Ardını oxu...
Dekabr ayının 12-də “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tikili və avadanlıqların cari təmiri üzrə keçirmiş olduğu kotirovka sorğusunu tamamladığını açıqlayıb və dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə “M-KONTAKT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 32.227,28 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır.

Bu satınalma proseduru ətrafında apardığımız araşdırmada məlum oldu ki, MMC son səkkiz ayda onlarla tenderin qalibi olub. Dahə ətraflı araşdırdıqda daha da maraqlı məlumatlarla üzləşdik. Əvvəlcə rəsmi dövlət orqanlarının MMC barəsində məlumatlarına diqqət yetirək.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “M-KONTAKT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 24.04.2003-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, İLQAR HƏBİBOV, ev 50C, qanuni təmsilçisi kimi isə Bayramalıyev Mübariz Qəşəm oğlu qeyd olunub.

Qeyd edək ki, cari ilin yanvar ayından MMC-nin müxtəlif dövlət qurumları ilə bağladığı satınalma müqavilələrinə diqqət yetirdikdə qəribə mənzərələrlə rastlaşdıq. Belə ki, dövlət satınalmalarının vahid internet portalında MMC-nin 26.10.2023-cü il tarixdə Milli Depozit Mərkəzi ilə toplantı zalı üçün ofis mebellərinin satınalınması üzrə 8.879,5 manat məbləğində, 20.10.2023-cü il tarixdə DİN Daxili Qoşunlar Baş İdarəsi ilə avadanlıqların və qazanxana avadanlıqlarına, elektrik generatorlarına, su nasoslarına, elektrik tənzimləyicilərinə texniki qulluqların göstərilməsi, təmiri, həmçinin generatorların yağ və filtrlərinin dəyişdirilməsi xidmətlərinin satın alınması üzrə 250.787,17 manat məbləğində, 05.09.2023-cü il tarixdə Dİn Komendant Xidməti ilə mebel inventarlarının alınması üzrə 37.996 manat məbləğində, 04.09.2023-cü il tarixdə “Nizami Tibb Mərkəzi” Publik Hüquqi Şəxsi ilə Mebel və avadanlıqlar”-ın satın alınması üzrə 18.300,62 manat məbləğində, 09.08.2023-cü il tarixdə “Azərsu” ASC ilə təsərrüfat inventarları və ofis avadanlıqlarının satın alınması üzrə 87.013,02 manat məbləğində, 19.07.2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə inventarların satınalınması üzrə 8.020,58 manat məbləğində, 19.06.2023-cü il tarixdə Müdafiə Sənayesi Nazirliyi ilə 10.600,03 manat məbləğində, 22.05.2023-cü il tarixdə Bakı Baş Səhiyyə Mərkəzi ilə bərk inventarların satın alınması üzrə 225.000 manat məbləöində, 13.03.2023-cü il tarixdə Qida Təhlükəsizliyi İnstitutu ilə stellajların satın alınması üzrə 39.100 manat məbləğində, 11.01.2023–cü il tarixdə Bakı Turizm İnformasiya Mərkəzi ilə yeni inzibati bina üçün ofis mebellərinin alınması üzrə 47.200 manat məbləğində satınalma müqaviləsi bağlanıldığı açıqlanıb.

Bunlardan əlavə MMC “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi ilə tikili və avadanlıqların cari təmiri üzrə 37.400,74 manat, Azərbaycan Respublikasının Milli Məclisi ilə mebel, kreslo və digər inventarların alınması və mövcudların təmir bərpa işlərinin satın alınması üzrə 199.056,56 manat məbləğində satınalma müqavilələri də bağlamağı planlaşdırır.

Göründüyü kimi MMC daha çox inventarların satınalması üzrə keçirilmiş tenderlərin qalibi olub. Amma udduğu tenderlərə göz qamaşdıran bu MMC-nin barəsində açıq mənbələrdə heç bir məlumat yoxdu. Maraqlı bir məlumat isə MMC-nin qanuni təmsilçisi Bayramalıyev Mübariz Qəşəm oğlu barəsindədi. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 21 ilun 2023-cü il tarixdə Qurban bayramı günlərində respublika üzrə 138 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərinin siyahısını açıqlayıb. Həmin siyahıda “M-KONTAKT” MMC-nin qanuni təmsilçisi kimi göstərilən Bayramalıyev Mübariz Qəşəm oğlunun Gədəbəy şəhərində qurbanlıq heyvanların satışına icazə verilib.

Maraqlıdır Gədəbəydə ət satışı ilə məşğul olan Mübariz Bayramalıyev həqiqətən də “M-KONTAKT” MMC-nin qanuni təmsilçisidir, yoxsa MMC heç özünün də xəbəri olmadan onun adına yaradılıb. Məmurların yaxın adamlarının, qeyri-müəyyən şəxslərin adına yaradılmış MMC-lər vasitəsi ilə tender prosedurlarının saxtalaşdırılması halları barədə sosial şəbəkə və elektron media resusrslarında demək olar ki, kifayət qədər geniş məlumatlar var. Çox güman ki, bu da onlardan biridir.

Aktualinfo.org
Ardını oxu...
“Səfalı Ticarət Mərkəzi” Açıq Səhmdar Cəmiyyəti apardığı qanunsuz tikintiyə aidiyyatı dövlət qurumları müdaxilə edə bilmir.

AzFakt.com xəbər verir ki, Bakı şəhər Şəhərsalma və Memarlıq Baş İdarəsi tərəfindən 10 may 2023-cü il tarixdə digər dövlət qurumuna ünvanladığı sənəddə tikilmiş qeyri-yaşayış obyektinin arxa fasadının dam hissəsində layihədə öz əksini tapmayan hasar inşa edildiyi qeyd edilir.
Ardını oxu...
Bakı şəhər Şəhərsalma və Memarlıq Baş İdarəsi məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə rəsmi müraciət də ünvanlayıb. Lakin ünvanlanan müraciətdən xeyli zaman keçməsinə baxmayaraq, qanunsuz tikili hələ də qalmaqdadır.

Qeyd edək ki, “Səfalı Ticarət Mərkəzi” Açıq Səhmdar Cəmiyyəti Xətai rayonu, Məhəmməd Hadi 58 ünvanında fəaliyyət göstərir.

“Səfalı Ticarət Mərkəzi” ASC-nin qanuni təmsilçisi Tağıyev Fateh Əfqan oğludur.

Mövzu ilə bağlı qarşı tərəf mövqe bildirə bilər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Kristal Abşeron” tikinti şirkəti indi də “Park Yasamal” layihəsini bəh-bəhlə reklam etdirir. Ölkə KİV-lərində layihənin piarı elə aparılır ki, bilməyənlər yaponların, yaxud almanların proyekti kimi qəbul edəcək. Amma şirkətin sosial media səhifəsində paylaşımlarına verilən reaksiyalardan, yazılan şərhlərdən görünür ki, vətəndaşlarımız heç də avam deyil. Misal üçün oxuculara da təqdim etdiyimiz şərhlərdən birində qeyd olunub ki, bina əyridir. Başqa biri yazıb ki, “bəsdirin keyfiyyətsiz binaları reklam etdiniz… Heç 5 bal zəlzələyə dözümü yoxdur. Ancaq camaatı soymağı bilirsiniz”.
Maraqlıdır ki, “Kristal Abşeron” şirkətinin layihələrinə bir inamsızlıq hökm sürür. Xüsusən də “Park Yasamal” layihəsi haqda bu iddialar səslənir. Tribunainfo.az bildirir ki, bu da səbəbsiz deyil. Çünki şirkətin bundan əvvəl “Qobu Park-2” layihəsində bina əyilmişdi. Ona görə “Park Yasamal” haqda oxşar fikirlər səslənir. Üstəlik, mənzillərin qiyməti dodaq uçuqladır. Xatırladaq ki, Kristal Abşeron” tikinti şirkətinin Lökbatan ərazisində inşa etdiyi “Qobu Park-2” yaşayış kompleksində 17-ci bina əyilib, çoxmərtəbəli binanın uçmaq təhlükəsi yaranmışdı. Millət vəkili Tahir Rzayev də aşma təhlükəsi ilə üz-üzə olan binanın sakinlərinin köçürülməsini tələb etmişdi. Deputat bildirmişdi ki, baş verəcək istənilən faciənin məsuliyyəti tikinti şirkətinin boynundadır. Odur ki, indi yenə insanlarda təşviş və narahatlıq müşahidə olunur. Hər halda şirkət vətəndaşlara bu mövzuda özü ətraflı izah verməlidir ki, cəmiyyətdə panika yaranmasın. Üstəlik, Bakıda son dövrlər zəlzələ tez-tez olur, bunu da tikinti firmaları nəzərə alaraq xalqa dürüst məlumat verməlidirlər. Şirkətin “Park Yasamal” layihəsi haqda deyilənlərə mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Mikayıl Cabbarovun rəhbərlik etdiyi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində daxili qarşıdurma pik həddə çatıb.

Buna səbəb Xidmət rəisinin müavini Elçin Yusubovun öz rəisi Mətin Eynullayevi devirmək cəhdidir. Bununla bağlı Mediaxeberleri.Az-a verilən məlumata görə tutduğu postun imkanlarından istifadə edərək özünə oliqarxlardan ibarət çoxsaylı dost qazanan Elçin Yusubov hesab edir ki, artıq Əmlak Məsələləri Dövlət Xidmətində birinci adam olmağın vaxtıdır və buna onun ağlı da, əlaqələri də imkan verir. Mətin Eynullayevin Elçin Yusubova yetərincə səlahiyyət tanımasına baxmayaraq, rəis müavini bununla kifayətlənmək niyyətində deyil. Xidmət daxilində bir çox aparıcı mütəxəssisi və şöbə müdirini öz tərəfinə çəkməyə nail olan Elçin Yusubov, Mətin Eynullayevi həm siyasi, həm də pxixoloji baxımdan təkləməyə çalışır. Rəis müavininin bu məsələdə ən çox güvəndiyi şəxslər isə Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini, şöbə müdiri vəzifəsini icra edən Eldəniz Qafarov və Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Bəşirovdur. Nə qədər inanılmaz görünsə də, Elçin Yusubov nisbətən “aşağı eşalon”dan olan bir çox şəxsi də öz tərəfinə çəkməyi, onların Mətin Eynullayevə qarşı səflərdə yer almasını vacib bilib.

Rəis müavini öz məqsədinə çatmaq üçün Mətin Eynullayevin “kabinet məmuru” obrazını yaratmağa da xüsusi səy göstərir. Prezident İlham Əliyevin məmurları aktiv olmağa, xalqla bilavasitə təmas qurmağa, xalqın “ayağına getməyə” səsləməsi fonunda Mətin Eynullayevin klassik məmur obrazının yaradılması Xidmət rəisini ali siyasi hakimiyyət qarşısıdna gözdən salmağa hesablanıb. Xidmət rəisinin müavini Elçin Mustafa oğlu Yusubovun ətrafında formalaşdırdığı komandanın əməlləri dəhşət yaradır. Elçin Yusubovun komandasının ən ciddi fiqurlarında biri də “Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsi”nin müdiri vəzifəsini icra edən Taleh Arif oğlu Bəşirovdur. Elçin Yusubovun himayəsi ilə Taleh Bəşirov da milyonçuya çevrilib.

Mənbənin Mediaxeberleri.Az-a bildirdiyinə görə Taleh Bəşirovun dövlət torpaqlarını məmurlara peşkəş etməsi qarşılığında aldığı Range Rover zamanla özü nəhəngliyində problemə çevrilməkdədir. Şöbə müdiri lovğalıq edərək ona tam məxfi ortamda təqdim edilən avtomobillə bağlı yaxın çevrəsinə açıq məlumat verməsi onunla yanaşı, ona həmin avtomobili hədiyyə edən şəxsi də çətin vəziyyətə salıb. Belə ki, Taleh Bəşirova məlum avtomobil general rütbəli məmurlardan birinin qardaşı tərəfindən bağışlanılıb ki, həmin şəxs adının bu məsələdə hallanmasını istəmir. Bu isə o deməkir ki, Taleh Bəşirov fərqinə varmadan özü ilə yanaşı, kölgədəkli milyoneri də çətin vəziyyətə salıb. Taleh Bəşirova avtomobil bağışlayan şəxsin kimliyi bəlli olarsa, o zaman həmin şəxs bu suallara cavab verməli olacaq:

Taleh Bəşirova avtomobili niyə, şöbə müdirinin hansı xidmətlərinə görə bağışlayıb?

