Dünyada yeni fəlakət riski: Azərbaycana da yaxınlaşır – Çıxış yolu isə…
Hazırda dünyada bir neçə ciddi geosiyasi münaqişə eyni vaxtda davam edir. Ukrayna-Rusiya savaşı, İsrailin həm Fələstin, həm də İranla qarşıdurmaları qlobal sabitliyə mənfi təsir göstərir. Bildirilir ki, bu hadisələr, xüsusilə enerji və ərzaq tədarük zəncirlərinə təzyiq yaradır, məhsul qıtlığı riski ilə bağlı narahatlıqları artırır.

Davam edən geosiyasi münaqişələr ərzaq qıtlığına səbəb ola bilərmi? Azərbaycan bu risklərin qarşısını almaq üçün hansı tədbirlər görməlidir?

Globalinfo.az-a danışan qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, münaqişələr ərzaq tədarükünü çətinləşdirir və bu da qıtlığa yol açır:

“Azərbaycan həm ixrac, həm də idxal edən ölkələr sırasındadır. Məsələn, xaricə meyvə-tərəvəz məhsulları ixrac edirik, İran və digər ölkələrdən pomidor, qarpız, yemiş, xiyar kimi ərzaqlar alırıq. Əsasən İran bazarı bizim üçün əhəmiyyətlidir. Müharibələr və qlobal gərginliklər isə idxala ciddi təsir göstərə və axını kəsə bilər. Belə vəziyyətlərdə çıxış yolu kənd təsərrüfatının inkişaf etdirilməsidir. Bu sahə təkcə iri fermerlər və oliqarxların biznes layihəsi kimi görülməməlidir. Əsas diqqət kiçik təsərrüfatlara, ailə və fərdi sahibkarlığa yönəlməlidir. Kəndlilərə torpaq becərmək, toyuq saxlamaq, arıçılıq və digər sahələrlə məşğul olmaq üçün şərait yaradılmalıdır”.

Mütəxəssis bildirib ki, kəndli məhsulunu sata biləcəyinə əmin olmalıdır:

“Dövlət real dəstək verməli, rüşvət və süni əngəllər aradan qaldırılmalıdır. Kənd təsərrüfatı yarmarkaları təşkil olunmalı, satış imkanları genişləndirilməlidir. Yəni bu, məmurların deyil, kəndlilərin işi olmalıdır. Gübrə və pestisidlər ehtiyacı olan ailə təsərrüfatlarına düzgün bölgü ilə çatdırılmalıdır”.

A.Salamovun sözlərinə görə, bu sahəyə diqqət ayrılsa, fərdi təsərrüfatlar çoxalar, ərzaq bolluğu yaranar və qıtlıq riskindən qorunarıq:

“Həmişə demişəm ki, kəndli bal arısı kimidir. Onlara şərait yaradılsa, bolluq olacaq. Əks halda, qıtlıq qaçılmazdır”.
 

Bölmənin digər xəbərləri

18 İyun 2025 Azərbaycandan Çinə fındıq və badam ixracı üçün tədbirlər görülür
17 İyun 2025 Azərbaycanın buğda idxalında Qazaxıstanın payı rekord həddə çatıb
17 İyun 2025 Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR
17 İyun 2025 Qaz və elektrik abonentləri niyə və nəyə görə pul ödəyəcəklər? - AKTUAL
15 İyun 2025 Neft qiymətləri 200-300 dollara qalxa bilər - İraq XİN
14 İyun 2025 İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər
14 İyun 2025 Xəstəxanalarda qiymətlər bahalaşdı
13 İyun 2025 “İstəyirsən qazı işlət, ya da işlətmə, aylıq məbləği ödəməlisən” - deputat
13 İyun 2025 İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
13 İyun 2025 Həmin qəza "Boeing"in səhmlərini çökdürdü
12 İyun 2025 Qızıl avronu sıxışdırır: Mərkəz Banklar 1960-cı illərdə olduğu kimi yenidən qiymətli metal toplayır
12 İyun 2025 Klinika rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - 600 mindən çox borcu var
11 İyun 2025 Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
11 İyun 2025 Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
11 İyun 2025 İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
10 İyun 2025 Birjada qızılın qiyməti artıb
09 İyun 2025 Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!

Dünyapress TV

Xəbər lenti