Ardını oxu...
Əslində son illərdə dövlət başçıları ilə qlobal resurslar arasında bu formada dava təzə bir şey deyil.
4-5 il öncə Tramp ilə qlobal media resursları arasında baş verənlər unudulmamalıdır.
Son illərdə qlobal sosial media resursları (Facebook, İnstagram, YouTube və s.) xeyli siyasiləşib, ikili standartlar artıb. Bir çox hallarda bu resurslar vasitəsilə sərbəst fikir bildirməkdə problemlər yaranır.
Əsas səbəb isə MƏHZ bu resursların özləri tərəfindən uzun illər oturuşan və hamını qane edən prinsipin, "məzmuna istifadəçi cavabdehdir" prinsipinin pozulması olub.
Yəni qlobal resurslar məzmuna müdaxiləyə başladığı andan, ifadə azadlığına ikili standartlarla müdaxiləyə başladığı andan bu tip qapanmalar, kontentin silinməsi, "kontent saxta ola bilər" kimi işarələnməsi və s. reallığa çevrilib.
Məhz bu səbəbdən, sosial resursların hüdudsuz hakimiyyət əldə etməsindən dolayı 5 il öncə Tramp bu resurslarla bağlı ciddi bir tənzimləmə hazırlamışdı.
Prinsip ondan ibarət idi ki, əgər qlobal resurs artıq konteti redaktə edirsə, bu, artıq ifadə azadlığının pozulmasıdır, demək o özü senzordur və kontentə görə özü məsuliyyət daşımalıdır.
Yəni indiyədək mövcud olan " kontentə istifadəçi cavabdehdir" prinsipi pozulursa, onda qlobal resurslar da tənzimlənməyə cəlb olunmalıdır.
Tramp o zaman bunu reallaşdıra bilmədi.
İndi həmin məsələ Türkiyədə baş verib.
Meta şirkəti İranda qətlə yetirilən HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı Türkiyədəki paylaşımları İnstagram-dan silib.
Yəni qlobal resurs yenə kontentə müdaxilə edib, yenə "redaktorluq" edib.
Amma Meta Türkiyənin terrorçu hesab etdiklərilə bağlı çoxsaylı paylaşımları İnstagramdan silməyib.
Bu baxımdan İnstagramın qapadılması ilə bağlı Türkiyə hökumətinin, Prezident Ərdoğanın mövqeyi anlaşılandır.
Amma dövlət maraqlarının reallaşması istiqamətində Türkiyənin atdığı addımlar, "baltanın kökündən vurulması" çox sərt olub, ədalətli deyil, aşağıdakılar baxımından çox düşündürücüdür.
İnstagram Türkiyədə ən populyar, ən çox ictimai və biznes əhəmiyyəti olan sosial platformadır.
Türkiyədə milyonlarla insanın burada böyük biznesi var, milyonlarla insanlar burada işləyir. Türkiyə İnstagramı sadə bir şey deyil, milyonların "oturduğu" biznes və ictimai bir platformadır. İctimai fikrin formalaşmasına təsir edən bir platformadır.
Yəni Türkiyə cəmiyyəti üçün bu platforma yetərincə əhəmiyyətli bir resursdur.
Əlbəttə, Meta da Türkiyənin rəqəmsal bazarından milyonlar qazanır.
Bu baxımdan, problemin əvvəllər olduğu kimi, xəbərdarlıqlar, danışıqlar, müvəqqəti məhdudlaşmalarla, Meta ilə əməkdaşlıqla həll etmək doğru yanaşma olardı . Türkiyənin özünün də bu sahədə təcrübəsi var.
Ümid edirəm qısa zamanda problem öz həllini tapacaq və İnstagram Türkiyədə fəaliyyətini bərpa edəcək.
Düşünürəm ki, qlobal sosial media resursları "redaktor" səlahiyyətlərinə iddialı olduqca, ifadə azadlığına qarşı ikili standartlardan əl çəkmədikcə bu tip problemlər hələ çox davam edəcək.
Bunun həlli yolu tapılmalıdır.
Osman Gunduz
TEREF
 
Ardını oxu...
Avropa Komissiyasının Çindən idxal edilən elektromobillərə yüksək vergi tətbiq etməsi Pekində narahatlıq yaratmışdı. Söhbət çinli avtomobil istehsalçıları üçün ən sərfəli bazarda mövqe itirilməsindən gedirdi. Lakin çarəsi tapılır.

Avtosfer.az xəbər verir ki, Çinin Leapmotor şirkəti Stellantis qrupu ilə artıq razılaşıb. Yaxın vaxtlarda Polşanın Tıxı şəhərində elektromobil istehsalı başlayacaq. Buradakı zavodda vaxtilə Fiat istehsal edilsə də, hazırda fəaliyyət göstərmir. Reuters agentliyinin məlumatına görə, burada istehsal edilən avtomobilin maya dəyəri İtaliya ilə müqayisədə 500 avro aşağı olacaq. Digər tərəfdən, bura Avropa İttifaqının ərazisi olduğu üçün idxal rüsumları tətbiq edilməyəcək.
 
Ardını oxu...
"Instagramın açılması ilə bağlı danışıqlarda istədiyimiz nəticəni ala bilmədik. Bu işi bu gün bitirə biləcəyimizi düşündüm, amma olmadı. İnstaqramda heç bir irəliləyiş yoxdur"

Hurriyyet.Az bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu mətbuata açıqlamasında bildirib.

Nazir danışıqların davam etdiriləcəyini də qeyd edib.
 
Ardını oxu...
Qətər ən sürətli mobil internetə malik ölkə kimi tanınır.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bunu “Speedtest” portalının məlumatları sübut edir. Ən sürətli mobil internetə malik ilk on ölkə bunlardır:

Azərbaycan bu reytinqdə 52.63 Mbit/slə 49-cu yerdədir.

• Qətər - 334,63 Mbit/s;

• Birləşmiş Ərəb Əmirlikləri - 323,61 Mbit/s;

• Küveyt - 226,56 Mbit/s;

• Norveç - 145,19 Mbit/s;

• Danimarka - 144,93 Mbit/s;

• Cənubi Koreya - 139,04 Mbit/s;

• Çin - 135,71 Mbit/s;

• Səudiyyə Ərəbistanı - 128,03 Mbit/s;

• Hollandiya - 120,96 Mbit/s;

• Bəhreyn - 113,87 Mbit/s.

Ən sürətli stasionar internetə malik ilk on ölkəyə isə aşağıdakılar daxildir:

Sinqapur - 285,02 Mbit/s;

BƏƏ - 283,34 Mbit/s;

Honq Konq - 271,05 Mbit/s;

Çili - 263,32 Mbit/s;

ABŞ - 244,68 Mbit/s;

İslandiya - 242,03 Mbit/s;

Fransa - 232,30 Mbit/s;

Tailand - 230,98 Mbit/s;

Danimarka - 224,82 Mbit/s;

Çin - 223,57 Mbit/s.

İnternet və rabitə: maraqlı xəbərlər

Məşhur texnoloji nəşr PCWorld brauzerləri sürət üçün sınaqdan keçirib. Edge, Chrome, Firefox, Opera, Brave və Vivaldi kimi məşhur brauzerlər birincilik uğrunda yarışıblar. Səhifənin göstərilmə sürəti baxımından Chrome brauzeri, kodun işlənməsi baxımından isə Opera birinci olub.

Qeyd etmək lazımdır ki, bu yaxınlarda Crowdstrike antivirusu və “Windows”un qarşılıqlı əlaqəsi ilə bağlı genişmiqyaslı İT nasazlığı baş verib. Bu, əsl xaosa səbəb olub - uğursuzluq bütün dünyada banklara, mobil operatorlara və aviaşirkətlərə təsir edib.

“Bloomberg“in yazdığı kimi, bu uğursuzluq qlobal İT sisteminin görünməmiş zəifliyini üzə çıxarıb və bir ovuc texnologiya şirkətindən asılı olan bir çox təşkilat və insanların təhlükəsini vurğulayıb.
 
 
 
Ardını oxu...
Hindistanın Tata şirkəti Assam ştatının şərqində böyük yarımkeçirici zavodunun tikintisinə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hindistanın Elektron və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.

Bildirilib ki, layihəyə 270 milyard rupi (3,2 milyard dollar) sərmayə qoyulacaq.

Həmçinin qeyd olunub ki, sözügedən yarımkeçirici zavod gündəlik təxminən 48,3 milyon çip istehsal edəcək.
 
Ardını oxu...
"Lamborghini Aventador SV" idman avtomobili və unikal tüninq edilmiş "Toyota GR Yaris"in iştirakı ilə sürət yarışı keçirilib.

Oxu.Az xəbər verir ki, video "Carwow" "YouTube" kanalında dərc edilib.

"Yaris" 630 at gücü hasil edən 1,6 litrlik üç silindrli turbo mühərriklə təchiz edilib. Çəkini azaltmaq üçün onun arxa oturacaqları çıxarılıb. Belə bir avtomobilin qiyməti 130 min funt sterlinq olaraq qiymətləndirilir.

"Lambo" isə 750 at gücü hasil edən 6,5 litrlik atmosferik V12 mühərriki ilə təchiz olunub. İtalyan idman avtomobili, Yapon rəqibi kimi tam ötürücülüdür. Onun qiyməti 238 min funt sterlinqdən başlayır.

1/4 mil məsafədə keçirilən yarışda "Lamborghini" "Toyota"nı cəmi 0,3 saniyə qabaqlayıb - 11 saniyəyə qarşı 10,7 saniyə.

 
Ardını oxu...
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” (Baktelekom) MMC-lərin abunəçilərinin xidmətə qoşulma tarixi və ya qoşulduğu paketin yenilənmə tarixi 15 avqusta qədər olubsa, növbəti hesablama dövrünə qədər heç bir əlavə ödəniş etmədən mövcud GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifi ilə davam edəcəklər.
Bu barədə ” “Aztelekom” və “Bakı Telefon Rabitəsi” MMC-lərdən bildirilib.
“Məsələn, abunəlik müddəti 10 avqust tarixində yenilənən müştərilərimiz növbəti hesablama dövrünə qədər 40 Mbit/s, 60 Mbit/s və 100 Mbit/s tarif paketlərinə heç bir əlavə ödəniş etmədən əvvəlki şərtlərlə davam edəcəklər. Abunəçilər əvvəlcədən ödəniş etdikləri üçün mövcud tariflərlə davam edəcək və əlavə borc yaranmayacaq.
Həm “Aztelekom” MMC-nin, həm də “Bakı Telefon Rabitəsi” MMC-nin abunəçilərinin xidmətə qoşulma tarixi və ya qoşulduğu paketin yenilənmə tarixi 15 avqust və sonrakı tarixlərə təsadüf edərsə, hesablama yeni tariflərlə qeydə alınacaq”, – məlumatda deyilir.
Xatırladaq ki, bu ayın 15-dən GPON tarifləri üzrə təqdim olunan sürətləri 2,5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıcaq. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0,45 manatdan 0,25 manata endiriləcək. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 manat, 150 Mbit/s internet üçün 30 manat, 250 Mbit/s internet üçün 36 manat qiymət təklif ediləcək.
 
 
 
Ardını oxu...
“Nar” “Cartoon Network” oyunlarında ən məşhur və sevimli animasiya qəhrəmanlarının yer aldığı oyunlara öz müştəriləri üçün unikal giriş imkanı yaradır. Yüksək keyfiyyətli müxtəlif oyun kateqoriyaları uşaqlarınızın asudə vaxtlarını daha əyləncəli keçirməsini təmin edəcək. Uşaqların sevimlisinə çevriləcək bu xidmət “Nar” və qabaqcıl ödəniş və məzmun monetizasiya həlləri təchizatçısı olan “Digital Virgo” şirkəti arasındakı əməkdaşlıqla təqdim edilir.
“Nar” müştəriləri “Cartoon Network” kataloquna daxil olan çoxsaylı eksklüziv və məşhur oyunlara giriş imkanı əldə edəcəklər. Bu xidmətə qoşulmaq üçün mobil telefonunuzdan *668#YES yığmaq kifayətdir. Daha sonra sizə uyğun abunə şifrəsini (gündəlik abunəlik üçün “1”, həftəlik abunəlik üçün “7”, aylıq abunəlik üçün “30”) SMS vasitəsilə göndərə, həmçinin gündəlik abunəlik üçün *448#YES, həftəlik abunəlik üçün *668#YES, aylıq abunəlik üçün isə *886#YES yığa bilərsiniz. Təsdiq SMS-dən sonra telefonunuza gələn PİN şifrə vasitəsilə “Cartoon Network” veb-səhifəsinə və ya tətbiqinə daxil ola bilərsiniz.
Sərfəli qiymət strategiyası ilə tanınan “Nar” müştərilərinə xüsusi təklif təqdim edir. Belə ki, “Nar” müştəriləri həftəlik və aylıq abunəlik üçün 3 günlük pulsuz sınaq imkanından yararlana bilər. Bu, heç bir ilkin ödəniş olmadan övladlarınızın yüksək keyfiyyətli oyunlardan zövq almasına imkan verir. Pulsuz istifadə müddəti bitdikdən sonra aylıq abunəlik 5.99 AZN, həftəlik abunəlik 1.99 AZN təşkil edəcək. Gündəlik abunəlik haqqı isə 0.40 AZN təşkil edir.
“Cartoon Network games” barədə əlavə məlumatı nar.az saytından əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir.
“Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

 

Ardını oxu...
  

Türkiyə hakimiyyəti Instagram sosial şəbəkəsinə girişi bağlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu məlumat yayıb.

Məlumatda bildirilir ki, Instagram-a giriş bu gün səhər saatlarında bloklanıb.

Bunun səbəbləri barədə hələlik açıqlama verilmir.

Musavat.com

Ardını oxu...
Türkiyə və Avropanın qabaqcıl ölkələrindən avadanlıqlar gətirilib, yaxın vaxtlarda onların quraşdırılmasına başlanılacaq.
Ağdam Sənaye Parkının rezidenti "Eel Electric" MMC-nin elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının istehsalı müəssisəsində görülən işlərin artıq 85 faizi yekunlaşıb.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, Türkiyə və Avropanın qabaqcıl ölkələrindən avadanlıqlar gətirilib, yaxın vaxtlarda onların quraşdırılmasına başlanılacaq. Müəssisədə 35-10 kV daxili və xarici tip paylayıcı qurğular, 0.4 kV güc və idarəetmə panelləri, kondensator qurğuları, müxtəlif güclərdə transformator məntəqələrin istehsalı həyata keçiriləcək.
Şirkət tərəfindən, həmçinin Azərbaycanda ilk dəfə olaraq elektrikli avtomobillər üçün şarj cihazlarının istehsalı nəzərdə tutulur.
Qeyd edək ki, Ağdam Sənaye Parkının 1,7 hektar ərazisində inşa edilən müəssisədə 70 nəfər daimi işlə təmin ediləcək. İstehsal olunan məhsulların əsasən Qarabağda aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilməsi planlaşdırılır.
 

Dünyapress TV

Xəbər lenti