Ardını oxu...
Hələ 2022-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun vəzifəsindən azad olunacağı barədə elektron media məlumat yaymışdı. Həmin məlumatda buna səbəb kimi Prezident İlham Əliyevin Gəncəyə səfəri zamanı şəhərin infrastrukturu sahəsində ciddi problemlərin şahidi olduğu göstərilirdi. Məlumatda həmçinin İcra başçısının Prezident Administrasiyasına çağırıldığı da qeyd edilirdi.

Elə həmin vaxtlar da sosial şəbəkələrdə Niyazi Bayramovun oğlu Bəhram Bayramovun milyonlarla manat dəyəri olan dəbdəbəli maşın kolleksiyası yayıldı. Araşdırma yazıda müəllif İcra başçısının oğluna məxsus, Bakının mərkəzində – “Hilton” otelinin yaxınlığında yerləşən dəbdəbəli “D’lite” restoranını ortaya çıxarmışdı. Sözügedən yazıda həmin restoranın yaxınlığındakı qarajda Bəhram Bayramova məxsus dəyəri milyonlarla manat olan lüks avtomobillərdən də bəhs edilirdi.

Elektron medianın fevralın 26-da yaydığı məlumatda Gəncənin icra başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramovun bahalı avtomobillərini ictimaiyyətdən gizlətmək üçün dövlət nömrə nişanını dəyişməyə əl atdığı qeyd edilir. Məlum olur ki, başçı oğlunun 10 BB 904 nömrə nişanlı “Range Rover” markalı avtomobili var. Daha sonra eyni qarajda və eyni yerdə 10 ZZ 904 nömrə nişanlı “Mercedes S Class” markalı maşın görmək olar. Bu nömrə isə əvvəl “BMW X 6” markalı maşının üstündə olub. Lakin icra başçısının oğlu indi həmin nömrəni çıxarıb başqa avtomobilinə qoyub. Bildirilir ki, Gəncə İH rəhbərinin oğlunun avtomobil kolleksiyasında 6 maşın var. Bu da bir məmur oğlunun hansı vəsaitlə bahalı maşınlar aldığına dair suallar doğurur. https://anaxeber.info/54346-gencenin-icra-bascisi-ogluna-6-bahali-masin-alib-arasdirma-video.html

Martın 4-də isə elektron mediada Gəncə şəhər İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı məlumat yayılıb. Həmin məlumatda hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər müavinlər, eləcə də Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Elxan Məmmədovun saxlanıldığı deyilirdi. Bunlar İcra Hakimiyyətinin rəsmiləri tərəfindən təkzib olunsa da Baş Prokurorluqdan bildirilib ki, yayılan xəbərlə bağlı əlavə məlumat veriləcək. Maraqlıdır ki, apardıqları digər əməliyyatlarda daim çeviklik göstərən Baş Prokurorluq üstündən üç gün ötməsinə baxmayaraq Gəncə şəhər İcra Hakimiyyətində keçirilmiş əməliyyatla bağlı məlumat nə üçün bu qədər geçikdirir?
Baş Prokurorluğun yayacağı xəbərlərdən asılı olmayaraq bəri başdan qeyd etmək istərdik ki, keçirilmiş əməliyyatla bağlı məlumatın gecikməsi kimlərə isə vaxt qazandırır. Maraqlıdır, Niyazi Qurbanovun qurbanı kim olacaq?
Qeyd edək ki, Niyazı Bayramovun Gəncə şəhərinə İcra Hakimiyyətinin başçısı təyin edilməsindən artıq beş ildən də çox bir vaxt keçir. Hələ 2018-ci ilin avqust ayında sözügedən şəhərə rəhbər təyin olunan Niyazi Bayramov işə başlar başlamaz Gəncənin ağsaqqalları ilə görüşdü, şəhərin ümumi problemləri ilə maraqlandı və sakinlərin təkliflərinn həll olunmasına söz verdi. Lakin bu müddət ərzində Niyazi Bayramovun gördüyü işlərlə, sakinlərə verdiyi sözlərin üst-üstə düşmədiyi Gəncədə hər addımda özünü hiss etdirir.
Aktualinfo.org-un apardığı kiçik bir araşdırmada məlum olur ki, Gəncə şəhərinə rəhbərlik etmiş şəxslərin heç biri Niyazı Bayramov qədər korrupsiyaya bulaşmayıb. Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən keçirilmiş dövlət satınalmalarında milyonlara manat dövlət vəsitləri talan edilib. Niyazi Bayramov bu milyonları formal keçirilmiş tenderlər yolu ən yaxın adamlarının adına olan şirkətlərə köçürməklə təyinatından kənarlaşdırıb.
Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyin olunmasından sonra, 2019-2023-cü illərdə şəhərin küçə və prospektlərində əsaslı təmir işlərinə, prospektlərdə yolların təmiri (abadlıq-quruculuq) işlərinə, şəhər ərazisində abadlıq işlərinə ayrılmış on milyonlarla manat dövlət vəsaitinin böyük hissəsi “ELVİ.M.M. Services Group”, “Vedi Construction”, “Göygöl Tikinti”, “Baku Bulding”, “Aran Tikinti-Quraşdırma”, Göygöl Təmir-Tikinti Təchizat T.R” , “Alians” “Meqaplus”, “Ərdagı” “Atlas ES” kimi Məhdud Məsuliyyətli Cəmiyyətləri və “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti ilə işbirliyində olub formal keçirilmiş tenderlərlə təyinatından kənarlaşdırlıb.
Buraya Gəncə şəhərində İdman Sarayının və Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi işlərinə son beş il ərzində ayrılmış dövlət vəsaitlərini də əlavə etsək bu yüz milyonlarla manat büdcə pullarının talan edilməsi deməkdir. Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalında Gəncə şəhər İcra Hakimiyyəti İdman Sarayının və Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi üzrə “Rövşən Oğuz Qrup” MMC ilə son dörd ildə ümumi olaraq 121 450 923 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı göstərilir. Buna baxmayaraq Gəncə Dövlət Dram Teatrının açılışı olsa da İdman Sarayında işlər hələ də davam etdirilir. 01 Fevral 2022-ci ildə prezident İlham Əliyev “AZƏRTAC” agentliyinə müsahibəsində bəyan etmişdi ki, “Gəncə İdman sarayı əminəm ki, gələn ilin sonuna qədər istifadəyə veriləcək, həm idmançılar, həm də şəhər sakinləri üçün çox faydalı olacaq”. Lakin göründüyü kimi 2023-cü il bitib, amma Gəncə şəhərində İdman Sarayının tikintisi hələ bitməyib və yenidən vəsait ayrılacağı gözlənilir.
Bunlardan əlavə. Yuxarıda sadaladığımız şirkətlərdən “Atlas ES” Məhdud Məsuliyyətli Cəmiyyəti xüsusilə diqqət çəkir. Əldə etdiyimiz məlumata görə Niyazi Bayramov bu MMC-nin səhmdarlarından biri olaraq böyük pay sahibidir. Elektron medianın 2024-cü ilin yanvarında yaydığı məlumatda “Atlas ES” şirkəti hesabat ilində 8 milyon 543 min manatlıq gəlirə qarşı 2 milyon 10 min xalis mənfəət əldə etmişdi. 2023-cü ilin 1 yanvarına onun balansındakı bölüşdürülməmiş mənfəət 9 milyon 937 min manatdır.
Qeyd edək ki, “Atlas ES” MMC Bakı şəhərində və respublikanın bir çox yerində tikinti quraşdırma işləri həyata keçirir. MMC-nin təsisçisi Abdullayev İslam İbadulla oğlunun Niyazi Bayramovun ən yaxın adamlarından biri olduğu söylənilir. Hətta Bakının Nizami rayonu, Naxçıvanski küçəsi, 8a ünvanında yaşayan sakinlərin mətbuta yazdıqqlarına görə, yaşadıqları bina “Nizami 2” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) balansındadır. Bu cəmiyyətin isə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova məxsus olduğu bildirilir: “Dəfələrlə Niyazi Bayramova müraciət etmişik. Onunla əlaqə saxlasaq da, şikayətimizə baxan yoxdur. Niyazi Bayramovun İslam adlı şəriki var. İslam müəllimə də dəfələrlə xəbərdarlıq etmişik. Demişik ki, gəlin, hesabat verin. Amma nə gələn var, nə də 215 min manatın hesabatını verən. Belə özbaşınalıq olar?! Bu cür şəraitdə necə yaşayaq?!”. https://www.bakupost.az/icra-bascisinin-tikdiyi-binada-kulli-miqdarda-yeyinti-sikayet-foto

Ardını oxu...

İcra başçısı Qarabağa da əl uzadır.
Əldə etdiyimiz məlimatlara görə Niyazi Bayramovun bu kimi işlərinin başında başqa bir şəxs də var. Hələlik adını hallandırmaq istəmədiyimiz bu şəxs də İcra başçısının yaxın dostudu. Onlar hazırda dostluqlarını təkcə Gəncə şəhərində təmir tikintiyə ayrılmış vəsaitləri formal tender yolu ilə mənimsəməklə davam etdirmirlər. Əldə etdiyimiz ən səhih məlumatlara görə Niyazi Bayramov həmin dostuna məxsus (əslində isə şərik olduğu) bir neçə şirkəti də işğaldan azad edilmiş Qarabağ torpaqlarında aparılan yenidənqurma işlərinə qoşub. Yəni, Niyazi Bayramov Gəncədə oturmasına baxmayaraq əli respublikanın hər yerinə çatır və hər yerdə də dövlət büdcəsindən şəxsi məqsədləri üçün istifadə edir.
Göründüyü kimi Niyazi Bayramov dövlətin Gəncə şəhər İcra Hakimiyyətinə ayırdığı milyonların hesabına bir oliqarxa çevrilib. Sonra da yazırlar ki, Niyazi Bayramovun oğlu Bəhramın dəyəri milyonlarla manat olan lüks avtomobillər kolleksiyası var. Belə avtomobilləri Bəhram Bayramov hansı pullarla alıb kimi suallar da verirlər. Kiçik bir jurnalist araşdırmasında Niyazi Bayramovun son illər Gəncədə taladığı milyonları üzə çıxırsa, yoxlanılarsa görün dövlətin hüquq mühafizə və təftiş orqanları nə qədər mənimsəmələr aşkar edə bilər.

Aktualinfo.org

Ardını oxu...
Abşeron rayon, Mehdiabad qəsəbəsi 1 saylı məktəbdə “8 mart – Beynəlxalq Qadınlar günü” münasibətilə pul yığımına start verilib.

Ardını oxu...

Dia-az.info AzFakt.com-a istinadən xəbər verir.

Məlumata görə məktəbin şagirdlərindən “8 mart”la əlaqədar 40-50 manat toplanılır.

Şagirdlərdən pullar “Valideynlər komitəsi”nin yaratdığı vatsap qruplarında yığılır.

Baş verən rüsvayçı hadisədən məktəb direktorunun müavini Aygün Ağalarovanın birbaşa xəbərdar olduğu deyilir.

Ardını oxu...

