Ardını oxu...
Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Zeytun Pharmaceuticals" MMC ilə bağlı inzibati xəta protokolu tərtib edib.

Teleqraf xəbər verir ki, şirkət dərman vasitəsini Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha satdığı üçün cərimələnib.

İnzibati Xətalar Məcəlləsinin 221.3. maddəsinə əsasən bu halda vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
 
Ardını oxu...
Respublika Endokrinoloji Mərkəzində baş verən qanunazidd əməllərlə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanılmış cinayət işinin istintaqı davam etdirilir.

Trend-in əldə etdiyi məlumata görə, Mərkəzin daha iki əməkdaşı - həkim endokrinoloqlar - Nüşabə Hüseynova və Nərmin Fərziyeva istintaqa cəlb olunublar. Onlar davam edən cinayət işi üzrə ifadə veriblər.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib.

Qeyd edilən Mərkəzin vəzifəli şəxsləri tərəfindən öz həqiqi təsir imkanlarından istifadə edilərək digər vəzifəli şəxslərin qərarına qanunsuz təsir etməklə şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin qeydiyyata alınması, onların müxtəlif dərman vasitələri ilə təmin edilməsi və bu kimi başqa məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət əməllərinin törədilməsində təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlər davam etdirilir.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Məlum olduğu kimi, yeni maliyyə naziri Sahil Babayev keçmiş nazir Samir Şərifovun kadrlarını bir-birinin ardından çıxdaş etməkdədir. Elə dünən daha daha iki nüfuzlu məmuru "vuran". Sahil Babayev prosesin davamlı olacağına da işarə etmiş oldu.

"DİA-AZ" xəbər verir ki, nazirin əmri ilə Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Elman Piriyevlə Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayev vəzifələrindən azad olnublar.

Qeyd edək ki, hər iki şəxs maliyyə sistemində nümfuzlu şəxslər sayılırlar. Nadir Qarayev haqqında isə mətbuatda indiyə qədər çoxsaylı neqativ xəbərlər yayılıb.

Məlumata görə, onların səlahiiyətlri müavinlərinə həvalə olunub.

Amma bu da hamısı deyil. "DİA-AZ"a daxil olan məlumata görə, konkret olaraq Nadir Qarayevlə bağlı daha sərt qərar veriləcək. Məlumatlı mənbə iddia edir:

"Nadir Qarayevin vəziyyəti gərgindir. Sahil Babayev ola bilsin ki, onun işini hüquq mühafizə orqanlarına həvalə etsin. Bunu zamanla görəcəyik. Yəni həbsi gözlənilir və hazırda proses bu istiqamətdə inkişaf edir".

Əlavə bilgilərimiz olacaq.
 
Ardını oxu...
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bu gün – 3 aprel tarixində tender müsabiqəsi elan edib.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsi Sumqayıt şəhər 21 nömrəli 1 176 şagird yerlik məktəbin əsaslı təmiri işlərinin satınalınması ilə bağlıdır.
Qeyd edək ki, müsabiqənin ehtimal olunan qiyməti 4 milyon 616 min 473 manat 88 qəpik təşkil edir.
Məlumat üçün onu da qeyd edək ki, təxminən 2 ay əvvəl – 10 fevral tarixində Elm və Təhsil Nazirliyinin rəsmi mətbu orqanı olan “Azərbaycan müəllimi” qəzetində yayımlanan xəbərdə Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbin binasında əsaslı təmir işlərinin davam etdirildiyi yazılıb. Məlumatda bildirilib ki, bu barədə məlumat “Azərbaycan müəllimi” qəzetinə Abşeron-Xızı Regional Təhsil İdarəsindən verilib.
 
 

 


Ardını oxu...
Əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq və vətəndaşların səhiyyə ilə bağlı maliyyə yükünü azaltmaq məqsədi daşıyan icbari tibbi sığortanın ölkə üzrə tətbiqindən bu gün 4 il keçir.

Medicina.az xəbər verir ki, İTS dünən yaydığı hesabatda maraqlı rəqəmlər təqdim edib.
Məlum olub ki, 1 aprel 2021-ci ildən etibarən icbari tibbi sığorta çərçivəsində 78 milyon 664 mindən çox müraciət üzrə vətəndaşlara 235 milyon 242 mindən çox tibbi xidmət göstərilib. Tibbi xidmətin 86%-i ambulator şəraitdə, 14%-i isə stasionar şəraitdə göstərilib.

Ən çox müraciət edilən tibbi xidmətlər sırasında ilk yerdə ümumi tibbi baxış, profilaktik müayinələr (18 yaşa qədər), qan dövranı, endokrin, tənəffüs və həzm sisteminin xəstəlikləri ilə bağlı olub. Ən çox icra olunan əməliyyatlar doğuş və ginekoloji proseduralar, sidik cinsiyyət, ürək-damar, oftalmoloji və həzm sistemi xəstəliklərinin cərrahi müalicəsi ilə bağlı olub.

2021-2024-cü illər ərzində icbari tibbi sığorta ilə tibbi xidmət alan pasiyentlərin sayı artan xətlə davam edib. Belə ki 2021-ci illə müqayisədə 2024-cü ildə tibbi xidmət almış pasiyentlərin sayında 29% artım qeydə alınıb.
TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir. 2021-ci ildən etibarən göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 541 mindən çox əməliyyat və prosedurdan yararlanıb.

2021-2024-cü illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müqaviləli özəl və sahəvi tibb müəssisələrinə 798 milyon 952 min manatdan çox, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə isə göstərilən tibbi xidmətlər müqabilində 1 milyard 553 milyon 291 min manatdan çox məbləğdə ödəniş həyata keçirilib.

Bəs görəsən, 798 milyon 952 min manat hansı özəl klinikalara ödənilib? Əksər özəl klinikalar gəlirlərin azalması, hətta bağlanmaq təhlükəsində olduğunu bar-bar bağırdığı halda 800 milyona yaxın vəsait hansı bəxtəvərlərə nəsib olub?
Bu vəsaitin neçə faizi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama Departamentinin rəhbəri Hikmət İbrahimlinin və “Yeni Klinika”nın direktoru Barat Yusifovun nəzarətində olan klinikalar şəbəkəsinə yatırılıb?

Bu suallara cavab tapmaq üçün rəsmi qurumlara sorğu ünvanlamışıq, cavablarını təqdim edəcəyik.
Ardını oxu...
"Private Facility Management MMC" şirkəti müqavilə əsasında ərzaq tədürük gördüyü sahibkara külli miqdarda zərər verib.

Şikayətçi Əliyev Namiq "Azərbaycan Reallığı"na müraciət edərək bildirir ki, o, bir müddət sözügedən şirkətlə çalışsa da şirkət ödənişləri vaxtı-vaxtında etmədiyi üçün onlarla bağladıqları müqaviləni ləğv etmək qərarına gəlib.

Bu barədə şirkətə rəsmi məktub ünvanlayaraq tədarükün ödəmələrinin yubadılmasına görə onlarla işləmək istəmədiklərini bildirərəm müqaviləni qarşılıqlı razılaşma ilə ləğv ediblər. Buna baxmayaraq şirkətin onlara 24.000 manat ödənməmiş borcu qalıb.

Şirkət isə sahibkara bir neçə aydır ödəmə ediləcək deyib yubadır. Sahibkar şikayətində bildirir:

Dekabrdan bəri 24.000 azn borc qalıb. Son dəfə yanvarda ödəniş etdilər, bir daha ödəmə edilmədi. Gah deyirlər sərəncamdayıq, gah deyirlər hesabda pul yoxdur, sonra dedilər bankdan pul götürüb ödəyəcəyik.

Ən son bankdan pul götürdüklərini, ödəmənin sərəncamdan çıxdığını və mart ayının 19-una qədər ödəməni edəcəklərini bildiriblər. Buna baxmayaraq martın 19-u heç bir ödəmə etməyərək bir daha əvvəlki kimi aprel ayında ödəmə edəcəklərini, şirkətin kassasında vəsait olmadığını bildirdilər."

Sahibkar şirkətin ona olan 24.000 manatı ödəməkdən boyun qaçırdığını bildirərək media vasitəsilə şirkətdən ödəməni etməsini tələb edir.
 
Ardını oxu...
Beyləqan şəhərinin mərkəzi küçəsinin bir qrup sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, küçələr bərbad vəziyyətdədir və İcra Hakimiyyəti bu problemlə maraqlanmır:

“Biz, sakinlər, yaşadığımız ünvan üzrə bir çox qurumlara iradımızı bildirmişik. Lakin əhəmiyyət vermirlər. Bu səbəbdən də məcbur qalıb media üzərindən səlahiyyətli qurumlara müraciət edirik.

Son vaxtlar guya, rayonda küçələrə asfalt çəkirlər. Görünən yerləri bəzəyib, görünməyən yerləri isə yarımcıq qoyurlar. Bu dediklərimizi şəkillər vasitəsilə də sübut edəcəyik.

Asfalt çəkən ustalara sual veririk ki, bu, magistral yoldur, yolun bu hissəsini niyə yarımçıq qoyursuz, deyirlər, icra başçısı Əziz Əzizov bizə belə tapşırıq verib.

Bu küçəni belə yarımçıq qoymaqla, nə etmək istəyirlər? Yaxşı olmazmı hər yer səliqəli olsun? Rayonun arxa küçələrinə - vəzifəli şəxslərin yaşadığı ərazilərə başdan-başa asfalt çəkilib. Belə çıxır ki, adi insanlar isə palçığın içərisində yaşamalıdır. Vətəndaşlara verdikləri dəyər budur.

Üstəlik, çəkdikləri asfaltı da düzgün çəkmirlər. Görünür, tək məqsədləri yeyinti etməkdir. Köhnə asfaltı qazıb, yenisi çəkilməlidir. Onlar isə onun üzərindən bir qat daha gedirlər.

Onu da qeyd edək ki, bizim küçə şəhidlər abidəsinin yaxınlığıdır. Vətəndaşların şikayətinə icra başçısı Əziz Əzizov biganə yanaşır”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bu gün bir qrup Gəncə sakini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin önündə etiraz aksiyası keçirib.

Gununsesi.info-nun xəbərinə görə, sakinlər onlara diqqət göstərilməməsindən narazılıq edirlər.

Onların sözlərinə görə, bir neçə ildir ki, gəlib-getsələr də, heç bir nəticəsi olmur.

Hər dəfə müxtəlif bəhanələrlə iş uzadılır.

Sakinlərin bu etirazına səbəb isə 2020-ci ildə Ermənistan Silahlı Qüvvələrinin Gəncəni raket atəşinə tutduğu zaman onların evlərinə dəyən zərərə görə kompensasiyalarını ala bilməməsidir.

Bildiririk ki, bundan bir müddət əvvəldə Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Məstan Əliyev ünvanında yaşayan Məmmədəliyev Azad Qəşəm oğlu Gununsesi.info vasitəsilə Prezident İlham Əliyevə şikayət ünvanlamışdı.

Gununsesi.info-ya danışan sakinlər bildirir ki, onlar dəfələrlə aldadılıb, hadisədən uzun illər keçməsinə baxmayaraq, hələ də aldadılırlar.

Hər bir sakinin isə ayrı-ayrı problemi var.

Onlardan birinin evi yarımçıq tikilib, birinin isə ümumiyyətlə, tikintisinə başlanılmayıb.

Sakinlərin bəziləri iddia edir ki, Komitə rəsmiləri onlara ağ sənədə imza atdıraraq, nağd şəkildə 1000 manat pul verib.

Sonradan məlum olub ki, bu mənzillər üçün büdcədən külli miqdarda vəsait silinib.

Göründüyü kimi ortada böyük bir korrupsiya cinayəti var. Ölkənin Baş Prokurorluğu və Dövlət Təhlükəsizlik Xidməti bu prosesi araşdırmalı və müvafiq tədbir görməlidir.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də mövqeyini işıqlandırmağa hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
@gununsesi.info

Gəncədə raket dağıdan evlərin pulları mənimsənilir

♬ Film Tension Background - Dmitriy
Ardını oxu...
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının 2023-2024-cü il məzunlarının diplomları verilmir.

Bu barədə UNEC məzunları Gununsesi.info-ya müraciətində bildirib.

Onların sözlərinə görə, 2 ildir ki, diplom verilmir:

“Biz 2023-2024-cü il məzunlarıyıq. Hər dəfə bizə söz verilir, amma heç bir nəticə çıxmır, hər zaman ‘bugün, sabah veriləcək’ deyilir. Bu vəziyyət bizi çox çətin duruma salıb.”

