Ardını oxu...
Deputat Tahir Mirkişilinin dünən Sumqayıtda məhəllə sakinləri üçün tikilən söhbətgahın təntənəli açılış mərasimini keçirməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bakupost.az xəbər verir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində, 20 və 21-ci binaların qarşısındakı söhbətgahın açılışına icra hakimiyyətinin, YAP Sumqayıt şəhər təşkilatının nümayəndələri və jurnalistlər dəvət olunub.
Söhbətgahın deputatın təşəbbüsü ilə açılması, sakinlərin bundan məmnun qalması televiziya və sosial şəbəkələrdə geniş reklam olunub. Sosial şəbəkə istifadəçiləri isə deputatı adi bir söhbətgahı böyük bir layihə kimi reklam etdirdiyinə görə tənqid ediblər.

Ardını oxu...
Ardını oxu...

VİDEO BURADA
Ardını oxu...
Bu Qubanın keçmiş icra başçısı Ziyəddin Əliyevin Avstriya paytaxtında ötən il açdığı "Belezza" mebel mağazasıdır.
BELEZZA Design & Concept GmbH 2023-cü ilin oktyabrında Vyanada FN 614844 h vergi nömrəsi ilə qeydiyyatdan keçib. Şirkətin 33 faizlik pay hüququ Ziyəddin Əliyevin oğlu Nicat Əlibəylinin, digər 33 faizi onun yaxın adamı Ramin Şükürlünün, qalan 34 faizi isə türk əsilli Avstriya vətəndaşının adına rəsmiləşdirilib, nizamnamə kapitalı 35.000 avrodur və Gumpendorfer küçəsi 128-də fəaliyyət göstərir. Ötən ilin fevralın 3-də həmin ünvanda eyni adlı mebel mağazasının dəbdəbəli açılışı olub.
TEREF yazır ki, bunu Avropada yaşayan müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır. Daha sonra Cavanşir Həsənli faktlra müraciət edərək davam edir:
Ardını oxu...
Qeyd edək ki, Ziyəddin Əliyevin Avstriyada fəaliyyət göstərən daha bir şirkəti - "S.M.A.N" Business Solutions GmbH 2016-cı ildə qeydiyyatdan keçib və 2023-cü il məlumatlarına görə ümumi aktivləri 6,5 milyon avro təşkil edir. Keçmiş icra başçısı bu şirkəti Çexiyadakı digər bir şirkəti - "AZ SERVIS - NR s.r.o" üzərindən təsis edib.
Ardını oxu...
Ziyaddin Əliyev Ukraynada asfalt zavodunun və bir neçə şirkətin benefissiarıdır, Türkiyədən Ukraynaya müxtəlif inşaat malları ixrac etməklə məşğuldur. Məsələn, C01458122 pasport seriyasının sahibi olan sabiq icra başçısı Lvov vilayətində fəaliyyət göstərən "ALOV TOV" (MMC) üçün material alışını həyata keçirib. "ALOV" LLC Ziyəddin Əliyevin sifarişi ilə onun icra başçısı olduğu illərdə 8429, 8474 və 8479 saylı export kodları ilə 8 təchizatçıdan 77 yük idxal edib. Bu idxalın 44-ü İtaliyadan, 11-i Türkiyədən, 4-ü Almaniyadan, 2 -si Azərbaycandan, 1-i Çindən və 14-ü qeyd olunmayan ölkələrdən həyata keçirilib.
Qarşı tərəfində fikirlərini dərc etməyyə hazırıq!
TEREF
 
Ardını oxu...
Xəzər rayon İcra Hakimiyyətinin tabeliyində olan Xəzər rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi son bir ildə 6 tender keçirib.

Tribunainfo.az xəbər verir ki, bu tenderlər üzrə toplam 1 milyon 301 min 709 manat pul sərf olunub.
Sonuncu belə tender isə bu günlərdə müxtəlif yaş qrupların istifadəsi üçün nəzərdə tutulan oyun meydançalarının qurulmasının satın alınması məqsədi ilə reallaşdırılıb. Belə ki, MKTB “EVEREST-2022” MMC ilə işlərin görülməsi üçün 243 min 109 min manata anlaşıb.
Yollarda aparılacaq təmir işlərinin satın alınması
Qeyd edək ki, MKTB-nin ən bahalı tenderi ötən il qeydə alınıb. Belə ki, “KONEKS CONSTRUCTİON” MMC ilə yolların təmir işlərinin həyata keçirilməsi üçün 595 min 280 manatlıq müqavilə imzalanıb.
 
Ardını oxu...
Mingəçevir Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqı Rəhbərliyinə Qarşı Narazılıqlar Davam Etməkdədir

Mingəçevir şəhərində mədəniyyət sahəsində çalışan işçilər, xüsusilə Mingəçevir Dövlət Dram Teatrının kollektiv üzvləri arasında həmkarlar ittifaqının fəaliyyəti ilə bağlı narazılıqların artması müşahidə olunmaqdadır. Əldə olunan məlumata əsasən, teatrın aktyoru İbrahim Salamov (Türksoy) 2024-cü ilin əvvəlində atasının vəfatı ilə əlaqədar olaraq, Mədəniyyət İşçisi statusuna əsaslanaraq Mingəçevir Şəhər Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Leyla Məmmədovaya rəsmi yazılı müraciət ünvanlamış və maddi yardım göstərilməsini xahiş etmişdir.

İbrahim Salamovun bildirdiyinə görə, onun müraciətinə cavab olaraq ona cəmi 80 (səksən) manat məbləğində maddi yardım ayrılmışdır. Aktyor bu məbləği qeyri-kafi və ədalətsiz hesab edərək öz şəxsi sosial media hesabında narazılığını açıq şəkildə ifadə etmişdir. O qeyd etmişdir ki, həmkarlar ittifaqı rəhbərliyi tərəfindən digər məqsədlərə — tədbirlərdə istifadə olunan gül dəstələri və sadə vərəq materiallarının alınmasına — 150-200 manat aralığında vəsait ayrıldığı halda, işçinin valideyninin vəfatı kimi ağır və həssas hadisə zamanı göstərilən dəstək olduqca qeyri-adekvat olmuşdur.

İbrahim Salamov, həmçinin, vurğulamışdır ki, cari dövrdə ölkədə qiymət artımı fonunda 80 manat məbləği ilə zəruri ehtiyacların qarşılanması mümkün deyil. O, həmkarlar ittifaqının əsas məqsədinin işçilərin sosial rifahının qorunması və onların hüquqlarının müdafiəsi olduğunu xatırladaraq, həmkarlar ittifaqı rəhbərliyindən daha şəffaf və ədalətli idarəetmə tələb etmişdir.

Məsələnin hüquqi müstəvidə qiymətləndirilməsi üçün aşağıdakı normativ aktlara istinad olunması zəruridir:

“Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarını və mənafelərini müdafiə etmək məqsədilə yaradılır və fəaliyyət göstərir.

Qanunun 21-ci maddəsinə əsasən, həmkarlar ittifaqları öz üzvlərinə sosial yardımlar göstərmək, həmçinin üzvlərinin maddi vəziyyətinə uyğun olaraq ehtiyac halında yardım etmək öhdəliyinə malikdirlər.

Həmin qanunun 23-cü maddəsi isə həmkarlar ittifaqlarının vəsaitlərdən istifadəsinin şəffaflığını və üzvlər qarşısında hesabatlı olmasını tələb edir. İttifaq üzvlərinin ödənişləri ilə formalaşan vəsaitlər onların sosial rifahı üçün sərf edilməlidir.

Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən, işçilərin sosial müdafiəsi sahəsində həmkarlar ittifaqı təşkilatları əlavə tədbirlər görmək hüququna malikdirlər.

Hazırda sözügedən məsələ ictimaiyyətin və xüsusilə mədəniyyət sahəsində çalışan işçilərin diqqət mərkəzindədir. Sosial şəbəkələrdə geniş müzakirələr aparılır, işçilər və ictimaiyyət nümayəndələri həmkarlar ittifaqının fəaliyyətinin obyektiv araşdırılmasını və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun tədbirlər görülməsini tələb edirlər.

Nəticə olaraq, həmkarlar ittifaqı rəhbərliyinin fəaliyyətində şəffaflıq, hesabatlılıq və üzvlərin sosial maraqlarının ön planda tutulması prinsiplərinə əməl olunmaması hallarının aşkarlanması halında, qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət tədbirləri nəzərdə tutulur.
/azxeber.info/
 
Ardını oxu...
Ölkənin tanınmış və qalmaqallı tikinti şirkətlərindən olan “Diadem” ASC ilə bağlı imzalanmış protokola baxılacaq tarix məlum olub. Şirkət ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

Tribunainfo.az xəbər verir ki, “Diadem” ASC-nin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Şirkətlə bağlı işə 1 may tarixində Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Kamran Muxtarovun icraatındadır.

Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.

