Ardını oxu...
Azərbaycan BMT-nin İqlim Dəyişikliyi konfransına ev sahibliyi edəcək. Noyabrın 11_25 aralığında iki həftə paytaxtda böyük toplantılar keçiriləcək. Bakının məkan kimi qəbul edilməsi dünyanın bizə olan diqqəti və ehtiramıdır. Azərbaycan yaşıl enerjiyə keçid və eləcə də təbiətin qorunmasında nümunə olmağa çalışır. Ona görə də belə bir etimad göstərilib. Konfransa azı 50-60 min qonaq gələcəyi gözlənilir. Amma iqlim dəyişikliyinə dair konfrans keçiriləcək ölkənin paytaxtında yaşıllığa qənim kəsilən məmurlar var. Anaxeber.info bildirir ki, onlardan biri Bakının Nizami rayon icra başçısı Coşqun Cəbrayılovdur. C. Cəbrayılov belə hiss olunur ki, sələfi Arif Qasımovun aqibətindən dərs çıxarmayıb. Sabiq başçı da Nizami rayonunda Heydər Əliyev Fonunsun Vitse-prezidenti, İDEA-nın rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə salınan parkda oğluna çayxana açmışdı, yaşıllıqları məhv etmişdi, çox çəkmədi ki, işdən qovulması haqda sərəncamı verildi. Məlumdur ki, Leyla Əliyeva yaşıllıqların genişlənməsi, ağacəkmə kampaniyalarının keçirilməsində aktiv bir insandır. İDEA İctimai Birliyi bu istiqamətdə çox iş görüb. Eyni zamanda, COP29 keçiriləcək və bu da yaşıllıq mövzusuna ikiqat diqqəti artırır. Amma hər iki faktoru nəzərə almadan, Nizami rayonu ağacların məhv edildiyi bölgə olaraq liderliyi əldən vermir. Bu məsələdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də məsuliyyəti az deyil. Nazirlik həm nəzarəti gücləndirməli, həm də Nizami rayonunda yeni yaşıllıq massivləri salınması üçün təşəbbüskar olmalıdır. Amma ETSN Nizami rayonunda baş verənləri bir çox hallarda görməzdən gəlir. Bunun nəticəsidir ki, Qara Qarayev prospekti, Mikayıl Əliyev küçəsi, Çobanzadə, Elşən Süleymanov, Rüstəm Rüstəmov və digər küçələr keçəlləşir, yaşıllıq getdikcə azalır. İcra başçısı isə bu məsələdə deyəsən, "şir ürəyi yeyib".

Misal üçün Nizami rayonu, Bəhruz Nuriyev 40 ünvanında bir ay əvvəl salınmış məhəllədə ağacların əksəriyyəti susuzluqdan quruyub, yaşıllıqların çoxu məhv olub.
Jurnalist Elmir Muradov özünün sosial şəbəkə hesabında belə yazıb.
O qeyd edib ki, əraziyə nəzarət edən olmadığı üçün yeni salınmış yaşıllıqlar məhv olmaq üzrədir. Bura Yaşıllaşdırma İdarəsindən bağban təyin edilmədiyi üçün ağacların əksəriyyəti susuzluqdan quruyub, yaşıllıqların çoxu məhv olub. Bir sözlə, dövlətin pulu yenə kimlərsə tərəfindən havaya sovrulmaqdadır. 500 manat birinə maaş verməyin dərdindən 100 min manatdan çox pul xərclənmiş yeni salınan məhlə bax belə məhv edilir, heç bir aidiyyəti qurumun da vecinə deyil.

Başqa bir sübut: Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 25 ünvanında yaşıllıq məhv edilib. 10-dan çox ağacın qanunsuz şəkildə kəsilməsi ilə bağlı iddialar var.

Naməlum şəxs və ya şəxslər əvvəlcə ağacları kəsiblər, sonra onların köklərini yandırmaq üçün dibində ocaq qalmayıblar. Xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ərazidə olub, araşdırma aparıb. Nəticəsi hələ də bəlli deyil.
Ümumiyyətlə, "Yaşıllıqların mühafizəsi haqqında" qanuna əsasən dövlət mülkiyyətində olan torpağın üzərindəki yaşıllıqlar götürülə, kəsilə və ya köçürülə bilməz. Xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların götürülməsinə və ya köçürülməsinə isə mülkiyyət sahibi özü qərar verə bilər.
Digər bir fakta diqqət yetirək: ağac kəsilməsi ötən il Nizami rayonu, Elşən Süleymanov küçəsi 72 A ünvanında yaşanıb. Sakinlərin məlumatına görə, ərazidə bəzi yaşıllıqlar məhv edilib. Və bütün bu ekoloji genosid, təbiətə qənim kəsilməsi məhz yeni icra başçısının dövründə baş verib.
Həmçinin, Elşən Süleymanov küçəsində şam ağaclarını çıxarılıb yerində obyekt tikilməsi faktı qeydə alınıb. Yamac yerdə dağ sürüşməsinin qarşısını almaq üçün vaxtilə əkilmiş boybaboy 50-yə yaxın ağac məhv edilib, avtotəmir emalatxanası inşa olunub. Emalatxana sırasına ən axırda əlavə edilmək üçün tikilməkdə olan iki boksun sahibinin guya Vətən müharibəsi qazisi olduğu barədə şayiə buraxılıb. Sanki bu, məsuliyyətdən azad edir və ya ağac soyqırımına bəraət qazandırır...

50-yə yaxın şam ağacının məhv edilməsi barədə digər fakt Nizami rayonunun Fuad Abbasov küçəsində qeydə alınıb. Bildirilir ki, adı naməlum olan sahibkar həmin küçədə yerləşən “Araz Market” mağazası ilə üzbəüz nahiyədə hündürmərtəbəli bina tikmək istəyir.
Nizami rayonunda yüzlərlə ağacın qətliamlarının birinə də Arif Mustafayev adlı sahibkara məxsus “Karaev City” tikinti şirkəti qol qoyub.
Şirkətin Kamil Balakişiyev və Şirin Mirzəyev küçələrinin kəsişdiyi yerdə inşa etmək istədiyi “göydələnin” tikilməsi üçün Şirin Mirzəyev 48/52 ünvandakı 3-mərtəbəli binalar sökülməlidir. Problem budur ki, 8-10 mənzilin sakinləri ilə anlaşma əldə olunmayıb. Sakinlərin sözlərinə görə, şirkət onlara ilk əvvəl vəd etdiklərinə əməl etməkdən boyun qaçırıb, cari təklifləri isə onları qane etmir. Bir sözlə, COP29 ərəfəsində Nizami İH başçısı dövlətə qarşı zərərli addımlara göz yumur.

Anaxeber.info
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 


 
Ardını oxu...
"Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Bəşirovun siyasi kariyerası sual altına düşüb. Buna səbəb şöbə müdirinin Novxanıda keçirdiyi “sonuncu əməliyyat” olub". Bu barədə dia-az.info-ya göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Mediada “Novxanı əməliyyatı” kimi təsnif olunan bu olayın mahiyyətini qısaca xatırlatmalı olsaq, qeyd edək ki, hər şey Taleh Bəşirovun Novxanı çimərliyi sahilindəki “Metallurq” qaçqın düşərgəsini zəbt etməsi ilə başladı. Həmin düşərgənin önəmli bir hissəsini məşhur iş adamlarından birinə satan Taleh Bəşirovun qaçqın evlərini dağıtması, onları 30 ildir məskumlaşdıqları yerdən didərgin salması vətəndaşların ciddi etirazına səbəb oldu. Nəticədə Taleh Bəşirov ismi qısa zamanda mediada məşhurlaşsa da, harınlamış məmura “gözün üstə qaşın var” deyən tapılmadı. Belə olan halda məcburi köçkünlər bütün dövlət qurumlarına, əlaqədar instansiyalara şikayət məktubları göndərməyə başladı. Bütün bunların nəticəsi olaraq Taleh Bəşirovun fəaliyyətinin təftiş olunmasına qərar verilib. İlk təftiş prosesi isə “Novxanı əməliyyatı” ilə bağlı aparılacaq.
Xatırladaq ki, artıq bu qərardan qorxuya düşən Taleh Bəşirov və məşhur iş adamı Novxanıdakı inşaat prosesini dayandırıb. İnşaat işlərinin taleyinə təftiş prosesinin nəticəsinə uyğun qərar veriləcək.
Məlumat üçün qeyd edək ki, Taleh Bəşirov yalnız Bakı deyil, ölkə miqyasında başlıca əmlak nəhənglərindən biri hesab edilir. Şöbə müdiri min hektarlarla torpaq sahəsinə, yüzlərlə mənzilə sahib olsa da, onların heç birini öz adına rəsmiləşdirməyib. Məqsəd “gözə girməmək”, “kasıb məmur” imicini qorumaq olub. Ancaq təftiş prosesindən sonra Taleh Bəşirovun bu imicinin darmadağın olacağı birmənalıdır. Çox güman ki, təftişin nəticəsi olaraq şöbə müdiri sadəcə əmlakını ilə deyil, həm də azadlığı ilə vidalaşmalı olacaq".
 
Ardını oxu...
Bakı şəhəri, Abşeron rayonu, “28 May “ qəsəbəsində yaşayan Əhmədov Etibar Söhbət oğlu tərəfindən Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Daxili İşlər naziri Vilayət Eyvazova, Baş Prokuror Kamran Əliyevə və digər bir sıra aidiyyatı dövlət qurumlarının rəhbərlərinə, mətbuat orqanlarına Dövlət Əmlak Komitəsi yanında Xızı Rayon Torpağa Nəzarət Şöbəsinin müdiri Şahin adlı şəxsin Xızı rayon İH başçısının müavini Arzu Əzizovun özbaşınalıqları barədə müraciət ünvanlanıb.

Bir nüsxəsi də Aktualinfo.org-a daxil olan müraciətdə deyilir:

Çox hörmətli Prezident!

Siz həmişə rəsmi çıxışlarınız zamanı məmurlara göstəriş verirsiniz ki, regionlarda kənd təsərrüfatını inkişaf etdirmək üçün fermerlərə, iş adamlarına köməklik və qayğı göstərin. Lakin məni narahat edən budur ki, Xızı rayonunda fəaliyyət göstərən mütəşəkkil korrupsiyalaşmış dəstə nəinki Sizin tapşırıqlarınız əsasında mənə kömək edir, əksinə əlavə 50 ha qış otlaq sahəsindən torpaq sahəsi verəcəyi bəhanəsilə aldadaraq 2500 manat pulumu rüsum adı altında

Alaraq mənimsəmişlər. Məni aylarla süründüməçiliyə salan bu vəzifə sahibi DƏK-in Xızı rayonu üzrə Torpağa Nəzarət Şöbəsinin müdiri Şahin adlı şəxsin Xızı rayon İH-i başçısının müavini Arzu Əzizovun himayədarlığı ilə 50 ha torpaq verəcəyi barədə söz verərək aldadıb aldığı 2500 manat pulumun qaytarmamasıdır. Bu məslənin həlli üçün mən iki dəfə, 2023-cü ilin oktyabrında Xızı rayon İH-nin başçısı cənab Xəzər Aslanovun qəbulunda oldum. Sağ olsun başçı da söz verdi ki, mən prokurorluğa göstəriş verəcəyəm sizin işinizə baxıb normal həll etsin. Doğrudan da Xızı rayon Prokurorrunun köməkçisi cənab Əlibala müəllim şikayət ərizəmi icraata götürdü və izahatımı aldı. Bir neçə gündən sonra Xızı rayon İH-nin başçısının müavini olan ARZU ƏZİZOV MƏNİ YANINA DƏVƏT ETDİ. O mənə bildirdi ki, “Mən başçının müavini bir insan və bir kişi olaraq sənə “KİŞİ” kimi söz verirəm ki, get ərizəni prokurorluqdan geri götür, sənin işini müsbət həll edəcəyəm. Torpağını da sənədləşdirəcəyimə söz verirəm.” Mən də dövlət məmuru olan və cənab Prezident Sizin sərəncamınız əsasında bu vəzifəyə təyin olunan Arzu Əzizovun xahişi ilə Şahin adlı dövlət məmurundan məndən 2500 manat rüsum adı altında aldığı rüşvətin geri qaytarılması barədə ərizəmi geri götürdüm.

Xatırladım ki, mən 2003-cü ildən xırda buynuzlu heyvan bəsləmək üçün Xızı rayon İH-dən 100 ha icarəyə rəsmi olaraq qış otlaq sahəsi götürərək təsərrüfatla məşğul oluram. 2012-ci ildə də Xızı rayon İH-ilə 15 illik növbəti icarə müqaviləsi bağlamışdım. Sadəcə həmin icarə yerimin sərhəddlərinin müəyyənləşməsi üçün dəflərlə Xızı rayon İH-nə və DƏK-in 2 saylı Sumqayıt Ərazi Reyestr Xidmətinə müraciətlər etmişdim. Çox təəssüf ki, bu günə qədər kimsə bu sərhəddləri müəyyənləşdirmək istəmir. Üelə bu arada Şahin adlı Torpağa Nəzarət Şöbəsi müdiri məndən 2500 manat rüsum adı ilə pul aldı ki, 100 ha dan əlavə sənə 50 ha ərazini verəndə sərhəddləri tanıdacam.

Mən Xızı rayon Prokurorluğundan Xızı rayon İH-nin başçısının müavini Arzu Əzizovun xahişlərindən sonra geri götürdüyümdən sonra mənim qara günlərim başladı. Belə ki, mənimlə yanaşı xırda buynuzlu təsərrüfatla məşğul olan qardaşım Müseyib əvvəlcə mənim icarəmdə olan yerin bir hissəsini onun olduğunu bildirdi. Sonra mənə dedilər ki, sənin yerin o biri tərəfə düşür və s. Halbuki, Müseyib Əhmədovun heç bir icarə sənədi olmasa da 550 baş qoyun üçün ona lazım olandan 10 dəfə artıq torpa sahəsini zəbt edərək 400 ha-dan qanunsuz istifadə etməkdədir. Buna qarşı Xızı rayon İH-ti ona sadəcə saxta və əsassız arayış veriblər ki, guya Müseyib Əhmədovun 170 ha qış otla qsahəsi vardır. Lakin bunu sübut edən heç bir müqaviləsi yoxdur. Həm 170 ha , həm də zəbt etdiyi 300 ha ona artıqlaması ilə kifayət edir ki, hətta 4000 baş xırdabuynuzlu heyvanı bəsləyə bilsin. Lakin bu adamı şikayət etdiyim Şahin və onun himayədarları mən doğma qardaşına qarşı təxribatlar törətməyə cəlb etdilər ki, nəticədə məni şərləməklə 50 ha torpaq sahəsindən və onun üçün Şahinə verdiyim 2500 manatı bir daha geri istəməyim. Onlar hətta qardaşıma mənim icarəmdə olan 100 ha torpağı da əlimdən zorakılıqla almağı və qorxmamağı tapşırmışlar. Belə də oldu. Qardaşım Müseyibin oğlu Hacı Əhmədov 24 oktyabr 2023-cü ildə əlindəki iri çomaqla qoyunlarımı vəhşicəsinə döyə döyə 800 m məsafədən evimin qapısına qədər gətirdi. Evdən çıxıb Hacıdan bu nə məslədir soruşanda o üstümə hücum çəkdi və məni bir yumruq zərbəsi ilə sol gözümün altında burnumu vurdu. Mən zərbədən yıxıldım. Sonra ayılanda məni təcili yardımla xəstəxanaya gətirmişdilər. Müayinələrdən sonra həkim bildirdi ki, sən ürək infarktı keçirmisən müalicə almalısan. Və şikayət etdim. Qardaşım oğlunun mən 67 yaşlı əmisinə qarşı belə qəddarcasına vəhşilik törətməsini əvvəlcə başa düşə bilmirdim. Sonradan aydın oldu ki, bu adamları mənim üstümə göndərib təzyiq edənlər elə Şahin və onun arxası hesab edilən və mənə “KİŞİ” sözü verib əməl etməyən Arzu Əzizov olmuşlar. Lakin çox təssüflər olsun ki, şikayətimə baxan Xızı rayon Polis Şöbəsinin müstəntiqi Fərid Rüstəmov sifarişlə cinayət işinin başlanmaması barədə əsassız qərar qəbul etdi. Mən prokurorluğa şikayət etdim. Qərar ləğv olundu və işə yenidən baxılması üçün Müstəntiq Fərid Rüstəmovun icraatına verildi. Budur, indi də Fərid oyunbazlığına düşmüşəm. Aylardır gedib gəlirəm amma hər dəfə bir bahnə uydurmaqla məni “yola verir”. Gah deyir, xəstələnmişəm, işə çıxa bilmirəm, gah deyir hospitalda yatıram. Vəs. Boş boş sözlər. Yəni müstəntiq 2-ci dəfə də əvvəlki əsasız qərarını versə də rəsmən 4 aydır ki, mənə rəsmən göndərmir ki, şikayət verərəm. Aldğı rüşvəti geri qaytarmaq zorunda qalar. Axı faktiki olaraq Hacı döyə döyə gətirdiyi sürüdəki, hamilə qoyunladan 50-yə qədəri tələf oldu, məni döydü., infark keçirdim. Bu barədə həkim rəyi olmasına baxmayaraq müstəntiq məsuliyyətsizliklə məşğuldur. Ölən qoyunları da böyük çala qazıb doldurmuşam. Ekspert gəlib baxa bilər. Amma bunların heç birini etmir. Digər tərəfdən şikayət etdiyim Hacı da oğlum Elşənə etiraf edib ki, məni əmimə qarşı belə amansızlıq etməyə rayon rəhbərliyi səbəb olub, qızışdırıb, vədlər veriblər ki, bircə Etibarı dolaşdırmaq və təxribata çəkəsən. Məni tovladılar. Amma ad çəkmir. Bəli, mən onu başa düşürəm ki, rüşvətxor, yaramaz məmurların fitfası ilə məni döymüş, qoyunların bir hissəsini də döyə döyə öldürmüşdür ki, mən də ona qarşı nəsə edim Və korrupsiyalaşmış məmurlar dərhal polsiə göstəriş verməklə barəmdə cinayət işi qaldırsinlar. Əgər bu gün qardaşım oğlu Hacı etiraf etsə ki, hansı məmurlar ona məni vəhşicəsinə döyülməklə cəzalandırmağımı sifariş vermişlər mən o zmanan şikayətimi geri götürəcəyəm. Hələlik isə müstəntiqin süründürməçi yalan sözləri ilə vaxtımızı keçiririk. Bu süründürməçiliyin sona yetməsi və mənim şikayətimə ədalətli baxılması üçün ölkənin baş prokuroru cənab Kamran Əliyevdən şəxsən xahiş edirəm ki, Xəzər rayon Polis Şöbəsində müstəntiq Fərid Rüstəmovun icraatından alınaraq iş baxılması üçün Xızı rayon Prokurorluğunda davam etsin ki, mənim döyülməyimə sifariş verən məmurlar ortalığa çıxsınlar və cəzalansınlar.

Hesab edirəm ki, təcili olaraq məni sifarişlə döydürən, qoyunlarımı məhv etdirən, bir sözlə cinayətin baş verməsinə səbəb olan motivlər istintaq zamanı üzə çıxmalı, sifarişçilərin məndən aldıqları ( 50 ha torpaq adı altında) 2500 manat pul təcili geri qaytarılmalı, və məni döyən Hacı Əhmədovun etirafları əsasında ona məni şərləmək və cəzalandırmaq üçün cinayətkara sifariş verən məmurlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir ki, bu yerdə qalan harınlamış məmurlara dərs olsun ki, sadə insanlara qarşı vəhşilk törətmək Azərbaycan kişisinə yaraşmır.

Ona görə də hüquq-mühafizə orqanlarından məsələnin köklü araşdırılmasına mənim əmlakıma külli-miqdarda ziyan vuran, sağlamlığımın itirilməsinə səbəb olan, dələduzluq yolu ilə məndən alınan 2500 manat pulun qaytarılması üçün mənə qarşı qanunsuz hərəkətlər edən dəstə üzvlərinin tezliklə ifşa olunaraq əməllərinə hüquqi qiymət verilməlidir.

Cənab Prezident Sizdən çox xahiş edirəm ki, mənə qarşı cinayət törətmyə təhrik edilmiş qardaşım oğlu Hacı Əhmədova sifariş verən şəxslərin tapılaraq cəzalandırılması üçün aidiyyəti orqanlara tapşırıq verməyinizi Sizdən xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildiririk.

Aktualinfo.org
 
Ardını oxu...
"Əmlak Məsələləri Dövlət Xidmətində xidmət rəisindən daha çox digər "fiqurlar" söz sahibinə çevrilib."

Bu barədə yerli saytlarda dərc olunan yazıları oxuduğumda, bir lətifə yadıma düşdü.

Deyir, - "Bir kişi uzunqulağın belində yol ilə gedirmiş, şeytanla oğlu da yolun kənarında dayanıbmış. Birdən uzunqulaq soncuqlayıb, kişini yerə çırpır. Kişi ayağa qalxıb, üst-başını düzəldə-düzdə, "Allah sənə lənət eləsin, şeytan", deyir. Şeytanın oğlu bundan təəccüblənib, "ay ata, axı sən burdasan, o, niyə səni söyür?", deyir.
Şeytan cavab verir ki, "Oğul, mən özüm burda olsam da, bir barmağım o, yanda uzunqulağı qıdıqlayırdı"."

Lətifəsi, mövzumuzun "qəhrəmanları"ndan uzaq.
"DogruXeber.az"ın bildirdiyinə görə, bu lətifəni bizə xatırladan, o, məlumatda deyilir ki, prezidentin Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonları üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi Elçin Yusubov özü Əmlak Məsələləri Dövlət Xidmətindəki vəzifəsindən getsə də "barmaqları" hələ də sözügedən qurumda qanunsuz işlərlə məşğuldur.

O, Elçin Yusubov ki, adı və fotosu zaman-zaman "Qarabağ əlilinin hüququnu pozması" və sair kimi "məharətləri" ilə yerli saytların manşetini "bəzəyirdi".

O, yazılardan birində deyilir ki, 2024-çü ilin 7 mart tarixinə qədər Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışan Elçin Yusubov xidmət daxilində böyük bir şəbəkə yaradıb və bu "güc" sayəsində, hətta yeri gəldiyində Mətin Eynullayevə belə "güc göstərə bilib".

"DogruXeber.az"ın yerli saytlara istinadən məlumatına görə, həmin "komanda" yenə də öz fəaliyyətindədir. "Komanda"nın ən fəal üzvünün isə Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyatları şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Arif oğlu Bəşirovun olduğu deyilir.

Taleh Bəşirovun "torpaq bazarı"nda məmur "müştərisi"ndən hədiyyə aldığı "Range Rover" markalı avtomobili artıq, özü boyda problemə çevrilib. Özü də "sevincək" olub, bəzi yerlərdə "ağzından qaçırdığı" bu hədiyyə məsələsi təkcə ona deyil, eyni zamanda general qardaşı olduğu deyilən o, milyonçuya da problem yaradıb. Çünki, məhz dövlət əmlakı olan torpaq sahəsi qarşılığında bu avtomobili ona peşkəş verən həmin milyonçu iş adamı ilə birgə, Novxanıda yerləşən “Metallurq” düşərgəsində məcburi köçkünlərin məskunlaşdığı ərazinin qanunsuz zəbt etmələri, ölkədə böyük "səs-küy yaradıb".

Bundan əlavə, bildirilir ki, dövlət torpaqları hesabına milyonlar qazanan və tez-tez Türkiyəyə səfərlər edən Taleh Bəşirov orada da özünə "topdağıtmaz" biznes qurub.

Necə deyərlər, özünə "qəza bərk gələndə, qaçacaq yer eləyib". Amma, nəzərə alanda ki, Əmlak Məsələləri Dövlət Xidmətində bu kimi işlərlə məşğul olan təkcə Taleh Bəşirov deyil, adam "əlini qanunlardan üzür". Dövlət qurumunda bu gün də çalışan dövlət məmurlarının qanunsuz əməllərinə qanunlar susursa, onlar üçün bu ölkədə hər hansı bir narahatlıq yaradacaq bir səbəb görünmür.

Təsəvvür edin, sözügedən qurumda vəzifəsindən sui-istifadə edərək, qanunsuz yollarla özünə çoxsaylı bizneslər quran məmurlardan biri də Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini Eldəniz Qafarovdur. Əslən Şəmkirin Zəhim kəndindən olan Eldəniz Qafarov nə qədər dövlət balansında olan torpaq sahələrinin məmurlara satılmasına imza atıb və rüşvətlə qazandığı milyonların hesabına oliqarxa çevrilib. Hətta, paytaxt ərazisində biznes üçün ən uğurlu nöqtələrin zəbtinin də məhz Eldəniz Qafarovun adı ilə bağlı olduğu deyilir. Gediş-gəlişin çox olduğu ərazilərdə boş torpaq sahələrini, hətta səki, park və zibilxanaları belə zəbt edən müdir müavini, qısa zamanda bu ərazilərdə ictimai iaşə obyektləri və mağazalar inşa edərək, öz biznes imperiyasını durmadan genişləndirir. Tutduğu vəzifə və yüksək ranqlı məmurlarla qurduğu dostluq münasibətləri ona zəbt etdiyi əraziləri qısa zamanda sənədləşdirməyə və beləliklə qanunsuz əməllərinə qanuni don geyindirməsinə şərait yaradır.

