Ardını oxu...
Beyləqan Rayon İcra Hakimiyyətinin baçısı bu dəfə bacısı oğlu ilə xoruz döyüşdürərkən görüntülənib.

Qaynarinfo-nun məlumatına görə, Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 mart 2025-ci il tarixdə rayon stadionunda baş tutan şənlikdə icra başçısı Əziz Əzizov və vəzifə verdiyi bacısı oğlu Murad Ağayev də iştirak edib.
Ardını oxu...

Bayram tədbirində Əziz Əzizov səhnələrə, çoxsaylı bayram süfrələrinin ətrafında qədim el-elat görüntülərinə baxış keçirib. Ən çox diqqət çəkən məqam isə icra başçısının bacısı oğlu ilə yanyan xoruş döyüşünü izləmələri olub.
Ardını oxu...
Ardını oxu...
Qeyd edək ki, bundan əvvəl Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bacısı oğlu Murad Ağayevi özünə köməkçi təyin etməsi ilə bağlı məlumat yayımışdıq. Bütün tədbirlərdə ön sırada olan Murad Ağayevə icra başçısı tərəfindən vəzifə verilməsi xəbəri İcra Hakimiyyəti tərəfindən təkzib edilmişdi. Yayılan son görüntülər Murad Ağayevin vəzifəyə təyin edilməsini bir daha təsdiq edir.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Yasamal rayonu Birinci Alatava yaşayış massivi Abdulvahab Salamzadə küçəsində tikinti şirkəti yaşayış olan evin bir hissəsini dağıdıb.

DİN-in Mətbuat Xidmətindən “DİA-AZ”a bildirilib ki, həmin tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb:

“Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır”.

***

Bakıda yaşayış olan evin sökülməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə "DİA-AZ"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, tikinti şirkətinin iş icraçısı və ekskovator sürücüsü saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) isə bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib:

"Əməliyyat şəraiti qiymətləndirilərkən dağıntı altında qalanın olmadığı müəyyən edilib".

Xatırladaq ki, sosial mediada Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola “Melissa Group” tikinti şirkəti tərəfindən söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.
 
 
Ardını oxu...
Azərbaycanda yaşayan və burada riyaziyyat müəllimi işləyən Ogün Özdemir adlı Türkiyə vətəndaşının 2 gün əvvəl səfər etdiyi Ermənistanın paytaxtı İrəvanda çəkdiyi video sosial şəbəkələrdə maraqla qarşılanıb.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, 6 aydır Bakıda yaşayan Ogün Özdemir Türkiyə vətəndaşı olduğu üçün Ermənistana səfər etməsində heç bir problem olmayıb.

O, paylaşdığı video vasitəsilə İrəvandan bütün türk dünyasının Novruz bayramını təbrik edib.

Ogün Özdemir, həmçinin Azərbaycanın qədim torpağından azərbaycanlıları, o cümlədən Qərbi Azərbaycandan olan insanları salamlayıb.

Ogün Özdemir bildirib ki, Azərbaycanın bir parçası olan İrəvana səfər etmək onun çoxdankı planı olub. O, İrəvana necə getməsindən də danışıb. Əlavə edib ki, şəhər heç də erməni mediasının göstərdiyi kimi ürəkaçan deyil.

O.Özdemir deyir ki, İrəvan qədimdən, minillər boyu Azərbaycan türklərinin məskəni olub. Bu torpaqlardan 2 milyona yaxın Azərbaycan türkü zorla çıxarılıb. Buna görə də o, Qərbi Azərbaycandan olan dostları üçün İrəvandan torpaq da gətirib.

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Amerikalı 55 yaşlı Cherian Abraham, artıq üç dəfə təyyarədə sərnişinlərə qəsdən yaxınlaşdığı üçün məhkəmə qarşısına çıxacaq.

