Ardını oxu...
Zakir Fərəcovun millyonçu müavini Sumqayıtın icra başçısı olmaq istəyir?

"Özümə yer edib gör sənə neylərəm..."


Sumqayıt şəhərində özünü Prezdentin nümayəndəsi kimi təqdim edən Fəzail Hüseyinov ƏSLİNDƏ kimdir?

Bakı və Abşeron ərazisində hektarlarla torpağlara, dəyəri millyonlarla olan villalara sahib olan Fəzail Hüseynovun Dərnəgül ərazisində böyük asfalt zavoduna sahibdir. Novxanıda dəyəri yüz milyonlarla olan əmlakların necə əldə olunması barədə redaksiyamızda kifayət qədər məlumatlar daxil olub.

"Azərbaycan Reallığı" xəbər verir ki, Hələ illər öncə Sumqayıtda Memarlıq və tikinti şöbəsinin rəisi kimi şəhər torpaqlarının talan edilməsində, qanunsuz tikililərin millyonlarla rüşvət hesabına icazə verilməsində Fazil müəllimin böyük rolu olub. Bəzi sahibkarların qanunu mülklərinə yiyələnən Sumqayıt şəhər icra hakimiyyətinin müavini yuxardakı qohumlarının sayəsində toxunulmazlıq qazanıb.

Sumqayıtda ən çox şikayət olunan bu məmurun "mən kimsədən qorxmuram" ifadəsi dillər əzbəri olub. Sumqayıtda özünü prezdentin səlahiyyətli nümayəndəsi kimi təqdim etməkdən çəkinməyən Fazil Hüseynov qısa zamanda onun Sumqayıt Şəhər icra başçısı olması barədə sərəncamın veriləcəyini də bildirir.

Adı çəkilən məmurun Sumqayıt şəhərində bəzi qarşıdurmalarda iştırakçı olması hər kəsə məlumdur. Belə ki, yerli kütləvi informasıya vasitələrində Sumqayıt şəhərində məmurlar haqqında tənqidi yazıların yazılmasında bir başa sifarişçidir. Bir sözlə desək, elə müəllifi Fəzail Hüseynovdur.

Aparılan araşdırmalarda məlum olur ki, Sumqayıt məmurlarının baş bəlasına çevrilən Fəzail müəllim Zakir Fərəcov barəsində gedən tənqidi yazılara görə bəzi xəbər saytının baş redaktorlarının kartlarına pul göndərməyi də özünə qürur hissi bilir.

Müxtəlif yollarla sahibkarları, iş adamlarını hədələyən, onlara qarşı qanunsuz tələblər irəli sürən bu məmurun cəzasızlıqdan yararlanması göz önündədir.

Göz qarşısında özünə dəyəri millyonlarla olan mülklər tikdirən, zavod sahibi olan və digər biznes şəbəkələri formalaşdıran Fəzail Hüseynovun əmlaklarının siyahısını və ünvanlarını növbəti yazımızda təqdim edəcəyik...
Ardını oxu...
Xəbər verildiyi kimi, Səhiyyə Nazirliyinin Ç.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun baş həkimi Rza Səmədov 10 gün əvvəl vəzifəsindən uzaqlaşdırılıb.

AzToday.az-ın əldə etdiyi məlumata görə, Səhiyyə naziri Teymur Musayev baş həkimi yaş senzi səbəbindən işdən uzaqlaşdırıb. Amma Elmi-Tədqiqat Kardiologiya İnstitunun baş həkimin səlahiyyətlərinin icraçısı kimi təyin olunan Azad Hacıyevin də yaş problemi var. Bu baxımdan demək olar ki, A.Hacıyev bu vəzifəni müvəqqəti icra edəcək.

Mediada yayılan məlumatlara görə, sabiq baş həkim Rza Səmədov İnstitutun direktoru Gülnaz Dadaşovanın yaxın adamı kimi tanınırdı. Onun vəzifəsindən uzaqlaşdırılmasının direktorun ciddi narahatlığına səbəb olub. Məhz buna görə G.Dadaşova hazırda İnstitutda “səliqə-səhman” yaratmağa başlayıb. Belə ki, onun özünü sığortalamaq üçün İstitutda aylardır xadimə ştatında olan, lakin tibb bacısı kimi fəaliyyət göstərən Failə Mahmudovanı işdən uzaqlaşdırdığı deyilir.

Azad Hacıyevin fəaliyyətindən də Kardiologiya İnstitutnun əməkdaşları ciddi narazıdır. Onu institutun direktoru Gülnaz Dadaşovanın qanunsuz əmrlərini belə sorğu-sualsız yerinə yetirən şəxs kimi xarakterizə edirlər.

