Ardını oxu...
Dünyada bərpa olunan elektrik enerjisi istehsalı vacib olmaqla yanaşı, həm də dəb halını alıb. Bəzən dəbə uyub orqanik və rasional yanaşmalardan kənar qərarlar alınır – bir çox dünya ölkələrində bunun örnəkləri var.
Alternativ, bərpa olunan, ekoloji enerjiyə keçid vacibdir, amma burada bəzi “tələlər” var: Özünün genəş-külək enerjisi əldə etmək üçün avadanlıq, komponentlər, proqram təminatı, mütəxəssisləri olmayan ölkələr faktiki olaraq enerji asılılığına düşürlər. Bu gün neft-qazdan asılı olan ölkələr var, amma bir müddət sonra günəş panelləri, külək “dəyirmanlarıdan”, onların təmiri, proqram təminatından asılı olan ölkələr yaranacaq. Bundan başqa günəş-külək enerjisi hasil edən stansiyaların quraşdırıldığı məkanlar da önəmlidir – verimli, əkinə yararlı olan yerlərdə günəş panellərinin quraşdırılması ciddi suallar doğurur.
Azərbaycan da tam sürət dünyada “dəb” olan bu mövzuya qoşulub, məmləkətin bu sahədə atdığı addımlar, dünyada bu mövzunu “diri” tutan mərkəzlərin xoşuna gəlir, tam dəstək almağa yardımçı olur – ölkəmizin bu vacib mövzuda olması pis deyil, əksinə, planlı şəkildə yanaşma olsa, məmləkət üşün əlavə iqtisadi fürsətlər də yaranar. İş yerləri, yerli mütəxəssislər, yeni istehsal sahələri yarana bilər, amma gərək qərarlar doğru, planlı və gələcəyə yönəlik olsun.
Bu gün xəbər yayıldı ki, hökumət Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid iki hissədən ibarət 940,0 hektar torpaq sahəsini gücü 240 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Yəni, 1000 hektara yaxın əkinə yaralı, və ya mal-qara saxlamaq üçün münasib olan ərazini niyə günəş panelləri ilə örtək ki?! Azərbaycanın 27% torpaqları şoranlaşıb, onları əkinə, aqrar sahəyə qaytarmaq üçün onmilyardlarla dollar yatırıma ehtiyac var, ölkənin isə bu qədər pulu yoxdur. Bakıdan Qazax istiqamətinə maşınla gedərdə həmin şoran, yararsız torpaqlar onlarla km uzanır, hətta peyzaj o qədər cəlbedici olmur ki, maşın sürəni də, sərnişinləri də yuxu basır.
Yaxşı, illah günəş panelləri düzüləcək, alternativ enerji istehsal olunacaqsa, niyə Qarabağ və Şərqi Zəngəzur kimi aqrar sahəyə yaralı torpaqlardan istifadə edək ki?! Elə Bakı ətrafından başlayaraq Kürdəmirə, Ucara qədər onminlərlə hektar ərazidə quraşdıraq, həm istehlakçılara yaxın olsun, həm də torpaqlardan belə istifadə etmək mümkün olsun – elə deyilmi?!
Ümumiyyətlə, bu məsələdə əhalinin, vətəndaşın iştirakını artırmaq lazımdır ki, həm məntiqli, həm də hamıya sərf edən modellər tapmaq mümkün olsun. Məsələn, qanunlara dəyişiklik etməklə, dövlətdən faizsiz kredit ayırmaqla ev təssərüfatlarının, özəl evlərin və biznes obyektlərinin damında günəş panellərini quraşdırmağı sürətləndirmək lazımdır. Vətəndaş həm öz elektrik enerjisi ehtiyacını ödəsin, həm də artıq qalan enerjini dövlətə, şəbəkəyə sata bilsin – texniki olaraq bu çox asan həll oluna biləcək məsələdir.
Bir daha: vacib, mühim olan bu məsələni “dəb” modundan çıxarıb praqmatik, orqanik, məntiqli Dövlət proqramına çevirmək lazımdır. Yerli istehsalın təşkilinə çalışmaq, yerli mütəxəssislər hazırlamaq lazımdır ki, 10 ildən sonra bu məsələlərdə xaricdən asılı duruma düşməyək və müasir enerji tranformasiyasından geri qalmayaq...
Natig Cəfərli
TEREF
 
 
 
Ardını oxu...
İsveçrəli tədqiqatçılar və şokolad istehsalçıları şokoladı daha sağlam edən resept hazırlayıblar.

"DogruXeber.az" xəbər verir ki, yeni texnologiya həm də istehsal tullantılarını azaldır.

