Ardını oxu...
Azərbaycanda təhsil sahəsinə milyonlarla vəsait ayrılsa da, bu pullar təəssüf ki, lazımı yerlərə və aidiyyatı üzrə xərclənmir. Təbii ki, vəziyyətin bu cür acınacaqlı olmasında birbaşa təhsil sisteminə rəhbərlik edən şəxslər məsuliyyət daşıyır. Təhsil sisteemində rüşvət və anarxiyanın tüğyan etməsi ilə bağlı dəfələrlə tutarlı faktlarla məlumatlar paylaşmışıq. Lakin təəssüflər olsun ki, heç bir nəticə hasil olmayıb.
Paytaxt.org bildirir ki, saytın elektron ünvanına daxil olan məlumatlar sözün əsl mənasında tükürpədici faktlarla doludur.

Belə ki, Sabirabad rayonu Əhmədabad kənd 9 illik ümumi orta məktəbdə baş verənlər nə təhsilimizə, nə də şərəfli peşə sahibləri olan müəllimlərin adına yaraşmır.

Belə ki, təhsil ocağında illərdir bitməyən problemlər hökm sürməkdədir. Məktəb 9 illik olmasına baxmayaraq, bu təhsil ocağında 8-9 cu sinifl şagirdləri demək olar ki, dərsə gəlmirlər.

Ancaq bu, aysberqin sadəcə görünən tərəfləridir. Məktəbdə dərs deyən bəzi müəllimlərin, eləcə də texniki işçilərin dosyesinə nəzər saldıqda, adamın tükləri biz-biz olur. Belə ki, məktəbdə ingilis dilini tədris edən müəllimin ali təhsili olmamasına rəğmən belə vacib bir fəndən dərs keçməsi şok yaradır. Axı ali təhsili olmayan, ingilis dilini bilməyən bir şəxs bu fənni şagirdlərə necə tədris edə bilər? Görünür, Əhmədabad kənd məktəbində hər şey mümkündür.

Bundan başqa, məktəbdə sertifikasiya imtahanından keçə bilməyən müəllimlərin sayı da az deyil. Elə ingilis dili müəllimi də onlardan biridir. Bu azmış kimi həmin müəllimə qonşu kənddəki məktəbdə də eyni fənni tədris edir.

Digər müəllimlərdən birinin isə ümumiyyətlə diplomu olmadığı halda Uşaq Birliyinin rəhbəri vəzifəsində çalışır. Ancaq bütün bu sadalanan faktlar indi yazacağımız reallıqların yanında zəif görünür. Belə ki, Əhmədabad kənd orta məktəbində bir neçə müəllim var ki, onlar haqqında cinayət işi açılıb və hətta mühakimə olunublar.
Məsələn, Muradov Nurəddin Musa oğlu əvvəllər qanunsuz olaraq narkotik maddələrin satışı ilə məşğul olduğu üçün Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə 8 il cəza alıb. Ancaq buna baxmayaraq hazırda adıçəkilən məktəbdə labarant vəzifəsində işləyir.
ŞOK FAKTLAR: Azərbaycanın bu təhsil ocağı məktəbdən daha çox kriminal obyektə bənzəyir - VİDEO/FOTO
Digəri texniki işçi Mayıl Ələzov isə Cinayət Məcəlləsinin 127 ci maddəsi ilə ittiham edilib. Hazırda üzərində bu maddə ilə cinayət işi var. Eyni zamanda daha 2 qadın müəllimənin ayağında elektron qandal olduğu haqda məlumatlar redaksiyamıza daxil olub.

ŞOK FAKTLAR: Azərbaycanın bu təhsil ocağı məktəbdən daha çox kriminal obyektə bənzəyir - VİDEO/FOTO
Beləliklə, məktəb təhsil ocağından daha çox kriminal obyektə bənzəyir. Bütün bu hadisələrdən məktəbin direktoru Şahzadə Şahzəddinov xəbərdar olsa da, məsələni ört-basdır etməyə çalışır. İşin üstü açılanda isə bütün günahları keçmiş direktorun üzərinə atmaqla vəziyyətdən çıxmağa çalışır. Hətta bu azmış kimi direktor günahları Mil-Muğan Regional təhsil idarəsinin üzərinə atmaqdan belə çəkinmir. Ümid edirik ki, sadalanan bu iddialar və faktlarla bağlı aidiyyatı qurumlar tədbir görəcəklər və bir təhsil ocağı kriminal obyekt olmaqdan xilas ediləcək.

/Paytaxt.org

Ardını oxu...
Bakının Binəqədi rayonunda yerləşən 151 saylı uşaq bağçasında körpələrə vaxtı keçmiş məhsulların verilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Bakupost.az xəbər verir ki, İddialara görə, uşaqlara təqdim olunan yumurtaların istifadə müddəti keçib, toyuq əti isə normadan qat-qat aşağı təqdim olunur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məsələni nəzarətə götürüb və qanunvericiliyə uyğun araşdırma aparılacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) isə bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində qidalanma normaları Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tənzimlənir və 151 saylı bağçada da müvafiq araşdırmalar aparılıb, çatışmazlıqlar aşkarlanmayıb.

Ətraflı ATV-nin süjetində:




Ardını oxu...
Azərbaycan Dövlət Dəmir Yolları İdarəsi QSC-də bir müddət əvvəl baş vermiş qalmqal İran mediasına qədər gedib, çıxıb.

Tribunainfo.az xəbər verir ki, podratçı fəhlələrin maaşlarının 10 aydır verilməməsi, habelə onların bank kartlarının status verilməsi məsələsi İranın İLNA Agentliyinin mövzularından biri olub.
İran mediası yazır ki, Azərbaycan Dəmir Yolları QSC-nin texniki binaları üçün podratçı işçilərə bank kartlarının ayrılması təxminən on ay əvvəl podratçının dəyişməsi ilə yaranmış problemdir və maliyyə yükü ucbatından işçilərin maaşları hələ də verilməyib. “Orada çalışan fəhlələr bildirir ki, biz minimum əməkhaqqından istifadə etdiyimiz halda, texniki binalarda məmur və müqaviləli işçilər üçün əməkhaqqı kartı ayrılır və hər dəfə hesablanaraq işçilərin hesabına yatırılır”.
Onun sözlərinə görə, podratçı şirkətin işəgötürəni indiyədək Azərbaycan regionunda müqavilə ilə işləyənlərə bank kartlarını ayırmaqdan və pulunu ödəməkdən imtina edib və bunun səbəbini maliyyə yükü ilə əlaqələndirib. “Fəhlə həmçinin Azərbaycanın texniki binalarında işçilərə bank kartları ayıran dəmir yolu məsul şəxslərinin və rəhbər şəxslərin də məsuliyyətə cəlb olunmasını tələb edib. Birdəfəlik hesablama üsulu, ödəniş müddəti, bank kartlarının podratçı işçilərinə ümumi ödənişi ilə bağlı suallarımızı izah edin ki, narahatlığımızı dayandıraq”.
P.S. Mahşallah olsun, Azərbaycan Dövlət Dəmiryolları İdarəsinin rəhbəri Rövşən Rüstəmov elə problemlər yaradıb ki, artıq İran mediası da dilə gəlməyə başlayıb.
 
Ardını oxu...
Azərbaycanda bəzi şirkətlər mövcud qanunları pozmaqla yanaşı, bir çox hallarda da öz təyinatlarından kənar işlər görməyə də meyillidir.

Tribunainfo.az xəbər verir ki, “Fuga Group” MMC də bu qəbildən sayılır.
Səbəb isə çoxdur. Məsələn, ötən ilin dekabrın sonuna 500 min manat vergi borcu olan şirkət bir neçə tenderin qalibi olub. Belə ki, sözügedən MMC-nin
dövlətə hazırki dövrədək 512 673 manat vergi borcu var. Amma buna baxmayaraq, şirkət son iki ildə 4 tenderə qatılıb. Onlardan ikisi milyonluq tender olub. Şirkət 2023-cü ildə Baş Dövlət Yol Polisi İdarəsi “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin İşıqforlar və ona aid ehtiyyat hissələrinin satınalınmasınə reallaşdırıb və 1 milyon 695 min 271 manatlıq müqavilə bağlayıb. İkinci milyonluq layihə isə “Azərişıq” ASC ilə birgə həyata keçirilib. Belə ki, “Fuga Group” MMC 2 milyon 299 min 757 manatlıq sifarişini yerinə yetirib.
Qeyd edək ki, MMC-nin Nizamnamə kapitalı 60 000 AZN-dir. “FUGA GROUP” MMC 2016-cı ildə təsis edilib. Lisenziya isə 22 aprel 2021-cı il tarixində verilib. Şirkətin rəsmi saytında bildirilir ki, onlar əsaslı tikinti və təchizat üzrə bütün növ xidmətlər göstərirlər.
Buradan iki sual meydana çıxır. Birincisi, külli miqdarda vergi borcu olan şirkət tenderdə iştirak edə bilməz. “Dövlət satınalmaları haqqında” qanunda bununla bağlı açıq bənd var. Amma buna baxmayaraq, 500 min manatddan çox vergi borcu olan şirkət milyonluq tenderlərin nəinki iştirakçısı, həm də qalibi olub.
İkinci sual isə budur ki, tikinti işləri ilə məşğul olan və əsas təyinatı bu olan bir şirkət necə başqa məhsullar satılan tenderin qalibi olub? Normalda “Fuga Group” öz təyinatı üzrə tenderlərə qatılmalıdır. Düzdür, Azərbaycanda tibb, sosial xidmətlər, təmir işləri ilə məşğul olan çox sayda şirkət var ki, özlərinə aid olmayan tenderlərə qatılıb və qalib olublar. Onlardan birinin də “FUGA GROUP” MMC olmasında təəccüblü və qəribə bir şey yoxdur. Lakin məsələ odur ki, təyinatına uyğun olmayan işlərə qarışdıqda, ortaya heç də keyfiyyətli iş çıxmır. Bunu da təcrübə deyir.
“Fuga Group”un bir başqa məsələsi də odur ki, 2016-cı ildən fəaliyyətə başlamasına rəğmən, nə rtəsmi saytında, nə açıq mənbələrdə rəhbərliyi barədə heç bir məlumat yoxdur. Maraqlıdır ki, heç bir strateji əhəmiyyətə malik olmayan şirkət niyə rəhbərliyinin adını gizli saxlayır?
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Fərda Uğur
 
Ardını oxu...
Sumqayıt Bulvar İdarəsinin direktoru Seymur Məmmədov icra başçısı Zakir Fərəcovun qəzəbinə tuş gəlib?

Seymur Məmmədovla bağlı icra başçısına edlən çoxsaylı şikayətlər olduğu bildirilir.

Sumqayıt Bulvar İdarəsinin direktoru Seymur Məmmədovun icra başçısı Zakir Fərəcovun qəzəbinə tuş gəldiyi iddia edilr.

Məsələilə bağlı XALQ daxil olan məlumatda bildirilir ki, Seymur Məmmədovla Sumqayıt icra başçısına xeyli şikayətlər gedib. Belə ki, Seymur Məmmədov köhnə əməllərini Sumqayıt Bulvar İdarəsində davam etdirir. Məlumata görə Zakir Fərəcova Seymur Məmmədovun idarədə “ölü canlar” saxlaması və Sumqayıt bulvarının bəzi yerlərini gizli şəkildə satdığı barədə məlumatlar verilib. İcra başçısının Seymur Məmmədovla bağlı ona verilən məlumatları yoxlatdırdıqdan sonra direktora qarşı qəzəbləndiyi bildirilir.
Ardını oxu...
Mənbə qeyd edir ki, may ayının 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt Bulvarı ərazisində keçirilən ağacəkmə aksiyasında Seymur Məmmədov gözə dəymədi. Bunun səbəb isə Zakir Fərəcovun ona həddindən artıq qəzəbli olması ilə bağlıdır.

Bildirilir ki, Seymur Məmmədov yaxın günlərdə vəzifəsi ilə vidalaşa bilər, hətta direktor etdiyi əməllərə görə hesab sorulacagı bildirirlir.

Qeyd edək ki, bu günə qədər Sumqayıt icra başçısı Zakir Fərəcov onu açıq şəkildə himayə etməsi məlumatlarda qeyd olunur.

Məlumata görə Seymur Məmmədov yaxın ətrafı ilə məclislərdə tez-tez ağsaqqalımız dediyi Zakir Fərəcova etdiyi qulluqlar barədə ağız dolusu danışmaqdan yolulmur. Hətta Sumqayıt İcra başçısının ancaq “qara quzu” yediyini və onun hər həftə Z.Fərəcova və qonaqlarına “qara quzu” göndərməsini dilə gətirdiyi iddia olunur.

Bundan başqa Seymur Məmmədovla bağlı mediada yayılan iddialarda onun həm də Masazır qəsəbəsində “göl” adlanan ərazidə qanunsuz həyət evləri inşa edib satan maklerlərin himayədarlarından biri olduğu bildirilib. Məlumata görə Seymur Məmmədov Sumqayıt Bulvar İdarəsinin direktoru təyin edildkdən sonra da Masazır qəsəbəsində qanunsuz həyət evlərinin tikintisini açıq şəkildə davam etdirib.

Mövzu ilə bağlı Sumqayıt Bulvar İdarəsi ilə əlaqə saxlamaq mümkün olmadı.Yazıda adı keçənlərində mövqeyini dərc etməyə hazırıq.

Məsələ ilə bağlı araşdırmamız davam edir.
 
Ardını oxu...
Nərimanov sakinləri şikayətlərinə baxan yoxdur.

TEREF Barometr.tv-ə istinadən xəbər verir ki, Nərimanov rayonunda bina inşa edən “Şirvanşahlar Residence” sakinlərin şikayətlərini heçə sayır.

Bununla bağlı daha ətraflı videoreportajda:

Qeyd edək ki, “Şirvanşahlar Residence” layihə rəhbəri Tərlan Məmmədovdur.
Ardını oxu...
 
Ardını oxu...
Ölkədə külli miqdarda pul çıxarmaqda günahlandırılan qalmaqallı tikinti şirkətlərindən olan “Diadem” ASC ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.
Ardını oxu...
XALQ xəbər verir ki, “Diadem” ASC-nin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Diadem” tikinti şirkti ilə bağlı işə 25 may tarixində Sumqayıt şəhər Məhkəməsində hakim hakim Ramiz Quliyevin sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.

Qeyd edək ki, “Diadem” ASC müxtəlif təyinatlı tikililərin inşasını həyata keçirir, eləcə də tikinti materiallarının satışı ilə məşğuldur.

Açıq Səhmdar Cəmiyyəti təşkilati formasına baxmayaraq “Diadem”in cəmi 2 səhmdarı var – Nəbiyev Elbrus Ənvər oğlu səhmlərin 75%-nə, Dostumalıyeva Kəmalə Ocaqkişi qızı isə 25%-nə sahibdir. K.Dostumalıyeva təsisçi olmaqla yanaşı həm də şirkətdə menecer vəzifəsi tutur. Yeri gəlmşikən, şirkətin direktoru Dostumalıyev Fuad Azər oğludur ki, o da böyük ehtimalla təsisçilərdən birinin yaxın qohumudur.

Qeyd edək ki, Nəbiyev Elbrus Ənvər oğlu A+CO ASC-nin sahibidir. A+CO şirkəti həmçinin “Pancofee” məhsullarının Azərbaycandakı rəsmi distributorudur.
Ardını oxu...
Həmçinin bildirirk ki, Elbrus Nəbiyev “Kristal Abşeron” MTK-nın Müşahidə Şurasının sədri Mahayət Nəbiyevin qardaşıdır.

Qeyd edək ki, “Kristal Abşeron” Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsus olduğu bilidirilir. Məlumatlarda şirkətlərə oğlu Pərviz Ağalarov rəhbərlik edir. Bu deputat tərəfində təkzib olunmayıb.

 
Ardını oxu...
Qarşıdan çimərlik mövsümü gəlir. Turizmin yaxşı gəlir gətirən qolu sayılan çimərlik potensialının gücləndirilməsinin gözlənildiyi bir məqamda Xəzər dənizinin suyu aktiv şəkildə çirkləndirilməyə davam edir.

TEREF oxu.az istinadən xəbər verir ki, Qaradağ rayonu ərazisində Xəzər dənizinə iri borular vasitəsilə çirkab suları axıdılır.

Sözügedən məsələ bir neçə dəfə gündəmə gətirilsə də, heç bir tədbir görülməyib. Məlumat üçün qeyd edək ki, borulardan birinin altına dəmir sahildə “altlıq” qoyularaq hündürə qaldırılıb və çirkab su təzyiqlə dənizə tökülür.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev hadisə yerində mövzu ilə bağlı Oxu.Az-a danışıb.

O qeyd edib ki, sözügedən məsələ ekosistemə çox ciddi ziyan vurur:

“Xəzərin suyu çəkiləndən sonra gizli borular üzə çıxıb. Bu borular vasitəsilə böyük kütlədə çirkab suları Xəzəri çirkləndirir. Çirkli su 30-40 metr məsafəyə qədər dənizin içərisinə gedir. Nəticədə canlı aləm də məhv olur. Bundan əlavə, oksigen istehsal edən, həmçinin balıqların qida mənbəyi olan yosunlar çirkab sularının təsiri ilə mazuta bulaşıb, sahil qaralmış yosunla doludur.

İstirahət mühiti qalmadığına görə çimərlik potensialı olan ərazi göz görə-görə məhv olur. Bu suların tərkibində elə kanserogen maddələr ola bilər ki, parçalanmadığı üçün müxtəlif canlı aləm nümayəndələri vasitəsilə orqanizmimizə daxil ola bilər. Bu maddələrin yayılmasında xüsusilə küləyi də qeyd etməliyik. Mövcud durum çox böyük fəsadların carçısıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələ ilə bağlı çox ciddi tədbir görməlidir”.
 
 
 
Ardını oxu...
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilib.

TEREF xəbər verir ki, bu barədə Nigar Rəhimova özünün instaqram səhifəsində paylaşım edib.
Ardını oxu...

Sosial şəbəkə istifadəçiləri müğənninin bu medalla təltif edilməsini birmənalı qarşılamayıb və onu qınaq hədəfinə çevirib. Müğənni bundan sonra həmin paylaşımı silib.

Məsələ ilə bağlı müğəninin özü ilə əlaqə saxlamağa çalışdıq. Nigar Rəhimovanın rəsmi instaqram səhifəsində yerləşdirilən əlaqə nömrəsinə köməkçisi olduğunu deəyn bir xanım cavab verdi.

Həmin xanıma jurnalsit olduğumuzu deyib sual ünvanlamaq istəyəndə hansı mövzu ilə bağlı zəng etdiyimizi bilərək izah verməyə başladı:

“Sosial şəbəkələrdə Nigar xanım haqqında artıq-əskik sözlər yazanlar, onun şərəf və ləyaqətini aşağılayanlar qanun qarşısında cavab verəcək”.

Vəsiqənin həqiqətən verilib-verilməməsi ilə bağlı sualımıza isə Nigar Rəhimovanın köməkçisi belə cavab verdi: “Xanım özü dövlətin qulluğunda xidmətindədir. Hər halda dövlətimiz necə qərar veribsə, elə də addım atılıb. Əlavə suala cavab vermək istəmirik”.

“Vətən müharibəsi iştirakçısı” medalı kimlərə verilir?

Bu medalla Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri təltif edilir.Musavat.com
 
Ardını oxu...
Hazırda ölkəmizdə əsas müzakirə edilən və bir çox hallarda “ədalət prinsipi”nin pozulduğuna dair fikirlər səsləndirilən məsələlərdən biri də yükdaşımalarla bağlıdır. Bəllidir ki, sərnişin daşımalarında olduğu kimi, yük daşımalarında da lisenziya tələb olunur və “icazə” müəyyən müddətə verilir.
İcazənin verilməsi, ümumiyyətlə bu sahəyə nəzarəti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) həyata keçirir. Daha əvvəllər bu işə Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) nəzarət edirdi, lakin qurum ləğv edildi və AYNA fəaliyyətə başladı. AYNA müəyən edilmiş qaydalara uyğun olaraq, lisenziya verir və prosesə nəzarət edir. Hətta, icazənin alınması elektron qaydada mümkündür. Bura qədər hər şey normaldır. Normal olmayan isə lisenziyaların verilməsindəki ədalətsizlikdir.
“Van der Val Intl. Transport Bakı” şirkətinə edilən “güzəştlər” bunun real nümunəsidir. Şirkət Niderlandda ofşor şirkəti kimi qeydə alınıb, lakin Azərbaycanda fəaliyyət göstərir və rəhbəri İlqar Rzayevdir. Bu şirkətə Almaniya, Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, Hollandiya, Macarıstan, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Türkiyəyə yükdaşıma üçün ikitərəfli tranzit icazəsi verilib. Verilən icazə digər şirkətlərlə müqayisədə kifayət qədər geniş imkanlar yaradıb. Halbuki, yük daşımaları sahəsində AYNA-dan tranzit icazəsinin alınmasında böyük çətinliklə üzləşən N qədər şirkət var. Açıq mənbələrdə belə şikayətlər saysız-hesabsızdır.
Sual yaranır, “Van der Val Intl. Transport Bakı” şirkətinə niyə “güzəştlər” edilir?
Bunu anlamaq üçün şirkəti rəhbəri İlqar Rzayevin kimliyinə baxmaq lazımdır. İlqar Rzayev Anar Rzayevin qardaşıdır. Anar Rzayev də AYNA-nın İdarə Heyətinin sədridir. Hər şey bu qədər sadə və bəsitdir. Digər şirkətlərə çoxsaylı qadağalar qoyan Anar Rzayev qardaşının rəhbərlik etdiyi şirkətə geniş tranzit icazəsinin verilməsini təmin edib, daha dəqiq desək, qardaşının rəhbərlik etdiyi öz şirkətinə.

Anar Rzayev 1996-cı ilin avqustundan 2013-cü ilin avqust ayına qədər “Van der Val Intl. Transport Bakı” şirkətinin baş direktoru vəzifəsini icra edib. Daha sonra vəzifəyə təyin ediləndə vəzifəsini qardaşına həvalə edib, yəni onun şirkətini qardaşı idarə edir. Anar Rzayevin özünün bu haqda mediaya etiraf açıqlaması da var.
2022-ci ildə Baku TV-yə danışan Anar Rzayev təsdiq edib ki, 1996-2013-cü illərdə “Van der Val Intl. Transport Bakı” şirkətinə rəhbərlik edib:
“Akademik fəaliyyətlə məşğul olduğuma görə, sözügedən şirkətdən ayrıldım. Doğrudur, hazırda sözügedən şirkətə qardaşım İlqar Rzayev rəhbərlik edir. Bu doğrudur ki, qardaşım orda qalıb işləyir. Mənim şirkətlə əməliyyat, maliyyə və digər əlaqələrim yoxdur. Sadəcə qardaşım oranın rəhbəridir”, – deyə Anar Rzayev bildirmişdi.

Hər şey aydındır. Anar Rzayev öz şirkətini qardaşına həvalə edərək, dövlət qurumunda rəhbərliyə başlayıb və vəzifə səlahiyyətlərindən istifadə edərək, qardaşının idarə etdiyi öz şirkətinə yükdaşımalardan daha çox pay ayırır. Anar Rzayevin məlum açıqlaması, “Van der Val Intl. Transport Bakı” şirkətinə qardaşı İlqar Rzayevin rəhbərlik etməsi və özünün rəhbərlik etdiyi AYNA-nın bu şirkətə geniş tranzit haqları verməsi bütün suallara aydınlıq gətirir.
/demokrat.az/
 

Dünyapress TV

Xəbər lenti