Ardını oxu...
 

Türkiyə TŞ katibinin Azərbaycana, erməni həmkarının İrana  səfərlərinin pərdəarxası nüansları nə ola bilər - rəy

 

Xəbər verdiyimiz kimi, Azərbaycanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Ramil Usubov mayın 13-də ölkəmizdə səfərdə olan Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Memişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də iştirak edib. R.Usubov ümidvar olduğunu bildirib ki, yeni məsul vəzifəsində Baş katibin ölkəmizə ilk səfəri, xüsusilə də Prezident İlham Əliyevlə keçirilən görüşü iki qardaş dövlət ərazisində əmin-amanlığın və təhlükəsizliyin gücləndirilməsi işinə öz töhfəsini verəcək.

Okay Memiş müvafiq qurumlarımız arasında əlaqələrin möhkəmlənməsi və daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini, belə görüşlərin təhlükəsizlik sahəsində birgə fəaliyyətin təkmilləşməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Belə bir ərəfədə - mayın 16-da Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrana səfər edib. Onun “Tehran dialoqu - 2025" forumuna qatılacağı gözlənilirdi. Təbii, bu bir tədbirdə iştirakdır. Amma bölgədə mürəkkəb strateji rəqabətin getdiyi bir zamanda Türkiyə TŞ katibi Bakıya gəlir, erməni həmkarı isə İrana gedirsə, deməli, müzakirə olunmalı bir çox məsələlər var.

Özəlliklə Zəngəzur dəhlizinin açılması gündəmdədir. Ermənistan isə Azərbaycanı ittiham edir ki, guya bölgədə eskalasiyaya hazırlaşır. Dəhlizin açılması məsələsində Türkiyə ilə Azərbaycan eyni, Ermənistanla İran isə başqa mövqedən çıxış edir.

Bu səfərlərin pərdəarxası nüansları nə ola bilər?

Ardını oxu...

 Rövşən Məhərrəmov 

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, hər iki səfəri bir-biri ilə müttəfiq olan ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə, koordinasiya olunmuş fəaliyyətin möhkəmləndirilməsinə xidmət edən səfərlər adlandırmaq olar: “Azərbaycan Türkiyə, Ermənistanla İran müttəfiqdir. Hər kəs öz müttəfiqi ilə təhlükəsizlik məsələlərini müzakirə edir. Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin açılmasını istəyir. Ermənistan dəhliz terminini qəbul etmir və qəsdən bu məsələnin həllini yubadır. İran isə Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Dəfələrlə İran bəyan edib ki, bu məsələ onun üçün qırmızı xətdir. İranın yeni prezidentinin bu yaxınlarda Bakıya səfərində də Zəngəzur dəhlizinin açılması məsələsinin müzakirə edildiyinə şübhə yoxdur. Tehranın bu məsələdə mövqeyinin dəyişdiyini söyləmək üçün əsaslar yoxdur. Çünki İrandan bu barədə bir rəsmi açıqlama hələlik yoxdur. İranın mövqeyinin müsbətə dəyişməsi üçün ona Türkiyənin, Çinin təsir imkanları daha genişdir, nəinki Ermənistanın. Ermənistan hətta həqiqətən də Zəngəzur dəhlizinin açılmasını istəsə belə, İranın mövqeyində dəyişiklik yoxdursa İran Ermənistana istəyini yerinə yetirməyə imkan verməyəcək. Zəngəzur dəhlizinin açılması mövzusu təbii ki, haqqında gedən söhbət gedən səfərlərdə də müzakirə oluna bilər. Rəsmi açıqlama verilməyibsə bu, demək deyil ki, məsələ müzakirə edilməyib. Amma müzakirələrin real nəticə verdiyi barədə dəqiq fikir söyləmək tezdir”.

Polkovnik güman edir ki, yaxın vaxtlarda Zəngəzur məsələsi həll ediləcək: “Türkiyənin Təhlükəsizlik Şurasının katibinin Bakıya səfərində məqsəd həm də Cənubi Qafqazda gərginliyin aradan qaldırılmasıdır. Həhmçinin Ermənistanın nüamyəndəsinin eyni vaxtda İrana getməsi təsadüfi deyil. Görünən odur ki, paralel gedən proses var. Türkiyə bölgədə sülhün, əməkdaşlığın qurulmasına çalışır. Görək İran da səmimi olaraq bu yolu tutacaqmı”. 

Ardını oxu...

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov bildirdi ki, regionumuzda çox ciddi proseslər gedir: “Həm nəqliyyat və kommunikasiya xətlərinin açılması baxımından həm də ümumilikdə geopolitik durum, yeni konfiqurasiyanın formalaşması müttəfiqlik, strateji münasibətlərin formalaşması baxımından müzakirələr həyata keçirilir: ”Məhz bu xüsusda qardaş Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Azərbaycana səfər etdi. Hesab edirəm ki, təhlükəsizlik, milli müdafiə məsələləri, iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinin dərinləşməsi yönündə mühüm razılaşmalar əldə olundu. Çünki bu səfər əhəmiyyətinə, mahiyyətinə görə də diqqət çəkirdi. Eyni zamanda İran və Ermənistanın da yüksək səviyyəli rəsmiləri arasında görüşləri keçirilir. Bu da böyük təəccüb və suallar doğuran məqamdır. Azərbaycanın mövqeyi ədalətlidir, beynəlxalq hüquqa əsaslanır, eyni zamanda sülh və tərəfdaşlıq münasibətlərinin təşfiqinə yönəlib. Hesab edirəm ki, qardaş Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsinin müddəaları əsas götürülməklə ortaya qoyulan mövqe beynəlxalq birlik tərəfindən də dəstəklənəcək. Bizim üçün önəmli olan məsələ hər iki ordunun koordinasiyalı hərəkət etməsidir. Bölgədə təhlükəsizliyin daha etibarlı olmasında bu amilin mühüm rolu olacaq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Ardını oxu...
İstanbuldakı danışıqlarda Rusiya nümayəndə heyəti həqiqətən də Ukrayna üçün qəbuledilməz olan bir sıra fikirlər səsləndirdi.

TNS xəbər verir ki, bu barədə İstanbulda keçirdiyi brifinqdə Ukraynanın Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi bildirib.

"Bildiyiniz kimi, 2014-cü ildən başlayaraq bizim ruslarla danışıqlarda böyük təcrübəmiz var. Ukrayna nümayəndə heyəti sakit, yaxşı iş gördü. Bizim əsas mövqeyimiz dəyişməz qalıb", - deyə o bildirib.

Tixinin sözlərinə görə, Ukrayna nümayəndə heyəti prinsipial mövqe nümayiş etdirərək və öz xəttinə sadiq qalaraq bu təkliflərə sakit reaksiya verib.

Qeyd edək ki, ukraynalı deputat Yaroslav Jeleznyak İstanbulda keçirilən bugünkü görüşdə Rusiya nümayəndə heyətinin atəşkəs üçün şərt olaraq Ukraynadan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən qoşunlarını çıxarmasını tələb etdiyi haqda məlumat yaymışdı.
 
Ardını oxu...
Ulaştırma Bakanlığı’ndan 10.9 milyar liralık yol ihaleleri alan ve lüks yaşamı ile gündem olan Selman Reşitoğlu'nun amcası Abdurrahman Reşitoğlu ile Mehmet Şimşek'in ortak olduğuna ilişkin haberimiz sonrası Bakan Şimşek'ten açıklama geldi.
Play Video

Lüks yaşamı ve bu yaşama dair paylaşımları ile dikkat çeken Selman Reşitoğlu'nun zenginliğinin arkasındaki ilişkileri ortaya çıkaran haberimiz sonrası Hazine ve Maliye Bakanı Mehmet Şimşek'ten açıklama geldi.

halktv.com.tr'den Bahadır Özgür, Ulaştırma Bakanlığı’ndan 10.9 milyar liralık yol ihaleleri alan Ek-Pet İnşaat’ın Yönetim Kurulu Başkanı Selman Reşitoğlu’nun zenginliğinin ve ihalelerinin izini sürdü.

LONDRA'DAKİ MASA
Selman Reşitoğlu, temasları kapsamında bulunduğu Londra’da Mehmet Şimşek ile fotoğrafı paylaşmıştı.

Aynı karede ‘yenidoğan çetesi’ davasında adı geçen TRG Hospital’in ortaklarından Gürkan Dölekli bulunuyordu. Daha da dikkat çeken isim Abdurrahman Reşitoğlu’ydu.

Selman Reşitoğlu’nun amcası olan bu ismin Mehmet Şimşek ile ortak olduğu ortaya çıktı.

Bahadır Özgür, milyarlarca lira yol ihalesi alan Ek-Pet İnşaat’ın yarısı bu isme ait olduğunu yazdı. Yani ihaleleri amca-yeğen beraber topluyor.
Ardını oxu...
Selman Reşitoğlu da verdiği röportajlarda şirketin amcası sayesinde bugünlere geldiğini özellikle vurguluyor.

ŞİMŞEK İLE ORTAK ŞİRKET
Abdurrahman Reşitoğlu ile Mehmet Şimşek ise hemşeri ama ikisi aynı zamanda ortak.
Ardını oxu...
Mehmet Şimşek, AKP’deki bakanlık kariyeri bittikten sonra Londra’ya dönmüştü. 5 Ağustos 2021 yılında Reşitoğlu ile yüzde 50-50 ortaklık ile London RS Proporties adlı şirketi kurdu. Şimşek yönetim kurulu üyeliğinden 9 Ağustos günü ayrıldı. Fakat ticaret sicil kayıtlarında ortaklığı hala ‘aktif’ görünüyor. Bahadır Özgür ortaklıpa ilişkin belgeleri de paylaştı. London RS Proporties’in tek yöneticisi olarak ise Abdurrahman Reşitoğlu kayıtlı.
Ardını oxu...
ŞİMŞEK'TEN AÇIKLAMA
Hazine ve Maliye Bakanı Mehmet Şimşek bu haberin ardından, sosyal medya hesabından "Sadece birkaç fotoğraf ve edindiğim bir konut üzerinden ihalelere karışmışım gibi" dedi ve şu açıklamada bulundu:

“Bakan olmadığım (Temmuz 2018 - Mayıs 2023) dönemde Londra ve Batman'da çekilmiş birkaç fotoğraf ile Londra’da edindiğim 163 metrekarelik konut üzerinden sosyal medyada bir algı operasyonu yürütülmektedir.

Şeffaflık ve hesap verebilirlik ilkeleri doğrultusunda, kamuoyunun doğru bilgilendirilmesi için aşağıdaki açıklamaları yapmak zaruri olmuştur:

•Sosyal medyada ‘ihale kralı’ olarak lanse edilen şahısla herhangi bir ticari ortaklığım yoktur. Söz konusu kişiyle aynı karede yer aldığım görseller bakanlık görevinde olmadığım dönemde Londra ve Batman’da çekilmiştir.

•Bakan olmadığım Ağustos 2021’de İngiltere’de yalnızca konut alımı amacıyla Sayın Abdurrahman Reşitoğlu ile ortak kurulan şirketin başka herhangi bir ticari faaliyeti yoktur. Yalnızca konut alımı amacıyla ortak kurulan şirketin başka herhangi varlığı da yoktur.

•Söz konusu konut, Bakan olduğum 3 Haziran 2023 tarihli mal beyanımda yer almıştır.

Sadece birkaç fotoğraf ve edindiğim bir konut üzerinden ihalelere karışmışım gibi yapılan gerçek dışı haberleri kınıyorum.

Tüm bu mesnetsiz iddialar, şahsımı ve başarıyla uygulamakta olduğumuz programı hedef alan bir itibar suikast teşebbüsüdür. Bu çabalar başarısız kalmaya mahkumdur.

Bu haber görünümlü senaryolar üzerinden itibarıma verilmeye çalışılan zararın tazmini için her türlü hukuki hakkım saklıdır.”

Bahadır Özgür, Şimşek ve Reşitoğlu’nun ortak olduğu şirkete ilişkin başka bir detaya daha dikkat çekmişti: İlk müdürü olan Hakan Camuz..

ORTAK ŞİRKETİN İLK MÜDÜRÜ BAKIN KİM ÇIKTI?
Camuz’un adı ‘Katar Gate’ olarak anılan ve 2022 Dünya Kupası’nın Katar’a verilmesi için AP vekillerine rüşvet dağıtıldığına ilişkin soruşturmada geçti. DW Türkçe’den Serdar Vardar, Brüksel’deki dava dosyasının belgelerine ulaşıp detaylı bir özel haber yayınlamıştı. Gözaltına alınan ve skandalın baş sanığı olan İtalyan politikacı ve eski AP Milletvekili Antonio Panzeri'nin de yardımcısı olan Francesco Giorgi, rüşvet trafiği için İtalya'da Equality adında paravan şirket kurduklarını söyleyerek, “Hakan'a ve adını hatırlamadığım İngiltere'deki şirketine başvurmayı öneren Filistinli'ydi” diyordu.

Kastettiği kişi Camuz’du. Bilal Erdoğan'ın da bir dönem yasal sözcülüğünü üstlenmişti Camuz. İngiltere'de Stoke White LTD adında bir hukuki danışmanlık şirketi bulunuyor. Dosyadaki iddialara göre, Camuz'un yöneticisi olduğu şirket Equality’ye para transferleri yaptı. Paravan şirketin hesaplarını inceleyen yetkililer, Camuz'un yanı sıra Türkiye'den başka bir şirketin daha Equality'e para yolladığını tespit etti. Bu şirket de İstanbul Fatih'te 2016'da Filistin uyruklu Hamza A. F. Harara tarafından kurulan Team Organizasyon Basın Yayın Ticaret’ti.

Ayrıca 2014’te ilk olarak ABD'de kurulan TURKEN Vakfı'nın İngiltere temsilciliği de 2015’te Camuz'un firmasının adresinde kuruldu. Vakfın İngiltere temsilciliğini 2019'a kadar Camuz yürüttü. DW’nin o dönem görüştüğü Camuz, Equality'ye ödemeler yaptığını kabul ederken, Katar lehine rüşvet parası sağladığını ise reddetmişti. Camuz, London RS Properties gayrimenkul şirketinde kısa süre direktörlük yaptığını, Şimşek ile ‘dost’ olduğunu da anlattı.

Şimşek ise DW Türkçe'nin konuya ilişkin sorularına hiçbir zaman yanıt vermedi.

'ORTAKLIK BİR MÜLK ALIMI İÇİN'
Şimşek’in yakın çevresi söz konusu ortaklığı doğrularken, Abdurrahman Reşitoğlu il eskiden beri tanıştığı, söz konusu ortaklığın ise 163 metrekare bir mülk edinilmek için yapıldığını söyledi. Diğer konular ile Şimşek’in hiçbir ilgisi olmadığı, edinilen mülkün de mal varlığında gösterildiği ifade edildi.

Kaynak:Halk TV Ekonomi Servisi
 
 

 


Ardını oxu...
Cəmi iki gündən sonra bizi çox vacib iki seçki — Polşa və Rumıniyada — gözləyir və bu seçkilər ərəfəsində vəziyyət tamamilə dəyişməkdədir.
Polşada, Tramp və Putinin (gizli şəkildə) dəstəklədiyi Navrotski əvvəlcədən də əsas favorit hesab olunmurdu. Onun rəqibi, Tşaskovski isə hələ də əsas favorit olaraq qalır. Polymarket platforması Tşaskovskinin qələbə ehtimalını 72% olaraq qiymətləndirir.
Rumıniyada isə vəziyyət tam fərqlidir. Tramp və Putinin dəstəklədiyi Simion birinci turda rəqibindən 20% (!) fərqlə qalib gəldi və polymarket onun ikinci turda qalib gəlmək ehtimalını 90% (!) səviyyəsində qiymətləndirirdi. Üç gün əvvəl bu seçkilərlə bağlı geniş məqalə yazmışdım və həmin vaxt Simionun qələbə ehtimalı 68% idi. Bu gün isə inanılmaz bir dönüş yaşandı — Dan Nikuşorun qələbə ehtimalı artıq 56%-ə yüksəlib və o, yeni favoritə çevrilib.
Tramp-Putin tandeminin dəstəklədiyi hər iki namizid məğlub olsa bu çox ciddi siyasi zərbə olacaq.
Kamran Cəfərov
TEREF
Ardını oxu...
Tokioda yaponlardan ibarət bir dəstə özbək vətəndaşlarını yapon kimi təqdim edərək onları kuryer işinə düzəldib və qazancı özlərinə götürüblər.

32gun.az xəbər verir ki, bu barədə Yaponiyanın "The Mainichi" nəşrinin yazıb

Məlumata görə, Tokio Polis İdarəsinin məlumatına görə, dörd nəfər saxlanılıb. Onlar əcnəbi işçilərdən istifadə etməklə genişmiqyaslı dələduzluq sxemi təşkil etməkdə ittiham olunurlar.

Araşdırmalara əsasən, şübhəlilər 150-dən çox Özbəkistan və Vyetnam vətəndaşını – əsasən də qısamüddətli vizaya malik, rəsmi işləmək icazəsi olmayan şəxsləri – qida çatdırılma xidməti üçün kuryer kimi işə götürüblər. Onların qazancından isə komissiya adı ilə müəyyən məbləğ tutulub.

Bu sxem vasitəsilə dəstə üzvləri 2022-ci ildən bəri təxminən 400 min dollar qanunsuz gəlir əldə ediblər. Fırıldaqçılıq faktı, kuryerlərdən birinin skuter ilə sifariş çatdırarkən qəza törətməsi nəticəsində üzə çıxıb. Hadisəni araşdıran polis əməkdaşları müəyyən ediblər ki, həmin şəxs çatdırılma tətbiqində başqa bir yapon vətəndaşının adı ilə qeydiyyatdan keçibmiş.

Polisin məlumatına görə, saxlanılan dörd nəfər də törətdikləri qanunsuz əməlləri etiraf ediblər. İstintaq davam etdirilir.
 
Ardını oxu...
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Rusiya lideri Vladimir Putinlə şəxsən görüşməyənə qədər Rusiya-Ukrayna münaqişəsi ilə bağlı danışıqlarda irəliləyiş olmayacaq.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, o, bunu jurnalistlərə Qətərin paytaxtı Dohada bildirib.

“Mən Putinlə görüşməyənə qədər heç nə baş verməyəcək”, – o, Rusiya və Ukrayna nümayəndə heyətlərinin bu gün İstanbulda keçirilməsi gözlənilən görüşünü şərh edərkən deyib.
 
 
 
Ardını oxu...
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Ermənistan mediasında Qərbi Azərbaycanla bağlı sensasiya doğuran məqalə" adlı süjetdə Zəngəzur məsələsindən və azərbaycanlıların doğma yurda qayıdış reallığından bəhs olunub.

Bildirilib ki, Ermənistanın "Past" nəşrinin yazdığına görə, Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyana azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı ilə bağlı konkret və təfərrüatlı layihə təqdim edib: "Bu layihənin yaxın zamanda həyata keçirilməsi nəzərdə tutulur. Ermənistan hakimiyyəti gizlətməyə çalışsa da, azərbaycanlıların qayıdışı danışıqların ən mühüm bəndlərindən biridir. İndi, bu, zarafat kimi səslənə bilər, lakin zamanla zarafat olmadığını anlayacağıq. Artıq dövlət liderlərinin masası üzərində sənədlər var və azərbaycanlıların qayıdışı ilə bağlı Paşinyana təqdim edilən təklif yox, konkret və təfərrüatlı layihədir. Bu layihənin yaxın zamanda həyata keçirilməsi nəzərdə tutulur. Ermənistan hakimiyyəti bu məsələ ilə bağlı minimal bəyanatlar verir. Prezident İlham Əliyevin israrla Qərbi Azərbaycandan danışması, 300 min insanın qayıdışından bəhs etməsi təsadüfi deyil və bu qayıdış Ermənistanın süqutu deməkdir".

Məqalədə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına, azərbaycanlıların qayıdışı proqramının Bakının əsas hədəfi olduğuna nümunə kimi Prezident İlham Əliyevin 2024-cü ilin dekabrında "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransda səsləndirdiyi fikirlərə, eləcə də Zəngəzurda planlaşdırılan addımlara da toxunulur: "Həm dəhliz açılacaq, həm də burada xarici qüvvələr tərəfindən qorunan azərbaycanlıların yaşadığı böyük eksklav yaradılacaq. Bu ərazilər yalnız sözdə "Ermənistan" adlandırılacaq. Lakin məsələ təkcə Zəngəzurla məhdudlaşmayacaq. Azərbaycanlılar tarixi torpaqları hesab etdikləri digər ərazilərdə də kompakt şəkildə yaşayacaqlar. Azərbaycanın bu planı Ermənistan hakimiyyəti tərəfindən həyata keçiriləcək. Paşinyanın hazırda əsas problemi Ermənistan cəmiyyətini bütün bunların zəruriliyinə inandırmaqdır. Hətta Ermənistanın qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dili işlənəcək".

Sonda vurğulanıb ki, Ermənistan mediasında sensasiya sayılacaq bu məqalənin dərc edilməsi təsdiqləyir ki, artıq erməni ictimaiyyətinə azərbaycanlıların tarixi torpaqlarına qayıdacağı ilə bağlı müəyyən məqamlar bəllidir və bu, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşacağı günün uzaqda olmadığını da təsdiqləyib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı sabiq ABŞ Prezidenti Donald Trampın diqqətini qeyri-adi rəqs nömrəsi cəlb edib.
CNN telekanalının məlumatına görə, ağ geyimli qadınlar Trampın şərəfinə ənənəvi ərəb rəqsi olan Khaleeji rəqsini ifa ediblər. Bu rəqs baş və saç hərəkətləri ilə seçilir və əsasən hörmətli qonaqların qarşılanması və bayram mərasimləri zamanı təqdim olunur.

Ərəb mədəniyyətində dərin mənası olan bu rəqs Trampa göstərilən yüksək ehtiramın və qonaqpərvərliyin simvolu kimi qiymətləndirilir.

 
Ardını oxu...
Türkiyədə PKK-nın fəaliyyətlərinə son qoyulması müsbət qarşılansa da, PYD/YPG kimi təşkilatların Suriyanın şimalında varlığı və ciddi mövqeyə malik olması narahatlıq doğurur.

Sözügedən qruplaşmaların mövcudluğunu davam etdirməsi Ankara üçün hansı riskləri daşıyır?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib ki, PKK-nın Suriyadakı qolları YPG, PYD və onların təşkil etdiyi Suriya Demokratik Qüvvələri bu ölkədə hələ təslim olmayıb:

“Yəni hələ silahları Əhməd Əş-Şara hakimiyyətinə təhvil verməyiblər. Lakin buna baxmayaraq, terror fəaliyyəti ilə də məşğul deyillər. Bununla belə, Suriya Demokratik Qüvvələri rəsmi Dəməşqə silahı təhvil verəcəklərini və ölkənin quruculuq işində fəaliyyət göstərəcəklərini bildiriblər. PKK-nın Suriyadakı liderlərindən Müslim bildirmişdi ki, onların silahlı mübarizəyə əl atmasına səbəb ölkədəki xaos və Bəşər Əsəd rejiminin fəaliyyətsizliyi, eləcə də kürd toplumunun hüquqlarını müdafiə etmək zərurəti idi.

Bu gün Suriyanın ərazi bütövlüyü müdafiə olunur, problemlər öz həllini tapır. Kürdlər də tərk-silah olub hakimiyyətə tabe olurlar. Türkiyədəki vəziyyət isə Suriyadakından fərqlidir. Əvvəla, PKK terror qruplaşması 1978-ci ildə fərqli siyasi-ideoloji əsaslarla ayrılıb. Yəni leninçi, marksist, maoçu, apoçu, konfederalist, demokratik mübarizə əsasında bir ideoloji yol seçdi. Bunun yaranmasında keçmiş Sovetlərin də rolu istisna deyil. Türkiyə NATO-nun üzvü və SSRİ-nin qonşuluğunda olan ölkə idi. Buna görə də Moskva Türkiyədə pozucu fəaliyyətlə məşğul idi. Bunu da kürdlərin haqlarını müdafiə etməklə pərdələməyə çalışırdı.

PKK yarandığı dövrdə Türkiyənin ərazi məsələsinə iddiaları yox idi. Sonrakı illərdə bu iddialar ortaya çıxdı. Bu istiqamətdə kütləvi terrorlara əl atdılar”.

Politoloq qeyd edib ki, Türkiyədə bu problem hələ başa çatmayıb, çünki kürdlər və havadarları bu etnosa hüquqların verilməsini istəyirlər:

“Söhbət müəyyən ərazilərdə kürdlərə özünüidarəetmə kimi dövlətləşmə elementlərinin verilməsindən gedir. Məsələn, konfederal demokratiya bunu nəzərdə tutur. Kürdlər inanırlar ki, gələcəkdə Türkiyə ərazisində dövlət yaradacaqlar. Daha doğrusu, bir kürd-türk konfederal dövləti formalaşacaq. Eləcə də Suriyada bunu etmək istəyirlər. İraqda isə belə bir federal qurum mövcuddur.

Suriyanın yeni konstitusiyası təsdiqləndikdən sonra bu məsələ – kürdlərin siyasi və hərbi fəaliyyətinin dayandırılması – reallaşa bilər. Türkiyədə də bu məsələnin belə olacağını düşünürəm. Yəni kürdlərin davranışı konstitusiyanın təsbitindən asılı olacaq. Bundan başqa, kürdlər başqa təşkilat adı altında bu fəaliyyətə davam edə bilərlər”.
 
Ardını oxu...
Qətər əmiri Şeyx Təmim bin Həməd Al-Sani ABŞ-ın İranın nüvə fəaliyyəti ilə əlaqədar yaranmış gərginliyi hərbi müdaxilə ilə həll etməsinin qarşısını almaqda mühüm rol oynayıb.

Musavat.com xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.

"Əmir İrana, əslində, böyük kömək edir. Dəfələrlə mənə deyib ki, onlarla danışıqlar mümkündür. İranla razılaşma əldə edilə bilər. Bizim həmin ölkəyə ciddi zərbə vurmağımızı istəmir", – Tramp Dohada ABŞ və Qətər biznes liderləri ilə keçirilən görüş zamanı bildirib.

O əlavə edib: "Hesab edirəm ki, İran Qətər əmirinə təşəkkür etməlidir. Çünki ətrafımdakı bir çox adamlar birbaşa zərbə endirməyi tövsiyə edir. Biz ABŞ olaraq dünyanın ən güclü ordusuna sahibik".
 

Dünyapress TV

Xəbər lenti