![]() |
![]() ![]() ![]() |
|
İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar heç bir irəliləyiş olmadan başa çatıb: əsirlərin mübadiləsinə dair razılaşmaya baxmayaraq, Kreml Kiyevin tam təslim olmasını tələb etməkdə davam edir.
Musavat.com xəbər verir ki, bu, CNN-in hazırladığı materialda yer alıb.
Bildirilir ki, Danışıqlar zamanı Rusiya Ukrayna tərəfinə ciddi tələbləri - Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması, NATO-ya üzv olmaqdan imtina, tam demilitarizasiya və xarici qoşunların yerləşdirilməsinin qadağan edilməsi ilə bağlı yeni memorandum təqdim edib. Ukrayna hökuməti bu şərtləri qəti şəkildə rədd edir.
Kreml həmçinin sanksiyaların ləğvində, təzminatlardan imtinada, diplomatik və iqtisadi əlaqələrin tam bərpasında israrlıdır. Bütün bunların müqabilində Moskva heç bir real güzəşt təklif etmir.
CNN qeyd edir ki, Putinin bu maksimalist mövqeləri həm də Donald Trampın imicinə zərbə oldu. Ukraynada "sürətli sülh" strategiyasını ikinci müddətə əsas vəd kimi fəal şəkildə təbliğ edən ABŞ prezidenti qəzəbləndi: onun sözlərinə görə, Putin Ukrayna şəhərlərinə son kütləvi hücumlardan sonra "tamamilə dəli olub".
İstanbul danışıqlarının uğursuzluğu fonunda ABŞ Konqresində Rusiyaya qarşı yeni, “dağıdıcı” sanksiyalar təşəbbüsü geniş vüsət alır. Onun müəlliflərindən biri, senator Riçard Blumental açıq şəkildə Kremli “Tramp və Amerikanı axmaq yerinı qoymaq” cəhdində ittiham edib. Vəziyyət Tramp üçün ciddi problem yaradır: o, danışıqlarda israrını davam etdirəcək, yoxsa sərt addımlara əl atacaq - xüsusən də Kiyevə hərbi yardımı artıracaq?
Vaşinqton etiraf edir ki, Ukraynadakı müharibənin gedişatı Trampın öz siyasi perspektivlərinə getdikcə daha çox təsir edir.
Musavat.com