Ardını oxu...
 

“Bu günə qədər hara getmişiksə, hər yerdə “bambılı” kimi baxıblar”.

OLAY yazır ki, bu sözləri “Söhbətgah”a müsahibəsi zamanı “Əqrəb mövsümü”nün rejissoru Emil Quliyev deyib.

Sənətçi çəkiliş etdikləri məkanda başlarına gələn hadisədən danışıb:

“Bu, bədbəxtçilikdir. Siz kinonun nə qədər ali olduğunu başa düşmürsünüz. Yazıq Hikmət (Aktyor Hikmət Rəhimov). Dövlət müəssisəsinə gəlmişik, kino çəkirik. Həkimdir. Səhnəy görə, başa düşürəm ki, ağ divar mənə yaramır. İstəyirəm, ora rəng qatım, divara kofeni tökürük. Əskiylə siləndə gedir, burada heç nə yoxdur. Bədii həlldir, başa düşürük ki, vizual olaraq qəşəng görünəcək. Üstümüzə qışqırdı ki, nə etmisiniz? Basın bayıra. Qışqırıq saldı, Hikmət onunla ağız-ağıza düşdü. Dedi ki, nə qədər bizə “bambılı” kimi bacacaqsınız?! Əksər hallarda kino işçilərinə dırnaqarası baxırlar ki, kloundular, gic-gic işlərlə məşğuldular. Amma elə deyil.

 
 
 
Ardını oxu...
Kreml sözçüsü Dmitri Peskov Moskvanın gündəmdəki mövzularla bağlı jurnalistlərin suallarını cavablandırıb.

Ajans.az dünya mediasına istinadən xəbər verir ki, Avropanın silahlandırılması məsələsinə toxunan Peskov, bir çox Avropa vətəndaşının bu prosesə qarşı çıxdığını, lakin ölkə rəhbərliklərinin bu yolu tutduğunu qeyd edib.

O bildirib ki, “Avropanın hərbiləşdirilməsi çox təhlükəli tendensiyadır. Bu, vəziyyətin sakitləşməsinə və qarşılıqlı etimad mühitinin formalaşmasına kömək etmir, həmçinin Avropada təhlükəsizliyə töhfə vermir".

Peskov Ukrayna ordusunun Rusiyanın Kursk vilayətində yerləşən Suca şəhərindəki qaz nasos stansiyasına hücum etdiyini bildirib. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın enerji infrastrukturlarına hücum etməyəcəyi ilə bağlı verdiyi vədə əməl etmədiyini vurğulayıb.

"Rusiya Prezidenti Vladimir Putinin əmri qüvvədədir. Rusiya Silahlı Qüvvələri ABŞ və Rusiya arasında əldə olunmuş razılaşmaya uyğun olaraq (30 gün ərzində enerji infrastrukturuna qarşılıqlı hücumlardan çəkinmək) Ukraynanın enerji infrastrukturuna hücum etməkdən çəkinir" – deyə Peskov əlavə edib.

İranın nüvə proqramı məsələsinə də toxunan Kreml sözçüsü bu məsələnin siyasi-diplomatik yollarla həll edilməsinin vacibliyini vurğulayıb:

"Bunun üçün lazımi imkanlar mövcuddur. Lakin bunun üçün siyasi iradə lazımdır. İranın nüvə silahına sahib olmaq planı yoxdur. İran nüvə proqramını beynəlxalq hüquqa tam uyğun şəkildə həyata keçirir. Digər ölkələr kimi İran da sülhməramlı nüvə sektorunu inkişaf etdirmək hüququna malikdir".
Ardını oxu...
İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyevanın Milli Preventiv Qrupunun üzvləri Elm və Təhsil Nazirliyinin nəzdindəki E.Quliyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbində və E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində aşkarladığı nöqsanlar qısa zamanda aradan qaldırılmalıdır. Bu barədə “Şərq”ə açıqlamasında təhsil eksperti Elçin Əfəndi söyləyib. Qeyd edək ki, Ombudsman Aparatının Milli Preventiv Qrupunun üzvləri tərəfindən planlı başçəkmələr zamanı müəssisələrin yataqxana, yeməkxana, tibb məntəqəsinə, sinif otaqları və digər inzibati otaqlarına baxış keçirilib, habelə uşaqların asudə vaxtının təşkili, qidalanma, içməli su təminatı və sənədləşmə işləri araşdırılıb. Hər iki müəssisədə uşaqlarla psixoloji işin aparılmasında istifadə olunan sənədlərdə məlumatların tam əks olunmadığı, 6 nömrəli Respublika xüsusi internat məktəbində bəzi dərman preparatlarının istifadə müddətinin bitdiyi, işıqlandırmanın normalara cavab vermədiyi, 9 nömrəli xüsusi internat məktəbində isə bəzi ərzaq məhsullarının yararlılıq müddətinin bitdiyi aşkar edilib. Aşkar olunmuş problemlərlə bağlı müvafiq qanunvericilik və beynəlxalq sənədlərdə əks olunmuş tələblər diqqətə çatdırılmaqla, saxlanma şəraitinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib. Başçəkmə zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Elm və Təhsil Nazirliyinə müraciət olunacaq.

Təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a açıqlamasında qeyd etdi ki, paytaxtda, həmçinin bölgələrdə fəaliyyət göstərən internat və xüsusi internat məktəblərində ümumi tədris prosesi, şagirdlərin qidalanması, yerləşməsi, yataqxana rejimi - bütün bunlar Elm və Təhsil Nazirliyinin nəzarəti altında həyata keçirilir:

- İnternat məktəbləri birbaşa Nazirliyə tabedir. Bölgələrdə yerləşən bu tip məktəblər regional təhsil idarələri, həmçinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin də diqqətində olmalıdır. Ombudsman Aparatının məlumatından da görünür ki, faktiki olaraq xüsusi internat məktəblərində xoşagəlməz hallar yaşanır. Vaxtı keçmiş qidalar, dərman preparatları ilə bağlı, şagirdlərin yataqxana şəraiti ilə bağlı vəziyyət ürəkaçan deyil. Bəzi müəllimlər tərəfindən tədris prosesi lazımi səviyyədə keçilmir. Hesab edirəm ki, bu kimi yoxlamalar zamanı aidiyyəti qurumlarla da əlaqəli işləməlidirlər. Tibbi məsələlər Səhiyyə Nazirliyi, qidalanma ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi yoxlamalarda iştirak etməlidir. Tədrisin vəziyyəti isə birbaşa Elm və Təhsil Nazirliyinin öhdəsindədir. Bu məsələdə əlaqədar qurumlar dəstək verərlərsə, nöqsanlar qısa zamanda aradan qaldırılar.

E.Əfəndi bildirdi ki, təhsil müəssisələrinin ümumi nizamnamələri Nazirlər Kabineti tərəfindən təsdiqlənir. Göstərilir ki, təhsil müəssisələrinə nəzarət Elm və Təhsil Nazirliyi və ona tabeli qurumlar tərəfindən həyata keçirilir:
- Bu halda digər qurumların fəaliyyəti qarşılıqlı razılıq əsasında mümkündür. Deyək ki, tibbi sahədə Səhiyyə Nazirliyi, qidalanma məsələsində Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq edilsə, öhdəliklərin yerinə yetirilməsində də ciddi məsuliyyət yaranar.
 

Ardını oxu...
  

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a müsahibə verib.

Millət vəkili Gürcüstana səfəri, qonşu ölkədə keçirdiyi görüşlər, Bakı-Tiflis münasibətlərinin inkişafı barədə ətraflı danışıb.

Ardını oxu...

Milli Məclisin komitə sədri Ermənistanın şərti sərhədlər boyunca artan təxribatları, atəşkəsin intensiv şəkildə pozulmasının səbəbləri, Avropa İttifaqının kəşfiyyat şəbəkəsinin pozuculuq fəaliyyəti, sülh müqaviləsi gözləntisinin ardınca qəfildən hərarətin yüksəlməsi, hərbi toqquşma ehtimalı ilə bağlı suallarımızı cavablandırıb.

İlginc məqamlarla zəngin videomüsahibəni dəyərli oxucularımızın diqqətinə çatdırırıq:

Elşad Paşasoy,
Musavat.com

Ardını oxu...
 
 
Ardını oxu...
1990-cı illərin sonları və XXI əsrin əvvəllərində Azərbaycanda özəl universitetlərin sayında əhəmiyyətli artım müşahidə olunurdu. Bu dövrdə bir çox yeni özəl ali təhsil müəssisəsi fəaliyyətə başladı, xarici universitetlər Bakıda nümayəndəliklərini açırdı.

Lakin qısa müddət sonra özəl universitet "bumu" dayandı. Bir çox özəl universitet bağlandı, yeniləri isə açılmadı. Hazırda Azərbaycanda cəmi 9 özəl universitet fəaliyyət göstərir. Bu universitetlər arasında Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, Xəzər Universiteti və "Odlar Yurdu" Universiteti kimi ali təhsil müəssisələri mövcuddur.

Bu gün özəl universitetlərdə vəziyyət ürəkaçan deyil. Bir vaxtlar prestijli hesab edilən bu universitetlər indi daha aşağı bal toplayan abituriyentlərin müraciət etdiyi ali təhsil müəssisələrinə çevrilib. Bunun səbəbləri arasında təhsil standartlarına cavab verməyən maddi-texniki baza, müasir tədris korpuslarının və tələbə yataqxanalarının olmaması, zəngin kitabxanaların çatışmazlığı göstərilir.

Mütəxəssislər hesab edirlər ki, özəl ali məktəblər rəqabət mühiti yarada bilmədilər və bu da onların cəlbediciliyinin azalmasına səbəb oldu.

Modern.az bu mövzuda Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Odlar Yurdu Universitetinin Beynəlxalq münasibətlər və turizm kafedrasının müdiri Samir Vəliyevlə həmsöhbət olub.

O, bəzi özəl universitetlərin bağlanmasınının səbəblərindən danışıb: “Müstəqilliyimizin ilk illərində dövlət təhsil müəssisələri ilə yanaşı, özəl təhsil müəssisələri də yaranmağa başladı. Bu say kifayət qədər çox idi. 60-a yaxın özəl təhsil müəssisələri yaradılmışdı. Eyni zamanda bir çox ölkələrin, xüsusilə Rusiyanın müxtəlif universitetlərinin filialları təsis olunmuşdu. Zaman keçdikcə bir çox özəl təhsil müəssisələri rəqabətə dözə bilmədi. Onların məzunları, yetişdirdiyi kadrlar bazar iqtisadiyyatı şəraitində lazımi yerləri tuta bilmədilər. Nəticə etibarilə, təhsilin və tədrisin təşkili mövcud Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olmadığından, eləcə də kadr hazırlığının lazmi səviyyədə olmaması səbəbindən təhsil müəssisələri qapandı”.

S.Vəliyev vurğulayıb ki, hazırda fəaliyyət göstərən özəl universitetlərin bağlanma riski yoxdur:

"Bu gün dövlət təhsil müəssisələri ilə yanaşı fəaliyyət göstərən özəl təhsil müəssisələri hesab edirəm ki, Azərbaycan Respublikasının təhsil qanununa,digər normativ hüquqi sənədlərə tam uyğun olaraq fəaliyyət göstərir. Bu universitetlərin lisenziyaları, akkreditasiyaları mövcuddur. Eyni zamanda həmin özəl təhsil müəssisələrinin yetişdirdiyi və bu gün istər dövlət, istərsə də özəl müəssisələrdə çalışan kadrların səviyyəsi də düşünürəm ki, kifayət qədər yuxarıdır. Bu baxımdan bu gün fəaliyyətdə olan özəl təhsil müəssisələri zənnimcə tam standartlara, tələblərə cavab verirlər. Bütövlükdə bu gün əmək bazarına daxil olan məzunların birinci növbədə bilik-bacarıq səriştəsi hesablanaraq işə qəbul olunurlar. Seleksiya aparıldıqda, işə qəbul təbii ki, müəssisənin qiymələrndirilməsinə əsaslanır. Biz özəl təhsil müəssisələrinin işlə təminat məsələsinə baxsaq, düşünürəm ki, kifayət qədər dövlət və özəl müəssisələrdə işləyən məzunlar var. Onlar öz işlərinin öhdəsindən peşəkarcasına layiqincə gəlirlər. Bu gün özəl təhsil müəssisələri mövcud olan bazar iqtisadiyyatı şəraitində lazımi olan kadrları yetişdirə bilmirlər, bu tamamilə absurd məsələdir. Bununla bağlı araşdırmalar, statistik məlumatlar onu deməyə əsas verir ki, özəl təhsil müəssisələri, heç də dövlət təhsil müəssisələrindən az olmayan sayda peşəkar mütəxəssislər yetişdirib, əmək bazarında onların işlə təmin olunması məsələsi öz həllini tapmış olur. Bu nöqteyi-nəzərdən bu gün fəaliyyətdə olan özəl universitetlərin düşünürəm ki, kadr hazırlığı, əmək bazarına lazımı, səriştəli kadrların hazırlanmasında gördüyü işlər təqdirəlayiqdir. Günün tələbinə tam cavab verirlər".

Samir Vəliyev Odlar Yurdu Universitetinin fəaliyyətinə hər hansı riskin olub-olmadığ barədə sualımıza belə cavab verib: "Açığı, mən hər hansı özəl təhsil müəssisəsinin üzərində dayanaraq, belə bir fikir deməyim düz olmaz. Mənim bütövlükdə özəl təhsil müəssisələri, universitetlər haqda yuxarıda dediklərim hamısına şamildir. Bu gün özəl universitet fəaliyyət göstərirsə, deməli, o, Azərbaycan qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərir. Başqa fərdi xarakter daşıyan suallar ümumi kontekstdə uyğun gəlmir".
 
Ardını oxu...
“Hazırda ABŞ-də olmasam da, prosesləri diqqətlə izləyirəm və ölkənin cəmiyyətinə az-çox bələdəm. Və hesab edirəm ki, Tramp tərəfindən “Azadlıq” və “Amerikanın səsi” radiolarının bağlanması geniş anlamda Amerika cəmiyyəti tərəfindən ciddi reaksiya doğurmayacaq. Çünki həmin auditoriyalar adətən xarici auditoriyaya işləyibdir. Məsələn, ABŞ-də soruşulsa, bəlkə də vətəndaşların çoxu bilməyəcək ki, “Azadlıq” radiosu bu ölkənin radiosudur və ümumiyyətlə, belə bir radio varmı. Yaxud “ “Amerikanın səsi” radiosu varmı və hansı məqsədlərlə fəaliyyət göstərir” sualları da eyni dərəcədə cavabsız qarşılanacaq. Ona görə də sözügedən radioların bağlanmasına reaksiya əsasən siyasi dairələrdə olacaq, xüsusən də Konqresdə... Çünki həmin radioların fəaliyyəti birbaşa Konqresdən maliyyələşibdir və həmin fəlaiyyət Amerika qanunlarına uyğundur”.

Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikirləri Moderator.az əməkdaşının “Sovet-rus imperiyasının dağıdılmasında, keçmiş müttəfiq respublikaların, o cümlədən Azərbaycanın da müstəqillik əldə etməsində bir rupor kimi önəmli rol oynamış “Azadlıq” və “Amerikanın səsi” radiolarının bağlanması haqda Trampın qərarına Amerika cəmiyyəti necə reaksiya verir?” sualımı cavablandırarkən dilə gətirib.

“Onu da deyim ki, Trampın qərarıyla paralel olaraq bir Mərkəzin – Vudro Vilson Mərkəzinin bağlanması siyasi və ekspert dairələrində daha çox reaksiya doğuracaq. Həm də ona görə ki, həmin mərkəzin bağlanmasına prezident kimi Trampın səlahiyyəti çatmır. O səbəbdən ki, Vudro Vilson Mərkəzi qeyri-hökumət təşkilatıdır. Bu Mərkəz özünün maliyyə resurslarını daha çox qeyri-dövlət mənbələrindən, donorlardan, sponsorlardan alır. Bildiyim qədər həmin mərkəzin dövlət maliyyələşməsi təxminən 30 faizə qədərdir. Bununla belə, Vudro Vilson Mərkəzi hökumət qurumu deyil və Trampın belə bir addım atması tamamilə qanunsuzdur və qeyri-konstitusyondur”, -deyə davamında həmsöhbətimiz diqqətə çatdırıb.

Analitik hesab edir ki, Trampın belə gözlənilməz və ABŞ qanunlarına zidd sərəncamlar, qərar verməsi təsadüfi deyil və məqsədyönlü xarakter daşıyır.

“Bəs Trampın bu cür addımları haradan qaynaqlanır və nə məqsəd güdür? Məsələ burasındadır ki, Tramp özü də bilir və onun yanındakı hüquqşünaslar da onu belə təlimatlandırırlar ki, o, Konstitusiyaya, qanunlara zidd müxtəlif addımlar atsın. Burada məqsəd ABŞ-nin məhkəmə sistemini uzunmüddətli araşdırma və proseslərə cəlb etməkdir. Məsələn, Tramp yarım səhifəlik bir qanunsuz sərəncam imzalayır atır ortalığa və buna görə hüququ tapdanacaq qurumlar, yaxud insanlar məcburdur ki, məhkəmədə onun qanunlara zidd olduğunu sübut etsinlər. Məhkəmə qərar çıxarır, araşdırma aparır, aylarla vaxt keçir və ondan sonra qərar verilir ki, prezidentin filan sərəncamı qanuna, Konstitusiyaya uyğun deyil. Daha sonra isə Trampın hüquqşünası, vəkili həmin işi apellyasiya məhkəməsinə verir və yenidən aylarla vaxt gedir. Bax, belə bir oyun qurublar. Və görünən odur ki, Trampın məqsədi, niyyəti Birləşmiş Ştatların dövlət strukturlarını, institutlarını çökdürmək, onları özünə tabe etmək və əlbəttə ki, media resurslarını məhdudlaşdırmaqdır. Amma media institutlarının mütləq əksəriyyəti qeyri-dövlət qurumlarıdır. Yəni ABŞ-də Yayım Şurasına daxil olan “Amerikanın səsi” və “Azadlıq” radioları bağlandı. Lakin həmin Yayım Şurasına daxil olan bir media qurumu Amerikanın daxilində fəaliyyət göstərir. Bu, “PBC” ictimai yayım kompaniyasıdır – telekanalıdır. Həmin telekanal daxili auditoriyaya işlədiyi üçün bağlanmayıb. Və o, kifayət qədər tərəfsiz, etimad göstərilən bir kanaldır...

Yəni Tramp elə addımlar atır ki, həmin addımlarla təhdid edir, həm də dediyim kimi, dövlət və qeyri-dövlət strukturlarını, vətəndaşları uzunmüddətli məhkəmə proseslərinə yönəldir”, - deyə ekspert vurğulayıb.

Ardını oxu...
  

Vaqif Mustafazadə. Bu adı tələffüz edirsən və dərhal musiqi eşidirsən... Bu heyrətamiz musiqiçinin ürəyindən gələn və istər Azərbaycanda, istərsə də ölkəmizdən kənarda yaşamağa, müxtəlif nəsillərə mənsub insanları ruhlandırmağa və sevindirməyə davam edən musiqi. Bu da Vaqif Mustafazadə fenomenidir.

Dünyaşöhrətli azərbaycanlı pianoçu, bəstəkar, XX əsrin ən görkəmli cazmenlərindən biri, caz-muğam janrının banisi 1940-cı il martın 16-da Bakıda tibb xidməti, Azərbaycan xalq musiqisi müəllimi ailəsində anadan olub.

Milli.Az xəbər verir ki, əfsanəvi musiqiçinin doğum günü ərəfəsində AZƏRTAC Vaqif Mustafazadənin ev-muzeyində olub. Divarları səmimiyyət və sevgi ilə dolu olan rahat, işıqlı mənzildə bizi bəstəkarın doğması, muzeyin direktoru, həmçinin Vaqif Mustafazadə adına Mədəniyyət və Xeyriyyə Fondunun təsisçisi və rəhbəri Afaq Əliyeva qarşıladı.

- Afaq xanım, Vaqif Mustafazadə necə insan, necə qardaş olub?

- Vaqif dahi idi. O, çox mehriban, parlaq adam idi, insanları sevirdi, onlarla heyrətamiz davranırdı. Onun ruhu, ürəyi musiqisində əks olunur. O, çox gözəl qardaş idi. Uşaqlıqdan aramızda bir növ qarşılıqlı cazibə, məhəbbət var idi və görünür, taleyin hökmü ilə belə oldu ki, Azərbaycanda onun işlərinə indi mən rəhbərlik edirəm.

- Siz həm də Vaqif Mustafazadə adına Mədəniyyət və Xeyriyyə Fondunun təsisçisi və rəhbərisiniz. Bu fondun fəaliyyəti haqqında danışın.

- Fond 1997-ci ildə Vaqif Mustafazadənin anası - xalam Zivər Əliyevanın bu ev-muzeyi ilə bağlı mənə vəsiyyətnamə verməsindən sonra yaradılıb. Vaqifin yaradıcılığı üzərində rəsmən işləyə bilmək üçün fondu qeydiyyatdan keçirmək qərarına gəldim. Fond artıq 28 ildir fəaliyyət göstərir. İyirmi səkkiz ildir ki, Vaqifin işləri ilə məşğul oluram. Fondun fəaliyyətinə Vaqif Mustafazadənin əsərlərindən ibarət musiqi albomları və notlar toplularının nəşri, təkcə Azərbaycanda deyil, xaricdə də ona həsr olunmuş musiqi gecələrinin, festivalların və tədbirlərin keçirilməsi daxildir.Ardını oxu...- Afaq xanım, bu ev muzey olanadək necə idi?

- Vaqifin sağlığında bura kommunal mənzil olub. Təbii ki, burada yaşamaq çox çətin idi... Lakin Vaqifin vəfatından demək olar üç il əvvəl Ulu Öndərimiz Heydər Əlirza oğlu ona "Torqovı"da mənzil verdi. Vaqif xoşbəxt idi. Özünə royal aldı, məşq edə, işləyə bildi. Orada məşqlər keçirilirdi və ümumiyyətlə, onun üçün çox yaxşı dövr idi. Buraya isə Vaqifin sağlığında olduğu kimi, qonaqlar məmnuniyyətlə gəlməkdə davam edirlər - o, çox qonaqpərvər, çox səxavətli insan idi...

- Bəs bugünkü ziyarətçiləriniz kimlərdir?

- Buraya çoxlu insan gəlir, o cümlədən turistlər, Rusiya, Almaniya, Türkiyədən gələnlər... Eyni zamanda, təbii ki, çox sayda gənclər, Vaqifin yaradıcılığını bilən və sevən gənclər.

- Vaqif Mustafazadənin Azərbaycan üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- O, bizim bir çox dahi bəstəkar və musiqiçilərimizlə eyni səviyyədə dayanır. Amma V.Mustafazadə dünyada da tanınır! Onun adı dünya musiqiçilər ensiklopediyasına daxil edilib. Yeri gəlmişkən, onun qızı Əzizə Mustafazadə də orada yer alır.

Təbii, hamı bilir ki, 1978-ci ildə Monakoda Beynəlxalq Caz Bəstələri Müsabiqəsi keçirilib. Orada dünyanın ən məşhur musiqiçiləri iştirak edirdilər. Bu müsabiqədə azərbaycanlı pianoçu-bəstəkarın "Əzizəni gözləyərkən" bəstəsi qalib gəldi, Vaqif isə Qran-pri - ağ royal qalibi oldu. Bu, yəqin ki, hər şeyi deyir.

Ardını oxu...

- Çox təəssüf ki, belə dahi insan dünyasını belə tez dəyişdi...

- Yəqin ki, belə dahi insanlar, sadəcə olaraq, tez yanırlar. Onlar çox enerji verirlər. Vaqif qısa ömründə o qədər əsərlər yaratdı ki. O, musiqini çox sevirdi, cazı çox sevirdi. Bütün bunlar - bu sevgi, hər şeyə tələsməsi əlbəttə ki, onun, sadəcə, yanmasına səbəb oldu ...

- Afaq xanım, sizcə, onun musiqisinin özünəməxsusluğu nədən ibarətdir? Axı, o, indiyə qədər populyar olaraq qalır. Bunu necə izah edə bilərsiniz?

- Məsələ burasındadır ki, Vaqif Mustafazadə alətin başına əyləşib ifa etməyə başlayanda beyni ürəyinə impulslar ötürən musiqiçidir və ürəyi təbii olaraq onları əllərinə ötürürdü. O, çox mütərəqqi musiqiçi idi, heyrətamiz improvizə edirdi. Bu, Allah vergisidir. Mən indiyədək heç bir pianoçuda belə bir səs eşitməmişəm. 

 
 
 
Ardını oxu...
Amerikanın hərbi yardımı Ukrayna ordusu üçün çox vacibdir. ABŞ-dan gələn silah və sursatlar ukraynalılara Rusiyanın ölkəni tez bir zamanda ələ keçirmək planlarının qarşısını almağa kömək etdi. Bununla belə, ABŞ-ın yeni hakimiyyətə gələn Donald Tramp administrasiyası təchizatı dayandırıb. Əvvəllər verilməsi nəzərdə tutulan silahlar da Ukraynaya çatmayıb. Ukrayna Yeni Geosiyasət Araşdırma Şəbəkəsinin rəhbəri Mixaylo Samur bu addımların nəticələri barədə UNİAN-ın suallarını cavablandırıb. AYNA.AZ müsahibəni istinadla təqdim edir:

- Ötən həftənin sonunda Nümayəndələr Palatasının spikeri Maykl Conson Amerikanın Ukraynaya yardımının dayandırıldığını təsdiqləyib. Eyni zamanda, bununla bağlı rəsmi qərar hələlik yoxdur. Sizcə, nə baş verir?

- Yardımın dayandırılması ilə bağlı rəsmi qərar yoxdur. Bəzi pauzalar var. Görünən odur ki, bu pauzalar şifahi şəkildə, yəni yazılı əmr olmadan edilir. İş ondadır ki, hansısa pauza ilə istehsal prosesini sadəcə dayandırmaq mümkün deyil. Amerika fabriklərində 2023-2024-cü illərdə verilmiş və 2026-cı ilə qədər istehsal olunmalı çoxlu sifarişlər var. Beləliklə, istehsal davam edir, anbarlar doldurulur, amma yəqin ki, bir növ şifahi əmr ya Ağ Evdən, ya da Pentaqonun rəhbəri Pete Heqsetdən gəlib. Belə olan halda yekun qərar birbaşa əmr verən konkret hərbi komandirlərin, maddi-texniki təminat rəislərinin çiyninə düşür. Məsələn, təyyarənin havaya qalxmasının qarşısını almaq və ya anbarlardan daşınmaların dayandırılması əmri kimi.

Təsəvvür etmək olar ki, indiki vəziyyətdə kimin günahkar olduğunu sonra necə anlayacaqlar. Və yəqin ki, günahkarlar anbar müdiri olan və buna görə məsuliyyət daşıyan bəzi çavuşlar olacaq.

Eyni zamanda, başqa bir cəhət də var: pauzalarla bağlı bu anlaşılmaz sərəncamlar ABŞ-ın Ramşteyn formatı çərçivəsində Ukrayna və müttəfiqləri qarşısında götürdüyü öhdəlikləri pozur. Bu, etibarlı tərəfdaş statusunu sarsıdır. Eyni zamanda, bu, beynəlxalq münasibətlərdə qəbuledilməzdir. Gec-tez hamı hər şeyə görə cavab verməli olacaq - indiki Ağ Ev administrasiyası və ya sonrakı administrasiya qarşısında.

- ABŞ niyə Ukraynaya yardımı dayandırmaq istəyir?

- ABŞ Prezidenti Donald Trampın Ukraynaya daha mülayim olması üçün təzyiq göstərməyə çalışdığı göz qabağındadır. Silah tədarükündəki fasilədən, mənim başa düşdüyüm qədər, Ukraynanın ilk növbədə faydalı qazıntılar haqqında saziş imzalamasına nail olmaq üçün istifadə olundu. Eyni zamanda, Kiyevi şantaj etməklə Tramp böyük ehtimalla bu müqavilənin şərtlərini öz xeyrinə dəyişməyə çalışır. Həmçinin ABŞ yardımı dayandırmaqla Ukraynanı atəşkəslə razılaşmağa təşviq etdi. Müvafiq tələbləri Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals və vitse-prezident J.D.Vens səsləndirib. Baxmayaraq ki, bu müharibəni Rusiya başladıb və ilk tələblər Moskva qarşısında qoyulmalıdır.

Aydındır ki, minerallarla bağlı sazişin imzalanması və Tramp Zelenskidən atəşkəsə və Putinlə danışıqlara hazır olduğunu eşitdikdən sonra hərbi yardımın bərpası razılaşdırılıb.

- Ümumiyyətlə, Amerika yardımının dayandırılması cəbhədə hansı nəticələrə gətirib çıxara bilər?

- Əgər ABŞ Ukraynanı silah və sursatla təmin etməyi dayandırsa, bizim müəyyən problemlərimiz olacaq. Axı amerikalılar sursatın təxminən 30%-ni təmin edirlər. Və əgər 30% sursat azalarsa, onda bəllidir ki, gücümüz 30% azalacaq.

Amerika texnikasının, zirehli texnikasının və artilleriya sistemlərinin, eləcə də həmin F-16-ların saxlanması və təmiri ilə bağlı problemlər olacaq. Avropa bizə F-16-nın texniki xidmətində kömək edə biləcək, lakin onlar üçün bu çətindir.

Hava hücumundan müdafiəyə gəlincə, Avropa hələ tam gücü ilə müdafiə edə bilmir, “Patriot"u əvəz edə bilmir. Onların “Samp-T” var, lakin sayı çox azdır və qısa müddətdə onların istehsalını artırmaq mümkün deyil.

Ümumilikdə isə Amerikanın Ukrayna ordusuna yardımı dayandırması fəlakət deyil.

- Bəs arxa cəbhə üçün?

- Əlbəttə, ən böyük problem mülki əhali üçün olacaq. Məsələ burasındadır ki, bizdəki “Patriot”lar qoşunların qorunması üçün deyil. Əlimizdə olan “Patriot”lar cəbhəni örtmək üçün kifayət etmədiyindən, əsasən iri şəhərləri və mülki insanları ballistik raketlərdən qorumaq üçün istifadə olunur. Tramp isə Ukraynaya yardımı dayandırmaq qərarı ilə Putini qəsdən yeni terror dalğasına – mülki hədəflərə, Ukraynanın enerji infrastrukturuna və dinc əhalinin öldürülməsinə sövq edəcək.

ABŞ bununla müharibə cinayətlərinə şərik olacağını başa düşməlidir. Əgər ABŞ bizə “Patriot” sistemləri üçün raket tədarükünü dayandırsa və Rusiya konkret olaraq mülki infrastruktura ballistik raket zərbələri endirsə, deməli bu, müharibə cinayətinə Vaşinqton da şərik olacaq.
 

Ardını oxu...
 

Xəbər verdiyimiz kimi, "Kəpəz" Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində Tovuz şəhər stadionunda "Qarabağ"la 0:0 hesablı heç-heçə edib.

Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Bütün azarkeşlərimizə təşəkkür edirəm. 1 xal da bizim üçün qənimətdir. "Qarabağ"a qarşı oynamaq həmişə çətindir. Normal oyun getdi. Uduza da bilərdik. "Qarabağ"a qarşı əks-hücumda oynamağa məcbursan".

- Qurban Qurbanov dedi ki, meydança sulanmayıb. Bu fikirlə razısız?

- "Qurban müəllimin sözünün qarşısında söz deyə bilmərəm. Dediyində həqiqət var".

- Ev matçlarınızın erkən saatlarda olması işığa qənaət etmək üçündür?

- "Kəpəz"də heç nəyə qənaət olunmur. Məşqçinin bütün istəkləri yerinə yetirilir. PFL oyunu hansı saata salsa, oynamağa hazırıq".

- Komandanın içində olan problemləri tapa bildiz?

- "Komandamız üçüncü dövrədə ən yaxşılardan idi. İçəridə olan problemləri özümüz müzakirə edirik. Həmin problemlər tapılıb. Bugünkü oyun da bunun nəticəsidir".


Ardını oxu...
  784  16.03.2025 01:25  Gündəm A  A 

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanın son görüntüləri sosial şəbəkələrdə və media məkanında böyük marağa səbəb olub.

Musavat.com xəbər verir ki, nazirin qatıldığı televiziya proqramında aparıcının verdiyi sualla bağlı reaksiyası geniş müzakirələrə yol açıb.

Fidanın mimikası, bədən dili və verdiyi cavab izləyicilərin diqqətindən yayınmayıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə, aparıcının sualına Fidanın səbrli, lakin bir qədər düşündürücü cavab verməsi izləyicilərin müxtəlif rəylər bildirməsinə səbəb olub. Bəziləri onun diplomatik yanaşmasını və soyuqqanlılığını təqdir edərək, təcrübəli siyasətçi olduğunu vurğulayıb. Digər bir qisim isə onun reaksiyasını daha dərin mənalar daşıyan bir jest kimi qiymətləndirib.

Sözügedən görüntüləri təqdim edirik.

Musavat.com

 

 
 
 
 
 

 

 

 
 
 

Dünyapress TV

Xəbər lenti