Ardını oxu...
Naxçıvan Həmkarlar İttifaqları Şurası icra hakimiyyətləri, idarə və müəssisə rəhbərləri ilə əlbir olub, milyonlarla vəsaiti mənimsəyir. Bunu elə həmin idarə və müəssisələrdə çalışan, hər ay maaşlarının 2 faizini şuraya köçürən əməkdaşlar iddia edirlər.
Əməkdaşlar bu iddianı belə izah edirlər ki, şura onlar üçün nəzərdə tutulan sanatoriya göndərişindən tutmuş sosial vəziyyətin yaxşılaşdırılmasına qədər heç bir tədbir həyata keçirmir. Əvəzində bu tədbirləri sənəd üzərində yazıb, pulları mənimsəyirlər.
Naxçıvan şəhərindəki dövlət idarələrinin birində çalışan Rasim Qasımov deyir ki, dəfələrlə müraciət etsə də, sanatoriya üçün göndəriş ala bilməyib:
“Həzm sistemimdə ciddi problemlər var. Hakim yazılı şəkildə bildirib ki, sanatoriyaya ehtiyacım var. Şuraya dəfələrlə müraciət etsəm də, get-gələ salırlar. İldə 5-10 nəfər öz adamlarını göndərirlər, qalan pulu isə sənədləşdirib, yeyirlər. Bu, ədalətsizlikdir. İşçilər nə qədər hüquqlarını tələb edirlərsə də, nəticə etibarilə sistemdəki bu cür qüsurlar üzündən onlardan heç bir fayda görmürlər. Mənim kimi vəziyyətdə olan çox sayda işçi var, amma heç kim nəzərə almaq istəmir.”
Şurada çalışan, təhlükəsizlik baxımından adının çəkilməsini istəməyən vəzifəli əməkdaşlardan biri də pul mənimsənilməsini təsdiq edir:
“İdarə və müəssisələrdə həmkarlar adına yığılan pullardan işçilər heç cürə yararlana bilmir. Tədbirlərin keçirilməsi, işçilərə mükafatın verilməsi, müalicəsi, sosial vəziyyətin yaxşılaşdırılması adı ilə sənədləşdirilir, vəsait müəssisə rəhbərlərinə yaxın işçilərin kartına vurulur və onlar da həmin pulları idarə rəhbərlərinə çatdırırlar. Bu işlərə isə birbaşa rayon və şəhər icra hakimiyyətləri nəzarət edir. Yığılan pullar isə hər kəs öz payını götürməklə piramida şəkilli yuxarılara çatdırılır. Beləliklə də milyonlarla vəsait mənimsənilir.”
70.814 üzvü olan Naxçıvan Həmkarlar İttifaqları Şurası 1,250 ilkin təşkilatı, 6 muxtar respublika və 10 birləşmiş rayon və şəhər komitələrini özündə birləşdirir.
Gündəlik Naxçıvan
 
Ardını oxu...
AMEA prezidenti, akademik İsa Həbibbəylinin aylıq maaşı haqda məlumat yayılıb.

"DogruXeber.az" bildirir ki, bu barədə məlumatı sabiq deputat, alim Etibar Əliyev sosial şəbəkələrdə yazıb. O bildirib ki, İsa Həbibbəyli Azərbaycan Respublikası Milli Məclisinin 3 çağırış deputatı olub və yüksək deputat təqaüdü (təxminən 8.000 manat) alır:

“Akademiyanın prezidenti kimi maaşı 4080 manatdır, üstəlik, akademik adına görə 2000 manat əlavə pul alır. AMEA-nın sıravi əməkdaşlarının əməkhaqqı orta hesabla 500 manatdır.

O, həm də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktorudur”.

E.Əliyev əlavə edib ki, “Karvan” şadlıq sarayı da İsa Həbibbəyliyə məxsusdur və yaxşı gəlir gətirir.//neqativ.com
Ardını oxu...
Xankəndi şəhər Karl Marks küçəsi ev 32-də qeydiyyatda olan, Gəncə şəhər Müəllimlər İnistutunun Yataqxanasında müvəqqəti məskunlaşan fərdi sahibkar Səfər Vəlyəddin oğlu Salmanov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmi açıqlamasına cavab göndərib.

