Ardını oxu...
“4 aydır cənab Prezidentin fərmanını yerinə yetirə bilmirlərsə, büdcədən ayrılan 8 milyard hara gedir?!”

“Bu gün cənab Ali Baş Komandanın fərmanını yerinə yetirməkdə çətinlik çəkənlər hərbçiləri cəzalandıranda, yaxud onların əmək haqqını kəsəndə cəmi bir günə tətbiq edirlər”

Prezident İlham Əliyevin 27 yanvar 2025-ci il tarixli fərmanı ilə hərbi qulluqçuların maaşı 10 faiz artırılsa da, 4 aydır bu artım Müdafiə Nazirliyinin hərbçilərinə şamil olunmur. Bu haqda “Hürriyyət”ə müraciət edən hərbçilər məlumat verirlər.

Qeyd edək ki, Prezidentin fərmanında açıq şəkildə göstərilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.

4. Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir”.

Bununla belə, bu artım nəinki həbçilərə şamil olunub, üstəlik vəzifə maaşlarının yeni fərmana əsasən verilməməsi maddi yardım və sair ödənişləri də gecikdirir:

“Sizdən xahiş edirik ki, bu ödənişlər barədə şikayətimizi aidiyyəti qurumlara çatdırasınız. Bu gün cənab Ali Baş Komandanın fərmanını yerinə yetirməkdə çətinlik çəkənlər hərbçiləri cəzalandıranda, yaxud onların əmək haqqını kəsəndə cəmi bir günə tətbiq edirlər. 4 aydır cənab Prezidentin fərmanını yerinə yetirə bilmirlərsə, büdcədən ayrılan 8 milyard pul hara gedir?!

Ezamiyyət ödənişləri də 2024-cü ildən qalır, indiyədək ala bilmirik. Deyirlər ki, büdcədə pul yoxdur. Ezamiyyətə göndərəndə yemək pulu, otel pulu və yol xərcləri bizim cibimizdən gedirsə, hökümət niyə bunu nəzərə alıb, ödənişi tez vermir? Görünür, ordumuz çox acınacaqlı duruma düşüb…

Hazırda maaşdan başqa, heç nə ödənilmir. 13-cü, 14-cü maaşımızı da kəsiblər. Kabinetdə oturanlar yanvarın 31-də 13 və 14-cü maaşlarını, həvəsləndirici pul mükafatlarını aldılar, yenə biz – sıravi, amma şəhid olmağa namizəd hərbi qulluqçular – kənarda qaldıq.

Məgər biz Ermənistan ordusundan danışırıq? Bu, Ali Baş Komandanın rəhbərliyi ilə 44 günə torpaqlarımızı işğaldan azad edən qalib Ordudur. Bəs, qalib Ordu niyə sürünür? Vallah, biz hərbçiləri intihar həddinə çatdırıblar.

Cənab Prezident veteranlara qayğı göstərir! Amma biz o qayğını görmürük. Qayğı nədir, hətta az qala rəhbərlər bizi öz kabinetlərindən qovalar”.

Şikayətçilər deyir ki, Müdafiə nazirinin 13 dekabr 2024-cü il tarixli, 0182 nömrəli əmri ilə Müdafiə Nazirliyində xidmət edən hərbi qulluqçulara və mülkü şəxslərə pul mükafatı (paket) verilməlidir. Lakin 1 vəzifə maaşı mislində mükafatdan yalnız hərbi hissə komandirləri, onların müavinləri, bölmə komandirləri, xidmət rəisləri 100 % və 80 % qismində yararlana bilirlər. Qalan hərbçilər isə yenə də kənarda qalır”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzunu araşdıracağıq. Aidiyyəti qurumların da mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
“Mahal” Mənzil-Tikinti Kooperativinin (MTK) sədri İlqar Rəhimov yenidən cinayət məsuliyyətinə cəlb edilərək, təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb.

Bu dəfə məhkəmə qərarını icra etməməyə görə tikinti şirkətinin rəhbəri haqqında cinayət işi başlanıb.

Gununsesi.info-nun xəbərinə görə, 60 yaşlı İlqar Rəhimova məxsus şirkəti Azadlıq prospekti 158 ünvanında Şahlar Həsənova məxsus qarajı özbaşına dağıdıb.

