Ardını oxu...
2020-ci il avqustun 10-da ürək çatışmazlığından vəfat edən general-leytenant Fuad Məmmədovun əmlaklarının bölünməsi ilə bağlı problem hələ də öz həllini tapmayıb.

Yenicag.az xəbər verir ki, mərhum generalın varisləri arasında əmlak bölgüsü ilə əlaqədar 4 ilə yaxındır davam edən məhkəmə prosesi nəticəsiz qalıb. Generalın həyat yoldaşı Gülsuqra Məmmədovanın sözlərinə görə, hansısa şəxsi maraqlar naminə məhkəmə prosesi süni şəkildə uzadılır:

“4 il ərzində təyin olunan 4 ekspert dəfələrlə baxış keçirmələrinə baxmayaraq, işi qəsdən ləngidir və prosesi süni şəkildə uzadırlar. Onların bu davranışı açıq şəkildə hansısa maraqların güdüldüyündən xəbər verir. Ədalətin bərqərar olmasından çox, şəxsi mənafelərini önə çəkmələri təkcə hüquqi prinsiplərə deyil, cəmiyyətin ədalətə olan inamına da zərbə vurur”.

Bu görüntü 17 noyabr 2024-cü il tarixinə aiddir. Belə ki, şikayətçinin sözlərinə görə, həmin tarixdə ekspertiza üçün təyin edilən Amil adlı ekspert sözügedən əmlaka gəlsə də mənim kefim belə istəyir işə baxmıram dedi.

Mövzü ilə bağlı 11 aprel 2025-ci il tarixində saat 15:00 radələrində Mərdəkan ərazisində yerləşən mübahisəli əmlaka baxış keçirilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza təyin olunub. Lakin ekspertlərlə birgə müşahidə aparmaq üçün əməkdaşımız əraziyə getsə də, gözlənilməz mənzərə ilə qarşılaşıb. Belə ki, saatlarla gözlənilməsinə və dəfələrlə zəng olunmasına baxmayaraq, Təhmasib adlı ekspert hadisə yerinə gəlməyib.

Bildirilir ki, uzun müddət gözlədikdən sonra isə məlum olub ki, ekspertiza prosesi əvvəlcədən hər hansı rəsmi xəbərdarlıq edilmədən ləğv edilib və başqa tarixə təxirə salınıb. Şikayətçi bu durumdan narazılığını belə ifadə edib: “Artıq 4 ildir məsələ öz həllini tapmır. Bilmirəm, niyə? Bəlkə də hansısa maraqlar üçün proses uzadılır? Fikirləşdim ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi vəzifəsinə yeni təyin olunan Elşən Albəndovdan sonra vəziyyət dəyişər. Ancaq dəyişən heç bir şey olmadı. Bu gün də təyin olunan ekspertizanın xəbər edilmədən vaxtının dəyişdiyini gördük”.

 
 
 
Ardını oxu...
Son vaxtlar orta məktəblərimizdə yenə də intiharlar, intihara cəhdlər, bıçaqlanmaların və s. sayı artır. Görəsən, bunun əsas səbəbləri nələrdir? Və müvafiq qurumlar belə halların qarşısının alınması, profilaktikası üçün hansı tədbirləri görür? Məsələn, məktəblərdə psixoloq xidmətlərinin durumu nə yerdədir?..

Tanınmış təhsil ekpserti, ADPU-nun dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru İlham Əhmədov mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib:

“Bəli, təəssüf ki, son dövrlərdə məktəblilər arasında intihar və intihara cəhdlər artıb. 2025-ci ilin əvvəlində ölkənin müxtəlif bölgələrində ard-arda məktəbli intiharları qeydə alınıb. Digər tərəfdən, şagirdlər arasında, hətta şagird və müəllimlır arasında münaqişələr, fiziki zorakılıq halları da artıb. Uşaqlar çox aqressiv olmuş, hətta bir çoxlarının psixi durumlarında problemlər də var. Bunun çox səbəbləri mövcuddur. Ən əsası odur ki, gənc nəslin tərbiyəsi məsələsində ciddi problemlər var...

Bu gün cəmiyyətdə dəyərlər dəyərsizləşib. Bu məsələdə bəzi TV kanalların dağıdıcı rolunu xüsusi qeyd etməliyik. Sosial şəbəkələr, məktəblərdə davamiyyətin zəifləməsi, son illər davamlı olaraq müəllim nüfuzunun, təlim-tərbiyə prosesinin zədələnməsi, məktəb-valideyn əlaqələrinin “votsap-pul yığma” kampaniyası ilə əvəzlənməsi və s. mənfi tendensiyalar illər ərzində öz dağıdıcı təsirini göstərməkdədir. Və təəssüf ki, hazırda məktəblərimiz də Elm və Təhsil Nazirliyi(ETN) kimi qapalı bir quruma çevrilməkdədir. Valideynin məktəbə daxil olması, direktorla görüşməsi problem olmuşdur. Səbəblər aydındır. Amma məktəbdə, cəmiyyətdə tərbiyə işini qaldırmaq istəyiriksə, məktəb-ailə işbirliyini bərpa etməliyik...

Bu cür halların artması məktəblərdə psixoloji xidmətlərin də vəziyyətini yenidən qiymətləndirməyi zəruri edir. Təhsil ocaqlarında psixoloji xidmətin əsas məqsədi şagirdlərin psixoloji sağlamlığını qorumaq və onların təhsil müvəffəqiyyətlərini artırmaqdır. Bu xidmətlər şagirdlərin təlim və tərbiyə sahəsindəki çətinliklərini aşkara çıxarmaq, onların şəxsi və intellektual inkişafındakı qüsurları aradan qaldırmaq və sosial cəhətdən fəal şəxsiyyətlərin formalaşdırılmasında dövlət və cəmiyyətə köməklik göstərməkdən ibarətdir...

Onu deyim ki, məktəbdə psixoloji xidmətin səmərəsizliyinin səbəbləri də çoxdur. Əsas səbəb bir nəfər psixoloqun belə ağır bir işin öhdəsindən təkbaşına gəlməkdə çətinlik çəkməsidir. Hesab edirik ki, “Məktəblinin Dostu” kimi əhəmiyyətsiz layihələrə yönələn maliyyəni məktəbdə psixoloji xidmətin gücləndirilməsinə yönəltmək lazımdır. Digər tərəfdən, məktəb psixoloqu ağır iş rejiminin qarşılığında çox aşağı maaş alır...
Axı, tərbiyə də təhsil kimi millətin gələcəyini təyin edir...

Məktəblərdə son vaxtlar baş verən neqativ hadisələr cəmiyyətdə tərbiyə məsələsinin arxa plana keçirilməsi, daha doğrusu başlı-başına buraxılması ilə əlaqədardır. Şagird-müəllim münasibətlərinin neqativ xarakter alması, bu cür xoşagəlməz hadisələrin çoxalması məktəbdə tərbiyə işinin aşağı səviyyəsini göstərir. Sovet dönəmində də məktəblərdə bəzən belə hadisələr baş verərdi. Lakin nadir hallarda... İndi isə təəssüflər olsun ki, belə olaylar sistematik xarakter alıb...

Bu problemin yaranmasında günahların bir qismi məktəbin üzərinə düşür. Hər bir sistemin işinin səmərəsi bu sistemin sükanı arxasında olan kadrın peşəkarlıq səviyyəsindən asılıdır. Məktəblərə son vaxtlar direktor təyinatında səhvlərə yol verilir. Bu məsələ mətbuatda da müzakirə mövzusuna çevrilməkdədir. Heç bir pedaqoji təhsili və pedaqoji stajı olmayan insanların məktəblərə direktor təyin edilməsi halları çoxalıb. Bu, ciddi səhvdir. Məktəbin rəhbərliyi, məktəbin idarəedilməsi, ona nəzarət pedaqoqların əlində olmalıdır, menecerliyi bacaran hər hansı qeyri-pedaqoqun, təlim-tərbiyədən uzaq kadrların yox... Mütləq şəkildə bilməliyik ki, məktəbə təhsilə aidiyyatı olmayan kənar şəxslərin rəhbər vəzifəyə gətirilməsi, birmənalı olaraq təhsilə fəlakət gətirəcəkdir. Artıq ilk simptomlar görünür. Hər peşənin öz sənətkarı var. Hər sahənin idarəedilməsi bu sferada zəngin təcrübə qazanan kadrlara həvalə edilməlidir. Təhsil sahəsində də belədir. Ancaq təəssüflər olsun ki, pedaqoji təhsili olmayanlar məktəblərdə direktor kimi fəaliyyət göstərirlər. Bu çox uğursuz eksperimentdir. Bu amil məktəbdə tərbiyə işini zəiflədən əsas səbəblərdəndir...

