Ardını oxu...
Şəki Dövlət Regional Kolleci və onun rəhbərliyi barəsində ciddi iddialar səsləndirilib.
Bu iddialar uzun illər həmin təhsil ocağında çalışmış, pedaqoq, musiqiçi Yaqub Yusifovun Bakupost.az -a müraciətində yer alıb.
Onun bildirdiyinə görə, qədim təhsil ənənəsinə malik olan Şəki şəhərində yerləşən kollecdə hazırda təhsildən çox “rüşvət və özbaşınalıq” hökm sürür.
Şikayətçi bildirib ki, tələbələr semestr imtahanlarında müvəffəqiyyət qazanmaq üçün rüşvət verməyə məcbur edilir:
“Tələbələrdən hər semestr 350-500 manat arası pul alınır. Pul verməyənə qiymət yazılmır. Dərslərdə iştirak edən yoxdur, tədrisə münasibət isə faciəvidir”, – deyə o vurğulayıb.
Yaqub Yusifov kollecin direktoru Sərdar Şərifovun və dərs hissə müdiri Sevinc Abdurahmanovanın rəhbərliyi altında tədrisin tamamilə ikinci plana keçdiyini iddia edir. O, rəhbərliyin rüşvətlə diplom verdiyini, dərs saatlarının qanunsuz azaldıldığını və şəxsən ona qarşı qərəzli münasibət göstərildiyini bildirib:
"Məni dərs saatlarımdan məhrum edib, 65 yaşımı bəhanə edərək müəllimlikdən uzaqlaşdırdılar. Daha sonra məktəbdə məni sadəcə piano sazlayan kimi təsdiq etdilər. Bu, açıq-aşkar qisasçılıqdır".
Şikayətçi bildirib ki, o, vaxtilə Avropada fəaliyyət göstərib, Azərbaycanın xarici ölkələrdəki tədbirlərində iştirak edib. Xüsusilə də, 2020-ci ildə Moldovanın paytaxtı Kişinyovda Azərbaycanın birinci xanımı və vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə keçirilən tədbirdə ölkəni təmsil etdiyini kollecin direktoruna bildirsə də, bu fakt heç bir dəyər görməyib:
“Dəvətnaməyə baxıb masanın üstünə tulladı. Dedi, bu sənə lazımdır, mənə yox. Ən azından etik olaraq təşəkkür etməli idi. Bu davranış təhqiramiz və hörmətsiz yanaşmadır.
Bu şəxsin arxasında kim dayanır ki, bu qədər cəsarətlə təhsili satır? Elm və Təhsil Nazirliyinin, Baş Prokurorluğun bu vəziyyətdən xəbəri yoxdurmu?”
O, məsələ ilə bağlı aidiyyəti qurumlara rəsmi müraciət ünvanlayacağını və bu halların araşdırılmasını tələb edəcəyini bildirib.
Məsələ ilə bağlı Şəki Dövlət Regional Kolleci ilə əlaqə saxladıq. Kollecdən Bakupost.az -a bildirildi ki, səslənən iddialarla razılaşmırlar.
“Biz həmin şəxsi 65 yaşı bitdikdən sonra da humanistlik edib işdə saxladıq. Müddətli əmək müqaviləsi ilə 5 il müddətinə işlə təmin etdik.70 yaşı bitdikdən sonra isə müqavilə bağlamadıq”.

 
Ardını oxu...
"Viləşçay" tikinti şirkəti ilə sakinlər arasında baş verən narazılıq böyüyür.

Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən yaşayış kompleksinin sakinlərindən olan İslam Mahmudov Qaynarinfo-ya açıqlamasında "Viləşçay" MTK-nın açıq-aşkar özbaşınalıqla məşğul olduğunu bildirib:

"Yəni heç bir dövlət qanunlarını tanımır, heç bir qanuna riayət eləmir. 2018-ci ildə bina təhvilə getdiyi halda bu adam yenə də hegomonluq edir. Burada bir ailə şirkəti yaradıb, sakinlərin müraciətinə və şikayətinə baxmır. Binanı ata malı kimi istifadə edir. Binanı təhvil verib, pulunu almısan, vəssalam. Bu gün də MTK olaraq binanı idarə edirlər. Əslində idarə etmirlər, camaatdan pul yığırlar, bundan əlavə, onların heç bir xidməti yoxdur”.

İslam Mahmudov vurğulayıb ki, sözügedən binanın sakinləri MMC yaradıb, binanı özləri idarə etmək istəyir:

"Biz 4-5 aydır ki, bu MMC-ni yaratmaq üçün vuruşuruq. Kim sənəd verirsə, MTK ona bir ziyan vurur, gah işığın kəsir, gah qiymətləri qaldırır, əlindən gələn hər pisliyi edir ki, bu MMC yaranmasın. İnsanlara hədə-qorxu gəlir".

İslam Mahmudov "Viləşçay" MTK-nın heç bir əməkdaşı ilə müqavilə bağlamadığını diqqətə çatdırıb:

"Xadimə, mühafizə və s. əməkdaşlarının heç biri ilə müqaviləsi yoxdur. Hamısını qeyri-qanuni işlədir, ayda 300-350 manat verir, halbuki 400 manat maaş yazır. Buradan ev alan sakinlərin heç birinin İsrafil Hüseynovla müqaviləsi yoxdur. Birinə oğlunun, birinə gəlininin, birinə yeznəsinin adını yazıb ki, guya MTK-nın direktoru onlardır. Hamısı ilə də MTK-nın direktoru olaraq müqavilə bağlayıb. Bu binada sənədi yerində olan bir sakin yoxdur. Nəyinsə gücünə binanı idarə edir".

Qeyd edək ki, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 250 mənzildən ibarət "Viləşçay" Yaşayış Kompleksinin sakinləri tikinti şirkətindən narazılıq edir. Bununla bağlı ATV-də süjet təqdim edilib.
 
Ardını oxu...
Nəsimi rayonunun Memar Əcəmi metrosunun yaxınlığında günlərdir qanunsuz tikinti aparılmaqdadır.

Bu barədə mediada dəfələrlə yazılmağına baxmayaraq, aidiyyətı qurumlar və Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə reaksiya vermək istəməyiblər.

Kainat.tv baş verən hadisə ilə bağlı ilginc məlumatlar əldə edib.

Beləki, Nəsimi rayonu, Cavadxan küçəsi Şəki kafesinin ərazisində ağacların kəsilməsi ilə bağlı 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Qafar Ağayev bürokrat tikinti iş adamları ilə yüksək məbləğə anlaşması hadisənin görməzdən gəlməsinə səbəb yaradıb. İddiaya görə çox sayda yaş ağacların kəsilməsinə rəvac verən vəzifəsindən sui-istifadə edən Q.Ağayev açıq şəkildə "yaşıl soyqrım" həyata keçirilməsinə "hə" deyib. Və, hadisəni mediadan gizlətməyə çalışaraq bəzi jurnalistlərlə "separat" danışıqlara girdiyi vurğulanır.

Fəqət ona gələn bir zəngdən sonra durum dəyişib. Mənbənin iddiasına görə gələn zəng media nümayəndəsi olmasına baxmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "sivil inspektoru hesab edilir. Həmin şəxs öncə həmin ağacları kəsdirənlərdən eləcə də gecəyarısı həmin ərazidən videogörüntülər aparararaq sübdən "hesab"ını almış və həmin görüntüləri bir neçə saatdan sonra Qafar müəllimə göndərərək tədbir görülməsini tələb edib və əks halda nazirliyə məlumat verəcəyini və mediyaya çıxarıb prokurorluğa müraciət edəcəyini deyib. Əslində həmin şəxs artıq ETSN-ə və DETX-nin rəhbərinə hadisə ilə bağlı olanları bildirdiyi deyilir. 11 saylı RETSİ - nin rəisi Qafar Ağayev gedişatın belə olması onun əleyhinə işləyəcəyini görüb dərhal tikinti tüccarları ilə olan anlaşmasından vaz keçərək guya apardığı araşdırma zamanı ağaclar təmir-tikinti işləri aparılan zaman kafe sahibi Famil Səfərovun göstərişi ilə kəsilib. Nəticədə təbiətə 11700 manat məbləğində ziyan dəydiyi müəyyənləşib. Qurum rəsmisinin sözlərinə görə, faktla bağlı aprelin 2-də akt tərtib edilib: “Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Əslində bu ədalətsiz açıqlama bir idarə rəisinin acizliyini və vəzifəsini "qazanc"a istifadə etməsindən xəbər verir. Belə olmasaydı paytaxtın bütün ərazilərinində yerin altı və üstünündən anında xəbər tutub qazanca çevirə bilən rəis acabə nədən bu hadisədən günlər sonra xəbər tutaraq bütün günahı yetim bir kafe sahibinə yüklənir? Bilirsiz niyə? - rəisin burda da yeni amacı ortaya çıxır. Həm özünü məsuliyyətdən qurtarmaq, həm də yaşıl sorqrımdan etkilənən ictimai rəyi susdurmaq...!

Paytaxt və rayonlarına eləcədə bir çox ərazilərə Hökmü - Azam olan 11 saylı RETSİ - nin rəisi Qafar Ağayev qazanc təknəsinin çalışması üçün tikinti tüccarları və digər iş adamları ilə hər zaman ittifaqdadır. Bu səbəbdən də Memar Əcəmi metrosunun yaxınlığında Nəsimi rayonunda, Xətai rayonuda, Yasamalda, Sabayılda, Abşeronda, Nizami rayonunda və .s ərazilərdə yaşıllıqların məhv edilməsində yaşanan ekoloji hadisələrə dediyimiz həmin ittifaq maneyə törədir. Bir sözlə səbəb birdir - 11 saylı RETSİ - nin rəisi Qafar Ağayev!
anaxeber
 
Ardını oxu...
Şahabbas Saruxanov dövlət üçün yox, özü üçün qurub-yaradıb.

Azərbaycanda fəaliyyət götərən əksər məmurların bizneslə məşğul olması heç kimə sirr deyil. Aylıq vəzifə maaşları 1000-1500 manat civarında olan məmurların sahib olduqları yüz min, bəzən isə milyonlarla ölçülən obyektlərin hansı vəsaitlə əldə etməkləri ölkə ictimaiyyətini həmişə düşündürüb.

AzFakt.com saytının araşdırması zamanı məlum oldu ki, böyük biznes imperiyasına sahib olan məmurlardan biri də Qusar rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri, baş memar Şahabbas Saruxanovdur.

Uzun illərdir Qusar rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə rəhbərlik edən Şahabbas Saruxanovun Qusar rayonunda xeyli sayda obyekti var.

Maraqlıdır ki, aylıq məvacibi 1000 manat civarında olan Ş.Saruxanovun obyektlərinin dəyəri yüz min manatlarla ölçülür.

Qusarın baş memarının obyektlərindən biri regionda ən böyük taxta sexlərindən biridir. Qusarın Elza İbrahimova küçəsində yerləşən ümumi sahəsi 500 kvadrat olan bu sexin real bazar qiyməti 300 min manatdır.

Baş memarın digər obyekti isə həmin ünvanda yerləşir. İnzibati ofis binası olan bu obyektin isə ümumi sahəsi 100 kvadrat metrə yaxındır. Obyektin qiymətinin 80-110 min manat aralığındadır.

Qusar rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə rəhbərlik edən Şahabbas Saruxanovun digər obyekti isə avtotəmir sexidir.

Bu sex Qusarda ən böyük sexlərdən biridir.

Faktiki ümumi sahəsi 400 kvadratdan artıq olan bu sexin qiymətinin isə 500 min manatdan artıqdır.

Araşdırmamız zamanı o da aydın oldu ki, sadalanan obyektlər Şahabbas Saruxanovun sahib olduğu mülklərin bir hissəsidir.

Onun aqrar və əmlak sahəsində də mühüm biznesi var.

Qeyd edək ki, Azərbaycanda əksər İcra Hakimiyyətlərinin memarlıq şöbələri korrupsiya yuvalarına çevrilib. Bu şöbədə əsasən qanunsuz tikintilərə icazə, meşə, fond, və ümumi istifadədə olan torpaq sahələrinin işbazlara istifadəyə verilməsi maxinasiyaları aparılır.

Hüquq mühafizə orqanları son illər bir neçə rayonunun İcra Hakimiyyətlərinin memarlıq-tikinti şöbələrində əməliyyat keçirərək korrupsiyaya yol vermiş vəzifəli şəxsləri həbs ediblər.

Bu sırada Lənkəran, Abşeron, Goranboy və digər rayonların memarlarını göstərmək olar.
Ardını oxu...
 
 
 

Ardını oxu...
Ağdaş İcra Hakimiyyəti ötən gün keçirdiyi tenderin nəticəsini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, nətəcəyə görə, İcra Hakimiyyəti Ağdaş şəhər İqbal Rzayev, F.Səfərov, Ərəş, Mirzalı Əliyev, M.Ə.Rəsulzadə və Sönməz Məmmədov küçələrində təmir işləri aparacaq.

Açıq mənbələrdə qeyd edilir ki, tenderin qalibi ATF MMC olub. Bununla bağlı şirkətlə İcra Hakimiyyəti arasında 397 min 547 manatlıq müqavilə imzalanıb.
Tribunainfo.az AFT MMC ilə bağlı açıq mənbələr üzərindən apardığı araşdırmalarda maraqlı məqamlara rastlayıb. Belə ki, bu şirkət 2010-cu ildən 2020-ci ilə qədər onlarla tenderin qalibi olub. Bu tenderlərdən qazandıqları isə 75 milyon manat təşkil edib. Təkcə, 2024-cü ildə udduiğu tenderlərin sayı isə 9 olub. Həmin tenderlər üzrə MMC 6 milyon 783 min 838 manat əldə edib.

Məsələnin maraqlı tərəflərindən biri odur ki, şirkət ancaq Ağsu aşırımından o yandakı rayonların tenderlərinin qalibi olub. Yəni, hər nə hikmətdirsə, Balakəndən Ağsuya qədər İcra Hakimiyyətlərinin sifarişlərini yerinə yetirib. Hətta oradan Kürdəmir və ya Ucara belə enməyib.
Ötən il şirkətin ən bahalı tenderi Mingəçevirdə qeydə alınıb. Bu şəhərin İcra Hakimiyyətinə bağlı MKTİB 2024-cü il üçün yolların və səkilərin əsaslı təmir işlərininə görə AFT-yə 2 milyon 161 min 11 manat ödəyib.

İsmayıllı rayon İcra Hakimiyyəti də AFT ilə bir il içində iki dəfə anlaşıb. Tribunainfo.az xəbər verir ki, İcra Hakimiyyəti rayonun İvanovka kəndinin yollarını əsaslı təmir etmək üçün ATF ilə 91 min 511 manatlıq, rayon mərkəzinin yollarının təmiri üçün isə 931 min 724 manatlıq satınalma müqaviləsi bağlayıb.
Sözügedən şirkət Qəbələdə isə Heydər Əliyev prospektini bir ildə iki dəfə təmir edib. Belə ki, Qəbələ İcra Hakimiyyəti bunun üçün MMC-yə 852 min 943 manat pul ödəyib.

Elə Göyçay İcra Hakimiyyətinin şəhərin küçə və dalanlarında asfalt örtüyünün əsaslı təmir işlərinin satınalınması prosesindən də şirkət az qazanmayıb. Məlum olan odur ki, AFT bununla əlaqədar İcra Hakimiyyətindən 1 milyon 63 min 558 manat pul qazanıb.

İndi isə AFT-nin kimə məxsus olması məsələsini araşdırmağa çalışaq. Qeyd edək ki, şirkətin rəsmi saytında 2018-ci ildə yaradıldığı qeyd edilir. Açıq mənbələrdə onun sahiblərinin sayının 3 olduğu və qardaş olduqları bildirilir. Tribunainfo.az xəbər verir ki, bu şirkəti Azad, Təbriz və Faxrəddin Muradov qardaşları yaradıblar. Şirkətin adı da onların adlarının baş hərflərinin birləşməsindən ibarətdir.

Bildirək ki, açıq mənbələrdə şirkətin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədova bu və ya digər formada məxsus olmasına dair məlumatlar var. Belə ki, AAYDA bahalı layihələrin icrasını adətən özü həyata keçirir. Amma “ATF” MMC onun istisnalar siyahısındadır.
Elə bu səbəbdəndir ki, AFT MMC konkret bölgədəki asfaltlama işlərini təkbaşına həyata keçirir. Halbuki AAYDA keçirdiyi tenderlərdə podratçı şirkətlərin adını qeyd etmir.

Maraqlı detallardan biri də budur ki, bir qədər əvvəl şirkət Göyçayda qəribə hadisə baş verib. Rayondakı 17 saylı Yol İstismar İdarəsinin müdiri Rəşad Kərimovu işdən çıxarılıb və onun yerinə “ATF” MMC-nin təsisçilərindən olan Təbriz Muradovun oğlu Tehranı müdir təyin edilib.
Bundan sonra dövlətin idarəsi olan 17 saylı Yol İstismarı İdarəsinin bütün texnikaları qanunsuz olaraq “ATF” MMC-nin tenderdə “udduğu” yol tikintisi işlərinə cəlb edilib.
Bundan başqa, açıq mənbələrdə qeyd edilir ki, “ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilərək məhkəmə qərarı ilə həbs olunub. Rəhbərlikdə isə onu qardaşları Azad və Təbriz Muradovlar əvəzləyib. Buna baxmayaraq, Saleh Məmmədovun agentliyi şirkətlə “işləməyə”, “ATF” də qurumun tenderlərinin rəqibsiz qalibi olmaqda davam edir.
Yazıda adı keçən qurum və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.


Ardını oxu...
Adı müxtəlif qalmaqallarda halanan "Quseynoff" MMC adlı şirkətin sahibi "TikTok" sosial şəbəkə platformasında "Quseynoff_009" ləqəbi ilə tanınan "TikTok"er Emin Hüseyinov bu dəfə əvvələr münasibətdə olduğu Canan adlı müğənnini şantaj etməyə başlayıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə müğənni özü sosial şəbəkə hesablarında video-müraciəti zamanı bunları deyib.

SİTAT: Emin bu səninlə bağlı son danışığımdı. Sən mənimlə tanış olmusan, özünü reklam üçün dəfələrlə videolar çəkib sosial şəbəkə hesablarında paylaşmısan, mənə üzük taxan da, evililik təklif edən də sən olmusan, indi mən pis oldum? Səni bu dəfə ona görə bağışlayıram ki, sənin ailəndə olmuşam, övladlarınla çörək kəsmişəm. Bir daha mənim adımı çəkib şantaj edib hədə-qorxu gəlsən, barəmdə olub-olmazları danışıb məni nüfuzdan salmağa çalışarsansan mən rəsmi olaraq hüquq-mühafizə orqanlarına muraciət edəcəm. Bu işə qanun çərçivəsində baxılsın. Sən məni insanların gözündə nüfuzdan salmağa çalışırsan. Mən də bunu özümə ayıb bilirəm, bununla da sənə sonuncu xəbərdarlığımı edirəm.
Daha sonra mügənni Canan media nüməyəndələri və jurnalistlərdən, səhifə adminlərindən xaiş edib:
"Sizin hər birinizə hörmətim var, sizdən çox xaiş və rica edirəm mənim və o şəxs barəsində hər hansı xəbər paylaşanda, xəbər yazanda mənimlə onun şəkilini yan-yana qoymayın. Sosial şəbəkə izləyicilərindən, öz izləyicilərimdən üzr istəyirəm ki, mən belə bir adama salam vermişəm. Bəzi rəylərdə nə yazırsızsa düz yazırsız, mən özümü qınayıram ki, günah məndə olub insanları düzgün tanıyıb qiymət verə bilməmişəm" - deyə müğənni bildirib.

 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi bir neçə ay bundan əvvəl mətbuatda "Binə" çörək zavoduna məxsus çörəyin içərisindən taxta qırıntısının çıxması haqqında məlumat verilmişdi. Məsələ ilə bağlı AQTA həmin zavodda zavodda yoxlama aparıb və bir sıra nöqsanların aşkar olunduğunu bildirmişdi.

"DİA-AZ"ın xatırlatmasına görə, məlumatda qeyd edilirdi ki,"Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Zaur Şərifov küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən "Binə Çörək Zavodu" MMC-yə məxsus çörək emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

Yoxlama zamanı xəmir yoğurma sahəsində çirkab suyun toplandığı, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı, divar və tavanında bəzi hissələrin tamlığının pozulduğu, emal sahəsinin normativlərə cavab vermədiyi və müvafiq təmizlik işlərinin aparılmadığı məlum olub. Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanların aradan qaldırılmasına dair göstərişlər verilib. Verilən cəzaya və edilən xəbərdarlığa baxmayaraq zavod öz ampulasından əl çəkmək istəmir.

"DİA-AZ" xəbər verir ki, aşağıda təqdim edəcəyimiz fakt "Binə" çörək zavodunun verilən cəzadan nəticə çıxarmadığını deməyə əsas verir.
Ardını oxu...
Aydın olur ki, bu dəfə "Binə"nin sahibi camaata salafan klyok yeməyi məsləhət bilir.

Bəli, aydın olduğu kimi, sözügedən zavodun bişirdiyi çörəkdən salafan klyok çıxıb. İndi vətəndaş bunu bilməsəydi və çörək qarışıq yesəydi... hər halda nəticəsini təxmin etmək o qədər də çətin deyil...

Görünür, dövlət bu xavodu birdəfəlik bağlamalı olacaq...
 
Ardını oxu...
Azərbaycanda fəaliyyət götərən əksər məmurların bizneslə məşğul olması heç kimə sirr deyil. Aylıq vəzifə maaşları 1000-1500 manat civarında olan məmurların sahib olduqları yüz min, bəzən isə milyonlarla ölçülən obyektlərin hansı vəsaitlə əldə etməkləri ölkə ictimaiyyətini həmişə düşündürüb.

AzFakt.com saytının araşdırması zamanı məlum oldu ki, obyektə sahib olan məmurlardan biri də Qəbələ rayon Olimpiya İdman Kompleksinin direktoru Şahismayıl Bayramovdur
Ardını oxu...
Olimpiya İdman Kompleksinin direktoru Şahismayıl Bayramov Qəbələ şəhəri, T.Şirinov küçəsində obyekt tikdirib.

Ümumi sahəsi 150 kvadrat metrə yaxın olan obyektin hazırkı bazar qiyməti 200 min manata yaxındır.

Olimpiya İdman Kompleksinin direktoru Şahismayıl Bayramovun obyekti hansı vəsaitlə inşa etdirməsi xeyli suallar yaradır.

Əldə etdiyimiz digər ilginc məlumatda isə Şahismayıl Bayramovun sabiq Vergilər naziri Fazil Məmmədovun kadrı olduğu bildirilir.

Belə ki, Fazil Məmmədovun nazir işlədiyi dövrlərdə Şahismayıl Bayramov 10 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb.
 
Ardını oxu...
"Sumqayıt" Mənzil-Tikinti Kooperativi (MTK) Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən yaşıllıq ərazisini məhv edir.

Bu barədə Qaynarinfo-ya həmin məhəllədə, ev 1A/3B ünvanında yaşayan sakinlər məlumat veriblər.

Sakinlərin sözlərinə görə, uzun müddətdir ki, "Sumqayıt” MTK bu ərazidə çoxmərtəbəli bina tikmək istəyir. Bu məqsədlə ərazidə əkilmiş ağaclar məhv edilir. "2014-cü ildə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən MTK-ya həmin ərazidə bina tikintisinə icazə verilsə də, sakinlərin ciddi etirazı nəticəsində tikinti dayandırılıb. Biz bu yaşıllığı qorumağa müvəffəq olduq və əraziyə yeni ağaclar əkdik. Hətta Ulu Öndər Heydər Əliyevin adına ağaclar da əkilmişdi. Düşünürdük ki, bu addım şirkətin tikinti planlarını dayandırar, lakin yanılmışıq. Son zamanlar ərazidə yenidən işlərə başlanılıb, sahə hasarlanıb və ağaclar çıxarılıb”, deyə sakinlər bildiriblər.

Qeyd edək ki, 2014-cü ildə Sumqayıt şəhərinin icra başçısı hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Eldar Əzizov olub. O, 2015-ci ildə vəzifəsini Zakir Fərəcova təhvil verib.

Zakir Fərəcov vəzifəyə gəldikdən sonra "Sumqayıt” MTK-nın ərazidə tikinti planları yenidən gündəmə gəlib. 2017-ci ildə Zakir Fərəcov Eldar Əzizovun sərəncamına dəyişiklik edərək, MTK-ya abadlıq işləri aparmaq öhdəliyi qoyub.

Sakinlər bildirirlər ki, ərazidə hər hansı abadlıqdan söhbət gedə bilməz: "Yaşıllığın məhv edilməsi abadlıq deyil".

Onların sözlərinə görə, məsələ ilə bağlı şəhər rəhbərliyinə müraciət olunub, lakin "Sumqayıt” MTK-nın sahibi Aslan Manafov heç bir tərəfin mövqeyini nəzərə almır.

Sakinlər, eyni zamanda, ölkə rəhbərliyinə də müraciət ünvanlayıblar. Həmin müraciəti təqdim edirik:

"Cənab Prezident! Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə 14-cü məhəllədə yaşayan sakinlər "95 ağac” aksiyası keçirərək ərazidə yaşıllıq salmışıq. Ağaclar (xan çinarı, qovaq, şam, söyüd, müxtəlif dekorativ bitkilər və qızılgül kolları) sakinlərin şəxsi vəsaiti hesabına alınıb, əkilib və qulluq edilib. Nəticədə ərazi abadlaşdırılaraq yaşıllığa çevrilib.

Lakin görünür ki, bu təşəbbüs "Sumqayıt” MTK-nın rəhbəri Aslan Manafovu qıcıqlandırır. O, ağacların dibinə müxtəlif maddələr tökdürür, sakinləri hədələyir və yaşıllığın məhv edilməsi üçün müxtəlif üsullara əl atır.

Cənab Prezident, biz bu yaşıllıq zonasında Dövlət Bayrağımızı asmışıq və Sizin portretinizi yerləşdirmişik ki, daim dövlətimizin yanında olduğumuzu göstərək və bu ənənəni gələcək nəsillərə ötürək. Lakin Aslan Manafov ərazini yenidən hasarlatdırıb, ağacları texnika vasitəsilə qəsdən məhv etdirib, su təminatını kəsdirib və əraziyə girişə qadağa qoyub.

Biz bu məsələ ilə bağlı dəfələrlə Aslan Manafova müraciət etmişik, lakin heç bir nəticə əldə edilməyib. O, bu məsələni artıq prinsipə çevirdiyini bildirir. Sizdən xahiş edirik ki, bu məsələni nəzarətə götürəsiniz və yaşıllığın qorunması üçün bizə dəstək göstərəsiniz".


 
Ardını oxu...
Redaksiyamıza evinin qanunsuz söküntüsü və qəzalı vəziyyətə salınması ilə bağlı şikayət daxil olub. “Lux Residence” Məhdud Məsuliyyətli Cəmiyyət qanunsuz söküntü işi aparır.

Siyavuş Əsgərov milli. az-a açıqlamasında bildirib ki, illərdir Yasamal rayonu Kazım Kazımzadə küçəsi 32 ünvanında yaşayır. Evlərin plana düşdüyün eşidəndə o da digərləri kimi sevinib.

“Düşündüm ki, verilən konpensasiya ilə özümə yeni mənzil alaram, ya da elə bu kompleksdən mənə mənzil verərlər. Təssüfki heç də hər şey belə olmadı, “Lux Residence” Məhdud Məsuliyyətli Cəmiyyət mənim evimə heç bir təzminat ödənişi etmədən söküntü aparmaq və evimi əlimdən almaq istəyir.

Məhkəməyə müraciət etdim və məhkəmə mənim haqlı olduğumu nəzərə alaraq qərar çıxardı. Nəsimi rayon məhkəməsinin qərarına əsasən mənim evim və eləcə də eyni zamanda evlə əlaqəli tikililərin sökülməsi məhkəmə tərəfindən “Lux Residence” Məhdud Məsuliyyətli Cəmiyyətə qadağan edilib. Məhkəmənin qərarında sonra isə söküntü işləri daha da sürətlənib, müxətlif yollarla mənə təzyiqlər göstərilir ki, evimdən çıxıb, heç bir təzminat da vermək istəmirlər. “Lux Residence” məhkəmə qərarını heçə sayaraq söküntü işlərini davam etdirir, evimi qəzalı vəziyyətə salıblar, ötən günlərdə yağan yağışlar evin içinə doldu, hazırda isə evin üstünü qanunsuz şəkildə sökürlər. Hər an tikili uça bilər, mən və ailəm söküntü altında qala bilərəm, kömək edin”. “Lux Residence” Məhdud Məsuliyyətli Cəmiyyətlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
Ardını oxu...
Qeyd edək ki, “Lux Residence”direktor Rafael Mirzəyevdir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti