Ardını oxu...
“Aqrar İnnovasiya və Təzhizat” şirkətində dələduzluq hadisəsi baş verib.
TEREF Qaynarinfo-ya istinadən verdiyi məlumata görə görə, hadisəyə görə şirkətin Qazax rayonu üzrə satış mərkəzində satıcı-anbardar vəzifəsində çalışan Elvin Məmmədli həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. İttihamda qeyd edilir ki, Elvin Məmmədli şirkətin 104 074 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
Cinayət işinin məhkəmə istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmədovun sədrliyi ilə aparılıb. Məhkəmə prosesi zamanı Elvin Məmmədli verilmiş ittiham üzrə özünü təqsirli bilməyib.
O, bildirib ki, şirkətin satış üçün ona təqdim etdiyi məhsullar sonradan bahalaşıb. Şirkət ondan məhsulların pulunu yeni qiymətlərlə tələb edib. Bu baxımdan, onun 99 000 manat borcu yaranıb. Bundan əlavə, o, şəxsi təsərrüfatı üçün şirkətdən 25 000 manat dəyərində gübrə alıb. Bahalaşma olanda şirkət ondan aldığı məhsula görə 41 000 ödəniş etməli olduğunu bildirib.
Qısası, Elvin Məmmədli dələduzluq etmədiyini, sadəcə bahalaşama səbəbindən şirkətə borclu qaldığını bildirib. Bununla belə, məhkəmə Elvin Məmmədlini verilmiş ittiham üzrə təqsirli bilib. O, 7 il müddətinə azadlıqdan məhrum edilib.
“Aqrar İnnovasiya və Təchizat” şirkətində tez-tez oxşar hadisələr baş verir. Məsələn, 2022-ci ildə şirkət mənimsəmə faktına görə, cinayət işi başlanmışdı. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, araşdırmalarla cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləmiş Rəvan Şükürovun 16 mart 2021-ci il tarixdə təhvil-təslim aktları əsasında təhvil aldığı müxtəlif adda, çeşiddə və miqdarda məhsulların satışından əldə olunmuş 19 min 630 manat məbləğində pul vəsaitini cəmiyyətin hesabına köçürməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Ardını oxu...
Kənd təsərrüfatı və digər məhsullarının ixracından əldə olunan pul vəsaitlərinin ölkəyə qaytarılması istiqamətində prokurorluq orqanları tərəfindən kompleks tədbirlər davam etdirilir.

"DİA-AZ" xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Belə ki, Bakı şəhəri Nərimanov rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə fiziki şəxs ”My Vegetables” MMC tərəfindən kənd təsərrüfatı mallarının konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 14 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 23 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən həmin hüquqi şəxsə faktiki rəhbərlik edən Hüseynov Gündüz İsmayıl oğlu iş üzrə Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 32.3, 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadədə təşkilatçı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınıb.

Belə ki, Bakı şəhəri Nərimanov rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə fiziki şəxs “Metal Trades”, “Aksan İthalat İhrasat və Turizm Limited Şirkəti” MMC-lər tərəfindən əlvan metalların konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 2 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 3 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən həmin hüquqi şəxsə faktiki rəhbərlik edən qeyd olunan hüquqi şəxslərin rəhbəri, Hindistan Respublikasının vətəndaşı Bijay Kumar Takir iş üzrə Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində dövlətlərarası beynəlxalq axtarış elan edilib.

Bakı şəhəri Sabunçu rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə fiziki şəxs “Aroma Service” MMC tərəfindən əlvan metalların konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 4 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 6,8 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən həmin hüquqi şəxsə faktiki rəhbərlik edən həmin hüquqi şəxsə faktiki rəhbərliyi həyata keçirən Xələfov Ramil Rafiq oğlu iş üzrə Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində dövlətlərarası beynəlxalq axtarış elan edilib.

Bakı şəhəri Binəqədi rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə fiziki şəxs “Metal Trader” MMC tərəfindən müxtəlif metalların konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 15 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 25 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən həmin hüquqi şəxsə faktiki rəhbərlik edən həmin hüquqi şəxsin rəhbəri Müslüm Gassanov iş üzrə Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində dövlətlərarası beynəlxalq axtarış elan edilib.

Bundan başqa, hazırkı vaxtadək Zaqatala, Balakən, Qəbələ, Xocavənd, İmişli, Hacıqabul, Samux, Lənkəran, Ağcabədi və Yevlax rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 24 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 40 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.

