Ardını oxu...
   


Bakı Məhkəmə Kompleksində Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam edir. Haqlı olaraq "Nürnberq prosesi" adlandırılan məhkəmə prosesində müttəhimlər kürsüsünü Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri bölüşürlər.

Musavat.com xəbər verir ki, geniş ictimaiyyətin diqqət mərkəzində olan cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə baxılır. Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir. Qeyd edək ki, məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı çıxış edir.

Məhkəmədə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli tərəfindən Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş suveren ərazilərində mədəni irsin məhv edilməsini əks etdirən sənədlərin tədqiqinə başlanılıb.
Belə ki, 1993-cü il aprelin 7-də xarici media subyektində nəşr olunan Kəlbəcərin Ermənistan ordusu tərəfindən işğalına dair məqalə tərcüməçi vasitəsilə tədqiq olunub.
Bildirilib ki, "Qafqazda hücumlar yeni qaçqın dalğası yaradır" sərlövhəli məqalədə Ermənistan ordusunun Kəlbəcərdə “uğurla” irəliləməsinin minlərlə azərbaycanlının öz torpağından qaçmağa məcbur qalmasına səbəb olduğu qeyd edilib. Yazıda bildirilib: “Bazar ertəsi Kəlbəcərdə qadınlar və uşaqlar helikopterlərə minməyə cəhd ediblər. Döyüşlərdən qaçan 39 minə yaxın insan qaçqın mərkəzlərində qeydiyyatdan keçib".

Məqalədə, həmçinin qeyd edilir: "Murov keçidi, Azərbaycan, 6 aprel 1993-cü il. Onlar ( azərbaycanlılar - red.) qarla örtülmüş düzənliklərdə qara nöqtələr kimi görünürdülər. Doqquz min fut (təxminən 2743 metr) hündürlüyündəki dağ keçidinin şimal yamacından enən üç nəfər öz torpaqlarında sığınacaq axtararaq irəliləyirdi. Meşə yoluna bənzər bir cığırda onların əslində beş nəfər olduğu məlum oldu.
Taqətdən düşmüş 30 yaşlarında bir kişi və qucaqlarında körpə uşaqları olan 20 yaşlarında iki qadın. Onların hamısı soyuqdan donurdu, meşədə və dağda 6 günlük yürüşdən sonra şok vəziyyətində idilər. Cənubi Qafqazda Ermənistan ordusu həftəsonu Kəlbəcəri ələ keçirərək minlərlə insanın qaçmasına səbəb olub və böyükmiqyaslı məcburi köçkün böhranı yaradıb.
Kəlbəcərin erməni qoşunları tərəfindən işğalı ermənilərə Qarabağı Ermənistanla şimaldan cənuba birləşdirən geniş ərazi üzərində nəzarət imkanı verib. Birinci əlaqə ötən il Laçında qurulmuşdu, bu yol qoşunların və təchizatın Qarabağa çatdırılması üçün istifadə olunurdu".
Bundan başqa, yazıda vurğulanır ki, yalnız Azərbaycan hökuməti deyil, həm də Kəlbəcərin işğalının əyani şahidi olan bir çox insanlar hücumun birbaşa Ermənistan ərazisindən həyata keçirildiyini bildiriblər. Qeyd edilib ki, Qarabağa açılan yeni “şimal dəhlizi” 100 kilometrdən çoxdur. Bu da faktiki olaraq Kəlbəcər bölgəsinin tam şəkildə ilhaqı deməkdir. ABŞ Qafqazdakı yeni hücumlara görə Ermənistanı qınayır.
Bu gün ABŞ Ermənistanı qonşu Azərbaycanın şimal-qərbində yerləşən əraziləri 11 gün əvvəl başlanan hücumlar nəticəsində ələ keçirdiyinə görə kəskin şəkildə qınayıb. ABŞ Dövlət katibi Varren Kristofeerin bəyanatında administrasiya İrəvan hökumətini qüvvələrini dərhal geri çəkməyə çağırıb. Eyni zamanda o, bazar ertəsi Ermənistan Prezidenti Levon Ter-Petrosyana etiraz məktubunun təqdim olunduğunu qeyd edib”.

Daha sonra "İzvestiya" qəzetinin 1993-cü il aprelin 2-də nəşr olunan buraxılışında çap olunan məqalə tədqiq olunub.

Yazıda deyilir: "Ermənistan ordusu Kəlbəcər rayonunun ətrafına çatıb. Hücum həm Ermənistan, həm də Qarabağ tərəfdən həyata keçirilib. Kəlbəcər rayonu tam olaraq blokadaya alınıb, onu Azərbaycanın digər əraziləri ilə birləşdirən yollar artıq kəsilib. Şəhər daim raket, artilleriya hücumlarına və havadan bombardmana məruz qalır. Dinc əhali arasında çoxlu sayda ölən var. Minlərlə insanın taleyi məlum deyil”.

Beləliklə, məhkəmə iclasında tədqiq olunan hər iki xarici mənbədə Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin işğalında, mülki əhalinin qətlə yetirilməsində iştirakı öz əksini tapıb və təsdiqlənib.
Bundan sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilən, Azərbaycan torpaqlarının işğalını təsdiqləyən, torpaqların Azərbaycana qaytarılması tələbi olan məşhur qətnamələr ingilis dilindən tərcüməçi vasitəsilə tədqiq olunub.
Məhkəmədə daha sonra beynəlxalq insan hüquqları müdafiəsi təşkilatının 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə amansız hücumunu, mülki əhalini qətlə yetirməsini əks etdirən hesabatı tədqiq olunub.
Hesabatda bildirilir ki, Ermənistan ordusu Qarabağda ələ keçirdiyi bütün ərazilərdən Azərbaycanın mülki əhalisini qovub və ya girov götürüb. Qaçıb canını qurtarmağa çalışan insanları heç bir fərq qoymadan güllələyiblər.

Təşkilatın hesabatında genişmiqyaslı talan və mülki əhalinin əmlakının məhv edilməsi, 1993-cü ilin iyulunda Ağdamın Ermənistan ordusu tərəfindən işğalı, şəhərin talan edilməsi barədə məqamlar da yer alıb.

Sənəddə Ermənistan ordusunun Qarabağda baş vermiş döyüşlərdə iştirakı da tədqiq olunur. Vurğulanıb ki, Azərbaycanın mülki əhalisinin heç bir fərq qoyulmadan atəşə tutulması, bombardmana məruz qoyulması insanların məcburi şəkildə yerlərini dəyişmələrinə səbəb olub. Mülki əhali girov götürülüb, əmlakı talan edilib və yandırılıb.

Bundan əlavə, hesabatda həmin dövrdə Ermənistan Respublikasının hərbi cinayətlər törətməsi ilə əlaqədar Cenevrə Konvensiyasının ciddi şəkildə pozulduğu qeyd edilib. Hesabatda Ermənistan ordusunun hərbi qaydaları pozması, müharibə cinayətləri törətməsi halları da əksini tapır.
Girovlar, müharibə əsirləri ilə düzgün şəkildə davranılmaması və onların öldürülməsi kimi hallar da sənəddə yer alıb.

Sonra dövlət ittihamını müdafiə edən prokuror tərəfindən Azərbaycanın rayon, şəhər, qəsəbə və kəndlərinin Ermənistan tərəfindən işğalından sonra dağıdılmasını, viran qoyulmasını, mədəni, tarixi, dini abidələrin məhvini, infrastrukturun, mülki əmlakın, qəbiristanlıqların məhv olunmasını əks etdirən foto və video materiallar təqdim olunub.

Bildirilib ki, işğal dövründə dini abidələrimiz və məscidlərimiz dağıdılmaqla yanaşı, həm də orada donuz saxlanılmaqla təhqir olunub.
İclasda, həmçinin işğaldan azad edilmiş rayon, şəhər və kəndlərə baxış keçirilməsinə dair protokollar, həmin protokollara əlavə edilmiş foto və video görüntülər nümayiş etdirilib.
Ardınca ibtidai istintaq zamanı keçirilmiş ekspertiza rəyləri elan olunub.
Qeyd edək ki, bu təcavüzkar müharibə zamanı Azərbaycanın mədəni sərvətinə aid olan tarix və mədəniyyət abidələrinin hücum obyektinə çevirilməsi hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə edilməsi, qəsdən böyük həcmdə yandırılması, artilleriya qurğularından atəşlər açıb partladılması, fiziki üsullarla qismən və tamamilə dağıdılması, eləcə də oğurluq, soyğunçuluq, vandalizm aktları törədilməsi nəticəsində ölkəmizə və xalqımıza xüsusilə külli miqdarda ziyan vurulub.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Məhkəmə prosesi mayın 19-da davam etdiriləcək.

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

Ardını oxu...
“Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar”.

Bizim.Media xəbər verir ki, bunu Donald Tramp Fox News-un Xüsusi Hesabat proqramına müsahibəsində qeyd edib.

ABŞ prezidenti yeni müsahibəsində Rusiya lideri Vladimir Putinin razılıq əldə etməyə çalışdığını deyib və sülhə əsas maneəni onun deyil, Vladimir Zelenskinin “kozırlarının” olmaması adlandırıb:

“Zelenski ilə çətin bir söhbətim oldu. Bilirsiniz, mən açıq danışıram. Onun əlində oynayacaq kartları yoxdur. Amma Zelenski ən güclü ticarətçidir, məndən də qat-qat yaxşıdır”, - deyə o, bildirib.


Tramp Ukrayna ilə bağlı razılaşma olmazsa, Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilə biləcəyini də istisna etməyib.

“Putin Ukraynadakı müharibədən yorulub”, - deyə Tramp fikrini tamamlayıb.
 

Ardını oxu...
  

“Görünür, indiki səfir bizim uğurları həzm edə bilmir...”

Azərbaycanın Qırğızıstandakı (2012-2021) sabiq səfiri, yazıçı, diplomat, dövlət xadimi Hidayət Orucov “Yeni Müsavat” da dərc olunmuş, bir müsahibə ilə əlaqədar onun söz haqqının tanınmasını istəyib. Söhbət ölkəmizin Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilovun müsahibəsindən gedir. Beləcə, Hidayət Orucovla söhbətimizin ikinci hissəsini təqdim edirik:

(əvvəli burada)

- Yəqin ki, bu işlər yalnız ədəbiyyatı, mədəniyyəti əhatə etməyib, eləmi?

- Xeyr.  Qəndilovun intervüsündə son mədəniyyət günləri xatırlanır. Xarici ölkələrdən olan həmkarlarım hər tədbirdən sonra heyranlıqla, təbəssümlə məndən soruşurdular: “Cənab səfir, növbəti tədbirimiz haçandır?” Əvvəla, orada demək olar ki, hər ay Azərbaycanın mədəniyyət günləri idi. Amma böyük mədəniyyət günlərinə böyük hazırlıq gedirdi. Orada da yalnız konsert proqramı yox, rəqs və ilaxır yox, bunlarla yanaşı, teatr tamaşaları, filmlərimizin nümayişi, Azərbaycan ədəbiyyatı günləri, kitablarımızın sərgisi planlaşdırılırdı. Yəni 10 günün içərisində yazıçılar dəvət olunsunlar, orada görüşlər keçirilsin və ilaxır. Özü də yalnız Bişkekdə yox. Biz nəzərdə tuturduq ki, bu tədbirlər 2021-ci ildə keçirilsin. Amma çox təəssüf ki, COVİD imkan vermədi və biz bunu təxirə salmalı olduq. Eyni zamanda səfir müsahibədə ad çəkir... Cənab Prezidentin təşəbbüsü ilə orada humanitar yardım kimi Azərbaycanın park və bir orta məktəb tikintisi planlaşdırılırdı. Cənab Prezidentin göstərişi ilə o işlər çox aktiv başladı, smetalar tutuldu, vəsaitin bir hissəsi ayrıldı və qısa müddətdə orada çox qızğın işlər getdi. İstər parkın, istər məktəbin çox böyük hissəsi hazır oldu. Ancaq sonra COVİD Qırğızıstanda hər şeyi iflic etdiyindən işlər müvəqqəti dayandırıldı. Biz tikintinin 2021-ci ildə başa çatdırılmasını planlaşdırırdıq. İstəyirdik ki, cənab Prezidentin oraya səfəri zamanı bu tikintilərin açılışında iştirak eləsin. İndi mən çox məmnunam ki,  məktəb də hazırdır, park da xeyli vaxtdır hazırdır. Cənab Prezident də onların açılışında iştirak etdi. O məktəbin təməlqoyma mərasimində mer iştirak və çıxış elədi. Amma parkın təməlqoyma mərasimində Prezident Jeenbekov özü gəldi, iştirak və çıxış elədi. Əlbəttə, hər iki təməlqoyma mərasimində  səfir də nitq söylədi.

