Ardını oxu...
 

Qısa videoların (Reels, Shorts) daimi izlənməsi insanın ağıllı düşünmə qabiliyyətini azalda bilər. Müasir dövrdə bir dəqiqəyə qədər olan videolar daha çox populyarlıq qazanır. Bu səbəbdən "beyin çürüməsi" (ingiliscə "brainrot") termini getdikcə daha çox işlənməyə başlanılıb.

Musavat.com baku.ws-ə istinadən bildirir ki, hətta Oksford İngilis dili lüğəti bu termini 2024-cü ilin ən popular sözü kimi təqdim edib.

Bu terminin niyə belə məşhurlaşdığını psixiatr Vasili Şurov açıqlayıb.

Həkimin sözlərinə görə, əvvəllər heç kim bu cür videolara iki saat, dayanmadan baxmırdı.

"Reels tipli mənasız qısa videoların əsas təhlükəsi rəqəmsal asılılıqdır," - deyə Şurov Life.ru-ya bildirib.

O, izah edib ki, kadrların sürətlə dəyişməsi rəqəmsal şirkətlərin yaratdığı asılılıqdır. Beyin yeni və maraqlı bir şey axtarır, nəticədə isə yalnız "dopamin partlayışı" əldə edir. İnsanlar da bu videolarla xoşbəxt olduqlarını zənn edirlər. Beləliklə, qısa videolar insanın əqli fəaliyyətini həqiqətən də zəiflədə bilər.

Xüsusilə, saatlarla qulaqlıqlarla video izləyən insanların beyni daha çox zərər görür. Burada artıq videoların məzmununun heç bir əhəmiyyəti yoxdur.

Qeyd edək ki, son araşdırmalardan birində alimlər müəyyən ediblər ki, gündə dörd saat qulaqlıq istifadə etmək beyində geri dönməyən dəyişikliklərə səbəb ola bilər.

Ardını oxu...
“Anonymous” beynəlxalq fəal haker qrupu Gürcüstanın hazırkı hökumətinə qarşı “kiber müharibə” elan edib.

Bizimxeber.az bildirir ki, haker qrupu partiyanın və onun lideri Bidzina İvanişvilinin gürcü xalqına və onun iradəsinə xəyanət etdiyini bəyan edib.

Anonymous-un sosial mediada paylaşdığı bəyanatda deyilir: “Sizin zalım rejiminiz, ədalət uğrunda mübarizəni susdurmaq cəhdləriniz uğursuz olacaq”. Anonymous gürcü xalqının yanında olacağına söz verib, onların səsini eşitdirməyə kömək edəcək və “zalım sistemi” hədəfə alacaq.

Qrup həmçinin internetin həqiqəti üzə çıxarmaq və azadlığa nail olmaq üçün bir vasitə kimi əhəmiyyətini vurğulayıb.
Ardını oxu...
Çinin Beihang Universitetindən olan tədqiqatçılar BHMbot-B adlandırdıqları yeni mikro robot hazırlayaraq sürət və bacarıq sahəsində rekord qırıblar. Cəmi 15 mm uzunluğunda və 2 qram ağırlığında olan bu robot, dünyadakı ən sürətli mikro robotlardan biri olub.
TEREFLent.az-a istinadla bildirir ki, irəli və geri hərəkət qabiliyyətinə görə unikal olan bu böcək formasındakı robot, 38.7 bədən uzunluğu/saniyə (BL/s) sürətlə irəli, 44 BL/s sürətlə isə geri hərəkət edə bilir. Əslində, BHMbot-B-nin hərəkət mexanizmi elektromaqnit ötürücü sisteminə əsaslanır. Daxilindəki maqnit, bobin və birləşdirici mexanizm alternativ cərəyan vasitəsilə titrəmə yaradır.

Bu titrəmələr, robotun irəli və ya geri hərəkət etməsinə şərait yaradır. Hərəkət istiqaməti isə titrəmə tezliyinin dəyişdirilməsi ilə idarə olunur və robot istiqamətini çevirmədən hərəkət edir. BHMbot-B təkcə sürəti ilə deyil, digər sahələrdə də iddialıdır. Məsələn, robot öz çəkisindən 32 dəfə ağır yükləri daşıya bilir və bu yüklərlə birlikdə 3.2 BL/s sürətlə hərəkət edə bilir. Bundan əlavə, şüşə, qum və hətta əyri borular kimi müxtəlif səthlərdə problemsiz şəkildə hərəkət edə bilir. Bu robot, harada istifadə edilə bilər? Mikro robotun potensial istifadə sahələri olduqca genişdir. Bunlara daxildir:

BHMbot-B əvvəlki mikro robotlardan fərqli olaraq hərəkət istiqamətini dəyişdirərkən mövqeyini itirmədən geri manevr edə bilir. Tədqiqatçılar robotun bacarıqlarını daha da inkişaf etdirmək üçün çalışmaları sürətlə davam etdirirlər. Növbəti mərhələdə robotun avtonom naviqasiya və ətraf mühiti dərk etmə qabiliyyətləri ilə təchiz olunması planlaşdırılır. Beləliklə, robot tamamilə müstəqil şəkildə hərəkət edə biləcək.
 