Bir qədər əvvəl Səhiyyə Nazirliyinin institutda apardığı yoxlamalar zamanı ciddi nöqsanlar üzə çıxarılıb və buna görə direktora sərt xəbərdarlıq da edilib. Amma Gülnaz Dadaşova fəaliyyətində heç bir dəyişiklik etməyib. Yenə eyni qaydada institutu idarə etməkdədir. Belə ki, işçilərin məzuniyyət hüquqları kobud şəkildə pozulur. İşçilər istədiyi vaxt yox, məhz direktorun istəyi əsasında məzuniyyətə çıxa bilir. Həmçinin, işçilər 21 günlük məzuniyyət hüququnu birdəfəlik istifadə etmək məcburiyyətində qalıblar. Direktorun xoşuna gəlməyə işçilərin bəziləri məzuniyyətə göndərilməmiş işdən uzaqlaşdırılır. Ümumiyyətlə Gülnaz Dadaşovanın işçilərinin əmək hüquqlarını pozması ilə bağlı mediada çoxsaylı faktlar işıqlandırılıb. Hətta bir-neçə dəfə məhkəmələrdə iddialar qaldırılıb.

Məlumatlı mənbə Səhiyyə Nazirliyinin xəbərdarlıqlarına baxmayaraq, İnstitutun direktoru G.Dadaşovanın işçilərə qarşı əsassız cəza tədbirlərini davam etditdiyini də bildirib:

“O yenə də kollektivlə hesablaşmır, institutda intriqalar yaradır, öz qanunsuz tələblərinə etira edən işçiləri müxtəlif üsullarla işdən uzaqlaşdırmağa davam edir. Heç bir qanuna tabe olmaq istəməyən direktor işçilər arasında ayrı-seçkiliyə yol verir”.

İnstitutun kollektivi G.Dadaşovanın “sağ əli olan” direktor müavini vəzifəsinfə işləyən Azər Mirzəxanlının fəaliyyətindən də narazıdır:

“Cəlilabad rayon ƏƏSMM-nin direktoru işlədiyi vaxtlarda onun adı dəfələrlə korrupsiya işlərində hallanıb. Bu barədə mətbuatda kifayət qədər yazılar gedib. Azər Mirzəxanlı həkimlərə qarşı əsassız, sərt və alçaldıcı tədbirlər həyata keçirir. O, 5 kvadrat metrlik kabinetdə dəyirmi stol yerləşdirərək, 5-6 həkimi bir yerdə oturmağa məcbur edir. Darısqallıq ucbatından hansısa həkim kabineti tərk etmək istədikdə digər həkimlər məcburiyyət ayağa durub hər dəfə ona yol vermək məcburiyyətində qalırlar. Respublikanın hörmətli və təcrübəli kardioloqlarını bu şəraitdə işləməyə məcbur edən direktor müavini Azər Mirzəxanlı özü isə 3-cü mərtəbədə yeganə ventilyasiya mənbəyi olan, işıq verən pəncərələri bağlatdıraraq, özünə dəbdəbəli içərisində hamam-tualeti olan kabinet tikdirir”.

İnstitut əməkdaşları bununla belə tezliklə Gülnaz Dadaşovanın işdən uzaqlaşdırılacağına ümid edir. Onların ümidinə səbəb isə institutda yeni İnvaziv Kardiologiya şöbəsinin yaradılacağı ilə bağlı xəbərlərdir. Ürək xəstəliklərinin müalicəsində hazırda ən vacib sayılan sahələrdən biri olan İnvaziv Kardiologiya ilə bağlı institutda mütəxəssisin olmaması səbəbindən yeni təyin olunacaq rəhbərliyin bu sahədə professional olması şərtdir. Bu səbəbdən institut kollektivi Gülnaz Dadaşovanın tezliklə işdən uzaqlaşdırılacağını gözləyir. Çünki Səhiyyə Nazirliyinin rəhbər şəxsləri belə artıq direktorla bağlı edilən şikayətlərdən bezdiyini dilə gətirirlər…

Ç.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşlarının səsləndirdiyi ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Orxan Məmmədli

AzToday.az
 

Ardını oxu...
"Təzadlar" qəzeti redaksiyasına Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov 7C, mənzil 7-də yaşayan, SOCAR-ın "28 May" NQÇİ-nin QİHN və KTS-nin SKS-də mühəndis vəzifəsində çalışan Abdullayev Elman Nəriman oğlunun şikayət ərizəsi daxil olub.

Şikayətçi yazır:

"Hörmətli redaksiya!

Mən - Abdullayev Elman Nəriman oğlu 2010-cu ildən SOCAR-ın "28 May" NQÇİ-nin QİHN və KTS-nin SKS-də mühəndis vəzifəsində işləyirəm.

Əfsuslar olsun ki, SOCAR və onun bütün sahələrində günümüzdə ümid, cəsarət, sədaqət və güvən kimi mənəvi dəyərlər nə qədər çox vurğulansa da, bu dəyərlərin əvəzinə onların tam əksi olan şeylər gündəlik həyatımızın bir parcası olub. Bunun üçün də SOCAR-ın digər sahələrində olduğu kimi, bizim də işlədiyimiz sahədə uzun müddətdir ardı-arası kəsilməyən, həllini tapa bilməyən, hələ də baş verməkdə davam edən problem və haqsızlıqları diqqətə çatdırmaq istəyirəm.

Bu dəfə sahəmizin rəis müavini İsmayıl Zalovun iştirakı ilə həmişə olduğu kimi, ənənəvi hal xarakteri almış, tez-tez təkrarlanan (demək olar ki, hər həftə) idarə tərəfindən təqib və təhdid xarakterli əmrlərin müzakirəsindən sonra işçilərimiz növbəti dəfə yenə SOCAR məmurlarının gizli himayəsində olan FKQT-dan (Fəhlə kollektiv qidalanma təhcizatı) hesabda "Xəzər İAŞƏ" MMC sayılan şirkətdən narazılıqlarını bildirməli oldular.

