Ardını oxu...
Lisey və gimnaziyalara qəbul imtahanlarına sayılı günlər qalmış imtahan qaydalarında edilən sərt dəyişikliklər valideynlər arasında etiraza səbəb olub. Narazılığa səbəb kimi Təhsil İnstitutunun yaydığı məlumat göstərilir. Həmin məlumatda bir sıra lisey və gimnaziyalara qəbulun yalnız 6-cı sinif şagirdləri üçün (7-ci sinfə qəbul) həyata keçiriləcəyi açıqlanıb ki, bu da yüzlərlə valideynin övladları ilə bağlı planlarını alt-üst edib. Onlar etiraz olaraq Elm və Təhsil Nazirliyinin qarşısında toplaşıblar.

Bəs Təhsil İnstitutunun verdiyi bu qərarı ekspertlər necə dəyərləndirir?

Globalinfo.az-a danışan təhsil eksperti Elşən Qafarov deyib ki, bu qərarın indi verilməsi idarəetmənin səriştəsiz və qeyri-ciddi insanların əlində olması ilə bağlıdır:

“Çünki elə Təhsil İnstitutu tərəfindən 5-6-8-ci siniflərə mayın 31-i və iyunun 1-nə təyin olunmuş sınaq imtahanlarına biletlər satılıb. İlboyu ən azı 2, bəzən isə 3 dəfə həmin şagirdlər üçün 12-15 manat civarında biletlər satılıb. Əgər belə qərar veriləcəkdisə, niyə insanların cibinə girib pulları alınırdı? Minlərlə insan övladını aylıq 100-150 ödəməklə hazırlıq kurslarına göndərib. Niyə ləğv olunma ilə bağlı qərar oktyabrdan elan olunmayıb?”

Mütəxəssis əlavə edib ki, hazırda təhsil sahəsində olan şəxslərin bu istiqamətlə yaxından-uzaqdan heç bir əlaqəsi, ümumiyyətlə anlayışı yoxdur:

“Təhsil sistemi bazar münasibəti, biznes gözü ilə idarə olunur. Verilən qərar etik, psixoloji və ya məntiqi cəhətdən doğru deyil. Beynəlxalq təcrübədə istedadlı uşaqlarla iş 3-6 yaşdan başlayır. Liseylərə də qəbul 5 yaşdan olmalıdır. Həmçinin qəbul ayrı-ayrı fənnlər əsasında deyil, istedadı təyin edən testlər üzrə aparılmalıdır. Təhsil Nazirliyinin tabeliyində olan bütün imtahanlar Dövlət İmtahan Mərkəzinə verilməlidir. Təhsil İnstitutunun əlindən imtahan keçirmək səlahiyyəti alınmalıdır. Orada pedaqoji sahə üzrə elmi tədqiqatlar aparılmalı, bazar adamları, kommersantlar uzaqlaşdırılmalıdır”.

Təhsil eksperti Nadir İsrafilov bildirib ki, qərarın valideynlər tərəfindən narazılıqla qarşılanması təbiidir və başqa cür də ola bilməzdi:

“Heç də təsadüfi deyil ki, məsələyə münasibət bildirən digər maraqlı tərəflər də valideynlərlə həmrəylik nümayiş etdirirlər. Yəni, necə ola bilər ki, ilin əvvəlindən övladının imtahanlara hazırlığı üçün bir ətək pul tökəsən, əlavə dərslərə, nəqliyyat və zaman itkilərinə qatlanıb, özünü fəda edəsən və birdən, imtahanlara sayılı günlər qalmış, heç bir xəbərdarlıq edilmədən sənin bütün zəhmətini heçə endirib, olan-qalan əsəblərini də korlayalar. Təhsildə dövlət siyasətinin humanistlik, demokratiklik, aşkarlıq və şəffaflıq kimi prinsipləri var.

Ümumiyyətlə, hər hansı bir qərar verilərkən, ilk növbədə həmin qərarın verilməsi əsaslandırılmalıdır, geniş ictimaiyyət verilən qərarın məqsəd və mahiyyəti barədə məlumatlandırılmalıdır. Bu halda əlbəttə ki, vəziyyətdən xəbərdar olanların ciddi narazılıq və narahatlıqlarına elə də bir yer qalmaz”.

Qeyd: Təhsil İnstitutundan bildirilir ki, yeni yanaşma lisey və gimnaziyalara qəbul prosesinin VI sinifdə təhsil alan (yəni növbəti il VII sinfə keçəcək) şagirdlərlə məhdudlaşdırılmasını nəzərdə tutur:

“Bu dəyişiklik lisey və gimnaziyalara şagirdlərin daha dolğun akademik və psixoloji hazırlıq səviyyəsində qəbulunu təmin etmək məqsədi daşıyır. Beynəlxalq təcrübələr göstərir ki, təmayül əsaslı seçimlər erkən yaşlarda deyil, müəyyən baza bilikləri formalaşdıqdan sonra aparıldıqda daha ədalətli və səmərəli nəticələr əldə edilir. Nəzərdə tutulduğu kimi, lisey və gimnaziyaların VII siniflərinə qəbul əvvəlcədən elan olunduğu qaydada keçiriləcək. Digər yaş qrupları üzrə qəbul prosedurlarına dair əlavə məlumatlar isə yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək”.

Sözügedən qərar ilə bağlı Globalinfo Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, qeyri-iş günü olduğundan sorğuya cavab verilməyəcək.
 
Ardını oxu...
“Azercell Telekom” 2023 və 2024-cü illərə dair maliyyə hesabatlarını hələ də ictimaiyyətə təqdim etməyib. Bu azmış kimi daha əvvəl açıqladığı 1996–2022-ci illərə aid hesabatları da rəsmi saytından silib. Şirkət artıq maliyyə hesabatının açıqlanması nəzərdə tutmur. Maraqlıdır ki, “Azercell” nəyi gizlədir?.

Hurriyyet.az xəbər verir ki, bu barədə mütəxəssis İlkin Məmmədkərimov bildirib. Onun sözlrinə görə, “Azercell” arrtıq maliyyə hesabatlarını açıqlamaq fikrində deyil. Bu isə tamamilə yanlış addımdır. Çünki şəffaflıq baxımından bu hesabat hər il açıqlanmalıdır:

“Mən məsələni ictimailəşdirməmişdən öncə bir neçə dəfə şirkətin call center-nə müraciət etdim. Ancaq konkret cavab ala bilmədim. Halbuki əvvəlki illərdə “Azercell” nümayəndəsi gecikməni “texniki hesablamalarla” izah edərək hesabatların sonradan sayta yerləşdiriləcəyini bildirmişdi.

Şirkətin bu addımı onun gəlirlə fəaliyyət göstərdiyini gizlətmək cəhdi kimi qiymətləndirilə bilər. Xatırladım ki, “Azercell”in 51%-lik səhmləri 2018-ci ildə “TeliaSonera”dan Azərbaycan dövlətinə (AzinTelecom) keçmişdi. Həmin vaxt şirkətin gəlirli olduqda yenidən özəlləşdiriləcəyi bildirilmişdi. Lakin ötən 7 il ərzində bu istiqamətdə heç bir addım atılmayıb”.

Ekspertin sözlərinə görə, məhz bu qeyri-müəyyənlik və rəqabətsizlik “Azercell”in xidmət keyfiyyətinin aşağı düşməsinə və qiymətlərin artmasına səbəb olub:

“Hazırda “Azercell” ölkədə ən bahalı mobil operator olsa da, internet sürəti və tarif şərtləri rəqiblərindən çox-çox geridə qalır. Xidmət isə olduqca aşağı səviyyədədir”.

Qarşı tərəfi dinləməyə hazırıq.

tribunainfo.az
 

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar.

"DogruXeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycan və Türkiyə Prezidentlərinə görülən işlər barədə məlumat verib.

Dövlətimizin başçısının tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yoludur.

Başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə Laçın rayonunun ərazisindən keçən və bu iki rayonu birləşdirən yol 2, 3 və 4 hərəkət zolaqlı olacaq.

Yolboyu tikintisi nəzərdə tutulmuş 17 avtomobil tunelindən 16-da tikinti işləri uğurla davam etdirilir, birinin isə layihələndirilməsi aparılır.

Uzunluğu 126 kilometr olan mövcud Kəlbəcər-Laçın avtomobil yolunun yeni layihəyə əsasən tikintisi Kəlbəcər şəhər mərkəzindən Laçın şəhər mərkəzinədək məsafəni 32,2 kilometr qısaldaraq 93,8 kilometr təşkil edəcək.

Laçın şəhər mərkəzindən Laçın Beynəlxalq Hava Limanınadək hazırda mövcud yol üzrə məsafə 65 kilometr təşkil edir. Yeni tikilən yol üzrə isə məsafə 35,8 kilometr olacaq. Yolun 40-cı kilometrliyindən ayrılan və Laçın Beynəlxalq Hava Limanına aparan körpünün tikintisi də layihə çərçivəsində yerinə yetirilir. Ümumilikdə Kəlbəcər-Laçın avtomobil yolunda tikinti işlərinin 44 faizi icra olunub. Yeni yol Kəlbəcər və Laçın rayonlarının bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və Laçın Beynəlxalq Hava Limanına rahat gediş-gəlişi təmin edəcək, ümumilikdə bu bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək.

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...
Bir neçə müddətdir ki, musiqi müəllimlərinin attestasiyası keçirilir.

Mayın 29-dan etibarən Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regionları üzrə xalq çalğı alətləri (tar, kamança, qarmon, nağara, qanun, saz, balaban) və xanəndəlik ixtisaslarının təhsilverənləri üçün attestasiyanın keçirilməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, ilk attestasiya zamanı 500-ə yaxın müəllim imtahandan keçə bilməmişdi. Bir qrup müəllim nəticələrə öz etirazını bildirmişdi və hətta bu məqsədlə etiraz aksiyası da keçirmişdi. Etiraz edən müəllimlərin əksəriyyəti haqsız yerə kəsildiklərini iddia edirdilər.

Mədəniyyət Nazirliyi isə bildirmişdi ki, attestasiyadan keçə bilməyən müəllimlərə iş imkanları yaradılacaq və keçə bilməyən 37 nəfərin işinə xitam verilməyəcək. Eləcə də yaşı 60-dan yuxarı olan təhsilverənlərə də iş imkanları yaradılacaq. Siyahıda sağlamlıq problemi olan müəllimlər də yer alır. Nazirlikdən verilən məlumatda attestasiyada 650 nəfərin yüksək nəticə ilə uğurla keçdiyi, 492 müəllimin isə tutduğu vəzifəyə uyğun hesab edilmədiyi bildirilmişdi.

Nazirlik qeyd edib ki, əgər hər hansı bir müəllimin səriştəsi komissiya tərəfindən tam yararsız hesab edilibsə və o, 5 mümkün baldan heç birini toplaya bilməyibsə, həmin müəllimin əmək funksiyasına xitam veriləcək. Komissiya üzvləri tərəfindən müsbət göstəriciləri qeyd olunan, lakin 2 lehinə və 3 əleyhinə səs toplamış müəllimlər üçün Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi, Metodik və İxtisasartırma Mərkəzində müvafiq təlimlərin təşkili nəzərdə tutulurdu.

Xatırladaq ki, mayın 12-də attestasiyanın növbəti mərhələsi keçirilib. İlk gün Bakı və Abşeron-Xızı regionları üzrə əvvəlki mərhələdə üzrlü səbəbdən iştirak edə bilməyən müəllimlərin attestasiyası keçirilib. Bakı və Abşeron-Xızı regionlarının musiqi və incəsənət məktəblərinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə keçirilmiş attestasiyanın nəticələrinə əsasən, 100-dən çox müəllim müvafiq ixtisaslar üzrə təlimlərə cəlb olunub. Onlar müəllimlərin işə qəbulu üzrə test imtahanı və müsahibə mərhələsindən uğurlu nəticə əldə etməklə yenidən məktəblərdə işləyə bilərlər.

Musiqi müəllimlərinin ilk attestasiyasından keçə bilməyən müəllimlər sırasında olan 13 saylı Musiqi Məktəbinin müəllimi Məhsəti Rəhimova “Cebheinfo.az”-a bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən müəyyən güzəştlərin olacağı bildirilsə də, heç bir güzəş olmayıb:

“Şikayətlərə cavab gəlmədi. Müxtəlif qurumlara müraciət etdik. Müəllimləri sakitləşdirmək üçün təlimləri ortaya atılıb. Nəticədə hamı müəllimlərin işə qəbulu imtahanında (MİQ) iştirak etməlidir. Əgər güzəşt tətbiq olunsaydı, mən də indi işimdə olardım.

İnsanları aldadırlar. MİQ imtahanları da çox çətindir. Mənim sənətim budur, başqa nə iş görüm? Əmək kitabçamı almamışam. Ləkələnmiş kitabça mənə lazım deyil. Artıq Əmək Məcəlləsinin 70 –ci maddəsinin “C” bəndini o kitabçaya vurublar. Mənə “yararsız müəllim” deyərək 19 ilimi hədər etdilər. Depressiyadan xəstəlik tapmışam”.

O bildirib ki, MİQ imtahanına hazırlaşmır:

“İkinci dəfə o stressi yaşaya bilmərəm. Anam da mənim kimi işsiz qalıb”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndi peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə tətbiq edilir.

Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib.

Gundem.info.az-ın məlumatına görə, dövlət başçısı ilə hərbi forma geyinmiş azyaşlının görüntüləri maraqla qarşılanıb.

Görüşdə sözügedən uşağın da iştirakı ilə aparılmış dialoqu təqdim edirik:

Prezident İlham Əliyev: Birinci gələnlərdənsiniz, elədimi?

Sakin: Bəli, birinci gələnlərdənik.

Sakin: Olar, bəlkə bizim evdə bir şəkil çəkdirək?

Prezident İlham Əliyev: Olar, çəkdirək.

Sakin: Cənab Prezident, bu da xüsusi təyinatlıdır.

Prezident İlham Əliyev: Ay maşallah, ay maşallah. Neçə yaşı var?

Sakin: Beş.

Prezident İlham Əliyev: Maşallah. Rütbəsi də var.

Sakin: Bəli, bəli.

Prezident İlham Əliyev: Rütbəni kim verib sənə, özün? Sən mütləq general olacaqsan. Necə yaşayırsınız?

Sakinlər: Çox şükür, yaxşı. Hər şey yaxşıdır. Gözəl havası, gözəl suyu.

Sakin: Biz elə birinci köçənlərdənik, o vaxtdan da burada yaşayırıq.

Prezident İlham Əliyev: Bəli, birinci köçənlərdən.


Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan vətəndaşı Əliyev Ələddin Hüseyn oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

"Cənab Prezident!

Mən, Əliyev Ələddin Hüseyn oğlu, yazaraq sizdən kömək istəyirəm.

Bildirirəm ki, 2013-cü ildə ləğv olunmuş MTN əməkdaşları tərəfindən qanunsuz həbs edilmişdim. Məndən 127 000 ABŞ dolları alaraq, həbsdən azad etdilər.

Məsələ ilə bağlı prokurorluğa şikayətimdən sonra, prokurorluq və məhkəmə məni zərərçəkən şəxs kimi tanıdı. Qərara əsasən, keçmiş MTN-nin Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış general-mayor Mövlan Şıxəlıyev tərəfindən bu pul - 127 min dollar mənə ödənilmədir.

Mən bununla əlaqədər Ədliyyə naziri Fərid Əhmədovun qəbulunda oldum. O, mənə söz verdi ki, şikayətim təmin olunacaq.

Bundan sonra dəfələrlə Rəfayıl adlı icraçı ilə görüşdüm. Onu nazirlə görüşüm barədə məlumatlandırdım. Amma Rəfayıl hərəkətləri ilə heç kimi saymadığını nümayiş etdirdi və dövlət məmuruna layiq olmayan davranış ortaya qoydu.

Mən dəfələrlə Mövlan Şıxəliyevin vəkili Ceyhun Yusifovla da görüşdüm. O da məni aldatdı. Belə ki, vəkil məndən 500 $ və 2500 AZN alaraq Mövlan Şıxəliyevdən 127 000 dolları alıb mənə verəcəyini desə də, heç bir nəticə yoxdur.

Cənab Prezident!

Hazırda maddi vəziyyətim çox ağırdır və 3 banka borcum var. Sizdən xahiş edirəm ki, Ədliyyə Nazirliyi əməkdaşlarına ciddi cəza verməklə yanaşı, mənə çatan pulun Mövlan Şıxəliyevdən alınmasına göstəriş verəsiniz".

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 

Ardını oxu...
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində “qara mühasibat” bərpa edilib?..

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində sözdə aparılan “islahatlar”ın sədr Zaur Mikayılovun idarəçilik sistemində ciddi problemlərinin olduğunu göstəririr

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində aparılan kadr islahatı nəticəsində bir çox rəhbər vəzifələrdə, o cümlədən rayonlardakı idarələrdə müdirlər kütləvi şəkildə dəyişdirilmişdi. Xatırladaq kİ, həmin kadrlar 30 il müddətində dövlət büdcəsindən ayrılan milyonları talan edən korrupsioner kadrlar kimi tanınırdılar və bu üzdən də Zaur Mikayılovun bu addımı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində yeni bir dönəmin başlanğıcı kimi qəbul edilirdi.

Lakin Poliqon-nun ayrı-ayrı rayonıadan əldə etdiyi məlumatlara görə, təqribən bir il əvvəl işdən çıxarılan idarə rəislərinin 90 faizi yenidən öz yerlərinə, ya da digər idarələrə rəhbər vəzifələrə təyinat alıblar. Bi isə təəccüb və təbii olaraq sual doğurur: İslahatçılar düşərgəsindən olan Zaur Mikayılovun yenidən keçmişə dönüş etməsi nəylə bağlıdır?

Qeyd edək ki, adları uzun illərdir korrupsiyada hallanan bu idarə rəislərinin islahat adı altında yenidən öz vəzifələrinə, ya da başqa vəzifələrə təyin edilmələri sadəcə gülünc görünür.

Əldə etdiyimiz məlumata görə Zaur Mikayılovun keçmişə dönüşü təkcə “kadr islahatı”ilə bağlı deyil. Bəzi iddialara görə qurumda “qara mühasibat” da bərpa edilib və rəhbər vəzifələrdə çalışanlara “paketlər” verilir. Amma maraqlıdır ki, bu “paketlər”in “ikinci maaş kartı”na köçürüldüyü bildirilir.

Bu barədə Sabirbaddan aldığımız məlumat da bu iddaları təsdiqləyir. Məlumatda bildiririlir ki, adı uzun illərdir korrupiyada hallanan idarə rəhbərlərindən biri olan Sabirabad Suvarma Sistemləri idarəsinin rəisi Şafiq Heydərov yerlisi və himayədarı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyevin köməyi ilə yenidən idarəsi rəisi təyin edilməyə nail olub. Xatırladaq ki, Zakir Quliyev uzun illər boyi Əhməd Əhmədzadənin müavini olaraq çalışıb. Ölkə mətbuatında korrupsioner və orta səviyyəli oliqarx kimi tanınan Zakir Quliyev Zaur Mikayılovun dönəmində də qurumda öz gücünü qoruyub saxlaya bilib.

Sabirabaddan aldığımız məlumatda bildirilir ki, Şafiq Heydərov Əhməd Əhmədzadənin “qızıl dövründə” olduğu kimi işləyir.

Maraqlıdır ki, Şafiq Heydərova Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən əlavə əmək haqqı kartı verildiyi iddia olunur və iddiaya görə bu karta hər ay əmək haqqının 3 qatı qədər pul vurulur. Eyni zamanda Sabirabad Suvarma Sistemləri rəisinin müavininin də ikinci “əməkhaqqı kartı” var və bu karta müdir müavinin maaşının 2 misli qədər pul köçürülür.

Qeyd edək ki, bu halın Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyindən xəbərsiz həyata keçirilməsi mümkün deyil...

Hər ay qanuni və qanunsuz 6 min manat əmək haqqı alan Şafiq Heydərovun yenə də köhnə əməllərə əl atdığı deyilir. Məlumata görə Sabirabad rayonunda yerləşən qamış basmış drenajlar Suvarma Sistemləri İdarəsinin adı olub, özü olmayan işçiləri tərəfindən yandırılaraq təmizlənir. Həmin “işçilərə” maaş verlməsi ilə bərabər yandırılaraq təmizlənən drenajlarda texnikaların işləməsi sənədləşdirilir və hər ay külli mqidarda yanacaq silinir.

Başqa bir məlumatda isə qeyd olunur ki, Sabirabad Suvarma Sistemləri idarəsinin balansından olan nasos stansiyalarının demək olar hər birində iki nəfər adı olub özü olmayan işçi var. Bu isə xeyli sayda maaş kartının hələ də Şafiq Heydərovun cibində olmasında xəbər verir.

Yəni Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində üzdə “islahat” adına faktiki olaraq hər şey keçmişə qaytarılıb...

Qeyd edək ki, bütün bu iddialarla bağlı Poliqon sorğu ilə Sabirabad Suvarma Sistemləri İdarəsinə müraciət edib. Sorğu ilə bağlı idarənin Mustafa adlı əməkdaşı bizimlə əlaqə saxlayaraq bildirib ki, iddialar həqiqəti əks etdirmir. Çox təəssüf ki, Mustafa müəllim Sabirabad Suvarma Sistemləri idarəsində hansı vəzifə daşıdığını bizə söyləmədi.

“İndi heç kim keçmiş zamanlarda olduğu kimi işləmir. Buna görə də həmin iddiaların heç bir əsası yoxdur”, deyə Sabirabad Suvarma Sistemləri İdarəsinin əməkdaşı bildirib.

Poliqon.info
 
Ardını oxu...
Azərbaycanda təhsil sektorunda illərin yığılıb qalmış narazılıqları nəhayət alovlanıb. Belə ki, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin son mətbuat konfransında səsləndirdiyi sərt fikirlər bütün sektoru silkələyib.

Məleykə Abbaszadə təhsil ekspertlərini yerdən-yerə vuraraq deyib: “Mən bilmirəm, kim bunlara ekspert adı verib? Hansı universiteti bitirib, neçə balla qəbul olub, bilirikmi? Sadəcə sosial şəbəkədə nəsə yazan ekspertdirmi?!”

Qeyd edək ki, son dövrlərdə DİM-in keçirdiyi imtahanlar və bu imtahanlardakı suallar sərt tənqid olunur. Keçmiş təhsil naziri Misir Mərdanov isə “uşaqları niyə "şikəst" edirsiniz deyə çağırış edib: “Üzümü tuturam o sualları yazanlara: hesab edin ki, o sualı övladınıza verirsiniz. Hər bir sualda hökmən bir xüsusi yanaşma işlətməlisən ki, onu həll edəsən. Yadına düşməsə, edə bilməyəcəksən. Belə suallar vermək olmaz... Hər bir sual imtahan üçün öyrədici xarakter daşımalıdır. Bizim institutda da "bunker müəllimləri" var. Onlara dəfələrlə demişəm ki, məktəblərdə verdiyimiz biliyə uyğun suallar hazırlayın ki, uşaq da cavablandıra bilsin. Təəssüf ki, bunu etmirlər. Hər il minlərlə qabiliyyətli azərbaycanlı gənc bu test imtahanlarından qaçaraq xarici ölkələrə gedir. Ən qabiliyyətlilər. Niyə? Çünki belə imtahanlar var".

DİM sədrinin tənqidinə təhsil ekspertlərinin cavabı gecikməyib. Kamran Əsədov açıq meydan oxuyaraq öz CV-sini yayımlayıb və Abbaszadəni səriştəsizlikdə ittiham edib: “Maksimum 300 bal toplamaq hüququ olan iki abituriyentin nəticəsini DİM səhv yoxlayıb 43 göstərmişdi. Apelyasiyadan sonra isə bu rəqəm 45-ə qalxdı. Yəni bu şagirdlərin nəticəsi səriştəsizlik nəticəsində az yazılmışdı. Budur şəffaflıq? Budur ədalətli imtahan? Budur biliyin düzgün qiymətləndirilməsi?

DİM rəhbərliyində təmsil olunanların elmi göstəricilərini araşdırmağa başladım. Təhsil sisteminə bu qədər aqressiv və savadsız müdaxilə edənlərin öz elmi fəaliyyəti nə yerdədir? Maraqlıdır, DİM rəhbərliyinin beynəlxalq elmi bazalarda (Web of Science, Scopus, Google Scholar və s.) adı varmı? Məqalə sayı neçədir? H-indeksi neçədir? Əgər özləri elmi və tədris fəaliyyətinə məsuliyyətlə yanaşmırlarsa, ölkənin gələcəyinə cavabdeh olan yüz minlərlə gəncin taleyini hansı elmi, hansı pedaqoji yanaşma ilə idarə edirlər?

Bir də deyirlər “elmi əsaslarla imtahan hazırlayırıq”. Bu “elmi əsaslar” nədir? Hansı təhsil fəlsəfəsinə, hansı pedaqoji modelə, hansı ölkənin praktikasına əsaslanır? Görünür, bu əsaslar bir-iki Excel cədvəlindən və nəticələri saxtalaşdırılmış statistikadan o yana keçmir. Təhsil idarəçiliyi şəxsi ambisiya, formal diplom və inzibati təlimatla yox, akademik səmimiyyət, beynəlxalq elmi məhsuldarlıq və intellektual dürüstlüklə aparılmalıdır".

Təhsil eksperti Elşən Qafarov isə deyib: “DİM desin, dünyada ikinci bir ölkə var ki, bu cür imtahan keçirir? Azərbaycan gəncləri peşə seçimini belə dilinə gətirə bilmir!

Tədris ilinin başa çatmasına 12-14 həftə qalmış imtahanlar keçirilir. İmtahan keçirildikdən 6 həftə sonra imtahanın nəticələri elan olunur. Bəlkə bundan danışsınlar?! DİM kimi dəvət edibsə, onlar gəlməyiblər. Şəxsən məni heç kim dəvət etməyib. İllərdir ki, DİM-lə bağlı təkliflər verirəm. Bir dəfə də olsun dəyirmi masa keçirib dəvət eləməyiblər ki, bu barədə fikirlər söyləyirsiz. Bunun əsaslandırmasını verin”.

Ən sərt cavab isə tanınmış jurnalist Taleh Şahsuvarlıdan gəlib. O, artıq hüquq-mühafizə orqanlarını DİM-in fəaliyyətini araşdırmağa çağırıb.

Onun sözlərinə görə, imtahanlar elə formada qurulub ki, orta məktəbi bitirmək kifayət etmir, repetitor kurslarına qatılmaq, bahalı hazırlıqlardan keçmək zərurətə çevrilir. Şahsuvarlının fikrincə, ölkədə təhsilin bu şəkildə zədələnməsi milli təhlükəyə çevrilib və məsuliyyət daşıyan orqanlar bu məsələyə dərhal müdaxilə etməlidirlər: “DİM sədrinin anlamadığı, anlamaq istəmədiyi məsələ odur ki, onun rəhbərlik etdiyi qurum Azərbaycanda şagirdləri kütləvi şəkildə məktəbdən uzaqlaşdırıb, çöllərə salıb. DİM-in özünə "testoloq" deyənlərinin hazırladığı suallara cavab verə bilmək üçün məktəbdə öyrədilənlər kəskin fərqlə kifayət etmir. Uşaqlarımız bilik qazanmaq əvəzinə, zirzəmilərdə, evlərdə, bəzən məktəblə üz-üzə tikilmiş hazırlıq mərkəzlərində test texnologiyaları mənimsəməyə çalışırlar. Təsəvvür edin, bu gün məktəblə üz-üzə tikilmiş elə hazırlıq mərkəzləri var ki, məktəbin özündən az qala böyükdür. Və bu faciədir! 11-ci sinif məzunlarının ən azı yarısının orta məktəb proqramının 50 faizini belə mənimsəyə bilməməsinin elə DİM-in yaydığı rəsmi statistikaya görə üzə çıxması Məleykə Abbaszadənin fəaliyyətinin dövlət tərəfindən araşdırılması üçün ciddi siqnaldır... Məleykə Abbaszadənin yönəltdiyi sistem Azərbaycanda konstitusiyanın, qanunların, ən başlıcası, sosial ədalətin pozulmasını kütləviləşdirir".

“Yeni Müsavat”
 
 
 
Ardını oxu...
Amerikada yaşayan jurnalist Qənirə Ataşova plastik-cərrah Ülviyyə İlyasova ilə bağlı paylaşıb edib.

Axşam.az xəbər verir ki, jurnalist Ü.İlyasova haqda bunları yazıb:

"Qanun susdu, ana ağladı - ədalət yerini tapmadı. Duydum-duymadım deməyin: Qaynı arvadını həkim olmadan, lisensiyasız bir klinikada əməliyyat edən və onun ölümünə səbəb olan Ülviyyə İlyasova, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəmi 3 il məntəqə tipli azadlıqdan məhrumetmə cəzası aldı. Yəni, həbs edilmədi. Bundan sonra kim harada istəyirsə, əməliyyat edə bilər. Buyurun, mətbəxlər sizi gözləyir. Qoy ali təhsilli doktorlar içəridə çürüsün. Onların əlində tibbi şəraitdə baş verən ölümlər qatı cinayətkarlıqdır… Elmimizə bu yaraşır. Əziz “könüllü cərrahlar”, bəli, sizi deyirəm iş başına. Çünki artıq nə diplom, nə lisensiya, nə də insan həyatı önəmlidir. Qorxmayın, məsuliyyət yoxdur, qanun susur. Əməliyyat masası yerinə mətbəx stolu, steril alətlər əvəzinə isə bıçaq dəsti kifayətdir. Cəsarətiniz varsa, buyurun – bu ölkədə hamı hər şeyi edə bilər! Ülviyyə İlyasova, sizi ürəkdən təbrik edirəm. Çünki sən qanundan üstünsən".

Xatırladaq ki, ötən ilin sentyabrında Yasamal Rayon Prokurorluğunun hadisə ilə bağlı yaydığı məlumatda bildirilirdi ki, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın “liposaksiya-piysovurma” əməliyyatı icra etdikdən sonra Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə, yaşadığı fərdi evə apararaq, onu həkim nəzarətindən kənar saxlayıb. Həmçinin növbəti gün qanaxma baş verdikdə isə xəstəni köməksiz vəziyyətdə qoyaraq keçirdiyi əməliyyat nəticəsində baş vermiş kəskin qan itirmədən Səbirə Vəliyevanın ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Səbirə Vəliyeva 2024-cü ilin aprelin 16-da cərrahi əməliyyatdan sonra ölüb. İstintaqla “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. S.Vəliyeva Ü.İlyasovanın eltisi olub. Vəfat edən 40 yaşlı qadının biri qız, biri oğlan olmaqla 10 yaşlı əkiz uşaqları anasız qalıb.
 
Ardını oxu...
Ajans.az-ın əldə etdiyi məlumata görə Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov Hollandiyada Wageningen Universiteti və Araşdırma (WUR) (Wageningen university&research) institutunda təhsil alır. Nazirin hazırda 3-cü kursda təhsilini davam etdirdiyi bildirilir.

Qeyd edək ki, Nazir Məcnun Məmmədov 2024-cü ilin iyul ayında Niderlandda səfərdə olub və burada Wageningen Universiteti və Araşdırmalar, o cümlədən digər institutlarla tanış olub. Səfər zamanı kənd təsərrüfatı sahəsində əməkdaşlığın araşdırılması və bu sahədə fikir mübadiləsi aparılıb. Wageningen Universiteti və Araşdırmalar insitutu kənd təsərrüfatı və meşəçilik sahəsində dünyada 1-ci yerdədir.

Nazir bu səfəri ilə bağlı 2024-cw ildə X hesabında paylaşım da edib.

Pakistanın Pəncab Əyalətinin paytaxtı Lahorda yerləşən LUMS – Lahor İdarəetmə Elmləri Universitetinin rəsmi səhifəsində qeyd olunub Azərbaycanın Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov hazırda Wageningen Universiteti və Tədqiqat və TIAS Biznes və Cəmiyyət Məktəbinin birgə proqramı olan Qida və Aqrobiznes üzrə Executive MBA dərəcəsini davam etdirir.

Yazıda həmçinin qeyd olunur ki, LUMS-da Məmmədov LUMS Sahibkarlıq Cəmiyyətində, LUMS Macəra Cəmiyyətində və LUMS Səyyahlar Cəmiyyətində fəal iştirak edib. Universitet Məmmədova gələcək fəaliyyətində uğurlar arzulayır.

Bu paylaşım 2023-cü ildə saytda paylaşılıb. 2025-ci ildə Nazir artıq 3-cü kursda təhsil almalı idi. Nazir Məcnun Məmmədovun bu təhsilə distant (online), yoxsa əyani şəkildə qatıldığını dəqiqləşdirmək üçün nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovla əlaqə saxladıq. Vüqar Hüseynov Ajans.az-ın sorğusuna cavab olaraq bildirdi ki, nazir hazırda Hollandiyada təhsil almır. Amma nazirin bu günə qədər təhsilə distant (online) olaraq qatılması, yaxud dərslərdə iştirak etmək üçün Hollandiya gedib-gəlməsi barədə suallarımız cavabsız qaldı. Maraqlıdır ki, Aərbaycan və Pakistanda təshil alan Nazir Məcnun Məmmədovun Hollandiyada təhsil alma zərurəti nədən yaranıb və hansı səbəbdən nazir təhsilini yarımçıq qoyub?
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti