Ardını oxu...
Xəbər verildiyi kimi Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri dələduzluqda təqsirləndirilərək, barəsində hökm çıxarılıb.

Məlumata görə, söhbət Yasamal rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Samir Xanbala oğlu İsmiyevdən gedir.

Hakim Elçin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Samir İsmiyev 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub. İttihama görə, icra hakimiyyətinin şöbə müdiri başqa təqsirləndirilən şəxslə birgə 2021 və 2022-ci illərdə Balakən və Qəbələ rayon sakinlərini Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək vədləri verib. Onlar bu yolla həmin şəxlərdən ümumilikdə 28 min manat pul alaraq dələduzluq ediblər.

Məhkəmə qərarında təqsirləndirilən şəxsin adı şərti verilir?

Bizim.Media yayılan məhkəmə xəbəri ilə bağlı maraqlı nüansı ortaya çıxarıb. Belə ki, rəsmi xəbərdə dələduzluqda təqsirləndirilən icra hakimiyyətinin şöbə müdiri şərti ad və soyadla, yəni Qoşqar Babayev kimi təqdim olunub. Öz adı ilə verilməyib. Halbuki xəbərdə təqsirləndirilən şəxsin Yasamal rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinə rəhbərlik etdiyi yer alıb.

O zaman sual yaranır...

Təqsirləndirilən şəxsin adı niyə və hansı səbəbdən gizlədilir? Konkret vəzifə sahibi barəsində dələduzluq faktı məhkəmə qərarı ilə təsdiqlənibsə, ad niyə şərti verilir? Məqsəd şəxsin adının məxfi saxlanılmasıdırsa, xəbərdə Yasamal rayon İcra Hakimiyyətinin və sözügedən şöbənin adı niyə göstərilir?


Maraqlıdır, barəsində həbs qəti-imkan tədbiri seçilən Samir İsmiyev Yasamal rayon İcra Hakimiyyətindəki vəzifəsindən azad olunub?

Rəsmi şəxsin təzadlı açıqlaması...

Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə müraciət etdik. İnformasiya təminatı və təhlili sektorunun müdiri Ədalət Xəlilov Bizim.Media-ya açıqlamasında bunları deyib:

“Samir İsmiyev niyə vəzifəsindən çıxarılsın ki? Onun barəsində dələduzluq ittihamı yoxdur axı...Kimsə götürüb adını yazıb...Bizdə bu barədə məlumat yoxdur. Ümumiyyətlə mənim bu barədə məlumat vermək səlahiyyətim yoxdu. Texniki işçiyəm”, - deyə qurum rəsmisi qeyd edib.

Qanuni məsuliyyət yaradır...

Görünən odur ki, ya yayılan xəbərin məzmunu düzgün deyil və yalandır. Ya da vəzifədə olduğu üçün şəxsin adı bilərəkdən gizlədilir.

Belə olan təqdirdə şəxsin adı və ittihamı ilə bağlı xəbərin doğruluğu şübhə altındadır. Qeyd edək ki, bu hal şəxsin şərəf və ləyaqətinə zərər vurmaqla yanaşı, qanuni məsuliyyət də yarada bilər.

Şəxs bu cür əsassız ittihamlara qarşı hüquqi yolla məhkəməyə müraciət edə və təkzib tələb edə bilər.

Məlumat üçün bildirək ki, söhbət həqiqətən də Samir Xanbala oğlu İsmiyevdən gedirsə, o, hazırda Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətində fəaliyyət göstərir. O, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsini icra edir.

Samir İsmiyev Murovdağ silsiləsindəki Ömər yüksəkliyinin düşməndən azad edilməsində iştirak etmiş və hərbi rütbəsi polkovnik-leytenantdır.

Yazıda adıçəkilən şəxsin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Nizami məhkəməsinin hakimi Qumru Əliyevanın qanunvericiliyə dəyşiklik edərək, ona etiraz edən iddiaçı 1-ci dərəcəli Qarabağ əlilini yatağında 300 manat cərimə etməsi aktı məhkəmə hüquq sisteminin , dövlətin hüquqi, demokratik adına ləkədir. Nədən heç bir məcəllədə, heç bir normativ aktda hakimə elektron kabinetdən təkrar etiraza görə etiraz edən tərəfin (300) manat cərimə edilməsi yazılmayıb. Bu olsa-olsa, məhkəmələrin qeyri-prosessual məcəlləsində yazılsın.