Bəli, qurumun "hökmran" şəxslərindən biri də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strateji planlaşdırma şöbəsinin rəisi İlqar Həbiyevdir. Qurumda çoxdan çalışması səbəbi ilə özünü ƏMDX-nin ən qocaman əməkdaşı sayan İlqar Həbiyev hesab edir ki, bu qeyri-rəsmi status onun rəsmi qaydaları pozması, qanunun tələblərinə arxa çevirməsi üçün yetərlidir.

O, hesab edir ki, onun bu qurumdakı “çoxillik zəhmətləri” lazımınca qiymətləndirilməyib, onun “daha ciddi vəzifələrdə təmsil olunmaq haqqı” tapdanıb. Bu səbəbdən də ƏMDX-də özü üçün potensial təhlükə hesab etdiyi şəxslərə qarşı ləkələmə, gözdən salma kampaniyası həyata keçirməkdədir. Deyilənə görə, bununla o, “yüksək vəzifəyə layiq yeganə namizəd” olduğunu sübut edir etməyə çalışır.

Yayılan söz-söhbətlərə görə, xidmət rəhbərliyinin yaxın vaxtlarda bu şəbəkəni bitirəcəyi gözlənilir.
Bildirilir ki, onlar törətdiklərri qanunsuzluqlara görə cavab verməli, etdikləri əməllərə görə cəzalandırılmaldırlar və deyəsən kömək istəmələrinə rəğmən "hamam suyu" ilə tutduqları məmur dostları da onlara kömək etməkdən imtina edib.

Rədd cavabı alan komanda isə bütün əməllərinə Elçin Yusubovu şərik edəcəklərin mesajını verməklə keçmiş liderlərini şantaj edirlər.

Bəli, bütün bunlar yerli saytlarda dərc olunan yazılarda öz əksini tapıb. Amma, bu yazılarda "Elçin Yusubov hətta (!) Mətin Eynullayevə də güc gəlməyi bacarıb", "Yaxın günlərdə xidmət rəhbərinin sözügedən komanda barəsində tədbir görəcəyi gözlənilir " və sair kimi cümlələr birdən-birə medianın gündəminə "bomba " kimi düşən və "ildırım sürəti" ilə yayılan bu məlumatların kimin maraqlarına xidmət etdiyini aydın göstərir.

Biz, Elçin Yusubov və onun komandası "aydan arı, sudan duru dur" demirik, lakin xidmətin çalışanlarının bu qədər qanunsuz işlər gördüyü halda, rəhbərin "günahsız mələk" kimi təqdim olunmasının absurd və bir o, qədər də gülünc göründüyünü vurğulamaq istəyirik.

Qeyd edək ki, "DogruXeber.az" olaraq, tərəfimizdən Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbəri Mətin Eynullayevə dəfələrlə Cəlilabad rayonu, Xocavənd rayonunun Qaradağlı, Muğanlı kəndləri, Şamaxı rayonunun Böyük Xınıslı kəndi, Saatlı rayonun Mollavazlı kəndi, Sabunçu rayonunun Sabunçu qəsəbəsi və sair yerlərdə aparılan qanunsuz işlərlə bağlı rəsmi sorğular göndərmişik. Həmin, sorğularda bəzilərində qeyd olunan məsələlərə sözügedən qurum tərəfindən ümumiyyətlə reaksiya verilməyib, bəzilərinə (məsələn, Şamaxı rayon Böyük Xınıslı, Xocavənd rayon Muğanlı kəndləri) qurumun aidiyyatı rayon üzrə nümayəndələri güya əraziyə göndərilib və yəqin ki, izləyicilərimiz də xatırlayır ki, sonra ƏMDX-nin nə Beyləqan rayon şöbəsində çalışan Vaqif, nə də Şamaxı rayon şöbəsində çalışan Ağa adlı şəxslər telefona cavab vermədilər.

Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə aparılan və artıq başa çatdırılan 3 mərtəbəli iaşə obyektinin tikintisi barəsində sorğumuza isə qurum tərəfindən baxılması isə güya Daxili İşlər Nazirliyinə (DİN) yönləndirdiklərini dedilər.

Bütün bunlar onu deməyə əsas verir ki, adı çəkilən şəxslərin qanun pozan cinayətkar olduğu halda, əmrinə tabe olduqları rəhbər Mətin Eynullayevin "saf məmur" kimi təqdim olunması ictimaiyyətin diqqətini yayındırmağa hesablanmış məqsədli addımdır.

Yazıda adı keçən bütün şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az
 
Ardını oxu...
“Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaqla qeyd olunan tibb müəssisəsinin sabiq baş mühasibi Gülnarə Bayramovanın həmin vəzifədə işləyərkən qohumu Gündüz Əliyevlə qabaqcadan əlbir olub tanışları Elxan Əsədovun köməkliyilə sahibkarlıq fəaliyyəti adı altında 2012-2019-cu illər ərzində keçirilmiş dövlət satınalmaları və müqavilələr üzrə xüsusilə külli miqdarda pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib.

İş üzrə toplanmış mötəbər sübutlar əsasında Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələrilə yekun ittiham elan edilib.

Bundan başqa, istintaq zamanı 41 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edilib və dəymiş maddi ziyandan 1 milyon 542 min 351 manatının ödənilməsi təmin olunub.

Cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatındadır.

Bu gün daxil olan məlumata görə, Gülnarə bayramovanın məhkəmə prossesinin uzadılması məqsədi ilə səhhəti bəhanə edilərək qardaşı Gündüz Əliyev tərəfindən Türkiyəyə göndərilib. Gülnarə Byaramovanın Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul vəzifə sahibi olan Gündüz Əliyevin doğma bacısı olduğunu Sumqayıtda bilməyən yoxdur. Tibb müəssisəsinin baş mühasibi olduğu qeyd edilən G.Bayramova fəaliyyətində buraxdığı ciddi nöqsanlar səbəbindən apardığı gizli əməliyyatların üstü açılıb. Milyonlarla hesablanan zərərin ödənilməsi üçün Sumqayıt Məhkəməsində Cinayət işinə baxılması davam edir. Amma Gülnarə Bayramovanın səhhətini səbəb göstərməsi isə məhkəmə istintaqının uzadılmasına hesablanmış planın tərkib hissəsidir deyə mənbəmiz bildirir. Mənbə qeyd edir ki, Gündüz Əliyev bacısı Gülnarə ilə birlikdə mənimsədikləri 5 milyondan artıq vəsaitin Məhkəmə istintaqı zamanı zərəri minimuma yendirmək məqsədi ilə prosesin uzadılması naminə ölkəni tərk etməsi uyğun görülüb. Anlaşmanı tərtib edənlərində adları məlumdur. Lakin hazırda məsləhəti kimin verməsi önəmli deyil. Gülnarə Bayramova bilərəkdə Məhkəmənin yükunlaşmasına suni maneələr yaradır. Bu isə qanunla cinayət hesab edilir. Bir cinayətini ört-bastır etmək məqsədi ilə başqa bir cinayət əməli törətməsidə verilən məlumatlarda yer alır.//Nuh.az
 
Ardını oxu...
"Əmlak Məsələləri Dövlət Xidmətində xidmət rəisindən daha çox digər "fiqurlar" söz sahibinə çevrilib."

Bu barədə yerli saytlarda dərc olunan yazıları oxuduğumda, bir lətifə yadıma düşdü.

Deyir, - "Bir kişi uzunqulağın belində yol ilə gedirmiş, şeytanla oğlu da yolun kənarında dayanıbmış. Birdən uzunqulaq soncuqlayıb, kişini yerə çırpır. Kişi ayağa qalxıb, üst-başını düzəldə-düzdə, "Allah sənə lənət eləsin, şeytan", deyir. Şeytanın oğlu bundan təəccüblənib, "ay ata, axı sən burdasan, o, niyə səni söyür?", deyir.
Şeytan cavab verir ki, "Oğul, mən özüm burda olsam da, bir barmağım o, yanda uzunqulağı qıdıqlayırdı"."

Lətifəsi, mövzumuzun "qəhrəmanları"ndan uzaq.
"DogruXeber.az"ın bildirdiyinə görə, bu lətifəni bizə xatırladan, o, məlumatda deyilir ki, prezidentin Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonları üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi Elçin Yusubov özü Əmlak Məsələləri Dövlət Xidmətindəki vəzifəsindən getsə də "barmaqları" hələ də sözügedən qurumda qanunsuz işlərlə məşğuldur.

O, Elçin Yusubov ki, adı və fotosu zaman-zaman "Qarabağ əlilinin hüququnu pozması" və sair kimi "məharətləri" ilə yerli saytların manşetini "bəzəyirdi".

O, yazılardan birində deyilir ki, 2024-çü ilin 7 mart tarixinə qədər Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışan Elçin Yusubov xidmət daxilində böyük bir şəbəkə yaradıb və bu "güc" sayəsində, hətta yeri gəldiyində Mətin Eynullayevə belə "güc göstərə bilib".

"DogruXeber.az"ın yerli saytlara istinadən məlumatına görə, həmin "komanda" yenə də öz fəaliyyətindədir. "Komanda"nın ən fəal üzvünün isə Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyatları şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Arif oğlu Bəşirovun olduğu deyilir.

Taleh Bəşirovun "torpaq bazarı"nda məmur "müştərisi"ndən hədiyyə aldığı "Range Rover" markalı avtomobili artıq, özü boyda problemə çevrilib. Özü də "sevincək" olub, bəzi yerlərdə "ağzından qaçırdığı" bu hədiyyə məsələsi təkcə ona deyil, eyni zamanda general qardaşı olduğu deyilən o, milyonçuya da problem yaradıb. Çünki, məhz dövlət əmlakı olan torpaq sahəsi qarşılığında bu avtomobili ona peşkəş verən həmin milyonçu iş adamı ilə birgə, Novxanıda yerləşən “Metallurq” düşərgəsində məcburi köçkünlərin məskunlaşdığı ərazinin qanunsuz zəbt etmələri, ölkədə böyük "səs-küy yaradıb".

Bundan əlavə, bildirilir ki, dövlət torpaqları hesabına milyonlar qazanan və tez-tez Türkiyəyə səfərlər edən Taleh Bəşirov orada da özünə "topdağıtmaz" biznes qurub.

Necə deyərlər, özünə "qəza bərk gələndə, qaçacaq yer eləyib". Amma, nəzərə alanda ki, Əmlak Məsələləri Dövlət Xidmətində bu kimi işlərlə məşğul olan təkcə Taleh Bəşirov deyil, adam "əlini qanunlardan üzür". Dövlət qurumunda bu gün də çalışan dövlət məmurlarının qanunsuz əməllərinə qanunlar susursa, onlar üçün bu ölkədə hər hansı bir narahatlıq yaradacaq bir səbəb görünmür.

Təsəvvür edin, sözügedən qurumda vəzifəsindən sui-istifadə edərək, qanunsuz yollarla özünə çoxsaylı bizneslər quran məmurlardan biri də Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini Eldəniz Qafarovdur. Əslən Şəmkirin Zəhim kəndindən olan Eldəniz Qafarov nə qədər dövlət balansında olan torpaq sahələrinin məmurlara satılmasına imza atıb və rüşvətlə qazandığı milyonların hesabına oliqarxa çevrilib. Hətta, paytaxt ərazisində biznes üçün ən uğurlu nöqtələrin zəbtinin də məhz Eldəniz Qafarovun adı ilə bağlı olduğu deyilir. Gediş-gəlişin çox olduğu ərazilərdə boş torpaq sahələrini, hətta səki, park və zibilxanaları belə zəbt edən müdir müavini, qısa zamanda bu ərazilərdə ictimai iaşə obyektləri və mağazalar inşa edərək, öz biznes imperiyasını durmadan genişləndirir. Tutduğu vəzifə və yüksək ranqlı məmurlarla qurduğu dostluq münasibətləri ona zəbt etdiyi əraziləri qısa zamanda sənədləşdirməyə və beləliklə qanunsuz əməllərinə qanuni don geyindirməsinə şərait yaradır.

Bəli, qurumun "hökmran" şəxslərindən biri də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strateji planlaşdırma şöbəsinin rəisi İlqar Həbiyevdir. Qurumda çoxdan çalışması səbəbi ilə özünü ƏMDX-nin ən qocaman əməkdaşı sayan İlqar Həbiyev hesab edir ki, bu qeyri-rəsmi status onun rəsmi qaydaları pozması, qanunun tələblərinə arxa çevirməsi üçün yetərlidir.

O, hesab edir ki, onun bu qurumdakı “çoxillik zəhmətləri” lazımınca qiymətləndirilməyib, onun “daha ciddi vəzifələrdə təmsil olunmaq haqqı” tapdanıb. Bu səbəbdən də ƏMDX-də özü üçün potensial təhlükə hesab etdiyi şəxslərə qarşı ləkələmə, gözdən salma kampaniyası həyata keçirməkdədir. Deyilənə görə, bununla o, “yüksək vəzifəyə layiq yeganə namizəd” olduğunu sübut edir etməyə çalışır.

Yayılan söz-söhbətlərə görə, xidmət rəhbərliyinin yaxın vaxtlarda bu şəbəkəni bitirəcəyi gözlənilir.
Bildirilir ki, onlar törətdiklərri qanunsuzluqlara görə cavab verməli, etdikləri əməllərə görə cəzalandırılmaldırlar və deyəsən kömək istəmələrinə rəğmən "hamam suyu" ilə tutduqları məmur dostları da onlara kömək etməkdən imtina edib.

Rədd cavabı alan komanda isə bütün əməllərinə Elçin Yusubovu şərik edəcəklərin mesajını verməklə keçmiş liderlərini şantaj edirlər.

Bəli, bütün bunlar yerli saytlarda dərc olunan yazılarda öz əksini tapıb. Amma, bu yazılarda "Elçin Yusubov hətta (!) Mətin Eynullayevə də güc gəlməyi bacarıb", "Yaxın günlərdə xidmət rəhbərinin sözügedən komanda barəsində tədbir görəcəyi gözlənilir " və sair kimi cümlələr birdən-birə medianın gündəminə "bomba " kimi düşən və "ildırım sürəti" ilə yayılan bu məlumatların kimin maraqlarına xidmət etdiyini aydın göstərir.

Biz, Elçin Yusubov və onun komandası "aydan arı, sudan duru dur" demirik, lakin xidmətin çalışanlarının bu qədər qanunsuz işlər gördüyü halda, rəhbərin "günahsız mələk" kimi təqdim olunmasının absurd və bir o, qədər də gülünc göründüyünü vurğulamaq istəyirik.

Qeyd edək ki, "DogruXeber.az" olaraq, tərəfimizdən Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbəri Mətin Eynullayevə dəfələrlə Cəlilabad rayonu, Xocavənd rayonunun Qaradağlı, Muğanlı kəndləri, Şamaxı rayonunun Böyük Xınıslı kəndi, Saatlı rayonun Mollavazlı kəndi, Sabunçu rayonunun Sabunçu qəsəbəsi və sair yerlərdə aparılan qanunsuz işlərlə bağlı rəsmi sorğular göndərmişik. Həmin, sorğularda bəzilərində qeyd olunan məsələlərə sözügedən qurum tərəfindən ümumiyyətlə reaksiya verilməyib, bəzilərinə (məsələn, Şamaxı rayon Böyük Xınıslı, Xocavənd rayon Muğanlı kəndləri) qurumun aidiyyatı rayon üzrə nümayəndələri güya əraziyə göndərilib və yəqin ki, izləyicilərimiz də xatırlayır ki, sonra ƏMDX-nin nə Beyləqan rayon şöbəsində çalışan Vaqif, nə də Şamaxı rayon şöbəsində çalışan Ağa adlı şəxslər telefona cavab vermədilər.

Xocavındlilərin bitmək bilməyən torpaq dərdi: Bu dəfə məmurlar özləri zəbt ediblər - Belə deyirlər... (VİDEO)

"Dövlət qurumları tərəfindən sənədlər saxtalaşdırılıb, torpağımız əlimizdən alınıb" - ŞİKAYƏT

Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə aparılan və artıq başa çatdırılan 3 mərtəbəli iaşə obyektinin tikintisi barəsində sorğumuza isə qurum tərəfindən baxılması isə güya Daxili İşlər Nazirliyinə (DİN) yönləndirdiklərini dedilər.

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

Bütün bunlar onu deməyə əsas verir ki, adı çəkilən şəxslərin qanun pozan cinayətkar olduğu halda, əmrinə tabe olduqları rəhbər Mətin Eynullayevin "saf məmur" kimi təqdim olunması ictimaiyyətin diqqətini yayındırmağa hesablanmış məqsədli addımdır.

Yazıda adı keçən bütün şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az
 
Ardını oxu...
Ötən həftə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət məktəbində yol verilən qanunsuzluqlarla bağlı müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılması barədə məlumat yayıldı. Qeyd edilirdi ki, araşdırma zamanı həmin təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən 2018-ci ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək olan müddətdə faktiki olaraq əmək funksiyalarını icra etməyən müəllimlər tərəfindən tədrisin aparılmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi və əsassız olaraq əmək haqqı ödənilməsi yolu ilə 188 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və əsassız şəhadətnamələr verməklə vəzifə saxtakarlığı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, son vaxtlar Mədəniyyət Nazirliyinə təabeli müəssisələrinin rəhbər vəzifəli şəxslərinin əsasən dələduzluq, mənimsəmə və israf etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı törətmələri barədə ortaya çox faktlar yayılır. Analoji hallara Mədəniyyət Nazirliyinin Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Şəki Uşaq İncəsənət Məktəbində də yol verildiyi barədə məlumatları hələ mart ayında yaymış və aidiyyəti qurumlardan sözügedən məktəbdə araşdırma aparılmasının zəruriliyini vurğulamışdıq.

Xatırlatmaq istərdik ki, verilən məlumatlarda Şəki Uşaq İncəsənət Məktəbinin təxmini 30 otağı olmasına baxmayaraq orada 200-ə yaxın müəllim işlədiyi bildirilirdi. Həmşinin qeyd olunurdu ki, belə hesabla hər otağa 6 müəllim düşür. Şəki Uşaq İncəsənət Məktəbinin direktoru dərs saatlarını sənəd üzərində elə mahir bölür ki, dünyanın ən mahir riyaziyatçısı belə ona qibtə edər. Bu qədər müləllimin də balaca məktəbdə işləməsinin bir səbəbi var. Eldar Rəcəbovun pul hərisliyi. Eldar Rəcəbovun iştahı o qədər güclüdür ki, gözü doymur. Dərs saatlarını xırda-xırda parçalayaraq pul alaraq balaca bir məktəbə o qədər müəllim doldurmuşdur ki, müəllimlər heç iş yoldaşlarını belə tanımırlar. 200 müəllimdən ən azı 50-si heç məktəbin yolunu belə tanımır. Belə ki, onlar xalq arasındakı deyimlə “ölü can”lardır. Onlar staj xatirinə pul verərək işə girir və onların kartları daima Eldar Rəcəbovda olur. Eldar Rəcəbov həmin müəllimlərin kartlarını özündə saxlayır və hər dəfə əmək haqqı vurulanda bankomatdan həmin karlardakı əmək haqqını çıxarır. Belə olmasaydı Eldar Rəcəbov 650 manat əmək haqqı ilə özünə 2022-ci il istehsalı olan 55 -763 ağ “Prado” markalı 85 min manat qiyməti olan avtomobil ala bilərdimi?

Uşaq İncəsənət Məktəbi haqqında verilən məlumatlarda həmçinin qeyd edilir ki, Eldar Rəcəbov oğlunu da işlədiyi məktəbə müəllim kimi işə götürərək staji az olmasına baxmayaraq ona çoxlu dərs saatı yazmışdır. Belə ki, onun hazırda 24 saat dərsi var, halbu ki, 20-30 il stajı olan müəllimlərin bu qədər dərs stajı yoxdur. Demək olar ki, oğlu Araz heç məktəbə gəlmir də. Hazırda Eldar Rəcəbovun oğlu ona məxsus yuxarıda qeyd edilən mağzaları işlədir.

Eldar Rəcəbov oğlu ilə də kifayətlənməyib qohumlarına da məktəbdə iş verib. Həmçinin həmin məktəbdə onun qaynı Arzu müəllim və onun oğlu Orxan müıllim də işəyir. Onların özləri də demək olar ki, məktəbdə şəkərbura kimi ildə bir iki dəfə görsənirlər.

Verilən məlumatlarda həmçinin qeyd olunur ki, Mədəniyyət Nazirliyindən dəfələrlə Şəki Regional Mədəniyyət İdarəsinə məktub ünvanlanaraq yaxın qohumların işdən azad edilməsi və ya yerlərinin dəyişdirilməsi tələb olunub. Buna baxmayaraq Eldar Rəcəbov hal-hazıradək oğlunu və digər yaxın qohumlarını işdən azad etməmişdir. Hətta bir neçə ilə öncə Şəki Regonal Mədəniyyət İdarəsinin sabiq müdiri Mirvari Zeynalova ilə buna görə aralarında söz söhbət olmuşdur. Həmin vaxt Mirvari Zeynalova qanunun tələbinə əsasən Eldar Rəcəbovdan oğlunu işdən azad etməyini tələb etməsinə baxmayaraq Eldar Rəcəbov təkidlə oğlunu işdən azad etməmişdir.

Qeyd eək ki, bir mətbuat orqanı olaraq bütün bu kimi məlumatların araşıdırılması məqsədi ilə bir sıra aidiyyəti dövlət qurumlarına müraciət ünvanlamışdır. Hələ aprelin 1-də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsi regional ədliyyə idarəsinə daxil olmuş müraciətə baxılması üçün aidiyyəti üzrə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə göndərilib, müraciətə baxılmasının nəticəsi barədə müraciət müəllifinə cavab verilməsi xahiş olunub.

Lakin üstündən iki aya yaxın vaxt keçməsinə baxmayaraq Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi tərəfindən Şəki Uşaq İncəsənət Məktəbində hər hansı bir yoxlamanın aparılıb, aparılmaması barədə nə redaksiyamıza nə də geniş ictimaiyyətə heç bir açıqlama verilməmişdir.

Qeyd edək ki, Şəki Regional Mədəniyyət İdarəsində ötən ilin iyulunda rəhbər dəyişikliyi edilib. Korrupsioner Mirvari Zeynalovdan sonra idarənin rəisi səlahiyyətini müvəqqəti icra edən Aqaəli Cəlilov ötən il qalmaqallı şəkildə sözügedən vəzifədən kənarlaşdırıldı. Yeni Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə idarənin yeni rəis əvəzi vəzifəsi isə Nargilə Qafarovaya həvalə edilib. Məlumatlara görə Şəki-Zaqatala Regional Mədəniyyət idarəsinə yeni təyin edilən Nargilə Qafarova uzun illər Qəbələdə mədəniyyət sektruna rəhbərlik edib.
Ardını oxu...
Nargilə Qafarova
Maraqlıdır, uzun illərdir mədəniyyət sektrunda çalışan Nargilə Qafarova Şəki Uşaq İncəsənət Məktəbində baş verən qanunazidd hallara niyə göz yumur? Ən azından Şəki Regional Ədliyyə İdarəsi məktubla Nargilə Qafarovanı məlumatlandırıb. Əldə etdiyimiz qeyri rəsmi məlumatlara görə Regional Mədəniyyət İdarəsi Şəki Uşaq İncəsənət Məktəbində yoxlama aparıb. Amma nədənsə yoxlamanın nəticəsi barədə nə Mədəniyyət Nazirliyinə nə də bir mətbuat orqanı olaraq bizə heç bir məlumat verməyib. Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir? Olmaya məktəbin direktoru Eldar Rəcəbovla dil tapmağa çalışır.

Olsun. Onsuz da biz Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halların araşdırılmasını digər aidiyyəti qurumlar qarşısında da qaldırmışıq. Respublikanın Baş prokurorluğuna ünvanladığımız müraciəti də sözügedən qurum araşdırmaq üçün aidiyyati üzrə Mədəniyyət Nazirliyinə göndərmişdir. Mədəniyyət Nazirliyinin daxili nəzarət və audit şöbəsinin müdiri Cavid Əliyevin redaksiyamıza göndərdiyi məktubda isə deyilir.

“Sizin Şəki Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbovun qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığınız müraciətə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində aidiyyəti üzrə baxılmışdır.

Bildiririk ki, araşdırma ilə bağlı zərurət yarandığı üçün sözügedən müraciət ilə əlaqədar olaraq Sizin internet portalına məlumat verən şəxs və şəxslərin adı, soyadı, ata adı və əlaqə vasitələrinin təqdim edilməsini xahiş edirik”.

Göründüyü kimi Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halların araşdırılması hərtərəfli davam etdirilir. Şəki rayon prokurorluğunun da burada susqun qalması maraqlıdır. Əldə etdiyimiz məlumatlara görə musiqi məktəbində baş verənlərdən rayon prokurorluğunun da xəbəri var. Amma nədənsə Sumqayıt şəhər prokurorluğu kimi hərəkət etməkdə maraqlı deyil.(Aktualinfo.org)
 
 

 


Ardını oxu...
Beyləqan təhsilinə təyin edilmiş rəhbər saxta diplomludurmu deyə sual edirik. Amma “görünən dağa bələdçi nə gərəkdir” hazırda araşdırmamızdan əldə etdiyimiz sənətlərin həqiqiliyinin yoxlanması naminə həmin sənədlərin nüsxəsini Baş Prokurorluğa ünvanlamışıq. Tiktok hesabından Elvin Abbasovun saxta diplomu ilə vəzifəyə gətirilməsinin təfərüatları baxımından bəhs edən məqaləmizə görə, bu gün təhqirdə edildik. Lakin qeyd edək ki, hər bir ərizə sualın bir mərzədə cavabı var. Elvin Abbasov və ya yaxınları olan şəxslər tərəfindən əxlaqsız ifadələrə məruz qalsaqda bunlar peşə fəaliyyətimizi icra etmək üçün maneə deyildir.
Beyləqan Təhsil Sektoruna rəhbər təyin edilən Elvin Abbasov Sevdimalı oğlu eks Təhsil Nazirlərin müraciətlərə baxışı zamanı rədd edilib. Şəxsin nəyinki təhsil sektoruna hətta direktor imtahanlarına qəbuluna qadağa qoyulub. Aparılan islahatlar Elm və Təhsil Naziri Emin Əmrullayevin vasallarının etmədiyinə imza atması bir mənalı qarşılanmayıb. 25.03.2023-cü il tarixində verilmiş əmrlə Elvin Abbasov Sevdimalı oğlu Təhsil Sektor müdiri təyin edilir. Nə təsadüf ki Mİl-Muğan Regional Təhsil Müdiri Rəşad Musayevin təyuin edilməsindən sonra Elvin Abbasovun bəxti gətirməyə başlayıb. E.Abbasovun diplom sahibi olmasına şərait yaratmış mərhum RTŞ müdiri Tofiq Sadıqov olduğuda Beyləqanda bilinən məlumatlarda yer almaqdadır. Hələ Beyləqan Təhsil Şöbəsinin rəhbəri işləmiş Tofiq Sadıqov bir çox qanunsuz əməlləri ilə medianın gündəmindən düşməyən rəhbər şəxslərdən idi. 2023-cü ildən isə onun qanundan kənar əməllərinin biridə vaxtiykən oturduğu kresloya sahiblənib. Nəticəsini Beyləqan təhsili çəkmək məcburiyyətindədir desək yanılmarıq. Buna nümunə olaraq Beyləqan şəhər və kənd məktəblərinin bir çoxunu misal çəkmək olar. Məsələ ilə bağlı detaları isə gələn yazımızda oxuculara təqdim edəcəyik.
Nazirin Elvin Abbasovu Beyləqan Rayon Təhsil Sektorunun rəhbəri vəzifəsinə təyin edilməsi ilə bağlı əmri imzalamasında aparat oyunlarının rolu var. Aparat oyunu əslində illərdir davam edir. Kimi uzaqlaşdırmaq istədikdə və ya harasa vəzifəyə gətirmək cəhdlərində məhs bu aparat oyunları mexanizmi işə düşür. Lakin saxta diplomlu birinin təhsil sektoruna müdir təyin edilməsində kiminsə rolu olmalıdır. Çox maraqlıdır görən bu təqdimatı edən şəxs kimdir? Bu kilid adın nazirin yaxınında olan şəxs olması məlumdur! (yazılarımızda qeyd ediləcək)
Abbasov Elvin Sevdimalı oğlu Azərbaycan Respublikası 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlunun sədrliyi ilə №2-1(82)2963/2016 nömrəli iş üzrə keçirilən prossesi zamanı Təhsil Nazirliyinə sorğu göndərilib. E.Abbasovun diplomunun saxta olub olmaması təsdiqinin təlqin edilməsi üçün vacib olan cavab yubanmadan Təhsil nazirliyindən verilir.
Sorğu: “Azərbaycan Müəllimlər İnistitunun 2004-2009-cu illərdə Abbasov Elvin Sevdimalı oğlunun Coğrafiya ixtisası üzrə təhsilinin olub-olmadığı məhkəmə tərəfindən sual edilib.”
Cavab: “Qeyd edilir ki, Azərbaycan Müəllimlər İnistitunun 2004-2009-cu illərdə Coğrafiya ixtisası üzrə Abbasov Elvin Sevdimalı oğlunun rəsmi Tələbə Qəbulu bazasında heç bir qeydiyyatına rastlanmamışdır. Digər tərəfdən isə həmin sorğuya cavab olaraq ADİU tərəfindən Təhsil Nazirliyinə verilən məlumatda qeyd edilən illərdə tələbə siyahısında Abbasov Elvin Sevdimalı oğlunun adı yoxdur.
Hakimə təqdim edilən sorğuya cavabda qeyd edilən cavab göründüyü qədər “şirinliyin” qarşısında bəs etməyib. Nazirliyin verdiyi cavab şəxsin hər hansı kursda təlimdə iştirakına baxmayaraq onun diplomunun qanuni olmasın təmin edilməsinə izin vermir. Lakin 19 avqust 2016-cı il tarizxində A-774/18-24 saylı Təhsil Nazirliyi tərəfindən göndərilən məktubda buna maddi subutdur.
Ardı gələn yazımızda.(BakuNews.az)
 
Ardını oxu...
Prezident İlham Əliyevin “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” 11 iyun 2018-ci il tarixli Sərəncamına əsasən ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir (stasionar, modul və mobil tipli) kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədilə lazımi tədbirlər görülür. Sərəncamda əksini tapan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin yaradılması (sakinlərin sıxlığı və onlar üçün əlverişli sahələr nəzərə alınmaqla) ilə bağlı məqsədyönlü işlər görülür.
Ardını oxu...
Lakin Qazax rayonunda həmin Sərəncamdan irəli gələn vəzifələrin uğurla icra olunması yolunda bürokratik əngəllər var. Belə ki, Qazaxda 300 kvadrat-metrlik sahəni əhatə edən kəsim məntəqəsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Tovuz Regional İdarəsinin rəisi tərəfindən bağlanılaraq onun əvəzində 80 kvadrat-metrlik yeni müəssisə ilə muqavilə imzalanmışdır. Bu qərar məgər inkişafa hesablanib? Əsla yox!

Bildirilir ki, kəsim məntəqəsinə yollanan qəssablar vəziyyətdən narazıdırlar. Dəfələrlə Qazax ət kəsimi məntəqəsində məhz şəraitsizlik və darısqallıq üstündə qəssablar və obyekt sahibi, eləcə də qida mütəxəssisləri arasında dava düşüb. Qəssablar bildirirlər ki, belə getsə, məntəqədə heyvan yox, insan insanı kəsib öldürəcək.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun bu kimi məsələləri dərhal yerində həll etdiyini eşitmişdik. Əvvəllər olurdu ki, icra başçısı AQTA Tovuz Regional bölməsinin rəisi, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, Rayon Baytarlıq İdarəsinin müdiri ilə birlikdə məntəqəyə baxış keçirirdi. Ət kəsimi və satışı ilə məşğul olan sahibkarların iştirakı ilə məntəqədə mövcud şəraitlə maraqlanırdı. Rayon rəhbəri ət kəsimi və satışı ilə məşğul olan sahibkarları Qazax Ət Kəsimi Məntəqəsinin fəaliyyətindən yararlanmağa çağırırdı, sahibkarlara vətəndaşların sağlamlığının qorunması sahəsində qida təhlükəsizliyi tələblərinə riayət etmələri ilə bağlı tapşırıq verirdi. Amma deyəsən icra basçısının əlaltıları bu dəfə problemin ona catmasına manecilik törədirlər. Yəqin, özlərinin maraqları var.

“Dəryaz” qəzeti redaksiyasına göndərilən video-görüntülərdən məlum olur ki, ağ xalatlı baytar həkim kəsimə gətirilmiş heyvanı diri halında deyil, başı kəsiləndən sonra “müayinə” edir, sonra da cəmdəyin qulağına plombir aləti ilə “sağlamlıq” möhürü vurur. Halbuki, heyvanların tam sağlam olduğuna əmin olduqdan sonra kəsiminə icazə verilməlidir. Heyvanın daxili orqanlarında problemlər aşkarlananda onların istifadəsinə icazə verilməməli, şübhəli məqam olduqda dərhal nümunələr götürülməli, orqanoliptik müayinə üçün laboratoriyaya göndərilməli, yekun cavab gözlənilməlidir.

Məntəqədə çoxlu miqdarda qan gölməçələrinin olması adi hala çevrilib. İşçi sahənin azalması yuxarıda qeyd etdiyimiz kimi, təkcə qəssablar arasında dava düşməsinə səbəb olmur, həm də antisanitariya tədbirlərini effektiv həyata keçirməyə mane olur.

Ümidvarıq ki, bu məqalədən sonra cənab Rəcəb Babaşov işdən hali olacaq. Qidamıza zəhər qatanların bu kimi çirkin oyunlarına rayon rəhbərinin icra başçısının son qoyacağına inanmaq istəyirik.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzini də “Qazax – Ət” ASC -yə dəvət edirik. Çünki göz önündə olan antisanitariyanın vəd etdiyi fəsadlara görə onlar da məsuliyyət daşıyacaqlar.

