Ardını oxu...
DGK nə üçün yeni inzibati binaya köçmür ?
İşin içində böyük iş varmış
Uzun müddətdir ki, Dövlət Gömrük Komitəsinin inzibati binasının tikintisi başa çata bilmir. Azərbaycan reallığında olub ki bir mərkəzi icra qurumunun hesabına tikilən inzibati binaya başqası sahib çıxıb. Odur ki DGK-nın da hansısa qurumlarla birləşəcəyi fikirləri gündəmdən düşmürdü.
Az qala sabiq sədr Səfər Mehdiyevin dövründən hazır olan binaya köçün ləngiməsi səbəbləri ilə maraqlandıqda maraqlı bir mənzərə ilə rastlaşdım.
Qlobal Uptime İnstitutunun rəsmi internet resursundan görsənir ki, sən demə DGK yeni inzibati binada həm də Tier III səviyyəli nəhəng bir Data Mərkəz qururmuş.
Uptime İnstitutu Data Mərkzələrin performansını, etibarlılığını və səmərəliliyini artırmağa yönəlmiş qlobal bir təşkilatdır.
Data Mərkəzlərin dizaynı, tikintisi və fəaliyyəti üçün beynəlxalq səviyyədə qəbul edilmiş Tier Standartı da bu quruma məxsusdur.
İndi bu qurum deyir ki, DGK Tier III standartlı data Mərkəz qurur.
Maraqlı tərəf isə ondan ibarətdir ki, DGK-nın bu addımı Prezidentin Hökumət Buludu ilə bağlı Fərmanı ilə daban-dabana ziddir.
Həmin Fərmana görə səmərəlilik və optimallaşma, xərclərin azaldılması və təhlükəsizlik baxımından dövlət resursları vahid bir Hökumət Buludunda saxlanılmalıdır.
Son zamanlar da dövlət büdcəsindən Hökumət Buludunun operatoru olan AzİnTelecom şirkətinə hökumətin Tier III səviyyəli Data Mərkəzinin inkişafı üçün yetərincə vəsaitlər ayrılıb.
Elə bu günlərdə bu qurum, ölkədə 2-ci olan süni intellekt əsaslı Superkompüter Mərkəzinin qurulması ilə bağlı 7.5 milyonluq bir tender də elan edib.
Ardını oxu...
Yəni görünən odur ki, Prezidentin məlum fərmanında qarşıya qoyulan optimallaşma və səmərəlilik nəinki əldə edilib, əksinə dövlət büdcəsinin bu istiqamətdəki xərcləri daha da artıb.
Maraqlıdır ki, AzİnTelecom, RİNN də bu məsələyə münasibət bildirməyib.
Tier III standartı tələb edir ki, Data Mərkəzin mütləq backup (ehtiyat) Mərkəzi də qurulmalıdır. Yəqin bu yaxınlarda eşidərik ki DKG Yevlaxda, yaxud Hacıqabulda daha bir Mərkəz də quracaq.
Nə deyək, xeyirli olsun !
Ümid edirəm Prezident fərmanlarının icrasına nəzarət edənlər də baş verənlərin fərqindədir.
Osman Gunduz
TEREF
 
Ardını oxu...
MTK-ların qanunazidd qaraj biznesi: Azərbaycandakı Mənzil-Tikinti Kooperativləri (MTK) təkcə inşa etdikləri binalardakı mənzillərdən deyil, həm də parkinq yerlərindən pul qazanırlar.

Göydələnlərin altında avtomobil saxlamaq üçün nəzərdə tutulmuş yerlər ya yüksək qiymətə vətəndaşlara satılır, ya da icarəyə verilir.

Bu isə əksər hallarda binadan mənzil almış sakinlərin narazılığına səbəb olur.

Bu barədə Baku TV-yə danışan vətəndaşlar deyirlər ki, hər ay avtomobili qarajda parklamaq üçün 50 manat ödəsələr də, bunun müqabilində onlara qəbz və yaxud başqa sənəd təqdim edilmir. Parkinq yerini birdəfəlik almaq üçün isə 25 min manat ödəmək lazımdır. Amma bu məbləği ödəyənlərə də heç bir sənəd, o cümlədən mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmir.