32gun.az Xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 18 martda Çiqaqodan Siatla uçan American Airlines reysində baş verib. İstintaqın versiyasına görə, Abraham 22 yaşlı qadına yaxınlaşaraq, paltarının üzərinə barmağını qoyub, bunu əşyalarını götürmək adı ilə etdiyini bildirib. Lakin uçuş zamanı kişi bir neçə dəfə qadının sinəsinə toxunmağa çalışıb və nəticədə qadın şikayətini stüardessaya bildirərək başqa yerə köçürülüb.

Məlum olub ki, Abraham daha əvvəl 2024-cü ilin aprelində və 2023-cü ilin oktyabrında digər qadınlardan da şikayət alıb. Nəticədə, o, seksual təcavüzdə ittiham olunaraq həbs edilib və American Airlines şirkəti ona öz reyslərində uçmağı qadağan edib. Kişiyə iki ilə qədər həbs cəzası verilə bilər.
Ardını oxu...
Paytaxt sakini Telli Atakişiyeva dələduzluğun qurbanı olduğunu iddia edir.

TEREF “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, o, “Tik Tok” platformasından tanıdlığı şəxslə avqust ayında əlaqə saxlayıb. İki ay sonra işin hazır olacağı deyilsədə 8 aydır ortalıqda mebel yoxdur:

“Anam “Tik Tok”da bir neçə şirkətlərə baxmışdı. Hamısı yüksək qiymətlər dedi. Bu şəxs səhifəsində canlı açırdı. Anam dedi ki, əl işlərini çox bəyənir. Bununla danışıb razılaşdıq. Bir neçə dəfə evə gəldi, ölçü götürdü. Bu şəxs isə bütün ev üçün 9 min manat demişdi. Dedi ki, “beh atacaqsınız və onun müqabilində iş görəcəm”. Mən də bildirdim ki, gedib sexə baxaq. O da dedi ki, “narahat olmayın sex də, iş yerimiz də var. Sizə kartımı və şəxsiyyət vəsiqəmi də atacam”.

Bundan sonra zərərçəkən mebel hazırlayacağına dair söz verən şəxsin kartına 4900 manat ödəniş edib. Telli Atakişiyeva deyir ki, həmin şəxs anasının evindədə mebel yığacağını deyib. Ondan da 200 manatını aldıqdan sonra yoxa çıxıb. İndi onların nə zənglərinə cavab verir, nədə mesajlarına…

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, vətəndaşın müraciəti əsasında ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılıb.

Araşdırmanın nəticəsinə əsasən məsələnin mülki xarakterli olması müəyyən edildiyindən aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunub.

Daha ətraflı videomaterialda:

 
 
 
Ardını oxu...
13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub.

Musavat.com-un əldə etdiyi məlumata görə, Çingiz Yusifov həbsxanada dustağa yaradılan xüsusi şəraitə görə cəzlandırılıb.
Ardını oxu...
Çingiz Yunisov

Belə ki, xidməti yoxlama zamanı dustaqlardan birindən planşet, qulaqcıq, smart saat, modem aparatı və bahalı viski aşkarlanıb.

Həmin dustaq da məsuliyyətə cəlb edilib və əlavə 5 ay həbs cəzası alıb.

Qeyd edək ki, bu hadisədən sonra Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovu vəzifəsindən azad edib.

Çingiz Yunisov ümumiyyətlə Ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilib.
 
 
 
Ardını oxu...
“Azəriqaz” smart kartlarında yaranan problem qismən aradan qalxıb.

İstifadəçilərin bildirdiyinə görə, artıq bəzi kartları terminallar “oxuya” bilir və nəticədə balansı artırmaq mümkün olur.

Problemin tam halda nə zaman aradan qalxacağı açıqlanmayıb.

Məsələ ilə bağlı “Azəriqaz”a sorğu göndərilib.

***

Terminallarda “Azəriqaz”a məxsus smart kartla ödəniş etməkdə çətinlik yaranıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Axar.az-a smart kart istifadəçiləri məlumat verib.

Belə ki, smart kartı terminallara ödəniş etmək üçün yaxınlaşdırdıqda ekranda ya balansın sıfır olduğu, ya da istifadəçinin tapılmadığı bildirilir.

Şikayətçilərin sözlərinə görə, onlara bu gün 15:00-a qədər texniki problemin həll ediləcəyi deyilsə də, hələ də heç bir dəiişiklik yoxdur.
Ardını oxu...
General Eldar Mahmudovun vəzifəsindən azad edilməsindən, xüsusi xidmət generallarının səs-küylü korrupsiya işi və MTN-in ləğvindən sonra iş adamı və İT şirkətlərinin sahibi Ayaz Kərimov da cinayət məsuliyyətinə cəlb edilib.

Musavat.com xatırladır ki, onun barəsində 2015-ci ildə cinayət işi açılıb və barəsində İnterpol xətti ilə axtarış elan olunub. İstintaq orqanlarının məlumatına görə, Ayaz Kərimov E.Mahmudovun oğlu Anar Mahmudovun şəriki olub. O vaxtkı Rabitə Nazirliyinin keçirdiyi bir neçə tenderin qalibi olmuş "Caspian Telekommunications" şirkətinin rəhbəri Ayaz Kərimov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovla dost olub. Onların həmçinin biznes şəriki olduqları bildirilir.

Rabitə Nazirliyində baş vermiş qanun pozuntuları ilə bağlı başlanılan cinayət işi üzrə Ayaz Kərimovun barəsində 16 dekabr 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılıb, lakin o, cinayət təqibi orqanından gizləndiyinə görə istintaqa dəvət etmək və ona ittihamı elan etmək mümkün olmayıb. Bu səbəbdən də həmin tarixli qərarla barəsində axtarış elan edilib və Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun Abşeron rayonunda torpaq sahəsi 70 min manat, "Harley Devidson" markalı motosiklet 12.500 manat, "AKEY" MMC-nin adına rəsmiləşdirilmiş "Maserati Quatroporte" markalı avtomobil 155.733.8 manat, "Jaguar XJ" markalı avtomobil 140.529.473 manat məbləğində qiymətləndirilib.
Ardını oxu...

İş adamı Ayaz Kərimov uzun illər sonra sükutu pozub. O, Mahmudovların fəaliyyəti və onların ofşor şirkətlər vasitəsilə ölkədən milyardlarla vəsait oğurlanması sxemindən xəbərdar biridir.

Haqqın.az-ın əməkdaşı Azərbaycanda hələ də barəsində cinayət işi olan Ayaz Kərimovla Bolqarıstanın paytaxtı Sofiyada görüşüb. A.Kərimov 2002-ci ildən Kanada vətəndaşıdır.

Bakıda anadan olan biznesmen rus dilində keçən müsahibədə bəzi ilginc iddialar səsləndirib. Məsələn, deyib ki, İnterpol hələ 2018-ci ildə onun barəsində axtarış qərarını ləğv edib, onun indi sərbəst hərəkət etməsi üçün xüsusi çətinlik yoxdur. Amma onu Azərbaycanda hələ də axtarırlar və barəsindəki cinayət işinə xitam verilməyib.

Biznesmen deyib ki, əslində təhdid yolu ilə Mahmudovları onun "Caspian Telekommunications" şirkətinə şərik ediblər. Belə məlum olub ki, biznesmen onun oğlu vasitəsilə o vaxt MTN rəhbəri olan atasına bahalı hədiyyələr də göndərib. Bunlar isə rəsm əsərləri və xalçalar olub.
Ardını oxu...
Onun dediyinə görə, Azərbaycanda şərikli işlətdikləri restorana görə vergi borcu Mahmudovun oğlunun onu aldatmasına görə yaranıb, belə ki, onun verdiyi pulları dövlətə ödəməyib. Keçmiş şəriki indi heç bir əlaqələri qalmayan generalın oğlunun ən çox yatırımlarının İspaniya olduğu barədə xəbərləri təsdiqləyib. Onun təxminlərinə görə, Mahmudovlar ölkədən bir neçə yüz milyonu qanunsuz olaraq ölkədən çıxarıblar.

Ayaz Kərimov onu da deyib ki, Eldar Mahmudov vəzifədən çıxarıldıqdan bir neçə il sonra oğlu ilə münasibətləri ilə pisləşib. Onun iddiasına görə, Eldar Mahmodovun oğlu günlərin birində onu Kiprdə hətta döymək də istəyib.

Barəsində hələ də cinayət işi və axtarış qərarı olan A.Kərimov Azərbaycana qayıdıb Mahmudovlar haqda gerçəkləri danışmaq istədiyini də istisna etməyib.
Ardını oxu...
"Azərbaycanda məktəb direktorları və direktor müavinlərinin 1 illik müddətə təyin olunması praktikası var və bu, digər ölkələrlə müqayisədə fərqlidir. Bir çox ölkədə direktorlar 3, 5, hətta 7 illik müddətlərə vəzifəyə gətirilir".

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri təhsil ekspert, Təhsil Xidmətləri və Məsləhət Mərkəzinin direktoru Elşən Qafarov deyib. Ekspert bu fərqin mənfi tərəfləri barəsində konkret məqamları açıqlayıb:

“Birincisi, stabil idarəetmənin zəif olmasıdır ki, qısa müddət rəhbərlik edən şəxs uzunmüddətli planlar qura bilmir və həyata keçirə bilmir. Strateji inkişaf planlarının (3-5 illik) icrası yarımçıq qalır və davamlılıq pozulur. Məktəbdə idarəetmə sabitliyi olmur, komandada və məktəb kollektivində qeyri-müəyyənlik yaranır.

İkincisi, motivasiyanın azalmasıdır ki, rəhbər hər an vəzifədən uzaqlaşdırıla biləcəyini düşündüyü üçün işə yanaşmada ehtiyatlı olur. İnnovativ ideyaları həyata keçirməyə risk etmir, çünki nəticələri tam görünməyə bilər. Direktorda və komanda üzvlərində peşəkar inkişaf marağı zəifləyə bilər.

Üçüncüsü, komanda və kollektivdə psixoloji gərginlik - hər il rəhbər dəyişə bilər deyə, müəllim heyəti və digər əməkdaşlar təzyiq altında işləyir. Müəllimlər və valideynlər arasında etimad zəifləyə bilər, çünki rəhbərlikdə ardıcıllıq olmur. Eləcə də layihə və proqramların davamlılığının olmamasıdır ki, beynəlxalq layihələr, məktəb inkişaf proqramları adətən 2-3 illik olur, amma rəhbərin tez-tez dəyişməsi proqramların dayandırılmasına və ya keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Müəllim inkişafı, şagird nailiyyətlərinin artırılması kimi uzunmüddətli layihələr yarımçıq qala bilər".

Ekspertin fikrincə, digər məqamlardan biri direktorun və müavinin şəxsi inkişaf imkanlarının məhdudlaşmasıdır:

"Bir illik müddət rəhbərin peşəkar və şəxsi inkişafına sərmayə qoymasına mane ola bilər. Direktor və müavinlər öz gələcəklərini planlaşdıra bilmirlər, çünki vəzifədə qalacaqları qeyri-müəyyəndir. Həmçinin məktəbin imici və ictimai nüfuzunun zərər görməsidir ki, təkrar-təkrar rəhbər dəyişiklikləri məktəbin ictimai nüfuzunu azalda bilər.

Valideynlər və ictimaiyyət məktəb rəhbərliyinə az etibar edir. İllərlə əvəzedici (müvəqqəti) kadrın məktəbə rəhbərlik etməsinin qısa və konkret mənfi tərəfləri - stabil idarəetmənin olmaması, daim müvəqqəti rəhbərlik məktəbdə uzunmüddətli plan və sabitlik yaratmır. Motivasiyası aşağı olur və əvəzedici rəhbər özünü daimi hiss etmədiyi üçün təşəbbüslərdən çəkinir, risk almır.

Kollektivdə qeyri-müəyyənlik hökm sürür, müəllimlər və digər əməkdaşlar gələcək rəhbərlik barədə narahat olur, bu da psixoloji gərginlik yaradır. Məktəbin inkişafı ləngiyir, layihələr və yeniliklər dayandırılır və ya davamlı olmur. Məktəbin nüfuzu zəifləyir və valideynlər və ictimaiyyət məktəb rəhbərliyinin qeyri-sabitliyinə görə etimadsızlıq göstərir.

Azərbaycanda direktor və müavinlərinin 1 illik təyin olunması, idarəetmədə qısamüddətli yanaşmalara səbəb olur, sistemin sabitliyi və davamlılığı zəifləyir. Müqaisə üçün deyim ki, Finlandiya, Almaniya, Yaponiya kimi ölkələrdə direktorlar 5-7 illik müqavilələrlə işə qəbul edilir və bu müddət ərzində uzunmüddətli strategiyalar həyata keçirirlər. Türkiyə və Rusiya kimi ölkələrdə də direktorlar adətən 3-5 il müddətinə təyin olunur. Bu ölkələrdə sabitlik və inkişaf üçün direktorların vəzifə müddətləri daha uzun planlaşdırılır".
 
 

 


Ardını oxu...
Təyyarə qaçıran gənclər terrorçu idi, yoxsa antisovet qəhrəmanlar?

Tbilisi-Batumi-Kiyev-Leninqrad reysi ilə uçan Tu-134 təyyarəsi 1983-cü il noyabrın 18-də yerli vaxtla 16:43-də havaya qalxdı. Göyərtədə 57 sərnişin və 7 heyət üzvü vardı. Tu-134 köhnə tip təyyarələrdən olduğu üçün idarə edilməsində 4 nəfər iştirak edirdi: komandir Axmetqer Qardapxadze, ikinci pilot Stanislav Qabarev, şturman Vladimir Qasoyan və uçuş mühəndisi Anzor Çediya. Onlardan savayı iki stüardessa (Valentina Krutikova və İrina Ximiç) və nəzarətçi Zaven Şərbətyan vardı. Sonuncu komandirliyə keçməyə namizəd olan Qabarevin uçuş bacarığına göz qoyurdu.

Ardını oxu...
Havaya qalxandan qısa müddət sonra heyət Batumidə eniş üçün hazırlığa başladı. Amma eniş baş tutmadı. Yerdə güclü yan külək əsdiyini xəbər verən dispetçer enişi qadağan etdi. Təyyarə Tbilisiyə qayıtmaq üçün hündürlüyə qalxmağa və dönməyə başladı.

Bu zaman pilot kabinəsinin qapısı döyüldü və stüardessa Krutikova qapının açılmasını xahiş etdi. Qapı açılanda isə kabinəyə stüardessa ilə yanaşı əlində silah olan üç sərnişin daxil oldu. Onlar təyyarənin Türkiyəyə uçmasını tələb etdilər. Həmin məqamda salondan atəş səsləri gəldi.

***

Bu hadisədən bir gün əvvəl Tbilisidə təntənəli toy mərasimi keçirilirdi. Bəy və gəlin adlı-sanlı valideynlərin övladları, “qızıl gənclik” nümayəndələri idilər.

Ardını oxu...
19 yaşlı Tinatin Petviaşvili tanınmış fizik Vladimir Petviaşvilinin qızı idi, İncəsənət akademiyası arxitektura fakültəsinin üçüncü kursunda təhsil alırdı. 21 yaşlı German Kobaxidzenin atası Mixail Kobaxidze kino ssenaristi və rejissoru, anası Natela Maçavariani isə aktrisa idi. German özü də uşaq yaşlarından filmlərə çəkilirdi. Bu yaxınlarda da Tengiz Abuladzenin “Tövbə” filmində baş rollardan birini oynamışdı.

Qonaqlar arasında Anna Varsimaşvili adlı gənc qadın vardı. O, evlənənlərlə yüngülvari tanış idi və bu toya dəvət edilməsinə görə həm təəccüblənmiş, həm qürurlanmışdı. Amma bu dəvətin əsl səbəbini bilsəydi...

