Məşhur muğam ustası Alim Qasımovun rep deməsi sosial şəbəkələrdə gündəm olub. Bununla bağlı əksər insanlar onu tənqid edib. Müğənni Nura Suri isə Alim Qasımova yönəlmiş tənqidlərə sosial şəbəkə hesabında cavab verib.
“Alim Qasımovun toydakı görüntülərini saytlar paylaşıb. Cəmiyyətimiz də tökülüşüblər şərhlərdə ağızlarına gələni yazıblar. Elə bil oturub gözləyirlər ki, kimsə nəsə etsin, bunlar da klaviatura “qəhrəmanları” öz zəhərlərini töksünlər şərhlərə. Yaşlı insan əylənə bilməz? Zarafat edə bilməz? Elə bil ki, hamı hakimdi, həyat da məhkəmə. Qınanılası o qədər mühüm məsələlər var ki, onları görməzdən gəlməkdən bezmirsiniz, amma insanları əyləndiklərinə görə rahatlıqla təhqir edə bilirsiniz. Bir özünüzə də baxın, niyə bu qədər nifrəti içinizdə bəslədiyiniz səbəblərini də axtarın”.
Günel