Ardını oxu...
Bu il Amerikada texniki avadanlıqlar mağazasından biri “Qara Cümə” (Black Friday) kampaniyası ilə əlaqədar ciddi dərəcədə endirimlər edib. Hətta qadın alıcılardan biri cəmi 10 dollara son model “İphone” markalı telefon alıb.

Maraqlıdır, brend olan markanın məhsulunu belə bir qiymətə satmaq texnologiya bazarına necə təsir edəcək? Bu cür fantastik endirimlər realdırmı və Azərbaycana da aid edilə bilərmi? Məsələ ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, bu, sadəcə reklam kampaniyasıdır:

“Dünya təcrübəsində bu cür fantastik endirimlər olur. Bu, normal satış deyil, reklam kampaniyasıdır. Hətta məhsulu pulsuz da verə bilərlər. Reklam kampaniyasının tərkib hissəsi kimi pulsuz verilən hədiyyələr də olur. Belə kampaniya reklamları bir nəfərə yox, yüz alıcıya da şamil edilə bilər. Ona görə də burada qeyri-adi bir məsələ yoxdur.

Bu cür endirimlərin və kampaniyaların texnologiya dünyasına təsiri demək olar ki, yoxdur. Yeni məhsullar təqdim olunduqca, bahalaşma davam edəcək. O zaman məhsul ucuz olar ki, tələb azalsın və onu almasınlar. İkinci bir məqam isə istehsal və təklifin çox olmasıdır. Bu iki halda nə isə ucuzlaşa bilər. Qalan hallarda ucuzlaşma gözləmək yanlışdır”.

İqtisadçı Natiq Cəfərli isə açıqlamasında qeyd edib ki, Azərbaycanda keçilirən "Qara Cümə” kampaniyası Avropa ölkələrindən çox fərqlənir. Onun sözlərinə görə, ölkəmizdə bu kampaniya saxta formada keçirilir və əvvəlcə qiymətlər bahalaşdırılaraq vətəndaşlar "endirim" adı altında aldadılır:

“Azərbaycanda “Qara Cümə” kampaniyaları zaman etibarilə digər ölkələrlə paralel şəkildə keçirilsə də, məntiqi fərqlidir. Ölkəmizdə beynəlxalq satış şəbəkələri fəaliyyət göstərmir. Ən yaxşı halda, mağazalar françayzinq müqaviləsi ilə fəaliyyət göstərir. Yəni adını və məhsullarını Azərbaycan bazarına verir və şəbəkə formasında işləmirlər. Bunun da səbəbi bir sıra problemlərin olmasıdır. Azərbaycandan qaynaqlanan problemlər də var ki, həmin xarici şirkətlər birbaşa əlaqələr qurmağı istəmirlər. “Qara Cümə” kampaniyaları ölkəmizdə lokal formada keçirilir və əvvəlcədən qiymətlər bahalaşdırılır. Kampaniya günündə isə 60-70 faiz bahalaşdırılan qiymətlərə endirimlər edilir və bu da alıcılar tərəfindən narazılıqlara səbəb olur. Bir müsbət cəhət var ki, beynəlxalq onlayn platformalar ölkəmizdə də fəaliyyət göstərir və insanlar bu sayədə xarici ölkələrdə fəaliyyət göstərən mağazaların belə kampaniyalarda təklif etdiyi endirimlərdən yararlana bilirlər”.
 
Ardını oxu...
“Enginet” və “Extranet” MMC-lər “Uninet” MMC-yə qoşulması nəticəsində ləğv edilirlər.

Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.

Belə ki, “Uninet” MMC “Enginet” MMC və “Extranet” MMC-nin ona qoşulması ilə yenidən təşkil edildiyini və adları çəkilən hüquqi şəxslərin hüquqi varisi olduğunu elan edib.

Qeyd edək ki, “Uninet” MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 100 010 manat olan şirkətin qanuni təmsilçisi İlqar Şamil oğlu Nəhmədovdur.
 
Ardını oxu...
Bununla bağlı Axar.az-a zərərçəkən müştəri Ruhin Əliyev məlumat verib.

O bildirib ki, 4 min manat ödədiyi telefonda yaranmış problemlə bağlı mağaza onun şikayətinə laqeyd yanaşır:

“29 oktyabr və 13 noyabrda nömrəmə SMS gəldi ki, telefon qeydiyyatdan keçirilməlidir, əks təqdirdə 28 noyabr tarixindən cihazın istifadəsinə məhdudiyyət qoyulacaq. Mən “Baku Elektroniks”in “143” qaynar xətti ilə əlaqə saxladım. Bildirdilər ki, heç bir narahatlıq yoxdur, həmin vaxta kimi məsələ həll olunacaq. Amma telefon artıq 2 gündür bağlıdır. Yenidən “Baku Elektroniks”in qaynar xətti ilə əlaqə saxladım, bildirdilər ki, 5-10 günə açılacaq. Şirkətin Əhməd Rəcəbli küçəsində yerləşən ofisinə getdim. Onlar da nə telefonu geri qaytarıb, pulumu ödəyirlər, nə də məsələni həll edirlər. Əvəzində deyirlər ki, telefonu geri qaytarmaq üçün əlavə ödəniş tələb olunacaq”.

“Baku Elektroniks”in Xidmət və Servis şöbəsi məsələnin ona aidiyyəti olmadığını bildirərək, cavabdan imtina edib.

“Baku Elektroniks”in Müştəri Məmnuniyyəti şöbəsindən isə bildirdilər ki, müştərilərə göndərilən sms-lər məlumat xarakteri daşıyır, qeydiyyatla bağlı məsələ isə həllini tapıb:

“Son bir neçə gündə İMEİ-lərlə bağlı problem yaşanırdı, ancaq hazırda aradan qalxıb. Sadəcə, bu problemlə qarşılaşan müştərilər telefonu söndürüb, yenidən yandırmalıdırlar ki, yenilənmə olsun”.
Ardını oxu...
 
Ardını oxu...
2022-ci ilin sentyabrından 2024-cü ilin iyun ayına qədər Belarus şirkətləri Rusiya müəssisələrinə 125 milyon dollardan çox dəyərində mikrosxemlər satıblar. Belarus Araşdırma Mərkəzinin (BRC) CyberPartisan layihəsi ilə birlikdə apardığı araşdırmaya əsasən onların bəziləri, demək olar ki, 400 min dollar, Qərb istehsalı olub və Ukraynaya tam miqyaslı işğalın başlamasından sonra Rusiya və Belarusiyaya satılması qadağan olunub.

Müstəntiqlərin fikrincə, 22 ay ərzində Belarusdan Rusiyaya 10 minə yaxın Amerika və Avropa istehsalı olan mikrosxemlər göndərilib.

2024-cü ilin aprelində Volodimir Zelenskinin sözlərinə görə, Rusiya ordusu Ukraynaya 3200-dən çox idarə olunan bomba atıb. Onların buraxılması və naviqasiyası üçün Moskva Qərb istehsalı olan mikrosxemlərdən istifadə edir. Məsələn, Amerika şirkəti olan Intel-dən. Həmçinin BRC yazır ki, Intel komponentləri Su-35S, Su-34 qırıcıları, Korsar dronları və Kaliber raketlərində istifadə oluna bilər.

İstintaq bildirir ki, Rusiyaya mikrosxemlər tədarük edən şirkətlərdən biri də “Alexvit Ltd.” MMC olub. Onun sahibi Belarus Dövlət Gömrük Komitəsinin keçmiş sədr müavini Sergey Borisyukdur. 2022-ci ilin sentyabrından 2023-cü ilin iyununa qədər onun şirkəti Rusiya Federasiyasına Amerika, Finlandiya və Almaniya istehsalı olan 131 mikrosxem göndərib. Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra şirkətin gəliri təxminən üç dəfə artıb və 2023-cü ildə 740 milyon Belarus rublunu (247 milyon dollar) ötüb. Müstəntiqlər müəyyən ediblər ki, “Alexvit Ltd” həm də 2021-ci ilə qədər Prezident Administrasiyasına rəhbərlik etmiş Aleksandr Lukaşenkonun yaxın adamı Viktor Şeymanla əlaqəlidir.

Amerika mikrosxemlərini Rusiyaya satan başqa bir şirkət Vostok Logistics şirkətidir. Şirkət 2022-ci ilin dekabrından 2023-cü ilin martına qədər təxminən 800 min dollar dəyərində 215 mindən çox çip ixrac edib. Şirkətin sahibi Sergey Teterinlə əlaqəli olan Aleksey Matveyevdir. O, Lukaşenkonun yaxın çevrəsindən olan şəxs kimi Aİ sanksiyaları altındadır.

BRC-nin hesablamalarına görə, Belarusdan Rusiyaya ən çox Qərb mikrosxemləri - 155 min dollar dəyərində 1665 ədəd - First Continent şirkəti tərəfindən tədarük edilib. Onun sahibi 20 il Belarusun hərbi sənaye kompleksinin müəssisələrində işləyən İlya Tarasyuk adlanır.

Araşdırmada “OFS-Export” və “SD Electro” şirkətləri də mikrosxemlərin satıcıları kimi göstərilib.

BRC bildirib ki, ABŞ Sənaye və Təhlükəsizlik Bürosuna və Avropa Şurasına sorğular göndərərək, Belarus və Rusiyanın sanksiyalara məruz qalan mallara çıxışını məhdudlaşdırmaq üçün hansı addımlar atdıqlarını və qadağalara riayət olunmasına necə nəzarət etdiklərini soruşub. Nəşr zamanı hələlik heç bir cavab alınmayıb.
 
Ardını oxu...
Sərfəli mobil operator “Nar” abunəçilərinə balanslarında yetərli məbləğ olmadığı zaman “İnternet Kredit” xidməti vasitəsilə internet paketləri sifariş vermək imkanı yaradıb. Abunəçilər *771#200#YES şifrəsini yığmaqla 200 MB və *771#800#YES şifrəsini yığmaqla 800 MB həcmində data kredit götürə bilər.

Sifariş olunan 200 MB data kredit üçün 0.68 AZN, 800 MB data kredit üçün isə 1.88 AZN məbləğ hesablanır. Bu məbləğlər data paketi, xidmət haqqı və sorğu xərclərinin tam dəyərini özündə ehtiva edir və paketlərin ümumi dəyəri abunəçi balansını artırdığı zaman çıxılır.

Qeyd edək ki, birdən çox data kredit götürmək də mümkündür – bu zaman ümumi kredit məbləği abunəçinin mövcud limitinə əsasən dəyişir. “Nar” nömrəsinin mövcud data kredit borcunu *771#150#YES şifrəsi ilə nəzarətdə saxlamaq mümkündür.

“İnternet Kredit” xidmətindən istifadə etməzdən öncə *771#7#YES şifrəsini yığaraq nömrənizin kredit götürmək üçün uyğunluğunu yoxlayın. Həmçinin, nar.az/Narkredit səhifəsindən xidmət haqqında bütün məlumatı əldə edə bilərsiniz.
 
Ardını oxu...
İlon Maskın yeni nəsil implantları yaradan "Neuralink" şirkəti iflic olan insanlara "düşüncə gücü ilə" robot qolu idarə etməyə imkan verəcək texnologiyanı sınaqdan keçirməyə başladığını bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Digital Trends" yazıb.

Layihə "Convoy" kod adı altında həyata keçirilir. İndi tədqiqatların ilkin mərhələsidir, baxmayaraq ki, o, artıq insanlar üzərində ilk sınaqlardan keçir. Cihazın tam istehsala buraxılması üçün bir neçə il lazım olacaq.

"Neuralink" neyroçipi artıq ən azı iki nəfərin beyninə yerləşdirilib. Bu, xəstələrə kompüterləri idarə etməyə və hətta düşüncə gücü ilə video oyunları oynamağa imkan verir. İlk xəstəyə çip bu ilin yanvarında implantasiya edilib, o, ondan istifadə etməyə davam edir.

Və onlar "Convoy" ilə birlikdə ətraf aləmlə də ünsiyyət qura biləcəklər - robot qolun köməyi ilə insanın fiziki qarşılıqlı əlaqədə itirilmiş qabiliyyətlərini qismən bərpa etmək mümkündür.

"Neuralink" bildirir ki, bu tədqiqatlar təkcə rəqəmsal deyil, həm də fiziki azadlığın bərpası istiqamətində mühüm ilk addımdır.

İlon Mask gələcəkdə beyin çipini özünə yerləşdirməyi planlaşdırır: gələcəkdə bu, təkcə elektronikanı idarə etməyə deyil, həm də ətrafların hərəkətliliyini bərpa etməyə, depressiya ilə mübarizə aparmağa, görmə qabiliyyətini bərpa etməyə, hətta beynin daha səmərəli işləməsinə imkan verəcək.

2025-ci ildə "Tesla"dan "Optimus humanoid" robotlarının buraxılması baş tuta bilər. O, adi insan işinin çox hissəsini əvəz etmək üçün nəzərdə tutulub. Eyni zamanda İlon Mask əmin edir ki, robot insanların özlərinin işlərini əlindən almaq niyyətində deyil.
 

Dünyapress TV

Xəbər lenti