Prokurorluq orqanları tərəfindən bu kateqoriya araşdırmalara dair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bank hesablarına qaytarılması istiqamətində zəruri prosessual tədbirlərin icrası davam etdirilir.
 
Ardını oxu...
İstanbuldan Tiflisə 54 dollara - 91 manata bilet alıb gələ bilərsən. Gürcünün 3 tabak xaçapurisinə - pendirçorəyinə aldanıb 52 manat verib yeyə bilərsən. Kükürdlü sularda mutlu ola bilərsən...
Hünərin var Tiflisdən Bakıya gəl...
Gör, Azal sənə nə divan tutur...
1 saatlıq uçuşa Bakı səndən 200 dollar - 340 manat alar, səni də mat qoyar. Çarən nədir...
Bu, biletlərin ən ucuzu, baqajsızıdır.
Demək, İstanbuldan Tiflisə 91 manata gəlirsən.
Tiflisdən Bakıya - 550 km - 1 saatlıq uçaq yolunu 340 manata gələ bilərsən.
Azalın `Bakı-Tiflis 49 dollar` yazdığı elana aldanma. O qiymətə bileti bu gün arayası olsan yalnız noyabr ayına - 7 ay sonraya tapa bilərsən.
Əgər Tiflisdə yaşayan övlad, bacı, qardaş və ya hər kim... Bakıdan elə bu gün (ki ölüm-itim dünyasıdır) bir qara xəbər alıb ertəsi gün özünü dəfnə çatdırmalıdırsa 604 yevroya bilet almalıdır. Yəni 1128 manata - Tiflisdən Bakıya!
Ardını oxu...
Bəli, bəli, səhv görmədiniz, min yüz iyirmi səkkiz manata!
Ya da gözləməlidir ölüsünün 7-si çıxsın ki 150 yevroya - 280 manata bilet tapa bilsin. Onun da adı 150 olacaq, kart sms-lər çalışmayacaq, tanışa-bilişə zəng vurub 180 yevroya - 340 manata - az qala bir aylıq maaşa - bəlkə tapa biləsən.
Niyə?
Axı niyə?
Bu xalqın günahı nədi ki bu cəzanı çəkir?
O yolu ki bu yarı o tayda, yarı bu tayda qalan tayfa - yurdu dövlətinin sərhədlərindən kənarda qalmış millətimiz 15-20 manata gedib gəlirdi, biri-birinin xeyir-şərində iştirak edirdi, ya da eləcə yol keçib azad insan kimi ta avropalara qədər gedirdi... niyə indi bağlı qapılar arxasında qalmalıdır?
Bu, nəyin intiqamıdır?
Xalqı bu qədər yandırıb yaxmaq kimə lazımdır?
Bir sıra səbəblər üzündən Azərbaycan vətəndaşının yolu Tiflisə düşür. Tiflisdən keçir. Düşdü, düşmədi, keçdi, keçmədi, bu soyğun, bu yolkəsmə nəyə xidmət edir?
Gürcüstan vətəndaşı Azərbaycana uçaqla gəlirsə quru yolla ölkəsinə geri dönə bilir. Gürcüstan öz vətəndaşını can-başla içəri alır. Almaması dövlətin anayasasına ziddir. Həmsərhəd ölkələr olan Rusiya da, İran da belə edir. Sabah Ermənistanla sərhəd açılsa o da belə edəcək.
Azərbaycan vətəndaşının gürcüdən, ermənidən, rusdan bir əskikliyimi var? Bu, hansı ağlın, hansı təcrübənin, hansı məqsədin göstəricisidir?
Bu xalq müstəqil Azərbaycan qurdu, bu yolda qanını-canını verdi, yurdu dağıldı, milyon köç etdi, 30 il evindən, eşiyindən didərgin düşdü ki sovetin dəmir pərdələri evimizin içinə kimimi girsin?
Baş tapmaq olmur...
s.a. bu gülərüz tiflisli soydaşlarım əmindirlər ki, mayın 1-dən qatar yolu açılacaq. Biri anasını, o biri bacısını görməyə gələcək. Amma üzgün-üzgün deyirlər, Bakı, qatar biletinə də yaman baha qiymət qoyub...
Mehriban Vezir
TEREF
 

    
Ardını oxu...
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Məişət İst" şirkəti seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 802 590,42 manatdır.

Bu tenderdə diqqətçəkən məqam "Məişət İst" şirkətinin faəliyyət sferası ilə bağlıdır. Əvvəlcə qeyd edək ki, şirkət 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 6 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, General Şıxlinski küçəsi, ev 1A-da yerləşən "Məişət İst" MMC-nin qanuni təmsilçisi Cəfərov Nicat İzahat oğludur. Nicat Cəfərov haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

"Məişət İst" MMC-yə gəlincə, dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma nəticəsində məlum olub ki, şirkət əsasən ketrinq xidməti göstərir. Nümunə olaraq şirkətlə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi arasında 2023 və 2024-cü illərdə bağlanmış satınalma müqavilələrini göstərmək olar.

Bu hələ son deyil. Məlum olur ki, şirkət vaxtaşırı profilini dəyişir. Ketrinq xidməti göstərən "Məişət İst" MMC bəzən tikinti məhsullarının satışını həyata keçirən şirkət kimi də dövlət satınalmalarına qatılır və qalib seçilir. Nümunə olaraq "N" saylı hərbi hissə ilə şirkət arasında 2023-cü ildə bağlanmış satınalma müqaviləsini göstərmək olar. Maliyyə dəyəri 46 018,75 manat olan həmin müqavilədə tikinti materiallarının satın alınması nəzərdə tutulur.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbəri Mahir Abbaszadədir. O, 2018-ci ildən bu vəzifədədir. Mahir Abbaszadə həm də keçmiş deputatdır. Parlamentdə 121 saylı Laçın seçki dairəsini təmsil edib.

Mahir Abbaszadə ilə "Məişət İst" MMC arasında hər hansı bağlılığın olub-olmadığı bəlli deyil. Bu müəmmanı nə şirkət, nə də Fondla aydınlaşdırmaq mümkün olub.
Ardını oxu...
44 Günlük Vətən Müharibəsinin veteranı Ceyhun Ağayevin Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev tərəfindən məhkəməyə verilməsi barədə xəbər vermişdik.

Gununsesi.info-nun həmin xəbərində deyilirdi ki, icra başçısı veteranın Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 -ci (təhqir) maddəsi ilə cəzalandırılmasını istəyir.

Aprelin 8 d-ə Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə işə adıçəıkilən məhkəmədə baxılmasına dair Xəzər Rayon Məhkəməsinin müraciətinə baxılıb.

Xatırladaq ki, Adil Əliyevin şikayəti Xəzər Rayon Məhkəməsinə ünvanlansa da bu məhkəmə aidiyyat məsələsini əsas gətirərək baxmaqdan imtina edərək, işi baxılması üçün Suraxanı Rayonuna göndərib.

Ancaq şikayətə baxmaqdan imtina edən Suraxanı Rayon Məhkəməsinin hakimi Ünsiyyət Mirzəyeva isə bu şikayətə harada baxılması üçün qərar Bakı Apellyasiya Məhkəməsinin verməli olduğunu deyib.

Hakimin qərarı iş Bakı Apellyasiya Məhkəməsinı göndərilib.

Prosesdə çıxış edən icra başçısının vəkili də şikayətlərinə Suraxanı Rayonunda baxılmasına etiraz edib.

Ceyhun Ağayevin özü isə deyib ki, proses onun qeydiyyatda olduğu Saatlı rayonunda keçirilməlidir.
 
Ardını oxu...
Mingəçevir Dövlət Universitetinə yeni rektor təyinatı diqqətləri yenidən region universitetlərinə yönəlib. Bakıdakı ali təhsil müəssisələrinin təhsil səviyyəsi cəmiyyətin böyük bir hissəsini qane etmir.

Bəs daha məhdud resurslara malik olan region universitetləri bu çətin şərtlər altında hansı funksiyanı yerinə yetirir? Əyalət universitetlərinin kadr hazırlığı və təhsil sistemindəki rolu nədən ibarətdir?

Globalinfo.az-a danışan təhsil eksperti Sona Əliyeva bildirib ki, region universitetlərinin əsas vəzifəsi yerli kadr ehtiyacını qarşılamağa yönəlməlidir:

“Yəni universitetlər fəaliyyət göstərdikləri regionun spesifik əmək bazarı tələblərinə uyğun mütəxəssislər hazırlamalıdır. Bu cür yanaşma, regionun inkişafına töhfə verməklə yanaşı, paytaxt və xarici ölkələrə ‘beyin axınının’ qarşısını almağa kömək edəcək. Adətən, daha savadlı gənclər yaxşı təhsil almaq üçün yaşadıqları bölgəni tərk edir və çox vaxt geri qayıtmırlar.
Regionda universitetlərin fəaliyyətinin ən müsbət cəhətlərindən biri, daha aztəminatlı ailələrdən olan gənclərin ali təhsilə çıxış imkanının olmasıdır. Məlumdur ki, paytaxt Bakı kifayət qədər bahalı şəhərdir. Hər ailənin büdcəsi övladının həm təhsil, həm də yaşayış xərclərini qarşılamağa imkan vermir.

Əslində regionlarda universitetlərin mövcudluğu çox mühüm sosial amildir. Bu, yerli icmanın intellektual və mədəni inkişafı, regional problemlərin elmi tədqiqi, tədqiqatların aparılması, yeni innovasiyaların tətbiqi, yerli biznes və kənd təsərrüfatının inkişafına dəstək və əməkdaşlıq baxımından çox vacibdir.

Eyni zamanda, regionun tarixi, mədəniyyəti, adət-ənənələri ilə bağlı daha dərin tədqiqatların aparılması və bu sahədə yerli mütəxəssislərin yetişdirilməsi də region universitetlərinin əsas funksiyalarından biri olmalıdır”.

Ekspertin sözlərinə görə, region universitetlərinin üzləşdiyi problemlər paytaxt universitetləri ilə müqayisədə daha çoxdur:

“Çünki burada daha az büdcə, zəif texnoloji təminat və akademik kadr çatışmazlığı əsas problemlərdəndir. Məsələn, yüksək ixtisaslı, müasir tələblərə cavab verən professor-müəllim heyətini regionlara cəlb etmək və orada saxlamaq çətindir. Motivasiya – əməkhaqqı və elmi fəaliyyət üçün şərait – çox vaxt yetərli olmur. Üstəlik, paytaxtda həm elmi mühit, həm əlavə qazanc imkanları, həm də sosial həyat daha cəlbedicidir.

Resurs və kadr çatışmazlığı səbəbindən fundamental və genişmiqyaslı elmi tədqiqatların aparılması məhdudlaşır. Bu, həm müəllimlərin inkişafını ləngidir, həm də universitetləri sadəcə “diplom verən” quruma çevirmək riski yaradır.

Həmçinin regionlarda iş yerlərinin azlığı məzunların işlə təminatında və tələbələrin istehsalat təcrübəsi keçməsində ciddi çətinliklər yaradır. Universitetlərin yerli əmək bazarının tələblərinə operativ reaksiya verməsi və əlaqələr qurması çox vaxt zəif olur.

Bəzən region universitetləri paytaxt universitetlərinin və ümumiyyətlə təhsil sistemimizin neqativ təcrübələrini də təkrarlayır. Tədris prosesi və qiymətləndirmədə formalizm, köhnəlmiş proqramlar kimi problemlər regionlarda da geniş yayılıb.

Bununla yanaşı, cəmiyyətimizdə və işəgötürənlər arasında bu universitetlərin diplomlarına qarşı qeyri-obyektiv yanaşma da mövcuddur”.

Sona Əliyevanın fikrincə, region universitetləri Azərbaycan təhsil sisteminin ayrılmaz və vacib hissəsidir:

“Onların əsas rolu təhsilə çıxış imkanlarını artırmaq və yerli kadr ehtiyacını qarşılamaqdır. Lakin bu universitetlər paytaxtdakı həmkarları ilə müqayisədə yalnız oxşar problemlərlə üzləşmirlər, əlavə olaraq maliyyə, kadr, infrastruktur və əmək bazarı ilə əlaqələr baxımından da ciddi çətinliklər yaşayırlar.

Mingəçevir kimi sənaye potensialı olan bir şəhərdə yerləşən universitetin yeni rəhbərliyinin qarşısında duran əsas vəzifə – mövcud çətinlikləri nəzərə alaraq – universiteti regionun ehtiyaclarına cavab verən, müasir tələblərə uyğunlaşan, yerli sənaye və bizneslə sıx əlaqə qura bilən bir təhsil və potensial tədqiqat mərkəzinə çevirmək olmalıdır.

Bu yalnız Mingəçevir Dövlət Universiteti üçün deyil, bütün region universitetləri üçün aktual bir çağırışdır. Bu hədəfə çatmaq üçün isə təkcə lokal səylər deyil, həm də sistemli dövlət dəstəyi və təhsil siyasətində islahatlar vacibdir.

