Ardını oxu...
Prezident İlham Əliyevin Sərəncamı ilə bir sıra incəsənət xadimi Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb. İncəsənət xadimlərinin arasında Azərbaycanın teatr rejissoru, Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru Anar Sadıqov (Babalı) da var.

TEREF “Unikal”a istinadən xəbər verir ki, bundan bir ay öncə Azərbaycan Yazıçılar Birliyində (AYB) də bir sıra şair və yazıçılara Prezident mükafatı verilib.

Mükafat alanlardan biri isə şairə və yazıçı Banuçiçək Sadıqova (Muharrem) olub.

Qeyd edək ki, Anar Sadıqov və Banuçiçək Sadıqova 13 ildir evlidirlər. Cütlük 2012-ci ildə ailə həyatı qurub, 2 övladları var.
Ardını oxu...
Xəbər verdiyimiz kimi, mayın 7-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam və xanımı No Fon Li Vyetnam rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

"DogruXeber.az" xəbər verir ki, vyetnamlı rəssamların nümayiş olunan rəsm əsərləri arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin portreti də olub.
Ardını oxu...
Ankarada Türkiyə Mətbuat Federasiyasının “Anadolu” Media Mükafatlarının 10-cu təqdimetmə mərasimi keçirilib.

Mərasimə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər dövlət rəsmiləri qatılıblar.

Mərasimin rəsmi dəvətliləri sırasında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər də yer alıb. Aqil Ələsgər mərasimdə qardaş ölkənin rəsmiləri və media təmsilçiləri ilə görüşüb, fikir mübadiləsi aparıb.
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Global Media Group"a daxil olan "Haber Global" telekanalına iki mükafat təqdim edib.

"Haber Global" xəbər verir ki, mükafatlar sayca onuncu dəfə keçirilən "Anadolu Media Mükafatları" tədbirində verilib.

Tədbirdə yerli və beynəlxalq media nümayəndələrinə mükafatlar təqdim olunub.

Mükafat alanlar arasında "Haber Global" telekanalının "Kontra" verilişi də olub. Proqram ilin idman verilişi adına layiq görülüb.

Verilişin aparıcılarından biri olan Nihat Kahveciyə mükafatı R.T.Ərdoğan təqdim edib.

Bundan başqa, Türkiyə lideri telekanalın baş redaktoru Taha Dağlıya plaket təqdim edib.

Daha ətraflı videoda:

 
Ardını oxu...
  

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun evində yadda qalan, duyğusal bir görüş baş tutub. Generalın sağlığında böyük sevgi ilə dinlədiyi “Biri sənsən, biri mən” mahnısı bu dəfə onun doğma evində, anasının yanında səsləndirilib.

Musavat.com xəbər verir ki, bu barədə "Mənim oğlum qəhrəmandır" layihəsinin rəhbəri Cəlal Qurbanov özünün sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, tanınmış sənətkar Aybəniz Haşımova həmin nəğməni şəhid generalın əziz xatirəsinə ithaf edərək ifa edib. Sevilən aktyor Füzuli Hüseynovun da iştirak etdiyi görüşdə musiqi bir daha təkcə sənət deyil, həm də xalqın şəhidinə olan dərin ehtiramının ifadəsinə çevrilib.

Mahnı bu dəfə sadəcə musiqi deyildi – bir xalqın şəhidə dediyi minnətdarlıq, bir ananın göz yaşına bürünmüş sevgisi idi. Səslənən hər bir söz, səslənən hər bir nəğmə Polad Həşimovun fədakarlığını, vətən sevgisini və əbədiyyətə qovuşmuş ruhunu yad edən səssiz bir fəryadıdır.

Ziyarət zamanı yaşanan səmimi anlar, duyğulu çıxışlar qonaqlara dərin təəssüratlar yaradıb. Aybəniz Haşımova və Füzuli Hüseynovun bu ziyarəti sənətin yalnız səhnədə deyil, eyni zamanda qəlbdə, yaddaşda və şəhid ruhuna verilən dəyərdə yaşadığını bir daha göstərib.

Həmin duyğulu anların görüntülərini təqdim edirik.

 

 
 
 
 
 

 

Musavat.com

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 

Ardını oxu...
Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" zalında təbiət mövzusunda şeirlərdən ibarət "Yaşılım, yaşılım, hara gedirsən" adlı toplunun təqdimat mərasimi duyğulu, möhtəşəm poeziya bayramı ovqatı ilə süsləndi...

Azərbaycan Yazıçılar Birliyinin "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin dəstəyi ilə çap etdirdiyi topluya AYB-nin sədri, Xalq yazıçısı Anar "Dünyanın yaşıllıq həsrəti" başlıqlı "Ön söz" yazıb.

Bu dəyərli nəşrin ideya müəllifi AYB sədrinin müavini Rəşad Məcid, tərtibçisi AYB-də multikultural məsələlər üzrə məsul şəxs Xatirə Fərəcli, redaktoru Əməkdar mədəniyyət işçisi şair Vaqif Bəhmənlidir.

Qeyd edim ki, topluda mənim də imzam yer alıb. Zəhməti keçən hər kəsə minnətdarlıqla, klassiklərimizə ehtiramla, həyatda olmayan müəlliflərə rəhmət diləyilə topluda çap olunan çağdaş ədəbiyyat təmsilçilərimizi məmnuniyyətlə "Dindi könül meşə, cəmən dilində" seirimlə təbrik edirəm!

Səhər mehi sığal çəkir yarpağa,
Zümrüd meşə dalğalanır dəniztək.
Tamaşadır təravəti torpağa,
Müşk-ənbərdir taladakı biçənək...

Dindi könül meşə, çəmən dilində,
Heyrətimə misra-misra bələndim.
Öz dili var, çiçəyin də, gülün də,
Uşaqlıqdan bu əsrara bələdəm...

Ağaclar da duyğuludur yaz çağı,
Göz oxşayan gözəlliklər bərq vurur.
Təbiətin tər, qənirsiz, naz çağı
İlham sözə, söz ilhama vurulur ...

Ardını oxu...
Ardını oxu...

Tapdıq ƏLİBƏYLİ


Ardını oxu...
Məşhur kino ulduzu Nikolas Keyc "Sörfçü" psixoloji trillerinin çəkilişləri zamanı ölümlə üz-üzə qaldığını açıqlayıb.

Oxu.Az xəbər verir ki, aktyor bu barədə "Entertainment Weekly" nəşrinə verdiyi müsahibədə danışıb.

"Bizdə müxtəlif çətinliklər var idi - hava şəraiti, köpəkbalıqları haqqında xəbərlər və digər problemlər. Mən sörfinqi öyrənməyə çalışırdım, amma hər dəfə dalğalar məni yıxırdı. Sanşet-Biçdə idim. İnstruktor mənə qısa lövhə verəndə dedim ki, yox, mən uzun lövhə istəyirəm", - ekran ulduzu bildirib.

Keycin sözlərinə görə, hətta uzun lövhə ilə də dalğalar ona qalib gəlib. Dalğalar aktyoru sürükləyib və o əks axına düşüb. Sahildəki sörfçülər lövhənin yalnız bir küncünü - "məzar daşı" adlandırdıqları hissəsini görüblər.

"Mən təhlükəsizlik kəndiri ilə filmə çəkilirdim, lakin dalğalar məni yıxırdı, mən həlak ola bilərdim. Hazırda kiçik uşağım var və ölmək istəyimdən əmin deyiləm", - deyə Keyc əlavə edib.
 
 
 

 

Ardını oxu...
  

“Uzak şehir”in Cihanı Ozan Akbaba növbəti dəfə Azərbaycanla bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki, bu barədə sənətçi Fatih Altaylıya müsahibəsi zamanı danışıb. O azərbaycanlıları özünə yaxın hiss etdiyini bildirib:

“Əslində, Azərbaycan əsilli deyiləm. Amma Azərbaycan mədəniyyəti Qafqazda çox yayılıb. Bildiyim qədəri ilə azərbaycanlılar da bizim kimi Səlcuqlarla birgə gəlib orada kök salan xalqdır. Hamımız nəticədə türkük. Mən onlarla birgə Qafqaz türkü olmaqdan qürur duyuram. Azərbaycanla müqayisədə qarapapaqlar həm musiqi, həm də cəmiyyət tərəfdən çox aşağıda qalıblar. Azərbaycanlılar xüsusilə də musiqi baxımından inanılmaz yaradıcıdırlar. Onları özümə çox yaxın hiss edirəm. Azərbaycanda çox dostum var. Məsələn, Qarabağ azad olunan kimi mən ora getdim. O qədər sevirəm. Çünki ora zamanında bir çox millətin yaşadığı, lakin türk qoxuyan torpaqlardır. Ona görə ora ayrı simpatiyam var”.

 

 
 
 
 
 

 

Könül
Musavat.com

Ardını oxu...
Rusiyanın Xalq artisti Aleftina Evdokimova 85 yaşında vəfat edib.

"Referans" xəbər verir ki, aktrisanın ölümünün səbəbi açıqlanmayıb.

Xalq artisti ilə vida mərasiminin yeri və vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, aktrisa 1992-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

O, həmçinin 4-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Şərəf” ordeni, “Dostluq” ordeni, “Əmək veteranı” medalı, “Moskvanın 850 illiyi xatirəsinə” medalı ilə təltif edilib.

Evdokimovanın filmoqrafiyasına 40 əsər daxildir.
 

Dünyapress TV

Xəbər lenti