b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_b9a561185dc4c12b36934add32c34d81.jpg
 

Putinin köməkçisinin işğaldan azad olunan torpaqlarımızı “mübahisəli ərazi” adlandırmasının arxasındakı məkrli niyyət üzə çıxdı; Bakı Krımı və 4 regionu “Yeni Rusiya” kimi tanıyacaqmı?

Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağla bağlı bəyanatına Azərbaycan Xarici İşlər Nazirliyinin reaksiyası ilə əlaqədar Moskva Bakının Rusiyanın yeni regionları və Krımı tanımasına ümid edir.

Bu barədə “RİA Novosti”yə məlumatlı mənbə bildirib. “Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağla bağlı bəyanatlarına reaksiyası ilə əlaqədar Moskva gözləyir ki, Bakı 22 fevral 2022-ci il tarixli Moskva Bəyannaməsində ən yüksək səviyyədə təsbit olunmuş Rusiya ilə Azərbaycan arasında münasibətlərin müttəfiqlik xarakterini nəzərə alıb, Ukrayna ətrafındakı vəziyyətdə daha balanslı mövqe tutub, xüsusi hərbi əməliyyat kontekstində Rusiyanın yanaşmalarının ədalətli olduğunu və Krım, Sevastopol, "dxr", “lxr”, Zaporojye, eləcə də Xerson vilayətlərinin ölkəmizin tərkibində olması ilə bağlı mövqeyi tanıyacaq. Necə ki, Rusiya Azərbaycanın Qarabağ üzərində suverenliyini şübhə altına almır", - mənbə bildirib.

Bu nədir - Rusiyanın Azərbaycana Qarabağ üzərindən siyasi bazarlıq təklifi, yoxsa Bakıya gözlənilən təzyiq barədə xəbərdarlıq? Azərbaycan Ukraynanın ərazi bütövlüyü məsələsində prinsipial mövqeyinə davam edərsə, Moskva bizim ərazi bütövlüyümüzü şübhə altına alacaqmı?

Azərbaycan uzun illər işğaldan əziyyət çəkən ölkə kimi işğalı, işğalçını necə dəstəkləyə bilər? Nəhayət, 22 fevral 2022-ci il tarixli Moskva Bəyannaməsinin Ukraynaya, işğal edilən bölgələrə nə dəxli? Burada böyük bir yanlışlıq və minnət var. Yəni Rusiya Qarabağın Azərbaycana aid olduğunu təsdiqləyirsə, Azərbaycan da bir “jest” etməlidir. Ancaq BMT-nin qərarları, beynəlxalq hüquq var və Krım, həmin 4 region Ukraynanın ərazi bütövlüyünə daxildir. Azərbaycan bu ərazilərin Rusiyanın suveren torpaqları kimi tanımış olsa, bununla həm beynəlxalq hüquqa, həm özünə qarşı getmiş olacaq. Yəni vaxtilə işğala məruz qalmış ölkə kimi ədalət hissini itirməli, işğalçıya dəstək verməliyik.

Ümumiyyətlə, Rusiyanın dövlət agentliyinin “məlumatlı mənbə” kimi təqdim etdiyi mötəbər qaynağın əslində Kreml sarayındakı dairələr olduğu şübhə doğurmur. Bu informasiya orada emal və istehsal olunub, sonra “Ria-Novosti”yə ötürülüb ki, yaysınlar. Və bu xəbərin dərc olunması elə vaxta təsadüf edir ki, bir yandan Medinski Qarabağı “mübahisəli ərazi” adlandırır, bir tərəfdən XİN rəsmisi Zaxarova Rusiyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını rəsmən bəyan edir.

Lakin Azərbaycanın belə bir bazarlığa gedəcəyi gözlənilmir. Rəsmi Bakının mövqeyi beynəlxalq hüquqa söykənir - ilhaq və işğal olunmuş ərazilər Ukraynanın suveren torpaqlarıdır. Bundan əlavə, Azərbaycan işğaldan əziyyət çəkən ölkəyə hər zaman humanitar yardım edir. Sadəcə, nə sanksiyalara qoşulmuşuq, nə Kiyevə hərbi yardım edirik. Moskvanın bu faktorları nəzərə alması olduqca vacibdir. Təəssüf ki, Rusiya hakimiyyəti hələ də Azərbaycana qarşı qeyri-müəyyən, ikibaşlı, latent bir siyasət yürüdür. Bunun növbəti elementi də “Ria-Novosti”nin yaydığı məlumat oldu.Ə

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlunun sözlərinə görə, Rusiyanın “RİA Novosti” agentliyinin “Moskva Bakının Rusiyanın yeni regionları və Krımı tanımasına ümid edir” xəbəri Kreml sahibinin köməkçisi Vladimir Medinskinin son müsahibəsində Qarabağı “mübahisəli ərazi” kimi adlandırmasının təsadüfi, yəni dil sürüşməsi olmadığını göstərir: “Rusiyanın dövlət agentliyinin bu xəbəri adının çəkilməsini istəməyən mənbəyə istinadən yayılıb. Həmin mənbənin Kremldən olduğu aşkardır. Kremlin "RİA Novosti" vasitəsilə Bakıya göndərdiyi mesajı belə oxumaq lazımdır: “Azərbaycanın Rusiyanın Ukraynadan qopardığı bölgələri, o cümlədən Krımı Rusiya ərazisi kimi tanımasını istəyirik”. Ötən ilin dekabrında Rusiya səmasında Azərbaycanın mülki təyyarəsini raketlə vurduğuna və vətəndaşlarımızı öldürdüyünə görə Azərbaycandan üzr istəməyən, günahkarları cəzalandırmayan Kreml hələ bizdən Ukraynanın işğalını tanımamızı istəyir. Bu heç zaman mümkün olmayacaq".

Onun fikrincə, belə olan halda Kremldən və rusiyalı rəsmilərdən, deputatlardan, diplomatlardan Azərbaycana münasibətdə əvvəlkitək təxribatlar gözləməliyik: “Maraqlıdır, Kreml bu "istəyini" ilk dəfə Azərbaycanın adını çəkərək səsləndirib. Kreml eyni istəyinin yerinə yetirilməsini strateji tərəfdaş adlandırdığı dövlətlərdən, o cümlədən Çindən də gözləyirmi? Kreml Kollektiv Təhlüksəzilik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi üzvlərindən də Krımı Rusiya ərazisi kimi tanımasını istəyirmi? Başqalarını bilmirəm, Azərbaycan Xarici İşlər Nazirliyi “RİA Novosti”nin təxribatçı xəbərini cavabsız qoymamalıdır".

Asif Nərimanlı: Azərbaycan danışıqlar prosesində Fransanın iştirakına imkan  vermir

Asif Nərimanlı

Siyasi təhlilçi Asif Nərimanlı da belə hesab edir ki, “RİA Novosti”nin “Rusiya Azərbaycanın Krımı və yeni regionları (Ukraynanın işğal edilmiş digər əraziləri) tanımasına ümid edir” xəbəri ilə Moskva, nəhayət, Bakıdan nə istədiyini elan etdi. Onun qənaətinə görə, mümkündür ki, bu istək kulis diplomatiyasında daha öncədən dilə gətirilib və AZAL təyyarəsinin vurulmasından sonra Bakı-Moskva xəttində yaranmış narazılığın davam etməsindəki motivlərindən biri də bu ola bilər: “Bakıdan müsbət cavab ala bilməyən Kreml isə həm Medinskinin "Qarabağı mübahisəli" ərazi adlandırması, həm də Krım istəyini ictimaiyyətləşdirməklə mesaj verir. Rusiya başqa ölkədən yox, niyə məhz Azərbaycandan bunu açıq şəkildə istəyir?

İstisna deyil ki, Moskva Bakının tələblərini - mövcud situasiyada bunun AZAL-ın vurulan təyyarəsi ilə bağlı olmasından başqa versiya görünmür - yerinə yetirmək üçün şərt kimi Krım istəyini irəli sürür, Bakıda qəbul edilməyəcəyini bildikləri halda. Və bununla tələblərdən yayınmaq gedişi edir".

Siyasi şərhçi Azərbaycanın Rusiyanın bu istəyini qəbul etməyəcəyinə əmindir: “Bu yalnız o halda müzakirə edilə bilər ki, Ukrayna Krımı və digər işğal edilmiş əraziləri Rusiya ərazisi kimi tanısın və beynəlxalq hüquqda qəbul olunsun. Perspektivdə bu ssenarinin mümkünlüyü görünmür. Bu halda Moskvanın Bakıya qarşı təxribat xarakterli müxtəlif açıqlamaları və addımları gözləniləndir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bölmənin digər xəbərləri

13 İyun 2025 “Ağcaqayın yarağı” ölkəsi Bakı ilə barışır
13 İyun 2025 Türkiyə və Yunanıstan arasında mühüm toplantı
12 İyun 2025 İranın bitməyən Zəngəzur xofu - Xamneyinin adamı nəyin mesajını verir?
12 İyun 2025 Azərbaycana qarşı köhnə iftira - Bakıdan tutarlı cavab
12 İyun 2025 Razi Nurullayev ermənilərlə görüşdən danışdı: - “Dedi ki, heç bir sülh sazişi imzalamayacaq”
11 İyun 2025 "Avropa İttifaqının Ermənistandakı missiyası casusluq fəaliyyəti ilə məşğuldur" - Rusiya XİN
11 İyun 2025 “Bədbəxt” adlandırdığı şəhərdə yallı gedən Paşinyan idi – SƏRT CAVAB
11 İyun 2025 Paşinyanın yalançı sülhü - Qarabağı “itirilmiş vətən” elan etdi
10 İyun 2025 Azərbaycana bu böhtanı da atdılar – Tramp komandası Bakıya görə TERROR edilir
09 İyun 2025 Türk dövlətindən Putin Rusiyasını qıcıqlandıran addımlar...
09 İyun 2025 ABŞ-ın Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" qanunu yəqin ki, xeyli yumşaldılacaq" - "Politico"
08 İyun 2025 Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər - TƏFƏRRÜAT
08 İyun 2025 NATO MƏRKƏZİNDƏ BAYRAĞIMIZ QALDIRILDI - FOTOLAR
08 İyun 2025 Tiflislə İrəvan arasında gömrük savaşı: "Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir"
07 İyun 2025 Tramp Çinə təzyiq göstərməkdən çəkinir — Bloomberg
07 İyun 2025 ABŞ İrana qarşı sanksiya tətbiqini bərpa etdi: Onlarla şəxs qara siyahıda...
06 İyun 2025 Qərb MDB-nin dağılmasını istəyir - Kremldən yeni plan
05 İyun 2025 Putinlə Roma Papası arasında telefon danışığı: əsas məqamlar
05 İyun 2025 Azərbaycan-Ermənistan danışıqları başlayıb? – “Real nəticələr ola bilər”
04 İyun 2025 Zelenskiyə edilən hörmətsizlikdən sonra Si Cinpin də görüşdən yayınır – Trampın növbəti hədəfi kimdir?

Dünyapress TV

Xəbər lenti