Bu “ürəyiaçıqlığın” Taleh Bəşirovun onun adına keçirdiyi torpaq sahələri ilə nə kimi əlaqəsi var?

Maraqlıdır ki, Mətin Eynullayev Elçin Yusubovun “qiyam hazırlığından” xəbərdar olsa da, müavininə qarşı sərt addımlar atmaqdan çəkinir. Bunun isə əsas səbəblərindən biri Elçin Yusubovun hazırda hakimiyyətin yuxarı eşalonunda təmsil oluna bir çox şəxslərlə yaxın dostluq münasibətinə malik olmasıdır. Lakin bununla yanaşı, Mətin Eynullayev də Elçin Yusubov və onun komandasına qarşı bəzi “profilaktik” tədbirlər həyata keçirilməkdədir. Bunlardan biri Elçin Yusubova xüsusi yaxınlığı ilə seçilən Eldəniz Qafarov və Taleh Bəşirovun şöbə müdiri vəzifəsində birdəfəlik təsdiq edilməməsidir. Hər iki məmur şöbə müdiri vəzifəsini xeyli müddətdir ki, müvəqqəti icra edir ki, bu da Xidmət rəisinin onlara etimad göstərməməsinə dəlalət edir. Bir sözlə, yaxında Əmlak Məsələləri Dövlət Xidmətində daxili mübarizənin daha da şiddətlənəcəyi ehtimalı böyükdür. Bu mübarizədə qalib gələn hər kəs şəriksiz olaraq “hər şeyə” sahib olacağı kimi, məğlub olan tərəf bugünə qədər sahib olduğu hər şeylə vidalaşmalı olacaq.
/aztoday.az/
 
Ardını oxu...
Göyçay rayon Əli Səmədli küçəsi ev 24 sakini Əliyev Orxan Hüseynalı oğlu tərəfindən

Şikayət

Bu şikayətimdə yazıb Sizə bildirirəm ki, övladım 07.02.2014-cü il təvəllüdlü Rüstəm Əliyev Göyçay rayon Mərkəzi xəstəxanasının bir neçə həkiminin və tibb personalının səhlənkarlığı nəticəsində vəfat edib.

Halı pisləşən övladım Ruslan 02 noyabr 2023-cü il tarixdə saat təxminən 18-30 radələrində Göyçay rayon Mərkəzi xəstəxanasının acil bölməsinə 39,5 qızdırmayla daxil olub.Uşaqdan hər -hansı bir yaxma, zəruri müvafiq analizlər götürülməyib, xəstə müşahidə otağında saxlanılmayıb, heç bir müayinə aparılmadan sistem qoşub sonra
ambulator şəraitdə evə buraxılıb.Gecə uşağın halı pisləşdiyi üçün səhərüzü yenidən xəstəxanaya aparmışıq.Xəstəxanada yenə də lazımi tibbi yardım göstərilmədi.
Saat 05-00 radələrində TƏBİBƏ zəng etdikdən sonra həkimlər çağrılıb, onlar uşağa sistem,iynələr vurublar. Elbrus adlı həkimi çağırıblar o da düzgün olmayan qərar qəbul edərək xəstəyə dopamin vurdu.Uşağın vəziyyəti ağırlaşdı və Bakıya apardıq.Uşağın vəziyyəti ağırlaşdığı üçün Respublika Kliniki xəstəxanasında 3-4 saat yaşadıqdan sonra dünyasını dəyişdi.Respublika Klinki Xəstəxanasında həkimlər dedi ki, uşağa Göyçay xəstəxanasında düzgün müalicə etməyiblər diaqnoz qoyulmadan müayinə edilmədən müalicə ediblər ona görə səhhəti ağırlaşıb.
Müayinə və müalicə işlərinin düzgün təşkil edilməməsi, zəruri diaqnostika avadanlığı hesab edilən "Kate"müayinə avadanlığının işləməməsi, vaxtında övladıma dəqiq diaqnoz qoyularaq zəruri müalicələrin tam həcmdə aparılmaması,əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməməsi və nəhayət peşəkar idarəçiliyin olmaması səbəbindən 3 noyabr 2023-cü il tarixdə 9 yaşlı uşağım vəfat etdi.

Məhkəmə Tibbi Ekspertizası Patalogiya Anatomiya Birliyinin Yasamal rayon Şöbəsi rəy verdi ki, övladımın ölüm səbəbi pnevmoniya xəstəliyi olmuşdur.Göyçay rayon xəstəxanasında 39 tempraturda qızdımalı pnevmoniya xəstəsi olan uşağıma 9 ədəd sistem köçürüblər.Onun meyidi yarılanda bilindi ki, həmin maye ciyərlərinə yığılıb.Hansı ki, xəstənin hərarətinin olmasını nəzərə almamışdır.
Mövcud qızılca virusunun yayılmasını nəzərə alaraq həkimlər uşaqdan yaxma götürməlidilər.Nə rentgen. Nə kate heç bir müayinələr aparılmadan qızdırması ola ola ona sistemlərin qoşulması ölümünə səbəb oldu.Xəstə uşağımın ayağı rentgen olunub.Xəstə övaladımın Bakı şəhərinə xəstəxanaya təcili çatdırlması üçün Göyçay xəstəxanasında uzun mübahisədən 1 saat sonra ambulans maşın veriblər.Ancaq ambulans avtomobilində ixtisaslı həkim olmadan ağır xəstəni Bakı şəhərinə gətirmişik.
Göyçay rayon Xəstəxanasının həkimlərinin səhlənkarlığı nəticəsində vəfat etmiş uşağın atası olaraq mətbuat vasitəsi ilə Başda Prezident cənab İlham Əliyev olmaqla hüquq mühafizə orqanlarından çox-çox xahiş edirəm şikayətim tam, hərtərəli və obyektiv araşdırlıb ciddi tədbirlər görülməsinə tapşırılar verəsiniz.Qeyd edim ki, mən artıq hadisə barədə rəsmi olaraq şikayətlər etmişəm.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
     

"Rentgen müayinəsi sığorta ilə pulsuz olsa da, Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 1-ci otaqda hər müayinə üçün xəstələrdən 5 manat istəyirlər.
Bilsəm ki büdcəyə ödənilir, verərdim. Amma şəxsi ciblərə gedir. İstədilər, vermədim.
Aidiyyatı qurumlar bu dilənçiliyə nəzarət etsin. Həm maaşlardan sığortaya xeyli miqdarda hər ay pul tutulur, həm də bəzi tibb işçiləri rüşvətdən əl çəkmir.
Bütün sahələrdə ictimai nəzarət mütləqdir.
P.S. Həkimlər müayinəyə pul istəmədi".

Şikayətçi: Elyar İslamoğlu, Filologiya üzrə fəlsəfə doktoru, Müstəqil ekspert
Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Ardını oxu...
"Heç bir sanitar vəziyyətdən danışmaq olmaz" - Çörəyimizə indi də siçanlar "şərik" olub?Bir neçə gün öncə "Karmen" MMC-yə məxsus un kisəsindən gəmiricilərin çıxmasını əks etdirən video sosial şəbəkələrdə yayıldı. İnsanlar həmin heyvanların un kisəsinə necə girdiyini, adıçəkilən firmanın buna necə göz yumduğunu, nəzarətsizliyi müzakirə edirlər. Ölkədə satılan un və un məmulatlarına, onların təmizliyinə nə dərəcədə güvənmək olar? Bu məhsulların əldə olunması üçün tətbiq olunan avadanlıqlar mütəməmadi təmizlənirmi? Gigienik vəziyyət qənaətbəxş hesab oluna bilərmi?Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri, qida eksperti Eyyub Hüseynov Bizimyol.info xəbər portalına bildirib ki, bu, olduqca əcaib bir haldır və mütləq araşdırılmalıdır. Qida sahəsində hökumət bürokratik yoxlamanı ləğv etməli və cəld reaksiya mexanizmi, cəld yoxlamalar bərpa olunmalıdır.

"İstənilən dəyirmanda siçanlar yuva salır. lakin həmin dəyirman sahibləri, biznes sahibləri elə bir şərait yaratmalıdırlar ki, həmin gəmiricilər ərzaq mallarına yaxın gəlməsinlər. Ancaq görünür, bu şəraiti yarada bilməyiblər. Əgər unun içindən gəmirici çıxırsa, deməli, orada heç bir sanitar vəziyyətdən danışmaq olmaz. Bu, artıq çox təhlükəlidir və gərək buna görə əhali adıçəkilən firma məhsulunu boykot etsinlər. Görünür, həmin gəmiricilər məhsul üyüdülməmişdən öncə kisəyə daxil oldublar. Belə başa düşmək olar. Çünki üyüdülmə prosesində onlar iştirak edə bilməzlər. Bu, yolverilməzdir.
Onu da qeyd edim ki, ümumiyyətlə, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsini tam əhatə edə bilmir. Agentlik cəld yoxlamalar apara bilmir, buna icazə yoxdur. Hökumətin səhv siyasəti, yəni qida yoxlamalarının qadağan olunması və qurumların cəld reaksiya mexanizminin olmaması belə vəziyyətin çoxalmasına gətirib çıxardacaq. Baxmayaraq ki, AQTA 3 ildir fəaliyyət göstərir, onların əlindən bu imkan gəlir ki, qida zəncirində iştirak edənləri reyestrə daxil etsinlər və planlı yoxlamalar aparsınlar. Planlı yoxlamalar zamanı da öncədən xəbər verilir və bu, uzun, bürokratik bir prosedurdur. Qarşı tərəf də bilir ki, yoxlama gəlir və nələri yoxlayırlar və sair. Hökumət qida sahəsində tətbiq olunan bu cür bürokratik yoxlamanı ləğv etməlidir və cəld reaksiya mexanizmi, cəld yoxlamalar bərpa olunmalıdır. Çox təəssüf ki, bu formada yoxlama hazırda tətbiq olunmur. Əlbəttə, AQTA-nın bu şəkildə "əli-qolu bağlı" vəziyyətdə və Azad İstehlakçılar Birliyinin bir ictimai təşkilat olaraq son dərəcə yetərsiz işləməsi gətirib o yerə çıxarıb ki, artıq un məhsullarının içindən gəmiricilər çıxır. Qeyd olunan belə bir fakt varsa, AQTA bu yöndə ciddi yoxlamalar aparmalıdır" - deyə, qida eksperti qeyd edib.
Məlumat üçün qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi məsələnin nəzarətə götürüldüyünü və araşdırılacağını bildirib.
P.S. Adıçəkilən qurumun bu istiqamətdəki açıqlamasını da işıqlandırmağa hazırıq.
 
Ardını oxu...
DogruXeber.az: - Paytaxtın mərkəzi olan xüsusəndə metro stansiyalarının çıxışlarında son vaxtlar demək olar ki, kifayət qədər dönərxana və restoranlara rast gəlmək olur. Maraqlısı isə budur ki, bu hal Xətai rayonunun ərazisində yerləşən Xətai metro stansiyasının düz qarşısında, piyadalar üçün ayrılmış tratuarda görüntü dairəsini pozan, vətəndaşların bir başa gedişatına kobud şəkildə maneə yaradan, standardlardan kənar konteyner tipli dönərxana üçün nəzərdə tutulan məmurların gözünün pərdəsini tutan bir qanunsuz obyekt peydə olub. Bəli bəli düz eşitdiz, peydə olub.

Ardını oxu...

Gülünc nöqtəsi isə bundan ibarətdir ki, bu baş verən qanun pozuntuları, Xətai rayon İcra hakimiyyətinin bir addımlığındadır.Paytaxtın görünüş dairəsini pozan bu tip obyektin açılmasına qeyri-qanunu icazə verən şəxslər kimlərdir? hələ bunlar azmış kimi bu gün gördüyün kiçik restoran dipli dönərxanalar 1 aydan sonra görürsən ki, iki və yaxud da üç mərtəbəli restorana çevirirlər çünki bəzi işbazlar daha çox gəlir əldə etmək üçün himayadarlarınada çox görüm-baxım etməldirlər.

Ardını oxu...

"Azərbaycan Reallığı" xəbər verir ki, bu qeyri-qanuni səlahiyyətli şəxslərin,görə bilmədiyi bu nəhəng asteroida bənzər bu obyekt Xətai metro stansiyasının, bir neçə metrliyində ölkə başçısının hər il ziyarət etdiyi,Xocalı abidəsi ilə üz-üzə olan vətəndaşların magistral gediş-gəliş yeri olan yol səkisində görünməz qüvvələrin gücünə qoyulan naməlum konteynerdi.

Ardını oxu...