Deryaz.az
 
 
 

Ardını oxu...
Ötən həftə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət məktəbində yol verilən qanunsuzluqlarla bağlı müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılması barədə məlumat yayıldı. Qeyd edilirdi ki, araşdırma zamanı həmin təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən 2018-ci ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək olan müddətdə faktiki olaraq əmək funksiyalarını icra etməyən müəllimlər tərəfindən tədrisin aparılmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi və əsassız olaraq əmək haqqı ödənilməsi yolu ilə 188 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və əsassız şəhadətnamələr verməklə vəzifə saxtakarlığı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, son vaxtlar Mədəniyyət Nazirliyinə təabeli müəssisələrinin rəhbər vəzifəli şəxslərinin əsasən dələduzluq, mənimsəmə və israf etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı törətmələri barədə ortaya çox faktlar yayılır. Analoji hallara Mədəniyyət Nazirliyinin Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Şəki Uşaq İncəsənət Məktəbində də yol verildiyi barədə məlumatları Aktualinfo.org hələ mart ayında yaymış və aidiyyəti qurumlardan sözügedən məktəbdə araşdırma aparılmasının zəruriliyini vurğulamışdı.

Xatırlatmaq istərdik ki, verilən məlumatlarda Şəki Uşaq İncəsənət Məktəbinin təxmini 30 otağı olmasına baxmayaraq orada 200-ə yaxın müəllim işlədiyi bildirilirdi. Həmşinin qeyd olunurdu ki, belə hesabla hər otağa 6 müəllim düşür. Şəki Uşaq İncəsənət Məktəbinin direktoru dərs saatlarını sənəd üzərində elə mahir bölür ki, dünyanın ən mahir riyaziyatçısı belə ona qibtə edər. Bu qədər müləllimin də balaca məktəbdə işləməsinin bir səbəbi var. Eldar Rəcəbovun pul hərisliyi. Eldar Rəcəbovun iştahı o qədər güclüdür ki, gözü doymur. Dərs saatlarını xırda-xırda parçalayaraq pul alaraq balaca bir məktəbə o qədər müəllim doldurmuşdur ki, müəllimlər heç iş yoldaşlarını belə tanımırlar. 200 müəllimdən ən azı 50-si heç məktəbin yolunu belə tanımır. Belə ki, onlar xalq arasındakı deyimlə “ölü can”lardır. Onlar staj xatirinə pul verərək işə girir və onların kartları daima Eldar Rəcəbovda olur. Eldar Rəcəbov həmin müəllimlərin kartlarını özündə saxlayır və hər dəfə əmək haqqı vurulanda bankomatdan həmin karlardakı əmək haqqını çıxarır. Belə olmasaydı Eldar Rəcəbov 650 manat əmək haqqı ilə özünə 2022-ci il istehsalı olan 55 -763 ağ “Prado” markalı 85 min manat qiyməti olan avtomobil ala bilərdimi?

Uşaq İncəsənət Məktəbi haqqında verilən məlumatlarda həmçinin qeyd edilir ki, Eldar Rəcəbov oğlunu da işlədiyi məktəbə müəllim kimi işə götürərək staji az olmasına baxmayaraq ona çoxlu dərs saatı yazmışdır. Belə ki, onun hazırda 24 saat dərsi var, halbu ki, 20-30 il stajı olan müəllimlərin bu qədər dərs stajı yoxdur. Demək olar ki, oğlu Araz heç məktəbə gəlmir də. Hazırda Eldar Rəcəbovun oğlu ona məxsus yuxarıda qeyd edilən mağzaları işlədir.

Eldar Rəcəbov oğlu ilə də kifayətlənməyib qohumlarına da məktəbdə iş verib. Həmçinin həmin məktəbdə onun qaynı Arzu müəllim və onun oğlu Orxan müıllim də işəyir. Onların özləri də demək olar ki, məktəbdə şəkərbura kimi ildə bir iki dəfə görsənirlər.

Verilən məlumatlarda həmçinin qeyd olunur ki, Mədəniyyət Nazirliyindən dəfələrlə Şəki Regional Mədəniyyət İdarəsinə məktub ünvanlanaraq yaxın qohumların işdən azad edilməsi və ya yerlərinin dəyişdirilməsi tələb olunub. Buna baxmayaraq Eldar Rəcəbov hal-hazıradək oğlunu və digər yaxın qohumlarını işdən azad etməmişdir. Hətta bir neçə ilə öncə Şəki Regonal Mədəniyyət İdarəsinin sabiq müdiri Mirvari Zeynalova ilə buna görə aralarında söz söhbət olmuşdur. Həmin vaxt Mirvari Zeynalova qanunun tələbinə əsasən Eldar Rəcəbovdan oğlunu işdən azad etməyini tələb etməsinə baxmayaraq Eldar Rəcəbov təkidlə oğlunu işdən azad etməmişdir.

Qeyd eək ki, bir mətbuat orqanı olaraq Aktualinfo.org bütün bu kimi məlumatların araşıdırılması məqsədi ilə bir sıra aidiyyəti dövlət qurumlarına müraciət ünvanlamışdır. Hələ aprelin 1-də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsi regional ədliyyə idarəsinə daxil olmuş müraciətə baxılması üçün aidiyyəti üzrə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə göndərilib, müraciətə baxılmasının nəticəsi barədə müraciət müəllifinə cavab verilməsi xahiş olunub.

Lakin üstündən iki aya yaxın vaxt keçməsinə baxmayaraq Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi tərəfindən Şəki Uşaq İncəsənət Məktəbində hər hansı bir yoxlamanın aparılıb, aparılmaması barədə nə redaksiyamıza nə də geniş ictimaiyyətə heç bir açıqlama verilməmişdir.

Qeyd edək ki, Şəki Regional Mədəniyyət İdarəsində ötən ilin iyulunda rəhbər dəyişikliyi edilib. Korrupsioner Mirvari Zeynalovdan sonra idarənin rəisi səlahiyyətini müvəqqəti icra edən Aqaəli Cəlilov ötən il qalmaqallı şəkildə sözügedən vəzifədən kənarlaşdırıldı. Yeni Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə idarənin yeni rəis əvəzi vəzifəsi isə Nargilə Qafarovaya həvalə edilib. Məlumatlara görə Şəki-Zaqatala Regional Mədəniyyət idarəsinə yeni təyin edilən Nargilə Qafarova uzun illər Qəbələdə mədəniyyət sektruna rəhbərlik edib.

Maraqlıdır, uzun illərdir mədəniyyət sektrunda çalışan Nargilə Qafarova Şəki Uşaq İncəsənət Məktəbində baş verən qanunazidd hallara niyə göz yumur? Ən azından Şəki Regional Ədliyyə İdarəsi məktubla Nargilə Qafarovanı məlumatlandırıb. Əldə etdiyimiz qeyri rəsmi məlumatlara görə Regional Mədəniyyət İdarəsi Şəki Uşaq İncəsənət Məktəbində yoxlama aparıb. Amma nədənsə yoxlamanın nəticəsi barədə nə Mədəniyyət Nazirliyinə nə də bir mətbuat orqanı olaraq bizə heç bir məlumat verməyib. Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir? Olmaya məktəbin direktoru Eldar Rəcəbovla dil tapmağa çalışır.

Olsun. Onsuz da biz Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halların araşdırılmasını digər aidiyyəti qurumlar qarşısında da qaldırmışıq. Respublikanın Baş prokurorluğuna ünvanladığımız müraciəti də sözügedən qurum araşdırmaq üçün aidiyyati üzrə Mədəniyyət Nazirliyinə göndərmişdir. Mədəniyyət Nazirliyinin daxili nəzarət və audit şöbəsinin müdiri Cavid Əliyevin redaksiyamıza göndərdiyi məktubda isə deyilir.

“Sizin Şəki Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbovun qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığınız müraciətə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində aidiyyəti üzrə baxılmışdır.

Bildiririk ki, araşdırma ilə bağlı zərurət yarandığı üçün sözügedən müraciət ilə əlaqədar olaraq Sizin internet portalına məlumat verən şəxs və şəxslərin adı, soyadı, ata adı və əlaqə vasitələrinin təqdim edilməsini xahiş edirik”.

Göründüyü kimi Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halların araşdırılması hərtərəfli davam etdirilir. Şəki rayon prokurorluğunun da burada susqun qalması maraqlıdır. Əldə etdiyimiz məlumatlara görə musiqi məktəbində baş verənlərdən rayon prokurorluğunun da xəbəri var. Amma nədənsə Sumqayıt şəhər prokurorluğu kimi hərəkət etməkdə maraqlı deyil.

Aktualinfo.org
 

Dünyapress TV

Xəbər lenti