Ardını oxu...
Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsində fəaliyyət göstərən “Şah” adlı oteldə qumar oyunu təşkil edənlərə cəza verilib.

TEREF xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, qumar oyunun təşkilinə görə otel sahibi, 1989-cu il təvəllüdlü Xaliq Məmmədsadıqov, orda ofisant kimi çalışan 1998-ci il Hikmət M. və 1998-ci il təvəllüdlü Mirəli D. saxlanılıb. Onlar barəsində açılan Cinayət Məcəlləsinin 244-1.2.1; 244-1.2.4-cü maddələri ilə cinayyət işinə məhkəmədə baxılıb.

Təqsirləndirilən şəxslər otel müştərilərinə kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunları təşkil ediblər. Aparılan araşdırma zamanı sözügedən oteli biznes fəaliyyəti ilə məşğul olan Namiq və Xaliq Məmmədsadıqov qardaşlarının idarə etdiyi məlum olub.

Otelə daha çox nəzarəti Namiq Məmmədsadıqov etsə də, təqsirləndirilən ofisantların sözlərinə görə, otelin digər sahibi Xaliq Məmmədsadıqov qumara qarşı olub. Ofisantlar ifadələrində qumar oyunlarını Namiq Məmmədsadıqovun tapşırığı ilə təçkil etiklərini deyiblər.

“Namiq hər dəfə bizə deyirdi ki, onun güclü “arxası”, tanışları var. Oteldə qumar oynayanlara rahat qulluq edin. Namiq otelin rəhbəri olduğu üçün biz onun bu təklifindən qorxmadıq”, deyə onlar bildirib.

Otelin sahibi Namiq isə ifadəsində “Şah” otelində qumar oyunlarının keçirilməsindən və təşkil edilməsindən məlumatı olmadığını və icazə vermədiyini bildirib: “Həmin oyunçuların orada qumar oynamısını Hikmət və Mirəli təşkil edib. Özümü ona görə qismən təqsirli bilirəm ki, kollektivini düzgün seçməmişəm”.

Məhkəmə oteldə qumarın təşkil təşkilatçısı kimi ofisant Hikmət M. 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. O, məhkəmə iclas zalında həbs edilib.

Otelin sahibi Xaliq Məmmədsadıqov və Mirəli D. 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Hər iki şəxs cəza çəkdiyi müddətdə üzərilərində elektron nəzarət qolbağı tətbiq edilib.

  
Ardını oxu...
Qazın kəsilməsinə səbəb onların ötən ayın qazpulunu vaxtında ödəyə bilməməsidir. Bu isə, aylıq maaşlarının hələlik köçürülməməsi ilə bağlı olub. Bu haqda "Gündəlik Naxçıvan"a hərbçilərin özləri məlumat veriblər.
Adının çəkilməsini istəməyən hərbçilərdən biri deyir ki, işdən evə gəldikdə qazın kəsildiyini görüb:
"Mart ayının borcunu ödəyə bilmədik, ona görə qazlarımız kəsilib. Şahbuzun ucqar yerində yaşayırıq, hava çox soyuqdur. Uşaqlar və biz donuruq. Yemək bişirmək, çay qoymaq da mümkün olmur. Rayon Qaz İdarəsinin əməkdaşları əvvəlcədən xəbərdarlıq etmədən gəlib qazı kəsiblər. Özləri də yaxşı bilirlər ki, biz maaşlarımızı hər ayın 7-si alırıq. Yəni, 2-3 günə maaşımızı alıb, ödəyəcəyik. Niyə belə edirlər, bilmirik. Hərbiçilərə bu cür hörmət göstərirlər. 10-larla hərbçi ailəsi qazsız, soyuqda qalıb."
Adının çəkilməsini istəməyən dirgər hərbçi isə, problemin həll olunması üçün aidiyyəti qurumlara səslənir:
“Soyuqda yaşamaq və ailəmizi bu vəziyyətdə görmək çox çətindir. Biz xidmət edirik, amma bəzən belə hallarla qarşılaşmaq çox ədalətsizdir. Ümid edirik ki, aidiyyəti qurumlar dərhal reaksi verəcəklər.“
 
 
 
Ardını oxu...
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) binası söküləcək.
TEREF “Teleqraf”a istinadla xəbər verir ki, bu, “Bakı Metropoliteni” QSC-nin “Dərnəgül” elektrik deposunun tikintisi ilə bağlıdır.
Belə ki, depo tikiləcək ərazidən təxminən 464 yaşıllıq köçürüləcək. Müşahidələr onu göstərir ki, həmin ərazidə bu sayda ağac və kol yoxdur.
Amma “Dərnəgül” elektrik deposu üçün ayrılan torpaq sahəsi ilə bitişik olan ABU-nun həyətində geniş yaşıllıq salınıb. Burada yüzlərlə ağac mövcuddur.
Ola bilər ki, köçürüləcəyi rəsmi şəkildə açıqlanan yaşıllığın bir hissəsi keçmiş ali məktəbin həyətinə düşəcək. Bu da ABU-nun binasının söküləcəyi qənaətinə gəlməyə əsas verir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, plana uyğun olaraq ərazidən 464 yaşıllıq köçürüləcək..
“Həmin ərazi 1986-cı ildən “Bakı Metropoliteni”nə verilib. Bu o deməkdir ki, metropolitenin ərazisidir. O dönəmdə isə hazırda ərazidə gördüyünüz Azərbaycan Beynəlxalq Universitetinin, yeni binaların və digər infrastrukturun heç birisinin izi-tozu yox idi. Ərazi həmişə metropolitenin sahəsi olub. Ora heç vaxt ABU-nun ərazisi olmayıb, onlar sadəcə orada universitet tikiblər. Biz öz ərazimizi hasarlamışıq”, – B.Məmmədov deyib.
Xatırladaq ki, ABU 1997-ci ildə yaradılıb. 2010-cu il sentyabrın 1-də keçmiş təhsil naziri Misir Mərdanovun imzaladığı əmrlə universitetin fəaliyyəti tamamilə dayandırılıb.
ABU-nun rektoru Elşad Abdullayev xaricə qaçıb və hazırda Fransada yaşayır.
Ardını oxu...
Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən mebel istehsalı ilə məşğul olan “Embawood” MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Bu barədə “Report”a Agentlikdən məlumat verilib.

Bildirilib ki, şirkət qüsurlu malın geri qaytarılmasından imtina edib və istehlakçı ilə bağlanmış müqaviləyə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edib, bununla da, İnzibati Xətalar Məcəlləsinin 444.2-ci bəndinə (Satılmış malların dəyişdirilməsi və yaxud geri qaytarılması qaydalarının pozulması) və 447.0.9-cu bəndinə (istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi) xətalar törədib.
 
Ardını oxu...
"DİA-AZ" qeyd edir ki, bu ilin fevralın 7-də kollektivə təqidm olunan yeni maliyyə naziri Sahil Babayev ilk əmrilə martın 10-da aparat rəhbəri Cavanşir Yusifovu vəzifədən azad etdi. Əslində yeni postunda möhkəmlənmədən atdığı bu addımla nazir növbəti dalğanın mahiyyətini də anons etmiş oldu. Yəni köhnələrdən, illər uzunu keçmiş nazir Samir Şərifovla bərabər çirkaba bulaşanlar mövqelərini itirəcək

Qeyd edək ki, Cavanşir Yusifovun yerinə isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini işləmiş Natiq Həsənov gətirilib. Yəni artıq Maliyyə nazirliyində yeni komandanın kimlərdən ibarət olacağını da təxmin etmək olar artıq. Sahil Babayev özünün köhnə komandasına yeni təyinatlar zamanı əsas baza kimi baxacaq. Samir Şərifova sədaqət andı içənlərin isə zərrə qədərində şansları belə yoxdur.

Elə dünən baş tutan iki kadr dəyişikliyi də bu fikri möhkəmlətdi.

Qeyd edək ki, dünən maliyyə naziri Sahil Babayev daha iki nüfuzlu məmuru "vurub".

"DİA-AZ" xəbər verir ki, nazirin əmri ilə Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Elman Piriyevlə Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayev vəzifələrindən azad olnublar.

Qeyd edək ki, hər iki şəxs maliyyə sistemində nümfuzlu şəxslər sayılırlar. Və onların hər ikisi Samir Şərifovun ən yaxın kadrları hesab olunurdu.

Bəs sırada kimlər var? Bu barədə "DİA-AZ"a danışan mənbə iddia edir ki, bir neçə gün sonra mətbuat katibi Mayis Piriyev və daha bir neçə vəzifəli şəxslə bağlı da qərar veriləcək:

"Maliyyə nazirliyinin strukturlarında da ciddi dəyişiklik gözlənilir".

Bizi izləyin. Əlavə bilgilərimiz olacaq.

 

Ardını oxu...
 A 

Tovuzda itkin düşən məktəbli qızı sonuncu dəfə Gəncədə görüblər.

Musavat.com "Unikal"a istinadla xəbər verir ki, itkin düşən 2012-ci il təvəllüdlü A.Süleymanova Gəncədə yerləşən xəstəxanaların birinin qarşısında avtobusdan düşüb. Məktəblini xəstəxananın xadimələrindən biri görüb.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda şəxsin yerinin müəyyən edilməsi istiqamətində Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən axtarışlar davam etdirilir.

 
 
 
Ardını oxu...
Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Elman Piriyev işdən çıxıb.

İndex.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, o, öz istəyi ilə vəzifəsini tərk edib və yerinə hələ ki, təyinat olmayıb.

Bundan başqa, nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayev də öz arzusu ilə vəzifəsindən ayrılıb.
 
Ardını oxu...
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə ağır itki üz verib.

TEREF xəbər verir ki, Hikmət Hacıyevin atası Fərhad Hacıyev axşam saatlarında dünyasını dəyişib.

Məlumata görə, 87 yaşlı F.Hacıyev ürəktutmadan vəfat edib.

Allah rəhmət eləsin!

“Unikal”
 
Ardını oxu...
Avtomobilimin üzərinə qoyulan həbsə görə Ali Məhkəməyə kasassiya şikayəti vermişəm. Əgər burada da bizim əleyhimizə qərar olsa, avtomobili vergi borcuna görə hərraca çıxaracaqlar. Bu sözləri Teleqraf-a açıqlamasında ləğv edilmiş Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı vergi borcuna görə avtomobilinin üzərinə qoyulan həbsə münasibət bildirərkən deyib.
Sabiq partiya sədri hazırda avtomobilin özündə olduğunu bildirib:
“Amma üzərində həbs olduğuna görə sata və dəyişə də bilmərəm. Ali Məhkəmə bizim ziyanımıza qərar çıxarsa, avtomobilin hərracda satılmaması üçün məcbur olub o pulu tapıb verməliyəm. Əks halda avtomobili əlimdən alacaqlar. Əslində, mənim adıma danışmaz əmlak ola-ola sırf borca görə avtomobilimin üzərinə həbs qoyulmasını da başa düşə bilmirəm. İddialarına görə, avtomobili satıb artıq qalan pulu özümə qaytaracaqlar”.
Qeyd edək ki, fəaliyyətini dayandırmış Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Əhəd oğlu Pənahlıya məxsus, buraxılış ili 2010-cü il olan “Toyota Lənd-Kruzer” avtomobil vergi borcuna görə hərracda satılacaq.
Avtomobilin ilkin satış qiyməti 42 min manat müəyyənləşdirilib.

Nemət Pənahlı 1962-ci ildə Naxçıvanda doğulub. Onun sədrlik etdiyi Azərbaycan Milli Dövlətçilik Partiyası 2023-cü ildə ləğv olunub.
 
Ardını oxu...
Bununla bağlı məhkəməyə daxil olan təqdimatlara baxılıb.

Xətai rayon Məhkəməsində keçirilən proseslərdə təqdimatlar təmin olunub. Qərara əsasən, Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova) və Natiq Cavadlı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, martın 14-də Ramin Deko, Xəyalə Ağayeva, Aysel Umudova, Şəmşad Ağa və Fatimə Mövlamlı, Ülvi Tahirov, martın 15-də isə Nurlan Qəhrəmanlı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Xatırladaq ki, ötən ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Əhmədova (Tapdıq) saxlanılıb.

Onların barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu ilin fevral ayında isə iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalist Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) həbs olunub.
 

Dünyapress TV

Xəbər lenti