Şokolad istehsal etmək üçün yalnız kakao paxlası istifadə olunur və bu meyvənin bütün digər hissələrinə ehtiyac yoxdur.

Sürixdən olan tədqiqatçılar İsveçrənin “Max Felchlin AG” şokolad fabriki ilə birlikdə paxladan əlavə meyvənin pulpasından və qabığının içindən istifadə edilən kakao-meyvə şokoladının reseptini işləyib hazırlayıblar. Təcrübənin nəticələri “Nature Food” jurnalında dərc olunub. Əsərin müəllifləri qabığın içini toz halına gətirərək pulpa ilə qarışdırıblar. Nəticədə kakao gelə çevrilərək çox şirin jele kimi bir maddəyə çevrilib ki, bu da şokoladın tərkibinə şəkər tozu əlavə etməməyə imkan verib.

Klassik Avropa reseptinə görə tünd şokoladla müqayisədə kakao-meyvə şokoladında bağırsaqların normal işləməsi və qan şəkərinin səviyyəsinin tənzimlənməsi üçün zəruri olan, demək olar ki, 20% daha çox lif var. Bundan əlavə, tərkibində təxminən 30% daha az doymuş yağ var ki, həddindən artıq istehlak edildikdə ürək-damar xəstəlikləri riskini artırır.

Kakao meyvəsindən istifadənin şokolad istehsalını daha ekoloji cəhətdən təmiz və iqtisadi cəhətdən sərfəli etməsi də vacibdir. Fermerlər təkcə paxladan deyil, demək olar ki, bütün kakao meyvəsindən istifadə etməyə başlasalar, çeşidlərini şaxələndirə, tullantıları azalda və qazanclarını artıra biləcəklər. Kakao yetişdirən insanlar şokolad istehsalçılarına kakao geli üçün komponentlər satmaq imkanı əldə edəcəklər.
Ardını oxu...
Çinin günəş texnologiyası şirkəti LONGi çirklənmə problemini aradan qaldıran və toz yığmayan günəş panelləri istehsal edib.

İndex.az xəbər verir ki, bu inqilabi panellər günəş enerjisinin səmərəliliyini artıracaq, təmiz və dayanıqlı enerjinin istehsalını və istifadəsini artıracaq.

Onlar adi panellərdən fərqli olaraq toz və kir yığılmasının qarşısını almaq üçün “Hi-MO X6 Guardian” modulunu xüsusi olaraq dizayn ediblər. Bu panellərdə istifadə edilən qısa çərçivə dizaynı yağış suyunun panellərdən asanlıqla axmasına imkan verir.

Beləliklə, panellərin kənarlarında toz yığılmasının qarşısı alınır. Bundan əlavə, çərçivələrin içərisindəki kiçik drenaj yarıqları hətta əlavə suyun panellərdən boşaldılmasına imkan verir.
 
 
 
Ardını oxu...
Ən çox texnoloji təcrübəyə malik ölkə Yaponiyadır.

İndex.az xəbər verir ki, siyahıda ikinci yeri Cənubi Koreya, üçüncü yeri isə Çin tutur.

İndex.az ən çox texnoloji təcrübəyə malik ölkələri sizə təqdim edir:

1. Yaponiya
Ardını oxu...
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) direktoru Bil Nelson Çinin Ay proqramı ilə bağlı narahatlığını bildirib.

Bu barədə NASA rəhbəri ABŞ Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə çıxışı zamanı deyib.

O vurğulayıb ki, ABŞ-nin Ay proqramı ona həvalə olunmuş idarənin cari fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir.

“Ayın digər hissəsinə - Cənub qütbünə getməyimizin səbəbi bildiyimiz qədəri ilə orada daimi kölgədə olan qaya yarıqlarında buzun olmasıdır. Orada həqiqətən də hidrogen və oksigen varsa, deməli, söhbət dəyərli resursdan gedir. Buna görə Çin də Cənub qütbünə doğru gedir. Mən bununla bağlı narahatlığımı açıq şəkildə bildirmişdim və mövqeyimlə bağlı dəyişən bir şey yoxdur”, - NASA rəhbəri söyləyib.

Xatırladaq ki, Çin tarixdə ilk dəfə Ayın əks tərəfindən torpaq nümunələrini toplamaq üçün mayın əvvəlində “Çanye-6” avtomatik kosmik stansiyasını kosmosa göndərib. Ayın uzaq tərəfində eniş yeri olaraq Cənub Qütbü - Eytken hövzəsində yerləşən Apollon krateri seçilib. Zond Ayın orbitinə uğurla daxil olub.
TASS-
 

Ardını oxu...
Qlazqo Universitetinin Şotland alimləri yaşıl şüa və ya yaşıl işıq kimi tanınan çox nadir optik fenomenin təbiətini izah ediblər. Bu axşam və ya sübh vaxtı baş verir, cəmi bir neçə saniyə davam edir.

"DogruXeber.az" xəbər verir ki, araşdırma "Live Science" elmi portalında dərc olunub.

Doğan və ya batan günəşdən zümrüd rəngli parıltının görünməsi əsrlər boyu dənizçilər və digər səyahətçilər arasında böyük şans əlaməti hesab olunub. Çox sayda əfsanə fenomenlə əlaqələndirilir. Məsələn, şotlandlar yaşıl şüa görənlərin əsl sevgini tapacaqlarına və varlanacaqlarına inanır. Məşhur fransız yazıçısı Jül Vern "Yaşıl şüa" adlı eyniadlı macəra romanını bu fenomenə həsr edib.

Alimlərin fikrincə, qeyri-adi şəraitdə günəş işığının bölünməsi (sınması) nəticəsində səmada yaşıl yanıqlar əmələ gəlir. Ağ işıq şüşə və ya su kimi daha yüksək sıxlıqlı mühitdən bucaq altında keçdikdə, müxtəlif rəngli dalğa uzunluqları əyilməyə və sınmağa başlayır.

Günəş üfüqə yaxınlaşdıqda sınma xüsusilə nəzərə çarpır, çünki günəş işığı atmosferin ən sıx hissəsinə xüsusilə kəskin bucaq altında nüfuz edir. Məhz bu anda yaşıl bir flaş görünür.

Yaşıl şüa günəşi üfüqə yaxın görmək mümkün olan yerlərdə, məsələn, sahildə və ya yüksək dağlarda tutula bilər. Sərin suyun üstündə qızdırılan hava təbəqəsi olduqda, isti havanı da gözləmək lazımdır. Bu, günəş işığını istədiyiniz açıda sındırmağa kömək edəcək.

Bundan əlavə, flaşın rəngi havanın tərkibində olan maddələrdən asılıdır. Atmosfer hissəcikləri mavi və bənövşəyi işığı yayaraq yaşıl rəngi daha nəzərə çarpan edir.

Tədqiqatçılar vurğulayıblar ki, hətta bütün şəraitdə belə yaşıl şüa bir saniyədən çox davam etmir, ona görə də onu öz gözlərinizlə görmək həqiqətən böyük uğurdur.
Ardını oxu...
Avropa İttifaqı (Aİ) İran üçün “Copernicus” peyk görüntü xidmətini aktivləşdirib.

Bu barədə Aİ-nin böhranların idarə olunması üzrə komissarı Canez Lenarsic “X”də məlumat verib:

“İranın yardım tələbi ilə İran Prezidenti və xarici işlər nazirinin olduğu bildirilən helikopter qəzası ilə əlaqədar Aİ-nin “CopernicusEMS” – “Copernicus” peyk görüntü xidmətini aktivləşdiririk”.
 
 
 
Ardını oxu...
Kiber cinayətkarlıq – sosial şəbəkələrdə dələduzluq, talama halları hər ötən gün daha da genişlənir, onlarla vətəndaş dələduzluq hallarının qurbanı olur.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatdan aydın olur ki, vətəndaşlar İnstagram, Telegram, Feysbuk, Tik-Tokda səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər. Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılır.

Daxili İşlər Nazirliyinin xəbərdarlıqlarına baxmayaraq, vətəndaşlar hər ötən gün kibercinayətkarların tələlərinə düşür.

Musavat.com-a müraciət edən Elnur Hüseynli də kibercinayətkarların qurbanlarındandır. Onun sözlərinə görə 9 noyabr 2023-cü ildə WhatsApp vasitəsi ilə ona bir mesaj gəlib: "Mesajda “Alibaba tacirləri ilə əməkdaşlıq etdiyimiz ED-Shop şirkətimiz populyarlığını artırmaq üçün ödəməyə hazırdır, ona görə də biz 2 tapşırığı yerinə yetirmək üçün 2 manat ödəyirik, siz gündə 350-550 manata qədər qazana bilərsiniz” qeydi vardı.

Qeydiyyat üçün yaş göstərilməli və Telegram hesabının olmasının vacibliyi vurğulanırdı. Bundan sonra dərhal 2 tapşırıq verildi. Tapşırıqları link olaraq göndərdi. Linkə daxil olarkən "Alibaba" saytına keçid alaraq hansısa bir məhsul açılırdı və o məhsulu bəyənib, telefonun ekran görüntüsünü alıb, onlara göndərməliydim. Bu iki tapşırığı yerinə yetirdikdən sonra bir nəfərin telegram səhifəsini göndərdi və onunla işləyəcəyimi söylədi. Telegram səhifəsinə daxil olub, həmin şəxsə yazdım. Mənə bir qrup səhifəsinə daxil olmağımı tapşırdı və link göndərdi. Qrupa daxil oldum, mənə bildirildi ki, tapşırıqlar 10 noyabr 2023-cü ildə saat 10:20-də başlayacaq. Belə də oldu - tapşırıqları bir- bir icra etməyə başladım. Hər 4-cü tapşırıqda depozit kimi pul köçürürdüm. Daha sonra bir link göndərildi ki, o saytdan qeydiyyatdan keçməliyəm. Sayt özlərinə məxsus idi. Qeydiyyatdan keçəndən sonra ödədiyim pulu ora yüklədilər".

Elnur Hüseynlinin sözlərinə görə sonra saytdan bir məhsul alıb qarşı tərəfin qeyd elədiyi ünvanı seçib: "Tapşırıqları icra edəndən sonra depozit kimi köçürdüyüm pulu qaytarmalıydılar və üstündə də yatırdığım depozitin 25-30 faizini yerinə yetirdiyim 4 tapşırığa görə hər biri 2 manat ödəməli idilər. Köçürmələri “M10” hesaba etməliydilər. Amma dedilər ki, 4-cü tapşırıq 2 ya 3 mərhələdən ibrət olur və bu mərhələdə 101 manat da köçürməliyəm. Bu məbləği də hesablarına köçürdüm. Yenidən 980 manat köçürmə etməli olduğumu dedilər".

Elnur Hüseynli bildirib ki, bu məbləği də ödədikdən sonra 3500 manat köçürmə etməli olduğunu deyiblər: "Bu məbləği də 2 dəfəyə ödədim. Yenə də yazdılar ki, xətaya yol vermişəm, daha sonra 700, 700, 700, 1507.5, 1507.5, 1005, 1005 manat məbləğdə köçürmələr elədim. 11 noyabr 2023-cü ildə 4 min 422 manat köçürmə etdim. 2 gün sonra, 13 noyabr 2023-cü ildə “M10” hesablarına 3600 manat köçürmə etdim. Bu köçürməni edəndən sonra mənə vergi ödəməli olduğumu dedilər. Bundan sonra tapşırdılar ki, yenə mal seçim, pul köçürüm. “M10” hesablarına 4 min 103 manat köçürmə etdikdən sonra Telegram hesabındakı bütün yazışmaları sildilər və məni blok elədilər".

Elnur Hüseynli ümumilikdə 25 min manatdan artıq pul itirib. Hazırda onun şikayəti üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsində araşdırma aparılır.
 
Ardını oxu...
ABŞ Müdafiə Nazirliyi ölkənin peyk şəbəkəsini hücumlardan qoruyacaq, lazım gəldikdə digər ölkələrin peyklərini sıradan çıxaracaq yeni nəsil yer və kosmik texnologiyalar yaratmağı planlaşdırır.

Bu barədə “The New York Times” qəzeti Pentaqondakı mənbələrə istinadən yazır.

Pentaqon layihənin təfərrüatlarını məxfi saxlayır. Qəzet qeyd edir ki, Pentaqon nümayəndələri 2026-cı ilə qədər tam spektrli əməliyyatlarda rəqabət aparmağa imkan verəcək əhəmiyyətli orbital imkanlara malik olmağı planlaşdırır.

Müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Con Plumb da kosmosun hərbiləşdirilməsinin qaçılmaz olduğunu bildirib.

Nəşrin yazdığına görə, Vaşinqton əlində sübutu olmasa da, Moskva ilə Pekini kosmosa müxtəlif, o cümlədən hərbi texnika yerləşdirməkdə ittiham edir.

Rusiya və Çin isə BMT-nin Təhlükəsizlik Şurasında kosmosda silah yerləşdirilməsinin qadağan olunmasını təklif edib. Amma təklif qəbul olunmayıb.
 
Ardını oxu...
"Google", "Android 15" əməliyyat sisteminin ikinci beta versiyasını yayımladığını açıqlayıb.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, ilk növbədə, "Google" "Pixel" smartfonlarının istifadəçilərinə girişi açıb. Beta versiyasını daha sonra "Nothing", "Oppo", "OnePlus", "Xiaomi" və "Vivo"nun smartfon sahibləri də endirə və quraşdıra biləcəklər .

“Android 15" ilk baxışdan tamamilə yeni görünməyə bilər, lakin çoxlu dəyişikliklər olduğu bildirilir.
 

Dünyapress TV

Xəbər lenti