Tərbiyə işinin zəifləməsinin digər səbəbi ölkədə, cəmiyyətdə, eləcə də təhsil sistemində ideoloji boşluğun olmasıdır. 30 il müstəqillik təcrübəmiz olsa da, hələ də təhsil sistemində işlək tərbiyə konsepsiyası yoxdur. Yadımdadır, 2000-ci illərdə TN-də tərbiyə şöbəsi vardı. İndi mən bilən belə bir şöbə yoxdur. Ümumiyyətlə hazırkı ETN-nin strukturu hansı şöbələrdən ibarətdir, müdirləri kimlərdir, əməkdaşları kimlərdir, bu məlumatlar çox məxfi saxlanılır sanki. Digər nazirliklərdən fərqli olaraq Elm və Təhsil Nazirliyinin saytından onun strukturunu və orada işləyən insan kapitalının keyfiyyətini müəyyən etmək mümkün deyil, sanki bu dövlət sirridir. Əvvəllər bu qurum daha şəffaf və əlçatan idi ictimaiyyət üçün...

ETN-nin tərbiyə şöbəsi 2000-ci illərdə tərbiyə konsepsiyası hazırlamışdı. Amma sonralar bu konsepsiyadan, deyəsən, heç istifadə edilmədi. Ümumiyyətlə, sovet illərində tərbiyəyə dair yazılmış kitablardan, tədqiqatların nəticələrindən, konsepsiyalardan müstəqillik illərində istifadə etmək düz deyil. Çünki, cəmiyyətdə son 20-30 ildə çox şey dəyişdi. Müstəqillik illərində tərbiyə mövzusunda diqqəti cəlb edən əsərlər də az oldu, bu sırada yalnız 20 il əvvəl yazılmış professor Zakir Qaralovun "Tərbiyə" trilogiyasını qeyd edə bilərəm. Hələlik tərbiyəyə dair bu kitabdan başqa dəyərli nəsə başqa kitab xatırlamıram...

Tərbiyə məsələsinin zəifləməsinin digər səbəbi KİV, xüsusən telekanallardır. Elə verilişlər var ki, ona baxanda adam dəhşətə gəlir: bu nə mövzudu, bu nə aparıcıdı, bu nə səviyyəsiz verilişlərdi? Hesab edirəm ki, belə verilişlər gənclərin tərbiyəsinin pozulmasına xidmət edir. Maarifləndirici, idraki, vətənpərvərlik istiqamətində verilişlərimiz, əfsuslar olsun ki, azdır. Digər tərəfdən, cəmiyyət bilməlidir ki, tərbiyə təhsildən üstündür. Bilməliyik ki, "İnsanı əxlaqi yox, yalnız intellektual səviyyədə tərbiyə etmək, cəmiyyət üçün təhlükə yaratmaq deməkdir." (Teodor Ruzvelt)...

Uşaqların təhsil proqramlarını mənimsəməsi üçün valideynlər müxtəlif yollar axtarır, xeyli xərc çəkirlər, amma onların tərbiyəli olması barədə elə də narahat olmurlar, sanki, hər şey öz-özünə həll ediləcəkdir. Digər tərəfdən, məktəblərdə tədris prosesi pozulub. Repetitorluq kütləviləşəndən sonra şagirdlərin dərsə davamiyyəti də azalıb. Çünki şagirdlər pul qarşılığında repetitordan bilik alacaqlarını düşünürlər. Onlarda belə təsəvvür yaranır ki, hər işi pulla həll etmək mümkündür. Beləliklə, uşaqların nəzərində pul kultu, sanki pula səcdə xisləti yaranır və nəticədə maddiyyat mənəviyyatı üstələyir. Müəllimin nüfuzu da son onilliklər xeyli aşağı düşüb. Bu gün də müəllimlər sanki hüquqsuz bir zümrədir. Nə qədər imtahan etmək olar müəllimləri? Bir qisim müəllimlər isə şagirdlərə müştəri gözü ilə baxırlar. Şagird də bunu hiss edir. Bütün bu mənfi hallar kompleks halda həm müəllim nüfuzunu, həm də məktəbdə təlim-tərbiyə prosesinə mənfi təsir edir...

Fikirlərimiz XX əsrin əvvəllərində görkəmli maarifçilərimizin nəşr etdiyi “Füyuzat” jurnalından oxuduğum bir fikirlə bitirmək istəyirəm:

"Mənəvi tərbiyəni düzgün quran millət həqiqi mənliyə sahib olacaqdır”...”
 
Ardını oxu...
Abşeron rayonu , Mazazır qəsəbəsi ərazisində yerləşən duz gölü ilə bağlı narazılıqlar səngimir.

Ərazidə yaşayan sakinlər xalq.az-a bildiriblər ki, gündəlik həyatda istifadə etdiyimiz duzun mənbəyi, Masazır duz gölünə axıdılan kanalizasiya xətləridir. Sakinlərin haqlı narazılıqlarını nəzərə alaraq əməkdaşlarımız sözügedən ərazidə olublar və həqiqətən şahidi olublar ki, kanalizasiya xətləri gölə axıdılır.

Qeyd edək ki, ərazidə “Azərsun Holdinq”-in Masazır Duz Zavodu yerləşir.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi, “Memar Əcəmi” metrosunun yaxınlığında ərazini çirkab suları basıb.

Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, hazırda həmin ərazidəki problem aradan qaldırılıb:

“Ərazidə baş verən tullantı xətlərindəki tıxanma aradan qaldırılıb. Hazırda tullantı suları da sərbəst şəkildə boru ilə axır”.

 
Ardını oxu...
Piştaxta-kassa uyğunsuzluğu davam edir.
Əslində bunun adına müştərinin aldatmaq deyirlər. XALQ.AZ xəbər verir ki, artıq marketlərimizin piştaxtada bir qiymət, kassadan çıxan qəbzdə isə başqa bir qiyməti göstərməsi ənənə halını alıb.
Günü-gündən artan müştəri gileyləri isə aidiyyatı qurumlar tərəfindən qulaqardına vurulduğundan marketlərimizin də durmaq fikri, hansısa məsuliyyətə gəlmək kimi yanaşması görünmür.
XALQ.AZ növbəti vətəndaş şikayətini təqdim edir. Bu dəfə narazılıq yenədə “Bazarstore” dir.
Belə ki , müştəri super kart ilə aldığı məhsulu endirimsiz qəbzlə vurublar və ödənişinidə alıblar.
“Bazarstore” bu barədə heç bir açıqlama almaq mümkün olmadı. Qarşı tərəfində fikirlərini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
DogruXeber.az: - Nəsimi rayonunun Memar Əcəmi metrosunun yaxınlığında bir neçə gündür qanunsuz tikinti aparılmaqdadır.

Bu barədə mediada dəfələrlə yazılmağına baxmayaraq, aidiyyətı qurumlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi istisna olmaqla məsələyə reaksiya vermirlər.

Ekologiya Nazirliyinin sözügedən məsələ ilə bağlı açıqlamasında deyilir:

“Nəsimi rayonu, Cavadxan küçəsi Şəki kafesinin ərazisində ağacların kəsilməsi ilə bağlı 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə daxil olan şikayət araşdırılıb. Məsələ ilə bağlı “Qafqazinfo”ya idarənin rəisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı ağaclar təmir-tikinti işləri aparılan zaman kafe sahibi Famil Səfərovun göstərişi ilə kəsilib. Nəticədə təbiətə 11700 manat məbləğində ziyan dəydiyi müəyyənləşib. Qurum rəsmisinin sözlərinə görə, faktla bağlı aprelin 2-də akt tərtib edilib: “Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”. Q.Ağayev qeyd edib ki, kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınması üçün Nəsimi rayon İcra Hakimiyyəti və Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilib”.

Sosial şəbəkə istifadəçiləri nazirliyin açıqlamasını, sahibkara kəsilən cəzanın adekvat olmadığını, bu cəzanın ictimai rəyi susdurmağa hesablandığını bildirirlər.

Mediada yazılan məlumatda isə aparılan tikintinin Eldəniz adlı iş adamına məxsus olduğu yazılır.

Eldəniz adlı sahibkar Memar Əcəmi metrosunun yaxınlığında bir neçə uşaq geyimləri mağazası, Bakının “Gənclik” metrosu, Xətai rayonu, Abşeronun Xırdalan şəhəri və digər ərazilərdə obyektlərə sahibdir.

Sahibkara Əmlak Komitəsindən Taleh Bəşirovun, Nəsimi rayon icra hakimiyyətindən isə Asim Rzayevin dəstək verdiyi vurğulanır.

Məsələ ilə bağlı qarşı tərəfdən mövqe öyrənə bilmədik. /qlobal.az
 
Ardını oxu...
Vətəndaş banka olan borcunu ödəyə bilmədiyi üçün mənzili hərraca çıxarılıb, o, hərracın keçirilməsindən 1 gün öncə borcunu tam bağlasa da, evi Ədliyyə Nazirliyinin Nəsimi rayon İcra şöbəsi tərəfindən hərracda başqasına satılıb.

Bu barədə şikayətçi Məhərrəm Əliyev Ajans.az-a müraciət edib. Hərrac olacağını bilən Məhərrəm Əliyev bu il martın 17-də “Unibank”a olan borcunu tam bağlayıb və həm Nəsimi İcra Şöbəsinə, həm də Hərrac Mərkəzinə elektron qaydada “Unibank”ın xitam məktubunu göndərib.

Hərracın keçiriləcəyi gün – 18 martda vətəndaş Ədliyyə Nazirliyinin Nəsimi İcra Şöbəsində olub və borcu bağladığı barədə məlumat verib. Lakin hərrac dayandırılmadığı üçün tanımadığı üçüncü şəxs onun Nəsimi rayonu, Azər Əliyev küçəsində yerləşən 250 min AZN dəyərində olan evini satın alıb.

Şikayətçinin problemlə bağlı icra məmuru ilə də müvafiq yazışmaları mövcuddur. Lakin etik olmadığı üçün həmin yazışmaları işıqlandırmağı uyğun görmürük.

Hüquqşünas bildirib ki, “İpoteka haqqında” qanunun 46.1 maddəsinə əsasən hərrac keçirilənədək və hərrac protokolu imzalanana qədər borclu öhdəliyini yerinə yetibsə, bu zaman əmlakın açıq hərracda satılması qadağandır və işə xitam verilməlidir. Hazırki iş üzrə isə borc 17.03.2025 tarixində bağlanıb və icra qurumuna, hərrac mərkəzinə bu barədə məlumat verilib.

Ədliyyə Nazirliyindən Ajans.az-ın sorğusuna cavab olaraq bildirilib ki, borc (icra ödənişi də daxil olmaqla) tam ödənilmədiyi və yerli icra qurumu bu barədə vaxtında və rəsmi qaydada məlumatlandırılmadığı üçün icra prosesi dayandırılmayıb:

“Bakı şəhəri 14 saylı Notariat ofisinin müvafiq icra qeydinə əsasən 42.817,33 manat pul vəsaiti vətəndaş Əliyev Məhərrəm Müseyib oğlundan tutularaq “Unibank” ASC-nin xeyrinə ödənilməli, borc tələbi ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu Azər Əliyev küçəsində yerləşən mənzilə yönəldilməlidir. Həmin icra qeydinə əsasən əmlakın ilkin satış qiyməti 125.000 manat müəyyən edilmişdir.