Vətəndaşların "Azərbaycan Reallığı"na dediklərinə görə bu konteinerə oxşar obyekt ticarət məqsədi üçün istifadə olunacaq, amma maraqlısı odur bir neçə gün bundan öncə Fövqaladə Hallar Nazirliyi həmin obyekti blomlamışdır. Təssüflər olsun ki, dövlətin blombunu sökən görünməz qüvvələr, FHN -nədə qanunsuzluqla qanuni meydan oxudular. Bu yazımızdan ümid edir ki, Xətai rayonun başçısı Rafiq müəllim görməzdən gəlməyərək, Xətai rayonuna düşən asteroidi zərərsizləşdirəcək.



Mövzunu diqqətimizdə saxlayacağıq
Ardını oxu...

DogruXeber.az: - Könlündən "Bakı meri" olmaq keçən icra başçısı Əziz Əzizovun, rəhbərlik etdiyi Suraxanı rayon sakinlərinin narazılıqları artmaqda davam edir.

Dəfələrlə bərbad yollarından və aparılan tikintilərdə yaradılan süni maneələrdən bəhs edən Suraxanı sakinləri, sosial şəbəkələrdə paylaşımlar edərək, icra başçısı Əziz Əzizovun hətta, ölkə başçısından belə çəkinmədiyini deyirlər. Cəlilabad rayon sakinləri də onlarla həmdərd , həmfikir olduqlarını, "Əziz Əzizov ordadırsa, vay sizin halınıza" sözlərini yazmaqla ifadə ediblər.

Həmkarlarımızın da yazdığı kimi, tramvay parkında usta işləyən adamın birdən-birə arpa-buğda alveri ilə məşğul olan iş adamına çevrilməsi, həmən ardından da arpa-buğdanın Azərbaycanda ən çox yetişdirildiyi rayona İcra Hakimiyyətinin başçısı getməsi təbiidir ki, təsadüfi deyil. Elə yəqin tramvay ustasını icra başçısı edən "şans mələyi"nin verdiyi özgüvəndən və yüksək səviyyəli himayədarlığından irəli gəlir ki, bu gün bu qədər Suraxanı sakinləri dərdini deməyə ünvan tapa bilmirlər.

Cəlilabad rayonundan 12 il bəslənən, bəhrələnən, hətta orada olarkən əldə etdiyi bizneslərinin bəzilərini Neftçala rayonuna köçürən, hər iki rayonda özünə bəs qədər sərvətlər toplayan, bizneslər quran Əziz Əzizov rayon həyatını geridə qoyaraq, "şans mələyi"nin "bir lələyini yandırıb", ondan şəhər istədi.

Əziz Əzizov Yasamal rayonuna icra başçısı təyin edildi və 12 illik təcrübəsinə əsaslanaraq, Yasamal rayonunda da sərvət artırmaqda davam etdi. Biz yuxarıda "bəs qədər sərvətlər topladı" ifadəsini işlətmişdik, lakin Əzizov Yasamal rayonuna gəldikdən sonra eyni qayda ilə çalışaraq göstərdi ki, "bəs" kəliməsi onun "söz bazasında mövcud deyil".

Yeri gəlmişkən cənab Əzizovun Yasamal rayonunda sahib olduğu biznes obyektləri, həmçinin yaşayış binaları barəsində "DogruXeber.az" informasiya portalında əvvəllər də məlumat vermişik.

Əzizovun rəhbərlik etdiyi Suraxanıda qanunsuz tikintilər və daha nələr... nələr.... - FOTO + VİDEO

Əzizovun "biznes sevdası" indi də Suaraxanıda davam edir - VİDEO

"Özümə yer edərəm, görün sizə nələr edərəm" - Blogerlərin "başına sığal çəkən" Əzizovun gələcək planları

Həmçinin, vətəndaş müraciətləri əsasında Hövsan qəsəbəsi ərazisində aparılan və qanunsuz olduğu iddia olunan tikintilər barəsində də məlumatlar dərc edib, aidiyyatı üzrə Şəhərsalma və Arxitektura Komitəsinə də sorğular göndərmişdik. ARXKOM -dan "DogruXeber.az"ın sorğusuna cavab olaraq, işin Suraxanı rayonu icra hakimiyyətinə yönləndirilməsi barəsindəki məktubun surəti göndərildi. Hansı ki, həmin məktubda məlumatın araşdırılması, barəsində hüquqi tədbir görülməsi və nəticələr barəsində müraciətin müəllifi olaraq, redaksiyamızın da məlumatlandırılması qeyd olunurdu. Lakin, artıq uzun müddət keçməsinə baxmayaraq, hələ də Suraxanı rayon İcra Hakimiyyəti bu barədə susqunluq nümayiş etdirir.
Görünür, İcra Hakimiyyəti bütün bu məlumatlardan çoxdan (hətta bizdən də əvvəl) xəbərdardır və bu onu zərrə qədər narahat etmir.