Qaraj sahibi məhkəməyə müraciət edib. Məhkəmə vətəndaşın xeyrinə qərar çıxarsa da, tikinti şirkəti qərarı icra etmək istəməyib. Qərara əsasən, qaraj əvvəlki vəziyyətinə qaytarılmalı, sahibinə də 3400 manat pul ödənilməli idi.

+2021-ci ilin əvvəlində çıxarılmış bu məhkəmə qərarının icra olunmamasına görə “Mahal”ın rəhbərinə icra məmurları bir neçə dəfə xəbərdarlıq edib.

Nəticəsi olmadığına görə iki dəfə inzibati qaydada iş başladılıb. MTK sahibi əvvəl inzibati qaydada 5000 və 2000 manat olmaqla, iki dəfə cərimələnib. Buna da əhəmiyyət verməyib. Ondan sonra 2024-cü ildə barəsində Cinayət Məcəlləsinin 306.2 maddəsilə cinayət işi başlanıb.

Əldə etdiyimiz məlumata görə, İlqar Rəhimov haqqında bu, üçüncü cinayət işidir. Birinci dəfə onun haqqında sənəd saxtakarlığı ilə bağlı cinayət işi başlanıb. İkinci cinayət işi isə qanunsuz ağac kəsmə ilə bağlı olub. O işlə əlaqədar Amnistiya Aktı tətbiq edilib. Şirkət rəhbəri deyib ki, sökülmüş qarajın yerində 2 mərtəbəli yeraltı avtomobil dayanacağı və su anbarı inşa edilib, bu səbəbdən qərarın icrası mümkün olmayıb. Lakin onlar qarşı tərəflə artıq razılığa gəliblər. Zərərçəkmiş Şahlar Həsənov da bunu təsdiqləyib. O, ərizəsində göstərib ki, “Mahal” MTK ona bir müddət əvvəl yaşayış binasının yeraltı qarajında iki avtomobillik yer verib.

Zərərçəkmiş tərəfin şikayətçi olmadığı nəzərə alınıb və məhkəmə İlqar Rəhimov haqqında cinayət işinə xitam verib.
 
Ardını oxu...
Xalqı qumar faciəsinə sürükləyirlər - Əhalinin sosial vəiyyəti ağırlaşdıqca, daha tez və asan gəlir əldə etməyə çalışır. Ümidləri hər yerdən üzülən insanlar adətən ya falçıya, ya qumara, ya da cinayətə meyillənir. Bu bütün zamanlarda qəbul edilmiş toplum psixologiyasıdır.

Gəlirlərin az olduğu, işsizlik, sosial qayğılar insanları əlacsız hala gətirir. Və adətən də fırıldaqçılar bu vəziyyətdən məharətlə istifadə edirlər. Məsələn son zamanlar insa nların bank kartlarından daha çox şirnnikləndirici gəlirlər vəd edərək pullar oğurlanır. Səbəbi də qeyd etdiyimiz səbəb - ümidsizlik və ağır sosial durum.

İnsanların çətin anlarında onların ümidləri ilə qumar oynayan və bunu bütün ölkə boyu hər yerdə, hətta ərzaq dükanlarında da rahatlıqla həyata keçirirlər. Azərlotoreya indi Paytaxtda və regionlarda ərzaq dükanlarında da satılır. Şəhərdə küçə ticarəti ləğv edilib. Lakin Azərlotoreya hər tində bir, yox bir neçə loto satış nöqtəsi qura bilib.

Gəlin bir açıq sual düşünək - kənddə öz bostanında 5 kiloqram pomidor yetişdirən bir kəndli hansı metronun qarşısında o məhsulunu sata bilər?

Halal zəhməti ilə əkib becərdiyi 5 dəstə göyərtini hansı kəndli küçədə sata bilər?
Ardını oxu...
Sata bilməz. Çünki küçə ticarəti qadağandır. Sata bilməz, o zaman rəqabət yaranar, ucuzluq olar. Kəndlinin məhsulu tarlada qalıb zay olmaz. Nəticədə kəndlərdə məşğulluq artar. Nəticədə insanlar daha rahat şəkildə və ucuz meyvə-tərəvəz alarlar. Bu kimin xeyrinədir? Əlbəttə ki, sadə, kasıb, zəhmətkeş insanların. Lakin buna qadağa var. Azərlotoreya isə bu qadağadan AZADDIR. Orta məktəblərin önündə, Universitetlərin qarşısında, metro çıxışlrında, hətta daha çox kasıbların üz tutduğu OBA marketlərin kassalarında da satılır Pozqazan lotoreyaları...