Məktəb direktoru “8 mart – Beynəlxalq Qadınlar günü” münasibətilə pul yığılmaması barədə rəsmi elan verib.

Ardını oxu...

Direktor Pənah Babayev imza və möhürlə təsdiq etdiyi elanda valideynləri “8 mart” münasibətilə pul verməməyə çağırır.

Sosial şəbəkələrdə paylaşılan elan birmənalı qarşılanmayıb.

Bəzi sosial şəbəkə istifadəçiləri isə Mehdiabad qəsəbəsi 1 saylı məktəbi direktorun yox, valideynlər komitəsinin idarə etdiyini, direktorun isə “gözükölgəli” olduğunu bildirir.

Qeyd edək ki, Mehdiabad qəsəbəsi 1 saylı məktəbi Abşeron-Xızı Regional İdarəsinə tabedir.

Abşeron-Xızı Regional İdarəsinin müdiri İlhamə Abdullayevadır.



Ardını oxu...
     

Bu gün Xalqxeber.Az xəbər saytının 12 yaşı tamam olur.
Sayt 2012-ci il martın 5-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində geniş oxucu kütləsi toplayıb.
Xalqxeber.Az günün 24 saatı işləyir.
Ölkədə və dünyada baş verən ən mühüm hadisələri işıqlandıran Xalqxeber.Az portalı geniş oxucu auditoriyasına malikdir. 
Saytda aktual xəbərlərlə yanaşı, müsahibələr, analitik məqalələr, foto və video reportajlar da dərc olunur.
Xalqxeber.Az saytı hər zaman doğru, dolğun, dəqiq və operativ şəkildə paylaşdığı informasiya ilə öz izləyici kütləsini qazanıb.
Sosial, ictimai, mədəni, siyasi, iqtisadi Azərbaycanda və dünyada baş verən bütün yenilikləri oxuculara çatdıran sayt, sosial məsələlərin işıqlandırılmasına da daim həssaslıqla yanaşıb.
Bu ötən illər ərzində oxucularına hər zaman aktual məsələlərə dair xəbərləri çatdırmağa çalışıb.
Dəqiq müəyyənləşdirilmiş informasiya siyasəti və sosial şəbəkələrdəki fəal iş sayəsində Xalqxeber.Az Azərbaycanın media məkanında özünün layiqli yerini tutub. 

Ardını oxu...
Yasamal rayonu, İzmir küçəsi 7a ünvanında yaşayış binasının zirzəmisində kafe-restoran açmaq üçün aparılan böyük söküntü və təmir-tikinti işləri binada çat əmələ gətirib. Bir nüçə gündür başlayan işlər zamanı zirzəmidən 30-40 yük maşını ilə daş və beton qırıntılarının daşınıb.

Tribunainfo.az yazır ki, bu barədə sözügedən ünvandakı bina sakinləri bildirib. Onların sözlərinə görə, istismar müddəti başa çatmaqda olan binada (1964-cü ildə inşa edilib) artıq təhlükə yaranıb,birinci mərtəbənin eyvan hissəsində çat və ya çökmə əlamətləri görünür.
Sakinlər yanvarın 30-da Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Yasamal Rayon İcra Hakimiyyətinə kollektiv məktubla müraciət ediblər. Hələlik yalnız Komitədən cavab alınıb, baxış zamanı nöqsan aşkar olunmadığı bildirilib. Amma cavab sakinləri razı salmayıb.

Sakinlərin sözlərinə görə, əvvəl zirzəminin təxminən 1 metr olan hündürlüyü indi 3 metrəyə qədər yüksəlib. Böyük ehtimalla, obyekt sahibi zirzəmi sahəsinin divarlarını söküb onu çölə qədər genişləndirəcək. Zirzəminin üzərindəki mənzillər isə artıq qeyri-yaşayış sahələrinə çevrilib.

Yazıda adı çəkilən bütün qurumların mövqeyini işıqlandırmağa hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 

 


Ardını oxu...
Quba sakini iddia edir ki, məsələ ilə bağlı yazılı şəkildə nazir Sahil Babayevə məlumat versə də, maraqlanan olmayıb

Quba rayonu, Alpan kənd sakini, ehtiyatda olan baş gizir Qədirov Ziya Pirhəsən oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ondan 12 min manat pul tələb edir.

“Mən, Qədirov Ziya Pirhəsən oğlu, 1995-ci ildən 2015-ci ilə qədər, ümumilikdə 19 il, ordu sıralarında xidmət etmişəm.

2014-cü ilin dekabr ayında xidməti vəzifələrimi yerinə yetirərkən qapalı kəllə-beyin travması almışam. 2015-ci ilin oktyabr ayına qədər hərbi hospitalda müalicə aldıqdan sonra məni “xidmətə yararsız” kimi ordu sıralarından tərxis etdilər.

2016-cı ilin iyun ayında mənə ikinci qrup əlillik təyin edildi. 2021-ci ilin iyun ayında əlilliyim dayandırılıb. Dəfələrlə komissiyadan keçməyimə baxmayaraq, imtina cavabı verilir. Məndən konkret olaraq 12 000 manat rüşvət tələb edirlər. Əlimdə sübutlarım da var.

Bu rüşvət məsələsini 2023-cü ildə yazılı şəkildə nazir Sahil Babayevə də bildirmişəm. Bu il, yanvar ayının 12-də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın köməkçisinin qəbulunda oldum və orada da məndən rüşvət tələb olunduğunu yazılı şəkildə bildirdim. Təssüflər olsun ki, bu günə qədər mənə bir cavab verilməyib”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən “Hürriyyət”ə yazılı açıqlamada bildirilir: “Quba rayon sakini 1977-ci il təvəllüdlü Qədirov Ziya Pirhəsən oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən göndəriş (forma-88) əsasında sonuncu dəfə 26.07.2023-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət edilərək əyani müayinə edilib.

