![]() |
![]() ![]() ![]() |
|
Cem Karaca ilə bağlı 21 il gizli qalan həqiqət üzə çıxıb.
Cem Karacanın vəfatından 21 il keçsə də, sənətçinin həyatına dair bu bilinməyən məqam ilk dəfə ortaya çıxıb. 8 fevral 2004-cü il səhəri ürək tutmasından həyatını itirən Karacanın illər öncə ağır bir xəstəliklə də mübarizə apardığı məlum olub.
2004-cü ildə ürək tutmasından dünyasını dəyişən Anadolu rok musiqisinin əfsanəsi Cem Karacanın əslində ölümündən üç il əvvəl leykozla mübarizə apardığı məlum olub. Bu sirri isə yalnız həyat yoldaşı İlkim Karaca bilib. Mərhum sənətçinin həyat yoldaşına yazdığı məktubda "Çox yaxında öləcəyəm, bunu bilirəm. Və adına leykoz deyəcəklər..." sözlərini yazdığı üzə çıxıb.
Sabah qəzetinin yazdığına görə Karaca 2001-ci ildə leykoz diaqnozu alıb və bu ağır xəstəliyi yalnız həyat yoldaşı ilə bölüşüb. "Tamirci Çırağı", "Ceviz Ağacı" və "Sevda Kuşun Kanadında" kimi mahnıları ilə yadda qalan sənətçinin üç il əvvəl yazdığı məktub bu sirri ortaya çıxarıb. Onların bu xəstəliyi ailə yaxınlarından gizlətdiyi aydın olub.
Məktubunda Karaca həyat yoldaşına belə yazıb: "Mən çox yaxında öləcəyəm, bunu hiss etmirəm, bilirəm. Və adına leykoz deyəcəklər... Sağ ol, xoş yaşa və məni, sənə baxmayaraq, unut! Ya da unutma... Amma sənə son iki sözüm budur: 1. Həyat, hər şeyə baxmayaraq, gözəldir. 2. Səni bu dünyada çox sevdim."**milli.az
Türkiyənin məşhur "Şakir Paşa ailesi: Mucizeler ve skandallar" serialı final edəcək.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda serialın baş rollarından biri olan Cem Yiğit Üzümoğlu açıqlama verib.
"Təəssüf ki, belə nəticələndi. Yanğınların öhdəsindən gəlmək olar. Amma bir dostumuzun ölümü hamımız üçün son nöqtə oldu və bitirmək qərarı verildi", - o qeyd edib.
Xatırladaq ki, ötən ay serialın çəkildiyi məkanda yanğın baş verməsi ölümlə nəticələnib. Belə ki, tüstüdən təsirlənərək infarkt keçirən istehsalat üzrə menecer, "Taki" ləqəbli Serkan Sükyan vəfat edib.
Qeyd edək ki, ötən il də serialın çəkildiyi məkanda yanğın baş vermişdi. Yanğın nəticəsində Böyükadadakı tarixi malikanənin dekor olaraq qurulan hissəsi tamamilə külə dönmüşdü.
"Xəzər" telekanalında yayımlanan bu layihənin belə uğurlu olmasında heyətin böyük rolu var. Şübhəsiz ki, hər bir aktyor, aktrisa ayrıca izləyici kütləsinə sahibdir. Üstəlik, heyətin peşəkarlardan formalaşdığını da xüsusi vurğulamaq lazımdır.
Ötən həftə layihənin sevilən simalarının neçə yaşı olduğuna nəzər yetirmişdik. İndi isə "Komedixana"nın ulduzlarının hansı şəhərimizdə dünyaya gəldiyinə baxacağıq.//HİT.az
Siyahını təqdim edirik:
Ənvər Abbasov - Ağdam
Zarina Qurbanova - Sumqayıt
Müşfiq Şahverdiyev - Lənkəran
Mələk Kazımova - Bakı
Mənsur Şərif - Bakı
Xəyalə Quliyeva - Bakı
Həsrət Həsrətov - Bakı
Cavidan Novruz - Bakı
İlkin Misgərli - Salyan
Nicat Rəhimov - Bakı
Uşaq İncəsənət Festivalı bu dəfə Mərkəzi Aran regionundan olan uşaq və gəncləri Mingəçevirdə bir araya gətirdi.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 27 aprel 2025-ci il tarixində Mingəçevir şəhərində Uşaq İncəsənət Festivalının 1-ci seçim turunun başlanılması ilə bağlı tədbir keçirildi. İştirakçılara, həmçinin bölgədə yaşayan uşaq və gənclərə festival ruhunun ötürülməsi, mədəni bütünləşmənin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirdə bir-birindən maraqlı, rəngarəng və interaktiv proqramlar təşkil edildi.
Festival iştirakçıları ilk olaraq Mingəçevir Dövlət Dram Teatrında bir araya gələrək “Sehrli yaylıq” adlı teatr tamaşasına baxdılar.
Daha sonra iştirakçılar və qonaqlar mədəni proqramların hazırlandığı Kür çayının sahilinə üz tutdular.
Mədəni proqramların təşkil edildiyi “Sahil” parkında qonaqları 2023-cü ildə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən I Uşaq İncəsənət Festivalının qalibləri qarşıladı. Qonaqlar və şəhər sakinləri Kür çayının füsünkar mənzərəsində sənət nümunələrinin müxtəlif rənglərinin bir araya gəldiyi proqramlarla tanış oldular.
Sonda festival iştirakçıları tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar səmaya 102 ədəd şar buraxıldı.
Qeyd edək ki, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi şəhər və rayonlarda 24 nominasiya üzrə 6-17 yaş arası 1600-ə yaxın iştirakçı qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçən iştirakçılar 21 aprel 2025-ci il tarixindən etibarən start verilən 1-ci seçim mərhələsində öz bacarıqlarını nümayiş etdirirlər.
Uşaq İncəsənət Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı keçirilir.
Musavat.com