b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_62a15792fa627da748572732fe5e275c.jpg
  

Ermənistanın baş naziri təxribatçı mövqeyi ilə son günlər səsləndirdiyi sülh bəyanatlarının üstündən xətt çəkdi; deputat: “Rəsmi Bakı gizlətmir ki...”

Ermənistanın baş naziri Nikol Paşinyan yenə də “özünə qayıdır”. “Fakt budur ki, 44 günlük müharibə nəticəsində vətənimizin bir hissəsini itirmişik, eyni zamanda daha suveren, daha müstəqil, özümüzü təmin edən dövlət əldə etmişik”.

44 günlük müharibə ilə bağlı müzakirələrin birində  Nikol Paşinyan “itirilmiş vətən” haqda  suallara cavab verərək demişdi ki, “Şuşa darıxdırıcı, bədbəxt şəhərdir”. “Bizə deyirlər, Şuşanı kim satdı? Şuşanı satdılarsa da, son 30 ildə satmışdılar, çünki Şuşa bədbəxt, darıxdırıcı şəhər idi. Şuşaya ehtiyacınız varmı? Lazım idisə, niyə bu vəziyyətdə idi?”, - Paşinyan deyib. Ümumiyyətlə, son illər bəyanatlarında dəfələrlə “Qarabağ Azərbaycandır” deyən bu siyasi tipin əsl məramının nə olduğu bilinmir.   

Qeyd edək ki, N.Paşinyan Qurban bayramı münasibətilə Türkiyə Prezidenti Ərdoğana zəng edərək təbriklərini çatdırıb və  bəzi regional məsələləri də müzakirə edilib. Bəzi ekspertlər bunu Paşinyan hökumətinin çıxılmaz durumda olması, mövcud reallığı dərk etməsi kimi şərh etsələr də, baş nazirin təbrikini növbəti erməni hiyləgərliyi kimi şərh edənlər də var.  Barışdan dəm vuran Paşinyan “vətənimizin bir hissəsini itirmişik” dedikdə hansı vətəndən danışır”?  Həm revanşçı ermənilərə qarşı müharibə elan etdiyi görüntüsü yaradan Paşinyan bu kimi bəyanatla onların dəyirmanına su tökmürmü?

Deputat Sahib Alıyev seçki dairəsini dəyişdi

Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında  bildirdi ki, Paşinyanın Qurban bayramı təbriki kimi, Qarabağı “itirilmiş vətən” adlandırması da eyni məqsədə xidmət edir: “Söhbət Ermənistanda 2026-cı ilin 7 iyununda keçiriləcək parlament seçkisindən gedir.  Paşinyan elektoratın böyük bir hissəsinin növbəti savaşın özləri üçün nə ilə nəticələnəcəyinin fərqində olduqlarından türk düşmənçiliyini davam etdirmək şərtilə sülh istədiyini yaxşı bilir. Ona görə də həmən o sülh istəyən çoxluğa aşılamaq istəyir ki, ancaq özü Azərbaycan və ilk növbədə də Türkiyə ilə dil tapmaq gücündədir. Paşinyanın "itirilmiş vətən"i  Medinskinin həmin o “mübahisəli ərazi” mahnılarının nəqarətidir. Yəni o, Moskvaya da onların çətiri altından çıxmaq fikrindən daşındığını, əgər gərəkən dəstəyi versələr, yenidən “Real Ermənistan” mahnısını “Böyük Ermənistan”la əvəzləyəcəyinə hazır olduğunu çatdırır".

S.Alıyev qeyd etdi ki, Azərbaycanın tələbləri yerinə yetirilməyənədək Ermənistanla hər hansı bir sülh anlaşması mümkünsüzdür: “Ermənistan baş nazirinin Qurban bayramı təbrikinin arxasında gizlənən  gözləntilərinə gəldikdə,  rəsmi Bakı gizlətmir ki, biz  passiv revanşistlərlə, aktiv revanşistlərə  ağ və qara ilana necə yanaşırıqsa, eynən  o cür yanaşırıq”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə xatırlatdı ki, Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra mövcud reallığı qəbul etsə də, hər bir erməni kimi, “vətənimizin bir hissəsini itirmişik” saxta təfəkküründən imtina etməyib: “Paşinyanın radikal müxalifətdən və kilsədən fərqi yalnız ondadır ki, baş nazirin rəqibləri Azərbaycanla sülhün əleyhinədirlər, o isə sülh olmadan Ermənistanın təhlükəsizliyinin təmin olunmayacağı qənaətindədir”. E.Şahinoğlu bildirdi ki, Paşinyan konkret addımlar atmalıdır: “İkinci Qarabağ müharibəsinə qədər Şuşada içkili halda yallı gedən, "Qarabağ Ermənistandır" deyən, Cəbrayıla yol çəkməkdən dəm vuran, indi isə Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edən Paşinyan özündə cəsarət tapıb konstitusiyanı dəyişdirməklə bağlı qərar verməlidir. Sülhü yubatmaq Paşinyanın özünün ziyanınadır. Onun gələn ilin parlament seçkisinə qədər Azərbaycan və Türkiyə ilə münasibətləri nizamlamaq imkanı var. Bu halda bayramlar münasibətilə qarşılıqlı təbriklərin əhəmiyyəti olacaq".

Politoloq qeyd etdi ki, bu arada, Nikol Paşinyan parlament seçkisi öncəsi rəqiblərinin üzərinə getməyə başlayıb: “O, qəti şəkildə II Qareginin könüllü subaylıq əhdini pozaraq uşağı olması xəbərini ancaq kəşfiyyat mənbələrindən əldə edə bilərdi. Qareginin övladının olduğunu ya Ermənistanın kəşfiyyat strukturları Paşinyana veriblər, ya da bunun arxasında xarici ölkə kəşfiyyat stukturlarından biri dayanır. Söhbət o ölkələrin kəşfiyyat strukturlarından gedir ki, Nikol Paşinyanın hakimiyyətini itirməsini və Ermənistanda Rusiyaya bağlı güclərin hakimiyyətə gəlməsini istəmirlər. Nikol Paşinyan II Qareginlə yanaşı, keçmiş prezident Robert Köçəryanın üzərinə də getməyə başlayaraq, onun korrupsiya əməllərini faş edə biləcəyi xəbərdarlığını edib. Böyük ehtimalla II Qareginin övladının varlığı məlumatını Paşinyana ötürən mənbə Robert Köçəryanın hakimiyyəti dövründə və sonrasında korrupsiya əməlləri barədə də əllərindəki məlumatları Ermənistanın baş nazirinə ötürüblər. Paşinyan bu məlumatlar əsasında parlament seçkisi öncəsində rəqiblərini əzib keçməyə çalışacaq. Onun bu fəaliyyəti bizim də xeyrimizədir”.

Yeri gəlmişkən, Rusiya rəsmilərinin ard-arda İrəvana səfərlər etməsi, həmçinin rusiyalı deputatların Gümrüdəki hərbi bazanı ziyarəti də N.Paşinyanın radikallaşmasın təkan verən amillərdən sayıla bilər. Rusiya XİN başçısı S.Lavrovun Ermənistan səfəri zamanı 7 rayonun işğal edilməsində rus silahlarının rolunu xatırlatması da sıradan məsələ deyildi. Paralel şəkildə Rusiyadan ölkəmizə qarşı təxribatçı mövqelərin çoxalması Paşinyanı həvəsləndirməkdədir. N.Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını Rusiya rəhbərliyi dəfələrlə Ermənistan xalqının başına çaxıblar.

N.Paşinyanın yenidən “val”ı dəyişməsinə yəqin ki, Bakının sərt cavabı olacaq. Bu cür təxribatçı mövqeyi ilə erməni baş nazir son zamanlar atdığı müsbət addımların da üstündən xətt çəkmiş olur...

Bu arada Ermənistan silahlı birləşmələrinin aktivliyi müşahidə olunub. Axar.az xəbər verir ki, bu barədə “44th Ranger Regiment” Telegram kanalı məlumat yayıb.

Kanalın yaydığı görüntülərdə 3 ədəd hərbi yük maşını və 5 ədəd topun hərbi hissədən kənarda yerləşdiyi görünür.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bölmənin digər xəbərləri

12 İyun 2025 İranın bitməyən Zəngəzur xofu - Xamneyinin adamı nəyin mesajını verir?
12 İyun 2025 Azərbaycana qarşı köhnə iftira - Bakıdan tutarlı cavab
12 İyun 2025 Kremlin Qarabağ üzərindən şok bazarlıq təklifi - REAKSİYA
12 İyun 2025 Razi Nurullayev ermənilərlə görüşdən danışdı: - “Dedi ki, heç bir sülh sazişi imzalamayacaq”
11 İyun 2025 "Avropa İttifaqının Ermənistandakı missiyası casusluq fəaliyyəti ilə məşğuldur" - Rusiya XİN
11 İyun 2025 “Bədbəxt” adlandırdığı şəhərdə yallı gedən Paşinyan idi – SƏRT CAVAB
10 İyun 2025 Azərbaycana bu böhtanı da atdılar – Tramp komandası Bakıya görə TERROR edilir
09 İyun 2025 Türk dövlətindən Putin Rusiyasını qıcıqlandıran addımlar...
09 İyun 2025 ABŞ-ın Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" qanunu yəqin ki, xeyli yumşaldılacaq" - "Politico"
08 İyun 2025 Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər - TƏFƏRRÜAT
08 İyun 2025 NATO MƏRKƏZİNDƏ BAYRAĞIMIZ QALDIRILDI - FOTOLAR
08 İyun 2025 Tiflislə İrəvan arasında gömrük savaşı: "Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir"
07 İyun 2025 Tramp Çinə təzyiq göstərməkdən çəkinir — Bloomberg
07 İyun 2025 ABŞ İrana qarşı sanksiya tətbiqini bərpa etdi: Onlarla şəxs qara siyahıda...
06 İyun 2025 Qərb MDB-nin dağılmasını istəyir - Kremldən yeni plan
05 İyun 2025 Putinlə Roma Papası arasında telefon danışığı: əsas məqamlar
05 İyun 2025 Azərbaycan-Ermənistan danışıqları başlayıb? – “Real nəticələr ola bilər”
04 İyun 2025 Zelenskiyə edilən hörmətsizlikdən sonra Si Cinpin də görüşdən yayınır – Trampın növbəti hədəfi kimdir?
04 İyun 2025 Fransa diplomatik adla Zəngəzura yerləşdi
04 İyun 2025 Cənubi Koreyada prezident seçkilərində müxalifətin namizədi qalib gəldi

Dünyapress TV

Xəbər lenti