"ABŞ-da "İtaətsizlik günü":
"Trampın siyasi ritorikası və avtoritar meylləri ABŞ demokratiyasına birbaşa təhdiddir..."

Bu şənbə, iyunun 14-də ABŞ-ın bütün ştatlarında hazırkı prezident Donald Trampın siyasətinə qarşı irimiqyaslı etiraz aksiyaları keçiriləcək.

Moderator.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Təşkilatçılar hesab edir ki, bu, Trampın ikinci prezidentlik dövrü başladıqdan bəri ən böyük birgünlük etiraz tədbiri olacaq. Aksiya "Kralsız gün" ("No Kings Day") adlanır və təsadüfi deyil ki, ABŞ Silahlı Qüvvələrinin 250 illiyi münasibətilə Vaşinqtonda keçiriləcək hərbi paradla eyni vaxta - iyunun 14-nə təsadüf edir. Həmçinin, həmin gün prezident Tramp 79 yaşını qeyd edir.

Məqsəd: küçələrdə şouya qarşı demokratiya

Bu aksiyaların koordinasiyası ilə 100-dən çox demokratik yönümlü qrup məşğuldur. Onların arasında daha öncə "Trump Resistance" hərəkatı ilə tanınan "Indivisible" təşkilatı da var. Hələ may ayında aksiyanı elan edən bu qrup Trampı ad gününü tanklarla və küçələrdə güc nümayişi ilə qeyd etmək istəyən avtoritar lider kimi təqdim edib. Təşkilatçılar bildirir ki, Trampın siyasi ritorikası və avtoritar meylləri ABŞ demokratiyasına birbaşa təhdiddir və bu səbəbdən aksiya "Kralsız gün" adı ilə keçirilir.

Vaşinqtonda yox, bütün başqa şəhərlərdə

Qəribədir ki, Vaşinqtonda - prezidentin doğum günü və hərbi paradın keçirildiyi şəhərdə heç bir rəsmi etiraz aksiyası planlaşdırılmayıb. "Indivisible" təşkilatının rəhbəri Liya Qrinberqin sözlərinə görə, bu, məqsədli strategiyadır. Məqsəd Tramp administrasiyasının paytaxtda qarşıdurma yaradaraq diqqəti yayındırmasının qarşısını almaqdır. Qeyd edək ki, Tramp daha öncə bəyan edib ki, Vaşinqtonda hər hansı etiraz sərt şəkildə yatırılacaq və "çox böyük güclə cavab veriləcək".

"Təlxəkləri qovaq": qadın hərəkatı da qoşulur

"No Kings Day" ilə paralel olaraq eyni gündə ABŞ-ın bir çox şəhərlərində "Clown Out" - "Təlxəkləri qovaq" adlı qadın yürüşləri də keçiriləcək. Bu marşlar əsasən MAGA rejiminin (Make America Great Again) cəfıngkiyini və antidemokratik ruhunu ifşa etməyə yönəlib. Aksiyanın təşkilatçıları bildirir ki, 14 iyun onlar üçün MAGA rejiminə qarşı real müqavimət göstərmək və demokratiyanı müdafiə etmək üçün bir fürsətdir. Onların mesajı aydındır: demokratiya uğrunda mübarizə hələ bitməyib - o, indi və burada davam edir.

Aksiyalar immiqrasiya böhranı fonunda keçirilir

Etiraz aksiyaları Tramp administrasiyasının sərt antimiqrant siyasəti ilə bağlı ABŞ-ın bir çox şəhərində, o cümlədən Los-Ancelesdə davam edən narazılıqlar fonunda keçirilir. Federal hökumətin miqrantlara qarşı zorakı münasibəti, xüsusilə də son günlərdəki kütləvi həbslər və deportasiya tədbirləri ictimai qəzəbi daha da artırıb.

Kaliforniya qubernatoru Trampı ittiham edib

Kaliforniya qubernatoru Qevin Nyusom televiziyada çıxışı zamanı Trampı ölkə daxilində qarşıdurmalar yaratmaqda və demokratik dəyərləri sarsıtmaqda ittiham edib. Onun sözlərinə görə, küçələrə hərbçilərin çıxarılması misilsiz addımdır və ABŞ demokratiyasının mahiyyətinə təhdiddir. Nyusom bildirib ki, Trampın iddia etdiyi kimi bu tədbirlər sadəcə təhlükəli cinayətkarlara qarşı yönəlməyib, əslində isə narazı vətəndaşların susdurulmasına xidmət edir.

Bölmənin digər xəbərləri

13 İyun 2025 Rusiya ən qiymətli təyyarəsini Ukraynadan uzaqlaşdırır: Nə baş verib
13 İyun 2025 ABŞ İsrailin İrana hücumlarında iştirakını təkzib etdi
13 İyun 2025 İsrailə ŞOK ittiham: Səudiyyə Ərəbistanı və Omandan sərt bəyanat
13 İyun 2025 ABŞ-da senator qandallandı
13 İyun 2025 Orban Gürcüstan hökumətini "heyvan" adlandırdı
13 İyun 2025 Kreml Bakıya ağlasığmaz şərt qoyur – Moskva başını tamamilə itirib?
13 İyun 2025 Tehran İsrailin hücumlarına sərt cavab verəcək - İran Baş Qərargahının sözçüsü
13 İyun 2025 Rusiyanın hədəfindəki nöqtələr: Avropada eskalasiya gözləntisi
12 İyun 2025 Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib
12 İyun 2025 Prezident: Los-Anceles sakinləri bəxtəvərdirlər ki, onlara kömək etdim
12 İyun 2025 Zaxarova erməni jurnalisti "yerinə otuzdurub" - GƏLİŞMƏ
12 İyun 2025 Azərbaycanlı iş adamının Xəzərlə bağlı təklifinə Qazaxıstandan reaksiya
12 İyun 2025 Zəngəzur və Dərələyəzin Ermənistana verilməsinin hüquqi qüvvəsi yoxdur - İLGİNC FAKT
12 İyun 2025 Rusiya niyə Odessanı işğal etmək istəyir? - Zelenski açıqladı
12 İyun 2025 "Zümrüd ada": Dünyanın ən mənzərəli ölkəsi seçildi (SİYAHI)
11 İyun 2025 Şoyqudan xəbərdarlıq: Rus dilini ləğv etmək istəyənlər...
11 İyun 2025 II Qaregin hər şeydən danışdı bir gizli uşaqlarından başqa
11 İyun 2025 Pentaqon: "Tramp Rusiya və Ukrayna arasında qan tökülməsinə son qoyulmasını istəyir"
11 İyun 2025 Moskva qorxusundan qaçıb Tokionun arxasında gizlənib.
11 İyun 2025 Tehranın imam cüməsinin oğlu və gəlini həbs edildi

Dünyapress TV

Xəbər lenti