İclasdan sonra işçilər tərəfindən qidaların saxlanma ambarına baxış keçirilməsi tələbi rəis müavini İ.Zalov və sosial işlərə cavabdeh olan “komendant” Fuad İsmayılov tərəfindən rədd edilsə də, çoxsaylı isrardan sonra baxışa razılıq verildi.

12.04.2024-cü il tarixdə rəis müavini İ.Zalov, stansiyanın digər nümayəndəsi, stansiyanın bəzi mühəndisləri və işçiləri tərəfindən aparılan baxış zamanı həqiqətən də selofan bağlamanın içərisində qana bulaşmış mənşəyi məlum olmayan, preslənmiş halda, müsəlman mental standartlarından kənar, keyfiyyət sertifikatı olmayan təxminən 20 kq-a qədər ət məhsulu, o cümlədən növbəti gün üçün hazırlanmalı olan menyuya dünənki menyudan qalmış toyuq ətinin hissələri və digər ərzaqlar aşkarlandı.

Bu haqda yerində AKT tərtib edildi və işçilər tərəfindən israrla həmin ət və digər ərzaqların ləğv edilməsi tələbi qoyuldu. Təbii ki, biz işçilərin xeyrinə olan məsələlərin həll olunmamasının arxasında SOCAR-ın bəzi məmurlarının maraq dairələri dayanır. Bizə verilən vədlərə baxmayaraq, həmin məhsullar dolayı yollarla təkrar emal edilərək yenidən istifadəyə buraxıldı. Yenidən bu iş böyük narazılığa səbəb olsa da, nə rəis müavini İ.Zalov, nə də bu işə cavabdeh olan kəslər və heç nəyə məhəl qoymayan özbaşına - özündən razı "Xəzər İAŞƏ" MMC ilə birgə yenidən tutduqları yolu təkrarlamaq qərarını dəyişmədi. Növbəti narazı toplumu susdurmaq üçün rəis müavini İ.Zalova "Xəzər İAŞƏ" MMC-nin xüsusi təlimatla sahəmizə göndərilən yeni aşpazı Nurağa Əliyev tərəfindən təqdim etdiyi menyulardan razı qalmayan işciləri təhdid və susdurmaq üçün "Xəzər İAŞƏ" MMC-nin qadın işçisinə sataşmaq kimi böhtan xarakterli şikayətlər etdildi. Bundan sonra da təşkil edilən böhtanlardan istifadə edərək rəis müavini İ.Zalov öz himayədarı Elman Hacıyev tərəfidən aldığı təlimatların əsasında işçiləri izahatlar almaqla təhdid etməyə başladı.

"Xəzər İAŞƏ" MMC işçiləri dəyişməklə onları "zəif bənd" kimi təqdim edərək, bütün problemləri onların ayağına yazaraq özlərini sığortalamış hesab edir.

Öncə baş vermiş insidentlərdən sonra ertəsi gün 2024-cü il aprelin 12-13-də sahənin rəis müavini İ.Zalov idarə rəisinin müavini Elman Hacıyevdən aldığı təlimat əsasında sahədə tərtib olunan AKT-ın qisasını almaq üçün qeyri-ciddi səbəbləri irad tutaraq işçilərdən təhdidlə izahat tələb etməyə başladı. Bu haqsızlığa, özbaşınalığa, dözməyərək iş yoldaşlarımın tapdanan hüquqlarını qorumaq qərarına gəldim.

Bundan sonra idarənin rəhbərliyi və "Azneft" İstehsalat Birliyinin səlahiyyətli nümayəndələri tərəfindən təhdid olunmağa başladım. Bunu barəmdə verilən töhmətlər və aidiyyəti qurumlara göndərdiyim ərizələr və aldığım cavab məktubları sübut edir.

Hörmətli redaksiya!

Yeri gəlmişkən qeyd edim ki, Səbail rayon prokurorluğuna ünvanladığım məktuba prokurorluq yox, "Azneft" İB-nin Baş direkoru Əli Qurbanov özü cavab verib.

Ə.Qurbanovun imzaladığı cavab məktubunda bildirilir: "Hörmətli Elman Abdullayev! Sizin Bakı şəhəri Səbail rayon prokuroru, baş ədliyyə müşaviri cənab Natiq Əsədova ünvanladığınız 06.02.2024-cü il tarixli oxşar məzmunlu ərizəniz "Azneft" İB-nin aidiyyəti əməkdaşları tərəfindən yerində və sizin iştirakınızla araşdırılmışdır. Ərizənizdə göstərilənlərin araşdırılması məqsədilə "28 May" NQÇİ-nin QİHN və KTS-də fəaliyyət göstərən yeməkxanasına və yeməkxananın mətbəxinə, həmçinin qida məhsullarının saxlanıldığı ərzaq anbarlarına baxış keçirilmiş, işçilərə verilən isti yeməklərin və qida məhsullarının keyfiyyəti araşdırılmış, lakin heç bir neqativ hal aşkarlanmamışdır.

