Ardını oxu...
  

Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və İtaliyanın baş naziri Giorgia Meloni ilə telefon danışığı keçirib və tərəflər Ukraynadakı münaqişəni müzakirə ediblər.

Musavat.com xəbər verir ki, məlumatı "Reuters" agentliyi Baş nazir ofisinin nümayəndəsinə istinadən yayıb.

Qeyd olunur ki, Trampın mayın 19-da Rusiya prezidenti Vladimir Putinlə söhbəti ərəfəsində Qərb liderləri şərtsiz atəşkəsin zəruriliyini müzakirə ediblər və Moskvanı sülh danışıqlarına ciddi yanaşmağa çağırıblar. Bundan əlavə, onlar Rusiya rəhbərliyinin atəşkəs və sülhlə bağlı ciddi danışıqlardan imtina edəcəyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduqlarını bəyan ediblər.

Bundan əvvəl Tramp Truth sosial şəbəkəsində mayın 19-da saat 10:00-da (Moskva vaxtı ilə 17:00) Putinlə söhbət edəcəyini yazıb. Mövzular arasında ABŞ prezidenti Ukrayna nizamlanması və ticarətin adını çəkib. Vaşinqton administrasiyasının rəhbəri dəqiqləşdirib ki, Rusiya prezidenti ilə danışdıqdan sonra o, Vladimir Zelenski və NATO ölkələrinin liderləri ilə danışacaq. Putinlə Tramp arasında əvvəlki telefon danışığı martın 18-də olub.

Musavat.com


Ardını oxu...
  


Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə Romada görüş keçirib. Görüşdə ticarət münasibətləri və Ukraynada davam edən müharibə əsas müzakirə mövzusu olub.

Musavat.com xəbər verir ki, fon der Lyayen çıxışı zamanı Ukrayna üçün qarşıdakı həftənin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

“Bizi ədalətli və davamlı sülhə can atmaq birləşdirir. Mən bu müharibəni dayandırmaq yolunda sizin fəallığınızı yaxşı bilirəm və bunun üçün sizə təşəkkür edirəm,” – deyə o, ABŞ-ın vitse-prezidentinə müraciətində bildirib.

Fon der Lyayen vurğulayıb ki, indi vəziyyətin irəli aparılması olduqca vacibdir: “Düşünürəm ki, qarşıdakı həftə bu baxımdan həlledici olacaq".

Musavat.com

 
 
 
Ardını oxu...
 


Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putindən Ukraynada qeyd-şərtsiz atəşkəsə razılıq verməyi tələb edib.

Musavat.com xəbər verir ki, bu barədə Fransanın dövlət başçısı çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Vladimir Putin bu gün ABŞ Prezidenti Donald Trampla nəzərdə tutulan danışıq zamanı sülh istədiyini göstərməlidir.

Makron vurğulayıb ki, Rusiya lideri Tramp tərəfindən irəli sürülmüş və Ukrayna ilə Avropa tərəfindən dəstəklənən 30 günlük qeyd-şərtsiz atəşkəs təklifini qəbul etməlidir.

“Sülh istəyirsə, bunu göstərməyin yeganə yolu atəşkəsə dərhal razılıq verməkdir,” – deyə Makron bəyan edib.

Musavat.com

 
 
 

Ardını oxu...
  

“The Sunday Times”a yaxın mənbələrə istinadən Ukrayna Prezidenti Volodimir Zelenskinin Krım və Donbası heç vaxt güzəştə getməyəcəyini və ölkəsinin NATO-ya üzvlük arzularından əl çəkməyəcəyini bildirdiyi qeyd olunur.

Ardını oxu...

 

Mənbələrin verdiyi məlumata görə, Zelenski yaxın saatlarda keçiriləcək danışıqlarda belə əsas mövqeyini qoruyacaq. Prezidentin komandasından olan şəxslər vurğulayırlar ki, Ukrayna ərazi bütövlüyündən deyil, eləcə də seçdiyi qarantiyalardan – o cümlədən NATO çətirindən – imtina etməyəcək.

Bununla da Zelenski bütün tərəflərə aydın mesaj göndərir: hər iki işğal olunmuş region Ukraynanın ayrılmaz hissəsidir və qərar qəbul edilməmiş NATO üzvlüyü də dövlətin strateji prioritetidir.**konkret.az

Ardını oxu...
İsrail Müdafiə Qüvvələri CNN-in Bakıda Suriyanın yeni hökumətinin nümayəndələri ilə Təl-Əviv arasında birbaşa danışıqların aparıldığı barədə xəbərini təkzib edib.

Lim10.az xəbər verir ki, CNN telekanalı Azərbaycana səfər edən və Suriya hökumət rəsmiləri ilə birbaşa danışıqlarda İsrail ordusunun əməliyyat idarəsinin rəisi general-mayor Oded Basiukun da olduğunu bildirib. Bu danışıqların Bakıda Türkiyə ilə İsrail arasında Suriya ilə bağlı təhlükəsizlik danışıqları çərçivəsində baş tutduğu deyilirdi.

Maraqlıdır ki, təkcə CNN deyil, İsrailin “Kanal 12” telekanalı da rəsmi Təl-Əvivin Suriya təmsilçiləri ilə birbaşa və dolayı danışıqlar aparıdığı haqda xəbər yayıb. Danışıqların iki raundunun keçirildiyi iddia edilir. “Kanal-12” də Azərbaycandakı görüşdə general-mayor Oded Basiukun iştirakını iddia edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə və İsrailin hərbi və təhlükəsizlik qüvvələrinin nümayəndələri Suriyada tərəflər arasında birbaşa toqquşmaların qarşısını almaq üçün texniki danışıqların ikinci mərhələsini keçirildiyi deyilir. CNN xəbər verir ki, bu danışıqlarda dolayısı ilə Suriya hökumətinin nümayəndələri də iştirak edib.

CNN-in sualına cavab olaraq o da bildirilib ki, İsrail rəsmiləri Bakıda heç biri Suriya rəsmiləri ilə birbaşa danışıqların olub-olmamasını şərh verməyəcək.

Qeyd edək ki, aprelin 10-da da iki ölkənin - Türkiyə və İsrailin Müdafiə nazirliklərinin nümayəndələri Azərbaycanın paytaxtına gəliblər. İsrail və Türkiyə nümayəndə heyətlərinin Bakıda keçirilən danışıqları ölkələr arasında gərginliyin azaldılması istiqamətində mühüm addım olub.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bu günlərdə Bakıda Suriya xüsusi xidmət orqanları arasında aparılan danışıqlardan danışıb. Söhbətin məzmunu, əlbəttə ki, pərdə arxasında qalıb, lakin onun keçirilməsi faktı ölkələrin təhlükəsizlik sahəsində qarşılıqlı marağından, Bakının həm Dəməşq, həm də Moskva üçün əhəmiyyətindən xəbər verir. Xatırladaq ki, Türkiyə və İsrail arasında birinci gərginlik yaranan vaxt Azərbaycanın vasitəçiliyi öz müsbət nəticəsini verib. Hər iki ölkənin müdafiə və təhlükəsizlik məsələləri üzrə yüksək vəzifəli rəsmlərinin bu yaxınlarda Bakıda görüşməsi göstərdi ki, Azərbaycan bu dövlətlər arasındakı növbəti gərginliyin də aradan qaldırılmasında səylərini əsirgəmir.(musavat.com)
 
Ardını oxu...
Tehranda səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Görüşdə tərəflər dəhliz yollarının və tranzit marşrutlarının tikintisinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.
Ardını oxu...
«Xəzər Lənkəran»ın fəxri prezidenti Mübariz Mənsimov yeni paylaşım edib. Türkiyədə yaşayan iş adamı rinqdən videosunu tirajlayıb.

O, peşəkar kikboksinq üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevin («Kobra Pərviz») növbəti döyüşündə iştirak edib. «Kobra Pərviz»in qələbəsiylə bitən mübarizədən sonra rinqə qalxan Mənsimov ona təbrikərini çatdırıb

«Azərbaycan və Türkiyə bayraqlarını dünya arenalarında ucaltdığın üçün sənə təşəkkür edirəm, qardaşım. Uğurların hər zaman bol olsun!» - o, paylaşdığı videoya bu cür rəy yazıb.

Aytən Novruz
Musavat.com

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 

Dünyapress TV

Xəbər lenti