxt Bakıdan müdaxilə edilməli, muxtar respublikanın problemləri həll olunmalıdır.

Naxçıvanlılar əmindir ki, yenilməz Ali Baş Komandan, qüdrətli Prezident İlham Əliyev onların problemlərinin həlli üçün lazımi tapşırıqları verəcəkdir.

Maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
TNS
 
 
 
Ardını oxu...
Ölkəmizdə tikinti sektorunun inkişafı, öncül sahələrdən birinə çevrilməsinə şübhəmiz yoxdu. Bu sahədə monopoliyanın olmaması bir çox iş adamlarının əl-ayağını açmış, onlara rahat qazanc əldə etmək üçün fürsət yaratmışdır. Di gəl ki, bəzi iş adamları bu fürsətdən sui-istifadə edərək vətəndaşların əzab-əziyyətləri üzərindən özlərinə varidat toplamışlar. Bunlardan biri və bəlkə də birincisi Eko Park yaşayış kompleksinin şefi Süleyman Əliyevdir.
S.Əliyevin media ilə ilk “tanışlığı” Kamran Səxavətoğlundan(Bəgalıyev) başayıb. Bilənlər bilir, bilməyənlərə isə cumhuriyyet.az olaraq bildirək ki, vaxtilə “Güzgü” qəzetinin atağan-vurağanı olan Kamran yaşadığı qəsəbədə Eko Parkın məskən salıb tikintiyə başlamasını görüncə, həmən işə başladı. Ora yazdı, bura yazdı, göylərə yazdı, yerlərə yazdı, Süleymanı yıxıb sürüdü. Əslində, yazdıqlarında həqiqət payı da var idi. Amma Süleyman üçün bütün bunlar əlavə yük və vaxt itkisi idi. Odur ki Səxavətoğlunun könlünü almaq üşün ona iş təklif elədi-sən qardaşsan, gəl Eko Parkın hüquqi işlərinə dəstək ol, istədiyin maaşı verim. “Korun istədiyi nə olmalıydı ki”…
Bəli, ABU-nun o vaxtkı əbədi və əzəli rektoru Elşad Abdullayevi şantaj edərək ondan hüquq fakültəsinin diplomunu hədiyyə alan Səxavətoğlu üçün bu təklif göydəndüşmə olur…
Süleymanın media ilə ikinci tanışlığı “Lamborghini” markalı maşınına kənar müdaxilə olunduqdan sonra DYP tərəfindən saxlanılarkən olub. Çək-çevirdən sonra hansısa “Əlahəzrət” onu xilas edir və sudan quru çıxır…
Ardını oxu...
Ardını oxu...
Ceyranbatan qəsəbəsinə “köç edən” Eko Park rəhbərliyi hələ tikintiyə başlamazdan əvvəl vətəndaşları cəlb etmək üçün binalarda yeraltı dayanacaqların olacağı vədini verir. Lakin bugünədək bu məsələ həll olmayıb. Belə ki, cumhuriyyet.az olaraq bildirək ki, üçüncü binanın tikintisinə hazırlaşan rəhbərlik yarım əsrə yaxın müddət ərzində qəsəbədə yaşayan insanların yaxınlıqdakı mərkəzi yola çıxışını bağlamış, 1 saylı məktəbə gediş-gəlişin önünü kəsmişdir. Narazılıq edənlərə isə “bu yerin çıxarışı(“kupça) bizdədir deyilir.
Şübhəsiz, Süleyman Əliyevin vaxtilə Abşeronun İcra Başçısı İradə Gülməmmədova ilə isti münasibətləri fonunda bəzi nüanslar baçadüşüləndir. Amma Abdin Fərzəliyevə bunu aid etmək çətindir. Çünki Süleyman Əliyevin sakinlərə “mən heç kimi hərləmirəm, hara istəyirsiniz, kimə istəyirsiniz şikayət edin, heç kimdən də qorxmuram, mənim yanımda icra başçısı heç kimdir” kəlmələri dediyimizə əyani sübutdur.
Süleyman Əliyevin qeyri-qanunu əməlləri, sakinlərlə bağlanan müqavilələrdəki uyğunsuzluq, rəhbərliyin birmənalı şəkildə etməyə borclu olduğu işləri vətəndaşlara məhz onların pulu ilə etdirməsi haqda kifayət qədər qatı açılmamış fakt-sübutlarımız var. Zaman-zaman hamısı ilə sizləri tanış edəcəyik. İndilikdə tikinti rəhbərliyinə demək istəyirik ki, bizim borcumuz vətəndaşlara zülm edən, onların rahatlığını pozan siz(lər)dən hüquq-mühafizə orqanlarına yox, bu müqəddəs günləri bizlərə nəsib edən, Şəhidlərimizi özünə baş tacı sanan Ali Baş Komandana olacaq.
cumhuriyyet.az
Teref.az Xocanın Blogu səhifəsi hamının üzünə açıqdır!~
 

Dünyapress TV

Xəbər lenti