“Türkiyə burada sülhün əldə olunmasında israr etməlidir”
Avropa İttifaqının (Aİ) nümayəndələrinin Ukrayna münaqişəsinin həlli ilə bağlı İstanbulda planlaşdırılan danışıqlara qatılmasına icazə verilməməlidir. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlıq” qəzeti yazıb.
Nəşrin müəllifləri Böyük Britaniyanın o vaxtkı Baş naziri Boris Consonun Ukrayna Prezidenti Volodimir Zelenskini sülh yolu ilə nizamlanma şərtləri ilə razılaşmamağa çağırdığı əvvəlki İstanbul danışıqlarının təcrübəsinə diqqət çəkiblər.
"Bu danışıqlar zamanı belə hal baş verməməlidir. Türkiyə burada sülhün əldə olunmasında israr etməli və Ukraynanın münaqişəni davam etdirməsini istəyən avropalılara imkan verməməlidir", - nəşr yazıb.