Ardını oxu...
İllərdir elektronika mağazalarının vətəndaşlara qarşı etdiyi fırıldaqlar adi hal alıb. Son dövrlər isə şikayətlər durmadan artır. Alınan məhsulun xarab çıxmasından tutmuş, işlənmiş məhsulun “yeni” adı ilə satılması, kredit fırıldaqları “Kontakt Home”, “Baku Electronics”, “İrşad Electronics”, “Soliton”, “World Telecom”, “Myshops” və s. bütün şirkətlərdə adi hala çevrilib. Bütün bunların səbəbi var...

Azərbaycanda elektronika mağazalar şəbəkələrinin üzərinə, bütün dünyada olduğu kimi, rəsmi zəmanət öhdəliyi qoyulmur. Bildiyiniz kimi, istər məişət əşyası, istər də mobil telefon, planşet, kompyüter aldıqda markasından asılı olaraq məhsula minimum 1 il, bəzi markalara 2 il, 3 il, 5 il zəmanət verilir. Çox müştərinin məlumatı yoxdur, lakin zəmanət 3 cür olur:

- Rəsmi zəmanət (istehsalçı tərəfindən verilən rəsmi zəmanət);

- Mağaza zəmanəti (məhsulu satan elektronika şirkəti tərəfindən verilən zəmanət);

- Servis zəmanəti( mobil telefon, kompyüter, məişət əşyasının təmiri ilə məşğul olan servis şirkətinin verdiyi zəmanət).

Məhsul alarkən yalnız rəsmi zəmanətli məhsul alın. Rəsmi zəmanət o deməkdir ki, istehsalçı özü öz satdığı məhsula rəsmi zəmanət verir. Məsələn, tutaq ki, siz “LG” brendinə məxsus paltaryuyan alırsız. Rəsmi zəmanət o deməkdir ki, “LG” şirkəti sizə satdığı məhsula görə özü zəmanət verir. Belə olan halda təbii ki, məhsulda texniki problem çıxma ehtimalı çox azdır. Texniki problem çıxsa belə, brend müştəri məmnuniyyəti üçün məhsulu yenisi ilə əvəz edir.

Bizdə elektronika şirkəti 60-dan çox brendin məhsulunu satırsa, onun 10-15-nə rəsmi distribütoru olan brendlərə rəsmi zəmanət verir, qalan brendlərə isə adi mağaza və servis zəmanəti verir ki, əslində, bütün problemlərin kökündə məhz bu məqam dayanır. Halbuki bütün dünyada hökümət elektronika mağazaları şəbəkələrinin üzərinə rəsmi zəmanət tələbi qoyur. Yəni elektronika mağazaları şəbəkələri məhsulu yalnız rəsmi zəmanətlə sata bilər.

İstehlakçı Hüquqlarının yüksək səviyyədə qorunduğu ölkələrdə məhsulda aylar, hətta 1 ildən 5 ilə qədər bəzi brendlərdə 10 ilə, 15 ilə, 20 ilə qədər müddət ərzində, mühərrik başda olmaqla hər hansısa bir texniki problem olarsa, yəni məhsul xarab olarsa dərhal yenisi ilə əvəz olunur. Aldığınız paltaryuyan, soyuducu, qabyuyan və s. məişət əşyasının üzərinə baxsanız, görərsiniz ki, mühərrikə, brenddən asılı olaraq, 10 il, 15 il, 20 il zəmanət verildiyi yazılır. Bizdə isə məhsul alınan günün sabahı məhsulda problem çıxarsa, nəinki məhsulu qaytarmaq və yenisi ilə əvəz etmək, ümumiyyətlə elektronika şirkəti şikayətlə maraqlanmır. Yalnız müştəri şikayət etdikdən sonra ən "yaxşı" halda servisdə məhsulu təmir edirlər.

Bir çox brendin ölkədə rəsmi satışı və servisi olmadığı halda illərdir həmin brendlərin məhsulları elektronika şirkətləri tərəfindən satılır. Yəni məhsulun hardan gətirildiyi məlum deyil.

Bu sahədə əvvəllər işlədiyim üçün deyə bilərəm ki, müştəridən qayıdan məhsul, vitrində mağazada xarab olub servisə göndərilib təmir olunmuş məhsul, qüsuru olan məhsul müştəriyə yeni adı ilə satılır. Üstəlik, bu cür məhsulların satılması üçün elektronika şirkətlərinin baş ofisi, satış müdiri mağaza müdirlərinə, satış məsləhətçilərinə təzyiq göstərirlər ki, bu cür məhsulları satıb aradan çıxartsınlar.

Ona görə, heç vaxt vitrində olan məhsulu almayın. İri məişət texnikası alırsınızsa, mütləq məhsulun anbardan göndərilməsini tələb edin. Diqqətli olun, vitrin məhsulu da qutuya qoyulub, anbardan gəlmiş məhsul kimi göndərilə bilər.

Xırda məişət texnikası və mobil telefon alırsınızsa, mütləq bağlı qutu alın, yəni gözünüzün qabağında açılsın, üstəlik alan zaman məhsulun işləməsini yoxlayın. Mobil telefonlarda xüsusilə ehtiyyatlı olun, müştəridən qayıdan telefon format olunub qutuya elə şəkildə qoyulur ki, guya yenidir, müştəri heç nədən şübhələnmir. Belə məhsulda problemi görüb geri qaytarmaq və ya yenisi ilə əvəz etmək istəsəniz, telefonu servisə göndərib üzərinə cızıq atıb telefonu guya bir günün içində cızmısız deyib nə yenisi ilə əvəzləyib, nə də geri qaytarmayacaqlar. Bir də məhsulu yenisi ilə əvəzləyib və ya geri qaytarmamaq üçün servis guya “telefon əldən düşüb”, “xaricdən zərbə alıb” “rəy”i verəcək.

Elektronika şirkətlərinin Bürünc zəmanət, Gümüş zəmanət, Qızıl Zəmanət kimi absurd oyunları da var. Bunlar müştəridən əlavə pul qazanmaqdan başqa bir şey deyil. Yəni Qızıl Zəmanətli məhsulu da onsuz da yenisi ilə əvəz edib, nə də geri qaytarmayacaqlar. Bunu sadəcə əlavə pul qazanmaq üçün elektronika şirkətləri özləri fikirləşib. Bir də, bildiyiniz kimi, satış məsləhətçiləri bonus sistemi ilə çalışırlar, yəni hansı brend öz məhsulunu satmaq üçün satış məsləhətçisinə daha çox bonus verirsə, satış məsləhətçiləri o brendin məhsulunu satırlar. Ona görə də məhsul alarkən heç vaxt satış məsləhətçilərindən məsləhət almayın.

Təəssüf ki, nəinki elektronika sahəsində, ümumiyyətlə bizdə istehlakçılar çox məlumatsızdırlar və boykot mədəniyyəti yoxdur. Yəni aldığınız məhsul haqqında araşdırma aparın, hansı elektronika şirkətindən ən çox şikayət gəlirsə, o şirkətdən heç nə almayın. Halbuki, həm şikayət edib, həm də o şirkətdən məhsul alırsınız.

Bir də elektronika mağazalar şəbəkəsinin özünün Çində yığdırdığı, üzərinə müxtəlif adlar qoyduğu məhsullardan uzaq durun. Məsələn, “Kontakt Home”-un “Hoffman”, “Soliton” şirkətinin “Riffe”l adı altında satdığı məhsullar var ki, belə bir brendlər dünyada mövcud deyil, bunlar elektronika şirkətlərinin şəxsi markalarıdır. Bütün elektronika şirkətlərində bu cür məhsullar var. Bizdə bu sahədə o dərəcədə boşluqdur ki, təəssüf ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Palatası belə elektronika şirkətləri ilə bacara bilmir. Qurum “İrşad Electronics”-lə bu gün də məhkəmə çəkişməsindədir.

Ümid edirəm ki, bizdə də, bütün dünyada olduğu kimi, elektronika şirkətlərinin üzərinə rəsmi zəmanət tələbi qoyular.

İlkin MƏMMƏDKƏRİMOV
 
Ardını oxu...
"Azad qadın" saytının rəhbəri Aynur Qurbanqızı "MediStyle Hospital"ın psixoterapevti Azər Bağırovu ittiham edib.

O bu barədə sosial media hesabında yazıb.

A.Qurbanqızı bildirib ki, həkimin qəbulu 140 AZN olan Azər Bağırov pasiyentinə kobud davranıb.

"Qızımda psixosomatika var deyə stressə düşəndə ürəkbulanma, qusma halları olur. Qızımı bu həkimin qəbuluna aparmışıq. Və 3 dəfə qəbulda olub, hər dəfə də 140 AZN, üstəlik həyat yoldaşı da psixoloqdur və onun da yanına dəfələrlə yönləndirib, onun da qiyməti 80-100 AZN təşkil edir. Sanki, şəbəkə qrup ancaq pul yığmaq üçün... Nə isə, problem pul deyil, pulu ona görə vurğuladım ki, görəsəniz ki, 140 AZN-ə bu həkimin qəbulu nədən ibarətdir.

Dərmanları bitən qızım ötən həftə təkrar bunun qəbuluna gedib. Cəmi 15 dəqiqə zaman ayırıb və bu dəqiqələr içində də qızımı incidərək ağır, kobud sözlər deyib.

Yəni bu “həkim” necə psixoterapevtdir ki, qəbul etdiyi həssas xəstəyə belə münasibət göstərir? Dərmanlar bitib və qızım da əlavə qəbula gedəndən sonra almaq istəyib. Bəlkə başqa dərman yazacaq... Üstəlik də aylardır təsiri olmayıb, yenə qusmalar tutma şəkilində olur.

Və buna həkimin cavabları məhz belə olub: Qusursan? Nə olsun ki? Qusanda da qusacaqsan da. Sən nə gözləyirsən? Uğur? Mən sənə dərman yazıram, vəssalam. İçib içməməyin məni maraqlandırmır. Mən sənin anan deyiləm, atan deyiləm ki, sənə can yandırım. Aramızda heç bir duyğusal bağ yoxdur. Sənə dərman da yazmaram, amma daha pul verib gəlmisən yazıram. Və bu cür kobudcasına cavablar...

Bir psixoterapevt stressə görə müalicəyə gələn həssas gənc qıza necə belə kobud davrana bilər?! Bu nə sözlərdir deyir? Axı, qarşındakı məhz duyğusal stress pozğunluğuna görə sənin yanına müalicəyə gəlir. İkincisi, biz 140 azn pulu qəbula nə üçün ödəyirik? Həkimin borcu xəstəsinə elə məhz can yandırmaqdır ki, şəfa olsun. Sən aylardır müalicə alan pasiyentinə sağalmasına heç bir ümid vermirsənsə, laqeyd münasibət göstərirsənsə bunun adı nədir?!",- A.Qurbanqızı bildirib.

Psixoterapevt Azər Bağırov məsələ ilə bağlı Teleqraf-a açıqlamasında bildirib ki, haqqında olan paylaşımdan ona ünvanladığımız suallar əsasında xəbər tutub.

Onun sözlərinə görə, bir çox psixiatr xəstəlikləri ilə bağlı müraciətlər edilir və psixosomatika da onlardan biridir:

"Ümumiyyətlə, mənim seanslarımın müddəti stabildir. Müalicə və terapiya seansları bir-birindən fərqlidir. Müalicə seansları yarım saat, terapiya seansları isə 40-50 dəqiqə olur. Xəstələrə yarım saatdan çox vaxt ayırdığım üçün digər xəstələr də gözləməli olurlar. Bəzən belə gecikmələr ola bilir. Yəqin xanım onu nəzərdə tutub. Amma özü daha çox vaxt istəyir".

A.Bağırov tamamilə protokollara uyğun çalışdığını bildirib.

"Xəstələrə diaqnoz qoyuram və 18 yaşdan aşağı şəxslərin valideynləri ilə görüşüb diaqnoz haqqında bildirirəm, ona fərqli ümidlər vermirəm. Mütləq şəkildə də kontrol müayinəsinə gələnə qədər dərman müalicəsini axsatmamağı bildirirəm. Həkim qəbulunda gözləmək insanları narahat edir. Həkim hər bir xəstəyə individual yanaşdığı üçün bəzən müddəti öncədən tənzimləmək mümkün olmur. Deyəcəyim başqa bir şey yoxdur, çünki xəstənin nə vaxt gəldiyini, problem yaşadığım bir hadisəni xatırlamıram. Mənim hər hansı görüşmədə kobud rəftarım mümkün deyil. Qulaqdan qulağa isə məlumat çox yetərsiz çatdırılır. Pasiyent onun qızı olub və o, anasına nələrsə danışıb. Bəzən xəstəliklə bağlı gedişatı xəstəyə dedikdə onu qəbul etməyə hazır olmaya bilir. İstəmədiyi bir şey olduqda özündən asılı olmadan isterik tutma yəni ağlama, qışqırma, özündəngetmə halları olur. Adı qəribə olduğundan buna xalq arasında fərqli reaksiyalar ola bilir və xəstə, ailəsi bunu qəbullanmaqda çətinlik çəkə bilər. Bunun xaricində başqa bir şeyin olması mümkün deyil", - o əlavə edib.

A.Bağırov paylaşımla bağlı çaşqınlıq vəziyyətində olduğunu deyib:

"Etibarımı zədələyən, təhqiramiz bir paylaşım etdiyi üçün də hüquqi müstəvidə görüşəcəm".(Teleqraf)
 
Ardını oxu...
Bakı Sağlamlıq Mərkəzinin növəti ilin iyun ayına qədər laboratoriya tibbi sərf mallarının satınalınması ilə bağlı elan etdiyi tenderin qalibi növbəti dəfə “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti olub.

Teleqraf xəbər verir ki, bunun üçün “Azəri Med”-ə 1 milyon 190 min 727 manat ödənib.

Qeyd edək ki, ötən ilin sentyabrında imzalanan müqaviləyə əsasən Bakı Sağlamlıq Mərkəzi hazırda da tibbi sərf mallarını “Azəri Med”dən alır. Bu müqavilənin dəyəri isə 8 milyon 600 min 332 manatdır. 2022-ci ildə eyni məqsədli müqavilə 9 milyon 791 min 230 manat təşkil edib.

Araşdırmalarımız göstərir ki, "Azəri Med" ilin əvvəlindən ayrı-ayrı dövlət müəssisələri ilə 22 satınalma müqaviləsi bağlayıb.

Belə ki, Milli Onkologiya Məkəzi 2025-ci il üzrə tibbi sərf mallarını “Azəri Med”dən alacaq. Mərkəz bunun üçün "Azəri Med”-ə 2 milyon 96 min 929 manat ödəyib. Xatırladaq ki, ötən il sözügedən müəssisələr arasında iki tender üzrə ümumi maliyyə dəyəri 7 milyon 119 min 243 manatlıq müqavilə bağlanmışdı.

“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” bu ilin mayında “Azəri Med” ilə imzaladığı müqaviləyə əsasən, 2026-cı ilin eyni dövrünə qədət “Naxçıvan Muxtar Respublika Xəstəxanası” PHŞ üçün dərman və sarğı ləvazimatları satın alacaq. Bunun üçün “Azəri Med”ə 1 milyon 127 min 419 manat ödənilib.

Daha bir müqavilə Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası ilə bağlanılıb. Klinika 2025-ci ilin mayından növbəti ilin müvafiq dövrünə qədər "Azəri Med" dən dərman preparatları alacaq. Bu müqavilənin də dəyəri 1 milyon 189 min 814 manatdır.

“Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidməti” publik hüquqi şəxs regionlarda yerləşən 32 ədəd təcili tibbi yardım geolokasiyalarının təchizatının gücləndirilməsinə dair malların alınması üçün "Azəri Med" ilə 1 miylon 760 min 350 manat dəyərində müqavilə bağlayıb.Xidmətin QSC ilə daha bir müqaviləsi isə köhnə təcili tibbi yardım avtomobillərinin təchizatının yenilənməsinə dair tibbi cihaz və avadanlılqların alinması ilə bağlıdır. Bu müqavilənin dəyəri 980 min manatdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Azəri Med” QSC 2 iyul 2004-cü ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.

“Azəri Med”ə qarşı müxtəlif illərdə vergi öhdəlikləri üzrə vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etmədiyinə görə, maliyyə sanksiyaları tətbiq edilib.

Onu da əlavə edək ki, “Azəri Med” QSC 10 manatlıq nizamnamə kapitalı ilə MMC kimi yaradılıb. 2020-ci ilə qədər 10 manat nizamnamə kapitalı ilə fəaliyyət göstərib. Həmin il QSC-nin nizamnamə kapitalı 1020 manata, bir iki ay sonra isə 10 min manata yüksəlib. Yeri gəlmişkən, bu tarixdən başlayaraq, “Azəri Med” milyonluq dövlət tenderlərinin qalibi statusuna yüksəlib.

“Azəri Med” ölkə ərazisində 250-yə yaxın aptekə sahibdir. Şirkətin açıqlamasına görə, "Roche Diagnostics", "Pfizer Export B.V", "Novartis Pharma Services AG", 2Medtronic Trading NL B.V", "Sanofi-Aventis SPA", "Nature’s Bounty" və başqa dünyada tanınan istehsalçılar ilə əməkdaşlıq edir.

Maraqlıdır ki, bu qədər böyük dövriyyəyə sahib, eləcə də milyonluq tenderlərin qalibi olan şirkətin maliyyə, audit hesabatları yoxdur. QSC-nin rəsmi internet səhfəsində sadəcə şirkətin nə işlə məşğul olduğu, "uğur videoları" yer alıb.
Ardını oxu...
"Gördüyünüz, əlində mikrafon saxlayan şəxs Ilkin Ismayilovdur. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorudur... İşi-gücü ancaq Gəncədə səhiyyə adına bazarkomluq etməkdir".
"DİA-AZ" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yer alan müraciətdə deyilir və aşağıdakı foto təqdim olunur:
Ardını oxu...
Müraciətdə daha sonra bildirilir: "İlkin İsmayılov aşkar şəkildə Gəncə Şəhər Birləşmiş Xəstəxanasını özəlləşdirib.
Xəstəxanada nizim-intizam yox vəziyyətindədir. Səliqə-səhmandan isə ümumiyyətlə, danışmaq lazım deyil.
Rüşvətdə ayaq açıb yeriyir... "Perinatal doğum şöbəsində həkimlər çox qudurub, hər addımbaşı pul istəyirlər. Pulun yoxdursa, xidmət də yoxdur...
Bu qədər harınlamaq, qudurmaq olmaz axı... Özünüzü bu millətə az söydürün..."
 
Ardını oxu...
"Ekspertlərlə keçirilən müzakirələrdən sonra nəhayət ki, Dövlət İmtahan Mərkəzi bəzi sualların səhv tərtib olunduğunu etiraf etdi. Bu, bir tərəfdən gec də olsa doğrunun qəbul edilməsi baxımından müsbət haldır. Amma digər tərəfdən, bu hadisə DİM-in imicinə daha bir zərbə vurdu".

Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Məzahir Məmmədli deyib.

Onun fikrincə, minlərlə abituriyentin taleyini müəyyən edən bir imtahanda bu cür ciddi səhvlərin olması nəinki peşəkarlıq, heç vicdan baxımından da izah oluna bilməz:

"Cəmiyyətin, medianın, sosial şəbəkə fəallarının təzyiqi olmasaydı, görəsən bu səhvlər etiraf olunacaqdımı?

Bu hadisə göstərdi ki, indiki sistem etibarsızdır. Abituriyentlər artıq imtahanlara yox, öz güclərinə yox, DİM-in səhv etməyəcəyinə dua edirlər. Bu isə gələcəyimizi etibar etdiyimiz təhsil sisteminin etimad böhranı yaşadığını sübut edir".

M.Məmmədli hesab edir ki, yeni bir modelə ehtiyac var.

"İmtahan sisteminə köklü islahatlar, şəffaflıq və ictimai nəzarət vacibdir. Texniki və elmi əsaslandırmaya söykənən, eyni zamanda insan faktorunu nəzərə alan bir sistem qurulmalıdır. Çünki bu sadəcə imtahan deyil, minlərlə gəncin gələcəyidir!", - deyə o vurğulayıb.

Xatırladaq ki, ötən gün Məleykə Abbaszadənin iştirakı ilə Dövlət İmtahan Mərkəzində II və III ixtisas qrupları üzrə mayın 25-də keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının müzakirəsi ilə bağlı Mərkəzin ekspertləri və tarix fənnini tədris edən bir qrup müəllimlə görüş keçirilib. Daha sonra DİM tarix fənnindən suallardan birinin səhv tərtib olunduğu etiraf edilib.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Goranboyda qəza olub. Bakı şəhər sakini 2014-cü il təvəllüdlü Z.Bayramova Goranboy Rayon Mərkəzi Xəstəxanasının həkimi Kəmalə Abdullayevanın idarə etdiyi “Nissan” markalı minik avtomobili tərəfindən vurulub.
Ajans.az-ın əldə etdiyi təhlükəsizlik kamerası görüntülərində qəza hadisəsi anbaan əks olunub.

Ətraflı videoda:
Ardını oxu...
Xırdalan şəhər 2 saylı tam orta məktəbin Riyaziyyat müəllimi Vəfa Həziyeva pedaqoq adına yaraşmayan hərəkətləri ilə "Burada mənəm, Bağdadda kor xəlifə" məsəlini sözün həqiqi mənasında həm həyatına, həm də iş fəaliyyətinə tətbiq edib.

Əldə etdiyimiz məlumatalara görə, Vəfa Həziyeva müəllim fəaliyyətindən başqa pedaqoq adına yaraşmayan digər əməllərlə məşğuldur.
Belə ki, o, işlədiyi məktəb rəhbərliyini, hətta Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbər şəxslərini belə şərləməkdən, onlara qarşı aqresiya püskürməkdən, həqiqətə uyğun olmayan şayiələr səsləndirməkdən çəkinmir.
İş o yerə çatıb ki, hətta Ali Məhkəməyə qədər uzanan çəkişmələr Vəfa Həziyevanın məğlubiyyəti ilə nəticələnib. Üstəlik, Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyi başdan-ayağa kimi böhtan danışan Vəfa Həziyevaya Elm və Təhsil Naziri Emin Əmrullayevin qəbuluna düşməyə şərait yaradıb. Burada belə bir sual doğur: "Əgər Regional İdarənin rəhbərliyinin hansısa narahatlıq doğuran bir əməli olsaydı, bu zaman Vəfa Həziyevanın nazirlə görüşünə niyə şərait yaradılırdı? Təbii ki, məntiqlə müəllim adına yaraşmayan, peşə kodeksinə sığmayan vulqar ifadələrə, eləcə də şər-böhtana yol verən Vəfa Həziyevaya bu şərait yaradılmamalı idi. Ancaq idarə rəhbərliyi alnı açıq, üzü ağ olduğu və heç nədən çəkinmədiyi üçün bu şəraiti yaradıb. Hətta Elm və Təhsil naziri Emin Əmrullayev Vəfa Həziyevaya söz verib ki, səsləndirdikləri iddiaları sübuta yetirsə, o zaman həm Xırdalan 2 saylı məktəbin, həm də Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyi haqda qanunamüvafiq ölçü götürəcək. Ancaq təbii ki, şər və böhtandan başqa əlində heç nə olmayan Vəfa Həziyeva dediklərini sübuta yetirə bilməyib.
Bundan başqa, Vəfa Həziyeva müəllim adına yaraşmayan qeyri-etik və vulqar ifadələr işlətməklə məşğuldur. Görünür, onun dili artıq bu kimi ifadələrə öyrəşib. Belə bir şəxsin müəllim işləməyi isə heç bir məntiqə sığmır. Vəfa Həziyeva bu cür "leksikonla" öz şagirdlərinə, gələcəyin ziyalılarına hansı təlim-tərbiyəni verə bilər? Onun dərs dediyi şagirdlər gəlcək ziyalı kimi necə yetişə bilər? Təbii ki, şər-böhtan atan, xanıma və ən əsası müəllimə yaraşmayan vulqar ifadələr işlədən bir insandan şagirdlər yaxşı heç nə öyrənə bilməzlər. Necə deyərlər, "yalan ayaq tutar, amma yeriməz". Vəfa Həziyevanın yalanları da təmiz insanlara yapışmayıb və həqiqət öz yerini tutub.(TəhsilMedia.az)

Video:

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
AzTimes.az- ın əldə etdiyi məlumata görə Əmək Müfəttişliyi Aynur Camalqızını Əmək Məcəlləsinin 62-ci maddəsinin, 2-ci hissəsinin a bəndi və 108-ci maddə ilə cərimələyib. Buna səbəb Camalqızının Dəryanur Cəfərovanı Teleqraf agentliyinin Türkiyə müxbiri kimi işə götürməsi , bir müddət sonra isə anidən əməkdaşlığı dayandırması olub. Məsələ ilə bağlı Dəryanur Cəfərova AzTimes.az-a danışıb.-Mən, Teleqraf Agentliyinin Türkiyə üzrə müxbiri kimi çalışmaq məqsədilə 2024-cü il 12 dekabr tarixində əmək müqaviləsi imzalamışam. İş razılaşmamıza əsasən, xüsusi günlərdə və xüsusi mövzular üzrə xəbərlər hazırlayıb agentliyə təqdim etməli idim. Bu əmək müqabilində mənə aylıq 1000 manat əməkhaqqı ödəniləcəyi və gələcəkdə maaş artımı olacağı vəd edilmişdi.Lakin 2025-ci il fevral ayının sonunda mənə əməkdaşlığın dayandırıldığı bildirildi. Bu barədə məlumatı gecə saat 22:00 radələrində agentliyin direktoru İmdad Əlizadə şəxsən verdi.
Ardını oxu...
Ardını oxu...
Əməkdaşlığın dayandırılmasına səbəb kimi xəbər sayının az olması göstərildi. Maaş məsələsinə gəldikdə isə, mənə heç bir ödəniş edilməyəcəyi bildirildi.Bir ay ərzində etdiyim müraciətlər, zənglər və yazışmalardan sonra agentliyin rəhbəri Aynur Camalqızı mənə “hara istəyirsən, şikayət et” cavabını verdi.Bu məsələ ilə bağlı etdiyim şikayət əsasında Əmək Müfəttişliyi tərəfindən protokol tərtib olunub və agentlik Əmək Məcəlləsinin iki maddəsi üzrə cərimələnib. Lakin Müfəttişliyin araşdırması əhatəli olmayıb. Çünki Aynur Camalqızı tələb olunan sənədləri təqdim etməkdən imtina edib. Ancaq, müraciətim əsasında maaş kartının olmaması, əmək müqaviləsində maaş məbləğinin az göstərilməsi, öz ərizəm olmadan qanunsuz işimə xitam verilməsi, vergidən yayınma halları ilə bağlı məsələ məhkəmə qaydasında araşdırılacaq. Əldə olan səs yazıları, yazışmalar və Əmək Müfəttişliyi qərarı vəkilim vasitəsilə məhkəməyə təqdim ediləcək.

 
Ardını oxu...
"Mənə heç kim zəng etməsin, yazdığımı silən deyiləm. Nə də özümə görə yazmamışam. Məşğulam, axşam bacılığımın oğlunun toyudur. Amma olanı deməliyik ki, Dövlət Baba da görsün, elə bilməsin ki, ordakılar faydalı işlə məşğuldur".

Mia.az xəbər verir ki, bu sözləri jurnalist Elnurə Abuşova feysbuk-dakı səhifəsində yazıb

O, Prezident Administrasiyasını da tağ edərək bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi“Uşaqların kiber mühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət” mövzusunda dəyirmi masa təşkil edib: "Guya tədbirin məqsədi uşaqların kibertəhlükəsizliyi və zərərli informasiyadan qorunması, sosial şəbəkələrin və süni intellektin yaratdığı risklər, eləcə də insan alveri və məcburi əmək cinayətlərinin qarşısının alınması istiqamətində dövlət orqanlarının birgə fəaliyyətini müzakirə etmək, ictimaiyyətin məlumatlılıq səviyyəsini artırmaq və effektiv maarifləndirmə mexanizmlərini formalaşdırmaqdır. Amma gəlin səmimi şəkildə iştirakçılara baxaq, istər 1 iyunla bağlı, istərsə də bugünkü tədbirlərinə. Kimdi çağırdıqlarının əksəriyyəti? Sahəyə aid olmayan, müxtəlif yönlü qht-lər... Qısası, öz siyahıları var...

Əslində, rəqəmsal bacarıqlar üzrə ixtisaslaşan, kiberhücum və media ilə bağlılığı olan və sahəvi qht-lər cəlb edilməlidir. Aidiyyəti olmayan adamları yığblar ora. Məqsəd nədir, təbii ki, pul silmək"
 
Ardını oxu...
2023-cü ilin mayında AQTA tərəfindən fəaliyyəti məhdudlaşdırılmış “Araz su” əmtəə nişanlı minerallaşmış su satışı ilə məşğul olan şirkət öz işinə davam edir.

TEREF xəbər verir ki, “Xəzər TV” sözügedən mövzu ilə bağlı videoreportaj hazırlayıb.
Videoreportajda bildirilib ki, paytaxtın Yasamal rayonu Ağa Yusif Dadaşov ünvanında müxtəlif adlar və markalarda sular qablaşdırılır:
“Su qablarının əksəriyyətinin ağzı açıq, toz içindədir. Su daşıyan maşınlar da həmçinin. Ətrafı isə məişət tullantıları bürüyüb. Qablaşdırmanın üzərində təbiət mənzərələri, bulaq, çeşmə və dağ təsvirləri var… Lakin beşmərtəbəli binanın zirzəmisindən çıxarılır.
Üstəlik, məhəllə sakinləri də bu şirkətdən su almadıqlarını deyirlər. Hətta satış üçün aparılan qablardakı suyun krantdan doldurulduğu da iddia edilir.
Özünü şirkətin rəhbəri kimi təqdim edən şəxs isə fəaliyyətləri ilə bağlı çıxarışın olduğunu qeyd edib.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən “Xəzər Xəbər”ə bildirilib ki, həmin çıxarışın olmasına baxmayaraq, məhsulun etiketində mərkəzəşdirilmiş su xəttinə verilən suyun müxtəlif filtrlərdən keçirilməklə qablaşdırılması faktı bəyan olunmalıdır. Əks tədqirdə bu yolverilməzdir.
Agentliyin Bakı Regional bölməsi “Araz su” əmtəə nişanlı minerallaşmış su satışı ilə məşğul olan şirkətin fəaliyyətini araşdıracaq.
Nəticəsi ilə bağlı da ictimaiyyətə məlumat veriləcək.
Daha ətraflı videoda:

 

Dünyapress TV

Xəbər lenti