b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_44f16475e19fc363f63b86381602a7f3.jpg
  

Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.

Musavat.com axar.az-a istinadən bildirir ki, bu barədə izləyicilərə müvafiq bildiriş təqdim olunub.

Məlumata görə, "Match TV" kanallarının Azərbaycanda yayım icazəsi olmayıb. Ona görə də "Media haqqında" qanunun 32.4 və 34.5-ci maddələrinin tələblərinə uyğun olaraq kanalların yayımı dayandırılıb.

Qeyd edək ki, "Match TV" 2015-ci ildən yayımlanan Rusiya federal idman televiziya kanalıdır.

 
 
 

Dünyapress TV

Xəbər lenti