Ardını oxu...
Haqqında saysız-hesabsız şikayətlər olan “Dinamik Ocean” şirkəti Neftçala sakinlərinin yaxalarını qurtara bilmədikləri kabusuna çevrilib.

Yenicag.az xəbər verir ki, sözügedən şirkət vətəndaşların çətin durumundan istifadə edib onları aldadaraq müqavilə bağlayıb, sonra isə öhdəliklərinin heç birini yerinə yetirməyib.

Kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmiş məlumatlara baxdıqda “tək adamlıq” “Dinamik Ocean” şirkətinin qanuni təmsilçisinin Abdullayev Tərlan Tahir oğlu olduğu anlaşılır. Maraqlısı isə budur ki, sakinlərə verilən qəbzlərdə qeyd edilən 050-272-66-33 “qaynar xətt”inə müraciət etdikdə dəstəyi qaldıran “operator” da şirkətin qanuni təmsilçisi olan Tərlan Abdullayevdir.

İnsanların şikayətlərini cavabsız qoyan Tərlan Abdullayev bununla da yetinməyərək vətəndaşları təhqir edir, şəxsiyyətlərini alçaldır. “Day-dayı”lı orta-statistik “işbaz” olduğu anlaşılan Tərlan Abdullayev arxasında dayanan şəxslərə güvənərək daha da irəli gedir, vətəndaşları şantaj və təhdid edir.

Neftçala sakinlərinin sözlərinə görə, onları aldadaraq quraşdırdıqları su təmizləmə qurğuları heç bir işə yarmır, əksinə, suyun keyfiyyətini daha da aşağı salır. Bununla yanaşı, aparat insanlara daha baha qiymətə satılıb. Şirkətin “qaynar xətt”inə zəng edərək bütün bunları dilə gətirən vətəndaşlar isə təhqir, təhdid və şantajla qarşılaşırlar.

Tərlan Abdullayev özünə və ya arxasında duran şəxslərə o qədər güvənir ki, hətta ölkənin məhkəmə və hüquq mühafizə orqanlarını barmağında oynatdığını da gizlətmir. Məhkəmə və hüquq mühafizə orqanlarına müraciət etmək istəyən vətəndaşların önünü kəsərək bu işdən onların zərərli çıxacağı, məhkəmənin şirkətin lehinə qərar verəcəyi, hətta məhkəmə xərclərini də şikayətçinin boynuna qoyacağı ilə bağlı təhdidlər səsləndirir.

Dəfələrlə mətbuatda adı gedən, saysız şikayətlərin obyekti olan “Dinamik Ocean” şirkəti hər şeyə qulaqlarını qapayaraq yenə də öz dələduzluq əməlləri ilə məşğuldur. Şirkət nümayəndəsinin vətəndaşlara söylədiklərindən belə anlaşılır ki, Neftçala, Slayan və Yardımlı bölgələrində onlara “at oynatmağa” xüsusi icazə verilib. Hər halda, vətəndaşlar pozulan istehlakçı hüquqlarının bərpası və şirkətin qanunsuz əməllərinin ifşası üçün artıq gərəkli tədbirləri alacaqlarını bildirirlər.
 
 
 
Ardını oxu...
Bir neçə gün əvvəl Həsən Əliyev (keçmiş İnqilab) küçəsində yerləşən "Bi-Es" VİP estetik mərkəzdə çalışan Günel xanımın "məharətləri"ndən bəhs etmişdik. Həmçinin, qarşı tərəf olaraq onun özü ilə telefon əlaqəsi saxladığımızda bizə imkan vermədən, birnəfəsə tək danışıb dəstəyi asdığını da qeyd etmişdik.

Yazı yayımlandı, hətta bir neçə başqa saytlar da istinad olaraq yayımladı, amma çox keçmədi ki, həmin yazı istinad edən saytların bir neçəsindən sildirildi. Demək ki, Günel xanım boşuna "Mən" demirmiş...
Çox şeylərə qadir olduğunu düşünürmüş.

Bəli, bu cümləyə qədər xanımın könlünü açmaq istədik, çünki burdan sonrakı cümlələrin onun qanını ikinci dəfə qaraldacağını düşünürük.

Niyə ikinci dəfə? Ona da aydınlıq gətirək.
Demək, özünü həkim-kosmetoloq kimi təqdim edərək və göz oxşayan reklamları ilə "gözünü boyayaraq", redaksiyamıza müraciət edən Vüsalə Əliyevanı güzgüyə baxmaq istəməyəcək hala gətirən Günel xanım başqa saytlardan yazını "təmizlədikdən" sonra, anladı ki, bunlar bir işə yaramayacaq, çünki mənbə öz mövqeyində qalır. Ona görə də bütün cəsarətini toplayıb, zəng edib "DogruXeber.az" informasiya agentliyinin rəhbəri Kamal Əsgərova.

"Dərə xəlvət, tülkü bəy" - Aidiyyatı qurumlar hansı maraqlar naminə bunları nəzarətsiz buraxıb ? // VİDEO + FOTO

Qeyd edək ki, rəhbərlə iki saata yaxın davam edən danışığın içərisində xahiş də var, təhdid də var, təhqir də".

Xanım iddia edir ki, 11 il Tibb universitetində oxuyub. Belə olan halda, el arasında zarafatla işlədilən bir cümlə yada düşür, "yaxşı oxusaydı 5-6 ilə bitirərdi".

Unutmadan, hamının 7 il oxuduğu universiteti 11 il oxuyan Günel xanımın əl işini təqdim edək, ardından mövzuya davam edərik.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Şəkildə gördüyünüz "DogruXeber.az" informasiya agentliyinə müraciət edən Vüsalə Əliyevadır. Onun boğaz dərisindəki göyərtilər və qırışlar, aldadıcı reklamları ilə müştəri toplayan Günel xanımın əl işidir.

Halbuki, Vüsalə xanım boğaz dərisindəki "venera halqaları" deyilən iki xətti itirmək üçün kosmetoloqa müraciət etmişdi, bu da nəticə.
Görünür, 11 illik tibb təhsili alan Günel xanım, allergiya yaradan keyfiyyətsiz məhsullardan istifadə edərək, Vüsalə Əliyevanın xarici görünüşünü bərbad vəziyyətə salıb.

İndi də Vüsalə Əliyeva haqlı olaraq etiraz etdiyinə görə, Günel xanım deyir, "O, əxlaqsız qadındır".

Diqqət edin !

Özünü həkim-kosmetoloq kimi təqdim edən Günel adlı xanım Vüsalə Əliyevanın...

1) 600 manata yaxın pulunu alıb, özü də qəbz verməyib ki, bu vergidən yayınmadır.

2). Görünüşünü bərbad vəziyyətə salıb - bu cinayətdir.

3) Özünü də "əxlaqsız" adlandırır - bu da təhqirdir, şərəf və ləyaqəti alçaltmaqdır.

Bütün bunları isə edən xanımın bu sahədə çalışmaq üçün tibbi təhsili, Səhiyyə Nazirliyi tərəfindən rəyi, İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyası varmı-yoxmu bəlli deyil.

Çalışdığı mərkəzdə müdür köməkçisi də deyir ki, "biz yerimizi icarəyə vermişik", bəs onların icarə müqaviləsi varmı?
O, da bəlli deyil.
Günümüzün sarsıdıcı reallığı budur ki, çox zaman tibbin müxtəlif sahələrində sadəcə pul qazanmaq xatirinə çalışan qeyri-peşəkar insanlar qanundan yayınaraq, gizlin fəaliyyət göstərirlər və dövlət vergisindən yayınırlar. Bununla da həm dövlətə, həm də insanların sağlamlıqlarına zərər vururlar.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Bu kimi halların baş verməməsi üçün dövlətin müvafiq qurumları var. Lazımdır ki, həmin qurumlar özlərinə bir balaca zəhmət versinlər, "biz estetik mərkəz deyilik, yerimizi icarəyə verib, pulumuzu alırıq" deyən, "Bi-Es" VİP estetik mərkəzin və Günel xanım da başda olmaqla mərkəzdə tibb sahəsində çalışan bütün şəxslərin fəaliyyətini araşdırıb, hüquqi qiymət versinlər.

P.S: Qeyd edək ki, məsələ ilə bağlı, tərəfimizdən aidiyyatı üzrə qurumlara rəsmi sorğular və materialların bir hissəsi göndərilib.

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 
 

 


 
 

Ardını oxu...

Azərbaycanda restoranda baş verən soyğunçuluqla bağlı sosial şəbəkələrdə kifayət qədər məlumat var.

 

“Milli turizm inciləri... Nabranda yerləşən “Maralgöl”ə ayağınızı basmayın. Biabırçılıq, yiyəsizlik, özbaşınalıq və rəzillik... Müştəriyə davranış mədəniyyəti sıfır, xidmət sıfırın altında. Yemək yemirsənsə, çay içmək qadağandır. Təkid edirsənsə, 20 manat dəyəri olmayan dəstgahı 50 manatdan aşağı olmamaqla götürməyə məcbursan. Hünərin var etiraz elə. Rəhbərlik nazla, istəmədən yaxınlaşır və izahı “mövsümdür, qazanmalıyıq”.

Deyəndə ki, müştərilərinin hesabına guya ad çıxarmısan, bu nə münasibətdir. Söyləyir ki, indi yemək yemək istəyən olsa, deyim ki, çay içən var? Bax, beləcə bu vəziyyətdədir sözügedən obyekt. Çoxları da eyni gündədir. Özünə hörmət edən belə rəzil məkana ayaq basmaz. Sizin hesabınıza ciblərini doldurub, sizi bəyənməyən bu kimi məkanları boykot etmək zamanı çoxdan yetişib” - İTV-nin aparıcısı Saleh Bağırovun sosial şəbəkələrdə yayılan fikirləridir.

Müraciət edən vətəndaş isə deyir ki, istirahət günü yolları Nardaran qəsəbəsinə düşüb.

Orada “İskele” adlı restorana gediblər və peşman olublar. Restoranın müştərisi olan vətəndaşın sözlərinə görə, 3 nəfər olublar. Onlara qarpız, pendir, şor və çörək verilməsini sifariş ediblər.

“Süfrəyə gətirilən qarpızın çəkisi uzağı 1 kilo olardı. Çörəyin çəkisi yarım kiloqram, 200 qrama yaxın şor, 1 kilosu 5 manata olan pendirdən 200 qram, 300 qram Bakı dondurması və 3 manatlıq qazlı su gətirdilər. Təxminən saat yarım orada olduq. Sözün düzü, dəniz sahilinə getmək istəyirdik, lakin hava küləkli idi deyə qarşımıza çıxan ilk restorana “İskele”yə girdik və hələ də peşmanıq ki, yolumuzu oradan saldıq.

Ardını oxu...

Təsəvvür edin ki, süfrədə qeyd olunanlardan başqa heç nə olmayıb, heç bir şey də əlavə sifariş etməmişik. Ofisiant hesabı gətirəndə əvvəlcə gözlərimizə inanmadıq, baxdıq ki, 1 kilo qarpızı bizə 93 manat 50 qəpiyə veriblər. Burada bir səhv olduğunu düşündük. Restoranın başbilənini çağırdıq. Aldığımız cavab “bizdə belədir” oldu. Etirazımıza “kimə istəyirsiz, gedin şikayət edin” formasında reaksiya verildi. Əlbəttə ki, burada hər hansı bir halallıqan söhbətin yersiz olduğunu görüb Vergilər Nazirliyinə şikayət yazdıq. Redaksiyanıza da müraciət etməklə məsələnin ictimailəşməsini, bizim kimi digər vətəndaşların da səhvən “İskele”yə yollarını salmamalarını istədik.

Üstəlik, kassa çekində özlərinin verdikləri daxili çekdə göstərdikləri qarpız-pendir-çörəyin adını da yazmayıblar. Bunun özü də qanunsuzdur”.

Vətəndaşın redaksiyamıza təqdim etdiyi qəbzdən belə aydın olur ki, maksimum 7-8 manat maya dəyəri olan təamlara görə ondan 93 manat 50 qəpik pul alınıb! Bu, fantastika deyil, Azərbaycan restoranlarında hər gün yaşanan soyğunçuluğun qəbzidir.

Ardını oxu...

Gundemxeber.az bildirir ki, musavat.com-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Vergilər Xidməti belə halların qarşısını almalıdır:

“Restoranlarda, xidmət sahələrində, ərzaq dükanlarında, klinikalarda istehlakçıların külli miqdarda soyulması davam edir. Vətəndaşlardan hər gün belə şikayətlər alırıq. Soyğunçuluq baş alıb gedir”.

AİB sədri bildirib ki, restoranlarda baş alıb gedən soyğunçuluğa dövlət qurumlarının adekvat reaksiyası yoxdur.

“Belə aydın olur ki, restoranda müştərilərə əvvəlcədən menyu təqdim olunmayıb. Əlbəttə ki, müştəriyə əvvəldən menyunu təqdim etsəydilər, müştəri görsəydi ki, 1 kilo qarpızı ona bu cür fantastik qiymətə satacaqlar, orada qarpız yeyib-yeməməklə bağlı qərar verərdi. Əminəm ki, müştərinin redaksiyanıza şikayəti də təsdiq edir ki, heç bir müştəri o qiymətə qarpız yeməz. Bu günlərdə 1 kiloqram qarpızın qiyməti 19-20 qəpiyədir. O hesaba görə, alınan pulla 492 kiloqram qarpız almaq mümkündür. Belə bir qiymət necə formalaşıb? Niyə müştərilərə qarşı bu cür qiymət oxumaq var? Niyə müştəriyə əvvəlcədən menyu təqdim edilmir?”

Eyyub Hüseynovun sözlərinə görə, 27 ildir ki, beynəlxalq istehlakçı hüquqları təşkilatları ilə əməkdaşlıq edir:

“Bundan sonra hesabatları geniş şəkildə yazacaq, AİB-ə daxil olan, həmçinin “İskele” restoranından şikayəti də əlavə etməklə detallara varacağam”.

Həmsöhbətimiz olan mütəxəssislər bildiriblər ki, “İskele” restoranının müştəriyə təqdim etdiyi 2 çekdən biri qeyri-rəsmi, daxili çekdir. Üzərində VÖEN yoxdur.

Ardını oxu...
Evimiz kimi yaşadığımız şəhər də bizim simamızdır. Bu şəhərin küçələri evimizə gedən yolların başlanğıcıdır. Lakin əfsuslar olsun ki, utanc yerinə çevrilən zibilliklər artıq küçə boyu antisanitariya yaymaqla insanlara qucaq açan xəstəliklər yaradırlar. Zibilliklərin yaratdığı iyrənc görüntülər ürək bulandırıcı görüntüsü ilə yanaşı üfunət qoxusu da yayır. Vaxtlı vaxtında təmizlənməyən qutular, böyük ərazilərə düzgün hesablanmayan zibil qutusu sayları, obyektlərin qarşı və yan tərəflərində obyekt sahibləri tərəfindən zibilliyə çevrilən küçələr, küçə alverinin zəbt etdiyi ərazilərdə satıcıların yaratdığı zibilliklər sakinlərin haqlı narazılığına səbəb olur. Bununla bağlı Abşeron rayonunun rəsmi qurumlarının heç bir tədbir görməmələri gün kimi aydındır. Yararsız qutular küçələrə səpələnib, geyim üçün ayrılan qutular isə təyinatı üzrə istifadə olunmur. Binaların qarşısını zibil poliqonuna çevirmisiniz. Bunu bilərəkdən edirsiniz yoxsa, çoxmərtəbəli binaları həqiqətən görməzdən gəlirsiz, ay icra nümayəndəliyi?! Bəlkə siz tullantıların ayrı ayrı çeşidlənməsindən məlumatsızsınız?! Nuh əyyəmından qalma zibil qablarının yararsız olduğunu görmək üçün xüsusi bacarığa ehtiyac yoxdur. Kor kor, gör gör...

Hələ zibil daşıma üsulunuz heç bir inkişaf etmiş və ya etməmiş, lap heç bir cırtdan ölkədə belə yoxdur. Belə ki, zibil qablarındakı tullantı yerə tökülür, suyu küçə boyu axıdılır, sonra traktorla zibil maşınına yüklənir. Son dərəcə mükəmməl inkişafdır. Bunu digər dost ölkələrə də layihə kimi də təklif etmək olar.

Zibilliklərin lap zibilini çıxartdığınızdan deyəsən özünüzdə xəbərsizsiniz.

Abşeron rayon İcra hakimiyyəti. İcra nümayəndəliyi, Xırdalan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) bu görüntülər sizin əməyinizin nəticəsidir. Nə vaxt tədbir görmək fikriniz var? Zibilliyin küçə boyu yaratdığı mənzərə, verdiyi xoşagəlməz qoxu sakinlərin həqiqətəndə haqlı olaraq narazılıqlarına səbəb olur.

Şəhərin mərkəzi, Heydər Əliyev prospekti boyunca tutmuş ara küçələrə qədər vəziyyət budur, bəlkə də elə ən yaxşı halı budur.

Abşeron rayonu Xırdalan şəhərinin küçələri sanki zibillik sərgisini nümayiş etdirir.

“SəhərMedia” xəbər portalı olaraq aidiyyatı üzrə icra nümayəndəliyi və Xırdalan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) bununla bağlı ciddi tədbir görəcəyinə ümid edirik.

Məsələ diqqətimizdədir.

Təsisçi: Zaur Qafarov

Materialı təqdim edirik:

 
Ardını oxu...
Tovuzlu iş adamı illərdir yerli məmurlarla mübarizə apardığını deyir.

Mediaxeberleri.Az xəbər verir ki, bölgələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin məmur özbaşınalığından şikayətləri hər həftə mətbuatın səhifələrində yer alır. Bu sahibkarlar deyir ki, şikayətlərin əksəri mərkəzi hakimiyyətə gec çatır, yaxud onlar məlumatlandırılsa da, məktublar yenidən qanunsuzluğu edən yerli icra strukturlarına göndərilir. Nəticədə problemlər həll edilməmiş qalır və sahibkarların narazılığı etiraz dalğasına çevrilir. Bu vəziyyətdə bəzi iş adamları ölkəni tərk edir, digərləri taleyi ilə barışıb sahibkarlıqdan uzaqlaşırlar.

Daha ətraflı videosüjetdə:

 
 
 


Ardını oxu...
Parlament seçkiləri ilə bağlı apardığımız araşdırmalarda haqqında bəhs etdiyimiz isimlərin çoxu bu il də mandatını qorumaq üçün əlindən gələni edirlər.

Sözsüz ki, araşdırma apardığımız insanlarla əlaqəli yazılarımızda onların deputatlıq fəaliyyətinin uğursuzluqlarını dəfələrlə göstərsək də, görünən odur ki, haqqında bəhs etdiyimiz şəxslər “ülvi hisslərlə” bağlı olduqları kreslolarından vaz keçmək istəmirlər.

Yenicag.az-ın qalmaqallı deputatlarla bağlı apardığı araşdırmada indi də Milli Məclisin III, IV, V və VI çağırış deputatı olan Sabir Hacıyevi “qonaq” etdik.

19 ildir deputat olan Sabir Hacıyev, əsasən, parlamentdə susqunluğu ilə yadda qalsa da, o, bütün bunlara məhəl qoymayaraq, yenidən mübarizəyə qoşulduğunu bəyan edib.

88 saylı Göyçay seçki dairəsinin (hazırda 91 saylı Göyçay seçki dairəsidir – red.) 2005-ci ildən deputatı olan Sabir Hacıyev mediada ötən il sədri olduğu Vətəndaş Birliyi Partiyası ləğv edilməsi ilə qalıb. Deyəsən, bir özü, bir də portfeli olan “müxalifətçi” partiyasından vaz keçsə də, deputatlıq şansını itirmək niyyətində deyil.

Xülasə, keçək Sabir Hacıyevin adının mediada hallandığı məsələlərə. Qeyd edək ki, Sabir Hacıyev kifayət qədər imkanı və biznesi olan deputatlardandır. Apardığımız araşdırmalardan da bəlli olur ki, Mərkəzi Amerika ölkəsi olan Belizdə deputat Sabir Hacıyevin ailə üzvlərinin və qohumlarının biznesi məşhurdur. Elə İngiltərə və Maltada da həmçinin…

Dövri mətbuatın məlumatlarında qeyd olunur ki, Sabir Hacıyevin kiçik oğlu Kamal Hacıyev, bir tərəfdən, Karib dənizi, digər tərəfdən də qalın cəngəlliklər ilə əhatələnmiş keçmiş ispan koloniyasında şirkətlərini qeydiyyatdan keçirən zaman 25 yaşı vardı.

“O zaman K. Hacıyev Londondakı “Regent’s Business” məktəbini qlobal biznes menecment ixtisası üzrə yeni bitirmişdi. Bu məktəb Körfəz ölkələri, Asiya və postsovet məkanından olan tələbələr üçün populyardır. Kamal Hacıyevin 2009-cu il fevralın 11-də Belizdə qeydiyyatdan keçirdiyi “Rossmore LTD” və “Firstcity LTD” (qeydiyyat nömrəsi RA000693_81330) şirkətləri Beliz siti şəhərinin Corner Eyre və Hudson küçələrinin kəsişməsindəki “Blake Building” ofis mərkəzində fəaliyyət göstərir. Hər iki şirkətlə bağlı sənədlərdə deputatın oğlu Kamal Hacıyevin adı çəkilir. Həmin şirkətlər üzərindən Londonda daha 3 şirkətin təsis olunduğu da söylənilir”, – deyə məlumatda qeyd olunub.

Yazıdan da göründüyü kimi, S. Hacıyev parlamentdəki kürsüsündə səssiz-səssiz oturaraq, bəzi deputat həmkarları kimi Azərbaycanı çapıb-talamaqdansa, arealını bir az da genişləndirib var-dövlətini Mərkəzi Amerikaya daşımağı daha üstün tutub. Sözsüz ki, bizim deputatların bəziləri Milli Məclisdə xalqın dərdinə yanmaqdansa, özlərinə var-dövlət yığmağı əsas vəzifə ediblər. Belə görünür, Sabir müəllim də öz biznes imperiyasını genişləndirməyi üstün tutub.

Mövzunu davam etdirəcəyik…
 

"1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyevin səylərinin nəticəsi kimi əvvəllər hər il yüzlərlə, sonrakı illərdə illərdə isə hər il mindən artıq gənc Azərbaycanın gələcəyi üçün mühüm olan ixtisaslar üzrə təhsil almaq məqsədilə müsabiqədənkənar qaydada keçmiş Sovet İttifaqının ən nüfuzlu ali məktəblərinə göndərilirdi. 1976-ci ildə mən də Sankt Peterburq (keçmiş Leninqrad) Dövlət Universitetinə göndərildim. Orada mən Şərq fakültəsinin İndoneziya filologiyası bölməsində təhsil alıb “indoneziyaşünas” ixtisasına yiyələndim". Dia-az.İnfo bildirir ki, bu iddia ilə xeyli müddətdir ki, ADU rektoru Kamal Abdulla ilə ədavətdə olan professor Həbib Zərbəliyev çıxış edib.

Ardını oxu...

O daha sonra bunları əlavə edib: "1981-ci ildə Universiteti bitirib Azərbaycana qayıdanda Dövlət Plan Komitəsi məni təyinatla Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutuna göndərdi. Lakin İnstitutda mənə uyğun şöbə olmadığından təyinatdan imtina etdim. O vaxtkı qaydalara görə gənc mütəxəssis müvafiq müəssisədə yerləşdirilməli, işlə təmin edilməli idi. Mənim israrım, Elmlər Akademiyası, Dövlət Plan Komitəsi və Ali Təhsil Nazirliyi rəhbərlərinin birgə səyləri nəticəsində Moskvadan Nəsimi adına Dilçilik İnstitutunda Ümumi və tətbiqi dilçilik sektorunun yaradılmasına icazə almaq mümkün oldu. Beləcə 6 ay səbrlə gözlikdən sonra, nəhayət, 1982-ci ilin əvvəlindən bu institutda elmi fəaliyyətə başladım. O vaxt Kamal Abdullayev orada Türkologiya şöbəsinin əməkdaşı idi. Bizim sonradan şöbəyə çevrilmiş sektora mərhum Aydın Məmmədov rəhbərlik edirdi. Bu sektorda məndən başqa, yaxşı potensialı olan daha 4-5 gənc işləyirdi. Biz tez-tez koridorda elmi mübahisələr aparır, yeni fikirlər irəli sürürdük. Bir dəfə müdirimiz Aydın Məmmədov bizi toplayıb bildirdi ki, siz öz ideyalarınızı koridorda deməyin, yazın, yoxsa buradakı ideya oğruları sizin fikirlərinizi sonra öz adlarından çap etdirirlər. Doğrudan da belə faktlar olmuşdu.
İllər keçdi. Azərbaycan müstəqilliyini bərpa etdi və Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə qayıtdı.
1998-ci ilin mayında anadan olması¬nın 75 illiyi münasibətilə Heydər Əliyevi təbrik etmək üçün onunla görüşmək istəyənlər çox idi. Arzu edənlərin hamısı ilə görüşmək, əlbəttə, mümkün deyildi. Görüş üçün Azərbay¬candan Kənarda Təhsil Almış Mütəxəs¬sislər Təşkilatının üzvlərindən mənim də daxil olduğum bir qrup da müraciət etmişdi. O, unudulmaz gö¬rüş baş tutdu. Söhbət zamanı Ulu Öndər mənim İndoneziya dilini unudub-unutmadığımı soruşdu və unutmamağı, bu dilin bizə lazım olcağını dedi. Elə də oldu. 2007-ci ildə, nəhayət, Azərbaycan Dillər Universitetində “regionşünaslıq (İndoneziya) ixtisası çərçivəsində İndoneziya bölməsini açdıq. İndiyə qədər bu sahə üzrə məzun olmuş yüzdən artıq gənc ölkəmizin, İndoneziya və Malayziyanın müxtəlif strukturlarında, şirkətlərində çalışırlar.
Lakin Universitetin rektoru Kamal Abdullayev mənimlə şəxsi ədavət zəminində artıq bu ixtisas üzrə qəbulu dayandırmışdır və onun Universitetin ixtisasları siyahısından çıxarılması üçün hər cür səy göstərir. Halbuki bu ixtisasın açılması üçün 30 ilə yaxın gözləmək lazım gəlmişdi və Ulu Öndər bu ixtisasın bizə lazım olacağını demişdi. Kamal Abdullayevin şəxsi marağı dövlət marağından üstün olduğundan bu, təəccüblü deyildir. O, göründüyü kimi, Ulu Öndərin onilliklərlə qurduğunu dağıtmaqdan belə, çəkinmir. Bunun xüsusi səbəbi vardır. Bu barədə bir qədər sonra.
Kamal Abdullayev Azərbaycan Dillər Universitetini şəxsi obyekti kimi idarə edir. Rektor olduğu 7 il ərzində ölkə Prezidentinin hər il əmək haqqının qaldırılması haqqında verdiyi sərəncamların əksinə gedərək, müəllimlərin əmək haqqını ümumilikdə 100 manatdan yuxarı qaldırmamış Kamal Abdullayev müxtəlif ölkələrdə Universitetin xeyli sayda mərkəzini yaratmışdır. Xarici ölkələrdə belə mərkəzlərin olması, əlbəttə, yaxşıdır. Lakin buna Universitetin maliyyə potensialı da imkan verməlidir. Əslində isə bu mərkəzlər ölkəyə deyil, Kamal Abdullayevə – onun əsərlərinin xarici dillərə tərcümə edilməsi və reklamına, həm də onun üçün maliyyə silinməsinə xidmət edir.
Kamal Abdullayev reklam xəstəsidir. Onun reklamı ölkə daxilində də fasiləsiz davam edir. Mətbuata verdiyi müsahibələrin, haqqında yazılan yazıların mətnini də o özü diktə edir və ya konturlarını özü cızır.
Mətbuatda belə reklamlarla, müsahibələrlə tez-tez rastlaşıram. Bu günlərdə yorğunluğumu çıxarmaq üçün Kamal Sunalın çəkildiyi filmlərindən birinə baxmaq istədim. Səhvən You tube platformasında deyil, Google platformasında “Kamal” yazan kimi qarşıma Kamal Abdullayevdən bəhs edən böyük sayda yazı çıxdı. “Lənət şeytana!” deyib, onlardan bir-ikisinə baxdım. Bu yazılara keçməzdən əvvəl deyim ki, sonra You tube platformasına daxil olduqda orada da Kamal Abdullayev haqqında xeyli video çıxdı. Bu videolarda Azərbaycan Dillər Universitetinin əməkdaşlarının Kamal Abdullayevin qanunsuz əməllərini ifşa etdiklərinə görə övladları ilə təhdid olunduqlarından, tutduqları vəzifələrdən qanunsuz olaraq uzaqlaşdırıldıqlarından, onun əməkdaşlara qarşı tətbiq etdiyi ağlasığmaz metodlardan çox geniş bəhs olunur.
Qayıdaq Qoogle platformasındakı yazılara. “525-ci qəzet”in 09.06.2023-cü il tarixli nömrəsində dərc olunmuş “Kamal Abdulla: mifik gizlinlərdən intellektual “dansökülən”ə gətirən yol” adlı məqalədə Kamal Abdullayev haqqında çox yüksək fikirlər bildirilir. Qoy olsun. Onun fasiləsiz olaraq özünü reklam etdirməsi barədə Azərbaycan oxucusu yaxşı bilir. Məqalədə diqqətimi başqa bir şey çəkdi. Burada Kamal Abdullayev GƏNC ÖNDƏR kimi təqdim edilir – 73 yaşlı gənc öndər. Heç bir tabu tanımayan Kamal Abdullayev indi artıq özünü ÖNDƏR kimi reklam etdirir. Elə bu səbədən onun Ulu Öndərin onilliklərlə yaratdığının dağıtmağa çalışması heç də təəccüblü deyildir..."

ARDI MÜTLƏQ OLACAQ...
 

Ardını oxu...
“Doğuş zamanı həkim mənimlə çox kobud davrandı. Vururdu, söyürdü, deyirdi “doğ qurtar”, başqa xəstələrim var. Arada da doğuş masasının üstündə qoyub getdi başqa qadını qeysəriyyə əməliyyatı etməyə. Mənim körpəm həkim səhlənkarlığının güdazına getdi”, – şikayətçi deyib.

Qadın Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində başına gələnlərdən danışır.

“Doğuşdan əvvəl təbrik etdilər, sonra dedilər uşaq ölü doğulub”

Şəlalə Abdullazadə avqustun 10-da doğum şöbəsinə gətirilib. Müayinə olunub, 11 saat sonra doğuş başlayıb. Ancaq körpə doğulandan sonra anaya körpənin ölü doğulduğu bildirilib:

“Bətnimdəki körpəm də, mən də sağlam idik. Hamiləliyim normal keçib, tez-tez keçdiyim ultramüayinələr zamanı da bətnimdəki körpənin sağlam, normal olduğu təsdiqlənib. Hətta xəstəxanaya daxil olandan sonra keçdiyim müayinələrin cavabını gətirən işçilərdən biri məni təbrik edib dedi ki, uşaq sağlamdır. Ancaq doğuşdan sonra dedilər ki, körpə ölü doğulub”.

Şəlalə Abdullazadə deyir, körpənin ölümüylə bağlı xəstəxanadan şikayət etdikdən sonra həkim Gülbəniz Vəliyeva hökumətyönlü saytlara müsahibə verərək ailənin özünü günahkar çıxarmağa çalışıb:

“Deyib ki, guya uşaq qohum nikahından olduğuna görə ölü doğulub. Utanmadan yalan danışır, bizə böhtan atır, belə bir vaxtımızda bizi qıcıqlandırır. Buna görə də hüquq-mühafizə orqanları qarşısında ayrıca cavab verəcək”.

“Həkim deyir, əliniz hara çatır, oraya şikayət edin”

Şəlalə Abdullazadənin anası Yasəmən Həmzəyeva deyir, əvvəlcə onlara ananın da, bətnindəki körpənin də normal olduğu bildirilib:

“Uşağın da, ananın da ürək döyüntüsü normal, hər şey qaydasında ola-ola o körpə niyə ölü doğulmalıydı? Xəstəxananın qarşısında gözləyirdik, qızım əvvəl başqa həkimin növbəsinə düşmüşdü. Həmin həkim çıxıb bizə dedi ki, körpə də, ana da sağlamdır, heç bir problem yoxdur, körpə rahat doğulacaq. Dedi ki, mənim iş növbəm bitdiyi üçün doğuşu növbədə olan həkim Gülbəniz Vəliyeva qəbul edəcək”.

“Saatlarla xəstəxananın qarşısından tərpənmədik. Hər dəfə qapıya yaxınlaşıb soruşanda deyirdilər ki, hər şey qaydasındadır, Şəlalə doğuşa hazırlanır. Gecə saat 3-də doğuş olub, uşaq ölüb, ancaq qapıda gözləsək də, bizə bir kəlmə söz deyilməyib. Saat 4-ə qalırdı, xəstəxananın içərisindən zorla öyrənə bildik ki, saat 3-də doğuş olub, uşaq da həyatda yoxdur”, – ana danışır.

Yasəmən Həmzəyeva ağlaya-ağlaya sözünə davam edir:

“İnanın ki, körpə üçün apardıqlarımız hələ də maşının yük yerində qalıb. Əhdimiz, arzumuz vardı, körpəyə şəhid əmisinin adını qoyacaqdıq. Həkim deyir, heç bilirsiz mən kiməm? Gedin hara əliniz çatır, şikayət edin”.

Xəstəxananın doğum şöbəsindən baş verən ölüm hadisəsi ilə bağlı Meydan TV-yə bildirilib ki, 39-40 həftəlik olan körpənin ölü doğulmasının səbəbi məlum deyil:

“Qadın avqustun 10-da, saat 18 radələrində 39-40 həftəlik hamiləliklə xəstəxananın doğum şöbəsinə qəbul edilib. Gecə 3-də çəkisi 3 kiloqram 700 qram, boyu 52 sm olan kişi cinsində ölü uşaq doğulub. Ölümün səbəbi məlum deyil. Ekspertizada müəyyən edəcək”.

Uşaq ölümünü Mingəçevir Şəhər Prokurorluğu da araşdırır.
Ardını oxu...
Qoçuluq zəmanəsidir,bunlarin cilovun çəkib yiğişdiran olmayacaqmi.?
Müsavat partiyasi 31sayli Suraxani ikinci seçki dairəsindən qeydə alimiş namizədi Arzulla Bulud :
31 saylı Suraxanı ikinci seçki dairəsindən qeydə alınmış namizəd olaraq plakatlarımı aidiyyəti olan löhvələrə yapışdırarkan, məntəqə sədri tərəfindən zorakılığa məruz qaldıq.
Belə ki, 285 saylı orta məktəbdə 3-məntəqə , 35,36 və 85 saylı Fizuli Ağcabədi seçki məntəqələri yerləşir.
35 və 36 saylı məntəqəyə aid löhvələr məktəbin həyətində, 85 saylı Füzuli Ağcabədi seçki məntəqəsinə aid löhvə isə yola yaxın yerdə yerləşir.
Biz məktəbin həyətindəki löhvələrə şəkil yapışdırmaq istərkən, dəfələrlə soruşmağımıza baxmayaraq özünü təqdim etməyən Eldar Rüstəmov adlı birisi şəkili yapışdırmağa imkan vermirdi.
Mən soruşdum siz hansı məntəqəyə aidsiz, o da bildirdi ki, "bu üç məntəqə mənlikdir". Dedim, axı elə şey olmur, siz necə üç məntəqənin əvəzinə danışırsız. Qısası, mübahisə yarandı və o, təhqir edərək, söyüş söyüb, əl-qol atmağa başladı.
Gördüm bu adam məni provokasiya çəkmək istəyir, polis çağırmağa məcbur oldum.
Bu cür manyaka, üç məntəqəni (E.C.mənlikdir) necə tapşırıblar. Bu cür tərbiyəsizi, özünü idarə edə bilməyən Eldar Rüstəmovu, məntəqə sdirliyindən kənarlaşdırmağı DSK və MSK-dan tələb edirəm.
Şəkildə də göründüyü kimi bu adam mənə hücum edir.
Özünü idarə edə bilməyən adama (özünün dediyinə) üç- məntəqəni tapşırmaq olarmı?.
TEREF olaraq qarşı tərəfində mövqeyini dərc edə bilərik.
TEREF
Ardını oxu...
Avqustun 9-da təbliğat-təşviqat kampaniyasının başlamasından sonra 4 il ortada görünməyən bəzi namizədlər yenidən görünməyə başlayıb. Onlardan bəziləri deputat kürsüsündə bundan sonra da kök salmaq istəsə də, bəziləri öz yerini gənclərə verməklə özlərinin “səxavətli” addım atmış olduğunu bir növ xalqa göstərməyə çalışırlar.

Əlbəttə ki, xalqın gözü tərəzidir və bu millət 30 illik müstəqillik tariximizdə Milli Məclisdə bir kəlmə də olsun danışmayan, onların dərdlərinə çarə tapmayan deputatları çox yaxşı tanıyır. Elə onların övladlarını da…

Parlament seçkiləri ilə bağlı başlatdığı marafonda Milli Məclisin qocaman deputatı sayılan Fəzail Ağamalı və onun qızı Günay Ağamalı barədə araşdırmanı təqdim edirik.

29 illik parlament təcrübəsi olan Ana Vətən Partiyasının sədri 6 çağırış parlamentdə təmsil olunduqdan sonra nədənsə, özünə “dayan” deməyi bacarıb. Lakin maraqlısı budur ki, cənab Ağamalı dayansa da, formal olaraq bundan sonra da deputatlıq fəaliyyətini davam etdirəcək. 77 yaşlı sabiq parlamentari bu dəfə mandatını qızını hədiyyə vermək niyyətinə düşüb. Fəzail bəy parlamentə olan “eşqindən” vaz keçməyərək, bu dəfə qızının deputat eləmək niyyətindədir.

Bundan əlavə, Fəzail Ağamalının ölkədə “boz kardinal” ləqəbi daşıyan Ramiz Mehdiyevlə yanaşı da adı dəfələrlə hallanıb. Hətta onların adlarını bərabər yazdıqda Mehdiyevin vəzifədə olduğu dönəmlərə aid fərqli fikirlərə rast gəlirik. Həmin fikirlərdən bəzilərini isə xatırlatmağa dəyər:

“Ölkədə həyata keçirilməsi gözlənilən dəyişikliklərə qarşı hər hansı müqavimət istisna edilir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin öz geniş məqaləsində də qeyd etdiyi kimi, əqidəsində müəyyən problemlər olan, tutulan yola sədaqət nümayiş etdirə bilməyən, fəaliyyətində yeniliyi ortaya qoymağı bacarmayan, tükənən məmurlar yeni komandada yer ala bilməyəcək. Hesab edirəm ki, Ramiz Mehdiyevin bu məsələyə aidiyyəti yoxdur. Ramiz Mehdiyev heç vaxt istəməz ki, dövlət qurumları və məmurlar arasında bu cür gərgin münasibətlər olsun”,– deyə cənab Ağamalı bir zamanlar söyləyib.

Xülasə, onun siyasi karyerası, deputatlıq dövrü və gilasın qiymət ilə səsləndirdiyi sensassional fikirlərə toxunub oxucularımızı yormaq istəmirik. Necə deyərlər, keçənə güzəşt… Bizim üçün bu gün maraqlı olan şəxs Fəzail müəllimin öz yerini qızına vermək istəməsidir. Bəli, Günay Ağamalı mediada bir o qədər də tanınan şəxs olmayıb. Əsasən, atasının partiyasında vəzifə tutan, arabir saytlarda açıqlamaları ilə çıxış edən Günay xanım bu dəfə atasının “şotuna” kartlarını açıq oynayaraq, Milli Məclisin deputat kreslosunun əzəmətini də dadmaq istəyir.

Ana Vətən Partiyasından 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalı ixtisasca psixoloqdur. O, eyni zamanda atasının rəhbərlik etdiyi Ana Vətən Partiyasında Qadınlar Şurasının sədridir.

Dövri mətbuatda gedən məlumatlara görə, paytaxtın Nəsimi rayonu, 999-cu məhəllə, Akademik Həsən Əliyev küçəsi 12 D ünvanında yerləşən, ümumi sahəsi isə 617,24 kv.m obyekt xanım Ağamalıya aiddir. Yəni deputat olmaq istəyən Günay xanım həm geniş imkanlara, həm atası tərəfindən ciddi maddi-siyasi dəstəyə sahibdir.

Xanım Ağamalını mediada “məşhur” edən hadisə isə rəhbərlik etdiyi bağçada baş verən və ölkədə ajiotaj yaradan hadisələr olub. Bununla bağlı mediada gedən yazını olduğu kimi təqdim edirik:

“Qeyd edək ki, 2021-ci ildə Günay Ağamalı daha bir qalmaqalla gündəmə gəlib. Türkiyə vətəndaşı Abdurrahman Kumaş 7 yaşlı daun sindromlu övladının bağçada xəsarət alması, eyni zamanda vəd edilən dərslərin keçirilmədiyi üçün “Buta” bağçasının müdirəsi Günay Ağamalıdan pulunu istəmiş, razılaşmaya baxmayaraq, pulu qaytarmaq əvəzinə G.Ağamalı polisə müraciət etmişdi.

Həmin qalmaqal zamanı Türkiyə vətəndaşı atası F. Ağamalının mövqeyini də qınamış və bağça müdirini isə özbaşınalığa görə ittiham etmişdi:

“Günay Ağamalı deputat qızı ola bilər. Amma bu ölkənin qanunları var. Biz qanun çərçivəsində hüquqlarımızı qoruyuruq. Heç kimi şantaj etmirik və belə bir niyyətimiz də yoxdur. Ona görə biz də polisə müraciət etmişik, araşdırıb obyektiv qərar veriləcəyinə inanırıq. Bir məqamı da təəssüflə qeyd etmək istəyirəm ki, Fəzail Ağamalı deputat olmasına baxmayaraq, baş verənlərin təfərrüatlarını bilmədən haqsız fikirlər səsləndirib. Günay Ağamalının qalmaqallı əməlləri daha çoxdur. Onları saymaq üçün vaxt lazımdır”.

Elektron mənbə və media resurslarından əldə etdiymiz digər məlumatlara görə, Günay Ağamalı indi “Buta” adlı QHT yaradıb, fəaliyyətini güncəlləşdirib. Ən maraqlısı isə odur ki, xanım Ağamalı dəxli olmadığı halda, Ümumrusiya Peşəkar Psixoterapiya Liqasının üzvdür. Bir soruşan da yoxdur ki, Azərbaycanda fəaliyyət göstərə-göstərə ümumrusiya QHT-sində sənin nə işin var?

Beləliklə, Günay Ağamalının müdirə olaraq çalışdığı və siyasi fəaliyyət göstərdiyi Bakıdan yox, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olmasının səbəbi gün işığı kimi üzə çıxır. Halbuki, Salyan və digər rayon sakinləri onu heç tanımırlar və daha layiqli namizədə səs verəcəklərini bildiriblər.

Qısacası, baş verənlər mandatı öz uşaqlarına şərait yaratmaq üçün istifadə edənlərin zəli kimi millətin dərisindən əl çəkməməsinin təzahürüdür. Onları başa salmaq lazımdır ki, xalqın səsi onların xüsusi mülkiyyəti deyil.
/Yenicag.az/
 

Dünyapress TV

Xəbər lenti