Hələ ki, dövlətin ən yüksək qüvvəyə malik olan qanunu Konstitusiyadır və dövlətin baş qanununun tələbinə görə dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarını və azadlıqlarını , Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etməkdir. Dövlətin vətəndaşı, qazini, əlili məhkəməyə müraciət etdiyinə görə cərimə etməsi, onu özünə borclu etməsi absurd rüsvayçılıqdır.

Məhkəmənin baxdığı işlərdə özünü tərəf, iddiaçı kimi aparmasının yolverilməzliyi bir yana, bu yolverilməzliyin aktlaşdırılması Konstitusiyaya sayğısızlıqdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Xumar Mərdanova, Sabit Bəhrəmzadə, Vahid Sadıqovdan ibarət üçlüyünün kollegiyanın sədri Rafael Eyvazovun göstərişi ilə 1-ci dərəcəli Qarabağ əlilini Novruz bayramında məhkəməyə müraciət etdiyinə görə (?) xəstə yatağında 400 manat cərimə etməsi və cərimə qərarından qabaq iddiaçı kimi icra sənədi imzalamasına və ƏN-in Nizami icra məmuru Aslanov Əlihüseyn Zayralı oğlunun anında icraata başlamasına hələ ki Məhkəmə Hüquq Şurası susur. Nizami məhkəməsinin hakimi Qumru Əliyeva yuxarı həmkarlarının “vahid cərimə təcrübəsini” icra məmurunu Nərimanovdan seçməklə Qurban bayramı qabağı “borclu” yataq əlilini “sevindirib”. ƏN-in Nərimanov rayon icra şöbəsinin icra məmuru Qurbanova Sevinc Zahid qızı gecə ilə 1-ci dərəcəli Qarabağ əlilinə “sms”- lə icraata başladığını bildirib. İlgincdir, qəraı çıxaran Nizami məhkəməsi, iddiaçı “borclu”nun faktiki ünvanı Nizami rayonu olduğu halda, “icra sənədi” niyə Nərimanova verilib? Və icra məmuru Sevinc Qurbanova “İcra haqqında” qanunun 7-ci maddəsinə zidd olaraq bu saxta sənədi niyə icraatına qəbul edib və eldə deyildiyi kimi, səhərin gözü açılmamış Qarabağ qazisini könüllü “qurbanpulu” ödəməyə çağırıb?

Nizami məhkəməsinin (h. Qumru Əliyeva) verdiyi 03.06.2025-ci il tarixli icra vərəqəsinin “İcra haqqında” qanunun 7-ci maddəsinin tələblərinə zidd olmasını görməyə gözlük gərək deyil, tələbkarın adı DÖVLƏT yazılıb, hüquqi və faktiki ünvanı, VÖEN-i göstərilməyib. 1-ci dərəcəli iş üzrə iddiaçı Qarabağ qazisinin isə DÖVLƏT adlı şəxsə iddiası da olmayıb, borcu da. Belə anlaşılır ki, DÖVLƏT deyəndə Azərbaycan Respublikası DÖVLƏTİ nəzərdə tutulur. Konstitusiyanın 8-ci maddəsinə görə, Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir, DÖVLƏTİ təmsil edir, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Məhkəmə o qədər müstəqildir ki, DÖVLƏT himayəsində olan 1-ci dərəcəli Qarabağ əlilini DÖVLƏTƏ BORCLU edib.

Prezident ona 300 manat borcu olan Qarabağ əlilinin borcunu bağışlayarmı? Siz deyin, qazini bağışlamaq olarmı?

M. AĞSU - hurriyyet.az
 
 
 
Ardını oxu...
Azərbaycanda bir ata 2 azyaşlı övladı üçün təyin edilmiş cəmi 260 manatlıq alimenti ödəmədiyinə görə 1 il müddətinə azadlıqdan məhrum edilib. Amma sabiq səfir, keçmiş deputat Elmira Axundovanın yaxını, milyonlarla manat mənimsəməkdə ittiham olunan Elnur İbrahimov məhkəmə qərarını illərlə yerinə yetirmir, hətta qərarda adı keçməyən şəxs Həbib Axundova 55 min manat pul ödəyir və cəzasız qalır.

Əgər alimentə görə həbs mümkündürsə, 350 min manatlıq məhkəmə qərarını yerinə yetirməyənə qarşı niyə tədbir görülmür?

1993-cü il təvəllüdlü Təbriz adlı bir gənc ailəsindən ayrıldıqdan sonra iki uşağı üçün təyin olunmuş alimenti ödəmədiyinə görə 3-cü dəfə məhkəmə qarşısına çıxarılır. Əvvəllər inzibati məsuliyyətə cəlb olunub, bu dəfə isə 1 il müddətinə həbs cəzası alıb. Məhkəmə təyin olunmuş 260 manatlıq aylıq alimentin 7800 manata çatdığını, buna baxmayaraq Təbrizin illərlə bu öhdəliyə məhəl qoymadığını əsas kimi götürüb.

Təbriz məhkəmədə deyir ki, alimenti ödəyə bilmir: “Maddi imkanım yoxdur, amma çalışıb ödəyəcəm.”

Lakin uşaqlarının anası onun işlədiyini, sadəcə alkoqola və şəxsi ehtiyaclarına pul xərclədiyini deyir. Məhkəmə isə Təbrizin ödəmə qabiliyyətinin olmasını əsas tutub, onu azadlıqdan məhrum edib.

Bura qədər hər şey qanunidir, ədalətlidir.

Bəs Təbrizə qanunun sərt üzünü göstərən dövlət niyə Elnur İbrahimova qarşı bu dərəcədə loyaldır?

Əgər bir ata aliment ödəmədiyinə görə həbs olunursa, onda məhkəmə hökmü ilə zərərçəkmiş Fərman Məmmədova 350 min manat ödəməli olan Elnur İbrahimov 1 manat ödəmədən cavabdehlikdən necə yayına bilir?

Məhkəmə icraçılarının hərəkətsizliyinə niyə biganə yanaşılır?

Fərman Məmmədovun mülki iddiası üzrə icra sənədi Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə təqdim olunub. Amma 6 ildir yerinə yetirilmir. Əvəzində nə baş verir? Elnur İbrahimov 2023-cü ildə, artıq məhkum olduğu bir vaxtda sabiq deputat Elmira Axundovanın oğlu Həbib Axundova 55 min manat ödəyir. Bu ödənişin rəsmi hüquqi qərara əsaslanmadığı, daha çox gizli razılaşma çərçivəsində baş verdiyi iddia olunur. Deməli, Elnur İbrahimovda pul var imiş. Sadəcə kimə veriləcəyi seçilir.

Sabunçu rayon məhkəməsi icra məmurunun fəaliyyətsizliyini qanunsuz sayır, bu barədə 2024-cü ildə qərar verir. Amma yenə də nəticə yoxdur. İcra məmuru məhkəməyə çağırılır, gəlmir.

Zərərçəkmiş Fərman Məmmədovun hüquqları pozulur, heç kim reaksiya vermir. Bu ayrı-seçkiliyə məruz qalmanın arxasında kimlər dayanır?

Elmira Axundovanın “ağsaqqalım” adlandırdığı Ramiz Mehdiyevmi? Onun illər öncə verdiyi qanundan kənar göstərişi hələ də qanun sayan kimlərdir?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov məsələyə aydın hüquqi şərh verib. O, Musavat.com-a deyib ki, əgər bir şəxs bilərəkdən məhkəmə qərarını icra etmirsə, bu, Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə məsuliyyət yaradır:

“Əgər Elnur İbrahimov Həbib Axundova 55 min manat ödəyə bilirsə, deməli Fərman Məmmədova olan borcu da ödəyə bilərdi. Ödəməyibsə, məsələ artıq hüquqi deyil, sistem problemidir. Əgər Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə qərarları yerinə yetirilmirsə, bu halda qanunlar və ədalət sistemi kağız üzərində qalır. Əgər bir şəxs sistemin müəyyən simalarına qarşı öhdəliklərini yerinə yetirir, amma dövlətin qərarına məhəl qoymur, bu artıq hüquqi deyil, şəxsi münasibətlərin qanundan üstün tutulmasıdır”.

Natiq Ələsgərov deyib ki, Elnur İbrahimov barəsində Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi başlanmalıdır: “İcra məmuru barəsində xidməti yoxlama aparılmalı, intizam və hüquqi məsuliyyət tətbiq edilməlidir .Zərərçəkmişə dəymiş ziyan dövlət büdcəsi hesabına ödənilməli, sonra Elnur İbrahimovdan regress qaydasında alınmalıdır. Qanun hamı üçün olmalıdır. Elnur İbrahimova “gözün üstə qaşın var” deyilmirsə, onda Təbrizi niyə həbs ediblər?”

Musavat.com
Ardını oxu...
Aktivlərinə görə ölkədə fəaliyyət göstərən 22 bank arasında 20-ci sırda olan “AFB Bank” ASC-nin ötən il üçün işçilərə 642 min manat ödəyəcəyi açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, ötən il üçün “AFB Bank”ın DSMF ödənişləri isə 110 min manat olacaq.
Müqayisə üçün bildirək ki, əvvəlki illə müqayisədə işçilərə ödəniləcək vəsaitlər 2 dəfədən çox, DSMF ödənişləri isə 2 dəfəyə yaxın azalıb.
Belə ki, 2023-cü ilin maliyyə hesabatında işçilərə ödəniləcək vəsaitlər 1 milyon 361 min, DSMF önənişləri isə 219 min manat göstərilib.
Onu da qeyd edək ki, “AFB Bank”da işçilərə ödəniləcək vəsaitlər kəskin şəkildə azalsa da, Müşahidə Şurası və İdarə Heyətinin üzvlərinə ödənişlər artıb. Belə ki, Müşahidə Şurası və İdarə Heyətinin üzvlərinə ödənilən qısamüddətli müavinətlər 2023-cü ildə 700 min manat olduğu halda, 2024-cü ildə 43% artaraq 1 milyon 4 min manata yüksəlib.
 
 
 
Ardını oxu...
DogruXeber.az: - Son günlər Dövlət Miqrasiya Xidmətinin(DMX) yerli sahibkarları kütləvi şəkildə cərimələdiyinə dair məlumatlar və şikayətlər gəlməkdədir.

Belə müraciətlər redaksiyamıza da daxil olub.

Söhbət xüsusilə də kiçik sahibkarların – fiziki şəxslərin 3000 manatdan başlayan yüksək məbləğdə cərimələnməsindən gedir. MMC-lərdə bu məbləğ 15 min manatdan başlayır. Üstəlik, hər işçiyə görə də ayrılıqda 300-500 manat cərimə nəzərdə tutulur.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi olan şəxsləri işə götürən sahibkarların bir çoxu bunun üçün qanunla DMX-dən icazə almalı və rüsum ödəməli olduğunu, əks halda yüksək məbləğlərdə cərimələnəcəklərini bilmədikləri üçün bir növ Miqrasiya Xidməti ilə vergi orqanının birgə “tələsinə” düşürlər.

Belə ki, sahibkar Azərbaycanda yaşamaq icazəsi olan əcnəbi vətəndaşı (bunlar əsasən Gürcüstan vətəndaşı və icazə müddəti 5 ildən az olan, eləcə də Azərbaycan vətəndaşı ilə nikahı olmayan azərbaycanlılardır) vergi orqanının sistemində qanuni şəkildə elektron qeydiyyata qoyur, ona görə aylıq DSMF ödənişi edir. Bu zaman vergi orqanının elektron sistemi həmin sahibkara əcnəbi işçi ilə bağlı heç bir rədd cavabı vermir, sözügedən işçinin Miqrasiya Xidmətindən razılıq almalı və rüsum ödəməli olduğu barədə heç bir xəbərdarlıq etmir. Adi, kiçik sahibkar isə təbii ki, əksər hallarda hüquqşünas deyil və bütün qanunvericiliyi əzbər bilməyə bilər. Ona görə də işinə davam edir. Bundan istifadə edən DMX isə böyük ehtimalla vergi orqanının sistemi vasitəsilə həmin sahibkarları müəyyən edərək, onları minimum 3000-4000 manat məbləğində cərimələyir. Hansı ki, sahibkarın gerçək məqsədi qanunu pozmaq, rüsumdan yayınmaq və s. olsaydı, həmin işçini heç vergi orqanının elektron sistemində də qeydiyyata qoymazdı. Qeyd edək ki, sözügedən cərimələrin məbləği əcnəbi işçiyə görə ödənməli olan rüsumdan, fiziki şəxslərdə 3-5 dəfə, hüquqi şəxslərdə 15-20 dəfə çoxdur. Yəni, istənilən sahibkar rüsumu ödəməkdə maraqlıdır, nəinki cəriməni. Odur ki, heç bir sahibkar bilərəkdən bu pozuntuya yol verməz. Ancaq DMX bunu çox yaxşı bilə-bilə heç bir yerli sahibkarın "gözünün yaşına baxmır"...

Ardını oxu...

Yəni, DMX və vergi orqanı öz məlumat bazalarını inteqrasiya etmək, yaxud hansısa başqa bir şəkildə əcnəbi vətəndaşı qeydiyyata qoymaq istəyən yerli sahibkara xəbərdarlıq etmək, ya da DMX-nin icazəsi olmadan onun qeydiyyat müraciətlərini rədd etmək əvəzinə sahibkarın məlumatsızlığından istifadə edərək, böyük məbləğdə cərimələr yazır, “büdcə doldurur”.

DMX və vergi orqanı istəsəydi, bu halların qarşısını almaq üçün çoxdan öz elektron sistemində dəyişiklik edər, sahibkarı vaxtında məlumatlandırardı. Məlumatlara görə, artıq son bir neçə ayda 5 mindən artıq sahibkar bununla bağlı külli miqdarda cərimələnib. Hansı ki, dövlət orqanı ondan ötrüdür ki, belə hallarda vətəndaşı məlumatlandırsın, xəbərdarlıq etsin və sair. Ondan ötrü deyil ki, “tələ qurub” əlinə bəhanə düşən kimi sahibkarı cərimələsin.

Məsələn, məqsəd doğrudan da rüsum toplamaqdırsa, olmazmı ki, qanunu bilmədiyi üçün əcnəbi işçiyə görə icazə almayan və rüsum ödəməyən sahibkar əvvəlcə DMX tərəfindən məlumatlandırılsın, ona icazə və rüsum ödənişi üçün 3 gün-5 gün vaxt qoyulsun? Və yalnız bu müddətdə dövlət orqanının tələbini yerinə yetirmədiyi halda cərimələnsin.

Təbii ki, məqsəd doğrudan da bu sahədə qayda-qanun yaratmaq, büdcəyə qanuni rüsum ödənişini artırmaq olsaydı, DMX çoxdan vergi orqanı ilə birgə elə sistem yaradardılar ki, sahibkar bu cür acınacaqlı vəziyyətə düşməsin, vaxtında xəbərdar edilsin, rüsumunu ödəsin və öz işi ilə məşğul olsun. Görünür, məqsəd başqadır – zatən müxtəlif dövlət qurumlarının, yüksək vergilərin, yoxlamaların, inhisarçılığın və s. məngənəsində boğulan kiçik sahibkarı bir də bu yolla boğmaqla, cərimələməklə büdcə doldurmaq, sonra da rəhbərlik qarşısında təmtəraqlı raportlar verməkdir. ”Canı çıxan” isə yenə binəva kiçik sahibkardır…//Azpolitika
Ardını oxu...
Ajans.az-ın əldə etdiyi məlumata görə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Alayının Komandirinin 10-AO-111 dövlət nömrə nişanlı xidməti avtomobili velosiped zolağını zəbt edərək yolun hərəkət hissəsinin ikinci cərgəsində dayanıb.

Fotolardan da görünür ki, sürcü sükan arxasında olsa da avtomobili yaxın ətrafda park etmək istəməyib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Hər ay 70 milyon gəlir əldə edən bir şirkət regionlar üçün daha sərfəli internet qiyməti müəyyən edə bilməzdimi?
2024-cü ilin avqustunda bütün əsas provayderlər, dövlət və özəl provayderlər eyni anda internetin minimal qiymət həddini 25 manata qaldırdı.
Bu kollektiv qərar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "kartel sövdələşməsi" və "vətəndaşların seçim imkanlarının məhdudlaşdırılması" kimi qiymətləndirildi və araşdırma başladıldı.
Üstündən 9 ay keçib. Hələ də nəticə yoxdur.
Bu müddət ərzində isə internet bazarında əsaslı struktur dəyişiklikləri baş verib: Aztelekom RİNN tərkibindən çıxarılıb və AZCON Holdinqin tərkibinə qatılıb, bazardakı bütün dövlət provayderləri Aztelekom-un ətrafında birləşdirilib.
Nəticədə Aztelekom internet bazarının 60%-nə nəzarət edən, hər ay yalnız internet xidmətlərindən 70 milyon manatdan çox gəlir əldə edən bir nəhəng dövlət şirkətinə çevrilib.
AZCON tərkibində olan Aztelekom-un regionlar üçün yeni internet tarifləri müəyyən edəcəyi ilə bağlı fikirlər səslənsə də , hələlik bu istiqamətdə konkret addımlar yoxdur.
Ucdantutma hamı, tələbatı olan və olmayan, bizneslə məşğul olan olmayan, imkanı olan və olmayan hamı minimal 25 manat verməlidir.
Azercell-in də dövlətə məxsus olduğunu nəzərə alsaq, ölkədə internet bazarında dövlətin payı bəlkə də 80%-ə yaxınlaşıb.
Bəs bu təmərküzləşməyə ölkədə rəqabətə cavabdeh qurum nə deyir?
Rəqabətə nəzarət etməli olan, statusu daha da yüksələn qurum – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi – nə qiymət artımına, nə də bazarda yaranmış dominant mövqe ilə bağlı cəmiyyətə heç bir açıqlama verməyib.
İndi biz ölkənin telekom və internet bazarında formalaşan yeni mühiti necə dəyərləndirək, Antiinhisar buna nə deyir ?
Osman Gunduz
TEREF
 
 
 
Ardını oxu...
Bir neçə il əvvəl pambıq haqqında perspektivli sahə kimi danışılırdı. Ölkə az qala səfərbər olunmuşdu, otlaq sahələri belə, bu istiqamətə yönəldilmişdi. Guya pambıq sayəsində ölkəyə böyük pullar gələcəkdi. Amma zamanla nə qədər yanlış düşüncə olduğu üzə çıxdı. Pambıq cəlbedici ixrac məhsulu obrazını itirdi.
Bizimyol.info xəbər verir ki, bu il pambıq ixracından 61,6 milyon dollar gəlir əldə edilib. 2024-cü illə müqayisədə təxminən 17 milyon dollar azalma var. Daha əvvəlki illərə baxanda isə aşkar geriləmə müşahidə edilir. Məsələn, 2023-cü ildə pambıq mahlıcı ixracı ölkəyə 143,4 milyon dollar gətirmişdi. Elə 2022-ci ildə də göstərici indikindən yüksək olmuşdu.

İnsafən, bəzi sahələr özünü doğruldub. Qızıl ixracından gəlir üç dəfədən çox artıb. Pomidor ixracında müəyyən irəliləyiş var. Keçən illə müqayisədə karbamid və meşə fındığı da xaricə daha çox satılıb. Pambıq isə geriləməkdə davam edir.

Bəlkə, bunu əvvəllər də yazmışdıq, heyvandarlıq pambıqçılığa qurban verildi. Məhz pambıq siyasəti son illər ət qiymətlərini kəskin artırdı. 2017-ci ildə pambıq istehsalına dair dövlət proqramı qəbul ediləndən sonra örüş yerlərinə toy tutulmağa başlandı. Əkin sahələrinə bir-birinin ardınca pambıq təyinatı qoyuldu.

Pambıq istehsalına dair dövlət proqramının müddəti başa çatıb. Hiss olunur ki, rəsmi qurumlar da bu sahədən əlini üzüb. Əvvəldən hər hansı konsepsiya gözə dəymirdi. Hadisələrin belə axar alacağını proqnozlaşdırmaq çətin deyildi. Amma bir neçə il israrla bu istiqaməti prioritet sahə kimi fərqləndirdilər. Örüş yerlərinin başına oyun açıldı. Heyvandarlıq ağır zərbə aldı. İndi də həmin dövrün fəsadlarını yaşayırıq.

Ölkədə kənd təsərrüfatına lazımi diqqət ayrılsa, kəndliyə, fermerə şərait yaradılsa, su təsərrüfatında işlər qaydasına salınsa, iqtisadiyyat əməlli-başlı canlanar. Görüntü xatirinə hansısa sahəyə plansız, konsepsiyasız güc vermək yalnız zərər gətirər.
 
Ardını oxu...
Yeni tədris ilində orta ümumtəhsil məktəblərində böyük ixtisarların aparılacağı gündəmə gəlib. Məlumatda orta məktəblərdə fəaliyyət göstərən dərnəklərin, yeməkxanaların bağlanacağı bildirilir. Sözügdeən yeməkxanalardan ən çox faydalanan isə aztəminatlı ailələrin övladlarıdır.
Orta məktəblərdə dərnək və yeməkxanaların bağlanması aztəminatlı ailələrin uşaqları üçün hansı mənfi nəticələr yarada bilər?
Təhsil eksperti Kamran Əsədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, 2025-ci ilin sentyabrından etibarən Azərbaycanda ümumtəhsil məktəblərində ciddi struktur dəyişikliklərinin, xüsusilə də ixtisarların, dərnəklərin bağlanacağının, yeməkxana fəaliyyətinin dayandırılacağının gözlənilməsi, təhsil sistemində maliyyə, idarəetmə və strateji istiqamətlərinin köklü şəkildə yenidən qurulacağının göstəricisidir:
"Hazırda təhsil ictimaiyyətində yayılan bu məlumatlar dövlət büdcəsində təhsilə ayrılan vəsaitin optimallaşdırılması cəhdləri və eyni zamanda mövcud resursların "daha effektiv istifadəsi” adı altında struktur ixtisarlarının başlanması ilə bağlıdır. Məsələ yalnız texniki deyil, həm də sosial və pedaqoji nəticələrə səbəb olacaq dərin bir prosesin başlanğıcıdır. Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinə dair sənədlərində təhsilə ayrılan xərclər nominal olaraq artırılmış kimi görünsə də, bu artım əsasən müəllimlərin attestasiyası, yeni tədris planları və rəqəmsallaşma kimi texnoloji layihələrə yönəldilib. Lakin paralel şəkildə məktəbdənkənar fəaliyyətlər – dərnəklər, əlavə kurslar, incəsənət və idman dərnəkləri, eləcə də yeməkxana və psixoloji xidmət kimi dəstək strukturlarının saxlanılması üçün ayrılan xərclərin azaldılması və ya sıfırlanması müşahidə olunur. Bu isə struktur islahatı adı ilə ixtisarların həyata keçiriləcəyinə işarədir”.
Kamran Əsədov əlavə edib ki, ilk növbədə dərnəklərin bağlanması məktəbdə şagirdin yalnız akademik deyil, həm də yaradıcı və sosial inkişafına ciddi zərbə vuracaq:
"Mövcud vəziyyətdə dərnəklər – texniki yaradıcılıq, idman, musiqi, teatr və riyaziyyat dərnəkləri – az da olsa, məktəbdə şagirdin maraq dairəsini formalaşdıran yeganə platformadır. Bu dərnəklər vasitəsilə çox sayda uşaq məktəbdənkənar fəaliyyətdə iştirak edir və şəxsiyyət kimi formalaşır. Onların bağlanması ilə məktəb yalnız "imtahan nəticəsi verən fabrik”ə çevriləcək. Yeməkxanaların bağlanması xüsusilə aztəminatlı ailələrin uşaqları üçün mənfi sosial nəticələr doğuracaq. UNICEF və UNDP-nin 2023-cü ildə yaydığı birgə hesabatda göstərilir ki, Azərbaycanda məktəblilərin təxminən 27 faizi səhər yeməyini məktəbdə qəbul edir və bu onların gün ərzində əsas qida mənbəyidir. Yeməkxanaların bağlanması ilə uşaqların qidalanma səviyyəsi aşağı düşəcək, bu isə birbaşa fiziki və zehni inkişaflarına mənfi təsir göstərəcək. Bu addım sosial rifahı aşağı olan ailələri təhsildən uzaqlaşdıracaq və məktəbdən yayınma hallarını artıracaq”.
Kamran Əsədov hesab edir ki, ixtisarlar daha dərinə gedən bir problemin xəbərçisidir:
"Təhsil Nazirliyi artıq bəyan edib ki, ştat strukturunun optimallaşdırılması aparılır. Bu, ilk baxışda səmərəlilik məqsədi güdür. Lakin reallıqda məktəblərdə kitabxanaçılar, laborantlar, tədris köməkçiləri, texniki heyət, hətta bəzi hallarda psixoloq və tərbiyəçilər ixtisar ediləcək. Bu, məktəbin təkcə idarəetmə gücünü deyil, təhsilin sosial yönünü də zəiflədəcək. Məsələn, məktəb psixoloqu ştatının ixtisarı artıq 2023-cü ildən başlanmışdı. 2025-də bu prosesin daha da dərinləşməsi gözlənilir. Dünya təcrübəsində təhsil sistemində maliyyə qənaətinə gedilərkən, əsas strukturun deyil, əlavə bürokratik və inzibati xərclərin ixtisar olunması prioritet sayılır. Məsələn, Estoniya və Finlandiyada məktəb dərnəkləri və məktəbdaxili yeməkxanalar dövlət tərəfindən mütləq maliyyələşdirilir və sosial təminat kimi qorunur. Hətta pandemiya dövründə belə bu sahələrdə ixtisar aparılmadı. Əksinə, ABŞ və Birləşmiş Krallıq kimi bəzi ölkələrdə 2008 maliyyə böhranından sonra məktəblərdə texniki və dəstək heyətinin ixtisarı təhsildə keyfiyyətin azalmasına səbəb olmuşdu. Bu təcrübə sonradan tənqid olundu və yenidən büdcə planlamasında sosial dəstək proqramlarına üstünlük verilməyə başlandı”.
Ekspert bildirib ki, əgər Azərbaycanda bu ixtisarlar həyata keçirilərsə, təhsildə bir neçə ciddi fəsad yaranacaq:
"Birincisi, məktəb yalnız dərs verilən məkana çevriləcək və tərbiyəvi, sosial inkişaf və maraq sahələri tamamilə sıradan çıxacaq. İkincisi, sosial cəhətdən zəif təbəqələrə mənsub uşaqlar məktəbdən uzaqlaşacaq, bu isə təhsildə bərabərsizliyi artıracaq. Üçüncüsü, müəllim heyətinin əlavə iş imkanları itəcək və pedaqoji motivasiya zəifləyəcək. Nəhayət, təhsil müəssisəsi yalnız normativ plan əsasında fəaliyyət göstərən rəsmi idarəyə çevriləcək ki, bu da təhsilin ruhuna ziddir. Dəyişikliklərin səbəbləri kimi büdcə qənaəti, struktur islahatı və rəqəmsal transformasiya göstərilsə də, bu dəyişikliklər sistemli əsaslandırılmadan həyata keçirilərsə, uzunmüddətli mənfi nəticələr qaçılmaz olacaq. Hazırda ən böyük risk məktəbin sosial institut olaraq funksiyasının sıradan çıxarılmasıdır. Belə olarsa, təhsil sistemi təhsilvermə yox, sadəcə qiymətləndirmə və imtahan mərkəzinə çevriləcək”.
Sonda ekspert vurğulayıb ki, bu kontekstdə ciddi islahatların alternativi daha məqsədəuyğun olar:
"Təhsildə ixtisar yox, yenidən strukturlaşma, ixtisaslaşma, dəyərlərin qorunması və resursların daha ağıllı bölüşdürülməsi aparılmalıdır. Əks halda 2025-ci ilin sentyabrından etibarən təhsildə keyfiyyət və bərabərlik ciddi təhlükə altına düşəcək”.
 
Ardını oxu...
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsinə əsasən “Zeytun Pharmaceuticals” MMC-yə dərman vasitəsi Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha satılması ilə bağlı protokolu tərtib edilib.

"DogruXeber.az" bildirir ki, bu barədə Tribunainfo.az -a Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, “Zeytun Pharmaceuticals” İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsini pozub.

Xatırladaq ki, qanunvericiliyə əsasən həmin pozuntuya görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Dünyapress TV

Xəbər lenti