Region universitetlərinin potensialını reallaşdırmaq üçün onlara diferensial yanaşma, məqsədli investisiyalar və spesifik inkişaf proqramları tətbiq edilməlidir. Bu universitetlərin fəaliyyətini qiymətləndirərkən onları yalnız paytaxt universitetləri ilə müqayisə etmək düzgün deyil. Onların yerinə yetirdiyi unikal regional funksiyalar və işlədiyi çətin şərait də nəzərə alınmalıdır.
Bu ali təhsil müəssisələri sadəcə “əyalət” universitetləri deyil – düzgün dəstək verildikdə, regionların sosial-iqtisadi və intellektual həyatının lokomotivinə çevrilə bilərlər”.
 
Ardını oxu...
Saytımıza şikayət daxil olub. Moderator.az xəbər verir ki, şikayətçi iddia edir ki, paytaxtın Binəqədi rayonu 179 saylı məktəbin yaxınlığında yerləşən 11 saylı uşaq poliklinikası bərbad vəziyyətdədir.
Şikayətçi bildirir ki, sözügedən uşaq poliklinikasında vəziyyət çox pisdir:
“Poliklinikada əsas tibbi avadanlıqların olmaması (hətta uşaqların çəkisini ölçmək üçün tərəzinin belə olmaması), peyvənd üçün lazımi şəraitin yaradılmaması, antisanitar vəziyyət və qeyri-ciddi mühit valideynləri özəl klinikalara müraciət etməyə məcbur edir. Həkimlərin sayı cəmi 2-3 nəfərdir və onlar bir otaqda işləməli olurlar. Həkimlər özləri də poliklinikanın təmirinin edilməsini və avadanlıqlarla təmin olunmasını istəyirlər. Bu vəziyyət illərdir davam edir və heç bir konkret tədbir görülmür. Uşaqların sağlamlığı üçün vacib olan müayinə və peyvənd prosesləri belə şəraitdə həyata keçirilə bilmir. Uşaq poliklinikası deyil, sanki “tövlədir”. Xahiş edirəm ki, bu məsələ ilə bağlı ciddi tədbirlər görülsün”.
Şikayətlə bağlı Təbibə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, sorğu aiddiyyəti üzrə araşdırılması üçün yönləndirildi. Şikayətlərin araşdırılması mövzudan asılı olaraq bir neçə gün çəkə bilər.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bakının Xətai rayonunda yerləşən 257 saylı orta məktəbin taleyi görənləri bir xeyli təccübləndirib.
TEREF Milli.Az-a istinadən xəbər verir ki, bir neçə il əvvəl məktəbin qarşısında tikinti işləri başlayıb.

Valideynlərin sözlərinə görə, ilk vaxtlarda bu binanın məktəbin yeni korpusu olacağı deyilibmiş

Sonradan isə tikilinin yaşayış binası olduğu məlum olub.

"Məktəbdə sıxlıq səbəbindən dövlət tərəfindən yeni bir korpusun tikiləcəyi açıqlanmışdı və valideynlər bu addımı müsbət qarşılamışdılar. Lakin, bir neçə il sonra həmin ərazidəki tikintinin faktiki olaraq yaşayış binası olduğunu öyrənən valideynlər böyük təəccüb və məyusluq hissi yaşayıblar".

Binanın artıq bir neçə ildir ki, istifadəyə verildiyi bildirilir. Valideynlərin sözlərinə görə binanın tikintisindən sonra məktəbə giriş çıxış üçün də çox dar bir yol qalıb.

Qeyd edək ki, məlumat ilk olaraq "Baki Gundeliyi" facebook səhifəsində paylaşılıb.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanların verildiyi iddiası ilə bağlı yazı dərc etmişdik.

İddialara görə xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə Hacıyeva (onun həm də xəstəxana direktorunun həyat yoldaşı olduğu deyilir) tibb işçilərinə vatsap nömrəsi vasitəsilə vaxtı keçmiş dərmanların xəstələrə verilməsinə dair tapşırıq verib.

Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərman preparatlarının verilməsi iddiası ilə bağlı ilkin araşdırma başa çatıb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, müəssisənin aidiyyəti üzrə əməkdaşları (tibb bacıları, böyük tibb bacıları və böyük mama vəzifəsində çalışan şəxslər, habelə Sığortanın təşkili və innovasiya şöbəsinin Aptek bölməsinin provizoru, Aptek bölməsinin müdiri) TƏBİB-ə dəvət edilərək izahatları alınıb:

“Həmin əməkdaşlar yayılan iddiaların həqiqəti əks etdirmədiyini və heç bir pasiyentə vaxtı keçmiş dərmanların verilmədiyini qeyd ediblər.