Maraqlıdır, niyə?

Bütün bu məlumatların sosial mediada dərc ediləcəyi də sözügedən icra hakimiyyətini narahat etmir. Çünki, "qoruyucu mələyi"nə arxayındır. Onsuzda sosial mediada və sosial şəbəkələrdə barəsində kifayət qədər tənqidi materiallar və şikayətlər yer alan icra başçısı Əziz Əzizova bugünə qədər "gözün üstə qaşın var" deyən olmayıbsa, əmindir ki, bundan sonra da deyən olmayacaq.

Bu rahatlıq isə onun göstəricisidir ki, nə Əziz Əzizov, nə də onun himayədarı ölkə başçısından çəkinmir, onun tapşırıqlarını ciddi hesab etmirlər. Əgər belə olmasaydı, Bakının meri olmaq arzusunda olan Əzizov heçolmasa bu arzusuna həlledici imza atacaq olan Ölkə başçısına ən azından özünü sübut etmək üçün Bakının bir rayonu olan Suraxanıda bu qədər narazılıqlar yaratmaz, sakinləri sözün əsl mənasında incitməzdi.

Qeyd edək ki, qanunsuz tikintilər barəsində ətraflı məlumatı qarşıdakı günlərdə fotoşəkilləri ilə birlikdə dərc edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az



 

 
Ardını oxu...
Nizami rayonu Rüstəm Rüstəmov 50/A ünvanında yerləşən "Sitarə uşaq və inkişaf mərkəzi " əvvəllər eyni adlı uşaq bağçası kimi fəaliyyət göstərib. Uşaq bağçası haqqında sosial mediada ictimaləşən problemlər üzərindən araşdırmalara başlayan aidiyyatı qurumlar sözügedən bağçanın fəaliyyətinə xitam veriblər. Amma Həsənova Sitarə Xancan qızı adını daşıyan bağcanın bağlanması ilə barışa bilmədiyindən "Sitarə uşaq və inkişaf mərkəzi" adı altında fəaliyyətə davam edib. Adının çəkilməsini istəməyən valideynlərin və qonşuların iddiasına görə burada inkişaf mərkəzi adı altında bağça fəaliyyətinə qanunsuz olaraq davam edir. Daxili qaydalarla isə tərbiyəçi qəbul edilir. Otaqda qurulan sanitar otaqğında Sitarə xanım özü həkim kimi xidmət göstərir. İddia edilir ki, həmin otaq həm də qida anbarı kimi fəaliyyət göstərir. Mərkəzə gələn körpələrə verilən qida məhsulları, xüsusiə də ətin mənşəyi bilinmir. Elektrik xətləri standartlara cavab vermir. Belə ki, əgər körpələr nəzarətsiz qalarsa, elektrik cəryanı hər an faciəyə səbəb ola bilər.Müəsisədə 40 -a yaxın uşaq var. Valideynlər deyir ki, hər körpə üçün aylıq 250 AZN ödəniş edirik.
Mərkəz adı altında fəaliyyət göstərən qurumun qapısı isə bir başqa b*birçılıqdir. Şəhidlərin fotosunun əl qapısina vurulduğunu harda görmüsünüz? Nümayişkəranə şəkildə də yazılıb ki, "Şəhid övladları üçün təmənnasızdır". Bir daha xahiş edirəm bunu edərək onların ruhunu incitməyin.İddialarla bağlı Sitarə xanımdan mövqe öyrənməyə çalışsaq da xanım suallarımıza cavab vermək əvəzinə, qarşımıza özünü təqdim etməkdən yayınan bir gənci çıxardı. O isə bütün medianın əllərində olduğunu söyləməklə kifayətləndi,suallarımızı cavabsız qoydu.
İfadə Cəfərzadə
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti