Ardını oxu...
PKK-nın özünüləğv qərarından sonra gözlər terror təşkilatının tərk-silah prosesinə çevrilib. Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) prosesi hər an izləyəcək. Ankaranın planı da hazırdır. Dörd ay ərzində nəticənin əldə edilə biləcəyi də bildirilir.

Axar.az xəbər verir ki, bu barədə NTV mənbələrə istinadən məlumat yayıb.

Mənbələr “Terrorsuz Türkiyə” hədəfinə zərər verəcək addımların atılmaması ilə bağlı İsrail və İrana xəbərdarlıq edildiyini də vurğulayıblar:

“Bölgədə kürdləri proksi qüvvə halına gətirməyə çalışırlar. Ankaranın da bu məsələdə mövqeyi bəllidir. Qarşı tərəflərə (İsrail və İran – red.) çatdırılıb ki, kürdlər proksi qüvvə kimi sərhədimizə gətirilərsə, bu, müharibə aktı kimi qiymətləndiriləcək”.

Ardını oxu...
   

Xankəndidəki marşal Baqramyandan Kremlə nə?; faşist Nijdeni qəhrəman sayanların hələ bir üzü də var...

Ermənilər Xankəndidən getdikdən sonra Azərbaycanı şərləmək üçün hər dəfə bir yalan, dezinformasiya yayırlar. Xüsusən də separatçıların qondarma mərkəzləri beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün erməni mediasına saxta məlumatlar ötürür. Bu dəfə də daha bir yalan bir xəbər yayıblar - guya Xankəndidə marşal Hovvanes Baqramyanın abidəsi sökülüb.

“Yeni Müsavat” bildirir ki, Baqramyan İkinci Dünya müharibəsində komandir olub. Erməni mediası isə saxtakarlığa və hiyləgər manipulyasiyaya yol verərək yazıb ki, faşizm üzərində qələbənin 80 illiyi qeyd olunan bir zamanda Rusiya lideri Putin nə üçün bu “faktı” görməyib. Halbuki belə bir söküntü qeydə alınmayıb. Ümumiyyətlə, Azərbaycan dövləti Xankəndidə hər hansı tikiliyə toxunmayıb. Hətta sovet vaxtı qoyulmuş “nənə-baba” adlanan heykəli də qalır. Hərçənd hər hansı  qədimliyi yoxdur. Ona görə də Baqramyanın abidəsinin də Xankəndidə olması əhəmiyyət kəsb etmir. Bununla belə, bütün hallarda sözügedən büstə toxunulmayıb.

Bəs nə üçün erməni separatçıları bu saxta təbliğatı aparırlar? Bununla nəyə nail olacaqlar ki? Doğrudanmı erməni saxtakarlığına dünya inanaraq hansısa marşal haqda yalan məlumata reaksiya verə bilər?

Ardını oxu...

Xəzər Teyyublu

Hüquq müdafiəçisi Xəzər Teyyublunun sözlərinə görə, separatçı tör-töküntülər beynəlxalq təşkilatların diqqətini yenidən Qarabağa cəlb etmək istəyir. Onun fikrincə, Rusiya prezidentinə çağırış da məhz Moskvanın hər hansı təpki verməsi gözləntisinə hesablanıb. Hüquq müdafiəçisi hər iki tərəfdən reaksiya gözləmir: “Çünki dünyanın başı özünə qarışıb. Ukrayna böhranı, Yaxın Şərq hadisələri ciddi bir xaos yaradıb. Belə vəziyyətdə Baqramyanın heykəli haqda yalan xəbərlərə kim fikir verə bilər? Sadəcə, onlar cəfəng hesabatlar hazırlayır, Avropadakı bəzi ermənipərəst təşkilatlara göndərirlər. Sonra o təşkilatlar hesabatla çıxış edirlər ki, guya Qarabağda "erməni mədəni irsi məhv edilir". Yəni daha çox bu məkrli niyyətlə bu dezinformasiyalar yayılır. Azərbaycan onların uydurmalarını ifşa etməlidir".

X.Teyyublu hesab edir ki, Xankəndidə və bütün Qarabağda tarixi, dini, mədəni abidələri dağıdan elə işğalçı-xunta rejiminin ünsürləri olub: “Onlar 65 məscidi, yüzlərlə mədəniyyət evini, kitabxanaları, məzarları dağıdıblar. Cənab Prezidentin dediyi kimi, bu ərazilərdən elə bil vəhşi sürü keçib. Dünya ictimaiyyəti bu barbarlığı görməlidir. İşğalçılar azərbaycanlılara aid mədəni irsi məhv ediblər. Bu baxımdan marşal haqda yalan xəbərləri yayanlar öz ayıblarına kor olmalıdır. Onlar Azərbaycana milyardlarla zərər vurub”.

Xatırladaq ki, hələ Birinci Qarabağ müharibəsinə kimi bölgədə 706 tarixi və mədəniyyət abidəsi olub. Bu abidələrdən 11-i beynəlxalq, 240-ı dövlət, 455-i  yerli əhəmiyyət daşıyıb. Digər tərəfdən, Qarabağın, həmçinin Ermənistanla sərhəd olan Qazağın 7 kəndinin və Naxçıvanın Kərki kəndinin işğal olunması nəticəsində 100 mindən çox artefaktın saxlanıldığı 22 muzey, 4,6 milyon kitabdan ibarət 927 kitabxana, 85 musiqi məktəbi, 4 teatr, 2 konsert zalı, 4 incəsənət qalereyası və 808 istirahət məkanı məhv edilib. İkinci Qarabağ müharibəsi zamanı isə işğaldan azad olunmuş ərazilərdə 400-ə yaxın abidə dağıdılıb.

Ermənilərin vəhşi əməllərinə məruz qalan başqa bir ərazimiz isə Şuşa şəhəridir. Bu şəhərdə də xeyli sayda tarixi və mədəni abidələrimiz yer üzündən silinmişdi. Belə binalardan Şuşa şəhərinin tarixi muzeyi, Üzeyir Hacıbəyov, Bülbül, Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, Rəsm Qalereyası və digər tarixi binalar dağıdılıb. İşğal dövründə ermənilər həmçinin 550 qədim yaşayış binasını sökərək şəhərin ümumi görünüşünə xeyli ziyan vurublar. Məhv edilən 210 tarix və mədəniyyət abidəsi Azərbaycanın dövlət qeydiyyatında olan abidələrdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsbit olunmuş siyahıda işğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olduğu göstərilib. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır.

Ermənilər ələ keçirdikləri ərazilərdə 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edərək yandırıblar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponat talan olunub, 44 məbəd və 9 məscid təhqir edilib. Dağıdılan və yandırılan 927 kitabxanada 4 milyon 600 min kitab və misilsiz əlyazma nümunələri məhv edilib.

Hazırladı: Emil Salamoğlu


Ardını oxu...
 

Amerika Birləşmiş Ştatları Rusiya ilə Ukrayna arasında əlaqə yaratmaqda effektiv vasitəçilik edib.

Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Təbii ki, ABŞ Rusiya Federasiyası ilə Ukrayna arasında çox səmərəli vasitəçilik xidmətləri göstərib. Moskva ilə Kiyev arasında əlaqə qurulub və indi birbaşa əlaqələr həyata keçirilir”, - Peskov izah edib.**report.az

Ardını oxu...
Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu musiqili yol layihəsinin həyata keçirildiyini bildirib.
TEREF xəbər verir ki, stabil sürətlə hərəkət edən avtomobillərdə Motsartın “Türk marşı” eşidiləcək.
Nazir melodiyalı yol tətbiqinin Türkiyədə ilk dəfə Ankaranın Nallıhan rayonunda reallaşdırıldığını bildirib.
Uraloğlu tətbiqin yol səthinə müəyyən aralıqlarla yerləşdirilən işarələmələr və ya oyuqlar vasitəsilə avtomobillərin keçidi zamanı yaranan titrəmə və səs çıxarma prinsipi əsasında qurulduğunu qeyd edib.
“Bu oyuqlar və ya işarələmələr avtomobillər müəyyən bir sürətlə keçdikdə musiqili bir melodiya yaradacaq şəkildə dizayn edilib. Səthdəki hər bir oyuq və ya işarələmə fərqli tezlikdə bir not verəcək. Sürücü sabit sürətlə hərəkət etdikdə yaranan titrəmə və səslər birləşərək nəzərdə tutulan melodiyanın eşidilməsini təmin edir,” – deyə nazir bildirib.
Bakupost.az

 
Ardını oxu...
İstanbul Anadolu Ədliyyəsi 16-cı Ağır Cəza Məhkəməsində keçirilən iclasda vəkillərin Sedat Peker üçün verdiyi "qırmızı bülleteni ləğv etmək tələbi" rədd edilib.

5 ildir xaricdə yaşayan Sedat Pekerin Türkiyəyə dönəcəyi iddia edilmişdi. Lakin Pekerin Bursa və İstanbulda açılan iki ayrı işdə ona qarşı qırmızı bildirişləri var. Nəhayət, Sedat Pekerin lideri olduğu cinayət təşkilatı ilə bağlı mayın 16-da keçirilən iclasda vəkillərin Peker üçün verdiyi “qırmızı bülleteni ləğv etmək tələbi” rədd edilib. Ersin Əroğlunun TELE1-dən verdiyi xəbərə görə, məhkəmə şikayətçilər Emre Erciş, Ozan Değmez, Oktay Tarhan və Erdinç Yazarın fayl çərçivəsində dinlənməsinə ehtiyac olmadığına qərar verib.

İstanbul 16-cı Ağır Cəza Məhkəməsində keçiriləcək iclas noyabrın 28-nə təxirə salınıb.MHP-nin sədr müavini İzzet Ülvi Yönterin sosial şəbəkədə Sedat Pekerlə bağlı son paylaşımı Pekerin Türkiyəyə dönəcəyi ilə bağlı iddiaları gündəmə gətirib.

Yönter paylaşımında Pekerin görüntülərindən sitat gətirərək "Hər şeyin bir zamanı var... Ölüm vaxtını gözləyənlərə salam olsun... Allah sonsuz şövq versin..." deyib.

NƏ OLDU?
Semih Tufan Gülaltayın İstanbulun Maltepe şəhərindəki ofisi 26 may 2022-ci il tarixində saat 03:20 radələrində Furkan Taş adlı şəxs tərəfindən hücuma məruz qalıb. Furkan Taş əvvəlcə ofisin qarşısında dayanan avtomobilə silahla atəş açıb. Hücuma işdə olan Gülaltayın sürücüsü Öndər Erkut cavab verib. Güllənin bədəninə dəyən Taş hadisə yerində həyatını itirib. Taşın ölümü ilə bağlı İstanbul Anadolu Ədliyyəsində iddia qaldırılıb. Hücumla bağlı istintaq 2023-cü ilin iyul ayında tamamlanıb. Anadolu Respublika Baş Prokurorluğu, aralarında Sedat Pekerin də olduğu 10 nəfərə qarşı iddia qaldırıb. İddianamədə hücumu həyata keçirən Furkan Taşın Pekerin adamları ilə əlaqədə olduğu iddia edilib. İddianamədə Pekerin cinayət törətmək üçün təşkilat yaratdığı və Gülaltayın öldürülməsi üçün təşkilat üzvlərinə göstəriş verdiyi iddia edilib. İttiham aktında həmçinin qeyd olunub ki, əməl cəhd mərhələsində qalıb. Pekeri "cinayət təşkilatı yaratmaq və idarə etmək" və "qəsdən adam öldürməyə cəhd" maddələri ilə 15 ildən 27 ilə qədər həbs cəzası gözləyirdi. Pekerin İstanbul 16-cı Ağır Cəza Məhkəməsindəki dosyesi ilə yanaşı, Bursa 5-ci Ağır Cəza Məhkəməsində də dosyesi var.
TELE1
Ardını oxu...
Putin müharibə və “Ukrayna ilə danışmağa razı olduğum üçün mənə nə olacaq?” oyununu oynayır

Türkiyədə Rusiya-Ukrayna danışıqları bərpa olundu. Rusiya tərəfi 2022-ci ildə kəsilən danışıqların "davamını" elan etdi. Yəni onlar öz versiyalarına görə hətta paraflanmış sənədin müzakirəsində israrlı olacaqlar. Nümayəndə heyətinin səviyyəsi də çox aşağıdır. Çünki tərkibdə birinci şəxslər yoxdur. İqor Kostyukov, əlbəttə ki, nüfuzlu şəxsdir, lakin rəsmi olaraq o yalnız Rusiya Müdafiə Nazirliyinin struktur bölməsinə rəhbərlik edir. Buna əsaslanaraq, kompromis əldə etmək ehtimalı sıfıra enir.

Birincisi, Ukraynanın 2022-ci il sənədlərini müzakirə etməsinin mənası yoxdur, əgər o vaxt rus qoşunları Kiyev yaxınlığında idilərsə, indi Ukrayna paytaxtı yaxınlığında deyil.

İkincisi, Rusiya Federasiyasının 2022-ci il sənədlərini ələ keçirdiyi ərazilərlə bağlı məsələ qaldırmadan müzakirə etməsi gözlənilən deyil, çünki bu, “yeni ərazilərdən imtina”dır.

Üçüncüsü, yeni tezislərin tərtibi və yeni sənədlərin hazırlanması hazırlıqsız həyata keçirilmir. Təbii ki, Rusiya tərəfdən tezislər var, Ukrayna tərəfdən də tezislər mövcuddur. Onlar dəyişdiriləcək, amma çətin ki, tezliklə kompromislərin konturlarını ortaya çıxarmaq mümkün olsun.

Eyni zamanda, tərəflər sənəd mübadiləsi aparacaq və yəqin ki, yenidən görüşməyə razılaşacaqlar. Təbii ki, praktik nəticələr olmadan.

Bu yolla Putin “danışıqlara hazır olduğunu” nümayiş etdirməyə çalışır, bununla belə dialoq yollarını Aİ-Rusiya, Rusiya-ABŞ və Rusiya-Ukraynaya bölür. Yəni daimi “danışıqlar” vasitəsilə Rusiya hətta “Normandiya formatı”n” deyil, “Minsk-2” dövrünün Üçtərəfli Təmas Qrupunu canlandırmağa çalışır. Bu səbəbdən də Rusiya nümayəndə heyəti istanbulda ABŞ nümayəndələrinin iştirakına qarşı çıxdı.

Bu koordinat sistemində Rusiya Türkiyədəki danışıqlara paralel olaraq şantaj eyhamları ilə oynamağa çalışır. Belə ki, bu günlərdə Rusiyanın müdafiə naziri Andrey Belousov Belarusa səfər edir və burada Lukaşenko ilə silahlar, nüvə silahı haqqında danışır. Sonra o Belarusun müdafiə naziri Viktor Xrenin ilə görüşür və iki nazirlik arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edir. Rus ordusu isə cəbhədə fəallaşıb...

Putin müharibə və “Ukrayna ilə danışmağa razı olduğum üçün mənə nə olacaq?” oyununu oynayır və yay kampaniyasına qədər məsələləri yubatmağa çalışır. Belə bir şəraitdə istənilən növ sülh sazişinə nail olmağın yeganə imkanı Ukrayna tərəfinin nəhəng güzəştləri ilə mümkündür. Ona görə də biz sadəcə olaraq etiraf etməliyik ki, müharibə davam edir.

Müəllif: İqar Tışkeviç – Ukraynalı siyasi analitik.

Mənbə: UNİAN

Tərcümə AYNA.AZ-a məxsusdur.
 
Ardını oxu...
ABŞ ciddi demoqrafik böhran ərəfəsindədir. Yeni statistik modellərə əsasən, ölkənin təbii əhalisi (yəni ABŞ-da doğulan vətəndaşlar, immiqrasiyasız) 2625-ci ilə qədər cəmi 10 milyon nəfərə qədər azala bilər. Bu isə XIX əsrin əvvəllərindəki səviyyəyə uyğundur.

Bu barədə "The Daily Mail" məlumat yayıb.

"ABŞ zərərli bir böhrana doğru gedir", deyə iqtisadçı, doktor Abiqeyl Holl bildirib.

2023-cü ildə doğum səviyyəsi hər qadına 1,6 uşaq təşkil edib. Doğumun azalmasının əsas səbəbləri:

* iqtisadi çətinliklər (uşaq baxımının yüksək xərcləri, ödənişli məzuniyyətin olmaması);
* mədəni dəyişikliklər (karyeraya üstünlük verilməsi, həyat prioritetlərinin dəyişməsi);
* ekoloji və tibbi amillər (hormonal pozğunluqlar, piylənmə, sonsuzluq).

"ABŞ-da ailələrin daha az uşaq sahibi olmağa qərar verməsi təəccüblü deyil, çünki xərclər insanları müflis edə bilər", deyə qadın hüquqları üzrə ekspert Samanta Karlin qeyd edib.

1990-cı ildən 2023-cü ilə qədər doğuşların ümumi sayı 4,1 milyondan 3,5 milyona düşüb. Yeniyetmələr arasında doğum halları 73% azalıb. 20-29 yaş arası qadınlar arasında doğum əhəmiyyətli dərəcədə azalıb. Artım yalnız 30 yaşdan yuxarı qadınlar arasında müşahidə olunur, xüsusən də 40 yaşlılar arasında artım 193% təşkil edib.

Doğum səviyyəsini stimullaşdırmaq üçün Ağ Ev 5000 dollarlıq "uşaq mükafatı" tətbiqini nəzərdən keçirir. Uşaq baxımı üçün subsidiyalar təklif olunur, həmçinin ödənişli valideyn məzuniyyətinin tətbiqi çağırışları səslənir.

"ABŞ-da federal səviyyədə məcburi ödənişli məzuniyyət yoxdur", deyə Karlin vurğulayıb.

2100-cü ilə qədər ABŞ əhalisi 226 milyon nəfərə qədər azala bilər. 2600-cü ildə isə immiqrasiya nəzərə alınmadan bu say 10 milyona enə bilər.

















 
Ardını oxu...
ABŞ-ın prezidenti Donald Trampın oğlu Donald Tramp Jr. keçmiş prezident Co Baydenin prostat xərçəngi diaqnozunu ictimaiyyətə açıqlanmasının ardından sosial mediada onun həyat yoldaşı Cill Baydenə istehza dolu münasibət sərgiləyib.

Tramp Jr. X-da paylaşdığı yazıda doktor elmi dərəcəsinə malik olmasına baxmayaraq Cill Baydenin həyat yoldaşında bu cür ağır xəstəliyin beşinci mərhələyə çatmasını necə görmədiyini soruşub. O, paylaşımında belə yazıb:

"Mən bilmək istəyirəm, doktor Cill Bayden metastatik xərçəngin beşinci mərhələsini necə qaçırdı? Yoxsa bu da başqa bir gizlətmə hadisəsidir?".

Tramp Jr. digər paylaşımında isə prostat xərçənginin ən asan diaqnoz qoyulan növlərdən biri olduğunu və müalicə olunmadan 5-7 il ərzində metastaz verdiyini qeyd edən bir yazını sitat gətirib. Həmin paylaşıma görə, Bayden bu xəstəliklə artıq prezidentliyi dövründə də mübarizə aparırıb, lakin bunu ictimaiyyətdən gizlədib.
Ardını oxu...
 
Ardını oxu...
  

Ermənistanın 2-ci prezidenti Robert Köçəryan Rusiya ilə yaxın mövqelər nümayiş etdirərək baş nazir Nikol Paşinyana qarşı açıq ittihamlarla çıxış edib.

Musavat.com xəbər verir ki, Koçaryanın açıqlamaları Kremlin Paşinyana qarşı siyasi təzyiqlərini gücləndirdiyi bir dövrə təsadüf edir. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana yardım etməməsini Paşinyanın Moskvaya qarşı siyasəti ilə izah edib.

“KTMT bizə kömək etmədi. Amma sən bu təşkilatın onurğa sütunu olan Rusiya ilə münasibətləri özün pozdun. Belə olan halda, niyə bizə kömək etməli idi?” – deyə Köçəryan bildirib.

O əlavə edib ki, KTMT-nin müdaxiləsi üçün prosedurlar tələb olunur və bu, ən azı iki ay vaxt aparardı: “Deməli, sən həmin iki ay ərzində döyüşməli, prosesi başladıb nəticəyə çatdırmalı idin".

Siyasi müşahidəçilər Koçaryanın bu bəyanatlarını Moskvanın Ermənistanın hazırkı hakimiyyətinə təzyiq siyasətinin bir hissəsi kimi dəyərləndirir. Kremlin ritorikasını açıq şəkildə təkrarlayan Koçaryan, Paşinyanın regional siyasətdə təcrid olunmasına xidmət edən fiqur kimi çıxış edir.

Musavat.com

Ardını oxu...
  



ABŞ Prezidenti Donald Tramp Kamala Harrisi seçki kampaniyası zamanı məşhurlara qanunsuz ödənişlər etməkdə ittiham edib.

Musavat.com xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında paylaşım edib. O, Harrisin prezidentlik kampaniyası çərçivəsində musiqi ulduzlarına etdiyi ödənişlərin qanunsuz seçki ianəsi sayıla biləcəyini bildirib.

“Kamala Harris prezident kampaniyası zamanı Brüs Sprinqstinə onun bərbad çıxışı üçün nə qədər pul ödəyib? Əgər o, Harrisin bu qədər tərəfdarı idisə, niyə bu pulu aldı? Bu, qanunsuz və böyük kampaniya ianəsi deyilmi? Bəs Bionse? Oprah və Bono nə qədər aldı?” – deyə Tramp sual edib.

Tramp məsələ ilə bağlı araşdırma aparılmasını tələb edib və bu ödənişlərin ictimaiyyətə açıqlanmasının vacibliyini vurğulayıb.

Musavat.com

Dünyapress TV

Xəbər lenti