Məzunlar bildirib ki, dəfələrlə Ədalət Muradova müraciət etsələr də, lakin rektor onları qəbul etmir və görüş üçün prorektorlara yönləndirir:

“Bəzi məzunlar hərbi xidmətdədirlər, əgər diplom verilməsə 1il 6 ay xidmət edəcəklər. Elm və Təhsil Nazirliyi bu məsələ ilə bağlı ictimaiyyətə heç bir açıqlama vermir. UNEC-in mətbuat katibi isə hər dəfə soruşanda bildirir ki, yaxın günlərdə veriləcək. O da UNEC-in adına ləkə gəlməməsi üçün belə deyir. Elm və Təhsil Nazirliyi isə bu məsələyə cavab vermir. İndi biz hər iki müəssisənin arasında qalmışıq. Biz yalnız Elm və Təhsil Nazirliyinin verdiyi cavaba inanırıq.”

Məzunlar onu da vurğulayır ki, UNEC Azərbaycanın ali təhsil müəssisəsi olmasına baxmayaraq, universitetdə təhsil almış rusiyalı vətəndaşların diplomu verilib.

UNEC-dən Gununsesi.info -nun sorğusuna cavab olaraq bildirilib ki, Dərbənd filialının məzunlarına diplom blanklarının təqdim edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə universitet tərəfindən rəsmi məktub göndərilib: “Məsələnin həlli istiqamətində nazirliklə mütəmadi olaraq əlaqə saxlanılır. Rusiya vətəndaşı olan məzunlara diplomlar verilmişdir. Digər məzunların diplom blankları isə nazirliyin müvafiq araşdırmalarından sonra mərhələli şəkildə təqdim olunacaq.”

Həmçinin, qeyd edilib ki, universitet tərəfindən məzun əmrləri həmin tələbələrə məzun olduqları ildə verilib. Diplom blankları ETN tərəfindən təqdim olunur və təqdim olunan gündə məzunlara veriləcək.

Elm və Təhsil Nazirliyindən isə Gununsesi.info -ya cavab olaraq məsələnin araşdırıldığı deyilib.

Qeyd edək ki, Qurban Qurbanov 1998-2014-cü illər arasında Dərbənd rayonuna rəhbərlik edib. 2014-cü ildə isə Dağıstanın o zamankı rəhbəri Ramazan Abdulatipovun təzyiqləri nəticəsində istefaya göndərilib.

Rəsmi səbəb kimi qanunsuz torpaq paylanması göstərilsə də, 2018-ci ildə məhkəmə bu ittihamları əsassız sayıb. Hal-hazırda Qurbanov, Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının direktoru vəzifəsini icra edir.
Ardını oxu...
Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının diplom ala bilməyən tələbələri hələ də çıxılmaz vəziyyətdədirlər.

Hələ iki ay əvvəl saytımıza bu şikayətlə müraciət edən tələbələr növbəti dəfə “Qafqazinfo”ya üz tutublar. Onlar artıq iki ildir ki, diplom ala bilmədiklərini, bu səbəbdən də işsiz qaldıqlarını xatırladırlar.

Məzunlar deyirlər ki, UNEC-in Dərbənd filialının Rusiya vətəndaşı olan tələbələrinin diplomları artıq 1 aydır ki, verilib. Amma Azərbaycan vətəndaşlarının diplomlarından hələ də səs-soraq yoxdur: “UNEC Azərbaycanın universiteti ola-ola öz vətəndaşının diplomunu 2 ildir ki, vermir. Artıq 2 aydan sonra 2025-ci il məzunları gəlir. Bəzi məzunlar hərbi xidmətdədirlər, əgər diplom verilməsə, 1 il 6 ay xidmət edəcəklər. Bəziləri isə işə qəbul ola bilmir. Diplom necə verilməyə bilər ki, tələbə UNEC-in Dərbənd filialında bütün dərslərində, imtahanlarında iştirak edib, həmçinin yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçib”.

Məsələ ilə bağlı yenidən UNEC-ə sorğu ünvanladıq. Universitetdən müraciətimizə ötəndəfəkinə bənzər cavab verildi: “Elm və Təhsil Nazirliyindən diplom blanklarının təqdim olunmasını gözləyirik. Rusiya vətəndaşlarına diplomlar artıq verilib. Digər məzunlara da blanklar Elm və Təhsil Nazirliyi tərəfindən veriləndən sonra təqdim olunacaq”.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti