Mahir Şirəliyevin qanunsuz əməllərinə kim göz yumur


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına.
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Xanım Əliyevaya.
Surəti : Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Cənabına.
Surəti : Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbəri Vəli Quliyev Cənabına.
Surəti : Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Xanım Qafarovaya.
Azərbaycan Respublikasının Dövlət Turizim Agentliyinin rəhbəri Fuad Nağıyev Cənabına.
Surəti : Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Cənabına.
Surəti : Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Xanım Əliyevaya.


Xaçmaz rayonu, Yalama "Xəzər" Turizim Mərkəzinin bir qrup kollektivi adından

ŞİKAYƏT ƏRİZƏSİ


Hörmətli Prezident Cənabları !
Çox hörmətli Mehriban Xanım Əliyevaya !
Hörmətli Samir müəllim !
Hörmətli Vəli müəllim !
Çox hörmətli Sahibə Xanım !
Hörmətli Fuad müəllim !
Hörmətli Sahib müəllim !
Çox hörmətli Səbinə Xanım !

Biz, bir qrup "Xəzər" Turizim Mərkəzinin işçisi, kollektiv surətdə böyük inam və ümüdlə Sizin hər birinizə acizanə surətdə müraciət edirik. Bizi, Yalama "Xəzər" Turizim Mərkəzinin yeni təyin olunan rəhbəri Mahir Şirəliyevin hikkəsindən bacarıqsiızlığından və hər hansı törənə biləcək xoşagəlməz hallardan qurtarın.
İstirahət Mərkəzinin direktoru Mahir Şirəliyev rəhbər təyinatından sonra işçilərə, ən çoxda ləzgi millətindən olan işçilərə qarşı dözülməz halda davranış sərgiləyir. Nə dövlətin qanunların sayır, nə işçinin hüquqların tanıyır, sanki o, öz imperiyasın qurur. Dinəəndə də, - "məni heç kim çıxara bilməz, mən bura necə gəlmişəm, siz onu bilməzsiniz" - deyib, bildirir ki, - "o, Sahib Məmmədovun qayınatasının yaxın adamlarından biridi". Mahir Şirəliyev bura müdür təyin olunandan sonra,- "parçala hökümət sür" - siyasəti ilə işin davam etdirir. Özünə münasib bir neçə nəfəri öz yanına çəkib, İstirahət mərkəzində təmirə alınan materialları oğurlayıb satdırır, işçiləri hədə, təhdid altında saxlayır. Mahir Şirəliyev mərkəzdə özünə bir otaq düzəltdirib, Bakıdan öz əxlaqına münasib qadınlardan ora gətirdirib keyf məclisləri qurur, özünü gətirdiyi qadınların yanında göstərirmiş kimi işçiləri aşağlayır. Özü üçün yaratdığı otaqda günlərlə əyyaşlıqla məşğul olur. Bütün bunlara baxmayaraq işçilər arasında intriqa yaradır, onları bir-birinə qarşı qoyur. O, hələ bu hərəkətinə görə bir dəfə kimlər tərəfindənsə lazımınca döyülmüşdü. Üç gün utandığından adam arasına, eləcə də işə çıxmamışdı. Elə bil, Mahir Şirəliyev sanki bunun qisasını işçilərdən çıxartmağa and içib. Bütün acığın, hikkəsin bir tikə çörək üçün iş yeri tapmış burada çalışanlardan çıxır.
Hətda utanmadan bu insanlara haqq qoyur. Amma utanmadan 4 aynan əmək haqqını vermir.
Biz kollektiv olaraq, əsasda ləzgi millətindən olan bir qrup "Xəzər" İstirahət Mərkəzinin işçisi olaraq Sizin hər birinizdən xahiş edirik. Göstəriş və nəzarətinizə uyğun inanırıq ki, "Xəzər" Turizim Mərkəzinə məsələni yerində araşdırılması üçün komissiya yaradılsın, məsələ ciddi araşdırılsın.
Əvvəlcədən minnətdarlığımızı bildiririk...

İmza :

P. S: Media olaraq qarşı tərəfin də mövqeyin dərc etməyə hazırıq.

Dunyapress.info saytına edilən şikayət əsasında

 

 

Bölmənin digər xəbərləri

18 İyun 2025  KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO
18 İyun 2025 Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! - TƏFƏRRÜAT
18 İyun 2025 Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov 300 min manatlıq obyekt tikdirib? – Fotofakt
18 İyun 2025 Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? - Fotofaktlar
18 İyun 2025 "Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir

Dünyapress TV

Xəbər lenti