Bakı şəhəri Nəsimi rayon icra şöbəsində aparılmış icraat zamanı borclu tərəfindən icra sənədi üzrə borc könüllü ödənilmədiyindən ipoteka predmetinin (mənzilin) elektron hərracda satılması üçün icra məmuru tərəfindən 05.02.2025-ci il tarixdə sifariş verilmiş, mənzil Elektron Hərrac Portalında (www.herrac.gov.az) 146.250 manata satılmış və onlayn qaydada keçirilən hərrac 18.03.2025-ci il tarixdə saat 10:16-da bitmişdir.

Vətəndaş tərəfindən borcun tam ödənilməsi ilə bağlı iddia ilə əlaqədar bildiririk ki, icra qurumu yalnız rəsmi sənədlər əsasında qərar qəbul edə bilər. Belə ki, “Unibank KB” ASC-nin 17.03.2025-ci il tarixli məktubuna əsasən vətəndaş Məhərrəm Əliyev tərəfindən banka olan borcun ödənildiyi qeyd edilmişdir. Həmin məktub yerli icra qurumunun elektron poçt ünvanına 17.03.2025-ci il tarixdə saat 18:11-də iş vaxtı bitdikdən sonra daxil olmuş, bu səbəbdən növbəti gün qeydiyyata alınmışdır.

Ödənilməli olan icra ödənişi isə borclu tərəfindən ödənilməmiş, həmin ödənişlər yalnız hərrac başa çatdıqdan sonra və hissə-hissə olmaqla (18.03.2025-ci il tarixdə saat 17:07-də 1.000 manat, 19.03.2025-ci il tarixdə saat 12:07-də 500 manat, saat 15:52-də isə 1.497 manat olmaqla, cəmi 2.997 manat) ödənilmişdir.

“İcra haqqında” və “İpoteka haqqında” qanunların müvafiq normalarının tələblərinə əsasən borclunun əmlakı əsas borcla yanaşı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi üçün tələb olunan xərclərin tutulması məqsədilə satılır".
 
Ardını oxu...
Oliqarx, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bioloji qohumluğun təyini - atalıq testindən keçməsi üçün daha bir məhkəmə instansiyası - Bakı Apellyasiya Məhkəməsi qərardad çıxarıb.

Ekspertiza keçirilməsi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə Tibbi Biologiya şöbəsinə həvalə olunub. Bu gün, aprelin 11-i, saat 11-ə təyin olunan ekspertizaya Fidan Abbasova və övladı gediblər. Lakin Orxan İsmayılzadə ekspertizaya qatılmayıb. Fidan Abbasovanın sözlərinə görə, Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə 2012-ci ilin may ayında faktiki nikahı baş tutub. Faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib.

“Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi. Dedi, ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”.

Fidan Abbasova deyib ki, qarşı tərəfin yalan vədinə inanıb və ərizəsini məhkəmədə geri çəkib: “Məni aldatdılar, iddiadan imtina etdirdilər. Daha sonra isə mənə artıq-əskik nəsə danışsam, ciddi problemlər yaradacaqları barədə hədə-qorxular gəlməyə başladılar”.

Fidan Abbasovanın vəkili Ziya Ələsgərov Musavat.com-a demişdi ki, müvəkkilinə qarşı qanunsuz addımlar atılır. Yada salaq ki, Orxan İsmayılzadə bundan öncə də ekspertizada iştirak etməkdən yayınıb. Sabunçu və Xətai rayon məhkəmələrində iş üzrə proseslər keçirilərkən hakimlə obyektiv qərarın verilməsi üçün ekspertiza keçirilməsi barədə qərar vermişdilər.

Xətai Rayon Məhkəməsində Orxan İsmayılzadənin şikayətini araşdıran hakim Aygün Həsənova obyektiv qərar verilməsi üçün bioloji qohumluğun təyini - atalıq testi təyini haqda qərardad çıxarmışdı. Qərardad icra olunması üçün Məhkəmə Tibb Ekspertizası (MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) həvalə olunub. Bioloji qohumluğun təyini - atalıq testi - DNT-nin keçirilməsinin zamanı haqda tərəflərə məlumat verilib. Lakin o zaman da Orxan İsmayılzadə ekspertizanın keçirildiyi ünvana getməmişdi.
Musavat.com-a açıqlama verən Fidan Abbasova bildirib ki, Orxan İsmayılzadə ayrı-ayrı məhkəmələrin çıxardığı qərardadlar əsasında təyin olunan ekspertizadan keçməkdən yayınmaqla əslində övladının atası olduğunu təsdiq etmiş olur: “Bu gün də, əvvəlki günlərdə də ekspertizanın keçirildiyi MTE və PAB-ın Bakı şəhəri, Mərdanov qardaşları 131 ünvanında yerləşən inzibati binasına gəlmədi. Orxan İsmayılzadə mənim ona şər ataraq guya övladımın atasının onun olduğunu bildirməyi deyir. Bunun şərəf, ləyaqətini alçaldan hal olmasını iddia edib məhkəmələrə üz tutur. Məhkəmələr həqiqətin üzə çıxması üçün ekspertiza təyin edirlər. Çünki, bunu sübut etməyin tək yolu ekspertizadır və Orxan İsmayılzadə ekspertizada iştirak etməməklə Nilin atası olduğunu etiraf etmiş olur. Məsələ onun iddia etdiyi kimi olsaydı, ekspertizadan keçər, övladımın atası olub-olmamasına aydınlıq gətirilməsində iştirak edərdi. Mənim övladımın atası Orxan İsmayılzadədir”.

Fidan Abbasova Orxan İsmayılzadənin aprlin 11-nə təyin olunmuş ekspertizada iştirak etməməsinin protokollaşdırıldığını da deyib: “Qanuna görə ekspertizanın işində iştirak etməmək öz-özlüyündə onun nəticəsini qəbul etmək, nəticəsi ilə razılaşmaq anlamı daşıyır”.

Bioloji qohumluğun təyini - Atalıq testi necə keçirilir?

Hər bir fərdin genomik DNT ardıcıllığı digər insanlardan fərqlidir (eyni yumurta əkizləri istisna olmaqla). Hər yeni fərddə yarısı anadan, yarısı atadan olmaqla yeni bir DNT qarışığı ortaya çıxır. Ana və atadan (irsi olaraq) köçürülən və bədənimizin kodlarını daşıyan bu məlumat toplusu, hüceyrə nüvələrində DNT adlanan quruluşda kodlanır. Yalnız bir-biri ilə əlaqəli olan insanlar (məsələn, ana, ata və uşaqlar) ortaq DNT ardıcıllığını paylaşırlar. Bu üsulla test edilən insanın bioloji ata olub-olmaması ortaya çıxır.

Bəs atalıq testi necə aparılır?

Bioloji quruluşumuzla bağlı bütün məlumatlar DNT dediyimiz quruluşda 2 nüsxədə kodlanır. Bu nüsxələrdən biri anadan, digəri atadan gəlir. Beləliklə, genetik məlumatlarımızın yarısını anamızdan, yarısını da atamızdan alırıq. Bu səbəbdən həm ata, həm də anamız ilə ortaq gen bölgələrimiz var. Bu məlumatlara uyğun olaraq keçirilən atalıq testində uşaqla ata arasında tamamilə ortaq olması lazım olan bölgələrin analizi aparılır. Uşağın və atanın analiz edilən gen bölgələri bir-biri ilə eynidirsə, bu, bioloji qohumluğun olduğunu müəyyən edir. Bu gün etibarlılıq faizini artırmaq üçün ən az 15 ümumi gen bölgəsi atalıq testlərində araşdırılır və nəticələr 99.99% dəqiqliklə alınır.
Fidan Abbasova deyib ki, Sabunçu Rayon Məhkəməsi ötən il Orxan İsmayılzadənin qızı Nilin atası olması barədə qərar verib və aliment təyin edib: “Orxan İsmayılzadə uşağın saxlanılması üçün təyin olunan aylıq 500 manat alimenti də ödəmir. Sabunçu rayon İcra Şöbəsinin icraçıları da Orxan İsmayılov barəsində hər hansı bir tədbir görməyə tələsmirlər. Ona görə də ədliyyə naziri Fərid Əhmədova müraciət hazırlamışıq. Yaxın günlərdə nazirə müraciət etməklə Sabunçu rayon İcra Şöbəsi əməkdaşlarının hərəkətsizliyindən şikayət edcəyəm. Orxan İsmayılzadə alimenti ödəmirsə, icraçılar onu məcbur etsinlər, övladının saxlama xərcini ödənsin. Ödəmirsə, icraçılar müvafiq hüquqi addımlar atsınlar. Ümid edirəm ki, ədliyyə naziri tez bir zamanda məsələni nəzarətinə götürməklə Sabunçu İcra Şöbəsinin hərəkətsizliyinə son qoyacaq”.
 