Axar.az-ın redaksiyasına ünvanlanan müraciətdə sahibkar (12.10.1983-cü il təvəllüdlü) işğaldan azad edilmiş torpaqlarda sahibkarlıq fəaliyyəti göstərmək üçün yalnız cənab Prezidentə “mətbuat vasitəsi ilə müraciət edəndən sonra” süni maneələrin aradan qaldırıldığı və ona sahibkarlıq fəaliyyəti göstərməsi üçün yer ayrıldığını bildirib.

“Lakin mənim fəaliyyətimin bir ili tamam olmamış icarə haqqının qaldırılması Xankəndi xüsusi nümayəndəliyinin əməkdaşları, xüsusən Azər Şərbətov tərəfindən qeyri-rəsmi tələb edilməyə başlanıldı. Mən də onların diqqətinə çatdırdım ki, hələ bir müddət öncə mən icarə haqqının aşağı salınması ilə bağlı müraciət ünvanlasam da, siz ona cavab verməmisiniz”, - o qeyd edib.

Sahibkarın iddiasına görə, “Xankəndi Xüsusi nümayəndəliyinin yaydığı məlumat” həqiqətəuyğun deyil, təhrif edilib:

1. “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 29.11.2007-ci il tarixli 191 nömrəli qərarına əsasən qiymətləri Nazirlər Kabineti müəyyən edir, Publik hüquqi şəxs deyil. İdarəetmə Publik hüquqi şəxsə verilsə də, icarə qiymətləri qanunla tənzimlənir. Həmin qaydalara əsasən hesablanılarsa, mənim icarə haqqı kimi ödəyəcəyim illik icarə məbləği 625 km sahə üçün 4500 manat olar. Halbuki mən hazırda illik icarə haqqı kimi 17.700,0 manat ödəniş edirəm. Lakin Xüsusi nümayəndəlik bunu illik 30.000,0 manata qaldırmaq istəyir.

2. Xüsusi nümayəndəlik mənim cənab Prezidentə etdiyim şikayətə cavab olaraq bildirir ki, guya mən şəhərsalma və memarlıq normalarını pozaraq müvafiq qurumların razılığı olmadan qeyri-qanuni tikinti, manqalxana inşa etmişəm. Buna cavab olaraq bildirirəm ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli sahələrin tikintisinə icazə tələb edilmir. Hündürlüyü 3 metr, ümumi sahəsi 13 kv.m olan manqal üçün hansı qrumdan icazə almalı olduğumu xüsusi nümayəndəlik mənə izah etsin xahiş edirəm. Azərbaycan Respublikası Konstitusiyasına əsasən mülkiyyət toxunulmazdır. Yaxşı olardı ki, Xankəndi Xüsusi nümayəndəliyi Məhkəmə qərarı olmadan mülkiyyətimi məhv etməsinin əsasını göstərsin.

3. Müqavilə müddətinin bitməsi və mənim qeyri-qanuni fəaliyyət göstərməyim ilə bağlı bildirirəm ki, “Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ ilə rəhbəri olduğum “XAN ARAZ 2024” MMC arasında bağlanmış 11.04.2024-cü il tarixli birgəfəaliyyət haqqında müqavilənin 9.1-ci bəndinə əsasən müqavilənin müddəti bir illik bağlanmışdır. Müqavilə müddətinin bitməsinə 1 (bir) ay qalmış tərəflərdən biri birgə fəaliyyətə xitam vermək niyyətini bildirmədiyi təqdirdə müqavilənin müddəti növbəti bir ilə uzadılmış hesab edilir. Göründüyü kimi, Xüsusi nümayəndəliyin bu açıqlaması da tamamilə əsasız arqumentdən və özünümüdafiə taktikasından başqa bir şey deyildir.

4. Mənim sahibkarlıq fəaliyyəti göstərdiyim XAN ARAZ restoranına 200 min manatdan çox investisya qoymağım ilə bağlı da bildirirəm ki, investisyanı qoyan və xərci çəkən mənəm və çəkdiyim xərcin uçotunu dəqiq aparmışam. Xüsusi nümayəndəlik mənim obyektimdə heç bir rəsmi qiymətləndirmə aparmadan mənim iddiamı təkzib etməsi də tamamilə əsassızdır. Mənim icarə götürdüyüm vaxt da obyektin video və foto çəklişləri var, indi də. İstənilən ekspertin cəlb edilməsinə etiraz etmirəm”.

Redaksiyadan zəruri qeyd:

Sahibkarın mövqeyi baxımından redaksiyaya ünvanladığı müraciəti olduğu kimi təqdim etsək də, işarələdiyi 4 bəndlə bağlı bəzi suallar bizim üçün açıq qalır:

1. “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında NK-nın 2007-ci il qərarı, yəni 18 il öncəki icarə şərtlərini sahibkarın tələb etməsi doğrudurmu? 18 il öncəki qiymətlərləmi müştərilərə xidmət edir ki, 626 kv.m sahə (!!!) üçün illik 17,7 min, yəni aylıq 1,5 min manat civarında ödənişə etiraz edir?

2. Sahibkar yazır: “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli sahələrin tikintisinə icazə tələb edilmir”.

Əvvəla, sözügedən bənd olduğu kimi belədir:

“79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur:

79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin…”

Manqalxana – kənd, meşə təsərrüfatı və balıqçılıq fəaliyyətinə aid deyil!

Digər tərəfdən, sözügedən qanunun təfsirində bildirilir: “Bu qayda, əlbəttə, tikintinin digər tərəflərini, məsələn, təhlükəsizlik, tikinti standartları və şəhərsalma planları ilə bağlı qaydaları təsirsiz hala gətirmir. Bunlar əsasən tikintinin məqsədinə, yerinin təyin edilməsinə və digər amillərə görə tətbiq olunur”.

3. Sahibkar bildirir: “Müqavilə müddətinin bitməsinə 1 (bir) ay qalmış tərəflərdən biri birgə fəaliyyətə xitam vermək niyyətini bildirmədiyi təqdirdə müqavilənin müddəti növbəti bir ilə uzadılmış hesab edilir”.

Tərəflərin bir-birindən narazılığı icarə müqaviləsi və manqalxanadan başlayıb və artıq media müstəvisinə çıxıb. Bu halda tərəflərdən birinin “etiraz etmədiyini” iddia etmək olmur.

4-cü bəndlə bağlı mövqeyi - investisiya qalmaqalını ekspertlər həll edə bilər, sahibkar isə video-sübutları yaysa, mövqeyini gücləndir bilər – və yaxud əksinə!

Müəllif: Axar.az
 
Ardını oxu...
Masallıda yenidoğulmuş övladı vəfat edən şəxs hüquq-mühafizə orqanlarına müraciət edib.

TEREF xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iyunun 7-si Yardımlı rayon sakini 1985-ci il təvəllüdlü Pərviz Gönlüşad oğlu Bağırov prokurorluğa ərizə ilə müraciət edib.

O bildirib ki, iyunun 3-ü Masallı Rayon Mərkəzi Xəstəxanasında Doğum və Ginekologiya şöbəsinin müdiri Təhminə həkim ondan 6000 manat pul alıb və səhlənkarlıq nəticəsində yenidoğulan övladı orada vəfat edib.

Müraciətlə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
 
Ardını oxu...
Goranboy rayonunda sosial ədalətsizlik və məmur özbaşınalığı bir ailənin həyatı üzərində kölgə salıb. Rayonun Təklə kənd sakini, 3-cü qrup əlil Əliyev Emin Tahir oğlu dövlətin özünüməşğulluq proqramına daxil olmaq istəsə də, altı ildən çoxdur ki, bu sadə hüququndan istifadə edə bilmir.

"DogruXeber.az"a daxil olan məlumata görə, Emin Əliyev xırdabuynuzlu heyvan alaraq ailəsini halal zəhmətlə dolandırmaq istəyib. Amma aidiyyəti qurumlar, xüsusilə də Goranboy rayon Məşğulluq İdarəsi onu altı il ərzində süründürməçiliyə məruz qoyub. Vətəndaşa son mərhələdə bildirilib ki, "əlilliyiniz olduğuna görə sizə bu layihə düşmür". Bu cavab hüquq və insanlıq adına təhqirdir.

Ailə başçısı bundan sonra həyat yoldaşının adını layihəyə daxil etdirib. Lakin 1 il 4 aydır ki, ailənin adı siyahıya salınsa da, heç bir təminat həyata keçirilməyib. Rayon Məşğulluq İdarəsinin müdiri Anar bəyin bu məsələ ilə bağlı rayon rəhbəri Məhərrəm Quliyevin göstərişlərinə belə əməl etməməsi Goranboyda idarəçilik böhranının açıq göstəricisidir.

Nazir Anar Əliyev hara baxır?

Məsələ bununla bitmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyevin rəhbərlik etdiyi qurumda təkcə Goranboyda yox, ölkə üzrə sistemli laqeydlik və məsuliyyətsizlik müşahidə olunur. Nazirliyin tabeliyində olan məşğulluq idarələri, sosial təminat şöbələri vətəndaşlara süründürməçilik və kobud münasibətlə “xidmət” göstərir. Söhbət sadəcə bürokratik əngəllərdən yox, şəhid ailələrinin, qazilərin və gözdən əlil şəxslərin mənzil və avtomobil təminatı məsələlərinin belə mənimsənilməsi faktlarından gedir.



Bu, artıq sadəcə məmur səhlənkarlığı deyil, ictimai etimadın qəsdən məhv edilməsi və korrupsiya şübhələri ilə dolu bir sistemin mövcudluğudur. Dövlət başçısının şəhid ailələrinə, qazilərə, sosial həssas təbəqəyə xüsusi diqqət çağırışları bu məmurların fəaliyyəti fonunda formal bəyanatdan o tərəfə keçə bilmir.

Bir ailənin faciəsi – 393 manatla dolanışıq

Emin Əliyevin ailəsi 5 nəfərdən ibarətdir. Aylıq gəlirləri cəmi 393 manatdır. Bu vəsaitlə həm ailəni saxlamaq, həm azyaşlı uşaqları böyütmək, həm də xəstəliklə mübarizə aparmaq mümkündürmü?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Goranboy rayon rəhbərliyi bu sualın cavabını nə vaxt verəcək? Bu ailə, və bu kimi yüzlərlə ailə niyə illərlə qapı döyməli, cavabsız qalmalıdır?

Sosial dövlət anlayışı kağız üzərində qalır

Şəhid ailələrinə avtomobil ayrılır, amma kağız üzərində. Əlillər özünüməşğulluq proqramına daxil olur, amma siyahıdan silinirlər. Qazilərə ev verilir, amma başqasının adına keçir. Bunların hamısı illərdir cəmiyyətdə səssiz şəkildə baş verir və nə yazıq ki, məsuliyyət daşıyan şəxslər hələ də vəzifədədir.



"DogruXeber.az" olaraq, bu məsələnin ciddi araşdırılmasını, nazir Anar Əliyev, rayon icra başçısı Məhərrəm Quliyev, eləcə də Goranboy rayon məşğulluq şöbəsinin rəhbərliyinin bu vəziyyətə cavab verməsini tələb edirik.

Əgər bu şəxslər öz vəzifələrinin mahiyyətini anlamırlarsa, ən azından bu vəzifələri daha vicdanlı şəxslərə təhvil versinlər. Cəmiyyət susmur, və susmamalıdır!

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin sğz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
"City Net" şirkəti Jurnalistlərin binasındakı abunəçilərinə kələk gəlib.

Bu barədə Mia.az-a məlumat verən sakinlərdən biri deyib ki, ötən ay provayder şirkətdən yaşadığı mənzilə internet xətti çəkdirib: "Həmin vaxt mənə deyildi ki, bəs bir ay abunə haqqını ödəyəcəksiz, növbəti ay isə yox. Yəni, bir ay güzəşt olunacaq. İndisə belə çıxır ki, bu, kökündən yalan vəd olub. Bəli, fakt budur ki, şirkət jurnalistlərə ya bilərəkdən yalan deyib, yaxud da adam yerinə qoymayaraq kələk gəliblər.

Məsələn, mən iki gündür zəifləyən internetlə bağlı şirkətlə əlaqə yaratdıqdan sonra mənə tamam fərqli şərtlər deyilib. Operator dedi ki, mənzilə gələn adam sizə yalan deyib, növbəti ayda güzəşt olunmayacaq. Pis hallardan biri də budur ki, şirkət nümayəndələri sakinlərə müqavilə belə təqdim etməyiblər. Bəli, bəzi sakinlər jurnalistlərin olduğu binada fırıldaqçılıq olmayacağını zənn etdiyindən çəkiliş vaxtı müqavilənin surətini tələb etməyiblər. Şirkət isə yəqin ki, bundan sui-istifadə edərək, müqaviləni öz xeyrinə doldurub. Şəxsən mənə maraqlıdır, müqavilənin bizə aid olan nüsxəsinə kim qol çəkib? Hanı müqavilə?! Niyə şirkət sakinlərə belə fırıldaq gəlib?"

Digər jurnalist sakin isə Mia.az-a deyib ki, ona da fırıldaq gəliblər: "Bir aylıq güzəştləri cəhənnəmə qalsın, kontur kampaniyasında da məni aldatdılar. Daha doğrusu, dirəşdikdən sonra bir ay kontur vuruldu, digər ayda isə olmadı".

Sakinlərin votsap qrupunda gedən müzakirələrdən isə bəlli olub ki, şirkət binaya iki qrup göndəribmiş: "Onlar sakinləri 7 ildir istifadə etdikləri "Azevrotel"dən "qoparmaq" üçün müxtəlif şirnikləndirici güzəştli vədlər veriblər. İndisə bəlli olur ki, bunların hamısı yalan imiş. Məqsəd dövlət provayderi olan"Azevrotel"i həm də çökdürmək olub. Bütün hallarda isə əziyyət çəkən yenə binanın sakinləri olub. İndi siz təsəvvür edin ki, bunlar jurnalistlərə "atıblar". Görün, digər binalarda istifadəçilərin başına hansı oyunlar açılır?!".

Jurnalistlərin biri məsələ ilə bağlı şirkətlə əlaqə yaradıb. Şirkətdən bildirilib ki, məsələ araşdırılacaq.

Onu da qeyd edək ki, narazı jurnalistlər yaranmış vəziyyətlə bağlı əlaqədar rəsmi qurumlara şikayət məktubu da hazırlayırlar.
 
Ardını oxu...
Suraxanı rayon Yeni Ramana qəsəbəsi Samir Əliyev küçəsi 19 ünvanda qanunsuz qeyri-yaşayış obyekti tikilir. Əhatə etdiyti sahənin böyüklüyündən, vizual görüntüsündən bəlli olur ki, obyekt ticarət mərkəzi olacaq.
Öyrənmişik ki, tikilən obyektin aidiyyəti qurumlardan heç bir icazə sənədi yoxdur. Obyektin sahibi kimi Vətən müharibəsi qazisi olan bir şəxsi qabağa veriblər. Aydın məsələdir ki, hətta həmin şəxs doğrudan da obyektin gerçək sahibidirsə də, ona bir müharibə veteranı kimi dövlətin verdiyi imtiyazlar sırasına qanunun tələbləriniu tapdalamaq ixtiyarı yoxdur. Başa düşülən odur ki, əsl sahibkar başqa adamdır, bəlkə də hətta ola bilər sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazəsi olmayan dövlət məmurudur. Həmçinin məlumatlarda qeyd olunur ki, qazinin nüfuzu keçməyəndə qanunu onlara xatırladana obyektin Penitensiar Xidmətin rəisi, ədliyyə generalı Mirsaleh Seyidova məxsus olduğunu deyib hədə-qorxu gəlirlər.
Əlbəttə, hazırki Azərbaycan reallığında kifayət qədər böyük ərazini əhatə edən və görünən yerdə olan bir obyekti qanunsuz inşa etmək üçün korruptiv cəmiyyətdə gərək ya rüşvət vermək üçün böyük maddi imkana, ya da təzyiq göstərmək üçün böyük vəzifəyə, təsir rıçaqlarına malik olmaq lazımdır. Heç cür inanılası deyil ki, Suraxanı Rayon İcra Hakimiyyətinin, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin az qala hər yerdə müşahidələr aparan, qulaqları səsdə olan funksionerlərinin sözügedən obyektdən xəbərləri olmasın. Yəqin ki, onlar qurşandıqları korrupsiyaya görə nə vaxtsa həbsxanaya düşə biləcəklərini nəzərə alıb indidən Penitensiar Xidmət rəisinin “qara siyahısına” düşmək istəmirlər.
Amma əlbəttə ki, Suraxanı rayonunda qanun-qaydanın, ictimai ədalətin təmin edilməsinin qarantı kimi ilk növbədə rayon icra hakimiyyətinin başçısı cənab Adil Əliyev ağıla gəlir. Çünki o, hələ başçı vəzifəsinə təyin olunana qədər ölkədə kifayət qədər tanınmış ictimai-siyasi xadim idi. Onun gəlişi ilə rayonda bütün müstəvilərdə müsbət istiqamətdə dəyişikliklər olacağına gözləntilər çoxdu. Ən çox narahatçılıq doğuran təzahürlərdən biri isə məhz özbaşına tikililərin artması idi. Görünən odur ki, Adil Əliyev bu mənfi tendensiyanı dəyişə bilməyib.

Nyus.Az

 
 
 

 

Ardını oxu...
  Prezident İlham Əliyev Bakıda Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib.

Musavat.com xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov dövlət başçısına yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, ümumi sahəsi 25 min kvadratmetr olan 18 mərtəbəli binada komitənin struktur bölmələrinin əməkdaşlarının yüksək səviyyədə çalışması üçün hərtərəfli şərait yaradılıb.

Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının layihə-quraşdırma işlərində maksimum səviyyədə ən müasir texnologiyalardan istifadə olunub. Bütün layihəçilər, mühəndislər və inşaatçılar Azərbaycan vətəndaşlarıdır və ölkə universitetlərinin məzunlarıdırlar.

Buradakı Hədəf Mərkəzində ölkə üzrə yük nəqliyyat vasitələrinin hərəkəti elektron xəritədə müşahidə olunur. Eyni zamanda, Xəzər dənizində gəmilərə gömrük nəzarəti və gömrük postlarına real vaxt rejimində videomüşahidə həyata keçirilir. Binada süni intellekt əsaslı risk idarəetmə sistemi və informasiya texnologiyaları infrastrukturu yaradılıb. Həmçinin burada kibertəhdidlərin kəşfiyyatı və qarşısının alınması ilə bağlı xüsusi avadanlıq yerləşdirilib. Ümumilikdə yeni binada informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunub. Bu sistemlər mövcud və gələcək xidmətlərin artırılmasını nəzərdə tutub.

Binanın 5-ci mərtəbəsində 1200 kvadratmetrlik asma bağ salınıb, müxtəlif növ ağac və dekorativ gül kolları əkilib. 500 kvadratmetrlik açıq sahədə əməkdaşların istirahəti və gəzintisi üçün guşə yaradılıb, kafe inşa olunub.

Binada gömrük xidməti əməkdaşlarının iş otaqlarından başqa 500 nəfərlik konfrans zalı, 17 iclas otağı, atıcılıq tiri, idman sahələri, yeməkxana, kafe var.

Dövlət başçısı gömrük orqanları tərəfindən ayrı-ayrı vaxtlarda müsadirə olunmuş tarixi-mədəni əşyalardan ibarət muzeyə baxıb. Burada eramızdan əvvəl birinci minillikdən XX əsrin 50-ci illərinədək dünya ölkələrinin tarixini əhatə edən eksponatlar sərgilənir.

Qeyd edək ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən, son illərdə həyata keçirilən irimiqyaslı layihələr hesabına beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılmasında ölkəmizin əhəmiyyətli rolu nəzərə alınmaqla gömrük işinin müasir səviyyədə təşkili, bu sahədə xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan Prezidentinin rəhbərliyi ilə gömrük sisteminin inkişafı istiqamətində həyata keçirilən islahatlar hesabına indi ölkəmizin gömrük xidmətində ən müasir texnologiyaların, qabaqcıl təcrübənin, elmi əsaslı layihələrin, rəqəmsal həllərin tətbiqi həyata keçirilir. Reallaşdırılan qabaqcıl texnoloji həllər gömrük əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, iqtisadi təhlükəsizliyin daha etibarlı təmin olunması ilə yanaşı, şəffaflığın artırılmasına, gömrük-biznes əməkdaşlığının qarşılıqlı etimad əsasında gücləndirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə əlavə imkanlar yaradıb.

 
 
 
Ardını oxu...
Ötən il Azərbaycanda maraqlı və innovativ hesab olunan, ən azı belə olacağına ümidlərin yarandığı müsabiqəyə start verildi. Söhbət “Usta Mənəm” müsabiqəsindən gedir.
İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi ilə “Holcim Azərbaycan” ASC tərəfindən təşkil olunan “Usta Mənəm!” müsabiqəsinin ideyası həqiqətən də müsbət perspektivlər vəd edirdi.

Birincisi, belə bir müsabiqə ölkədə peşə təhsilinə marağı gücləndirə bilərdi.

İkincisi, inşaat sahəsində peşəkarlığı artıracaq addım idi.

Üçüncüsü, ustaların öz işlərini təkmilləşdirməsi, belə desək, daha da ustalaşmasını stimullaşdıra biləcək layihə idi.
Ardını oxu...
Müsabiqə ötən il baş tutdu, nəticələr də elan olundu, qaliblər də mükafatlandırıldı. Ölkədə diqqət ən azı müsabiqə dövründə olsa belə, bu sahəyə cəlb olundu. Amma bütün gözləntilərin, bütün perspektivlərin ömrü cəmi bir il çəkdi. Ona görə yox ki, müsabiqə təxirə salınıb, yaxud ləğv edilib. Xeyr, hər şey əvvəlki kimi davam edir. Müsabiqə elan olundu, iştirakçılar yarışmaya qatıldı, artıq qaliblər də bəllidir. Məsələ ondadır ki, müsabiqədə hər şey sözün bütün mənalarında “əvvəlki” kimi qaldı. Belə ki, ötən ilin rayonlar üzrə finala yüksələn və qalib olan iştirakçıları bu il də müsabiqəni yenidən qazanıb.

Bir neçə nümunəyə diqqət edək.

1. Ötən il Sumqayıtda qalib olan usta Neymət Hüseyn bu il yenə qələbə qazanıb.
2. Ötən il Salyanda qalib gələn usta Ülfət Miriyev bu il yenə “qalib kürsüsü”nə çıxıb.
3. Bərdədə də eyni nəticə əldə olunub: ötən il qalib gələn usta Elçin Məmmədov bu il də seçilib.
4. İmişlidə usta Rauf İsayev ötən il də qalib gəlmişdi, bu il də.
Ardını oxu...
Müsabiqədə diqqətçəkən və şübhə oyandıran belə detallar var. İlk baxışda, bu normal görünə bilər, yəni eyni usta peşəkarlığına görə ötən il də qalib gəlib, bu il də. Amma bu birində olar, ikisində olar. Bu qədər bənzərlik, eynilik ən azından qəribə görünür və diqqəti müsabiqənin qeyri-obyektiv keçirilməsi üzərinə cəmləyir.

Necə olur ki, eyni ustalar eyni bölgədə iki ildir təxminən eyni nəticələrlə qalib gəlir? Yəni bu iki ildə fərqli ustalar ortaya çıxmadımı?
Ardını oxu...
Azərbaycanda inşaat sektorunun kifayət qədər inkişaf etdiyini və yetərincə peşəkar ustanın olduğunu nəzərə alsaq, iki ildir keçirilən “Usta Mənəm” müsabiqəsinin nəticələri yumşaq desək, mübahisəlidir. Görünür ki, “Holcim Azərbaycan” ASC müsabiqəni də sement kimi görür, hər şeyi qatıb-qarışdırıblar.
yenicag.az
 
 
 
Ardını oxu...
Kür və Araz – daşqınlarla, yoxsa korrupsiya ilə mübarizə?

Azərbaycanın həyat damarı sayılan Kür və Araz çayları təkcə su mənbəyi deyil, həm də potensial təbii fəlakət mənbəyidir. Bu çayların daşqınlarının qarşısını almaq üçün illərdir fəaliyyət göstərən Kür və Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin fəaliyyəti isə son dövrlər ciddi suallar doğurur.

İdarəyə 2006-cı ildən Elman Nuriyev rəhbərlik edir. Sakinlər, ekspertlər və mətbuat nümayəndələri arasında idarənin iş prinsipləri, şəffaflıq və maliyyə xərclərinə dair narahatlıqlar artır.

Rəqəmlər danışır – amma kimə xidmət edir?
İdarənin balansında 1 491 km uzunluğunda mühafizə bəndi var. Bunların 936 km-i Kür, 134 km-i Araz, 421 km-i isə dağ çayları və göllər boyunca yerləşir. Hər il dövlət büdcəsindən bu bəndlərin təmiri, möhkəmləndirilməsi və texniki nəzarəti üçün milyonlarla manat vəsait ayrılır.

Amma sual budur: bu pullar hara gedir?

Zaman-zaman Zərdab, Sabirabad, Neftçala, İmişli kimi rayonlarda daşqınlar baş verir. Yerli sakinlərin dediyinə görə, bəndlər ya vaxtında təmir edilmir, ya da təmir yalnız “kağız üzərində” olur. Bu isə dövlət büdcəsindən ayrılan vəsaitin təyinatı üzrə istifadə olunmadığını düşündürür.

İdarə ailə biznesinə çevrilib?

İddialara görə, Elman Nuriyevin idarəyə rəhbər gətirilməsində əsas rol onun xalası oğlu, ASC sədr müavini Zakir Quliyevə məxsus olub. Beləliklə, Kür və Araz çaylarında bəndlərə nəzarət edən strukturun idarəçiliyi ailədaxili əlaqələr əsasında formalaşıb.

Tenderlərdə qalib gələn şirkətlərin isə idarəyə yaxın şəxslərə məxsus olduğu bildirilir. Rəqiblərin iştirak etmədiyi və ya “məğlub” olmaq üçün formal qoşulduğu tenderlər bu şübhələri gücləndirir.

Nəticələr və cavabsız qalan suallar
Bəzi ekspertlərə görə, mövcud vəziyyət təkcə maliyyə yeyintisi ilə bağlı deyil – həm də təbii təhlükənin idarə olunmaması ilə əlaqədardır. Yəni bu idarənin fəaliyyəti təkcə pulun yox, həm də insan həyatı və əmlakının təhlükəsizliyi ilə birbaşa bağlıdır.

Sual:

İdarəyə ayrılan vəsaitin konkret hansı işlərə xərcləndiyi ictimaiyyətə niyə açıqlanmır?

Tenderlər hansı şirkətlərə və hansı şərtlərlə verilir?

Bəndlərin texniki baxış aktları niyə ictimaiyyətə təqdim edilmir?

Nəticə: Su çaylarla deyil, etimadla da axır...
Kür və Araz çaylarında bəndlərin qorunması və mühafizəsi ölkə üçün strateji əhəmiyyət daşıyır. Bu sahədə şəffaflıq, cavabdehlik və vətəndaşlara hesabatlılıq əsas prinsip olmalıdır. Əks halda, təkcə torpaqlar yox, etimad da daşqına məruz qalacaq.

Məqalədə qeyd olunan şəxslərin və qurumların mövqeyini öyrənmək üçün sorğu göndərmişik. Cavab aldıqda əlavə dərc ediləcək.

Gundeminfo.az
 

Dünyapress TV

Xəbər lenti