Ərizənizdə qeyd etdiyiniz digər məsələ - gündəlik ayrılan ərzaq məhsullarının dəyərinin nağd olaraq sizə ödənilməsi ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Respublikası Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin SOCAR181000030300030020A00013 nömrəli 06.12.2018-ci il tarixili Əmr-Qərarının 3-cü bəndinə əsasən Neft Daşları ərazisində yerləşən QİHN və KTS-nin SKS-də çalışan, habelə həmin obyektlərə ezam olunan və göndərilən işçilər gündəlik pulsuz isti yeməklə təmin edilir və onlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına uyğun gündəlik yemək xərcləri əvəzinə əlavə ödəniş tətbiq edilmir. Odur ki, gündəlik yemək xərcləri əvəzinə əlavə ödənişin işçiyə ödənilməsi məqsəduyğun hesab edilmədiyindən həmin vəsaitin sizə ödənilməsi mümkün deyildir".

Məsələ ondadır ki, Baş direktor Ə.Qurbanovun mənim ərizəmə verdiyi cavabla sahəmizdə işçilər və sahənin rəhbərliyi, digər mühəndislər tərəfindən 12.04.2024 tarixində tərtib olunmuş ATK tam ziddiyət təşkil edir. Demək olar ki, Ə.Qurbanov özü öz fikirlərini təkzib etir. İllər boyunca SOCAR işçilərinin sosial hüquqlarının kobud şəkildə pozulmsına göz yumur, özbaşınalıq və haqsızlıqlar son 20 ildə pik həddə çatıb.

Hörmətli redaksiya!

04.05.2024-çü il tarixində səhhətimdə yaranan çiddi problem barəsində ərizə və arayışları sizə təqdim etmişəm. Ölkəmizdə səhiyyə və tibbi sığortanın qənaətbəxş olmaması haqda da müəyyən məlumatlar vermişəm. İllərlə məcburi qaydada davam etdirilən məsələlərin həllinin çıxış yolunu - sağlamlığın qarantisini təmin etməkdə görürəm. Qaranti isə SOCAR məmurlarının biznes maraqlarının qurbanı olmamaq və aparılan sosial xidmətin ödənişli olmasını yerində təşkil və təmin etməsidir!

Bütün bu və digər baş verən özbaşınalıqlara son qoyulması üçün "Xəzər İAŞƏ" MMC-nin digər sahələrdə olduğu kimi (məsələn, "Neft daşları"nın yeməkxanası kimi), bizdə də ödənişli xidmət göstərməsini tələb edirik. Eyni zamanda, "28 May" NQÇİ-nin QİHN və KTS-nin kollektivi və öz adımdan illər boyu davam edən - yaradılmış məcburi sosial problemin, işçilərin mənəvi duyğularının aşağılanmasına və iradələrinin sındırılmasına hesablanmış təhdidlərə son qoyulsun!

Hörmətli redaksiya!

Sahəmizdə baş vermiş və baş verməkdə davam edən problerənin müsbət həllinin tapılması üçün 12.04.2024-cü il tarixdə yazılmış aktın alınmasında, o çümlədən 30.10.2023-cü il tarixdə dövlət orqanlarına (eləcə də Səbail rayon prokurorluğuna) ünvanladığım müraciətlərin hələ də cavablandırılmamasına görə və burada toxunduğum problemlərin həllinin tapılması üçün köməklik göstırməyinizi xahiş edirəm".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Bir müddət idi ki,qalmaqallı iş adamı Müqayis Verdiyevdən əsər əlamət yox idi. Son günlər xəbər portallarından yenidən "əldəqayırma" iş adamının səsi gəlməyə başlayıb. Dələduzlara xas olan təcrübəsinə əsaslanaraq münasib zaman seçib Müqayis....

Ölkədə korrupsioner və rüşvətxor məmurlara qarşı ciddi mübarizə başlayıb. İcra başçıları daxil olmaqla nazirlərə qədər dövlət vəsaitlərini mənimsəyənlər, rüşvətə qurşananlar qorxu içindədirlər. Vətəndaşlar sevinirlər baş verənləri müşahidə edərək...

Yaranmış situasiyadan bəhrələnmək üçün, Müqayis Verdiyev kimi dələduzlar da növbəyə dayanıblar. Xüsusilə, icra başçıları ilə həmişə konfliktdə olan Müqayis Verdiyev həbs olunan icra başçılarına qarşı yeni cəbhə açıb.

Həbs olunmamışdan öncə sabiq başçılarla pul problemlərini həll edə bilmədiyi üçün onların həbsindən sonra varlanmaq eşqinə düşüb Müqayis...

Keçmiş palanları açıb tökməklə nələrsə əldə etməyə cəhd edən iş adamı əslində, danışdıqca batdığının fərqində deyil. Söhbət nəinki yüz minlərdən hətta, milyonlardan gedir. Oxucularımıza məlumat üçün bildirək ki M.Verdiyev tikinti biznesi ilə məşğul olub.

O, cinayət məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə həbsdə olub. Həbslərin motivi isə demək olar ki eynidir, mənimsə və dələduzluq. Maraqlıdır, müxtəlif rayonların icra başçılarının, həyata keçirdiyi təmir tikinti işlərinə görə ona borclu olduqlarını israrla qeyd edən iş adamları nədənsə həbsdən çıxandan sonra yenidən növbəti rayonun icra başçısı ilə sövdələşməyə gedərək yeni layihələrə imza atır.