Ardını oxu...

- Sonrakı illərdə Prezidentlə yenidən görüşmək imkanınız oldumu?

- Cənab Prezidentin ora iki səfəri oldu. Mən təxminən bir il işləyəndən sonra Prezidentin Bişkekə səfəri oldu. Orada MDB-nin tədbirində iştirak edirdi. Məni ayrılıqda qəbul elədi, müfəssəl söhbətimiz oldu, ona məruzələr etdim. O, mənə dedi ki, mən sizin işinizdən razıyam. Çünki Prezident orada məndən qabaqkı vəziyyəti məndən yaxşı bilirdi. İkinci səfəri İssık - Kulda oldu. Orada da beynəlxalq tədbir idi.  Prezidentlər görüşdülər. Əlbəttə, Azərbaycan nümayəndə heyətinə keçmiş xarici işlər naziri də, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri də qatılmışdılar. Jeenbekov Azərbaycanın səfiri haqqında xoş sözlər dedi. Bildirdi ki, bizim ictimaiyyət də, siyasəçilər də, yəni hökumət də, səfirlər də ona çox hörmət edir və həqiqətən çox səmərəli işləyir, çox işlər görür. Bizim Prezident dedi ki, o, Azərbaycanda böyük sahələrə rəhbərlik edirdi, buna görə mən onu bura göndərdim. İkinci dəfə isə Jeenbekov Bakıya  gəlmişdi. Dövlət iqamətgahında görüş idi. Yenə iki prezidentin görüşü oldu. Məndən söhbət düşəndə Jeenbekov mənə üzünü tutub, bir az da obrazlı şəkildə dedi: “O, bizdə bütün səfirlərin komandiridir”. (Gülür) Bizim Prezident  də dedi ki, o, Heydər Əlirza oğlunun məktəbini keçib, Heydər Əlirza oğlu ona hörmət edirdi. Əlbəttə, orada İssik - Kuldakı görüşdə olan rəsmi şəxslər də iştirak edirdilər. Yalnız bunlar deyil. Bizim fəaliyyətimiz dövründə iqtisadi baxımdan da çox addımlar atıldı, Azərbaycanın iri şirkətləri Qırğızıstanda böyük layihələrin icrasına başladılar və sairə çox işlər oldu. Sonra səfirliyin maddi-texniki bazası yaradıldı.

“Mənim ilk üç ilimdə gördüyüm işlərin heç olmasa, üçdə birini görsün, ondan sonra “durğunluqdan”, “yenidənqurmadan” danışmağa fakt axtarsın”

- Sizin dövrünüzdə?

- Bəli, mənim dövrümdə. Özü də professional, ən yüksək səviyyədə. Bişkekin ən prestij yerində, o yerdə ki orada ABŞ-ın, Çinin, digər böyük ölkələrin səfirlikləri yerləşirdi, orada Azərbaycan səfirliyinə çox gözəl bina alındı. Səfirliyin normal işi, həmçinin konsulluğumuzun fəaliyyəti üçün ideal şərait yaradıldl.

- Əvvəl harada yerləşirdiniz?

- Əvvəl kirayədə idik, oraya şəhərin “qaraçılar məhəlləsi” deyirdilər. Orada, ümumiyyətlə, başqa bir səfirlik yox idi. Amma yeni ünvanda böyük dövlətlərin çoxunun səfirliyi, səfirlərin bir çoxunun iqamətgahları vardı.

- Səfir Lətif Qəndilov hazırda həmin ünvanda çalışır, eləmi?

- Əlbəttə, orada oturur.

- Hidayət müəllim, elə isə bu yerdə soruşum, bu qədər görülən işləri sadaladınız. Həmçinin səfirliyin binasının alınması sizin dövrünüzdə olub. Elə isə nədən xələfiniz bu qədər işləri görməzdən gəlib? Bəlkə şəxsi münasibətlərinizdə problemlər olub?

Ardını oxu...

- Mən səfir təyin olunana qədər 20 il dövlət müşaviri, sonra komitə sədri işləmişəm. Nə problem ola bilərdi?  Qırğızıstana təyin olunanda müraciət etdi, görüşdük. Məsləhət istədi. Səmimi münasibət bildirdim. İşə başlayandan az sonra Bişkekdən mənə telefon açdı, təşəkkür etdi. Lətif Qəndilovla mənim nə problemim ola bilərdi? Ondan sonra biz görüşməmişik. O ərəfədə mənim ona həmişə normal münasibətim olub. Amma  ora gedəndən sonra mən anladım ki, onun problemi başqadır. Mən bəzi məsələləri açmaq istəyirəm. Amma o, çox haqsız, qərəzli, məkrli... Elə şeylər deyir ki... Məsələn, deyir bu gedənə qədər orada durğunluq olub. Guya bu gedib, orada Qorbaçovsayağı “yenidənqurma” aparıb. Birinci, diplomat gərək səmimi, obyektiv ola. Mənə belə gəlir ki, hələ səfiri demirəm, adi diplomat da o dərəcədə qərəzli, məkrli ola bilməz. Azı, mən beləsini görməmişəm. Mən ora gedəndə diaspor çox pərakəndə, dağılmış bir vəziyyətdə idi, problemləri də çox idi. Hətta diasporda ayrı-ayrı kiçik qruplar var idi, onlar Azərbaycana qarşı idilər. Mən gedəndən sonra onlar hamısı təşkilatlandı, birləşdi, artıq onlar fəxr edirdilər, deyirdilər ki, siz bura gələnə qədər bizə burada ayrı cür baxırdılar. Başqa cür çıxmasın, mən orada gecə-gündüz işlədim. Həmçinin mənimlə bir yerdə işləyən azsaylı kollektiv də - diplomatların da sayı az idi - bütün səylərini sərf edirdilər, çox səmərəli işləyirdilər. İndi Qəndilovun dedikləri təkcə mənə qarşı deyil, həm də o əməkdaşlara hörmətsizlikdir.

- Azərbaycan və Qırğızıstan XİN rəhbərlərinin sizin fəaliyyətinizə münasibəti necə olub?

- Hər iki  nazirlikdə  səfirin, səfirliyin fəaliyyətindən razılıqlarını  həmişə bildiriblər. Və eyni zamanda Qırğızıstanın prezidentləri də. Məsələn, Sooronbay Jeenbekov mənim oradakı fəaliyyətimi çox yüksək dəyərləndirirdi. Böyük tədbirlərdə - orada diplomatik korpus ayrı oturur - yəni ölkə səviyyəli tədbirlərdə o, salona daxil olanda 40-dan artıq səfirin içərisində yalnız Azərbaycanın səfiri ilə şəxsən salamlaşırdı, görüşürdü. Və yeni prezident Sadır Japarov təzə seçiləndə, ölkə səviyyəli tədbir keçirdi. Yenə diplomatik korpus adından mənə söz verdilər, diplomatik korpus adından mən danışdım. Və mənim bir ifadəm özünün də çox xoşuna gəldi, sonra mənə deyirdi və ümumiyyətlə, bu haqda Bişkek, Qırğızıstan danışırdı, hər yerə yayılmışdı. Mən dedim, atalar üçəcən deyib. Yəni Akayev, Atambayev vaxtından tez, inqilabi dəyişikliklər nəticəsində getdilər. Sonra Sooronbay Jeenbekov da getdi. Bir məqamı da xüsusilə qeyd etmək istəyirəm. Mən oraya gedəndən sonra mətbuatla çox iş görüldü. Kanallar Azərbaycanı verirdilər, Azərbaycan həqiqətlərini yayırdılar, Qarabağın, ümumiyyətlə, torpaqlarımızın işğal altında olmasından bəhs edən verilişlər verirdilər. Əlbəttə, sonra  səfirliyin fəaliyyətini, Azərbaycanın orada gördüyü işləri verirdilər. 44 günlük Vətən müharibəsi başlayan ilk gün Prezident Japarov Macarıstanda səfərdə idi. Oradan bəyanat verdi ki, bu, Azərbaycanın haqq işidir. Qələbəmizdən, zəfərimizdən sonra Azərbaycanın səfirini, məni ayrıca qəbul elədi. Neçə kameranın qarşısında cənab Prezidenti, Azərbaycan xalqını təbrik elədi. Çox gərəkli münasibət bildirdi və ürəkdən bütün qırğız xalqı, bütün Qırğızıstanın adından təbriklərini çatdırdı və bu, bütün dünyaya yayıldı. Dünyanın heç bir ölkəsində - bizim 90-a yaxın ölkədə səfirliklərimiz, diplomatik nümayəndəliklərimiz var - prezident möhtəşəm Zəfərimizlə bağlı ölkəmizin səfirini qəbul etmədi. Onun Azərbaycana, mənə münasibəti belə idi.

Ardını oxu...

- Maddi-texniki baza barədə də qeydləriniz oldu...

- Məsələn, ora gedəndə səfirlikdə cəmi iki maşın var idi. Bir səfirin maşını işlək, bir də çox köhnə idi. Mən səfirlikdən ayrılanda orada 7-8 maşın var idi. Hamısı da demək olar ki, təzə işlək  maşınlar idi. Bunun özü də kollektivin işləməsi üçün böyük imkan idi. Və çox böyük danışıqlar aparılandan sonra mən cənab Prezidentə məruzə elədim. Tarixdə ilk dəfə olaraq  AZAL-ın  Bakı-Bişkek reysi açıldı, həftədə 2 dəfə. Bunu o vaxt tarixi hadisə sayırdılar. Qırğızıstanın xarici işlər naziri o vaxt mənə dedi ki, birbaşa aviareysin açılması sizin dövrünüzdə baş verdi, sizin adınızla bağlı olacaq.

Ardını oxu...

Öncəki dövlət mükafatlarımı demirəm,  yalnız səfirlik fəaliyyətim dövründə möhtərəm Prezidentimizin mənim fəaliyyətimə verdiyi yüksək qiyməti Qəndilova xatırlatmaq istəyirəm: 2014-cü ildə ölkəmizin ictimai həyatında fəal iştirakıma görə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə, 2019-cu ildə diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətimə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, səfirlik missiyam başa çatdıqdan sonra möhtərəm Prezidentimizin sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023 )” yubiley medalı ilə təltif olunmuşam. Sonuncu mükafatı hörmətli nazir Ceyhun Bayramov məni təklikdə qəbul edərək təqdim etmişdi. Lətif Qəndilovun qərəzi aşıb-daşanda heç olmasa hər iki dövlətin başçılarının yüksək mükafatlarına hörmət etməli idi. Üç ildən çoxdur orada səfirdir, mənim ilk üç ilimdə gördüyüm işlərin heç olmasa, üçdə birini görsün, ondan sonra “durğunluqdan”, “yenidənqurmadan” danışmağa fakt axtarsın. Mən hələ qeyri-dövlət qurumlarının münasibətini demirəm. Həmin dövrdə Çingiz Aytmatov Akademiyasının həqiqi üzvü seçildim, TÜRKSOY-un ali mükafatı - “Onur”a və sair mükafatlara layiq görüldüm.

- Səhv etmirəmsə, səlahiyyətiniz başa çatanda da qırğız prezidentlə görüşünüz olmuşdu, eləmi?