Qeyd edək ki, “Diadem” ASC müxtəlif təyinatlı tikililərin inşasını həyata keçirir, eləcə də tikinti materiallarının satışı ilə məşğuldur.

Açıq Səhmdar Cəmiyyəti təşkilati formasına baxmayaraq “Diadem”in cəmi 2 səhmdarı var – Nəbiyev Elbrus Ənvər oğlu səhmlərin 75%-nə, Dostumalıyeva Kəmalə Ocaqkişi qızı isə 25%-nə sahibdir. K.Dostumalıyeva təsisçi olmaqla yanaşı həm də şirkətdə menecer vəzifəsi tutur. Yeri gəlmşikən, şirkətin direktoru Dostumalıyev Fuad Azər oğludur ki, o da böyük ehtimalla təsisçilərdən birinin yaxın qohumudur.

Qarşı tərəfi dinləməyə hazırıq.
 
Ardını oxu...
Ajans.az xəbər verir ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Hesablama Palatası yoxlama aparır. Əldə etdiyimiz məlumata görə yoxlama əsas etibarilə satınalma xidmətləri ilə bağlı təsdiq olunan tenderlərlə bağlıdır.

Məsələ ilə bağlı Ajans.az-ın Hesablama Palatasına ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Hesablama Palatasına 2025-ci il 24 aprel tarixində Ajans.az tərəfindən daxil olmuş informasiya sorğusuna “informasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılmışdır. Sorğunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Hesablama Palatasının 06.12.2024-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş Planına əsasən 2025-ci ilin 21 aprel tarixindən etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə konsolidə olunmuş maliyyə hesabatlarının auditi keçirilir və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir.

Xatırladaq ki, bu il fevral ayının 13-də “Bahar Muradovanın rəhbərlik etdiyi Komitə “Ukrayna Ticarət Evi” ilə 4 milyodan çox vəsait xərcləyəcək” başlıqlı yazı təqdim etmişdik. Yazıda Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin “Ukrayna Ticarət Evi” Məhdud Məsuliyyətli Cəmiyyətlə birgə 1 milyon 853 min azn-dən yuxarı vəsait hesabına “Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün fəaliyyət planının 2025-ci il üçün öhdəlikdə olan müvafiq tədbirlərin təşkili xidmətləri” istiqamətində işlər görməsi qeyd olunmuşdu.
 
Ardını oxu...
Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovdan narazılıq edən vətəndaşı qəbul edib.
TEREF Qaynarinfo-ya istinadən xəbər verir ki, Sabirabad rayon sakini Ramazan Rzayev plakata bənzər məktubu ilə deputatın qəbuluna girib.
Ardını oxu...
O, icra başçısı və rayon bələdiyyə sədrinə olan etiraz məktubunu deputata oxutdurub .
Sözügedən görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.
Qeyd edək ki, Ramazan Rzayev Sabirabad rayonunda ağsaqqal bloger kimi tanınır. O, daimi rayonun sosial vəziyyəti ilə bağlı videolar paylaşır.
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycanın aparıcı banklarından biri kimi təqdim olunan "Unibank" haqqında son dövrlər sosial mediada və şikayət platformalarında narazılıqlar artıb. Çoxsaylı müraciətlər bankın müştəri siyasətində ciddi problemlərin olduğunu təsdiqləyir.

Manset.az xəbər verir ki, ən çox rast gəlinən şikayətlərdən biri: vətəndaşlara telefonla zəng edilərək filiallara dəvət edilir – guya kredit kartı nağdlaşdırılacaq. Ancaq vətəndaş saatlarla növbədə gözlədikdən sonra ona bildirirlər ki, “texniki problem var”. Problem texniki olsa da, əməkdaşlar bu müddətdə digər müştərilərlə rahatlıqla işləməyə davam edirlər. Yəni texniki problem yalnız “hədəf seçilmiş” müştərilərə şamil olunur?

Əlavə olaraq, həmin müştəriyə əvvəlkindən daha yüksək faizlə yeni kredit təklif olunur. Bu, artıq “təklif” deyil, “tələ”dir. Müştəri istər-istəməz ya gözlədiyni itirir, ya da zərərli şərtlərə boyun əyməli olur.

Digər şikayətdə isə vətəndaş "Unibank" kartının xaricdə istifadəsi zamanı yaranan problemlərdən danışır. Ona “risk qrupu”na salındığı bildirilib. Bank bu qrupun ləğv edildiyini desə də, sonrakı ödənişlər yenə keçmir. Burada sual yaranır:

"Unibank" risk qrupunu hansı əsaslarla müəyyən edir və nə üçün bu qərarlar şəffaf deyil? Müştəriyə real alternativ və həll təklif olunmur, əvəzində “kağız üzərində izahlar” verilir.

Kredit gecikmələri ilə bağlı edilən müraciətlərdə də oxşar yanaşma özünü göstərir. Müştəri vaxtında müraciət etsə belə, bank güzəştə yanaşmır. Gecikmə yarandıqdan sonra isə məsələ daha da mürəkkəbləşir və müştəri təzyiq altına düşür.

"Unibank" isə bu şikayətlərin fonunda səssiz qalır – nə izahat verir, nə də çıxış yolu göstərir.

"Unibank"la bağlı narazılıqların artması bankın müştəri siyasətinə yenidən baxmasını zəruri edir.
Ardını oxu...
“Bakı Abadlıq Xidməti” MMC-nin rəhbəri Bünyad Qasımov və xidmətin Yaşıllaşdırma şöbəsinin rəisi Denis Korolyov Xocalını abad eləmək üçün qol çırmalayıb, amma ilk işləri də Xocalı şəhidinin övladının haqqını yeməkdir. Əlimdə bu şirkətin dələduzluğunu isbatlayan elə faktlar var ki, adam sadəcə dəhşətə gəlir.

"DogruXeber.az" Tribunainfo.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Yusif Şamiloğlu məlumat paylaşıb. O bildirib ki, “şəhid övladına borcumuz yoxdur”deyən şirkət təmsilçisi indi də borcu qalan 14 min manatı ödəməkdən boyun qaçırır:

“Şöbə rəisi Denis Korolyov deyib ki, biz prinsip aparırıq. Deməli, şəhid övladı 11 aydır almalı olduğu pulu ala bilməyib deyə, şirkətin fəaliyyətini dayandırıb. Çünki şirkət təmsilçiləri hərəsi bir ağızdan deyirdi ki, “bizim borcumuz yoxdur”.

İndi borcu olduğunu etiraf ediblər. Şəhid oğlunun şirkətinin hesabı bağlanıb, şəhid oğlu başqa hesaba pulun köçürülməsini təklif etsə də, Denis müəllim deyib ki, bloggerlərə müraciət etdiyin üçün pulu əvvəlki hesaba vuracağıq. Əvvəlki hesab isə başqa adamın idi və artıq o hesabın idarəsi də başqa adamdadır.

Hörmətli Bakı Abadlıq Xidməti, onsuz da Laçını xaraba qoyandan bilirdik ki, sizin bu millətə olan münasibətiniz saxtadır. İndi mən Denis bəyin həmin səsini yaysam, rəzil olacaqsınız. O səsi onsuz da yayacağam. O zaman hamı görəcək ki, sizin şəhid ailələrinə, qazilərə münasibətiniz necədir”.

Şəhid ailəsinə göstərilən münasibəti ictimailəşdirən jurnalist problemin həlli, şəhid ailəsinin haqqının tanınması üçün ölkə rəhbərliyinə də müraciət edib.

Yazıda adı keçən bütün tərəfləri dinləməyə hazırıq.
Ardını oxu...
2021-ci ilin sentyabrında ölkənin hər yerində Vətən Müharibəsi şəhidlərinin birinci anım günü qeyd olunurdu. Görünüb ki, matəm günlərində adam qara libas geyinər və yaxud ən azı al-əlvan geyinməz.
Millətimiz bu qaydanı həmişə gözləyib, qoruyub... Həmin ilin anım günündə külli-aləm bir qadından danışırdı. Həmin qadın o zaman Abşeron Rayon Səhiyyə şöbəsinin müdiri işləmiş Qaralova Mehriban Zahid qızı idi.
Mehriban xanım deyəsən anımla toyu qarışdırıb tədbirə qıpqırmızı geyimdə gəlmişdi. Hələ qırmızı ayaqqabısını, qırmızı maskasını demirəm.
Vətən övladlarının al qana boyanmağını al geyimlə qarşılayan bir məxluqun Azərbaycan xalqına məxsusluğuna o vaxtdan şübhə etdim.
Onsuz da bu qadının illərdi oturduğu kresloda özünü firon kimi aparmağı, "qansız"lığı hamıya məlum idi. İki çağırış Milli Məclisin deputatı olmuş atası Zahid Qaralov, 2000-2020-ci illərdə baş prokuror olmuş əmisi oğlu Zakir Qaralovun kölgəsində tabeliyindəkilərə çox haqsızlıqlar edib.
Neçə həkimi, tibb işçisini işdən çıxardıb, şərə salıb. İş yerini şər yuvasına çevirib. Zakir Qaralovun sayəsində prokurorluqdakı bəzi müstəntiqlərlə də yaxşı iş birliyinə girib. Ona görə də çox işlərini ört-basdır etməyi bacarıb.
Lakin Zakir Qaralovun işdən çıxarılması və özünün "qırmızı geyim" hadisəsindən sonra Mehriban Qaralova postunu itirdi. Bir müddət işsiz qaldıqdan sonra indi Xocəsən Sağlamlıq Mərkəzinin direktoru olaraq peyda olub. Yəqin bəzi adamlar üçün bu cür səhiyyə işbazı sərf edir.
Bu Mehriban Qaralovanın qara işlərindən çox misallar gətirmək olar. Son sərgüzəştlərindən biri Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim-ginekoloqu Bədəlova Arzu Ənvər qızı ilə bağlıdır.
Arzu xanımın dediklərinə əsasən o Mehriban Qaralova tərəfindən sözün əsl mənasında şərə salınıb. Beləki, 2022-ci ildə Arzu Bədəlovanın qəbul etdiyi bir doğuş zamanı körpə ölüb. Arzu həkim ölümün səbəbini tam dəqiqləşdirmək üçün valideynlərə meyitin yarılmasını təklif edib.
Onlar əvvəl razı olmasalar da sonradan razılaşıblar. Bu barədə həmin vaxt səhiyyə şöbəsinin müdiri işləmiş Mehriban Qaralova da məlumatlandırılır. Onun tapşırığı ilə hadisə haqqında prokurorluğa bildirilir. Prokurorluqdan onlara şikayət daxil olmadığını deyirlər. Lakin 10-15 dəqiqə sonra müstəntiq Faiq Sultanov zəng edərək xəstəxanaya gələcəklərini bildirir.
Müstəntiq gəlir və körpənin meyitini ekspertizaya aparırlar. Orada meyit təşrih olunur (yarılır). Hadisə vaxtı və sonrakı günlər valideynlər şikayət etməsələr də araşdırma başladılan kimi birdən-birə şikayətçi olduqları bildirilir. Niyəsi məlumdur.
Mehriban Qaralova bu işi "yoluna qoymaq" üçün Arzu Bədəlovaya pul sövdləşməsi təklif edib, amma Arzu xanıma rüşvət verməyə razı olmayıb, qanun çərçivəsində özünün haqlı olduğunu sübut etmək istəyini bildirib. Bundan sonra iş daha da dolaşığa düşüb.
Halbuki valideynlərin dövlət orqanlarına müraciətlərində də həkimin günahkar olmadığı bildirilir. Müstəntiq isə yalnız ekspertizanın şablon rəyinə əsaslanaraq işi tam, obyektiv və hərtərəfli araşdırmayaraq qərəzli qərar verib.
Ekspertiza rəyi başdan ayağa cəfəngiyyatdır, müstəntiqin sifarişi ilə yazılıb, heç bir kliniki protokol və tibbi ədəbiyyatla təsdiq olunmayan uydurma dəlillərdən ibarətdir. Ekspertiza rəyi şahid ifadələri ilə də uyğunluq təşkil etmir, ziddiyyətlidir.
Hətta meyitin yarılmasını həyata keçirən ekspert ilə komisyon ekspertizanın digər ekspertlərinin rəyləri arasında ziddiyyət var. Bütün bunlara məhkəmə prosesində baxılmayıb, səthi yanaşılıb, faktların üstündən keçilib.
İndi yekun söz məhkəmənindir. Ümid edirik ki, gənc və savadlı bir mütəxəssisin haqqı bərpa olunacaq.
Biz öz tərəfimizdən Arzu Bədəlovanın işlədiyi yerdə, onu tanıyanlar arasında münasibət öyrəndik. Hər kəs onun haqqında müsbət fikirdədir və işdən uzaqlaşmasına təəssüf edirlər.
Buradan Baş prokurora, Ali Məhkəmənin sədrinə müraciət edərək xahiş edirik ki, Arzu Bədəlovanın işi düzgün araşdırılsın, işə ədalətli baxılsın.
Burinci Vitse-Prezident Mehriban xanım Əliyevadan, cənab Prezident İlham Əliyevdən məsələni nəzarətə götürmələrini rica edirik. Sizin diqqətiniz gənc bir mütəxəssisin əsassız təqibdən qurtarar, həkim karyeyarısının yarımçıq qalmasının qarşısını alar.
Sima Babayeva
Adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq!
TEREF
 

Dünyapress TV

Xəbər lenti