Özbəkistan Rusiyaya nota verdiYaradılıb 11.06.2025 14:02 | Baxış sayı: 55Özbəkistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının Rusiya ərazisində yoxlanılması ilə bağlı narahatlığını bildirib.Bu barədə nazirliyin mətbuat katibi Axror Burxanov özünün "Telegram" kanalında məlumat yayıb.Onun sözlərinə görə, ölkənin Moskvadakı səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edib."Biz qanunsuz yoxlamalar, hörmətsizlik və kobud rəftar halları ilə bağlı məlumatlardan narahatıq", - Burxanov qeyd edib. Facebook-da paylaş