Anna Tbilisi hava limanında işləyirdi. Tinatin və German toyun ertəsi gününə guya bal ayı keçirmək üçün Batumiyə bilet almışdılar. Əslində isə təyyarəni ələ keçirərək Türkiyəyə qaçmaq niyyətində idilər. Anna Varsimaşvili də onlara təyyarəyə silah keçirmək üçün lazım idi.

Qaçmaq istəyən təkcə bəy və gəlin deyildi, daha beş nəfər onlarla əlbir idi. Həmin beşlik də “qızıl gəncliyə” aid idi.

1. İosif Sereteli, qrupun lideri, 25 yaş, “Gürcüstanfilm”də rəssam. Tbilisi Dövlət Universitetinin professoru, Gürcüstan EA-nın müxbir üzvü Konstantin Seretelinin oğlu.
2. Paata İverieli, 30 yaş, həkim. Həkimlərin təkmilləşmə institutunda kafedra müdiri, professor Vaja İverielinin oğlu.
3. Kaxa İverieli, 26 yaş, həkim, Paata İverielinin qardaşı.
4. David Mikaberidze, 25 yaş, Tbilisi İncəsənət akademiyasının tələbəsi. “İnturist”in tikinti trestinin müdiri Rajden Mikaberidzenin oğlu.
5. Qriqori Tabidze, 32 yaş, narkoman, üç dəfə məhkum olunub. Texniki-peşə təhsili üzrə dövlət komitəsi layihə bürosunun müdiri Teymuraz Tabidzenin oğlu.

Dəstə “Gürcüstanfilm” studiyasında əlaqələrindən istifadə edərək “Nabat” adlı filmə baxmışdılar. Yenicə çəkilmiş filmdə məsuliyyətsiz stüardessanın köməyi ilə təyyarəyə silah keçirən terrorçuların təyyarəni qaçırmaq cəhdindən bəhs edilirdi. “Nabat” sovet mülki aviasiyasının işçiləri üçün təlim vəsaiti kimi çəkilmişdi və geniş prokat üçün nəzərdə tutulmamışdı. Gürcü gənclər filmə baxıb bəzi ideyalar mənimsədilər, o cümlədən təyyarəyə silahı necə keçirmək barədə.

Toyun ertəsi günü yeddi gənc və onların qaçış planından xəbərləri olmayan daha iki nəfər (Anna Meliva və Yevgeniya Şalutaşvili) Batumiyə uçmaq üçün Tbilisi hava limanına gəldilər. Onlar Tbilisi-Batumi reysi ilə uçan Yak-40 təyyarəsinə bilet almışdılar. Amma sərnişinlərin az olması səbəbindən qənaət məqsədilə Tbilisi-Batumi-Kiyev-Leninqrad reysi ilə uçan Tu-134-ə mindirildilər.

Anna Varsimaşvili German və Tinatini, eləcə də onlarla bilrikdə olan Mikaberidze və Seretelini yoxlamadan yayındıraraq təyyarəyə buraxdı. Onların çantalarında iki TT markalı tapança, iki Naqan sistemli revolver və iki əl qumbarası vardı. İverieli qardaşları və Tabidze digər sərnişinlərlə birlikdə yoxlamadan keçdilər.

Terrorçuların hesablamalarına görə, təyyarə uçuşdan təxminən yarım saat sonra Türkiyə sərhədinə ən yaxın nöqtədə olacaqdı. Buna görə də 17:13-də hərəkətə keçdilər. Bu zaman onlar təyyarənin Tbilisiyə qayıtmaq üzrə olmasından xəbərsiz idilər.

Tabidze, Sereteli və Kaxa İverieli stüardessa Valentina Krutikovanı girov götürdülər və pilot kabinəsinə tərəf getdilər. Silahla təhdid edilən Valentina qapını döyərək açılmasını xahiş etdi. Qapı açıldıqdan sonra tapançanın dəstəyi ilə Krutikovanın başına zərbə endirdilər, qapını açan Şərbətyana isə beş güllə vurdular.

Pilotların başına silah dirəyən terrorçular təyyarənin Türkiyəyə uçmasını tələb etdilər. Yerindən qalxan uçuş mühəndisi Anzor Çediya “Nə Türkiyə, siz nə danışırsınız” söylədi və sinəsinə dəyən güllələrdən öldü.

Salondakı terrorçular isə aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşı ola biləcəklərindən şübhələndikləri üç nəfəri güllələdilər. Onlardan biri öldü, ikisi ağır yaralandı. Heç birinin də təhlükəsizlik xidməti ilə əlaqəsi yox idi.

Pilot kabinəsindəki terrorçular pərdə arxasındakı xüsusi yerdə daha bir heyət üzvünün - şturman Qasoyanın olmasından xəbərsiz idilər. Şturman bundan istifadə edərək silahını çıxardı və pərdənin arxasından terrorçulara atəş açdı. Dəyən güllələrdən Tabidze öldü, Sereteli və Kaxa İvereili isə yaralandı.

Bu zaman ikinci pilot Qabarev təyyarənin burnunu kəskin yuxarı qaldırdı. Yaralı terrorçular müvazinətləri saxlaya bilməyərək açıq qapıdan salona uçdular. Bundan istifadə edən heyət kabinənin qapısını bağlamaq istədi, amma ilk cəhddə alınmadı. Ölmüş Tabidzenin və ağır yaralanmış Şərbətyanın cəsədləri mane olurdu.

Salondakı terrorçular yenidən kabinəyə girmək istəyəndə komandir Qardapxadze onları atəşlə qarşıladı. İkinci pilot yenə təyyarəni aşağı-yuxarı, sağa-sola oynadaraq, terrorçuların tarazlığını pozdu. Krutikova Tabidzenin cəsədini salona çəkdi, Şərbətyan isə kabinəyə tərəf süründü. Beləcə, qapını bağlamaq mümkün oldu.

Terrorçular qapıya bir neçə atəş açdılar - amma qapı gülləkeçməz idi, - salonda sərnişinlərdən daha birini öldürdülər, beşini isə yaraladılar, o cümlədən öz tanışları Meliva və Şalutaşvilini. Komandir Tbilisi ilə əlaqə saxlayaraq, məlumat verdi. Beləcə, dövlət orqanları hadisədən xəbərdar oldular. Hava limanına milislər və hərbçilər göndərildi.

Tu-134 saat 18:20-də Tbilisidə yerə endi və hava limanının ucqar guşəsində dayandı. Bu zaman iki stüardessa qəza çıxışlarından birini açdılar. İrina Ximiç oradan özünü yerə atdı, Valentina Krutikova isə atılmağa macal tapmamış David Mikaberidze tərəfindən öldürüldü. Təyyarənin Tbilisidə endiyini anlayan Mikaberidze daha sonra özünü öldürdü.

Bu qətldən və intihardan sonra bir kişi sərnişin də qəza çıxışından çölə atıldı və uzaqlaşmağa çalışdı. Təyyarəni dövrəyə alan güc strukturlarının nümayəndələri onu terrorçulardan biri hesab edərək dağınıq atəş açdılar. Güllələrin çoxu təyyarənin füzelyajına dəydi, ikinci pilot yaralandı və radiostansiya zədələnərək sıradan çıxdı.

Pilot kabinəsində sağ olan heyət üzvləri pəncərədən təyyarəni tərk etdilər. Ağır yaralı Zaven Şərbətyan kabinədə qaldı və bir müddət sonra keçindi.

Hava limanına Gürcüstan Kommunist partiyasının birinci katibi Eduard Şevardnadze, respublikanın güc strukturlarının rəhbərləri gəldilər. Eləcə də terrorçuları təslimə razı salmaq üçün valideynləri gətirildi. Amma terrorçular qırmızı xətti çoxdan keçmişdilər, təslim olacaqları halda onları edam cəzası gözlədiklərini anlayırdılar. Buna görə də valideynləri ilə danışmaqdan boyun qaçırdılar, təyyarəyə yanacaq doldurulmasını və Türkiyəyə uçmaq üçün şərait yaradılmasını tələb etdilər. Hava limanının personalı isə əksini etdi: texniki baxış bəhanəsi ilə yanacaq boşaldıldı.

Antiterror əməliyyatı keçirmək üçün Moskvadan KQB-nin “Alfa” qrupu göndərildi. Təyyarənin ətrafında işıqlar söndürüldü. Başqa bir Tu-134-də qısa məşq keçən xüsusi təyinatlılar gecənin qaranlığından istifadə edərək hər iki qanadların və pilot kabinəsinin yanında mövqe tutdular.

Hücum noyabrın 19-da saat 06:55-də başladı. Hər iki qanadın üzərindən və pilot kabinəsindən salona daxil olan xüsusi təyinatlılar sayılı saniyələr içində terrorçuları zərərsizləşdirdilər. Antiterror əməliyyatı zamanı sərnişinlərdən xəsarət alan olmadı.

Ardını oxu...
Təyyarə qaçırmaq cəhdi 7 nəfərin (3 heyət üzvünün, 2 sərnişinin, 2 terrorçunun) ölümü və 12 nəfərin (3 heyət üzvünün, 7 sərnişinin, 2 terrorçunun) yaralanması ilə nəticələndi. Qasoyanın açdığı atəş nəticəsində boğazından yaralanan İosif Sereteli təcridxanada öldü. Deyilənlərə görə, ona lazımi tibbi yardım göstərilmədi. Beləcə, ölənlərin sayı 8 oldu.

***

İstintaq müəyyən etdi ki, terrorçular silahlı basqınla təyyarə qaçırmaq fikrinə müstəqil gəlməyiblər. Onlara bu ideyanı kilsə adı Fyodor ata olan Teymuraz Çixladze verib. O, gənclərə ata və oğul Brazinskasların 1970-ci Türkiyəyə təyyarə qaçırmalarından və ABŞ-da sığınacaq almalarından danışmış, antisovet təbliğat aparmışdı. Keşiş də məsuliyyətə cəlb edildi.

Məhkəmə 1984-cü ilin avqustunda baş tutdu. Paata və Kaxa İverieli qardaşları, German Kobaxidze və Teymuraz Çixladze edam cəzasına, Tinatin Petviaşvili 14 illik həbs cəzasına məhkum edildilər. Edam hökmü həmin il oktyabrın 3-də de yerinə yetirildi.

Rejissor Tengiz Abuladze “Tövbə” filmində German Kobaxidzenin ifa etdiyi Tornike rolu ilə bağlı epizodları yenidən çəkməli oldu. Bu dəfə həmin rolu Merab Ninidze ifa etdi.

Təyyarə qaçırılması cəhdinin qarşısının alınması zamanı göstərdikləri şücaətə görə, komandir Axmetqer Qardapxadzeyə və şturman Vladimir Qasoyana Sovet İttifaqı Qəhrəmanı fəxri adı verildi. Heyətin digər üzvləri başqa təltiflərə layiq görüldülər.

Ardını oxu...
1980-ci illərin sonlarında cərəyan edən milli-azadlıq hərəkatı dövründə təyyarə hadisəsinin personajlarına “antisovet qəhrəman” kimi yanaşma sərgiləndi. Zviad Qamsaxurdiya prezident olduqda Tinatin Petviaşvilini əfv etdi. Son məlumatlara görə, 60 yaşlı Tinatin hazırda Kiprdə yaşayır.

Dato Turaşvilinin 2001-ci ildə çap olunan “Cins dövrünün uşaqları” adlı romanı və rejissor Zaza Rusadze 2003-cü ildə çəkdiyi “Quldurlar” sənədli filmi “qızıl yeddiliyin” təyyarə qaçırmaq cəhdindən bəhs edir. Rejissor Rezo Gigineişvili “Cins dövrünün uşaqları” romanı əsasında 2017-ci ildə “Girovlar” filmini çəkdi.
pressklub
 

Dünyapress TV

Xəbər lenti