Agentliyin həkim-ekspertlərinin əyani müayinəsi zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən patofunksional pozuntular müşahidə edilməyib.

Bu səbəbdən də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib”.

Jalə FAMİLQIZI
 
Ardını oxu...
Cəmaləddin Əhmədov: “Oğlum hərbi hissədə “Hepatit C” virusuna yoluxsa da, müalicə olunmur”

“Mənə qaranlıq qalan odur ki, “Hepatit C” virusu qandan öz-özünə, yəni müalicəsiz necə gedə bilər?”

“Həkim mənə dedi ki, indi sənə deyirəm, çıx otaqdan və bir daha gəlmə…”

Ağstafa rayon sakini Cəmaləddin Əhmədov tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, oğlu hərbi hissədə “Hepatit C” virusu tutsa da, müalicəsinə şərait yaradılmayıb:

“Mən, Cəmaləddin Əhmədov, yazaraq bildirirəm ki, oğlum Əhmədov İsmayıl Cəmaləddin oğlu 18.03.2003-cü ildə anadan olub. O, Rabitə və Nəqliyyat Kollecini bitirib. 23.07.2022-ci ildə Ağstafa rayon komissarlığından hərbi xidmətə yola düşüb.

Oğlumun dişlərində problem olduğuna görə onu hərbi xidmətə aparmırdılar. Dişlərini düzəltdirdim və hərbi xidmətə yola saldım. Hal-hazırda 10 ayın əsgəridir, Bakı şəhəri N saylı hərbi hissədə xidmət edir.

Oğlum bir dəfə Ağciyər iltihabı xəstəliyi keçirib, "Papanin” hospitalında yatıb. Daha sonra, burnunda çəpər əyriliyi olduğu üçün yenə həmin hospitalda əməliyyat olunub. İlk dəfə əməliyyat olunananda qanında “Hepatit C” virusu çıxmışdır. Buna baxmayaraq, onu onu hərbi xidmətdə saxlayırlar.

Mən hərbi hissənin komandirinə zəng vurub, vəziyyəti ona izah etdim. Komandir mənə bildirdi ki, narahat olmayın, yenidən hospitala göndərəcəm. Xəstəxanada da bildiriblər ki, qorxulu heç nə yoxdur, 3 ay sonra yenidən müayinə olunmalıdır.

Mənə qaranlıq qalan odur ki, “Hepatit C” virusu qandan öz-özünə, yəni müalicəsiz necə gedə bilər? Bu virusun axırı qaraciyər serrozu xəstəliyidir. Bu qaraciyər xərçəngi deməkdir. Mən demirəm ki, oğlumu tərxis etsinlər, sadəcə olaraq müailəcəsini tələb edirəm. Mən onu hərbi xidmətə sağlam göndərmişəm.

Özüm də Qarabağ veteranıyam. Oğlum xəstəxanada yatanda özüm onun yanına gedib, sənədlərində o virusun adını oxumuşam. Xahiş edirəm mənə köməklik göstərilsin, oğlum müalicə olunsun. 8 ay sonra xidməti başa vuracaq, qorxuram ki, o vaxta qədər xəstəliyi daha da pisləşər.

Onu da deyim ki, nəslimizdə irsi olaraq belə bir virus olmayıb. Yəqin ki, hərbi hissədə başlarını qırxdıqları aparatdan, üz qırxanlardan, iynədən və yaxud da dırnaq qayçılarından keçib.

Əlavə edim ki, uşağın anası, yəni həyat yoldaşım Yusifova Aybənizin özü də ağır xəstədir. Nə saçı var, nə qaşı, bədəninin heç bir yerində tük yoxdur. Həkimlər müxtəlif diaqnozlar qoyurlar. Müalicə olunsa da nə saçı, nə də qaşı çıxır. Ağstafa Rayon Xəstəxasının bütün həkimləri bizi başından edir. Sənədləri toplayıb, Qazax rayon Mərkəzi Xəstəxanasında komissiyadan keçdim. Orda da bildirdilər ki, sizə ömürlük pensiya veriləcək. Amma 3 dəfə imtina cavabı verdilər.

Qəbul günü Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun qəbulunda oldum. Çox gözəl qarşıladı və Agstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Sofiyevi qaldırlb dedi ki, bunun yoldaşını işlə də təmin edin və pensiya ilə bağlı sənədlərini düzgün doldurun. “Forma 88” deyilən sənəd düzgün doldurulmur deyə, mənim yoldaşıma imtina cavabı gəlir.

Mən İlham həkimin qəbuluna getdim və anladım ki, icra başçısının verdiyi tapşırıq boşuna imiş. Həkim mənə dedi ki, çox naxaq yerə gəlmisən, sənin yoldaşına pensiya düşmür. Mən bilidrdim ki, bunu niyə qəbulda demədiniz? Dedi ki, indi sənə deyirəm, çıx otaqdan və bir daha gəlmə. Bu zaman dedim ki, yaxşı, pensiya düşmürsə, onda zəhmət olmasa işlə təmin edin. Dedi ki, iş də vermirəm, hara kimə istəyirsən şikayət et.

55 yaşım var, 80 manat təqaüd alıram, ailəmi dolandıra bilmirəm. Yoldaşımın müailəcəsini belə, etdirə bilmirəm. Mən pul verə bilmirəm deyə yoldaşımı işlə təmin etmirlər. Adi xadimə işi üçün İlham həkim 5 min manat pul alır.

Sizin redaksiyadan xahiş edirəm ki, problemlərimi işıqlandırın, bəlkə məsələ ictimailəşdikdən sonra yoldaşımı işlə təmin edələr. Xəstəxanada “açıq bazar” gedir”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
 
 
Ardını oxu...
On bir yaşlı Xədicə Babazədənin komaya düşdüyü Bakı Sağlamlıq Mərkəzinin stomatoloji kabinetinə tələm-tələsik oksigen xətti çəkilir.
Bu barədə Xədicə Babazadənin atası Zamin Babayev məlumat yayıb.
Z.Babayev yazır ki, övladına narkoz veriləndə onu stomatoloji kabinetdə oksigen xəttinin olmasına arxayın ediblər.
Qeyd edək ki, fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin vəziyyəti sonradan ağırlaşıb. Bir müddət sonra isə uşa komaya düşüb.
Asiman Həsənov "Tərəqqi" medalına layiq görüldü
Xədicə Babazadənin atası övladının komaya düşməsini müayinədən keçirilmədən narkoz verilməsi ilə əsaslandırır: “Fevralın 21-də 11 yaşlı qızım Xədicənin iki dişinə plomb qoyulması üçün Bakı Sağlamlıq Mərkəzinə müraciət etdik. Lakin uşağa heç bir müayinədən keçirmədən, etirazımızın olmasına baxmayaraq narkoz verdilər. Narkozun dozası çox olub, ya nəzarətsiz qalıb, bilmirik. O vaxtdan vəziyyəti ağırlaşdı və komaya düşdü. Təxminən 40 dəqiqə keçəndən sonra bizə dedilər ki, uşağın təzyiqi düşmüşdü, təzyiqini normallaşdırmaq üçün reanimasiyaya salırıq. Bir saata özünə gəlsin, evə göndərəcəyik. Bizi aldatdılar, görünür ki, anestezioloq lazımi müayinələri etməmişdi. Bəlkə də narkoz lazımı dozadan artıq olub. Bəlkə də, o uşağın yanında olmayıb. Sonradan öyrəndik ki, ürəkdayanma olub. Bu zaman erkən müdaxilə 3-5 dəqiqə ərzində olunarsa, beynə oksigen gedər. Uşağı başıaşağı çevirməli idilər ki, qan beynə işləsin. Qızım Bakı Sağlamlıq Mərkəzində 4 gün qalıb. Beyin zədələnməsi zamanı qızıl dönəm ilk 72 saat sayılır. Doğru tədbirlər aparılarsa, beyni mümkün qədər qorumaq ola bilər. Uşaq 8 dəqiqə, bəlkə də, 15-20 dəqiqə nəzarətsiz qalıb və fəsadlar ortaya çıxıb. Öz təşəbbüsümüzlə xəstəxanadan çıxarıldı və köçürüldü. Hazırda uşaq Mərkəzi Klinikadadır, beyni MRT olunub və fəsadlarda artma var. Vəziyyəti kritikdir və ağır koma vəziyyətindədir. Anestezioloq ortada yoxdur, onunla danışa bilməmişik. Nə rəhbərlik səviyyəsində təşəbbüs göstərilmədi, bizə köməklik olunmadı. 3-4 gün aldadaraq vaxtımızı aldılar. Gözləyirdilər ki, koridorlarda 3-4 gün qalaraq süstləşək və bu vəziyyəti qəbullanaq”.
Bakı Sağlamlıq Mərkəzində stomatoloq kimi çalışan Bəhruz Rüstəmov də məsələ ilə bağlı açıqlama verib: “15.02.2024 tarixində mənim nömrəmə Şahnaz xanım tərəfindən qızı 11 yaşlı Xədicə Zamin qızı Babazadənin müalicəsi ilə bağlı müraciət olundu. Mən isə bildirdim ki, qeydiyyatla bağlı köməkçimlə əlaqə saxlasınlar. Köməkçim adıçəkilən 11 yaşlı Xədicəni 21.02.2024 tarixinə qəbuluma yazdı. Öncədən Xədicənin valideyni sedasiya ilə bağlı istəklərini bildirdiyinə görə təyin olunmuş vaxtda anestezioloqa da vaxt bildirilmişdi və o da dəvət olunmuşdu. Həmin tarixdə hər iki valideyni uşağı ortopantomogram rentgeni ilə birlikdə işlədiyim klinikaya gətirdi. Subyektiv və obyektiv müayinələrini etdikdən sonra ağız boşluğunda görülməli proseduralar haqqında məlumat verdim (21-ci dişin endodontik müalicəsi, 46-cı dişin restavrasiyası, 36-cı dişin endodontik müalicəsi). Sonra anestezioloqlar uşağın valideynləri ilə müvafiq danışıq, müayinə və razılaşmadan sonra valideynlərin prosedur otağından çıxmalarını xahiş etdilər. Anestezioloqla söhbət əsnasında o da məlum oldu ki, 11 yaşlı Xədicə psixiatr yanında mütəmadi müalicədədir. Ümumi intubasion anesteziyaya başladılar, tam monitorizasiya etdilər və mənim işə başlamağıma icazə verdilər. Mən də 30 dəqiqə ərzində bir neçə iş gördüm:
1. 46-cı dişin restavrasiyası.
2. 21-ci dişin endodontik müalicəsi.
Onu da qeyd etmək istəyirəm ki, pasiyent ümumi intubasion anesteziyada olduğuna görə yerli anesteziyaya ehtiyac yox idi və olunmadı. İlk gördüyüm iş 46-cı dişin restavrasiyası idi. Müalicə təxminən 15 dəqiqə çəkdi. Daha sonra 21-ci dişin endodontik müalicəsinə başladım. Kök kanallarının mexaniki, medikamentoz işlənməsindən sonra onu doldurdum.
Prosedurun sonunda anestezioloq mənə işi təcili dayandırmalı olduğumu bildirdi. Mən işi saxladım və prosedur otağında olan anestezioloq pasiyentin vəziyyətini dəyərləndirdikdən sonra digər anestezioloq-reanimatoloqları prosedur otağına təcili çağırdı. Bundan sonra mən heç bir stomatoloji müdaxilə etmədim. Anestezioloq-reanimatoloqlar isə xəstənin intensiv müalicəsini davam etdirmək üçün işlədiyimiz klinikanın reanimasiya şöbəsinə yerləşdirildi.
Xədicə balanın əzizlərini tam anlayıram və hadisə olan gündən vəziyyəti daim diqqətimdə olub. Hazırda xəstənin müalicəsi ilə məşğul olan həkimlərlə daim təmasdayam, vəziyyəti barədə mütəmadi məlumat alıram. Məsələnin tibbi və hüquqi tərəflərini bir kənara qoyaraq, Xədicə balamızın tez bir zamanda sağalmasını arzulayıram”.
Qeyd edək ki, Bakı Sağlamlıq Mərkəzinin baş direktoru Asiman Həsənovdur.
Asiman Həsənov sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudova yaxın şəxs olduğu iddia edilir.
Asiman Həsənovun Tədris Cərahiyyə Klinikasının baş həkimi olarkən MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini polkovnik Tehran Babatovun gizli əlaqələrinin olduğu, bir çox qanunsuz işləri həyata keçirdiyi barədə mediada yazılar tirajlanıb.
O zaman yayılan xəbərlərə Asiman Həsənov mövqe bildirməyib.
Azfakt
 

 
 

Ardını oxu...

“QƏSR” Mədəni İrsin və Tarixi Abidələri Qoruyaq İctimai Birliyi tərəfindən gundemxeber.az xəbər portalının redaksiyasına olduqca diqqəti cəlbedən məlumatlar daxil olub. İctimai Birliyin məlumatlarinda bildirilir ki, "Şəxsi maraqlarını dövlət marağından üstün tutan   Bakı şəhəri, Sabunçu RİH-nin Başçısının göstərişinə əsasən dövlət qeydiyyatında olan  tarixi qəbirlər dağıdılmışdır.

Ardını oxu...

   Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü yəni; 12.12.2023-cü il və növbədənkənar prezident seçkilərinin nəticəsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində təstiq edilməsindən bir gün qabaq, yəni; 12.02.2024-cü il tarixlərdə dövlət mühafizəsində olan “tarixi qəbirlər, qədim yaşayış məskənləri, kurqan” və 100 ədəd 266 il yaşı olan əncir ağacları qəsdən, Sabunçu RİH başçısının göstərişi ilə bir qrup vəzifəli şəxslər tərəfindən qabaqcadan əlbir olaraq şəxsi maraqlar çərçivəsində məhv edilərək dağıdılmışdır.

Ardını oxu...

AR Mədəniyyət və Turizm Nazirliyi tərəfindən (hal-hazırda Mədəniyyət Nazirliyi) 1078/09 saylı, 04.05.2009-cu il tarixli məktubu ilə qeyd olunan tarix və mədəniyyət abidələrinin və tarixi ərazinin toxunulmazlığının təmin edilməsini Bakı şəhəri, Sabunçu RİHB-dan xahiş edilmişdir. İB-nin 08.08.2014-ci il tarixli, 025/01-2014İB saylı sorğusuna cavab olaraq AR Mədəniyyət və Turizm Nazirliyi (Mədəniyyət Nazirliyi) 08.09.2014-ci il tarixli 2426/09 saylı məktubu ilə bu tarixi faktı bir daha təsdiq etmişdir. Bütün qeyd olunanlara baxmayaraq AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Vətəndaşların müraciətləri ilə iş sektoru”nun baş məsləhətçisi Zülfüqarova Gülnarə Əsgər qızının “rəbərliyilə” Sabunçu RİH başçısının Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Orucov Ruhin Eyvaz oğlu, Kürdəxanı bələdiyyəsinin sədri Məsumov Ağaəli Əlifhəmzə oğlu, nümayəndəliyin müavini Tağıyev İxtiyar Altay oğlu 12.02.2024-cü il tarixli saxta akt tərtib edərək, Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin havadarlığı ilə şəxsi maraqları çərçivəsində dəfələrlə “ərazi” traktor vasitəsilə məhv edilərək dağıdılmışdır.

Ardını oxu...

 Tarixi ərazi Ləhiş bağlar massivinin 35-ci dalanın (tupikin) sonunda yerləşir. Bağ-torpaq sahəsinin içərisinə doğru heç bir küçə heç vaxt mövcud olmamışdır. Sadəcə olaraq bir qrup vəzifəli şəxslər öz vəzifə səlahiyyətlərini aşaraq, qəbir üzərində təhqiredici hərəkətlər etməklə, ərazinin tarixiliyinin izini itirib, torpağı zəbt edib satmaq istəyirlər. “Məlum tarixi qəbirlər, qədim yaşayış məskənləri, kurqan” “yeni aşkar edilmiş” tarix və mədəniyyət abidəsi kimi qeydiyyata götürülmüş və mühafizə olunur. İnzibati ərazinin Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinə və Sabunçu İH-nin Kürdəxanı qəsəbəsi üzrə nümayəndəliyinə heç bir  aidiyyatı yoxdur.   

Ardını oxu...   

Tarix və mədiyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanununa əsasən;  Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat təsərrüfat və digər işlərin aparılması qadağandır. (Maddə 10. Abidələrin toxunulmazlığı). Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati. Intizam və mülki məsuliyyət daşıyırlar. (Maddə 28. Abidələrin qorunması haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət)."

Yazıda adıçəkilən rəsmi şəxslərin də mövqeyini dinləməyə hazırıq.

 

Videonu izləmək üçün linkə daxil olun: 

https://youtube.com/watch?v=m6FhovZBabY&feature=shared

 

GundemXeber.Az                                      

 
 
 
Azərbaycanda ixtisası başqa, amma fəaliyyət sahəsi fərqli olan həkimlərin sayı günbəgün artır. Bu məsələ artıq pasiyentlərdən çox peşəkar həkimlərin özünü narahat edir.

Belə ki, Tibb Universitetini bitirdikdən sonra illərlə başqa ixtisasda çalışsaların bəziləri sonradan dəbdə olan əməliyyat və prosedurları icra etməyə başlayır, özlərini estetik cərrah, stomatoloq, implantoloq, burun əməliyyatı üzrə uzman kimi tanıdır, pasiyentləri cəlb edir.

Bu məsələ tibb ictimaiyyətində haqlı narazılıqlara səbəb olur. Çünki həm bu üzrə rezidentura, həm internatura təhsili alan, ixtisası estetik və ya LOR cərrah olanlar bu sahə üzrə heç bir təhsil almayan, lisenziya almayan başqa həkimlərlə rəqabət aparmalı olur.

Acınacaqlı hal odur ki, çox vaxt yeni ixtisas seçən həkimlər qiymətləri endirərək rəqabətdə qazanır və xəstələri ucuz qiymətə yanlış əməliyyat edirlər.

Belə həkimlərdən biri də həm plastik, estetik, həm də LOR əməliyyatlar icra edən Fuad Abdullayevdir.

Məlum olub ki, bütün sosial şəbəkə profillərində plastik, estetik, LOR cərrah kimi özünü tanıdan Fuad Abdullayevin ixtisası əslində, ümumi cərrahdır və 20 il ümumi cərrah kimi qarın boşluğu orqanları üzrə əməliyyatlar edib, Mərkəzi Dənizçilər xəstəxanasında çalışıb.

Son 5 ildir estetik cərrahiyyəyə tələbat olduğundan istiqaməti dəyişib. Hazırda eyni vaxtda abdominoplastika, mammoplastikadan tutmuş burun əməliyyatlarına kimi hər cür əməliyyat edir.

Medicina.az-ın əməkdaşı məsələ ilə bağlı cərrahın özü ilə əlaqə saxlayıb, ixtisasını dəyişmək üçün ikinci təhsil, ixtisas artırma, lisenziya alıb–almaması ilə maraqlanıb.

Fuad Abdullayev suala dəqiq cavab verməyərək, cərrah olduğunu, LOR cərrahiyyə üzrə də ixtisas aldığını və 20 ilin həkimi olduğu üçün hər cür əməliyyatlar keçirməyə ixtiyarı olduğunu bildirərək, belə məsələləri qabartmağın yersiz olduğunu bildirib.

Fuad Abdullayev sosial şəbəkə hesablarında iş yeri kimi qeyd etdiyi Lanset Cərrahlıq klinikasına ünvanlandığımız məktuba isə belə cavab verilib: “Fuad Abdullayev hazırda bizim klinikamızda fəaliyyət göstərmir”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə göndərdiyimiz sorğuya hələlik cavab verilməyib.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir və yaxın vaxtlarda ixtisası üzrə fəaliyyət göstərməyən daha bir neçə həkimin adını açıqlayacağıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...



 
 
 
Ardını oxu...
Göyçay rayonu Qaraman kənd sakini Mustafayev Rəvan Aydın oğlu tərəfindən

MÜRACİƏT

Hörmətli Prezident !
Hörmətli Mehriban xanım !
Hörmətli Emin Əmrullayev!
Prezident cənab İlham Əliyev Respublikada təhsilin inkişafı üçün mütərəqqi sərəncamlar imzalayıb dövlət büdcəsindən pullar ayırır.Ancaq çox təssüf olsun ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecindəki baş-alıb gedən korrupsiya təhsilimizə böyük zərbələr vurur.
Mənim bu şükayətim ümumi sözlərdən ibarət deyil rellaıqdır ki, nazirlik səviyyəsində komissiya yaradılıb yerində tam, hərtərəfli və obyektiv yoxlama aparılmalıdır.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində təxminən 1200 tələbə təhsil alır.Ancaq həmin tələbələrin əksər hissəsi 80 % dərsə gəlmir.Tələbələrin 98 %-nin biliyi sıfır səviyyəsindədir ki, bu böyük biabırçılıqdır.Bunu subut etmək üçün Kollecində təhsil alan tələbələrin bilik səviyyəsi Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş komisiya tərəfindən mütləq yoxlanılamlıdır.Belə edilərsə bu fakt tam subut olacaq.
Nəzarət olmadığı üçün Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində imtahanlar rüşvətlə aparılır.Bilik səviyyəsi sıfır davamiyyəti isə olmayan tələbələr rüşvət verib imtahandan yüksək qiymətlə keçə bilirlər.
Həttda elə tələbələr var ki, dərs oxuyur davamiyyəti var ancaq rüşvət vermədiyi üçün imtahandan qanunsuz olaraq kəsilib.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Şahin Əliyev məktəbdə korrupsiya şəbəkəsi yaradıb.Şahin Əliyevin korrupsiya şəbəkəsinə özünə yaxın müəllimlər daxildir ki, hərəsi bir neçə tələbəni rüşvət hesabına himayə edirlər.Həmin tələbələr dərsə gəlmədən bilik səviyyəsi sıfır olsada imtahandan yüksək qiymətlə keçirlər.Həttda həmin tələbələrə yüksək təqaüd də təyin edilir. Kollecdə öz ixtisası üzrə bilik səviyyəsi sıfır olan tələbə gələcəkdə necə kadr ola bilər ?
Bu isə ölkə təhsilinə ağır zərbələr vurur gələcəyini məhv edib və kadr patensialını tükəndirir.
Kollecin müəllimlərinin çoxu evlərində kirayə saxladıqları tələbələrin hamısı imtahandan keçiblər.Çünki onları evini kirayəyə verən müəllimlər himayə edirlər.
Direktor Şahin Əliyev pul verib rəhbəri olduğu Kollec haqqında təriflər videosu çəkdirib sosial şəbəkədə yaydırmaqla öz korrupsuya əməllərinin üstünü ört-basdır etmək istəyir.
Ancaq görünən dağa nə bələdçi.Yazılanlar hamısı göz qarşısındadır.
Düzdür ölkədə təhsilə nəzarət güclüdür diqqət edilir tədbir görülür ancaq Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində baş alıb gedən korrupsiya əməlləri yoxlanılmır.Hazırda kollecdə bir neçə vaxtdır maliyyə yoxlaması aparılır.Ancaq zərurət var ki, tələbələrin bilik səviyyəsi yoxlanılsın.Belə olarsa məktəbdə korrupsiyanın miqyası bəlli olacaq.
Xahiş edirəm nazirlik səviyəsində yoxlama ayrılıb Göyçaya ezam olunsun kollecdə təhsil alan tələbələrin bilik səviyyəsi tam hərtərəfli və obyektiv yoxlanılıb ciddi tədbir görülsün.

 
Ardını oxu...
Azərbaycanda peşə hazırlığı ilə bağlı fəaliyyət göstərən müəssisələrin böyük əksəriyyəti saxta sertifikatlar verirlər.

AzFakt.com saytı xəbər verir ki, aiddiyyatı dövlət qurumlarında reyestrə alınan bu müəssisələr əksər hallarda heç bir kurs təşkil etmədən müxtəlif peşələr üzrə sertifikat verir, bu sertifikatların müqabilində isə külli-miqdarda vəsait alınır.

Maraqlıdır ki, saxta sertifikat satışını həyata keçirən müəssisələrin əksəriyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində yaradılan Dövlət Məşğulluq Agentliyinin reyestrində qeydiyyatdadırlar.

Öncə qeyd edək ki, Azərbaycanda peşə hazırlığı ilə bağlı fəaliyyət göstərən müəssisələrin böyük əksəriyyəti saxta sertifikatlar verirlər.

Araşdırmamız zamanı məlum oldu ki, saxta sertifikat satan müəssisələrdən biri də İndustrial Support Training Services Əlavə Təhsil Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Ardını oxu...
Qısa adı IST.EDU.Az olan bu müəssisənin heç bir kurs keçmədən kütləvi formada sertifikat satışı həyata keçirdiyi deyilir.

IST.EDU.Az-ın satdığı sertifikatların qiyməti isə 700-1500 manat arası dəyişdiyi bildirilir.

Araşdırmamız zamanı o da məlum oldu ki, IST.EDU.Az Dövlət Məşğulluq Agentliyinin rəsmi icazəsi olmadan digər sahələr üzrə də sertifikat satır.

Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında IST.EDU.Az-a yalnız Lift təmiri - Lift üzrə elektromexanik, Qaynaq (elektrik qaynağı və qaz qaynağı işləri) - Əl elektrik qaynaqçısı, Qaynaq (elektrik qaynağı və qaz qaynağı işləri) - Elektrik qaz qaynaqçısı, Qaynaq (elektrik qaynağı və qaz qaynağı işləri) - Qaz qaynaqçısı və Qazanxana maşın və avadanlıqlarına xidmət - Qazanxana maşinisti peşələri üzrə sertifikat verməyə icazə verilib.

Lakin müəssisə Dövlət Agentliyinin reyestrində icazə almadığı peşələr üzrə də sertifikat verir.

Bu fakt IST.EDU.Az-ın rəsmi saytında da yer alıb.

Belə ki, müəssisənin öz saytında peşə hazırlığı üzrə elan etdiy təlimlər Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında elan edilənlərdən artıqdır:

Ümumi SƏTƏM, Sənaye texnikaları Operatoru, Yükqaldırma, Sənaye Xidmətləri, Lojistika, Keyfiyyət - İdarəetmə, Xilasetmə, DHDNÇ-STCW və "Digər" bölüm adında isə neft və qaz, kimya, tikinti-inşaat, gəmiqayırma və digər zavod və fabriklər daxil olmaqla müasir sənaye sahələrinin tələblərinə cavab verən təlimlərin tədris edildiyi barədə elan yer alır.

Dövlət Məşğulluq Agentliyinin rəsmi icazəsi olmadan verilən saxta sertifikatları alan şəxslərin sonrakı taleyi isə yəqin ki, əksəriyyətə məlumdur.

Qeyd edək ki, İndustrial Support Training Services Əlavə Təhsil Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Xəlilzadə Orxan Sehran oğludur.

Digər məqam isə peşə hazırlığı üzrə fəaliyyət göstərən müəssisələrin vergi mükəlləfiyyətləri ilə bağlıdır. Bu barədə növbəti araşdırmamızda...

Mənbə: Azfakt.com

Qarşı tərəf mövqe sərgiləyə bilər.
TEREF

IST.EDU.Az saytının təlim elanı
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti