Qərbin İranla bağlı “B planı”: -
İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvin oğlu Rza Pəhləvi son illərdə, xüsusilə də İranda 2022-ci ildən sonra baş verən “Qadın, Həyat, Azadlıq” etirazlarından sonra daha fəal şəkildə beynəlxalq səviyyədə çıxışlar edir, bəyanatlar verir və İslam Respublikasının legitimliyini sorğulayan fikirlər səsləndirir. Rza Pəhləvi özünü bu boşluğu doldura biləcək sima kimi təqdim etməyə çalışır. Bu səbəbdən hazırda gedən İran–İsrail münaqişəsi fonunda da aktivləşməsi təəccüblü deyil.

Rza Pəhləvi verdiyi müsahibələrdə açıq şəkildə monarxiyanı bərpa etmək məqsədindən danışmasa da, bəzi tərəfdarları onu gələcək İranın “konstitusiyalı kralı” kimi görmək istəyir. 1979-cu il inqilabından sonra Pəhləvilərin üz tutduğu Qərb ölkələrində fəaliyyət göstərir və çıxışlarını ingilis dilində edir. Qərbin İrana qarşı strategiyasında “rejim dəyişikliyi” ilə bağlı fərqli ssenarilər müzakirə olunur və Rza Pəhləvi özünü potensial “alternativ lider” kimi təqdim etməyə çalışır.

Lakin burada önəmli məqam İran xalqının Pəhləvilərə münasibətidir. Bu, gerçəkləşməsi olduqca çətin ssenaridir. Çünki İran xalqı üçün monarxiya dövrü, yumuşaq desək, xoş xatirələrlə yadda qalmayıb. İran daxilində onun nüfuzu məhduddur. Xüsusən də gənc nəsil onun haqqında çox az bilgi sahibidir və Şah dövrünün repressiyaları haqda kollektiv yaddaş hələ də canlıdır. Bəzi dairələrdə nostalji olsa da, bu, geniş xalq dəstəyinə çevrilmir. Onun sabit və kütləvi şəkildə təşkilatlanmış bir hərəkatı yoxdur. Sosial mediada tanınsa da, yerli səviyyədə aktiv bir struktura və dəstəyə malik deyil.

ABŞ və Avropa isə onu bir “müxalifətin səsi” kimi dinləsə də, ciddi siyasi alternativ kimi dəstəklədikləri inandırıcı deyil. İndiki proseslər fonunda Qərbin İranda rejim dəyişikliyi üçün aktiv addım atması da real görünmür. Bu yalnız daxildən gedən proseslərlə ola bilər ki, burada da Pəhləvilərin dəstəyi yoxdur. İranın daxili mübarizələri çoxşaxəlidir: reformistlər, islahatçılar, millətçi qüvvələr, kürd, türk, ərəblər kimi etnik hərəkatlar var. Rza Pəhləvin bu palitrada vahidləşdirici sima olması çox çətindir.

Bu mənada Rza Pəhləvinin taxtı geri alması və ya xalqın geniş dəstəyini qazanaraq ölkə rəhbərliyinə gəlməsi real deyil. Amma İran daxilində rejim böhranı dərinləşərsə və liderlik vakuumu yaranarsa, o zaman onun rolu, Qərbin də dəstəyi ilə yeni formada aktuallaşa bilər — lakin bu, yenə də əsasən İran xalqının öz seçimi və daxili siyasi güc balansından asılı olacaq.

Vüqar Zifəroğlu - globalinfo.az

 

Bölmənin digər xəbərləri

18 İyun 2025 Bakı “İbrahim sazişləri”ni imzalamağı təxirə salır
17 İyun 2025 “Amerika olmasa da, yolumuza davam edə bilərik” – Çin liderindən SENSASİON AÇIQLAMA
17 İyun 2025 İlham Əliyev Afrim Qaşini qəbul etdi - FOTOLAR
17 İyun 2025 Ankara səhnədə: Türkiyə müharibəyə DUR deyə biləcəkmi?
17 İyun 2025 G7 liderləri İsraili dəstəkləyən birgə bəyanatla çıxış etdilər
16 İyun 2025 İran prezidenti İsraillə atəşkəsə vasitəçilik üçün Azərbaycana müraciət edib
16 İyun 2025 Trampdan İsrail-İran açıqlaması: Danışıqlar gedir, tezliklə sülh sazişi bağlanacaq
15 İyun 2025 Müharibə Putinin evinə qədər alovlanıb: Rusiya-Ukrayna savaşında dönüş nöqtəsi yaxınlaşır
15 İyun 2025 İsrail Xameneini də vuracaq - rəsmən elan edildi: "Qadağan olunan hədəf deyil"
15 İyun 2025 Putin və Tramp arasında telefon danışığı baş tutub - YENİLƏNİB
15 İyun 2025 Ərdoğan və Şahbaz Şərif arasında telefon danışığı baş tutub
15 İyun 2025 Ərdoğan Pezeşkianla İran-israil qarşıdurmasını müzakirə edib
13 İyun 2025 İran sona qədər döyüşəcək - Klinton 11 il öncə nələr yazmışdı...
13 İyun 2025 “Ağcaqayın yarağı” ölkəsi Bakı ilə barışır
13 İyun 2025 Türkiyə və Yunanıstan arasında mühüm toplantı
12 İyun 2025 İranın bitməyən Zəngəzur xofu - Xamneyinin adamı nəyin mesajını verir?
12 İyun 2025 Azərbaycana qarşı köhnə iftira - Bakıdan tutarlı cavab
12 İyun 2025 Kremlin Qarabağ üzərindən şok bazarlıq təklifi - REAKSİYA
12 İyun 2025 Razi Nurullayev ermənilərlə görüşdən danışdı: - “Dedi ki, heç bir sülh sazişi imzalamayacaq”
11 İyun 2025 "Avropa İttifaqının Ermənistandakı missiyası casusluq fəaliyyəti ilə məşğuldur" - Rusiya XİN

Dünyapress TV

Xəbər lenti