- Bəli. Missiyam başa çatanda Sadır Japarov  məni qəbul etdi, dönə-dönə təşəkkür elədi. Mənim orada gördüyüm işlərdən danışdı və əlbəttə, onun tövsiyəsi ilə mənə baş nazirin imzası ilə Qırğızıstan Nazirlər Kabinetinin Fəxri Fərmanını verdilər. Qırğızıstan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin inkişafında göstərdiyim mühüm  xidmətlərə görə təltif olundum. Bilirsiniz, özüm haqda olan bu faktları bir az da xəcalət hissi ilə deyirəm. Fəaliyyətimi mənim prezidentim və Qırğızıstan rəhbərliyi belə dəyərləndirib, Lətif Qəndilovun  məqsədi nədir, bunu özü bilər. Mən çox şeylər bilirəm, amma çox şeyləri açmadım. Demədiklərim çox oldu, onları açmaq istəmədim. Mən çox təəssüf edirəm ki, Azərbaycanın səfiri belə dezinformasiya yaymaqla məşğuldur. Görünür, indiki səfir bizim uğurları həzm edə bilmir...

Elşad PAŞASOY,
FOTO: “Yeni Müsavat”

 

Ardını oxu...

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasının (İTV) sualını cavablandırıb.

"DogruXeber.az" xəbər verir ki, azərbaycanlı jurnalistin Ermənistanın konstitusiyası ilə bağlı sualını cavablandıran Baş nazir qonşu ölkələrə qarşı heç bir ərazi iddialarının olmadığını bildirib:

“Hələlik yeni konstitusiya layihəmiz yoxdur. Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən, qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Bu artıq hüquqi cəhətdən qeyd olunmuş faktdır”.

 

 

Oxunub: 14
Ardını oxu...
Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlamazdan əvvəl Ukrayna tərəfi işğal olunmuş yeni regionları hüquqi cəhətdən Rusiya əraziləri kimi tanımaqdan imtina edir.

Bu barədə Ukrayna lideri Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

"Biz ərazi məsələlərini müzakirə edə bilmərik. Bu, konstitusiyamızın pozulmasıdır... Biz ərazi bütövlüyümüzü necə bərpa edə bilərik? Bu məsələ danışıqlar zamanı müzakirə olunacaq. Ukrayna buna hazırdır, lakin rəsmi Kiyev “müvəqqəti olaraq işğal olunmuş əraziləri Rusiyanınkı kimi tanımır”, - deyə Zelenski bildirib.
 

Ardını oxu...
 

O, şahmat oynamağa təsadüfən başlayıb. Bu gün isə Şotlandiyanın ən gənc üçqat şahmat çempionudur. Gənc yaşlarından həm təhsil, həm də idman sahəsində uğurlar qazanan Murad Abdulla öz zəhməti və iradəsi ilə fərqlənməyi bacaran azərbaycanlı gənclərdən biridir. Uşaqlıqda ailəsi ilə birlikdə Şotlandiyaya köçən Murad burada iki fərqli mədəniyyətin təsiri altında formalaşıb. AZƏRTAC-a verdiyi müsahibədə o, şahmata olan marağının necə yarandığını, ilk böyük qələbələrini, hazırda çalışdığı peşə sahəsini və gələcəyə dair planlarını bölüşüb. Eyni zamanda, bir diaspor gənci kimi kimliyini necə qoruduğundan da danışıb.

- Gəlin, əvvəlcə sizin hekayənizlə başlayaq. Harada anadan olmusunuz və ailəniz nə zaman Şotlandiyaya köçüb?

- Mən 2000-ci ildə Bakı şəhərində anadan olmuşam. Ailəm atamın işi ilə əlaqədar olaraq mən beş yaşım olarkən Şotlandiyaya köçüb.

- Uşaqlıqdan bəri iki mədəniyyət arasında böyümüsünüz. Bu təcrübə həyatınıza necə təsir edib və Azərbaycanla bağlılığınızı necə qoruyub saxlamısınız?

- İki mədəniyyət arasında böyümək mənim üçün böyük üstünlük idi. Bu, mənə daha geniş dünyagörüşü və həm doğma, həm də yaşadığım ölkənin mədəniyyətini dərindən anlama imkanı verdi. Əlbəttə, əvvəllər çətinliyim oldu, çünki vaxtımın çoxunu Şəkidə nənəm və babamla keçirən biri olaraq özümü birdən dilini anlamadığım, tamamilə yad bir ölkədə tapdım. Məktəbin ilk günü müəllimlər mənə təsəlli vermək üçün başqa sinifdən türkdilli bir oğlan gətirdilər, amma o da məni tam anlamadı, bəlkə də ləhcəmə görə. Sonra sinif yoldaşım olan polyak bir uşaqla dostlaşdım. Hələ heç birimiz ingilis dilini bilmirdik, amma hərəmiz öz dilimizdə danışaraq bir-birimizi başa düşür və gülürdük. Sanki özümüzə bir dil yaratmışdıq. Zamanla yeni mühitə uyğunlaşdım, məktəb və futbol vasitəsilə dostlar qazandım. Digər azərbaycanlı ailələrlə də əlaqələr qurduq. Beləcə, Azərbaycan və Şotlandiya mədəniyyətləri şəxsiyyətimdə təbii şəkildə birləşdi.

Azərbaycanla bağlılığım isə həm mədəni, həm də şəxsi planda hər zaman güclü olub. Evdə daim azərbaycanca danışırıq, buna görə də dili yaxşı başa düşür və danışa bilirəm. Klassik Azərbaycan filmləri, musiqisi və muğamı ilə böyümüşəm. Atam tez-tez evdə muğam səsləndirərdi. Anamın bişirdiyi Azərbaycan yeməkləri isə mənim üçün hələ də mütləq dad və keyfiyyət meyarıdır. Qərb mətbəxində çox nadir hallarda bu ləzzəti tapa bilirəm. Bundan əlavə, Azərbaycanla əlaqəni yalnız ailə daxilində deyil, sosial həyatımda da qoruyub saxlamışam. Şotlandiyada yaşayan digər azərbaycanlı ailələrlə və universitetdəki dostlarla əlaqəmi daim aktiv saxlayıram. Qarabağ Zəfərimizi qeyd etmək, Novruz bayramı kimi milli ənənələri burada yaşayan azərbaycanlı icması ilə birlikdə qeyd etmək, Azərbaycan musiqisini və ictimai-siyasi xəbərləri izləmək mənim üçün vacib olub. Özümü hər zaman diasporun bir üzvü kimi hiss etmiş və bu mənsubiyyətə sadiq qalmışam. Son illərdə yay aylarında təcrübə proqramları, iş və şahmat yarışları ilə bağlı olduğum üçün Bakıya səfər etməyə çox vaxtım olmayıb. Amma ümid edirəm ki, bu yay ailəmlə birlikdə yenidən səfər edəcəyik.

Ardını oxu...

- Necə oldu ki, şahmatla məşğul olmağa başladınız? Bunu sizə ailəniz təşviq etdi, yoxsa məktəb vaxtlarında özünüzün marağı yaranıb?

- Əslində, şahmata necə başladığım özüm üçün də bir qədər müəmmalıdır. Çünki bunu heç vaxt masa arxasında oturub rəsmi şəkildə öyrənməmişəm. Hələ Bakıda yaşadığımız dövrdə qardaşım yerli şahmat klubuna gedir və dərslər alırdı. Anam onu dərsdən götürməyə gedəndə məni də özü ilə aparırdı, mən isə klubda ora-bura qaçır, fiqurları atıb oynayır, bir növ qarışıqlıq yaradırdım. Ola bilsin ki, bəzi anlayışları sadəcə eşitdiklərim vasitəsilə şüuraltı yaddaşıma yeritmişəm. Qardaşlar arasında olan “rəqabət” hissindən irəli gələrək, mən həmişə ona heyranlıqla baxır, etdiyi hər şeyi təqlid etməyə çalışırdım. Yəqin ki, şahmata marağım da elə buradan qaynaqlanır.

- Özünüzdə şahmat potensialı olduğunu nə vaxt hiss etdiniz?

- Uşaq vaxtı bir gün oyuncaq almaq üçün bir mağazaya getmək istəyirdim. Atam isə kompüterdə şahmat məsələsi üzərində işləyirdi. Vaxt keçirdi və mağaza bağlanmaq üzrə idi. Mən isə tapmacaya baxıb instinktiv olaraq bir gediş dedim və bu, düzgün cavab oldu. Atam bundan sonra mənim üçün şahmat klubu axtarmağa başladı. Elə bu cür şahmat fəaliyyətim başladı. Mühüm mərhələlərdən biri NEJCA klubuna - Şimali Şərq Uşaq Şahmat Assosiasiyasına qoşulmağım oldu. Bu klub Dr. Gerald Lobley tərəfindən idarə olunurdu. O, Britaniya İmperiyası Ordeninə layiq görülmüş görkəmli bir şəxs idi. Bundan sonra qazandığım bir neçə uğur məni erkən yaşlarımdan daha da həvəsləndirdi.

Məsələn, ilk NEJCA turnirində qalib gəlməyim və 11 yaşımda keçirilən simultan oyunda qrosmeyster Sarunas Sulskisi məğlub etməyim bu yolda əhəmiyyətli mərhələlərdən oldu. Həmin oyun gecə yarısına qədər davam etdi və turnirin ən uzun sürən qarşılaşması oldu. Sonda qalib gəlməyim isə məni çox sevindirdi.

Daha sonra isə Şotlandiya Çempionu oldum. Bu titul mənim üçün xüsusilə dəyərli idi, çünki Şotlandiya Kuboku yüz ildən çox əvvəl hazırlanıb və qalibin adı hər dəfə ora həkk olunur. Bu tarixə mənim də adımın üç dəfə yazılması (2017, 2018 və 2022-ci illər) məni çox qürurlandırırdı.

Qalib gəldikdən sonra insanlar tez-tez haralı olduğumu soruşur, Azərbaycandan olduğumu eşidəndə ölkəmiz barədə suallar verirdilər. Bu da mənə öz vətənimiz, xalqımız və mədəniyyətimiz haqqında danışmaq üçün gözəl bir imkan yaradırdı. Son illərdə, xüsusilə Zəfərimizdən sonra, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artdığını aydın şəkildə hiss edirəm. Bu, xaricdə yaşayan azərbaycanlılar üçün böyük qürur və fəxarət mənbəyidir. Harada yaşamağımdan asılı olmayaraq, uğurlarımda və düşüncə tərzimdə Azərbaycan həmişə mənimlədir.

- Hazırda Azərbaycandakı şahmat mühitini izləyirsinizmi? Sizcə, ölkəmiz dünya şahmatında necə mövqe tutur? Oyununuzu formalaşdırdığınız dövrdə təsirləndiyiniz azərbaycanlı şahmatçılar oldumu?

- Azərbaycanda şahmat mühitini yaxından izləyirəm. Ölkəmizin aparıcı qrosmeysterlərindən olan Qədir Hüseynovla əlaqə saxlayıram. O, mənim partiyalarımı analiz etməyə kömək edir, mənə təlim keçərək dəstək olur. Maraqlıdır ki, o, həm də Şotlandiyada yaxın dostum Endryu Qrinin məşqçisidir. Endryu mənim şahmatda yüksəlməyimdə mühüm rol oynayıb. Bundan başqa, yeniyetmələr arasında müxtəlif Avropa və dünya çempionatlarında tanış olduğum azərbaycanlı şahmatçılarla da dostluq münasibətlərim var. Azərbaycan bu gün dünya şahmat xəritəsində özünəməxsus yer tutur. Həm kişilərdən, həm də qadınlardan ibarət komandalarımız beynəlxalq yarışlarda tez-tez mükafatçılar sırasında olur. Xüsusilə 2010-cu illərin əvvəlində dünya şahmatında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov və mərhum Vüqar Həşimov kimi ustadlarımızın adı ön sıralarda çəkilirdi. Atam bu nəsli zarafatla Azərbaycanın məşhur “Qaya” vokal kvarteti ilə müqayisə edərdi. Düşünürəm ki, azərbaycanlı şahmatçılarımızın oyun üslubunda xalqımızın xarakteri, yəni dinamiklik, taktiki və daim qələbə uğrunda mübarizə aparmaq əks olunur. Mən də Şəhriyar Məmmədyarov və Vüqar Həşimov kimi kəskin və kreativ üslub nümayiş etdirən oyunçuları özümə örnək götürmüşəm.

- Hazırda maliyyə sahəsində, “IMC” şirkətində treyder kimi çalışırsınız. Bu sahəyə keçid necə baş verdi? Sizi bu istiqamətə nə cəlb etdi?

- Mən Şotlandiyanın Sent-Endryus Universitetində “Data Science” ixtisası üzrə təhsil almışam. Tədris proqramı çərçivəsində riyaziyyat və kompüter elmləri üzrə dərslər keçdim. Son kurslarda maliyyə riyaziyyatı və maşın öyrənməsi modullarını seçdim. Elə həmin dövrdə pandemiyanın qlobal maliyyə bazarlarına təsir etdiyi bir vaxtda treydinqə böyük marağım yarandı və əyləncə məqsədilə maliyyə bazarlarında sınaqlar etməyə başladım. Bu sahəyə marağım zamanla daha da dərinləşdi. Çünki həm bacarıqlarıma, həm də maraq dairəmə uyğun idi. Treydinq də şahmat kimi analitik düşünmə, oxşarlıqları görmək və qısa zamanda düzgün qərarvermə qabiliyyəti tələb edir. Həmçinin bu iş mənə universitetdə öyrəndiklərimi real həyat şəraitində tətbiq etmək imkanı yaradır ki, bu da çox dəyərlidir.

Ardını oxu...

- Bəs, indi də şahmatla fəal olaraq məşğul olursunuz, yoxsa artıq sizin üçün yalnız bir həvəsdir?

- Hazırda şahmat əsasən peşəkar fəaliyyətimdən əlavə bir məşğuliyyətə çevrilib. Məktəb illərində olduğu kimi gündəlik məşqlərə vaxt ayırmaq bir qədər çətindir. Lakin çalışıram ki, vaxtımı düzgün planlaşdıraraq imkan olduqca məşq edim.

- Yarışlara qatılırsınızmı? Yaxın dövr üçün planlaşdırdığınız turnirlər və ya hədəflər varmı?

- Bəli, yarışlara mütəmadi şəkildə qatılıram, liqa oyunları və yerli həftəsonu turnirlərində iştirak edirəm. Hazırda əsas məqsədim Beynəlxalq Usta (IM) titulunu qazanmaqdır. Artıq tələb olunan üç normadan birini əldə etmişəm. Bu il daha tez-tez iştirak etməyi planlaşdırıram. Əgər vaxt imkan versə, bu il Azərbaycanda keçiriləcək şahmat festival turnirlərindən birində iştirak etməyi çox istərdim.

- Sizin uğur yolunuzu özünə nümunə götürən, xüsusilə miqrant ailələrindən olan gənclərə nə mesaj vermək istərdiniz?

- Onlara demək istərdim ki, belə bir unikal şəraitdə həm azərbaycanlı kimliyinə, həm də fərqli mədəniyyətlərə malik olmaq çox böyük fürsətdir. Bu, insanı daha bütöv və zəngin bir şəxsiyyətə çevirir. Gənclər qarşılarına qoyduqları hədəflərə çatmaq üçün daim çalışmalı, mövcud imkanlardan maksimum yararlanmalıdırlar. Eyni zamanda kökləri ilə əlaqəni heç vaxt itirməməlidirlər, çünki insan üçün Vətən qədər doğma və dəyərli bir yer yoxdur.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

 
 
 

Ardını oxu...
  

İstanbul üç ildir davam edən müharibəni bitirmək istəyən Rusiya və Ukraynaya ev sahibiliyi etməyə hazırlaşır. Müharibə başlayandan sonra tərəflər arasında əsir mübadiləsini təmin edən, savaşın əvvəlində İstanbulda Moskva və Kiyevi sülhə yaxınlaşdıran və taxıl dəhlizi ilə ərzaq böhranının qarşısını alan Ankara növbəti dəfə məsuliyyəti öz üzərinə götürür.

Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşr xatırladır ki, artıq Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski mayın 15-də İstanbul görüşməyə razılıq verib.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 
 
 
Ardını oxu...
 

Yaxın dəqiqələrdə Rusiya Prezidenti Vladimir Putinin media nümayəndələri ilə görüşü keçiriləcək.

Musavat.com xəbər verir ki, Kremldə tədbirlə bağlı hazırlıq işlərinin artıq başa çatdığı bildirilir.

Görüşdə daxili və xarici siyasət, eləcə də regional məsələlərin müzakirə olunacağı gözlənilir.

Musavat.com

 
 
 


Azərbaycan Prezidenti İlham Əliyevin mayın 9-da Moskvada keçirilən Qələbə Paradına qatılmaması bir çox dairələr üçün gözlənilməz olsa da, Azərbaycanda məmnunluqla qarşılandı. Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bu haqda ilkin açıqlamasında Azərbaycan dövlət başçısının qrafikinin sıx olmasını əsas gətirməklə əsas səbəbləri açıqlamaqdan yayındı. Bəli, mərhum prezident, tarixi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü,  həmçinin 1941-45-ci illərdə həlak olmuş azərbaycanlıların xatirəsinin anılması, faşizm üzərində qələbənin 80 illiyi ilə bağlı da tədbirlər keçiriləcək. Ancaq reallıq budur ki, Rusiya Azərbaycana qarşı davamlı şəkildə, XİN-in açıqladığı kimi, “qeyri-dost” davranışlar sərgiləməkdədir. Ötən ilin 25 dekabrında Azərbaycanın mülki təyyarəsinin vurulması faktı ilə bağlı Rusiyanın hərəkətsizliyi, günahkarları cəzalandırmaqdan yayınması, faktı ört-basdır etməyə çalışması, həmçinin Rusiya Dövlət Dumasında anti-Azərbaycan səslərin artması, ölkəmizə qarşı kiberhücumların məhz şimal qonşumuzdan həyata keçirilməsi, üstəlik Milli Məclisin üzvü, deputat Azər Badamovun barəsində deport qəraının çıxarılması kimi faktlara tutarlı reaksiya verilməli idi və verildi də.

Bütün bunlarla bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Musavat.com-a geniş müsahibə verib.

İlginc məqamların yer aldığı videomüsahibəni təqdim edirik:

Elşad Paşasoy,
Musavat.com

Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
Tibb Universitetinin professoru, tanınmış plastik-rekonstruktiv cərrah Vaqif Qələndər Musavat.com-a müsahibə verib.

O, son dövrlər plastik cərrahlarla bağlı yaranan qalmaqallara və narazılıqlara aydınlıq gətirib.

– Əvvəlcə sizi təbrik edirik, Avropa "Şərəf" ordeni ilə təltif olunmusunuz...

– Bəli, Avropa Elmlər Akademiyası Almaniyanın Hannover şəhərində yerləşən bir qurumdur. Bu mükafat ölkəmiz üçün önəmli nailiyyətdir. Amerikada mənim metodikalarım tədris olunur, 6 yeni cərrahiyyə metodum və 78 elmi məqaləm xarici jurnallarda və beynəlxalq konfrans materiallarında dərc olunub. Bu nailiyyətlərim Avropa Akademiyasının diqqətini çəkdi, fəaliyyətimə elmi qiymət verildi və məni akademiyanın həqiqi üzvü seçdilər. Qeyd edim ki, bu mükafata layiq görülmüş ilk azərbaycanlıyam ki, Avropanın ən nüfuzlu təltiflərindən biri olan Avropa Şərəf Ordeninə layiq görülmüşəm.

– Son zamanlar ölkəmizdə plastik cərrahlarla bağlı qalmaqallar yaşanır. Bu sahənin qeyri-peşəkarların əlində olduğu iddia edilir. Plastik cərrahlarla bağlı son açıqlanan siyahıdan sonra narazılıqlar ortaya çıxdı. Bəziləri onlara qarşı haqsızlıq edildiyini, qərəzli yanaşıldığını bildirirlər...

– Bu prosesdə qeyri-adi heç nə yoxdur. Azərbaycanda tibbi sahədə aparılan islahatlardan biri də rezidentura ilə bağlıdır. İndi artıq baza təhsilindən sonra 5 illik ixtisas mərhələsi var.

2013-cü ildən etibarən plastik cərrahiyyə üzrə rezidentlər hazırlanmağa başlayıb. Əvvəllər bu sahədə çalışanların çoxu plastik cərrahiyyə üzrə ixtisaslı deyildilər.

Səhiyyə Nazirliyi bu məsələ ilə bağlı araşdırma apardı. Hər kəs yalnız öz sahəsində əməliyyat edə bilər, plastik-rekonstruktiv əməliyyatlar isə yalnız müvafiq ixtisası olanlara icazə verilir.

Dörd qurumun nümayəndələrindən ibarət Təftiş Komissiyası bütün detalları yoxladı – beş illik rezidentura keçib-keçmədiyi, hansı ixtisas üzrə təhsil alındığı, xarici təhsilin mötəbərliyi, transkriptlər və s. Əgər xaricdə oxuyublarsa, həmin ölkədən təhsil sənədləri tələb olunub. Ola bilər, bəziləri hələ sənədlərini təqdim edə bilməyiblər. Bu da nəzərə alınıb. Səhiyyə Nazirliyinin saytında qeyd olunub ki, 42 nəfər plastik cərrah kimi fəaliyyət göstərə bilər. Komissiya qərəzsiz çalışıb – dörd müxtəlif qurum yoxlama aparıb. Uyğun olanlar bu sahədə işləyə biləcəklər. Mənim də sənədlərim yoxlandı, heç kim diqqətdən kənarda qalmayıb. Bəlkə də proses hələ davam edir. Türkiyədə plastik cərrahiyyə ixtisası yarananda ümumi cərrahiyyədən keçənlər olub. Orada da bizim kimi ələmə və keçid dövrü yaşanıb.

– Gözəllik salonlarında da ciddi yoxlamaların olacağı deyilir. Bu sahədə nələr dəyişməlidir?

– Kosmetoloqlar xüsusi tibbi kurslardan keçməlidirlər. Tibb təhsili olmayan şəxslərin kosmetoloq kimi çalışması düzgün deyil. İnsan anatomiyasını bilmədən hər hansı müdaxilə etmək təhlükəlidir. Bu sahədə çox sayda şikayətlər var. Yəqin ki, bu istiqamətdə də təftişlər aparılacaq. Kosmetologiya sahəsini müasirləşdirmək üçün əlavə araşdırmalar və tədbirlər görüləcək.

– Plastik cərrahların əsas narazılığı budur ki, vaxtilə Azərbaycanda rezidentura olmadığı üçün əksəriyyəti Rusiyada və digər ölkələrdə təhsil alıb. İndi isə bu sənədlərin tələb olunmasını ədalətsiz hesab edirlər...

– Rusiyada da ötən ilin 24 avqust tarixindən etibarən bütün sahələrdə beşillik ixtisas mərhələsi tətbiq olunmağa başladı. Bəziləri iki il oxuyub bitirib və ya başqa ölkələrdə oxuyublar. Bu zaman kreditlər yetər olmaya bilər, belə olan halda ixtisasartırma və ordinaturaya keçiblər. Bəlli meyarlar var və nazirlik bu meyarları əsas götürərək qərar verir.

– Bütün bu proseslərdən sonra həkimlərə qarşı sanki bir inamsızlıq hökm sürür. Həkim reputasiyasını bərpa etmək mümkün olacaqmı?

– Əvvəllər bu sahə ilə qeyri-peşəkarlar da məşğul olurdu. İndi isə Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən komissiya kimlərin bu ixtisasa uyğun olduğunu müəyyənləşdirib. Bundan sonra müəyyən qədər problemlərin qarşısı alınacaq. Türkiyədə də vaxtilə belə bir vəziyyət yaşanmışdı.

Azərbaycanda da vəziyyət getdikcə daha yaxşı olacaq. İnsanlar artıq düzgün mütəxəssislərə müraciət edə biləcəklər. Son vaxtlar sosial şəbəkələrdə özlərini plastik cərrah kimi təqdim edənlər çox idi. Artıq onlar da özlərinə "çəki-düzən" verməli olacaqlar.

Dünyapress TV

Xəbər lenti