Ardını oxu...
Azerbaycan Cumhuriyeti Cumhurbaşkanlığı Sivil Toplum Kuruluşlarına Devlet Desteği Ajansı’nın daveti üzerine Irak ve Suriye Türkmenlerinden (STK temsilcileri, siyasetçi, akademisyen, araştırmacı, gazeteci, doktor ve entelektüel) oluşan bir heyet Azerbaycan’a geldi. Türkmen heyeti, Azerbaycan Cumhuriyeti'ne yaptığı resmi ziyaret kapsamında, Bakü'de merhum Cumhurbaşkanı Haydar Aliyev ve hayat arkadaşı Zarifa Aliyeva'nın Fahri Hıyaban'da bulunan mezarını ziyaret ederek saygı duruşunda bulundu ve çiçek bıraktı.

Heyet, daha sonra ülkenin özgürlüğü, bağımsızlığı ve toprak bütünlüğü adına şehit olan Azerbaycan halkının kahraman evlatlarının defnedildiği Bakü Şehitler Hıyabanı ve Şehitler Hıyabanı'nda Ebedi Ateş Anıtı’nı ve 1918 yılında Azerbaycan’ın kurtuluşu için Nuri Paşa komutanlığında Kafkas İslam Ordusunda şehit düşen Türk askerlerinin temsili mezarlarının yer aldığı Bakü Türk Şehitliği ve Anıtı’nı ziyaret edip, saygı duruşunda bulundu, buradaki anıta ve şehit mezarlarına çiçek koydu, dua etti. Bakü Türk Şehitliği'nde 7 Kerküklü Türkmen asker ve subay yatıyor. Şehitlerimiz, 1918'de Nuri Paşa komutasında, Bakü Muharebesi'nde şehit düştüler.

Bakü Türk Şehitliği, bu şehitler için yapılmış. Burada savaşta şehit olan 1130 Türk asker ve subayı için dikilmiş bir anıt, anıta giden sokağın etrafındaki duvarlardaki mermerlerde şehitlerin isimleri, askeri rütbeleri, memleketleri ve şehit oldukları yerleri yazılıdır.

İki toplum arasında ortak değerler ve kardeşlik duyguları pekiştiriliyor

Kardeş Azerbaycan’da gerçekleşen görüşmelerde, iki toplum arasında tarihi ve kültürel bağların canlılığını bir kez daha ortaya koyarken, dayanışma, ortak çalışma, ortak proje, bilgi ve tecrübe paylaşımı, iş birliği alanlarının genişletilmesine yönelik önemli adımlar atıldı ve iki dost toplum arasındaki kardeşlik ilişkilerine katkı sağlanmasının önemine vurgu yapıldı.Türk Dünyası ile olan bağlarını yansıtan köklü gelenekleri yaşatan Azerbaycan halkının içten ilgisi ve Azerbaycan devletinin vizyoner bakışı, Türkmen heyeti için ilham verici bir nitelik taşıdı. Bu samimi buluşma, iki toplumun kültürel miraslarını koruma ve aktarma konusundaki ortak değerlerini bir kez daha gözler önüne serdi.

İki toplum arasında ortak değer, kültür ve tarihe sahip olduğu aşikardır. Bu tür ortak değerler, halkların birbirine olan bağlılıklarını ve kardeşlik duygularını pekiştirmektedir. İki toplum arasındaki ilişkiler, dostluk ve kardeşlik temelinde gelişmesi, kültürel bağları ve iş birliği ile önemli bir güç unsuru olacaktır.

Irak Türkmen Gazeteciler Cemiyeti Dış İlişkiler Sorumlusu Dr. Kürşat Çavuşoğlu
TEREF
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Almaniya kansleri Fridrix Merz, Fransa prezidenti Emmanuel Makron və Britaniya baş naziri Keir Starmerin 9 may Kiyevə səfəri zamanı çəkilmiş bir video sosial şəbəkələrdə yayılıb. Videoda masada ağ rəngli bir obyekt görünür və bu, bəzi istifadəçilər, o cümlədən amerikalı konspirasiya nəzəriyyəçisi Aleks Cons tərəfindən kokain kimi təqdim olunub. Lakin bu iddiaları təsdiqləyən sübut yoxdur.
Fransa hökuməti və Almaniyanın CDU partiyası bunun sadəcə bir salfet olduğunu bəyan ediblər. Onlar bu cür iddiaların Avropa birliyini sarsıtmaq və ictimai rəyi çaşdırmaq məqsədi daşıyan dezinformasiya kampaniyalarının bir hissəsi olduğunu vurğulayıblar.
Ekspertlər bildirirlər ki, bu tip yalanlar Rusiya tərəfindən illərdir Ukrayna prezidenti Zelenski və Qərb liderlərinə qarşı istifadə olunur. Mütəmadi olaraq saxta videolar və manipulyasiya olunmuş görüntülərlə onların nüfuzuna xələl gətirilməyə çalışılır.
Sarvan Səmədoğlu
TEREF
Ardını oxu...
Putin Trampı növbəti dəfə alçaldıb, onu “gicbəsər” adlandırıb. Rusiya prezidenti Vladimir Putin anti-Rusiya sanksiyaları tətbiq edən ölkələrin liderlərini “gicbəsərlər” adlandırıb. Bu barədə TASS məlumat yayıb.
Aİ ölkələrinin liderləri haqqında danışmayacağam. Çoxları onları “qamçılanan oğlanlar” hesab edir. Bəs görəsən, Zelenskidən “hörmətli” rəftar tələb edən “qocu” Tramp bu təhqirə necə reaksiya verəcək? Xatırladım ki, məhz Trampın birinci dövründə ABŞ Rusiyaya qarşı ən çox sanksiya tətbiq edib və bu göstəricidə lider olub. Bu göstəricidə hələ də Tramp liderlik edir...
Rauf Mirqədirov
TEREF
 

Ardını oxu...
  

Ermənilər Gürcüstan səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Musavat.com xəbər verir ki, aksiya iştirakçıları Gürcüstan tərəfinin hərəkətlərinə narazılıq bildirirlər.

Onların sözlərinə görə, Gürcüstan Ermənistan məhsullarını daşıyan yük maşınlarının Rusiyaya keçidinə mane olur və məhsulların Gürcüstan ərazisində laborator yoxlanışdan keçməsini tələb edir.

Nəticədə, yüklə dolu furqonlar Ermənistan-Gürcüstan sərhədində həftələrlə gözləməyə məcbur qalır. Etirazçılar bildirirlər ki, bu vəziyyət yalnız istehsalçılar və ixracatçılar üçün deyil, həm də nəqliyyat şirkətləri üçün milyonlarla dollar zərərə səbəb olur. Onlar Gürcüstan səfirliyindən vəziyyətə aydınlıq gətirilməsini və rəsmi mövqe açıqlamasını tələb edirlər.

Bir müddət sonra səfirlikdən bir əməkdaş çıxaraq, ixrac zamanı problemlərlə üzləşən şirkətlərin siyahısını istəyib. Bir neçə şirkətin adını qeydə aldıqdan sonra binaya qayıdıb.

Buna baxmayaraq etirazçılar səfirliyə gedən yolu hər iki istiqamətdə bağlamaq qərarına gəliblər.

Ermənistan İqtisadiyyat Nazirliyi məsələ ilə bağlı intensiv iş aparıldığını bildirib.

 

 
 
 
 
 

 

Musavat.com


Ardını oxu...
 

Rusiya və Ukrayna arasında mümkün danışıqlar kontekstində Kremlin sözçüsü Dmitri Peskovdan yeni açıqlama gəlib.

Musavat.com xəbər verir ki, Peskovun sözlərinə görə, Rusiya tərəfi İstanbulda keçirilməsi planlaşdırılan danışıqlara hazırlıqları davam etdirir.

Peskovun sözlərinə görə, danışıqlarda Rusiya tərəfini kimin təmsil edəcəyi barədə qərar Prezident Vladimir Putinin şəxsi iradəsindən asılı olacaq. “Putin bunu zəruri hesab etdiyi anda nümayəndə heyətinin tərkibi açıqlanacaq”, – deyə Peskov vurğulayıb.

Kreml sözçüsünün verdiyi digər əsas bəyanatlar da diqqət çəkib:

Avropanın Ukrayna münaqişəsinə yanaşması hərbi yönümlüdür – Peskov Avropanın mövqeyinin Moskva və Vaşinqtonun mövqelərindən ciddi şəkildə fərqləndiyini qeyd edib. Onun fikrincə, Qərbin bu yanaşması sülh prosesinə töhfə vermir.

MH17 faciəsi ilə bağlı yeni hesabatlara etiraz – Peskov bildirib ki, Rusiya 2014-cü ildə Malayziya sərnişin təyyarəsinin vurulması ilə bağlı “qərəzli və sifarişli” hesab etdiyi beynəlxalq araşdırmanın nəticələrini qəbul etmir.

Avropa balanssız mövqe tutur – Kreml nümayəndəsi Avropanın tamamilə Ukraynanın tərəfində olduğunu və bu səbəbdən “balanslı vasitəçi” kimi çıxış etmək hüququnu itirdiyini qeyd edib.

Hazırda Kremlin İstanbul danışıqlarına ciddi şəkildə hazırlaşdığı qeyd olunur. İki ölkə arasında uzun müddət sonra ilk dəfə diplomatik platforma kimi yenidən Türkiyənin adı önə çıxır. Prezident Ərdoğanın bu prosesdə vasitəçilik təşəbbüsü ilə çıxış etməsi danışıqların Bakıya yaxın formatda baş tuta biləcəyini də gündəmə gətirir.

Musavat.com qarşıdakı saatlarda Kremlin və Ukrayna rəhbərliyinin rəsmi mövqelərini izləməyə davam edəcək. Putin İstanbula gələcəkmi? Bu sualın cavabı yaxın günlərdə bəlli olacaq.

Musavat.com

Ardını oxu...

Azərbaycan Prezidenti İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb.

Dövlət başçısı bu fikri mayın 13-də Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edərkən səsləndirib.

İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğulayıb.

PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və ölkəsini də sevindirdiyini deyən Azərbaycan Prezidenti bu məsələdə Türkiyə Prezidentinin siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd etdi.

Bununla yanaşı, dövlət başçısı vurğulayıb ki, Türkiyə dövlətinin gücü, qardaş ölkənin silahlı qüvvələrinin terrorçularla peşəkarcasına mübarizə aparması, Türkiyə cəmiyyətindəki birlik də terror qruplaşmasının bu addımı atmasında əsas amillərdəndir.

İlham Əliyev deyib ki, bu, yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələdir.

 

 

www.AzadMedia.az
Ardını oxu...
PKK terror təşkilatı özünü buraxdığını elan edib. Qeyd edək ki, PKK Öcalanın çağırışına əsasən mayın 5-7-də qurultay iclasını keçirdiyini açıqlamışdı. Onların bu addımı birmənalı qarşılanmayıb və ciddi müzakirələrə səbəb olub. Bəs görəsən, PKK-nın bu qərarına inanmaq olarmı? Onlar silahı yerə qoyaraq Türkiyə dövləti ilə kompramisə gedəcəklər, yoxsa bu, PKK-nın növbəti hiyləsi kimi tarixdə qalacaq?

Seçkilər və “vahid namizəd” tələsi – Vəli Əlibəyov yazır

Mövzunu Konkret.Az-a Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov şərh edib:

“Çoxları düşünürdü ki, Öcalanın dedikləri ciddi qəbul olunmayacaq. Çünki o, uzun müddətdir həbsdədir və artıq liderliyini itirib. Amma buna baxmayaraq PKK qurultay keçirdi və özünü buraxdığını elan etdi. Buna ciddi yanaşmaq düzgün deyil. Çünki müəyyən şübhələr var. Tarix boyu PKK silahlı mübarizədən çəkindiyini bəyan etsə də, sonradan bir neçə terror aktları törədib. Buna görə də, Türkiyənin özündə belə onlarfın silahı yerə qoyacaqları ilə bağlı əsaslı şübhələr mövcuddur.”

Ekspret bildirib ki, PKK-nin bu addımı atmasına gəlincə, onların diqqəti yayındırması və qüvvə toplayıb sonradan hücuma keçmək üçün belə bəyanat verməsi mümkündür: “Yaxud da Öcalanın hazırki vəziyyətini yaxşılaşdırmaq və Türkiyə ilə danışıqlar aparmaq, eləcə də kompramis əldə etmək istəyi ola bilər. Nəzərə almaq lazımdır ki, PKK bir çox Avropa və dünya ölkələrində terror təşkilatı kimi tanınır. Bu səbəbdən də onların maliyyə kanalları kəsilib. Bu da səbəblərdən biri ola bilər. Ancaq PKK-dan başqa terror qrupları var ki, Suriya və İraqda fəaliyyət göstərir. Onların bu çağırışa qoşularaq Türkiyəyə qarşı fəaliyyətlərini dayandıracaqlarına inanmıram. Bu səbəbdən də mövcud bəyanatı PKK-nın manevri kimi dəyərləndirirəm. Əgər addımlarında ciddidirlərsə, o zaman bunu əməli şəkildə sübuta yetirməlidirlər”.
 
Ardını oxu...

ABŞ Prezidenti Donald Tramp Qətər kral ailəsinin ona təqdim etmək istədiyi 400 milyon dollar dəyərindəki lüks “Boeing 747-8” təyyarə hədiyyəsinə münasibət bildirib.

Musavat.com xəbər verir ki, Tramp bu jesti yüksək qiymətləndirərək, jurnalistlərin suallarını cavablandırıb:

“Məncə, bu, Qətərin çox gözəl jestidir. Mən bunu çox yüksək qiymətləndirirəm. Belə bir təklifi rədd etməzdim. Axı mən axmaq ola bilərdimmi, əgər desəydim ki, ‘xeyr, bizə bu qədər bahalı, pulsuz bir təyyarə lazım deyil?’”

Bu açıqlama Trampın Yaxın Şərqə planlaşdırılan səfəri öncəsində, Ağ Evdə jurnalistlərə verdiyi müsahibə zamanı səsləndirilib.

Xatırladaq ki, dünən “ABC News” kanalı Qətər krallıq ailəsinin Trampa “Air Force One” kimi istifadə edə biləcəyi və sonradan onun prezident kitabxanasına hədiyyə ediləcək 400 milyon dollarlıq xüsusi təyyarə vermək istədiyini yazmışdı. Məlumata görə, təyyarə ABŞ Hərbi Hava Qüvvələri tərəfindən təhlükəsizlik və xüsusi rabitə sistemləri ilə təchiz ediləcək.

Lakin bu jest ABŞ daxilində ciddi müzakirələrə səbəb olub. Demokratlar məsələyə etiraz edərək bu hədiyyəni “xarici premium təsir və korrupsiya nümunəsi” adlandırıblar. ABŞ Senatının Demokrat üzvü Çak Şumer bu barədə bildirib:

“Bu, sadəcə rüşvət deyil, bu, xarici güclərin Tramp administrasiyasına birbaşa premium təsir göstərməsidir.”

Hüquqi müstəvidə isə Pentaqonun belə bir hədiyyəni qəbul edib, sonradan Trampın prezident kitabxanasına təhvil verməsinin qanunlara zidd olmadığı qeyd olunur.

Qeyd edək ki, bu hadisə Trampın ikinci prezidentlik dönəmində ilk böyük xarici hədiyyə qalmaqalı kimi qiymətləndirilir.

Musavat.com

 
 
 
Ardını oxu...
X sosial şəbəkəsinin istifadəçiləri Almaniya kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makronun Kiyevə səfəri zamanı jurnalistlərdən gizlətməyə çalışdıqlarını müzakirə edirlər.

Bəzi istifadəçilərin iddialarına görə, Qərb liderləri narkotikdən istifadə edərkən kameraya yaxalanıblar.

"Stolun üstündə... Makronun gizləməyə tələsdiyi kokain torbası və Mertsin əlində gizlətdiyi kokain üçün bir qaşıq. Avropanı narkomanlar dəstəsi idarə edir", - istifadəçilərdən biri yazıb.

 
Ardını oxu...
Qasırğalı küləklər səbəbindən iki təyyarə İrəvana enə bilmir.
TEREF musavat.com-a istinadən xəbər verir ki, bunlar Şarjadan uçan 140 sərnişini olan “Airbus A320”, həmçinin Moskvadan havaya qalxan “Shirak Avia” şirkətinə məxsus “Boeing 737” təyyarəsidir.

“Hazırda Şarjadan gələn təyyarə “Zvartnots”a enə bilmir, başqa bir təyyarə isə qalxmağı gözləyir”, – deyə hava limanının mətbuat xidməti bildirib.
 

Dünyapress TV

Xəbər lenti