Sözügedən müəssisədə dərman sərfiyyatının qarşısının alınması məqsədilə istifadə müddətinin bitməsinə qısa vaxt qalmış dərman preparatlarının toplanması və aidiyyəti üzrə təhvil verilməsi qəti şəkildə tapşırılıb.

Məlumat üçün bildirək ki, dərman preparatları ilə davranış və onlardan istifadə qaydaları "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qeyd edək ki, dərman vasitələrinin son istifadə tarixi istehsalçı şirkət tərəfindən preparatların qablaşdırmasının üzərində qeyd edilir və dərman vasitələri həmin tarixə qədər istifadə edilə bilər.

İstifadəyə yararsız və son yararlılıq tarixi bitmiş dərman vasitələri isə müvafiq qayda və normalar çərçivəsində tibb müəssisələrindən toplanaraq utilizasiya edilməsi üçün aidiyyəti üzrə təhvil verilir”.
 
Ardını oxu...
Azərbaycanla Rusiya arasında gərginlik hələ də davam edir. Doğrudur, təyyarəmiz Rusiya tərəfindən vurulduqdan sonra iki ölkənin prezidentləri arasında telefon danışı baş tutub və eyni zamanda qarşılıqlı gediş-gəlişlər ciddi səviyyədə təmin olunub. Amma buna rəğmən hələ də rəsmi Bakının Kremldən ÜZR İSTƏ tələbi təmin olunmayıb, eyni zamanda Azərbaycan dövlətinə qarşı törədilmiş bu terror aktına görə, hər hansı maddi təzminat ruslar tərəfindən ödənməyib. Bu isə Bakı-Moskva münasibətlərinin yalnız sözdə istiləşməsinə işarə edir. Realda isə vəziyyət əvvəlki gərginliyini qorumaqdadır.

"DİA-AZ" bildirir ki, elə bu barədə Rusiyada yaşayan soydaşlarımız da gileylənirlər. Onların bu günlərdə sosial şəbəkələr vasitəsilə ictimailəşən müraciətlərində deyilir:

"Azərbaycana məxsus sərnişin təyyarəsi Çeçenistan üzərində vurulduqdan sonra bizə qarşı münasibət çox dəyişib. Hər yerdə sıxışdırılırıq. Əslində Ukrayna-Rusiya müharibəsi yenidən alovlandıqdan sonra bizimkilər hədəfdə idi. Amma son dövrdeə, yəni təyyarəmiz vurulandan sonra bu hücumlar daha da srətləşib.

Məsələn, ümumi Rusiya ərazisində bu ilin ilk 3 ayı ərzində 40-a yaxın azərbaycanlının obyektinin fəaliyyəti müxtəlif bəhanələrlə bağlanıb. Ayrı-ayrı yerlərdə ən aşağı işlərdə belə işləyib Azərbaycandakı ailəsinə qəpik-quruş yollayan soydaşlarımıza isə basqılar daha ciddidir. Onlar hətta məcburi qaydada Ukrayna-Rusiya müharibəsinə cəlb olunurlar. Bu vaxta qədər 300-dən artıq Azərbaycan vətəndaşı Rusiya tərəfindən cəlb olunduqları döyüşlərdə həlak olub.

Və ən acınacaqlısı isə odur ki, bu gün Azərbaycanın Rusiya hakimiyyətinə yaxın yetərincə nüfuzlu iş adamları var. Təbii ki, onların başında "Putinin dostu" olaraq tanınan iş adamı İlham Rəhimov dayanır. Amma nə olsun ki, İlham Rəhimov bu vaxta qədər nə hansısa azərbaycanlının obyektinin bağlanmasının qarşısını almayıb, nə də dostluğundan istifadə edərək küçələrdən oğurlanan soydaşlarımızln cəbhə xəttinə göndərilməsi prosesinin durdurulması ilə bağlı hansısa addımı atmayıb.

İlham Rəhimovu sosial şəbəkələrdə elə tərifləyirlər ki, guya o olmasaydı, Azərbaycan vətəndaşları Rusiyada məhv olardı... Amma fakt odur ki, o var deyə, bizi əzirlər və kim ki onun qılıncının altından keçməyibsə, gec-tez məhv edilir..."

YAZININ DAVAMI OLACAQ... Bizi izləməyə davam edin...

Dünyapress TV

Xəbər lenti