Ardını oxu...
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Ermənistanın Qərbi Azərbaycanla bağlı "elmi saxtakarlığı" adlı süjetdə Ermənistan Elmlər Akademiyasının faktların təhrif olunduğu və qondarma iddialara əsaslanan, kartoqraf Ruben Qalsyanın müəllifliyi ilə çap olunan "Azərbaycanın 2014-cü ildə milli atlasının tarixi xəritəsi və Qərbi Azərbaycan uydurma termininin araşdırması" adlanan yeni kitabdan bəhs olunub.

Bildirilib ki, uydurma iddialara əsaslanan kitabın hazırlanmasının rəsmi İrəvan, birbaşa Nikol Paşinyan tərəfindən sifariş edildiyi sirr deyil: "Erməni müəllif Azərbaycan adlı dövlətin olmadığını, "Ermənistan" adlı dövlətin adının isə tarixi mənbələrdə çəkildiyini iddia edir. Təbii ki, bu, klassik erməni xəstəliyidir və o qədər də təəccüblü deyil və erməni müəllif Ruben Qalsyan kitabla bağlı açıqlamasında özünü ifşa edir. O, bu iddialarla diqqəti rəsmi İrəvanın üzərindən yayındırmaq və qondarma "tədqiqatı" şəxsi təşəbbüsü kimi göstərmək istəyir. Çünki Ermənistan hakimiyyəti Qərbi Azərbaycan reallığına qarşı lazım olanda "müstəqil tədqiqatçıların" əsərlərinə istinad edə bilmək üçün bu "elmi saxtakarlığın" dövlət sifarişi kimi görünməsini istəmir. R.Qalsyan isə öz açıqlamasında "hər şeyi" dolayısı ilə etiraf edir".

Qeyd olunub ki, Azərbaycan Milli Atlası Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Milli Atlası"nın çapının təmin edilməsi" haqqında 20 aprel 2011-ci il tarixli Sərəncamına əsasən hazırlanıb. 19 bölmə, 444 səhifə, 1000-ə yaxın xəritə, diaqram, cədvəl, izahedici mətn və digər məlumatlardan ibarət olan atlasın məzmunu ölkəmizin bütün əsas iqtisadiyyat və sosial-mədəni sahələrini əhatə edir. Atlas Azərbaycanın coğrafi şəraiti, relyefi, bitki örtüyü, heyvanat aləmi, tarixi, mədəniyyəti, təhsili və s. sahələrini əhatə edən unikal xəritələr toplusundan ibarətdir. Təbii ki, Milli Atlasda Qərbi Azərbaycanla bağlı toponimlərdən tutmuş xəritələrə qədər təkzibolunmaz faktlar yer alıb.

Diqqətə çatdırılıb ki, 2014-cü ildə Milli Atlas nəşr olunanda Ermənistan bu məsələyə diqqət etmədi. Çünki Qarabağ işğalda idi və İrəvanda hesab edirdilər ki, onlar Azərbaycan torpaqları hesabına ikinci dövləti də yaradıblar, bundan sonrakı hədəfləri "dənizdən dənizə Ermənistan" xülyasını reallaşdırmaq olacaq. Ermənilər düşünməzdilər ki, Azərbaycan Qarabağı azad edəcək, öz torpaqlarında yaradılan qondarma "ikinci erməni dövləti"ni məhv edəcək və tarixi torpaqları olan Qərbi Azərbaycana qayıdışı qaçılmaz reallığa çevirəcək.

Sonda vurğulanıb ki, Ermənistan mediası və ekspertləri tərəfindən Qərbi Azərbaycan reallığının qaçılmaz olmasına, azərbaycanlıların geri qayıdacağına dair çoxsaylı fikirlər səsləndirilir: "Bütün bunlar ermənilərin reallığı anladıqlarından xəbər verir. Ermənistan Elmlər Akademiyasının Qərbi Azərbaycanla bağlı hazırladığı qondarma "kitab" da məhz bu reallığın qarşısında "saman çöpündən yapışmaqdan" başqa bir şey deyil".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Rəqəmsal hökumət quruculuğu xeyli sürətlənəcək.
Ötən günlər Prezident rəqəmsal hökumət quruculuğu ilə bağlı bir sıra əhəmiyyətli sənədlər imzalayıb.
Qəbul edilən yeni tələblərə görə artıq RİNN-in müsbət rəyi olmadan ölkədə dövlət informasiya ehtiyatı yaratmaq mümkün olmayacaq.
RİNN bu tip resursları yaratmaq istəyənlərə, həmçinin e-xidmət formalaşdırmaq istəyənlərə onun texniki və səmərəlilik baxımından məqsədəuyğunluğu barədə rəy verməlidir.
RİNN eyni zamanda dövlət informasiya ehtiyatlarının və sistemlərinin, habelə elektron xidmətlərin vahid reyestrinin operatoru olacaq.
Həmçinin RİNN e-xidmətlərin və informasiya ehtiyatlarının qiymətləndirilməsini də həyata keçirəcək.
Xatırladıram ki əvvəllər belə bir qiymətləndirmə ASAN tərəfindən aparılırdı.
Bütün bunlarla bağlı yeni Qaydaları isə Nazirlər Kabineti müəyyən edəcək.
Yeni tələblərə görə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Xidmətinin rəyi olamdan heç bir e-xidmət təqdim edilə bilməyəcək.
Düşünürəm ki, yeni yanaşmalar çox mühüm əhəmiyyət kəsb edir, bütün bunlar ölkədə rəqəmsal hökumət quruculuğunu və rəqəmsal transformasiyanı xeyli sürətləndirəcək.
Dövlət resurslarının və e-xidmətlərin yaradılmasında paralelçiliyə və pərakəndəliyə son qoyulacaq.
Hazırda vətəndaşlara məxsus eyni bir məlumatı çox sayda dövlət resurslarında tapmaq olar. Bəzi dövlət qurumları digər qurumlarda olan məlumatlar əsasında paralel olaraq yeni informasiya sistemləri hazırlayırdılar.
Halbuki normalda vətəndaşa məxsus məlumat yalnız bir dövlət resursunda olmalı, digərləri isə inteqrasiya yolu ilə məlumatı oradan əldə etməlidir.
Xatırladıram ki, qeyd olunanlar Prezidentin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və digər qanunlara dəyişikliklər edilməsi ilə bağlı iki gün öncə imzaladığı fərmanda öz əksini tapıb.
Ümid edirəm bu cür əhəmiyyətli sənədlərin qəbulundan sonra İRİA -nın rəqəmsal hökumət quruculuğu sahəsində fəaliyyəti xeyli güclənəcək.

Osman Gunduz
TEREF
 
 

 


Ardını oxu...
Otuz il əvvəl – 1994-cü ilin iyulunda Bəşəriyyət ilk dəfə bir kometin planetlə toqquşmasını müşahidə etdi: Şöymaker-Levy 9 kometinin qalıqları Günəş sisteminin ən böyük planeti olan Yupiterlə toqquşdu.
İyulun 18-də qeydə alınan ən böyük toqquşmanın gücü o dövrdə Yer kürəsində toplanmış bütün nüvə silahlarının gücündən 750 dəfə çox idi! Astronomların hesablamalarına görə, dağıntıların Yupiter atmosferinə daxil olma sürəti saniyədə təqribən 64 km (!), toqquşmanın izlərinin ölçüsü isə Yerin diametrindən bir neçə dəfə böyük idi.
İbrahim Nebioğlu
TEREF

 
Ardını oxu...
Azərbaycanda dövlət və özəl müəssisələrdə xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin fiziki daşıyıcısını təqdim etmək məcburi olmayacaq.

Bu barədə "Cebhe.info"ya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib.

Belə ki, bundan sonra vətəndaşların tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarını “mygov” tətbiqi vasitəsilə təqdim etməsi fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq.

Belə ki, vətəndaş “mygov” tətbiqinə daxil olaraq rəqəmsal şəxsiyyət vəsiqəsi məlumatlarını müxtəlif üsullarla qarşı tərəflə bölüşə biləcək. Vətəndaş eyni zamanda “mygov” tətbiqində şəxsiyyət vəsiqəsi məlumatlarını nə zaman, harada və hansı müəssisəyə təqdim etdiyi ilə bağlı tarixçəylə tanış ola biləcək.

Şəxsiyyət vəsiqələrinin “mygov” üzərindən təqdim olunması müəssisələrə əməliyyatların sadələşdirilməsi və sürətlənməsi, fiziki şəxsiyyət vəsiqələrinə ehtiyacın azaldılması və kağızdan istifadənin minimuma endirilməsi kimi üstünlüklər təqdim edəcək. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi qurumların bu prosesi daha çox xidmət sahəsinə inteqrasiya etməsinin təşviqi istiqamətində işləri davam etdirir.

Qeyd edək ki, şəxsiyyət vəsiqəsi ilə yanaşı, “mygov” üzərindən təqdim olunan nikah, doğum və ölüm haqqında şəhadətnamə məlumatları da həmin sənədlərin fiziki daşıyıcısı ilə eyni hüquqi qüvvəyə malik olacaq.

Xatırladaq ki, 16 iyul tarixində Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
 
 
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahı ətrafında azı 7 hava hücumundan müdafiə sistemi quraşdırılıb. Qərb mediası Putinin iqamətgahından 3,7 kilometr aralıda yerləşən Ryabinovı adasında “Pantsir-S1” zenit kompleksinin peyk şəkillərini yayıblar.

Hava hücumundan müdafiə sistemi qüllədədir, eyniləri əvvəllər Moskva vilayətində görülüb. Qeyd olunub ki, Putinin Valdaydakı iqamətgahı yaxınlığında hava hücumundan müdafiə qurğusu 2024-cü ilin martında peyda olub.

“Astra” teleqram kanalı öz mənbələrinə istinadən yazıb ki, eyni yaşayış məntəqəsindən təxminən üç kilometr aralıda hava hücumundan müdafiə sisteminə bənzər daha iki obyekt var.

2023-cü ilin yanvarında Agentlik “Pantsir-S1” kompleksinin Putinin Valday iqamətgahından altı kilometr aralıda, Novqorod vilayətinin Yaşçerovo kəndində quraşdırıldığını bildirmişdi.

Putinin Novo-Oqarevodakı iqamətgahından on kilometr aralıda “Pantsir-S1” hava hücumundan müdafiə sisteminə aid peyk görüntülərini daha əvvəl “Siren” nəşri yayıb. Görüntülər 2023-cü ilin yanvar ayının əvvəlində lentə alınıb. Rusiya Müdafiə Nazirliyinə məxsus “Ostafyevo” aerodromundan təxminən iki kilometr aralıda, həmçinin Putinin Krasnodar diyarındakı Krasnaya Polyana yaxınlığındakı iddia edilən iqamətgahının yaxınlığında daha bir neçə hava hücumundan müdafiə sistemi aşkar edilib.

Bundan əvvəl “Pantsir-S1”-in Rusiya Müdafiə Nazirliyinin binasının damında quraşdırıldığı bildirilirdi.
 
 
 
Ardını oxu...
Ekzoplanetləri tədqiq edən astronomlar diqqətlərini Prjibılski Ulduzu kimi tanınan HD 101065 ulduzuna yönəldir və həmkarlarını onu müşahidə etmək üçün teleskoplardan istifadə etməyə çağırırlar.

"DogruXeber.az" xəbər verir ki, bu barədə NV yazır.

David Kipping ulduzun qeyri-adi kimyəvi tərkibini qeyd edir ki, bu da qeyri-mümkün görünür. Bu ulduz Pensilvaniya Dövlət Universitetindən Jason Wright və Kolumbiya Universitetindən David Kipping kimi astronomların diqqətini çəkib.

Prjibılski ulduzu ilk dəfə 1961-ci ildə astronom Antoni Prjibılski tərəfindən kəşf edilib. "Ap” ulduzu, kimyəvi anomaliyaları olan A tipli ulduz kimi tanınır. Əksər A ulduzlarından fərqli olaraq, "Ap” ulduzları güclü maqnit sahəsinə malikdir və yavaş-yavaş fırlanır, bu da onların kimyəvi tərkibinin ətraflı öyrənilməsinə imkan verir. Təhlillər silisium, xrom, stronsium və europium kimi nadir torpaq elementlərinin olduğunu göstərib.

Bununla belə, Prjibılskinin ulduzu daha da qəribədir. Onun spektrində elm adamlarının fikrincə, orada olmamalı olan elementlər tapılıb. Məsələn, məlum izotoplarının heç birinin uzun yarı ömrü olmayan prometium. Dəniz anemonu, protaktinium, neptunium, plutonium, amerisium, kurium, berkelium, kalifornium və einşteynium - təbiətdə adətən tapılmayan elementlər də tapılıb.

Bu anomaliyanın izahlarından biri Prjibılski ulduzunun atmosferini bombalayan və müşahidə olunan elementləri əmələ gətirən reaksiyalara səbəb olan kompanyon neytron ulduzunun olmasıdır. Ancaq belə bir kompanyonun mövcudluğuna dair hələ heç bir dəlil yoxdur.
2017-ci ildə təklif edilən alternativ nəzəriyyə odur ki, qeyri-adi elementlər nüvələrin yenidən sabitləşə biləcəyi hipotetik "sabitlik adasında” kəşf edilməmiş ağır elementlərin çürüməsi nəticəsində yaranır. Bu, yaxınlıqdakı fövqəlnovanın nəticəsi ola bilər. Əgər bu doğrudursa, əlavə tədqiqatlar bu nəzəriyyəni təsdiqləyə bilər ki, bu da inanılmaz bir kəşf olardı.

Bəzi astronomlar hətta ulduzun qəribə kimyasının ağıllı həyatın əlaməti ola biləcəyi ehtimalını da nəzərdən keçirirlər. Ulduz haqqında 60 ildən çox biliyə baxmayaraq, onun kimyəvi tərkibi sirr olaraq qalır. Bu, astronomları Prjibılski kompanyon ulduzunun sirrini açmaq üçün əlavə tədqiqat və müşahidələr aparmağa təşviq edir.
Ardını oxu...
Süni intellekt insanın fikirlərini oxumaqda nə qədər irəli gedə bilər? Yeni araşdırmalar göstərir ki, süni intellekt artıq düşüncə və niyyətləri aşkar edə bilir. Bu inkişaf isə texnologiya dünyasında böyük həyəcan yaradıb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, süni intellekt texnologiyaları son illərdə sürətlə inkişaf edərək həyatımızın bir çox sahələrində inqilab edib.
İndi alimlər süni intellektin insan zehnini oxumaq qabiliyyətini araşdırırlar. Bu araşdırmalar göstərir ki, düşüncə və niyyətləri aşkarlaya bilən süni intellekt sistemlərinin inkişafı istiqamətində mühüm addımlar atılıb.
Süni intellektin fikirləri oxumaq potensialı nevrologiya və süni intellekt tədqiqatlarının kəsişməsində yerləşir. Beyin dalğalarını təhlil edən və bu dalğalardan mənalı məlumat çıxaran süni intellekt alqoritmləri, düşüncəni oxumaq prosesinin əsasını təşkil edir. Bu texnologiyanın xüsusilə ünsiyyət maneələri yaşayan insanlar üçün böyük ümidlər yaratadığı bildirilir.
Süni intellektin fikirləri oxumaq qabiliyyəti də etika və təhlükəsizlik məsələlərində mühüm müzakirələrə səbəb olub. Fikir və niyyətlərin məxfiliyi, fərdi azadlıqlar və şəxsi həyatın toxunulmazlığının qorunması məsələləri ön plana çıxıb. Ona görə də vurğulanır ki, bu texnologiyanın hazırlanması və istifadəsi zamanı diqqətli olmaq lazımdır.
Bugünkü araşdırma süni intellektin beyin siqnallarını necə qəbul etdiyini və bu siqnallardan mənalı məlumatlar çıxardığını araşdırır. Beyin-kompüter interfeysləri və neyroprostetik cihazlar bu tədqiqatda mühüm rol oynayır. Təcrübələr göstərir ki, beyin dalğalarını təhlil edən süni intellekt sistemləri müəyyən düşüncə və niyyətləri dəqiq müəyyən edə bilir.
 
 
 
Ardını oxu...
Biz gündəlik dildə “Wi-Fi”, “VPN”, “USB”, “SMS” kimi bir çox abbreviaturadan istifadə edirik, lakin onların dəqiq mənalarını bilmirik. Beləliklə, sizə onlardan 15-ni izah etdiyimiz məzmunu təqdim edək…
Tribunainfo.az “webtekno”ya istinadən xəbər verir ki, bəzi abbreviaturalar var ki, onları demək olar ki, hər gün danışarkən və ya yazarkən istifadə etsək də mənalarını bilmirik. Bu sözlər arasında xüsusilə texnoloji terminləri saymaq olar.

Tez-tez istifadə olunan terminləri sizin üçün bir araya gətirdik, lakin bir çoxumuz onların mənalarını və ana dilimizdə qarşılığını bilmirik. Gəlin görək onlardan hər hansı birini artıq tanıyırıqmı?

Demək olar ki, hər gün istifadə etdiyimiz, lakin mənasını bilmədiyimiz texnoloji terminlər:

SMS: Qısa Mesaj Xidməti (Short Message Service)

MMS: Multimedia Mesajlaşma Xidməti (Multimedia Messaging Service)

VPN: Virtual Şəxsi Şəbəkə (Virtual Private Network)

GPS: Qlobal Yerləşdirmə Sistemi (Global Positioning System)

Wi-Fi: Simsiz Bağlantı (Wireless Fidelity)

USB: Beynelxalq Avtobus seriyasi (Universal Serial Avtobus)

PDF: Portable Document Format (Portativ Sənəd Formatı)

HD: Yüksək Dəqiqlik (High-Definition)

HTTP: Hiper Mətn Transfer Protokolu (HyperText Transfer Protocol)

HTML: Hipermətn İşarələmə Dili (HyperText Markup Language)

URL: Uniforma Resurs Axtarışı (Uniform Resurs Locator)

RAM: Təsadüfi giriş yaddaşı (Random Access Memory)

iOS: Iphone Əməliyyat Sistemi (Iphone Operating System)

SSD: Bərk Hal Diski (Solid State Drive)

LAN: Yerli Şəbəkə (Local Area Network)


Bunlardan neçəsini bilirdiniz?

Bizimyol.info
 
Ardını oxu...
"Whatsapp" yeni funksiyanın təqdimatına hazırlaşır.

Yeni özəllik sayəsində istifadəçilər göndərilən səsli mesajları mətnə çevirə biləcəklər.

Özəllik hazırda az sayta istifadəçi üçün əlçatandır. Funksiyanın yaxın zamanda bütün istifadəçilər üçün aktivləşdiriləcəyi gözlənilir. (Publika.az)
 
 
Ardını oxu...
 
Bəşəriyyətin Yerdən kənarda, kosmosda yaşamaq üçün əlverişli planet axtarışları davam edir. Kosmos və əlçatan planetləri skan edən James Webb teleskopunun yeni kəşfi bu mövzuda atılacaq kritik addımların öncüsü ola bilər…
Alimlər kainatda “yadplanetli” həyatı tapmaq üçün ən yaxşı şansımız ola biləcək bir planet kəşf etdilər.

NASA-nın Ceyms Uebb Kosmik Teleskopu (JWST) tərəfindən aparılan müşahidələrdən istifadə edən beynəlxalq elm adamları qrupu LHS 1140 b adlı “ekzoplanet”in atmosferini, bizim günəş sistemimizdən kənarda, başqa bir günəşə malik planeti təhlil ediblər.
Bu təhlillər planetin maye su okeanına və hətta azotla zəngin atmosferə malik ola biləcəyini də təsdiqlədi. Bu onu göstərir ki, bu yeni planet də Yer kimi atmosferə malik ola bilər.

 

Gundemxeber.az

Dünyapress TV

Xəbər lenti