Bəs hər kvadratmetri az qala mənzillə eyni qiymətə təklif olunan belə qarajların satışı nə dərəcədə qanunidir? Həmin ərazilər əslində kimə məxsus olmalıdır?

Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev deyir ki, tikinti qanunvericiliyinə əsasən mənfi birinci mərtəbədə kommunikasiya xətləri keçən ərazilər başqa təyinat üzrə istifadə oluna bilməz: "Bu əraziləri isə tikinti şirkətləri adətən vətəndaşlara qaraj kimi satırlar, lakin həmin ərazini özəlləşdirəndə kommunikasiya xətləri keçən hissələr çıxılmalıdır".

Hüquqşunas Vüsal Cəfərov deyir ki, binaların altındakı ərazilərdən istifadə hüququ yaşayış binasını inşa edən şirkətin təşkilatı hüquqi formasından asılıdır: "Əgər binanı MMC tikibsə, oradakı bütün sahələr, o cümlədən qarajlar və kommersiya obyektləri həmin şirkətin mülkiyyətində qalır. Yox, əgər binanı MTK tikibsə bu zaman binanın altındakı qarajlar binanın digər ümumi hissələri kimi sakinlərə məxsus olmalı və ümumi əmlak sayılmalıdır".

 
 
 
Ardını oxu...
Hamı bilir ki, Allah Şükür Paşazadə böyük biznes sahibidir. Şeyxülislamın varidatı ölkənin hüdudlarını aşır.
Qafqaz Müsəlmanları İdarəsi rəisinin kurort şəhəri Karlovı Varıda da istirahət obyekti var. Şeyximizin fərasəti çoxşaxəlidir. Nəzir qutularından başqa dəmir-dümür, meyvə-tərəvəzdən də pul çıxardır. Ölüdən də, diridən də pulu gəlir.
Əsas gəlir mənbələrindən biri də Təzə Pir Məscididir. Son illər toy mərasimlərində olduğu kimi yas mərasimlərində də əndazəni aşırlar. Süfrədə nə desən tapmaq olur. Hətta sifarişlə fərqli menyular da təşkil edirlər.
Bir sözlə, ölkədə bir yas biznesi var və onun da başında Qafqaz Müsəlmanları İdarəsi durur. Təzə Pir məscidinin böyük mərasim evi var. Evin bir neçə mərtəbəsində hərəsi 300, 400, 500 nəfər tutan zalları var. Gündəlik külli miqdarda qazanc götürürlər.
O qədər şirnikləniblər ki, indi yas mərasiminin keçirilməsi üçün 2 saat məhdudiyyət qoyublar. Yəni, iki saat içində molla yasinini oxumalı, dual edilməli, ağlamalı, ehsan yeyilməlidir.
Ölü sahibi bilməyəcək dərdini çəksin, yoxsa dar vaxtda bütün bunları çərçivəyə sala bilsin. Belə getsə, mollalar da toylarda yarım saat oxuyan müğənnilər kimi edəcəklər, gəlib yarım saat moizə, mərsiyyə oxuyub gedəcəklər.
Sima Babayeva
TEREF
 
Ardını oxu...
Son günlər cəmiyyətdə fermerlərlə bağlı olan məsələlər də narahatlıq doğulur.

Kənd təsərrüfatı ilə məşğul olan adamların müxtəlif məsələlərlə bağlı etirazlarını da görmək olur.

Bildiririk ki, fermerlərin hüquqlarının təmsil edən, tanınmız vəkil Əziz Qənbərli Kənd Təsərüffatı naziri Məcnun Məmmədova müraciət edib.

O işğaldan azad edilmiş ərazilərə yaylağa köç edən fermerlərə illər üzrə artan templə yaradılan maneələrdən yazaraq, nazirdən fermerlərin təmsilçisi kimi Onun qəbul olunmasını xahiş edir.

Gununsesi.info həmin müraciəti olduğu kimi təqdim edir:

Azərbaycan Respublikasının Kənd Təsərüffatı Naziri cənab Məcnun Məmmədova Hörmətli cənab Nazir!

Yaxın günlərdə 2025-ci il üzrə yaylaq mövsümünə start veriləcək. Yaylaq mövsümü ilə bağlı fermerləri ən çox narahat edən məqam işğaldan azad edilmiş ərazilərə köç edən fermerlərə yenə də yaradılacaq ayrı-seçkilik, bərabərsizlik və portal sui istifadəsidir. İllər üzrə təhlilləri Sizin diqqətinizə çatdıraraq fermerlərin narahatçılığının əbəs yerə olmadığını görərik. – 2021-ci ildə köç edən fermerlər heç bir əlavə ödəniş etmədən Kəlbəcər və Laçın yaylaqlarına köç etdilər; -2022-ci il üzrə də heç bir ödəniş edilmədi. -2023-cü ildə cüzi məbləğdə yaylaq icarəsi və hər xırdabuynuzlu heyvan üçün 1 manat məbləğdə ödəniş tələb edildi. Fermerlər çətinliklərə baxmayaraq ödənişi etdilər; -2024-cü ildə isə hər bir xırdabuynuzlu üçün 2 manat, hər bir iribuynuzlu üçün 4,50 manat birka pulu, yaylaq icarə haqqı; 2024-cü ildə Sizin qəbulunuzda oldum və 3 ayadək quzuları ödənişdən azad etdirilməsinə köməklik etməyiniz az da olsa fermerlər rahatlatdı. -2025-ci il üzrə isə reqlament hələ təstiq edilməmiş bəzi rayon DAİM-ləri xırdabuynuzlu heyvanlar üçün 2024-cü ildə olan xərclərdən əlavə xırdabuynuzlu heyvanların hər biri üçün Qida Təhlükəsizliyinin tələbi üzrə PORTAL maneəsini əllərində əsas tutaraq 3,50 manat vəsait ödənişini tələb edirlər. Daşkəsən, Quba, Xızı və s yaylaqlara köç edən fermerlərdən fərləndirilən məcburi köçkün fermerlərə yaradılan süni əngəl cənab Prezidentin siyasətinə yumşaq desək uyğun gəlmir. Məcburi köçkün fermerlərlə keçirdiyim görüşlər zamanı bildirirlər ki, 2021-ci ildən bu yana ildən ilə artan templə yaradılan süni əngəllər həmin fermerlərdən illərdir “MİNA MİŞENİ” kimi istifadə edilməsi təəssüratını yaradır. Məqsəd illərdir fermerlərin istifadəsində olan, mina təhlükəsi olmayan yaylaq sahələrini Onların əlindən almaq və oliqarxların təsərüffatını həmin ərazilərdə yerləşdirməkdir. Ancaq mən fermerlərin hüquqlarını müdafiəsini həyata keçirdən vəkil olaraq Onları əmin etmişəm ki, aprel ayı ərzində Sizin qəbulunuzda olub Onların haqlı tələblərini Sizə çatdıracağam və işin müsbət həlli üçün əlimdən gələni edəcəm. Ona görə də Sizdən xahiş edirəm ki, məni çoxsaylı fermerlər adından qəbul edib dinləyəsiniz. Əvvəlcədən təşəkkür edirəm!

Hörmətlə Fermerin Köhnə Dostu Əziz Qənbərli!
 
Ardını oxu...
Müştərilərin şikayət etdiyi və narazı qaldığı “Şirin su” firmasının “Sadə Su” adlı növündən də müştərilər imtina edir.

Tribunainfo.az xəbər verir ki, şikayətçi Gülcan Nəcəfzadənin sözlərinə görə, şirkətin istifadə etdiyi su bidonları bərbad gündədir:

“Bu sirkət “Şirin su” ilə eyni şirkətdir. Keçən dəfə böyük bidon su sifariş verdik. Bu vəziyyətdə gəldi. Bidonun vəziyyəti bərbad halda. Xahiş etdim ki, normal qabda gətirsinlər. Ancaq heç nə dəyişmədi.

Bu gün yenə çirkli, əzik, üstü cızılmış qabda su gətiriblər. Üstəlik suyun ərpi də çox olur”.
Ardını oxu...
 
 
 
Ardını oxu...
"20 günə yaxındır ki, özüm ölkə xaricində olduğum üçün ABB bank kartından MPAY-a öz hesabıma pul göndərdim ki, uşağın təhsil haqqını ödəyim..." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu paylaşımında Balaş Mirzəbəy adlı sosial şəbəkə istifadəçisi yazır.

Hazırda ABŞ-da olan narazı vətəndaş daha sonra bunları əlavə edib: "MPAY-da xəta yarandı və müştəri xidmətləri ilə danışdıqdan sonra məbləği geri ABB kartıma göndərdilər. ABB 20 günə yaxındır ki, süründürür, hər dəfə müştəri xidmətləri bir-birinin üstünə atırlar. Azmış kimi də indi bank kartımı blok ediblər. Nədi nədi burda (Californiada) yanacaq doldurmada benzin almışam, blok edilib... bilmirsən güləsən ya ağlayasan...

Dəfələrlə deməyimə baxmayaraq hələ də kartı blokdan çıxartmırlar.

Bankın müştəri xidmətlərindən hələ biri deyir ki, yaxınlaşın ofisə... Dedim uçuram qayıdım 24 saata çataram...

Ağlamalısı da odu ki, məbləğ də həmin karta qayıdacaqdı. Vallah biabırçılıqdır, bank sistemləri bu qədər axmaq dərəcədə işləməməlidir.

Bir dəfə də olsun ən axmaq bankı kimi düşündüyüm banklarında belə bir problem yaşamadım. Anında həll edib səni narazı salmırlar..."
Ardını oxu...
Paytaxt sakini Leyla Abbasova məktəb üçün tələb olunan arayışı almaq istəyərkən gözlənilməz problemlə üzləşib.

"Xəzər Xəbər" xəbər verir ki, L.Abbasova 16 saylı uşaq poliklinikasına müraciət edib, lakin ona arayış verilməyib. Bunun səbəbi olaraq, poliklinikada ona 545 manat borcunun olduğu bildirilib. Abbasovanın sözlərinə görə, borc artıq 1 ildən çoxdur sistemdə qeyd edilsə də, ona bu barədə heç bir məlumat verilməyib.

Şikayətçi heç bir özəl klinikada müalicə almadığı halda, dövlət xəstəxanasında adına yazılmış bu borcun necə yarandığını anlamadığını qeyd edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Sertifikasiya imtahanlarından keçə bilməyən bir qrup musiqi müəllimi etiraz aksiyası keçirib.

"DogruXeber.az"ın Tribunainfo.az-a istinad məlumatına görə, musiqi müəllimləri artıq bir həftədir ki, attestasiya imtahanlarına etiraz edir.

Qeyd edək ki, imtahandan kəsilən müəllimlər işdən azad edilib. Müəllimlər nazirliyə gedərək müşavirlə görüşməyi tələb ediblər. Lakin müşavir onları qəbul etməyib.

Cəsarət Valehovun müəllimləri qəzəbləndirən çıxışını təqdim edirik:









Ardını oxu...
2023-cü ildə Müdafiə sənayesi naziri vəzifəsindən azad edildikdən sonra nadir hallarda medianın gündəminə gələn Mədət Quliyevin fotoları bu günlərdə yenidən saytların ilk səhifəsini bəzədi. Mətbuat yazdı ki, Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub, nazir Vüqar Mustafayevin əmri ilə Mədət Quliyevin vaxtı ilə təyin etdiyi iki şöbə müdiri vəzifələrindən azad ediliblər.

Xəbərlərin onun fotoları ilə verilməsində saytlarının bir məqsədi var: Mədət Quliyev oxucu üçün maraqlı simadır...

O, hökumətdə yüksək postlar tutmuş həmkarlarından fərqli olaraq var-dövləti, şirkətləri, dəbdəbəli həyatı ilə heç vaxt gündəmdə olmayıb. Mədət Quliyev idmançıdır, sambo üzrə vaxtı ilə İttifaq səviyyəsində nailiyyətləri olub, yaxşı velosiped sürür, gitara çalır, rok həvəskarıdır, həm də 4 dil - ingilis, alman, rus, türk dillərini bildiyi deyilir. Böyük ailənin başçısıdır, 4 övladı var...
Ardını oxu...
Mədət Quliyev Azərbaycanın Milli Qəhrəmanı titulunu daşıyır, 1993-cü ilin 10 dekabrında cinayətkar dəstənin üzvləri ilə atışmada ayağından güllə yarası alıb. Prezident İlham Əliyev 2014-cü ildə onu üçüncü dərəcəli Vətənə Xidmət ordeni ilə təltif edib.

2025-ci il sentybarın 27-də pensiya yaşına çatacaq keçmiş nazir iki ilə yaxındır Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavinidir. Ona qədər bu vəzifə ümumiyyətlə olmayıb, necə deyərlər Mədət Quliyev Təhlükəsizlik Şurasına vəzifəsi ilə birlikdə gəlib.

Keçmiş nazirin karyerasının əhəmiyyəti hissəsi daxili işlər orqanları ilə bağlıdır. Onun polis karyerası 1983-cü ildən başlayıb. Belə görünür, karyerasının ilk 13 ili “sakit” keçib. Vəzifə nərdivanlarında sürətlə irəliləməsi isə 1993-cü ildən sonraya təsadüf edir. Əvvəlcə DİN-in Gəncə Şəhər Baş Polis İdarəsində bölmə rəisi, daha sonra nazirliyin Baş Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi vəzifəsində çalışıb. Sonrakı illərdə irəli çəkilərək DİN-də Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, daha sonra rəisi, 2002–2004-cü illərdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin, 2004–2006-cı illərdə İnterpolun Milli Mərkəzi Bürosunun, 2006–2011-ci illərdə isə Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışıb.
Mədət Quliyev qızğın fəaliyyət dövründə - 1997-ci ildə imkan tapıb Polis Akademiyasının “Hüquqşünaslıq” ixtisasından məzun olmağı da bacarıb.

Keçmiş nazirin DİN-də karyerası 2011-ci ildə başa çatıb, həmin ildə Ədliyyə nazirinin müavini - Penitensiar Xidmətinin rəisi vəzifəsinə təyin olunub. O, bu vəzifədə olduğu 4 il ərzində daim medianın gündəmində olub, həbsxanalarda baş verən hadisələr, tanınmış məhbuslarla müsbət davranışları, həbsxanaları qismən ictimaiyyətin üzünə açması Mədət Quliyevi xeyli populyarlaşdırmışdı.

2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyində nazir Eldar Mahmudovun istefaya göndəırilməsi, yaxın ətrafının həbs edilməsi ilə nəticələnən əməliyyatdan sonra Mədət Quliyev bu quruma təyinat aldı. Əvvəlcə nazirin birinci müavini vəzifəsinə təyin edilərək nazir vəzifəsini icrası ona tapşırıldı. MTN-in ləğvindən, onun bazasında Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılmasından sonra M.Quliyev onun ilk rəisi təyin edildi və 2019-cu ilə qədər bu vəzifədə çalışdı. Onun karyerasının daha 4 ili isə Müdafiə Sənayesi naziri postunda keçib.

Maraqlı nüans ondan ibarətdir ki, Mədət Quliyev heç bir vəzifədə uzun müddət qərar tumayıb, yalnız DİN-n Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində 5 il çalışıb, Penitensiar Xidmətdə, DTX-da və Müdafiə Sənayesi Nazirliyində 4 illik rəhbərliklə kifayətlənib. Bu qrafikə əməl etsə, Mədət müəllim Təhlükəsizlik Şuras katibinin müavini vəzifəsində hələ iki ili var. Ondan sonra hansı vəzifədə olacağını yəqin ki, Quliyevin özü də hələ bilmir...

Maraqlı olan daha bir məqam odur ki, Azərbaycanın ən yeni tarixində hər zaman istənilən vəzifənin çəkisi həmin vəzifəni tutan şəxsin nüfuzundan asılı olub. Məsələn, Zakir Qaralov uzun illər Azərbaycanın Baş Prokuroru vəzifəsini daşısa da, şəxsi nüfuzu, xarizması, sambalı bu yüksək vəzifəyə qətiyyən uyğun deyildi. Ancaq Fövqəladə Hallar naziri vəzifəsi rəsmən Baş Prokuror vəzifəsilə müqayisə edilməyəcək qədər zəif post sayılsa da, Kəmaləddin Heydərov öz şəxsi nüfuzu ilə bu vəzifəni çəkiyə mindirdi. Lakin maraqlıdır ki, Təhlükəsizlik Şurasına Ramil Usubov, Mədət Quliyev kimi “ağır artilleriya” nümunələri təyin edilsə də, bu qurumun ən azından mediada, cəmiyyətdə hər hansı aktivliyi, təsiri və s. görünmür. Belə çıxır ki, zaman dəyişir və samballı məmurlar daha “zəif” postlara təyin olunduqca, əvvəlki təsirlərini də itirirlər...
 
Ardını oxu...
Prezident İlham Əliyev Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti 2025-ci ilin sonunadək mərhələli şəkildə aşağıdakı tədbirlərin görülməsini təmin etməli və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Nazirlər Kabineti o cümlədən Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində aşağıdakı publik hüquqi şəxslərin yaradılmasını:

Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında Geologiya İnstitutunun;

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsasında Coğrafiya İnstitutunun;

Fizika İnstitutunun və Radiasiya Problemləri İnstitutunun əsasında Fizika İnstitutunun;

Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əsasında Kimya İnstitutunun;

İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında Riyaziyyat İnstitutunun;

Botanika İnstitutunun və Dendrologiya İnstitutunun əsasında Botanika İnstitutunun;

Zoologiya İnstitutunun və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əsasında Canlı Sistemlərin Tədqiqi İnstitutunun;

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun əsasında Molekulyar Biologiya İnstitutunun;

müasir infrastruktura və beynəlxalq standartlara uyğun elmi tədqiqat və təcrübi istehsalat bazasına malik 2 (iki) yeni elmi müəssisənin;

Nazirliyin tabeliyindəki Polimer Materialları İnstitutunun Sumqayıt Dövlət Universitetinin tabeliyinə verilməsini;

Nazirliyin tabeliyindəki Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun (Gəncə), Bioresurslar İnstitutunun (Gəncə), Aqrar Problemlər İnstitutunun (Gəncə), Nəbatat Bağının (Gəncə) Gəncə Dövlət Universitetinin tabeliyinə verilməsini;

Nazirliyin tabeliyindəki Təbii Ehtiyatlar İnstitutunun (Naxçıvan), Bioresurslar İnstitutunun (Naxçıvan), Batabat Astrofizika Rəsədxanasının (Naxçıvan) Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsini;

Nazirliyin tabeliyindəki “Nafta” Elmi İstehsalat Birliyinin, “Aşqar” Elmi İstehsalat Birliyinin və “Kompozit” Elmi İstehsalat Birliyinin ləğv edilməsini;

bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Elm və Təhsil Nazirliyi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Maliyyə Nazirliyinə növbəti illərin dövlət büdcəsi layihələrində bu Sərəncama uyğun olaraq yeni yaradılacaq elmi müəssisələrin saxlanılması xərcləri ilə bağlı zəruri maliyyə vəsaitinin nəzərdə tutulmasını təmin etmək tapşırılıb.
 

Dünyapress TV

Xəbər lenti