Ardını oxu...
Dünyada isti müharibələrlə yanaşı haker müharibələri də davam edir. Keçmiş illərdə haker hücumlarına görə şübhələr Rusiyanın üzərində idi. Rusiya hədəf seçdiyi müxtəlif ölkələrdə seçkilərə internet üzərindən müdaxilələr etməyə çalışırdı. Rusiyanın başı Ukraynadakı müharibəyə qarşıb, diqqət Çinə yönəlib.

ABŞ, Böyük Britaniya və Yeni Zellandiya Çini haker hücumlarında ittiham ediblər. Rəsmilərin fikrincə, bu hücumlar adı çəkilən dövlətlərin təhlükəsizliyinə təhdiddir. “The New York Times” qəzetinin xəbərinə görə, Çin hakerlərinə qarşı ittihamları ABŞ Ədliyyə Nazirliyi hazırlayıb. Vaşinqton və London haker hücumlarında şübhəli bildikləri Çin şirkətlərinə və vətəndaşlarına qarşı sanksiyalar tətbiq ediblər. Vaşinqton və London hesab edir ki, haker hücumlarını Çin Milli Təhlükəsizlik Nazirliyi koordinasiya edir.

Pekin bu ittihamları rədd edib. Əksinə, Pekin iddiasına görə, ABŞ Çinə qarşı kiber hücumları təşkil edib. Vəziyyət o qədər gərginləşib ki, məsələyə Çinin xarici işlər naziri Van Yi münasibət bildirib. Çin xarici işlər nazirinin sözlərinə görə, Vaşinqtonun ittihamlarının arxasında Çini müxtəlif bazarlardan sıxışdırmaq məqsədi daşıyır. Həqiqətən ABŞ-ın siyasətdə və iqtisadiyyatda əsas rəqibi Çindir.

London da Çinə qarşı fəallığını artırıb. Kiber hücumlarla bağlı Çinin Böyük Britaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağrılaraq ona Londonun etirazı bildirilib. Çinin kiber hücumları zamanı Böyük Britaniya parlamentinin deputatlarının şəxsi məlumatlarının əldə etdiyi bildirilib. Halbuki, hələ 10 il əvvəl Londonla Pekin arasındakı münasibətlər “qızıl dövrün başlanğıcı” kimi qiymətləndirilirdi.

Bu arada, Hindistan da Çinə qarşı eyni ittihamla çıxış edib. Dehli Pekini Hindistanın enerji və hökumətin bilgisayar sisteminə müdaxilədə ittiham edib. Dehli hesab edir ki, Çinin haker hücumları Hindistandakı müxtəlif bilgisayar sistemlərinə zərər vurmaq imkanına malikdir.

“Atlas” Araşdırmalar Mərkəzi
 

Ardını oxu...
Dünyada isti müharibələrlə yanaşı haker müharibələri də davam edir. Keçmiş illərdə haker hücumlarına görə şübhələr Rusiyanın üzərində idi. Rusiya hədəf seçdiyi müxtəlif ölkələrdə seçkilərə internet üzərindən müdaxilələr etməyə çalışırdı. Rusiyanın başı Ukraynadakı müharibəyə qarşıb, diqqət Çinə yönəlib.
ABŞ, Böyük Britaniya və Yeni Zellandiya Çini haker hücumlarında ittiham ediblər. Rəsmilərin fikrincə, bu hücumlar adı çəkilən dövlətlərin təhlükəsizliyinə təhdiddir. “The New York Times” qəzetinin xəbərinə görə, Çin hakerlərinə qarşı ittihamları ABŞ Ədliyyə Nazirliyi hazırlayıb. Vaşinqton və London haker hücumlarında şübhəli bildikləri Çin şirkətlərinə və vətəndaşlarına qarşı sanksiyalar tətbiq ediblər. Vaşinqton və London hesab edir ki, haker hücumlarını Çin Milli Təhlükəsizlik Nazirliyi koordinasiya edir.
Pekin bu ittihamları rədd edib. Əksinə, Pekin iddiasına görə, ABŞ Çinə qarşı kiber hücumları təşkil edib. Vəziyyət o qədər gərginləşib ki, məsələyə Çinin xarici işlər naziri Van Yi münasibət bildirib. Çin xarici işlər nazirinin sözlərinə görə, Vaşinqtonun ittihamlarının arxasında Çini müxtəlif bazarlardan sıxışdırmaq məqsədi daşıyır. Həqiqətən ABŞ-ın siyasətdə və iqtisadiyyatda əsas rəqibi Çindir.
London da Çinə qarşı fəallığını artırıb. Kiber hücumlarla bağlı Çinin Böyük Britaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağrılaraq ona Londonun etirazı bildirilib. Çinin kiber hücumları zamanı Böyük Britaniya parlamentinin deputatlarının şəxsi məlumatlarının əldə etdiyi bildirilib. Halbuki, hələ 10 il əvvəl Londonla Pekin arasındakı münasibətlər “qızıl dövrün başlanğıcı” kimi qiymətləndirilirdi.
Bu arada, Hindistan da Çinə qarşı eyni ittihamla çıxış edib. Dehli Pekini Hindistanın enerji və hökumətin bilgisayar sisteminə müdaxilədə ittiham edib. Dehli hesab edir ki, Çinin haker hücumları Hindistandakı müxtəlif bilgisayar sistemlərinə zərər vurmaq imkanına malikdir.

“Atlas” Araşdırmalar Mərkəzi
dia-az.info
Ardını oxu...
WhatsApp” sosial şəbəkə platformasının işində problemlər yaranıb.

Problem qlobal xarakterlidir.

Yazışmaların qarşı tərəfə çatdırılmasında ləngimələr müşahidə edilir.
 
Ardını oxu...
ABŞ-nin Müdafiə Nazirliyi hərbi münaqişələr zamanı potensial əməkdaşlığa diqqət yetirməklə, sülh dövründə əməkdaşlıq üçün özəl kosmik şirkətləri kosmik fəaliyyətlərinə inteqrasiya etmək niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə jurnalistlərə ABŞ müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Con Plam bildirib.

"Bu gün elan edirəm ki, nazirliyimiz kosmosa ilk inteqrasiya strategiyasını təqdim edir", - Pentaqonun sözçüsü deyib. O əlavə edib ki, bu yolla ABŞ-nin Müdafiə Nazirliyi Amerikanın çəkindirmə qüvvələrinin imkanlarını artırmaq üçün kommersiya sektorunun yeniliklərindən istifadə etməyə başlayır.

Plam bununla əlaqədar olaraq, "ticarət qərarlarını sülh dövründə gündəlik fəaliyyətlərə inteqrasiya etmək" niyyətini bildirib ki, münaqişə vəziyyətində "eyni ticarət qərarlarına etibar etmək" imkanı olsun.

"Biz həm kosmosa müxtəlif cihazların kommersiya məqsədli buraxılışından, həm də peyk rabitəsindən danışa bilərik”, - Pentaqonun nümayəndəsi izah edib. Plam əlavə edib ki, Pentaqon yaxın gələcəkdə bu sahədə əməkdaşlığa mümkün qədər çox özəl şirkətləri cəlb etmək niyyətindədir. O, belə bir əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əmin edib.
 
 
 
Ardını oxu...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi “YouTube” kanalı bu gün naməlum hakerlərin hücumuna məruz qalıb və ələ keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə qurumun feysbuk hesabında bildirilib.

İzləyicilərdən diqqətli olmaları və adıçəkilən kanalı bəyənməmələri xahiş olunur. Qeyd edək ki, ən qısa zamanda qurumun rəsmi “YouTube” kanalının bərpası, yaxud yeni kanalın yaradılması barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
 
Ardını oxu...
"Microsoft" hazırkı əməliyyat sisteminin dizaynını "Windows 10"un xeyrinə dəyişib.

Media jurnalistləri yeni ƏS-nin beta versiyasını təhlil edərkən "Windows 11"in daha çox "Windows 10"a bənzədiyinə diqqət çəkiblər. Müəlliflər tapşırıqlar panelinin ekranın sol tərəfinə, vidjetlərin isə sağ tərəfinə keçdiyini qeyd ediblər. Beləliklə, hər iki interfeys elementi artıq bir-biri ilə üst-üstə düşmür.

Bu yolla "Microsoft" istifadəçilərin köhnə əməliyyat sistemindən yenisinə keçidini asanlaşdırmağa qərar verib.

Yeniləmə həmçinin kompüter və smartfon arasında məlumat mübadiləsini asanlaşdırmaq üçün URL-lərin QR kodları vasitəsilə ötürülməsi funksiyasını əlavə edib. \\Redaktor.az
 
 
 
Ardını oxu...
Cənubi Afrikada yerləşən MeerKAT radio teleskoplarından istifadə edən astronomlar qrupu bir radioqalaktikada ulduz əmələ gətirən qazı öyrənməyə çalışıb. Ancaq bunun əvəzinə cəmi üç saat ərzində qazla zəngin 49 yeni qalaktika kəşf etdilər.

"DogruXeber.az" qeyd edir ki, qalaktikalar 49-lar adlandırıldı.

Qərbi Avstraliyadakı Curtin Universitetinin Beynəlxalq Radio Astronomiya Tədqiqatları Mərkəzinin (ICRAR) tədqiqatçısı, tədqiqatın rəhbəri Marcin Glowacki 49 yeni qalaktikanı astronomlar üçün "qızıl külçələri" hesab edir. Onun fikrincə, onların kəşfi 1848-ci ildə Kaliforniyada qızıl basqınının başlanğıcını qoyan Kolomadakı Sutterin mişar zavodunda ilk qızıl dənələrinin kəşfi qədər təsadüfi ola bilər.

"Bu qədər qısa müddətdə demək olar ki, 50 yeni qalaktika tapacağımı gözləmirdim. "Digər MeerKAT tədqiqatlarında istifadə edilən müxtəlif qalaktika tapma üsullarından istifadə edərək, biz bu qalaktikaların hamısını tapa və onların tərkibində olan qazı müəyyən edə bildik." - deyə Glovacki bildirib.

Yeni kəşf edilmiş 49 qalaktikanın bir çoxu bir-birinə yaxın yerləşərək qalaktika klasterləri əmələ gətirir.
 
 
 
Ardını oxu...
“Telegram” istifadəçiləri messencerlə bağlı problemlər barədə məlumat verirlər.

Qeyd olunur ki, 48% istifadəçidə proqram işləmir, 42%-də isə qoşulma problemi var. Digər 11% isə mesajların onlara çatmadığından şikayət edirlər.

Problemlərlə bağlı məlumatlar saat 21:00-dan sonra yayılmağa başlayıb. “Telegram” tətbiqində həmçinin foto və videoları zəif normal şəkildə əks olunmur, səsli və video mesajlar fasilələrlə yüklənir.

Həmçinin, “VKontakte” sosial çəbəkəsində də nasazlığın baş verdiyi qeyd olunur.

Nasazlığın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Mənbə: kommersant.ru
 
Ardını oxu...
Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, son vaxtlar fırıldaqçıların ən çox istifadə etdiyi metodlar – dəyərli mükafat vəd edən kampaniyalarda, lotereyalarda iştirakla bağlı saxta elanların paylaşılması, qısa zamanda yüksək gəlir vəd edən, piramida sxeminə əsaslanan investisiya əməliyyatlarına vəsait yatırılması və ya internet üzərindən satılan məhsulların sahibinə müraciət edərək, alıcı qismində ödəniş etmək üçün kart məlumatlarının əldə olunmasıdır.

Təəssüf ki, bəzi vətəndaşlar bu cür kiberdələduzluqların qurbanı olmağa davam edirlər. Onlar şəxsi məlumatları qorumalı olduqlarını bilsələr də necə qorumalı olduğunu bilmirlər.

Bəs insanlar bu cür dələduzluq hallarından necə qorunmalıdır? Eləcə də şəxsi məlumatları təhlükəsiz şəkildə saxlamaq üçün nə etmək lazımdır?

Bununla bağlı Pressklub.az saytına danışan İnformasiya-kommunikasiya təhlükəsizliyi üzrə ekspert Fərhad Mirəliyev deyib ki, kiberhücumdan qorunmaq üçün universal metod yoxdur. Amma bu hallara qarşı bəzi təhlükəsizlik tədbirləri var ki, onlara əməl etmək tövsiyə olunur.

Ekspert deyib ki, vətəndaşlar heç bir halda şirin vədlərə, mükafatlara, uduşlara aldanmamalıdırlar. O cümlədən, bəzi ödənişlərin (kommunal, cərimə ödənişləri və s.) yarıdan çoxunun geri qaytarılması təklif edilir. Bu yalan vədlərə inanan istifadəçinin məlumatları kənar şəxslərin əlinə keçir və məlum hadisə baş verir.

Müsahibimiz bildirib ki, fərdi məlumatlarla işləmə qaydalarına ciddi əməl ol

unmalıdır. Sosial şəbəkələr üzərindən fərdi məlumatların paylaşılması yolverilməzdir. Kiberdələduzlar həmin fərdi məlumatlardan istifadə etməklə vətəndaşa aid hesabları ələ keçirə bilər. Bu həm sosial şəbəkə hesabları, həm də bank hesabları ola bilər: “Bəzən də hər hansı xidmət üçün istifadəçinin şəxsi vəsiqəsinin şəkli istənilir. Bununla da məlumatlar naməlum şəxsin əlinə keçir. Və ya internetdə xeyriyyə kampaniyası başladan insanların yardım almaq yerinə, bank məlumatları oğurlanır, pulları mənimsənilir. Bu hallarda kart məlumatlar

ı, eləcə də 3D Secure xidməti vasitəsilə telefona daxil olan şifrələr heç bir halda qarşı tərəfə bildirilməməlidir. Bu məsələlərə ciddi yanaşmalıyıq”.

Ekspertin sözlərinə görə, bəzi vətəndaşlar da var ki, həm ehtiyat edir, həm də risk etmək istəyir. Onlar hər hansı vəd üçün balansı sıfır olan kartın məlumatlarını qarşı tərəfə ötürür və balansda pul olmadığı üçün heç bir zərərə uğramayacağını zənn edir. Amma həmin kartların rekvizitləri vasitəsilə kiberdələduzlar hesablara daxil ola bilir. Yəni, vətəndaşın digər kartlarına da giriş imkanı qazanır.

Ekspert deyib ki, şifrələr mürəkkəb kombinasiyalardan ibarət olmalıdır ki, kiberdələduzlar hesabı asanlıqla əldə edə bilməsinlər. Artıq klassik şifrə metodu təhlükəsizlik standartlarına cavab vermir. Həmçinin əksər hesablarda iki mərhələli doğrulama sistemini aktivləşdirmək lazımdır.

Həmsöhbətimiz bildirib ki, cihazlar və avadanlıqlarla bağlı tələblər də nəzərə alınmalıdır: “Bəzən insanlar köhnə kompüterdən, telefondan istifadə edir. 10-15 il öncə icad edilmiş avadanlıqda təhlükəsizliklə bağlı ciddi boşluqlar olur. Həmin məhsulun istehsalçısı ona yeniləmə göndərmir. Bu da potensial təhlükədir”.

Mirəliyev son olaraq bildirib ki, proqram təminatının yüklənməsinə və idarə olunmasına ciddi nəzarət olmalıdır. Proqram təminatı ancaq təsdiq olunmuş marketlərdən (play market, app store və s.) yüklənməlidir. İnternetdən hansısa proqramı pulsuz olacaq deyə yükləmək həmin cihaza müdaxilə imkanı yaradır: “Amma orijinal marketlərdə də təhlükəli proqramlar ola bilər. Hansı proqramın nəyə icazə istədiyinə diqqət etmək lazımdır. Məsələn, kompas proqramı kameranıza girişə icazə istəyirsə, oxumadan hamısını təsdiqləmək yerinə, şübhələnmək gərəkdir”.

Bəs bu kiberhücuma məruz qaldıqdan sonra vətəndaş itirdiyi pulları geri ala bilərmi? Zərərçəkmiş şəxs öz hüquqlarını necə tələb etməlidir?

Pressklub.az-ın suallarını cavablayan hüquqşünas Mehman Muradlı bildirib ki, bəzən itirilmiş pulların qaytarılması mümkün olmur.

“Zərərçəkmiş şəxslər polisə və ya banka müraciət edə bilərlər. Bu zaman dələduz cinayət məcəlləsinin 177.2.5 maddəsi ilə məsuliyyətə cəlb olunur. Bəzən pulların qaytarılması mümkün olmaya bilər. Amma cinayətkar dəstənin müəyyən olunmasına vətəndaşlar yardımçı ola bilərlər”.

Rəqəmsal era inkişaf etdikcə kiberhücumlar da inkişaf edir. İnsanların elektron bank kartlarından hücuma uğraması az deyilmiş kimi, daha çox gəlir qazanmaq vədi ilə əslində mövcud olmayan saxta kriptovalyuta şirkətləri tərəfindən də aldadılırlar. Nəticədə əli aşından da olurlar, vəli aşından da.

Müsahibimiz bununla bağlı deyib ki, hazırda dələduzluq cinayətləri əsasən bank kartları və kriptovalyuta üzərindən həyata keçirilir. Mövcud olmayan kriptovalyutanın satışı ilə məşğul olmaq dələduzluq cinayətinin yeni formasıdır. Bu cür cinayətlə mübarizə aparmaq çox çətindir. Və çox vaxt uğursuzluqla nəticələnir. Buna baxmayaraq, dövlətlər bu cür cinayətkarlıqla mübarizəyə cəhd edirlər. Bu mübarizədə dövlətlərin bir-biri ilə əlaqəli şəkildə fəaliyyəti uğur gətirə bilər.

Bəs bu kiberhücumlar bank xidmətlərinin, yoxsa istifadəçilərin diqqətsizliyi ucbatından baş verir? Bu məsələdə əsas məsuliyyət kimin üzərinə düşür?

Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən bank mütəxəssisi, iqtisadçı Elman Sadıqov bildirib ki, vətəndaşlar bu məsələdə daha diqqətli olmalıdır.

“Təhlükəsizlik tədbirləri genişlənsə də, əhalinin bu məsələdə maariflənməsi önəmlidir. Banklar və provayderlər təhlükəsizlik üçün əlindən gələni etsə də bəzi vətəndaşların diqqətsizliyi və məlumatsızlığı ucbatından bu hadisələr baş verir. Vətəndaş kart məlumatlarını kiməsə ötürürsə, həmin kart üzrə əməliyyatlar olunması riski artır. Bu zaman bank heç nə edə bilmir”.

Ekspert deyib ki, televiziya və ya internet kanallarında bu məsələyə həsr edilmiş verilişlər təyin edərək həmin sahənin mütəxəssislərini dəvət edib, onlarla söhbət etmək olar. Hətta ayrı-ayrı şirkətlərdə təlimlər keçirilə bilər.

Müsahibimiz deyib ki, il ərzində dünyada təkcə plastik kartlar dələduzluğundan 100 milyard dollar itki hesablanır. Məsələ bu qədər ciddidir: “Dünyada bəzi banklar bu cür kiberhücumlara məruz qalsa da, imicini qorumaq üçün gizli saxlayır. Ona görə də bu gün hakerliklə bağlı 5 xəbər eşidiriksə, əmin olaq ki, əslində 50 hadisə baş verib”.

Müasir dünyanın bəlasına çevrilən bu kiberhücumlar cəmiyyət üçün ciddi təhlükədir. Nağdlaşma sisteminin zamanla tarixə qovuşduğu dövrdə hər kəsin bank kartlarından istifadə etməsi hakerlərin işini asanlaşdırır. İnsanları narahat edən bu problemdən qurtulmaq elə də asan deyil.

Bəs bu mübarizədə müxtəlif maarifləndirmə tədbirlərinin keçirilməsi gözlənilən effekti verəcəkmi?

Bununla bağlı Pressklub.az-a danışan sosioloq Nail Cəlil deyib ki, məlumatlı olmaq da insanları bu təhlükə ilə üzləşmək ehtimalından tam sığortalamır.

“Kiberdələduzluqla effektiv mübarizənin yolu cəmiyyətin maarifləndirilməsidir. Nəticədə hər kəs müvafiq risklərlə üzləşdikdə nə edəcəyini bilməlidir. Amma bu da təhlükənin qarşısını almaq üçün yetərli deyil”.

Sosioloq deyib ki, ona görə də qabaqlayıcı texnoloji müdafiə, sosial təhlükəsizlik tədbirləri vacibdir: “Bu mübarizədə medianın iştirakı ilə geniş ictimai dəstəyin formalaşdırılması vəziyyəti yaxşılığa doğru dəyişə bilər. Dələduzlara qarşı qanun çərçivəsində fəaliyyət göstərmək, onları hər addımda məhdudlaşdırmaq lazımdır”.

Məsələnin ciddiliyini nəzərə alaraq, Daxili İşlər Nazirliyi bununla bağlı əhalini vaxtaşırı xəbərdar edir, kart məlumatlarını naməlum şəxslərlə, eləcə də sosial şəbəkələrdə paylaşmamağa çağırır.

Yeri gəlmişkən, 2023-cü ilin birinci yarısına olan statistikaya əsasən, kiberhücumların sayına görə ilk üçlükdə ABŞ, Hindistan və Çindir. Fransa dördüncü, Böyük Britaniya isə beşinci yerdədir.

Gələcəkdə Azərbaycanın da bu sıralara daxil olmaması üçün bu gün əlimizdən gələni etməli, bütün qabaqlayıcı tədbirləri həyata keçirməliyik. Şəxsi məlumatlarımızın qorunmasına diqqət etməli, naməlum şəxslərə etimad etməməliyik. Bunun üçün həm aidiyyəti qurumlar, həm də sadə vətəndaşlar məsələyə ciddi yanaşmalı, məsuliyyətli davranmalıdır.
 
 

 


Ardını oxu...
Toronto Universitetinin tədqiqatçıları tərəfindən aparılan və Communications Psychology jurnalında dərc edilən araşdırmaya görə, X sosial şəbəkəsi (əvvəllər "Twitter") emosional rifaha mənfi təsir göstərə bilər.

Qaynarinfo xəbər verir ki, ABŞ-da 252 istifadəçi üzərində aparılan bir araşdırma, X-dən istifadənin müsbət emosiyaların sürətlə azalması, qəzəbin artması, siyasi qütbləşmə və cansıxıcılıq hissləri ilə əlaqəli olduğunu göstərib. X bəzi istifadəçilər üçün aidiyyət hissini artırsa da, onları çox da məmnun etmir.

İstifadəçilərin X-i açmaq motivasiyası sosial şəbəkənin emosional rifaha təsirində mühüm rol oynayır. Problemlərin öhdəsindən gəlmək üçün platformadan istifadə edənlər rifahda daha az bal toplayıb və özlərini daha qəzəbli və bədbəxt hiss ediblər. Həmçinin X istifadəçiləri tez-tez özlərini daha tənha və cansıxıcı hiss edirlər.

Platformada istifadəçilərin vaxtının 74%-ni alan lentdə keçirərkən əhval-ruhiyyə daha tez pisləşib. Tədqiqatlar göstərir ki, İnternetdə müxtəlif fikirlərə məruz qalmaq istifadəçinin qütbləşməsini artırmır, əksinə exo-kamera effektini (Eko-kamera media nəzəriyyəsində qapalı sistem (partiya, həmfikirlər dairəsi, subkultura) daxilində mesajın ötürülməsi və ya təkrarlanması ilə müəyyən ideya və inancların gücləndirildiyi və ya gücləndirildiyi vəziyyəti təmsil edən bir anlayışdır-red.) gücləndsirə bilir.

Müəlliflər yazır ki, məlumatlar İlon Maskın Twitter-dəki dəyişikliklərindən əvvəl toplanmış olsa da, tədqiqatın nəticələri aktual olaraq qalır və geniş tətbiqi var.

Alimlər sosial mediadan daha diqqətli istifadə etməyi və əsəbləşirsinizsə, bundan çəkinməyi məsləhət görürlər.
 

Dünyapress TV

Xəbər lenti