Diqqət çəkən məqamlardan biridə ondan ibarətdir ki, ''təcrübəli iş adamı'' dəyəri milyonlarla ölçülən işləri ortada heç bir hüquqi sənəd olmadan həyata keçirir. İş təhvil veriləndən sonra isə, borc qalmaqalları üzə çıxır. Məlum olub ki M.Verdiyev pulları hissə-hissə alaraq mənimsəyib.

Tikinti işlərinə cəlb olunan fəhlələr və ustalar o cümlədən, tikintini materiallarla təmin edən sahibkarlar onlara çatacaq pulları tələb edərkən M.Verdiyev yaxasını kənara çəkərək həmin rayonların icra başçılarını hədəfə gətirir. Şübhə yoxdur ki icra başçıları ilə M.Verdiyev arasında müəyyən sövdələşmələr olub.

Azərbaycan reallığında hansısa icra başçısının iş adamından müəyyən məbləğdə pullar tələb etməsi başa düşüləndir. Amma M.Verdiyevin iddia etdiyi kimi böyük məbləğlərin ödənilməməsi real görünmür. Görünən odur ki, hər rayonda müəyyən işlər görən M.Verdiyev işlərini başa çatdırdıqdan sonra bir müddət həbsxanaya gedərək ''dincəlir'' və bununla da fəhlələrə və sahibkarlara olan borclarının üstündən xətt çəkir.

Bunun adı təcrübədə klassik dələduzluqdur. Adı dəfələrlə belə qalmaqallarda hallanan M.Verdiyevi artıq hamı tanımağa başlayıb və ağlı başında olan heç kim onunla iş birliyinə getmək istəmir. Bu o deməkdir ki, adı dəfələrlə dələduzluqda və mənimsəmələrdə hallanan M.Verdiyevin gəlir götürdüyü mənbələr məhdudlaşmaqdadır.

Ona görə də pulsuz qalmağa öyrəşməyən dələduz növbəti planlar üzərində işləməyə başlayır. Ona elə gəlir ki həbs olunan icra başçılarının yalandan üzünə durmaqla və onlara şər atmaqla hansısa formada müxtəlif mənbələrdən gəlirlər əldə edəcək. Və yaxud, hələdə vəzifə başında olan icra başçılarına hədə-qorxu gələrək, onları təhdid edərək pul vəsaitləri qoparacaq.

İnternet üzərindən apardığımız araşdırmalar zamanı M.Verdiyevin haqqında kifayət qədər qalmaqallara rast gəlmək mümkündür. Bu barədə materiallar kifayət qədər olduğu üçün bu yazımızda onlara toxunmaq istəmədik. Şübhə etmirik ki, bu materialları araşdırmağa başlasaq M.Verdiyevlə bərabər bir çox icra hakimiyyətlərinin vəzifəli şəxslərinə qədər uzanan geniş bir şəbəkəni ifşa edə bilərik.

İstisna edilmir ki, M.Verdiyev icra hakimiyyətlərində kök salmış özü kimi dələduzlarla əlbir olaraq son günlər yeni planlar üzərində işləyir. Bu planın tərkib hissəsi kimi üzü üzlər görmüş M.Verdiyev ölkə mətbuatında çalışan bəzi tanışlarının xidmətlərindən yararlanmağa başlayıb.

Maraqlıdır ki, “iş adamı” Müqayis Verdiyev öz haqlarını və hüquqlarını hüquq-mühafizə orqanlarında yox, sayt və qəzet redaksiyalarının qapılarında axtarır. Görünən odur ki, Müqayis “pozulmuş və tapdalanmış hüquqlarını” məmurları şantaj etməklə bərpa etməyə çalışır.

Bunun nə ilə bitəcəyini proqnozlaşdırmaq o qədər də çətin deyil. Həmişə olduğu kimi bu dəfədə M.Verdiyev yolunu həbsxanalara salmalı olacaq. Əvvəlki ''poxotkalarından'' fərqli olaraq növbəti qurbanı tapa bilmədiyi üçün türməyə əliboş girib, əliboş çıxacaq.

İstisna olunmur ki, bu dəfə ona cinayət məcəlləsinin fərqli maddələri tətbiq olunsun. Son günlər ölkədə aparılan islahatlar və özünü iş adamı hesab edən bir çoxlarının əsl simasını ortaya çıxardı. Məşhur atalar sözündə deyildiyi kimi ''Qozbeli qəbir düzəldər''.

Azerbaycanrealligi.com
 

Ardını oxu...
Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin adı çəkilən rayonun icra başçısı olmaq üçün bütün yollara əl atır.

YAP Pirallahı rayon Təşkilatının sabiq sədri, hazırda Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsini tutan Manaf Manafovla bağlı məlumat var.

Manaf Manafovla Nərimanov icra başçısı Elgin Həbibullayev arasında gizlin savaş başlayıb. Hər iksi Bakı meri Eldar Əzizovun kadrı olmasına baxmayaraq, Manaf Manafovun icra başçısına qarşı savaşının arxasında onun yerinə göz dikməsi ilə bağlı olduğu deyilir.

"Azərbaycan Reallığı"na daxil olan məlumatda iddia edilir ki, son günlər Nərimanov icra başçısı Elgin Həbibullayev haqqında bəzi media resurslarında dərc edilən neqativ yazılaırn sifarişçisi Manaf Manafovdur.

Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elgin Həbibullayevi hədəfə gətirməklə onu iqtidarın yuxarı dairələrinin gözündən salmaq niyyəti güdür. Mənbəmiz qeyd edir ki, Elgin Həbibullayevdə Manaf Manafovun bu niyyətindən xəbər tutduğu üçün onun üzrəində nəzarəti gücləndirib.

Belə ki, Nərimanov icra başçısı davamlı olaraq rayon ərazisini gəzərək Mənzil Kommunal Təsərrüfat Birliyinin işlərini yoxlayır.

Qeyd edək ki, Nərimanov rayonun bir çox yerlərində zibillik ərazilər mövcuddur. Məhz təmiz olmayan yerləri bəhanə edən Elgin Həbibullayev haqlı olaraq Manaf Manafovun üzərinə gedərək onu sıxışdırır.

Mənbəmiz qeyd edir ki, Manaf Manafov Eldar Əzizovun ona söz verdiyi vədin yerinə yetirilmədiyi üçün iqtidardakı başqa şəxslərlə də gizlin əlaqəyə keçib. Bütün rıçaqlaırnı işə salan Manaf Manafovun hazırda karyerasının yükələcəyi yaxud bitəcəyi nöqtəsinə gəlib çatıb./"Azərbaycan Reallığı"



Ardını oxu...
Abşeron rayonu Masazır qəsəbəsinin "Qurtuluş-93" yaşayış sahəsinin mərkəzində yaşıllıqlar məhv edilərək yerində müxtəlif təyinatlı obyektlər tikilir.

Ərzidə yaşayan sakinlər Tezadlar.az-a bildiriblər ki, may ayının əvvəlindən başlayaraq "Qurtuluş-93" yaşayış sahəsindəki "Ay Store" marketinin qarşısından "Yeni Bakı" yaşayış kompleksi istiqamətində salınmış yaşıllıq məhv edilir və yerində müxtəlif təyinatlı obyektlər tikilir: "Bu günlərdə səhər yuxudan oyandıq ki, yol kənarındakı yaşıllıq məhv edilib, ağaclar kəsilib. Belə gedişlə tezliklə ərazidə ağac, gül kolları qalmayacaq. Xahiş edirik, bizim səsimizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə çatdırasınız".

Sakinlər xəbər verir ki, hazırda dəmir dirəklərin quraşdırıldığı həmin ərazidə xeyli sayda ağac və gül kolları olub. Onlar bunu sübut edən videogörüntü də təqdim ediblər. Həmin videolar bir neçə gündür çəkilib. Videolardan da görünür ki, ərazidə xeyli sayda ağac kəsilərək yerində quraşdırma işlərinə başlanılıb.

Sakinlərin sözlərinə görə, onlar ağacların məhv edilməsinə etirazlarını bildirsələr də, tikiləcək obyektin ərazisini yaşıl torla örtənlərə nəzarət edən şəxsdən bunun səbəbini soruşsalar da, sualı cavabsız qoyaraq ona “gedin işinlə məşğul olun, özünüzə problem yaratmayın" deyib: "Bizə həm də təsir edən odur ki, bir ağacın ətrafına kölgə salması, yaxud ağac halına gəlməsi üçün 5-10 il zaman lazım olur. Ancaq bunlar bir neçə dəqiqənin içərisində bu qədər ağacları məhv ediblər".

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Nizami rayonu ərazisində bir aydır salınmış yaşıllıq baxımsızlıqdan məhv olmaq üzrədir.

TEREF Tribunainfo.az-a istinadən xəbər verir ki, bu barədə yaşıllığın salındığı Nizami rayonu Bəhruz Nuriyev 40 ünvanın yaşayan sakin Elmir Muradov yazıb. O bildirib ki, bağ bir ay əvvəl salınıb, ancaq baxımsızlıqdan ağacların çoxu artıq quruyub:

Sakin bildirib ki, ərazidə çox sayda müxtəlif cür ağaclar əkilib. Ancaq yaşıllıq salındıqdan sonra ərazi bir dəfə də olsun suvarılmayıb. Nizami Rayon İcra Hakimiyyəti yaşıllıqla maraqlanmır, burada quruyaraq məhv olan ağaclar onları narahat etmir:

“Bura bir ay əvvəl salınmış məhəllədi. Bura hələ də bağban təyin edilməyib. Yaşıllıqlar salınandan rayon icra hakimiyyəti bura ilə bir dəfə də maraqlanmayıb. Artıq ağacların əksəriyyəti susuzluqdan quruyub, yaşıllıqların çoxu məhv olub. Dövlətin pulu yenə kimlərsə tərəfindən havaya sovurulmaqdadır. İcra hakimiyyəti 100 min manatdan çox pul xərclənmiş yeni salınan məhəllənin məhv olmasına göz yumur. Ağaclar quruyur, məhv olur, ancaq heç bir aidiyyəti qurumun vecinə deyil”.

Yazıda adı çəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 


 
Ardını oxu...
Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 13/52-nin qarşısındakı həyət evindən yaşadığını bildirən İsmayılov Asif Cavanşir oğlu tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“57 yaşım var. 22.02.2023-cü ildə Sumqayıt Travmatalogiya Xəstəxanasında həkim Emin Yaqubov tərəfindən boyun onurğa əməliyyatı olmuşam. O, mənə boş yerə 3 ay 8 gün ümid verərək, xəstəxanada yatızdırdı. Sonra məlum oldu ki, uğursuz əməliyyat edib. Hansı ki, ayağımla xəstəxanaya getsəm də, araba ilə qayıtdım”.

Hazırda 1-ci qrup əlil olduğunu deyən şikayətçinin sözlərinə görə, 8 aydan sonra vəziyyəti daha da pisləşib: “Bundan sonra Bakıda, Əhmədlidə yerləşən Neyrocərrahiyyə Xəstəxanasına müraciət etdim. Sağ olsun, Rasim həkim məni əməliyyat edib, ölümdən qurtardı. Amma şikəstliyim yenə də qalır. Məni bu günə salan Emin Yaqubov bir dəfə də olsun mənimlə maraqlanmır.

Sumqayıt Travmatalogiya Xəstəxanasında olan özbaşınalıqla bağlı baş həkim Rauf həkimə, Səhiyyə Nazirliyində Səkinə xanıma, TƏBİB-ə, Respublika Prokurorluğuna müraciət etdim. Üstəlik, ərizə ilə Prezident İlham Əliyevə də müraciət etmişəm. Lakin heç bir tədbir görən yoxdur.

Sizdən xahiş edirəm ki, mənim müraciətimi işıqlandırın, bəlkə aidiyyəti qurumlar bir tədbir görər”.
Ardını oxu...
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti 34 ünvanında yerləşən “Artromed” klinikasında biyabırçı hadisə baş verib.

Tribunainfo.az-a şikayətini bildirən Nəsirova Almaz qeyd edib ki, 7 yaşlı oğlu Nəsirzadə Hüseyni “Artromed” klinikasına aparıb. Orada Kamal doktorun müayinəsindən keçən uşağı parazitoloq Alla Rüstəmovaya yönləndiriblər.

Belə ki, qeydiyyat üçün həkim, parazitoloq Alla Rüstəmova uşağın ad soyadını bir neçə dəfə soruşub yazıb, pozub. Azərbaycan dilini bilməyən həkim əsəbləşərək qışqırıb: – “bu necə deməkdir, mən sizi başa düşmürəm” deyib. Ardınca xəstəxanaya gələn Nəsirova Almaz təmkinli şəkildi bildirib ki, “necə başa düşmürsünüz, Nəsirzadə Hüseyn Ruslan oğlu”, – deyərək qeydiyyat üçün adı 4-cü dəfə təkrar edib. Uşağın, Nəsirzadə Hüseynin əlində isə kağız vardı. Həkim Alla Rüstəmova uşağın üstünə bərk şəkildə qışqırır. Qorxusundan anasına qısılan uşaq xəstəxanadan getmək istədiyiini bildirir. Həkim Allah Rüstəmova növbəti kobud hərəkəti edərək kağızları müştərinin üstünə tullayır.

Şikayətçi Nəsirova Almazın sözlərinə görə, həkim Allah Rüstəmova müştərinin üstünə qışqıraraq onlardan rus dilində danışmasını tələb edib. Daha sonra həkim Alla Rüstəmova xəstəxananın kolidorunda rus dilində söyüşlər söyərək təhqiramiz ifadələr işlədir.

Bu azmış kimi həkim Alla Rüstəmova stolu şikayətçinin uşağı Nəsirzadə Hüseyn Ruslan oğlu və valideyni Nəsirova Almazın üzərinə itələyib. Stol xəstəxanaya gələn digər müştəri Sona xanımın ayağına, Nəsirova Almazın isə qarnına dəyib.
Resepşına müraciət edib dərdini deyən şikayətçi bildirir ki, resepşında işləyən işçilər belə qorxaraq dayanmışdı. Sanki xəstəxananın ağası Alla Rüstəmova idi.

Qeyd edək ki, hadisə baş həkimin otağında baş verməsinə baxmayaraq həkim Alla Rüstəmovaya qarşı heç bir tədbir görülməyib.

Digər müştəri Sona xanımın sözlərinə görə, Alla Rüstəmova rus dilini bilməyən hər kəsə qarşı belə kobud davranaraq aqressiv yanaşır.

Şikayətçi sonda bildirib ki, biz Azərbaycanda yaşayayırıq. Xəstəxana və digər müəssisələrdə çalışan hər bir vətəndaş öz ana dilini bilməlidir. Biz öz uşaqlarımızı belə həkimlərə əmanət etsək uşaqlarımız travma alar. Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Belə bir qanun yoxdur ki, xəstəxanalarda müştərilər rus dilində danışsın.

Dəniz Pənahova
 
 

 


Ardını oxu...
“Stalin dövründə sürgün nəticəsində minlərlə insan yurd-yuvasından didərgin düşmüşdü. Bu, zülm aparatının kütləvi şəkildə həyata keçirdiyi cəza mexanizmi idi.