Bəli məhz kasıblar alış veriş-etdiyi dükanların kassasında. Kassada onların son ümidlərini də əllərindən alırlar. İndi bir sual da açıq ifadə edək - o dükanlara gələn azyaşlılar, yetkinlik yaşına çatmayanların gözünün önündə qumar oyunu təbliğ etmək nə qədər doğrudur?

Həm də bilirsiniz harda, tam kassanın qarşısında uşaqlar üçün şokalad, saqqız, kiçik qablaşdırmada olan şirniyyatların tam yanında...

Görəsən buna kim icazə verib? Bunu kimsə dayandıracaq, ləğv edəcəkmi? Bəlkə biz yanılırıq... Bəlkə...

 
 
 
Ardını oxu...
Sabirabad rayonu Polad Tuğay kəndindən Faktinfo.az-a göndərilən məlumatda bildirilir ki,rayonun bəzi kəndlərində iribuynuzlu mal-qaranın qarayara xəstəliyinə qarşı vaksinasiya edilməsində ciddi çətinlik yaşanır.Heyvandarlıqla məşğul olan kənd sakinləri bu mövzuda çox narahatdırlar.

Şikayətçi rayonun Poladtuğay kənd sakini İntizam Hüseynov qeyd edir ki,iribuynuzlu mal-qaranın qarayara xəstəliyinə qarşı vaksinasiya edilməməsi onlarda narahatlıq yaradır.

"Mənim 14 baş iribuynuzlu mal-qaram var.Kənddə elə ailələr var 20,25 hətta 30 baş heyvanı var.Kənd sakinləri adından bildirirəm ki,kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu barədə ciddi düşünsün.Belə olmaz,mən heyvandarlıqda ciddi xəstəlikdən,qarayara xəstəliyindən bəhs edirəm. Bütün kənd sakinləri də mənim kimi narahatdırlar,onların adından bildirirəm ki,baytar həkiminin olmaması təkcə Sabirabad rayonu Poladtuğay kəndində narahatlıq yaratmır, bu rayonun Həşimxanlı,Çığırğan,Adadakənd,Safkoz kəndlərində də pis qarşılanır.

Sabirabad Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Fikrət Rəsulov məsələyə münasibət bildirib.

"Poladtuğay kənd sakini İntizam Hüseynovun narahatçılığından xəbərdaram.Onun yaşadığı və adını qeyd etdiyi kəndlərdə iribuynuzlu mal-qaranın qarayara xəstəliyinə qarşı vaksinasiya edilməməsinə mən də həssas yanaşıram.Düzgün qeyddir,iribuynuzlu mal-qara qarayara xəstəliyinə qarşı vaksinasiya edilməlidir.

Problem ondadır ki,qeyd edilən kəndlərə ali və orta təhsilli baytar həkim tapıb təyin edə bilmirik.Peşə təhsilli şəxsləri də işə götürməyə ixtiyarımız yoxdur,qanun yol vermir.Bildiyiniz qədər bu barədə ölkə rəhbərinin müvafiq sərəncamı var.Yəni problemin təməl prinsipi rayonun Polad Tuğay kənd sakini İntizam Hüseynova da izah etdiyim kimi,ali və orta ixtisaslı baytar həkim çatışmazlığıdır.Amma bununla belə çalışan qədər əlimizdən gələn köməkliyi kənd sakinlərindən əsirgəməyəcəyik."

Faktinfo.az
 
Ardını oxu...
Aprel ayının 10-da “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastrktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsinin H.Z.Tağıyev stansiyasında yerləşən idarəsində təcili iclas keçirilib.

İclası izləyən mənbənin Tribunainfo.az-a verdiyi məlumata görə, iclas gərgin formada keçib. Gündəlikdə duran məsələ isə işçilərin işdən çıxarılması məsələsi olub. Belə ki, sahənin rəisi Elxan İsmayılov bir grup işçini öz kabinetində toplayaraq, onlardan öz ərizələri ilə işdən azad olunmalarını tələb edib və ərizə yazmayacaqları təqdirdə mayın sonunda əmək müqavilələrinə xitam veriləcəyini bildirib.
Ardını oxu...
Qeyd edək ki, işçilərlə məcburi şəkildə müddətli əmək müqaviləsi imzalanıb. Halbuki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. İndi isə işəgötürən Elxan İsmayılovun yaxın adamı Qəzənfər Abdulazimov bundan sui-istifadə edərək, şəxsi qərəzi olan işçilərin müqaviləsinə xitam verməyə hazırlaşıb.

64 yaşı yeni taman olmuş işçilər təbii ki, buna haqlı etiraz ediblər və bildiriblər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən dövlət müəssisəsində çalışmanın yaş həddi 65-dir. Həm də müəssisədə onlardan daha yaşlı – 66, hətta 70 yaşı ötmüş işçilər də var. Lakin onlar Elxan İsmayılova yaxın adamlar olduğu üçün onları saxlayaraq, əvəzində hələ yaşı çatmamış işçiləri çıxarmaq istəyir.

Əmək münasibətlərində bu cür ayrı-seçkilik yolverilməzdir. İşçilər E.İsmayılovdan hansı səbəbdən işdən çıxarıldıqlarını soruşublar. Ondan rəsmi sənəd təqdim etməsini tələb ediblər. Lakin o sərt şəkildə bildirib ki, heç bir rəsmi sənəd yoxdur, əmr yuxarıdandır. İşçilər təbii ki, buna etirazlarını bildiriblər və birmənalı şəkildə ərizə yazmayacaqlarını qeyd ediblər. Bunu eşidən İsmayılov bərk qəzəblənib və deyib ki, “əgər ərizə yazmasaz, Almaza deyəcəyəm sizi işə buraxmasın”.
Qeyd edək ki, Almaz Əliyeva sahənin keçmiş insan resursları üzrə mütəxəssisi, törətdiyi korrupsiya əməllərinə görə bir il öncə vəzifəsindən azad edilib. Lakin Elxan İsmayılovun qara kassası olduğu üçün onu işsiz qoymayıb və “Çeşidləmə Təpəsi” adlanan fəaliyyət görstərməyən sexə mexanik qəbul edib və ona şərait yaradıb ki, Əliyeva yenə insan resurslarına aid otaqda oturaraq öz köhnə fəaliyyətinə davam etsin.

Beləliklə, iclasda Almaz Əliyeva da iştirak edib. E.İsmayılov işçiləri onunla hədələyib. Lakin işçilər bildiriblər ki, A.Əliyeva ümumiyyətlə insan resursları mütəxəssisi deyil, o müəssisədə qeyri-qanuni fəaliyyət göstərir, onun işçiləri işə buraxmamağa ixtiyarı yoxdur.

Bu variantın baş tutmadığını görən Elxan İsmayılov, bu dəfə sözü Almaz Əliyevaya verib. Sonuncuda işarəvermə və rabitə xidmətinin insan resursları üzrə mütəxəssisi Sevinc Məmmədovanın onun telefonuna göndərmiş olduğu səs yazısını işçilərə dinlətdirib. Sevinc Məmmədova səs yazısında bildirir ki, “kim ərizə yazmasa, onları təqdimat ilə qovun işdən, getsin”.

Bunlar sanki dövlət müəssisənin işçiləri deyil, quldur dəstəsi kimi davranırlar. Sanki əmək qanunvericiliyi, əmək hüquqları bunlara şamil deyil. Kifayət qədər rəğbət və hörmət qazanmış, uzun illər “Azərbaycan Dəmir Yollarında” çalışmış, sayılıb-seçilən dəmiryolçuların bu cür çirkin, reket üsullarla, hörmətsizcəsinə işdən çıxarmağa çalışırlar. Bu özbaşınalığa dözməyən iclas iştirakçılarının əksəriyyəti buna etiraz ediblər. İşçilərdən biri idarə müdürünün nəzərinə çatdırıb ki, ölkədə işsizliklə mübarizə tədbirləri görülür, bunlara ilk növbədə prezidentin müvafiq Sərəncamının icrasından irəli gələrək Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planının əsas istiqamətlərindən birini məşğulluq və sosial rifaha dəstək təşkil edir. Buraya dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verilməməsi kimi tədbirlər aiddir. Bu yerdə Elxan İsmayılov onun sözünü kobudcasına kəsərək, soruşub ki, “nə prezident, prezindent deyirsən?”. Anası yaşında qadına qarşı kobudluq edərək, o, hər kəsə göstərməyə çalışıb ki, qərar onların seçiminə və arzusuna uyğun olmalıdır, vəssalam!

2 il öncə Elxan İsmayılov sahəyə rəis olundan sonra qoçuluq, heç bir rəsmiyyət olmadan, hədə-qorxu, təhdid, təzyiq gəlməklə 50 nəfər işçini ele bu cür üsullarla işdən azad edib.

Belə qənaətə gəlmək olur ki, həm ADY-də, həmdə Prezident Administrasiyasında ADY QSC-nin İnfrastrktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsində baş verənlərədən xəbərsizlik var. Bu qədər özbaşnalıqlar hardan qaynaqlanır və niyə bütün bu qanunsuzluqların qarşısı alınmır, məlum deyil.

Məsələnin ciddiyyətini nəzərə alaraq mövzu ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu ünvanladıq. Mövzu ilə bağlı sorğumuzun cavablandırılacağı bildirilsə də, üzərindən 1 həftəyə yaxın vaxt keçməsinə baxmayaraq, bizə heç bir cavab verilmədi.

Mövzunu diqqət saxlayır və yazıda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.Tribunainfo.az
 
 
 
Ardını oxu...
Bu halda Bakı və regionlar üzrə vəzifəli şəxlərlə işləyən və ayda 600-700 man əmək haqqı alan təqribən 500-əyaxın sürücünün işsiz qalması gözlənilmirmi?
-Azəriqaz İB Baş direktoru əmr imzalayıb. Bu əmrə əsasən vəzifəli şəxslərin sürücüləri işdən azad olunacaq ,bu şəxslər öz maşınlarından istifadə edəcək və bunun üçün onlara yüksək məbləğdə təqribən 2000-2500 man.vəsait (maşının arendası və benzin pulu) ödəniləcək.(bax: əlavəyə)
Məs: Bu halda bir RQİİ rəisi təqribən 2500(əmək haqqı)+2500(maşın arendası üçün)+600 litr pulsuz benzin. Ona xidmət edən maşının sürücüsü isə təqribən 600-700 man əmək haqqı alırdı
Sual:
-Ayrılmış arenda pulu maşının markasından,şəxsin vəzifəsindən yoxsa iş vaxtı daha çox istifadədən asılıdır?
Sonda: Bu halda udan kim,uduzan kim oldu?
Mirvari Gahramanli
Ardını oxu...
 
 
 

    
Ardını oxu...
"Beynəlxalq Bank və Kapital Bank aşkar şəkildə sistem əhəmiyyətli bank statusundan sui-istifadə edərək dollar əmanətləri üzrə müştərilərə yüksək faizlər təklif edirlər..." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu açıqlamasında tanınmış hüquqşünas Əkrəm Həsənov bildirib.
"Son dövrdə bir sıra banklarımız dollar əmanətləri üzrə faiz dərəcələrini artırıblar..." deyə fikrini davam etdirən hüquqşünas daha sonra bunları əlavə edib: "Səbəb bəllidir: devalvasiya gözləntisi (qorxusu) olanlar (əsaslı olub-olmaması başqa məsələdir) manatda əmanət yerləşdirməkdən çəkinir. Dollar əmanətləri üzrə faiz dərəcəsi isə son illər ərzində çox aşağı idi – 1-2%. Xatırladıram ki, xarici valyutada qorunan (sığortalanan) əmanət faiz dərəcəsi 2,5%-dir: yəni bu dərəcədən yuxarı yerləşdirilən əmanətin sığortası yoxdur və bank ləğv olunduğu halda pul batacaq (məlum olduğu kimi, müflis banklarda olan-qalan vəsaitin başına da Əmanətlərin Sığortalanması Fondu daş salır, buna görə sığortasız əmanətçilərə heç nə çatmır/və ya qəpik-quruş çatır). Hazırda isə bir neçə bankımız 3-5% dərəcəsi ilə sığortasız dollar əmanəti qəbul edir. Manat əmanəti üzrə qorunan (sığortlanan) faiz dərəcəsi 12% olsa da, devalvasiyadan qorxanların bir qismi sığortasız əmanət qoymağa cürət edir. Yəni onlar sanki deyir: bankların bağlanma ehtimalı devalvasiya ehtimalından daha aşağıdır.
Beynəlxalaq Bank və Kapital Bank isə yaranmış vəziyyətdən sui-istifadə edərək 4%-lə dollar əmanəti qəbul etməyə başlayıblar. Məsələ burasındadır ki, onlar sistem əhəmiyyətli banklardır. Yəni onlar bank sistemimiz üçün o qədər əhəmiyyətlidir ki, dövlət onların bağlanmasına heç vaxt yol verməyəcək. Çünki onlar nəinki kapital və aktivlərinə görə ölkənin iki ən iri bankıdır, həmçinin bir sıra layihələrin (pensiya kartları, məmurların maaş kartları və s.) də icraçısıdırlar. Yadınızdadır, bir neçə il əvvəl Beynəlxalq Bank faktiki müflis idi, amma dövlət milyardlarla vəsait xərcləyərək onun batmasına yol vermədi.
Odur ki, onlar da indi dollar əmanətləri üzrə yüksək faizlər müəyyən edərək faktiki olaraq hüquqdan sui-istifadə edir və digər bankların haqqına girirlər (bunun formal olaraq haqsız rəqabət olub-olmaması Rəqabət Məcəlləsinin axtalığını nəzərə alaraq başqa məsələdir, lakin hüquqdan sui-istifadə aşkardır). Təbii ki, dollar əmanətçiləri üçün bu iki bank daha təhlükəsiz olduğu üçün onlara üstünlük verəcəkləri ehtimalı yüksəkdir. Bu isə sağlam rəqabət prinsiplərinə ziddir..."
Ardını oxu...
QEYD: Cədvəldə yaşıl rənglə sığortasız dollar əmanət faizi təklif edən banklar qeyd olunub. Qırmızı rənglə isə onların haqqına girən iki bank.
 
 


 
Ardını oxu...

DogruXeber.az: - İllər ötdükcə təbiət Bakıdan da, bakılılardan da üz döndərmiş kimi görünür…Yağış, ildə bir dəfə yağan qar, bəzən külək də paytaxtı iflic edir. Həm də elə ki, illərdir aktuallığını qoruyan problemin həlli inandırıcı görünmür. Xüsusi ilə də, ötən ilin oktyabrında və sonuncu yağış miqdarı və fəsadları ilə problemi kuliminasiya nöqtəsinə daşıdı. Və…indi də problemə müxtəlif prizmalardan yanaşmalar müşahidə olunmaqdadır. Daha çox hədəf nöqtəsində görüntülənən isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur. Sıradan paytaxt sakinlərinin Əzizova ünvnlanmış ittihamları başadüşüləndir…Amma, bu sırada ictimai-siyasi arenada tanınmışların, ekspertlərin, bəzən isə məsul şəxslərin yer almasını birmənalı qarşılamaq yumşaq desək anlaşılan deyil.

Niyə?
Vahid mərkəzdən idarəetmə olmayanda…

Tamam, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısıdır və ən xırdasından tutmuş, ən böyükünə qədər bu şəhərlə bağlı problemlər görünəndə ilk yada düşən də məhz o olur… Məntiqlə belə də olmalıdır. Amma, təəssüf ki, bəzən məntiqlə qanunlar, yazılmış qaydalar tərs mütənasib olur. Necə ki, bizim sevimli paytaxtımız bu tərs mütənasib taleyi yaşayır. Bakı kimlərinsə məntiqə və həm də bəlli gerçəkliklərə zidd, “cızma-qaralar”ının girovunda çabalayır…

Şəhərin başçısı var, başçının səlahiyyəti yox…2018-ci ildən bütün kommunal xidmətlər-su və kanalizasiya, qaz, işıq- Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindən çıxarıldı. Hazırda paytaxtın su təminatı və kanalizasiya xidməti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsin (PHŞ) Bakı Sukanal İdarəsinin səlahiyyətindədir. Eləcə də, qaz təminatı “Azəriqaz” İstehsalat Birliyinin, işıq təminatı “Azərişiq” ASC-nin, nəqliyyat xidməti AYNA-nın, yol infrastrukturu da AAYDA-nin vəzifədir ki, var.

Başqa sözlə sadaladığım sferalardakı problemlərin hər birinin öz sahibi var…Bu sahiblər sırasında isə Bakı Şəhər İcra Hakimiyyəti yer almır. Baxmayaraq ki, tənqid olunan da, bəzən söyülən də şəhər rəhbərliyidir.

Qeyd etdiyim kimi, məlum qanun-qaydaya uyğun olaraq, paytaxtın su təminatı və kanalizasiya xidməti rəhbəri Zaur Mikayılov olan ADSEA-nın tabeli strukturunun işi olmalıdır. “Olmalıdır” ona görə yazıram ki, ADSEA səahiyyətliləri bunu ya bilmir, ya da bilmək istəmirlər. Ən azı ötən ilin oktyabrında və sonuncu yağışda nə Zaur Mikayılovu, nə də hansısa bir tabeli məsul şəxsini “gördüm” deyən olmadı(?)

Ardını oxu...

Özü görünmür, amma yeri çılpaqlığı ilə görünür!

Normalda Zaur Mikayılov komandası ilə birgə Bakı küçələrində addım-addım dolanmalı, gölməçələrdə “üzməli” idi. “Üzür” də, amma gölməçələrdə yox, Eldar Əzizovun kölgəsində…Adamın heç “tükü də tərpənmir”. Nə hansısa kanalizasiya “lyuk”unun üstündə, nə hansısa gölməçə kənarında, nə mətbuat müstəvisində görünür, nə də bir kimsə onun adını dilə gətirmir(?)

Özünü elə aparır ki, Bakının bu problemindən sorumlu o yox mənəm, dövlətin bu istiqamətdə ayırdığı milyonları “həzmi-rabedən keçirən” də, o yox mənəm. Dövlətin milyonları demişkən, ADSEA-nin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ az qala ayın hər günü tender keçirir.
Bu tenderlər necə keçirilir? Hansı şirkətlər qalib seçilir, hansı şərtlərlə əməkdaşlıq edilir? Və nəhayət, milyonlarla ölçülən xərclərin qarışılığında niyə babat yağış həyatı iflic edir? Niyə bizim vergilərimizlə formalaşan büdcə vəsaitləri kanalizasiya borularında “tıxaca düşür”? Və s.

Ardını oxu...

Bu mövzuda məxsusi bir yazı olcaq. Ötənlərdə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in İdarə Heyətinin sədri vəzifəsini icra edən cənab Tahir Xəlilova “AMPER” MMC ilə əməkdaşlıqla bağlı bir online sorğu da, ünvanlamışıq. (Yeri gəlmişkən, məlumata görə Tahir Xəlilov da, Zaur Mikayılovun özü ilə gətidiyi kadrlardandır. İ. S.) Tərəflər arasında bu ayın 16-da Elektrik naqillərinin alınması ilə bağlı 171.686 manatlıq müqavilə imzalanıb. Nə isə, bu haqda qarşıdakı günlərdə…

Bakını necə xilas etməli?

Bu sual da, məlum problemlə paralel aktuallaşır…Təkcə yuxarıları, ekspertləri yox, elə sıradan paytaxt sakinlərini də düşündürür. Və müxtəlif fikirlər səslənir, təkliflər edilir…

Daha çox cəlbedici və əsalandırılmış təkliflər isə vahid idarəçilik mərkəzində cəmlənir. Problemləri ötür-ötür oyunundan qurtarmaq səlahiyyət, həm də məsuliyyət yolundan keçir. Paytaxtla bağlı bütün xidmət sahələri-su, kanalizasiya, qaz, işıq, nəqliyyat, yol infrastrukturu-vahid idrəçilik mərkəzində cəmlənməli və idarə edilməlidir. Təcrübə göstərir ki, bunun əksi, yəni hazırkı idarəçilik mexanizmi özünü nə doğrultmur, nə də doğruldacaq kimi görünmür. Hətta insan ölümləri ilə də müşahidə olunur…

Hökumət bu istiqamətdə iradə ortaya qoyub, vahid idarəçilik mərkəzinin mexanizmini hazırlamalı, gərəkən strukturu yaratmalıdır. Daha dəqiq desək, Meriya institutu formalaşdırılmalıdır. Komandası ilə birlikdə, təbii ki, seçki yolu ilə…//Yenixeber.org

Ardını oxu...

 

 

      

Ardını oxu...
Son vaxtlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qanunsuz parklanma siyasəti ilə bağlı ictimai narazılıqlar artmaqdadır.

Demokrat.az xəbər verir ki, bu narazılıqlar əsasən yaşayış binaları ərazisində pulsuz parklanma yerlərinin zəbt olunması, yüksək cərimələr və AYNA rəhbərliyinin sakinlərin razılığı olmadan qeyri-rəsmi formalarda ayrı-ayrı vəzifəli şəxslərin göstərişlərini həyata keçirməsi ilə bağlıdır.

Digər ciddi qanunsuzluq isə AYNA-nın insanları bezdirərək, onlardan topladığı vəsaitlərin ictimaiyyətə hesabatını verməməsi faktıdır.

Məsələ ilə bağlı Respublikaçı Alternativ (REAL) Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən ona tətbiq olunan cəriməyə sərt etirazını bildirib.

Partiya sədri qurumun fəaliyyətini kəskin tənqid edərək, topladığı vəsaitlərin şəffaflığına dair suallar qaldırıb.

İqtisadçı deyib ki, bu gün maşınını yalnız ofisinin qarşısında saxlayıb və həmin ərazi binaya məxsus olduğu üçün giriş şlaqbaum vasitəsilə mümkündür. Lakin buna baxmayaraq, AYNA tərəfindən cərimə olunub:

“İnsanları bezdirən, yığdığı vəsait haqqında ictimai məlumat verməyən, yığdığını kefi istəyən kimi xərcləyən, AYNA, sizdən indicə mesaj aldım. Bugünkü tarixdir, bu gün maşını heç yerdə saxlamamışam, evdən çıxıb ofisə gəlib, ofisin qarşısında maşını park etmişəm. Ofisin qarşısı binaya aiddir, şlaqbaumla daxil olmaq olur və maşın 7 saatdır ofisin qarşısındadır. Yaxşı, siz bu cəriməni haranızdan uydurub çıxardınız?”.

Partiya sədri həmçinin çağrı mərkəzinə zəng etdiyini, lakin 4 dəqiqə gözlətdikdən sonra telefonun qapatıldığını vurğulayıb.

O, bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini də açıqlayıb:

“Sizi məhkəməyə verəcəyəm, yetər artıq, insanları zinhara gətirmisiniz!”.

Natiq Cəfərlinin AYNA-nın fəaliyyəti barədə iradlarına bir sıra ictimai şəxslər və ayrı-ayrı vətəndaşlar tərəfindən sosial media üzərindən çoxsaylı dəstək şərhləri verilib.

Jurnalist Mayıl Ağaxanov isə qeyd edib ki, AYNA-nın fəaliyyətsizliyi ictimai nəqliyyatı iflic edib:

“Bu qurumun başı pul yığmağa qarışıb, ictimai nəqliyyata nəzarətin başını buraxıblar”.

Hərbi ekspert Üzeyir Cəfərov deyib ki, 20 milyon 15 min 120 manat pul qoparıblar sizdən-bizdən:

“BNA necə milyonları çırpışdırıb aradan çıxdısa, sabah bunlar da adlarını dəyişib mahiyyəti dəyişmədən yeni adla daha çox soyğunçuluq edəcəklər. Süni tıxaclardan kimlər neçə milyon qazanırlar, artıq hamı gözəl bilir. 30 günə yüz milyonlarla vəsait əldə olunur və o pul da rahatca bölünür "ağıllılar" arasında. Biz də saatlarla tıxaclarda deyinib əsəb xəstəsi oluruq. Necədir sizin üçün?“.

Yaranan problemlərin həlli üçün yeganə çıxış yolu olaraq vətəndaşlar AYNA-nı məhkəməyə verməyi təklif edirlər.
 
Ardını oxu...
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə paytaxtın Həsən Məcidov küçəsində piyadaların yaşadığı səki problemi barədə məlumat verilib.

Qeyd edilib ki, ərazidə piyadaların hərəkəti üçün səki demək olar ki, mövcud deyil.

"Küçədə səki yalnız kəsintili şəkildə bir neçə yerdə var. Yolun kənarında, hətta zibil yeşiklərinin önündə park edənlər isə şəraiti daha da çətinləşdirirlər. Həm də səkidə park edənlərə qarşı ciddi tədbir görülməlidir. Üstünlüyü avtoyuma və təmir məntəqələrinin təşkil etdiyi bu küçədə piyada təhlükəsizliyi tamamilə unudulub", - deyə əlavə edilib.

 

Dünyapress TV

Xəbər lenti