Ardını oxu...
“WhatsApp” istifadəçiləri PİN kodu vasitəsilə yeni mesajlardan “qorunma” imkanı əldə edəcəklər.

Bu yeni funksiya iOS cihazlarında “TestFlight” proqramı vasitəsilə aşkar edilib. Bu yeniliklə istifadəçilər arzuolunmaz mesajlardan qorunmaq üçün PİN kodu təyin edə biləcəklər. Belə ki, yeni həmsöhbətlər ilk mesajı yazmaq üçün həmin PİN kodunu daxil etməli olacaqlar. Bu məhdudiyyət yalnız istifadəçilərin “əlaqə kitabı”nda olmayan şəxslərə şamil ediləcək.

Hələlik, bu funksiyanın messencerin ictimai versiyasında nə vaxt istifadəyə veriləcəyi barədə məlumat verilməyib
 
Ardını oxu...
Ölkədə bütün sahələrdə qiymətlərin durmadan və sürətlə artdığı bir zamanda internet provayderləri də “heç kimdən geri qalmayaq” devizini rəhbər götürüblər. Lakin provayderlər “əmma” qoyaraq, bir qədər hiyləgər yol seçiblər...

“Aztelekom” GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırdığını elan edib. Yeni sürət tariflərində abunəçilər üçün seçim imkanı 100 Mbit/s-dən başlayır. İddiaya görə, hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir. Yəni, əvvəllər abunəçilər 10, 15, 18 manatlıq paketlərdən yararlanırdılarsa, yeni qiymət dəyişikliyində artıq seçim imkanı yoxdur. Bu tariflər isə insanların narazılığına səbəb olub.

“Aztelekom” və “Bakı Telefon Rabitəsi” internetin qiyməti ilə bağlı məlumatlara belə aydınlıq gətiriblər ki, aparılan infrastruktur təkmilləşdirmələrinin məqsədi vətəndaşların yüksək sürətli internetə artan tələbatının qarşılanması və daha yüksək keyfiyyətli internet xidmətlərindən faydalanmasıdır: “Qiymət siyasətimiz müştərilərimizə daha yüksək sürət və Mbit həcminə görə mümkün optimal qiymət təklif etmək şərti ilə bazar tələblərinə uyğun formalaşdırılır”.

İlk baxışdan hər şey gözəldir. Milli provayderlərimiz internetin sürəti baxımından beynəlxalq reytinqlərdə quyruqda sürünən ölkəmizi “pis siyahıdan” çıxarmağa cəhd edir. Yuxarıda qeyd etdiyimiz “əmma” olmasa...

Mütəxəssislərin fikrincə, “Aztelekom”un faktiki texniki imkanları 100 Mbit internet qrafikini təmin etməyə yetmir. Ən yaxşı halda 15-16 Mbit-ə qədər internetlə təmin edə bilir. Həm də vətəndaşa seçim haqqı verilmir. Ən aşağı səviyyə 25 manat deyil, 10-15 manat ola bilər. Burada seçim, rəqabət imkanları, istehlakçıların seçmə sərbəstliyi olmalıdır. Hər kəs də öz büdcəsinə, iqtisadi qrafikinə uyğun, özünə lazım olan qədər internetə vəsait ödəməlidir. Böyük şirkətlər, banklar, təhsil, səhiyyə müəssisələri var ki, orada yüksək sürətli internetə ehtiyac var. Ancaq hər hansı fərdi mənzil, yaxud bir vətəndaş üçün bu qədər yüksək internetə də ehtiyac yoxdur. Olarsa, o zaman vətəndaş büdcəsinə uyğun olaraq daha keyfiyyətli internet üçün çox vəsait ödəyə bilər. Bir sözlə, aşağı kateqoriyalarda seçim olmalıdır. Seçim olmadığına görə bu, birbaşa istehlakçı hüquqlarının, bazarda rəqabət prinsiplərinin pozulmasıdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Pressklub.az-a açıqlamasında deyib ki, istehlakçıların beynəlxalq və yerli hüquqlarından biri onun seçim hüququdur:

“Təəssüf ki, bizdə bu barədə haqsızlıq olur. İstehlakçıların seçim hüququ pozulur. Azərbaycan hökuməti elə bir şərait yaratmalıdır ki, istehlakçıların seçim hüququ təmin olunsun. Kim hansı internetdən istifadə etmək istəyirsə, ona da qoşulsun. Çox təəssüf ki, burada hökmranlıq mövcuddur istehlakçılara təzyiqlər olur. Bu barədə mənə şikayətlər gəlir. Bu, istehlakçıların hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Bununla bağlı AİB-ə yazılı şikayətlər daxil olarsa, biz insanların hüquqlarını qorumaq üçün lazımi addımları atarıq”.

Yuxarıda da qeyd etdiyimiz kimi, mütəxəssislər “Aztelekom”un faktiki 100 Mbit internet qrafikini təmin etməyə texniki imkanları olmadığını bildirilər. Elə abunəçilər də qiymət və “sürət” artımı olmasına baxmayaraq, yenə də əziyyət çəkdiklərindən gileylənirlər. Bəs bu problemlərin yaranma səbəbi nədir?

Pressklub.az-a açıqlama verən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, adətən insanlar “qapıdan çölə çıxan kimi internet gedir” deyirlər.


Yəni, paketlərin dəyişməsindən sonra internetin keyfiyyəti azalıb: “Əslində modemin əhatəsindən kənara çıxmağın internetin keyfiyyəti ilə heç bir əlaqəsi yoxdur. Bu sadəcə modemin siqnallarının əhatəsi ilə əlaqəlidir”.