İndisə müasir sürgün metodunu Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov həyata keçirməyə başlayıb. Və elə bir absurd qərarlar qəbul edib ki, ölkənin heç bir xəstəxanasında bu sürgün variantı ağıla gəlməz”.

Respublika Klinik Xəstəxanasının bir qrup tibb işçisi “Arqument.az”a göndərdiyi şikayətdə belə qeyd edir.

Onların sözlərinə görə, Respublika Klinik Xəstəxanası təmirə bağlanır, amma direktorun qəbul etdiyi qərarlar təəccüb doğurur: “Bu təmir səbəbindən E.Qasımovun “dərin planı” nəticəsində xəstəxananın II korpusunun I korpusa köçürülməsinə qərar verilib. Bu da başadüşüləndir. Amma direktorun 1-ci korpusun Bilgəhə köçürülməsi ilə bağlı qərarı olduqca absurddur. Buna heç bir məntiqi izah tapmaq olmur. Soruşan da yoxdur ki, ay başına dönüm, 20 Yanvar hara, Bilgəh hara? Bir qədər əvvəl Nərimanov ərazisində yerləşən 5 saylı Xəstəxanada da təmir işləri aparıldı. İşçi kontingenti çox asanlıqla yaxın ətrafdakı xəstəxanalarda yerləşdirdi. Heç kəs narazı qalmadı”, – deyə tibb işçiləri vurğualyıblar.

Kifayət qədər ironik tonda yazılan müraciət müəllifləri ictimai diqqət çəkmək üçün hadisəni bir az da obrazlı təqdim edirlər: “”Axırıncı aşırım” filmində Kərbəlayının təbirincə desək, heç Yədullanın müsibəti heç belə olmamışdı. Hərçənd, Elviz Qasımovu ictimaiyyət az qala islahatlar həyata keçirəcək biri kimi qəbul edirdi, amma gördülər ki, yanılıblar. Yaxşı ki, Elviz Qasımov Stalin kimi səlahiyyətlərə sahib olmayıb, yoxsa daha qəddar addımlar ata bilərdi. Hər halda, onun son qərarlarından sonra belə qənaətə gəlmək mümkündür. Çünki bu, konkret olaraq sürgündür”.

Müraciət müəllifləri bildirirlər ki, Elviz Qasımovun bu qərarı xəstəxanın həm 1-ci korpusda işləyənlərin, həm vətəndaşların narazılığına səbəb olub: “Çünki ölkənin ən böyük xəstəxanalarından olan və hər gün yüzlərlə insanın müraciət etdiyi “Respublikanski”ni uzaq Bilgəhə köçürmək məntiqsiz və faciəvi qərardır. Hər kəs üçün zülmdür, həm işçilər, həm xəstələr, həm də xəstə yaxınları üçün. Nəzərə alaq ki, qarşıdan isti yay gəlir və xəstələrin həkimlərin qəbuluna düşməsi üçün uzun yol qət edib Bilgəhə getməsi həm işgəncədir, həm də əlavə xərcdir. Hazırda metronun “20 Yanvar” stansiyasına yaxın yerləşməsi hamı üçün xəstəxananı əlçatan edir”.

Ardını oxu...

“Kollektivin işçiləri haqlı olaraq soruşurlar: Bakının əlçatan bir yerində məkan tapılmadı ki, işçilər Bilgəhə sürgün edilir? Hətta bununla bağlı Elviz Qasımova edilən müraciətlər və təqdim olunan ərizələrin zibil qutusuna atıldığı hər kəsə bəllidir. Bu da azmış kimi, direktor özünə yaxın adamlara imtiyaz tanıyıb, onları Bilgəhə göndərmir, təmirə görə 2-ci korpusun yerləşəcəyi 1-ci korpusun yerləşdiyi binada saxlamaqda israrlıdır. Bu da ayrı-seçkilik və öz komandasını kollektivdən fərqləndirmək deməkdir. Təbii ki, bu da narazılığa səbəb olub. Ümumiyyətlə, Elviz Qasımovun nə etmək istədiyi başa düşülmür. Belə bir absurd hərəkət insanları işdən incik və əziyyətə salmaqdır”, – deyə müraciətdə qeyd olunub.

Adlarının açıqlanmasını istəməyən tibb işçiləri (Nəzərə alsaq ki, Elviz Qasımovun direktorluğu dövürdə təxminən il yarım ərzində 450-yə qədər şəxs işdən çıxarılıb) problemlə bağlı, sosial şəbəkələr vasitəsilə ölkə başçısına, Birinci vitse-prezident Mehriban Əliyevaya, Prezidentin köməkçisi Anar Ələkbərova, İcbari Tibbi Sığortanın rəhbəri Zaur Əliyeva, TƏBİB- in rəhbəri Vüqar Qurbanova müraciət ediblər.

Onlar ölkə rəhbərliyindən bununla bağlı addım atılması xahiş edilər. Ümid edirlər ki, bu əsassız “sürgün” dayandırılacaq, I korpus daha əlverişli bir tibb müəssisəsinə köçürüləcək.
 

Dünyapress TV

Xəbər lenti