Ardını oxu...
Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi çərçivəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dair araşdırmalar davam edir.
Bakupost.az xəbər verir ki, istintaqın gedişində İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Toğrul da cinayət məsuliyyətinə cəlb olunub.
Onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Daha bir QHT nümayəndəsi Əhməd Məmmədzadə barəsində isə əvvəlki gündə həbs qərarı verilib. Aytac Ağazadə haqda isə məhkəmə bu gün qərar verəcək
Qeyd edək ki, hazırda “QHT işi” üzrə bir neçə nəfər istintaqa cəlb olunub, Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, Qalib Toğrul bir müddət öncə ev dustaqlığına buraxılan iqtisadçı Qubad İbadoğlunun qardaşıdır.
"DİA-AZ" qeyd edir ki, Qalib Toğrul həmçinin deputat Vüqar Bayramovun qardaşıdır.
 
Ardını oxu...
“Aqrar İnnovasiya və Təzhizat” şirkətində dələduzluq hadisəsi baş verib.
TEREF Qaynarinfo-ya istinadən verdiyi məlumata görə görə, hadisəyə görə şirkətin Qazax rayonu üzrə satış mərkəzində satıcı-anbardar vəzifəsində çalışan Elvin Məmmədli həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. İttihamda qeyd edilir ki, Elvin Məmmədli şirkətin 104 074 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
Cinayət işinin məhkəmə istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmədovun sədrliyi ilə aparılıb. Məhkəmə prosesi zamanı Elvin Məmmədli verilmiş ittiham üzrə özünü təqsirli bilməyib.
O, bildirib ki, şirkətin satış üçün ona təqdim etdiyi məhsullar sonradan bahalaşıb. Şirkət ondan məhsulların pulunu yeni qiymətlərlə tələb edib. Bu baxımdan, onun 99 000 manat borcu yaranıb. Bundan əlavə, o, şəxsi təsərrüfatı üçün şirkətdən 25 000 manat dəyərində gübrə alıb. Bahalaşma olanda şirkət ondan aldığı məhsula görə 41 000 ödəniş etməli olduğunu bildirib.
Qısası, Elvin Məmmədli dələduzluq etmədiyini, sadəcə bahalaşama səbəbindən şirkətə borclu qaldığını bildirib. Bununla belə, məhkəmə Elvin Məmmədlini verilmiş ittiham üzrə təqsirli bilib. O, 7 il müddətinə azadlıqdan məhrum edilib.
“Aqrar İnnovasiya və Təchizat” şirkətində tez-tez oxşar hadisələr baş verir. Məsələn, 2022-ci ildə şirkət mənimsəmə faktına görə, cinayət işi başlanmışdı. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, araşdırmalarla cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləmiş Rəvan Şükürovun 16 mart 2021-ci il tarixdə təhvil-təslim aktları əsasında təhvil aldığı müxtəlif adda, çeşiddə və miqdarda məhsulların satışından əldə olunmuş 19 min 630 manat məbləğində pul vəsaitini cəmiyyətin hesabına köçürməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Dünyapress TV

Xəbər lenti