Ekspert deyib ki, paketin sürətinin qalxması ilə siqnalların fəaliyyətinin zəifləməsinin heç bir əlaqəsi olmasa da insanlar bundan əziyyət çəkirsə, siqnalgücləndirici qurğular, yəni akses pointlərdən istifadə edə bilərlər: “Hər bir halda provayderlər də xidmət etdiyi bölgələrdə öz qurğularını yaxşılaşdırmalıdır. Ola bilsin ki, əhalinin, ailə təsərrüfatının və bizneslərin sayına görə müəyyən qurğular tam hesablanmayıb və daha aşağı yüklə təmin olunub. Həmçinin, ədalətsiz yanaşma da istisna olunmur. Amma bunların hər biri texniki olaraq əsaslanmalıdır. Vətəndaşlar evlərində telefonu və ya kompüteri birbaşa gələn xəttə qoşaraq sürət testi ilə öz internet limitlərini ölçməlidir”.

İnternetin sürətindən şikayət edənlərdən biri də Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şabandır. “Qiymətin bahalaşmasının internet xidmətinin keyfiyyətinə heç bir aidiyyatı yoxdur. KTV səhərdən işləmir. Yazırsan da cavab vermirlər. Zəng etməyin mənası da yoxdur”- deyə, o, paylaşımında bildirib.

Yeri gəlmişkən, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mətbuata açıqlamasında bildirib ki, deyilən arqumentlər məntiqsizdir və heç bir dataya söykənmir. Hələlik ölkədə telekommunikasiya sektorunda müstəqil tənzimləyici qurum yoxdur.

Onun sözlərinə görə, sektorda istehlakçıların hüququnu qorumalı olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyidir: “O da müstəqil deyil. “Aztelekom” da nə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) çəkinir, nə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən. Yenicə magistral (backbone) statusu qazanan “Aztelekom”-un hər bir müştəriyə minimal 100Mbit/s sürət təqdim etmək, keyfiyyətli servis qurmaq üçün heç bir texniki-texnoloji imkanı yoxdur”.

Osman Gündüz hesab edir ki, gərək müvafiq qurumlar monitorinq aparıb “Aztelekom”un elan etdiyi parametrlərə uyğun texnoloji imkanlarının olmasını müəyyən etsin: “Əminliklə deyirəm ki, “Aztelekom”da nəinki hər abunəçiyə 100Mb/s, heç 40 Mb/s vermək üçün texniki-texnoloji imkanı yoxdur. Açıqlasın görək, “Aztelekom” hazırda nə qədər trafik alır və nə qədər satır? Müştərilərin sayı və tələbatı nə qədərdir ? Dövlət qurumu üçün bu məlumatlar açıq olmalıdır. Lakin “Aztelekom” bunu qapalı saxlayır”.

Günay Elşən
 
 
 
Ardını oxu...
"WhatsApp" istifadəçiləri PİN kodu təyin edərək yeni mesajlardan “qoruna”​ biləcəklər.

"DogruXeber.az" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bu funksiya iOS-da əlavələrin funksiyalarını yoxlamaq üçün istifadə edilən “TestFlight” proqramı vasitəsilə aşkar edilib. Portal müəlliflərinin sözlərinə görə, vatsapın gələcək versiyasında istifadəçi arzuolunmaz mesajlardan özünü qorumaq üçün PİN kodu əlavə edə biləcək.

Bildirilir ki, yeni həmsöhbətlər ilk mesajı yazmaq üçün PİN kodu daxil etməli olacaqlar. Məhdudiyyət adları “əlaqə kitabı”nda olmayan istifadəçilərə şamil edilir.

Yeni funksiyanın messencerin ictimai 
Ardını oxu...
İki il əvvəl "Hyundai" şirkəti qeyri-adi xarici görünüşə malik "N Vision 74" konsept-karını nümayiş etdirib.

3DNews.ru xəbər verir ki, layihə şirkətin yüksəksürətli elektrik nəqliyyat vasitələrinə baxışını əks etdirir.

Bu yaxınlarda isə məlum olub ki, koreyalı avtomobil istehsalçısının konsepti təkcə nəzəri xarakter daşımır, avtomobilin kütləvi istehsala keçmə şansı yüksəkdir.

"Hyundai" 2030-cu ilə qədər 21 tam elektrikli modelini, o cümlədən "N Vision 74" konseptini təqdim etmək niyyətində olduğunu bildirib. Şirkət nümayəndələri birbaşa "N Vision 74" haqqında heç nə deməyiblər və qeyd ediblər ki, dərc edilmiş slaydlar və video təqdimatların hamısı hazırda mövcud məlumatdır.

Gözlənilir ki, "Hyundai N Vision 74"ün istehsal versiyası konseptual versiyadan həm görünüş, həm də texniki aspektlərə görə köklü şəkildə fərqlənə bilər.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
ABŞ-də 55 mindən çox istifadəçi "X" sosial şəbəkəsi ilə bağlı problemlər olduğunu bildirib.

Oxu.Az xəbər verir ki, bu məlumatı məşhur internet resurslarının işini izləyən "Downdetector" portalı yayıb.

Məlumata görə, istifadəçilərin 85%-i proqramda nasazlıqlar müşahidə edib, 11%-i serverə qoşula bilməyib, 4%-i isə sayta daxil olmaqda çətinlik çəkib.

Bildirilir ki, platforma ilə bağlı problemlər Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya, İspaniya və digər ölkələrdə də qeydə alınıb.
 
Ardını oxu...
MSK seçki günü seçki məntəqələrində vətəndaşın şəxsiyyətini müəyyən edən “rəqəmsal şəxsiyyət vəsiqəsini” qəbul edəcək, yoxsa kağız formada sənəd tələb edəcək ?
Bizim seçki sistemi, seçki infrastrukturu ölkənin rəqəmsal inkişaf səviyyəsinə və müasir çağırışlara adekvatdrımı?
1. Ötən gün MSK elan edib ki, 1000 seçki məntəqəsində veb kameralar quraşdırılıb. Xatırlayıram ki 15 il öncə də beləydi.
Amma, 15 il ərzində deyil, sadəcə son 3 ildə ölkənin rəqəmsal infrastrukturunda köklü dəyişikliklər olub.
RİNN-in həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi ilə az qala dağın başında olan məktəbə (seçki məntəqəsinə) fiber optik internet xətti çəkilib. ETN isə mövcud münbit şəraitdən effektiv istifadə edib və fiber optik bağlantı qurulan məktəblərin sayını bir neçə dəfə artırıb.
Amma MSK-nın veb kameraların sayı ilə bağlı açıqlamaları 15 ildir dəyişməz qalıb.
2. Bir neçə ay öncə Prezident mövcud qanunvericiliyə dəyişiklikləri təsdiqləyib və bununla da vətəndaşlara məxsus bir neçə sənədin rəqəmsal variantının hüquqi statusu təsdiqlənib.
RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi MyGov portal vasitəsilə təqdim edilən “rəqəmsal şəxsiyyət vəsiqəsinin” fiziki formada(kağız formada) təqdim edilən şəxsiyyət vəsiqəsilə eyni hüquqi qüvvəyə malik olduğunu açıqlayıb.
İndi isə baxıram ki, seçki günü seçki məntələqlərində vətəndaşların təqdim edəcəkləri identifikasiya vasitəsi olaraq yalnız fiziki şəxsiyyət vəsiqələrindən danışılır.
"Rəqəmsal şəxsiyyət vəsiqələrinin" necə tədim ediləcəyi, smartfonda MyGov tətbiqində olan məlumatların seçki məntəqəsində necə identifikasiya olunacağı haqqında heç bir açıqlamaya rast gəlmək mümkün deyil.
Düşünürəm ki bununla bağlı İRİA və MSK-nın birgə açıqlamlarına ciddi ehtiyac var
3. Ölkədə keyfiyyətli rəqəmsal infrastruktur qurulur. Rəqəmsal sənədlərin hüquqi statusu müəyyən edilib. Vətəndaşları identifikasiya etmək üçün dövlətə məxsus SİMA rəqəmsal imzası yaradılıb və milyonlarla vətəndaş buna sahibdir. Ölkədə kibertəhlükəsizliklə bağlı bir neçə səlahiyyətli qurum var və mühit də müsbət istiqamətə inkişaf edib.
Onda sual yaranır ki, bəs nə üçün seçkilərdə heç olmasa pilot qaydada elektron səsvermə keçirilmir ? Amma xatırladıram ki, bizdən daha zəif rəqəmsal infrastruktura sahib olan qonşu ölkələrdə (Gürcüstanda, Qazaxıstanda, Ermənistanda , Estoniyada, Rusiyada və s.) Avropanın bir neçə ölkəsində elektron səsvermə tətbiq edilir. MSK heç olmasa elektron səsvermə üçün məntəqələrdə skanerlər qoya bilərdi.
4. Müşahidələr göstərir ki, şəffaflıqla bağlı məsələlərdə də MSK-nın rəqəmsal texnologiyalardan istifadəsində çatışmazlıqlar var. MSK tərəfindən ilkin nəticələrin və yekun seçici fəallığının təqdim edilməsi adətən çox ləngiyir. Əvvəlki seçkilərin də nəticələri onu göstərir ki , cəmi-cümlətanı 125 deputatın seçkisi ilə bağlı ilkin nəticələr xeyli ləng təqdim edilirdi.
Düşünmək olar ki bu, həm də seçki infrastrukturunda rəqəmsallaşmanın yetrəli olmaması ilə bağlıdır.
Ümid edirəm MSK bu dəfə dairə üzrə seçkilərin ilkin nəticələrini yerlərdən məlumatlar daxil olduqca avtomatik olaraq , real vaxt müddətində təqdim edə biləcək.
Ümumiyyətlə seçki prosesində ölkəmizdə mövcud olan rəqəmsal imkanların tətbiqi haqqında çox şey demək olar.
MSK seçki günü “karusellərin” qarşısnı almaq üçün artıq ölkəmizdə istifadə edilən üz tanıma texnologiyaları tətbiq edə bilərdi, qutulara topa ilə bülleten atılmasının qarşısnı almaq üçün də qutunun konstruksiyasına əl gəzdirə bilərdi, SİMA imza vasitsəilə pilot qaydada onlayn formada səsvermə keçirə bilərdi, məntəqə üzvlərinin öz geyimlərində bülleten gizlədilməsini əngəlləmək, protokolları götürərərk məntəqəni qeyri-qanuni tərk etməsinin qarşısnı almaq üçün əlavə texnologiyalar və innovasiyalar tətbiq edə bilərdi.
Amma görünən odur ki, MSK nəinki beynəlxalq təcrübədən, heç ölkəmizdə mövcud olan innovasiyalardan və texnologiyalardan seçki prosesində effektiv istifadəyə diqqət yetirmir.
Beləliklə, açıq formada demək lazımdır, bizim seçki sistemi və seçki infrastrukturu ölkəmizin rəqəmsal inkişaf səviyyəsindən xeyli geridədir.
Ümid edirəm, MSK, RİNN, İRİA seçki gününədək heç olmasa “rəqəmsal şəxsiyyət vəsiqəsinin” seçki məntələqlərində tətbiqi üçün konkret addımlar atacaq və seçki sisteminin rəqəmsal transformasiyasını gücləndiriəcəklər .
Osman Gunduz
TEREF
 
 
 
Ardını oxu...
Avtomobil istehsalçıları avtomobilin istehsalı prosesində böyük maliyyə yükləri ilə üzləşirlər.

İndex.az xəbər verir ki, avtomobilin dizaynı və mühərrikinin inkişafı yüksək xərclər və uzun AR-GE prosesləri tələb edən mürəkkəb bir prosesdir.

Bu maliyyə yükünü yüngülləşdirmək və səmərəliliyi artırmaq üçün brendlər öz mühərriklərini paylaşmağı seçirlər. Bu strategiya həm istehsal xərclərini azaldır, həm də qlobal bazarda rəqabət üstünlüyü təmin edir.

Mühərrikin bölüşdürülməsinin əsas səbəbləri arasında xərclər, texniki standartlaşdırma və bazar tələblərinin müxtəlifliyi daxildir. Hər bir ölkənin müxtəlif vergi və tənzimləmə sistemləri nəqliyyat vasitələrinin mühərrik həcmini və performansını formalaşdırır.

Mühərrik paylaşımının istehsal xərclərini azaltmaq üçün markalar arasında əməkdaşlıq olduğunu söyləmək səhv olmaz. Bəs hansı modellər digər markaların mühərriklərindən istifadə edir?

“Toyota Supra” BMW 3.0L turbomühərrikli altı silindrli mühərrikdən istifadə edir.

“Toyota Supra” 2019-cu ildən BMW ilə əməkdaşlıqda hazırlanmış bir modeldir və BMW-nin töhfələri xüsusilə mühərrikdə diqqəti çəkir.

“Aston Martin DB12- O”, “Mercedes-AMG” 4.0L tvin-turbo V8 mühərrikindən istifadə edir.

“Aston Martin DB12” brendin qabaqcıl idman avtomobillərindən biridir və yüksək performanslı mühərriki ilə diqqəti cəlb edir.

“DB12 Aston Martin”in yeni 4,0 litrlik V8 mühərrikindən istifadə edir. Bu mühərrik “Mercedes-AMG” tərəfindən istehsal olunur. “Aston Martin” bu mühərriki fərdiləşdirib və öz modelinə inteqrasiya edib.

“Lotus Emira” “Mercedes-AMG” mühərrikindən istifadə edir.

“Lotus”un AMG mühərrikindən istifadəsi ümumiyyətlə performans və mühəndislik baxımından böyük üstünlüklər verir. “Lotus Emira”da istifadə edilən 4 silindrli turbomühərrik “Mercedes-AMG” tərəfindən hazırlanmışdır.

“Pagani Huayra” “Mercedes-AMG” 6.0L V12 mühərrikindən istifadə edir.

İtaliyanın idman avtomobil istehsalçısı “Pagani” tərəfindən istehsal olunan bu idman avtomobili yüksək məhsuldar mühərriki ilə tanınır. “Huayra Mercedes-AMG” tərəfindən istehsal edilən 6,0 litrlik V12 iki turbomühərrikdən istifadə edir.

Mühərrikin paylaşılması avtomobil sənayesində böyük üstünlüklər təmin edir. Müxtəlif markaların ümumi mühərriklərinin istifadəsi xərcləri azaldır və mühəndislik və istehsal proseslərini standartlaşdırır. Bu, istehlakçılara daha geniş modellər təklif etsə də, brendlər üçün daha davamlı və səmərəli istehsal prosesi deməkdir.

Təbii ki, bu vəziyyətin yuxarıdakı markalarla məhdudlaşmadığını da qeyd etməliyik.
 
 
 
Ardını oxu...
“Instagram” fotoşəkillərinizə birbaşa post redaktorundan başlıq əlavə etməyə imkan verəcək.

İndex.az xəbər verir ki, bu yenilik sayəsində, artıq foto yazma proqramlarına ehtiyac qalmayacaq.

Qalereyanızdan bir şəkil seçdikdən sonra mətn əlavə etmək üçün mətn düyməsinə klikləyin və ya stiker kimi əlavə fotoşəkillər əlavə etmək üçün yuxarı sağ küncdəki qalereya düyməsinə toxunun.

Stikerin üzərinə toxunaraq onu düzbucaqlı, kvadrat, dairə, ürək və ya ulduz kimi müxtəlif formalarda şəkilə əlavə edə bilərsiniz.
 
Ardını oxu...
Ağıllı saat, üzük və eynək kimi taxıla bilən texnologiya məhsullarının növbəti səviyyəsi olan və texnologiyanı insan orqanizminə tam inteqrasiya edən beyin implantları həyatımıza hansı ölçüdə daxil olacaq? Bu texnologiyaya kimin çıxışı olacaq? Beyin-Kompüter interfeysi hansı faydalar və zərərlər gətirəcək?

Beyin implantları texnoloji cihazları birbaşa bioloji varlıqlara inteqrasiya edə bilməyi hədəfləyən, beyin qabığına qoşulan və sinir siqnallarını elektron siqnallara çevirərək, xaricə ötürən elektron cihazlardır. Müxtəlif bədbəxt hadisələr nəticəsində sinir sistemləri zədələnən, iflic olan xəstələrin müalicəsi beyin-kompüter interfeysi vasitəsilə insanlara yeni qabiliyyətlər təqdim etmək kimi məqsədlər üçün ortaya çıxdı.

Onun iş məntiqi yeri təxminən məlum olan neyronlara birbaşa qoşulmağa və onlardan keçən siqnalları oxumağa əsaslanır. Xəstədə istifadə məqsədindən asılı olaraq açıq beyin əməliyyatı vasitəsilə müxtəlif neyronlarla əlaqə qurulur. Bu neyronlardan keçən siqnallar oxunaraq, “dekoder/həlledici” deyə biləcəyimiz çip vasitəsilə elektron siqnallara çevrilir. Bu siqnallar xarici mühitə ötürülə və müxtəlif cihazları idarə etmək üçün giriş məlumatları kimi istifadə edilə bilər. Məsələn, qolu kəsilmiş bir insanın qolunu idarə etmək üçün istifadə etdiyi neyronlardan alınan siqnallar robot qolu idarə etmək üçün istifadə edilə bilər və bu əlillik böyük ölçüdə müalicə edilə bilər.
Ardını oxu...
Elektron implantın beyinə yerləşdirilməsi ideyasının ortaya çıxması

XIX əsrdən bəri sinir sistemi üzərində çalışan elm adamları sinir sistemində ötürülən siqnalların elektrik siqnalları kimi işlədiyini kəşf etdilər. Əvvəlcə müxtəlif təcrübə heyvanları üzərində müşahidə etdilər ki, müəyyən sinir nahiyələrinə elektrik cərəyanı tətbiq etməklə, həmin nahiyədəki əzələlər hərəkət edə bilir. 1870-ci ildə Eduard Hitziq və Qustav Friç adlı iki alim itin beyin qabığının müəyyən nahiyələrinə elektrik cərəyanı tətbiq edərək, həmin bölgənin nəzarət etdiyi əzələləri hərəkət etdirməyə müvəffəq oldular. 1924-cü ildə Hans Berqer ilk dəfə insan beyninin EEG (Elektroensefaloqrafiya) qeydini apardı.

Neyrologiya sahəsində əldə edilən bu cür mərhələlər yuxarıda qeyd olunan üsulların sinir sistemi ilə bağlı xəstəlikləri təkmilləşdirmək və müalicə etmək fikrini doğurdu. Əslində bu fikir zaman keçdikcə bunun boş xəyal olmadığını göstərdi. 1980-ci illərdə meymunlar üzərində aparılan təcrübələrdə elm adamları beynin müəyyən nahiyələrində siqnalları qeyd etmək və bu siqnalları riyazi şəkildə emal etmək üçün bir implant istifadə edərək, meymunun əzələlərini necə hərəkət etdirmək istədiyini hesablaya bildiklərini aşkar etdilər. Bu məlumatlarla beyin tərəfindən idarə olunan robot protezlərin hazırlana biləcəyi fikri irəli sürülüb.

Ardını oxu...
1996-cı ildə iki alim Fil Kennedi və Roy Bakay bir insan üzərində hazırladıqları beyin implantını sınaqdan keçirmək üçün ABŞ hökumətindən icazə ala bildilər. İlk mövzu olaraq 52 yaşlı iflic olmuş Vyetnam veteranı Conni Rey seçildi. Rey sadəcə bəli-xeyr şəklində cavab verə bilmək üçün gözlərindən istifadə edə bilirdi. İmplantın elektrodları Reyin beyninə yerləşdirildi, Reydən əlinin hərəkətini təsəvvür etməsi istənildi və onun beynində yaranan görüntü MRT görüntüləmə cihazı vasitəsilə izlənildi.

Onun beynindən oxunan siqnallar təhlil edildi və implant kompüterə qoşuldu. Rey əlini tərpətdiyini düşünərək, kompüter kursorunu hərəkət etdirə və çiynini çəkərək siçan düyməsini basa bilirdi. Bu şəkildə illərdir iflic olan Rey ekran klaviaturası ilə danışmağa başladı.

Beyin implantının müalicə edə biləcəyi düşünülən xəstəliklər

Bu implantların ilk məqsədi sinir sistemi ilə bağlı əzələ pozğunluqları və iflic kimi xəstəliklərin müalicəsi idi. Əslində iflic olan xəstələrə hərəkət və ya danışma bacarıqları qazandırmaq üçün ilk araşdırmalar aparılıb. İmplant vasitəsilə kompüterə edilən əlaqə ilə kompüter beyinlə idarə olundu və ilkin ünsiyyət qabiliyyəti bərpa edildi. Daha inkişaf etmiş implantlarda müəyyən əzələ qrupları üçün istehsal edilən siqnallardan istifadə edərək, robot protezlərin hərəkət etdirilməsi hədəflənir. Bildirilir ki, bu yolla iflic olan və ya əzaları əskik olan insanlar yenidən hərəkətlilik əldə edə bilərlər.

Ünsiyyət və hərəkət bacarıqlarını bərpa etməklə yanaşı, beyin implantlarının daha bir potensial faydası var: psixi xəstəliklərin müalicəsi. ABŞ ordusu tərəfindən maliyyələşdirilən iki tədqiqat qrupu Süni Zəka (SZ) ilə idarə olunan implantın yaradılması üzərində işləyir. İmplantın məqsədinin psixi pozğunluqları aşkarlayan və beyni şokla sağlam vəziyyətə qaytaran bir alqoritmlə psixi pozğunluqları müalicə etmək olduğu bildirilir.

2017-ci ilin sonunda bu araşdırma ilə bağlı dərc edilən məqalədə artıq epilepsiya xəstəsi olan və epilepsiya tutmalarını izləmək üçün beyninə implant yerləşdirilən insanlarla təcrübələrə başlanıldığı bildirilir. Təcrübələrdə beynin müxtəlif emosional anlarda yaratdığı dalğa modelləri qeydə alınaraq təhlil edilib və hansı emosional vəziyyətdə hansı siqnalların əmələ gəldiyi müşahidə edilib. SZ tərəfindən idarə olunacaq çip depressiya kimi psixi pozğunluqları anında aşkar etmək və beynə şoka verərək, müalicə etmək məqsədi daşıyır. Bu araşdırmanın məqsədi ABŞ ordusundakı hərbi qulluqçulara psixi pozğunluqları dərhal aradan qaldırmaq və diqqətlərini öz vəzifələrinə yönəltməkdir.

İmplantın sağlam insanlara gətirə biləcəyi xüsusiyyətlər

Əvvəlki tədqiqatlarda olduğu kimi, düşüncə anında siqnalları oxumaq üçün implantdan istifadə edərək, kompüterin siçan kursorunu hərəkət etdirmək mümkündür. Hələlik bu, yalnız kompüter qarşısında oturub ekrandakı obyektlərlə əlaqə saxlamaqla mümkündür. Bildirilir ki, bu sistem mobil cihazlara və geyilə bilən texnologiya cihazlarına inteqrasiya edilərək, gündəlik həyatı asanlaşdıra bilər.
Ardını oxu...
Düşüncələr vasitəsilə mesaj göndərmək, elektron cihazları və ağıllı ev sistemlərini işə salmaq kimi xüsusiyyətlər implantın mövcud səviyyəsində proqram inteqrasiyası ilə əldə edilə bilən inkişaflardır. Bununla belə, implantların inkişafı ilə təkcə beyindən daxil olan məlumatları qəbul etməyin deyil, həm də məlumatları beyinə göndərməyin mümkün olacağı bildirilir. Bu nailiyyət reallaşarsa, insanlara düşüncə vasitəsilə qeyri-şifahi ünsiyyət qurmaq, düşüncə vasitəsilə “Google” axtarışları aparmaq, hiss orqanlarının həssaslığını artırmaq, infraqırmızı və ultrabənövşəyi şüaları görə bilmək kimi inqilabi xüsusiyyətlər vermək olar.

Müdafiə sahəsində necə istifadə edilə bilər?

Yuxarıda qeyd etdiyimiz ABŞ ordusunun hərbi qulluqçulardakı depressiyanı müalicə etmək üçün apardığı araşdırma beyin implantlarının müdafiə sahəsində istifadəsinə ilk nümunədir. 2019-cu ildə dərc edilən hesabatında ABŞ Ordusunun Döyüş Bacarıqlarını İnkişaf Etdirmə Komandanlığı (DEVCOM) beyin implantlarının 2030-cu ildə geniş yayılacağını proqnozlaşdırdıqlarını bildirib.

Qeyd olunub ki, beyin implantlarının inkişafı ilə sahədə implantlardan istifadə edən xüsusi operatorları görmək mümkündür. Vurğulanıb ki, bu operatorlar beyin-kompüter interfeysi sayəsində sahədə insansız hava və quru platformalarını idarə edə biləcəklər. İmplantların hazırkı texnoloji səviyyəsində siçan kursorunu hərəkət etdirmək, tıklamaq kimi sadə tətikləmələri hərbi avadanlıq üzərində edərək, avadanlıqdan istifadə etmək mümkündür.

Məsələn, implantın siçan kursorunu hərəkət etdirdiyi kimi uzaqdan idarə olunan partlayıcının işə salınması üçün siqnal göndərmək və ya coystiklə idarə olunan sistemləri yönləndirmək üçün istifadə oluna biləcəyi qeyd edilir. Əslində ABŞ Müdafiə Nazirliyinin Hərbi “Ar-Ge” Agentliyinin (DARPA) apardığı araşdırmalarda xəstənin beyninin kompüterdəki uçuş simulyatoruna implant vasitəsilə qoşulduğu və beyni ilə təyyarəni uçura bildiyi bildirilir.

Maraqlı tərəfi odur ki, xəstə təyyarəni coystikdən istifadə etdiyini və ya idarəetmə səthlərini hərəkət etdirdiyini düşünərək deyil, etmək istədiyi əməliyyatı düşünərək uçurur. Yəni təyyarəni qaldırmaq istəyəndə qaz verib, daha sonra hündürlük sükanını idarə etdiyini düşünərək deyil, təyyarənin qalxma icra etdiyini düşünərək, havaya qaldırır. Burada mürəkkəb və eyni vaxtda yerinə yetirilməsi lazım olan çoxsaylı tapşırıqlar tək komanda altında toplanır və operatorun işi asanlaşdırılır.

Müdafiə texnologiyaları ilə bağlı bu nümunəni nəzərdən keçirdikdə deyə bilərik ki, sahədəki PUA operatorları implantlarla təchiz olunarsa, əməliyyatları hava gücünü düşünərək idarə etmək olar. Çiplərin və nevrologiyanın inkişafından asılı olaraq, operatora hədəf aşkarlama kimi rəy göndərmək mümkün ola bilər.
Ardını oxu...
Mümkün təhlükələr

Tədqiqatların ilk aparıldığı dövrdə nevrologiya hələ indiki səviyyədə deyildi. Buna görə də, məlumat toplamaq üçün implant elektrodlarının portlarını seçməkdə çətinlik yarandı. Bundan əlavə, materialşünaslıq indiki kimi inkişaf etmədiyi üçün beyinə qoşulan elektrodların biouyğunluğu kifayət qədər yaxşı deyildi. Ona görə də deyə bilərik ki, o dövrün şərtlərində implantın beyinə yerləşdirilməsi prosesi indikindən daha çox həyat riski daşıyırdı.

İndiki şəraitə baxdıqda nevrologiyanın və materialşünaslığın gəldiyi nöqtədə tibbi fəsadların riskinin azaldığını görürük. Bu səbəbdən prosesin beyin əməliyyatı hissəsinin daha az təhlükəli olduğunu söyləmək mümkündür.

Tibbi risklər arasında yer alan bəzi vəziyyətlər bunlardır:

Beynin qanaması
İnfeksiya
Baş ağrıları
Psixi və emosional pozğunluqlar
Üz və ətraflarda dartınma
Müvazinət itkisi
Nitq və ya görmə problemləri

Bundan əlavə, implantın birləşdirildiyi çiplə bağlı nasazlıqlar nəticəsində yarana biləcək problemlər də var. Proqram və elektron nasazlıqların və implant vasitəsilə idarə olunan cihazlara yanlış məlumatların göndərilməsinin də mənfi nəticələrə səbəb ola biləcəyini söyləmək mümkündür.

Məsələn, nasazlıq səbəbindən beyin implantı vasitəsilə idarə olunan robot protez qola yanlış məlumatların göndərilməsi istifadəçiyə geri dönməz ziyan vura bilər. Mühəndislik tərəfində görüləcək ehtiyat tədbirləri burada işə düşür. Çipdə işləyəcək proqram təminatının təhlükəsizlik alqoritmi qeyri-adi məlumatlar yarandıqda onun nəzarət cihazlarına ötürülməsinin qarşısını almaq üçün tərtib edilə bilər.

Etik və mənəvi reaksiyalar

Bir çox sağlamlıq probleminə həll olsa da, bəzi insanların beyin implantları ilə bağlı etik narahatlıqları var. Beyin-kompüter interfeysinin implantların inkişafı ilə insanlara bir çox yeni qabiliyyətlər verə biləcəyi bildirilir. Məsələn, beynin təsvir məlumatlarını emal etdiyi hissəyə girişlə virtual kompüter interfeysini insan gözünün gördüyü görüntü ilə birləşdirmək mümkün olacaq.

Yunan əsilli kompüter elmləri professoru Maykl Dertuzos bildirir: “Bunu kor bir insanın görməsini təmin etmək üçün etmək mümkündür, lakin lazımsız yerə sağlam bir insanın beynini buna məcbur etmək bədənimizin təbiətinin pozulmasıdır, tanrının dizaynına ziddir”. O, bu cümlələri ilə implantsız həyatını yaşaya bilən insanların implantlardan istifadə etməsinə qarşı çıxır.

Bundan əlavə, beyinə gedən siqnalları analiz edə bilmək bədənimizə tam nəzarət etmək deməkdir. Yəni xaricdən göndərdiyimiz bir əmrlə orqanizmin işini və onun fizioloji tarazlığını dəyişə biləcək təsirlərə səbəb ola bilərik. Orqan fəaliyyəti və hormonların ifrazı kimi hadisələr xaricdən idarə oluna bilər. Belə güclü texnologiyadan danışarkən, elmi-fantastik məzmundan bəhrələnməmək demək olar ki, mümkün deyil.

Türkiyəli prodüser və ssenarist Alper Çağlar “Börü 2039” adlı serialdakı bir səhnədə beyni implant vasitəsilə kompüterə bağlı olan insanları gözləyən təhlükələri serialda SZ və beyin implantları kimi texnologiyalara qarşı olan bir personajın ağzından bu şəkildə açıqlayır: “Bir nəsildən az müddətdə biz sintetik həzzlərin qulu olacağıq. İnsanlar həyatlarını maşınların köləsi kimi keçirəcəklər. Zövq və tənbəllik axtarışımız yalnız başlanğıcdır”.

Tədqiqatların son vəziyyəti və təcrübələr

Bu sahədə son araşdırmalardan danışsaq, uzun müddət üzərində dayanacağımız məqam budur: “NeuraLink”. İlon Mask “NeuraLink”i 2016-cı ildə nevroloq olan bir neçə tərəfdaşla birlikdə qurdu. Şirkət 2 məhsulun hazırlanması üzərində işə başladı. Bunlardan biri beyindəki siqnalları kompüterin anlaya biləcəyi hala gətirən N1 implantıdır. Digəri isə N1 implantının elektrodlarını beyinə birləşdirəcək cərrahi robotdur.

N1 implantı elektrodlarla beyinə bağlanır və çip qulağın arxasındakı mövqeyə yerləşdirilir. Çip simsiz doldurula bilən və həmçinin kompüterə simsiz qoşula bilən batareyaya malikdir. 64 iynə vasitəsilə beyinə birləşdirilən və hər biri insan saçından 20 dəfə nazik olan 1024 elektrod “NeuraLink” tərəfindən hazırlanmış cərrahi robotla beyinə birləşdirilir. 2020-ci ildə heyvanlarla təcrübə aparmağa başlayan “NeuraLink” beyninə çip yerləşdirilmiş donuzun şəkillərini yayımladı. Yayımlanan görüntüdə ətrafda gəzən donuzun əzələ hərəkətlərinin və əzələlərinə gedən sinir siqnallarının izlənilə bildiyi müşahidə edilib.

2021-ci ilə qədər “NeuraLink” implantın ikinci pilləsinə, yəni beyindən alınan məlumatları emal etməyə və ondan giriş məlumatları kimi istifadə etməyə keçdi. Yayımlanan videonun birinci hissəsində beyninə N1 implantı qoyulmuş meymun kompüter ekranındakı kursoru göstərilən nöqtəyə apardıqda bananlı süd mükafatını qazandığı bir oyun oynayır.

Kursoru hərəkət etdirmək üçün coystikdən istifadə edir. Beyninə qoşulan çip “bluetooth” vasitəsilə kompüterə qoşulur və coystiki hərəkət etdirərkən, beynindən qoluna gələn siqnallar qeydə alınır. Bu siqnallarla coystikin hərəkət məlumatları birlikdə işlənərək, kursoru hərəkət etdirmək üçün hansı növ sinir siqnallarının istehsal olunduğu müəyyən edilir.

Videonun ikinci hissəsində birinci hissədə əldə edilən məlumatlarla virtual coystik yaradılır və kompüter real coystikdən ayrılır. Meymunun coystikdən istifadə etmək vərdişi olduğundan, istifadə edərkən beyin siqnallarını izləmək üçün həqiqi coystikdən istifadə etməyə icazə verilir. Lakin bu mərhələdə kursorun ekranda bütün hərəkəti “NeuraLink N1” implantından alınan məlumatlar vasitəsilə təmin edilir.

2023-cü ilin may ayında “NeuraLink” insanların təcrübələri üçün müvafiq orqandan icazə alındığını elan etdi. “NeuraLink”in ilk istifadəçisi Noland Arbo (Noland Arbaugh) 2024-cü ilin mart ayında keçirilən yayım və seminarda prosesdən danışdı. O, keçmişdə edə bilmədiyi, lakin indi yenidən qazandığı və həyatının necə dəyişdiyi xüsusiyyətlərindən danışdı. 29 yaşında olan Noland 21 yaşında suya tullanma zamanı keçirdiyi qəza nəticəsində çiyinlərindən aşağı iflic olub. Çiyninin altında heç bir hiss və ya hərəkətlilik yox idi.

“NeuraLink”in “X” hesabından edilən yayımda “NeuraLink”də işləyən mühəndis Bless və Noland “NeuraLink” implantının Nolanda qazandırdığı qabiliyyətləri sərgilədilər. Noland blutuz vasitəsilə qarşısındakı kompüterə qoşulmuş “NeuraLink” ilə kompüterin siçan kursorunu hərəkət etdirə bilirdi. Şahmat oynamağı çox sevən və əvvəllər başqasının köməyi olmadan oynaya bilməyən Noland indi əlini hərəkət etdirdiyini düşünərək, siçan kursorunu hərəkət etdirə və onlayn olaraq şahmat oynaya bilirdi.

Əslində o, “NeuraLink” vasitəsilə daha əvvəl kiminsə köməyi ilə məhdud dərəcədə oynadığı “Civilization VI”nı rahatlıqla oynaya bilirdi. Noland hətta “NeuraLink”in idarəetməsinə tamamilə sahib şəkildə sərbəst buraxıldığı ilk gün 8 saat “Civilization VI” oynadığını bildirib. Nəticədə, iş hələ 2000-ci illərin əvvəllərində olduğu kimi siçan kursorunu hərəkət etdirməkdən ibarətdir. Proqram texnologiyalarının, implant texnologiyalarının və nevrologiyanın inkişafı ilə əlaqədar olaraq nəzarətdə həssaslıq və dəqiqlik fərqinin olduğunu deyə bilərik.

Bununla belə, işlər hələ də davam edir. Ötən il kiminsə köməyi olmadan kompüterdən istifadə edə bilməyən Noland bu gün kompüterdən rahat istifadə edə bilir. Bundan əlavə, əvvəlki təcrübələrdən fərqli olaraq, bu prosesin laboratoriya təcrübələri ilə məhdudlaşmaması, “NeuraLink” adı ilə istehsal edilərək, iflic xəstələrin müalicəsində istifadə olunacaq bir məhsula çevrilməsi hədəflənir.

Araşdırmalar davam edərək təkmilləşəcək və təkcə siçan kursorunu hərəkət etdirmək üçün deyil, həm də robot protezləri hərəkət etdirmək üçün istifadə edilə biləcək. Beləliklə, iflic olmuş və ya əzalarını itirmiş insanlar fiziki qabiliyyətlərini bərpa edə biləcəklər.

Nəticə

Mühəndislərin və nevroloqların birgə səyi olan beyin implantları keçmişdən bu günə qədər müxtəlif təcrübələrə ilham verib. Müxtəlif xəstəliklərə çarə kimi təqdim edilib və hətta sağlam insanlara fövqəlbəşər xüsusiyyətlər verə biləcəyi düşünülüb. Tədqiqatlar bəzən müvəffəqiyyətlə, bəzən də uğursuzluqla nəticələnib. XIX əsrdən bəri həm nevroloji, həm də mühəndislik sahələrində çox irəliləyiş əldə edilib.

Hal-hazırda yalnız kompüterləri idarə etmək qabiliyyətinə malik olsa da, neyronlardan məlumatların oxunması asanlaşdıqca və bu məlumatları elektronikaya çevirən çiplər və proqramlar təkmilləşdikcə, robot qolları və ayaqları da idarə etmək mümkün olacaq. Bu yolla iflic olan və əzaları əskik insanlar öz hərəkətliliklərini bərpa edə biləcəklər. Təcrübələrdə heyvanlardan istifadə edilməsi, implantların insan təbiətinə zidd olması, tibbi təhlükələrin olması kimi səbəblərdən cəmiyyətin reaksiyasını görməzdən gəlmək olmaz.

Beyin-kompüter interfeysi texnologiyası hələlik tanınmış bir mövzu olmadığından, reaksiyalardan asılı olmayaraq tədqiqatlar davam edə bilər. Ancaq araşdırmalar ictimaiyyət arasında yayıldıqda, reaksiyaların böyüməsi və tədqiqatları pozması ehtimalı var. Bir çox texnologiyalarda olduğu kimi, bu texnologiya da ictimaiyyət arasında geniş yayılmadan əvvəl hərbi istifadəyə inteqrasiya olunacaq.

Müdafiə sahəsində insansız platforma operatorları, sahədəki hərbi qulluqçular və döyüş təyyarəsi pilotları tərəfindən vasitələrə nəzarət etmə və partlayıcı qurğuları işə salma kimi fəaliyyətlərdə istifadə edilə bilər. Yenə də beynəlxalq müharibə hüququnda implantların istifadəsi ilə bağlı reaksiyalar yarana bilər. Nəticə etibarilə implantlar çoxlu faydalarına görə möcüzəvi həll yolu kimi görünsə də, bəzi insanlar etik dəyərləri pozması və təhlükələri səbəbindən bu fikrə qarşı çıxırlar.

Yalnız beyindən gələn məlumatları oxuya bildiyimiz üçün hələlik təhlükəsiz görünsə də, gələcəkdə beynə məlumat göndərmənin də mümkün hala gəlməsiylə reaksiyalar və təhdidlər artacaq. Ancaq əminliklə deyə bilərik ki, tədqiqatlar sürətlə gedir və implantların bizim üçün nəyi mümkün edəcəyini görmək çox vaxt çəkməyəcək.

Dəyanət Ağalarlı
Ordu.az
Ardını oxu...
Amerikanın “Apple Inc.” şirkəti sentyabrın 10-a yeni “iPhone”, “ağıllı” saat və “AirPods” qulaqcıqların təqdimatını planlaşdırıb.

"DogruXeber.az" “Bloomberg”ə istinadla xəbər verir ki, şirkət bu tarixə hazırlıq aparır, yeni smartfonların satışını isə sentyabrın 20-də başlamaq niyyətindədir.

Agentliyin məlumatına görə, “Apple”, həmçinin üçüncü tərəf proqramları ilə uyğunluğu təmin etmək üçün M4 prosessorlu dörd yeni Mac modelinin testləşdirməni sürətləndirib. Adətən yeni Mac “iPhone”dan təxminən bir ay sonra buraxılır.

Dünyapress TV

Xəbər lenti